Məhkəmə qərarları › İş №1(004)-341/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-341/2021

10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-341/2021 10.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X7 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə saat 16:30 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu Zərərçəkmiş şəxs küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində olan “Shaurma-1” restoranının qarşısında Zərərçəkmiş şəxs küçəsi 138 saylı ünvanda yerləşən ərazidə qeyri-rəsmi olaraq avtomobillərin parklanmasına nəzarət edərkən Zərərçəkmiş şəxs idarə etdiyi “Range Rover” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerdə avtomobilini park etməsinə köməklik göstərdikdən sonra sonuncu avtomobildən düşərək uzaqlaşan zaman 200 manatlıq əskinaslardan ibarət rezin iplə bağlanmış pul topasının cibindən yerə düşdüyünü görüb bu barədə Zərərçəkmiş şəxs məlumat vermiş, sonuncu həmin pulu götürüb cibinə qoysa da yenidən yerə düşmüş, lakin Zərərçəkmiş şəxs bunu hiss etmədən həmin yerdən uzaqlaşan zaman təkrarən həmin pul topasının yerə düşməsini gördükdə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs bilmədiyi, görmədiyi və hiss etmədiyi şəraitdə 45 ədəd 200 manatlıq pul əskinaslarından ibarət olmaqla, cəmi 9000 (doqquz min) manat pulu gizli olaraq yerdən götürüb bir müddət üzərində saxlamış, Zərərçəkmiş şəxs təkrarən pulunun üzərində olmadığını bilərək dərhal geri qayıdıb ondan pulun yerə düşüb-düşmədiyini soruşduqda həmin pulu görmədiyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar vermiş, Zərərçəkmiş şəxs buna inandırmaq üçün birlikdə həmin pulu guya axtarmış, bu hərəkətinin hüquqazidd olmasını bilərək və bunu arzu edərək həmin puldan sonradan istifadə etmək və onun üzərində istədiyi kimi sərəncam vermək hüququna yiyələnmək üçün 9000 manat pulu hadisənin baş verdiyi verdən bir qədər kənarda parklanma yerində dayanaraq taksi fəaliyyəti ilə məşğul olan, hadisə ilə bağlılığı olmayan, tanıdığı Şahid3 verərək saxlamasını xahiş etmiş, 15 dəqiqə sonra həmin pul əskinaslarını sonuncudan alıb hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs 9000 manat pulunu gizli olaraq talayıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəyini, telefon danışıqlarına dair məlumatları, hadisə yerinin videogörüntüsü əks olunmuş diski və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən o, Yasamal rayonu Mirzəağa Əliyev küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində, “Shaurma-1” restoranının qarşısında yerləşən parklanma yerində avtomobillərin saxlanılma qaydasına nəzarət edir. O, həmişə olduğu kimi 16 fevral 2021-ci il tarixdə saat 12:30 radələrində parklanma yerinə gələrək gündəlik işi ilə məşğul olmağa başlamışdır. Həmin gün saat 16:30 radələrində sürücüsünü əvvəllər tanımadığı, amma sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs idarə etdiyi qara rəngli “Range Rover” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə parklanma yerinə daxil olduqda sonuncuya avtomobilini hər iki küçənin kəsişməsində parklanmada saxlamasına yardım etmişdir. O, Mayılın avtomobilindən enərkən üzərindən rezinlə bağlanmış 200 manatlıq əskinaslardan ibarət olan pul topasının yerə düşməsini görmüş və sonuncuya bu barədə məlumat vermişdir. Hətta həmin vaxt o, Mayıla "halal puldur, özünə qismət oldu" ifadəsini işlətmişdir. Mayıl həmin pulu yerdən götürüb əynindəki gödəkçənin iç cibinə qoyaraq Azərbaycan prospektinə tərəf piyada getməyə başlamışdır. Amma Zərərçəkmiş şəxs cibinə qoyduğu pul təkrarən sonuncuya məxsus avtomobilin sol qabaq qapısının yanına asfalt örtüyünün üzərinə düşmüşdür. Lakin bu dəfə o, düşünmüşdür ki, yerə düşən pul onun öz qismətidir, bu səbəbdən də təkrarən Mayıla bu barədə məlumat verməmiş və sonuncu oradan uzaqlaşdıqdan dərhal sonra heç kimin görmədiyi şəraitdə pulu yerdən götürüb öz üzərində gizlətmişdir. Belə ki, o, hadisə yerində “Təhlükəsiz Şəhər” müşahidə kameralarının olmasını bilsə də, ehtimal etmişdir ki, onun pulu yerdən götürməsi görüntülərdə qeydə alınmamışdır. Həmçinin pulu yerdən götürərkən bunu heç kim görməmiş, çünki pul Mayıla məxsus avtomobillə parklanma yerində saxlanılmış markasını və dövlət qeydiyyat nişanını bilmədiyi ağ rəngli digər avtomobilin ortasında yerə düşmüşdür. Hətta Mayılın bunu görmədiyinə əmin olmaq üçün sonuncunun 7-8 addım Azərbaycan prospektinə tərəf piyada getməsini və bir qədər oradan uzaqlaşmasını gözləmişdir. Həqiqətən də Mayılın pulunu yerə düşürdüyünü hiss etmədiyinə əmin olduqdan sonra 200 manatlıq əskinaslardan ibarət olan pullara sahiblənmək və sonradan şəxsi istifadəsinə xərcləmək üçün həmin əskinasları yerdən götürərək cibinə qoymuş və parklanma yerinin digər hissəsinə doğru iri addımlarla piyada getməyə başlamışdır. Mayılın geri qayıdacağı təqdirdə onun üzərinə baxarsa pulları aşkar edərək barəsində polisə şikayət verəcəyini düşünərək həmin pulları müvəqqəti saxlaması üçün kiməsə verməyi və Mayıl hadisə yerindən getdikdən sonra həmin şəxsdən geri almağı anidən planlaşdırmışdır. O, parklanma yerinin digər hissəsinə tərəf getdikdə yolda pulların yerini dəyişərək gödəkçəsinin cibindən çıxarıb şalvarının cibinə qoymuş və orada pulu vermək üçün tanış adam tapa bilməmişdir. Bunun üçün parklanma yerinin baş hissəsində bir dəfə dövrə vurmuş və anidən taksi fəaliyyəti ilə məşğul olan Şahid3 görərək yaxınlaşıb həmin əskinasları sonuncuya vermiş və pulları müvəqqəti saxlamasını, qısa müddətdən sonra işlərini həll edib ondan götürəcəyini bildirmişdir. Belə ki, o, Əlipənahı bir ildir ki tanıyır və sonuncu bir çox hallarda onun işlədiyi parklanma yerində dayanaraq taksi fəaliyyəti ilə məşğul olur. O, pulu Əlipənaha verdikdən sonra şübhə yaratmamaq üçün Mayılın yanına tərəf getdikdə sonuncunun avtomobilinin yanında pulunu axtarmasını, asfalt örtüyünə və avtomobilin ətrafına baxdığını görmüşdür. O, nə baş verdiyini Mayıldan soruşduqda sonuncu ona cibinə qoyduğu pulunu yenidən itirdiyini bildirmiş və ondan həmin pulları görüb-görmədiyini soruşmuşdur. O, da Mayıla pulların yenidən yerə düşməsini görmədiyini, hətta ondan şübhələnərsə üzərinə baxış keçirə biləcəyini əmin etmiş, onun bu sözlərindən sonuncu ondan şübhələnmədiyini demiş, lakin pulunun qısa vaxtda necə yoxa çıxa biləcəyini soruşmuşdur. O, da şübhəni yayındırmaq üçün Mayıla “müəllim siz avtomobili saxlayıb getdikdən az sonra sol tərəfinizdə dayanmış ağ rəngli avtomobil parklanmadan çıxıb getdi, bəlkə həmin avtomobilə əyləşmiş şəxs pulu yerdə görərək götürüb” ifadəsini işlətmişdir. Mayıl bu sözlərə inanıb düşünməyə başlamış və sonradan qardaşına zəng edərək parklanma yerinə çağırmışdır. O, da Mayılın yanından ayrılıb guya öz işinə davam etmişdir. O, 5-6 dəqiqədən sonra Mayılın qardaşının ağ rəngli “Niva” markalı avtomobildə parklanma yerinə gəldiyini gördükdə sonunculara yaxınlaşıb bir dəfə də ətrafı axtarmışlar. Bundan sonra Mayıl DİN-nin “102” Xidmətinə zəng edərək 6000-7000 manat pulunu itirdiyi barədə məlumat vermişdir. O, da sonradan Əlipənaha yaxınlaşaraq verdiyi pulları sonuncudan almış və parklanma yerindən uzaqlaşaraq bir daha geri qayıtmamışdır. O, yolda pula baxarkən üzərlərinə rezin keçirilməsini müşahidə etmiş və sayarkən 30 ədəd 200 manatlıq pul əskinasları olmasını görmüşdür. Bundan sonra və ya səhərisi gün o, pulları xərcləmək üçün Siyəzən rayonuna getmiş və orada 2 gün qalaraq həmin puldan 3000 manatı yemək-içməyə, geyimə, özünün və ailə üzvlərinin kirayə xərcləri, eləcə də digər gündəlik tələbatları üçün xərcləmişdir. O, ya 18, ya da ki 19 fevral 2021-ci il tarixdə Bakı şəhərinə qayıtmış və səhərisi gün parklanma yerində Əlipənahı gördükdə sonuncuya verdiyi pulu tapdığını demişdir. Sonradan kirayədə yaşadığı ev sahibəsindən polis əməkdaşları tərəfindən axtarıldığını öyrənmiş və özü könüllü olaraq Yasamal RPİ-nin 26-cı PB-nə getmişdir. Bölmədə olarkən o, hadisəni olduğu kimi etiraf etmiş, üzərində qalan 3000 manat pulu polisə təqdim etdikdən və həmin pulu tapdığı ilə bağlı izahat yazdıqdan sonra bölmədən çıxmış və öz işinə davam etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində qeyd etmişdir ki, ittihamda qeyd edildiyi kimi əldə etdiyi pulun məbləği 9000 manat deyil, 6000 manat olmuşdur. Bundan başqa o, əldə etdiyi pulu tapıntı kimi qiymətləndirərək verilmiş ittiham üzrə özünü tam təqsirli bilmədiyini bildirmişdir. Belə ki, o, yerdən götürdüyü pulları Mayıla qaytarmaq istəməmiş, çünki hesab etmişdir ki, tapıntı kimi pul onun halal qismətidir və ona məxsus olmalıdır. Həmçinin Təqsirləndirilən şəxs son sözündə tapdığı üçün həmin pulların ona məxsus olduğunu düşünərək ələ keçirib bir qismini xərclədiyini, lakin hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, Zərərçəkmiş şəxs dəymiş ziyanın 3000 manatını ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 16 fevral 2021-ci il tarixdə o, tanışı Ceyhun adlı şəxsə borclu olduğu 8000 manat pulu vermək üçün sonuncu ilə Mərkəzi Univermağın qarşısında görüşmək üçün razılaşmışlar. Bu məqsədlə o, həmin gün saat 16 radələrində idarə etdiyi “Range Rover” markalı **-SB-*** dövlət nömrə nişanlı avtomobillə Yasamal rayonu Zərərçəkmiş şəxs küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə gəlmiş və avtomobilini oradakı “Shaurma” adlanan kafenin qarşısında olan parklanma yerində saxlamışdır. Avtomobili saxlayarkən orada parklanma işinə baxan, yəni parkovşik işləyən əvvəllər tanımadığı, lakin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun avtomobilinin qarşısına keçib ona dayanması üçün istiqamət verməyə başlamışdır. Ceyhuna verməli olduğu 8000 manat pulu əynindəki gödəkçənin sol aşağı iç cibinə qoysa da cibinin ağzını bağlamamışdır. Avtomobildən çıxdıqda həmin pul cibindən yerə düşmüş, bunu görən Rövşən ona “müəllim, halal pul idi və özünüzə qismət oldu” deyə ifadə də işlətmişdir. Amma o, pulu özü yerdən götürüb bu dəfə gödəkçəsinin sol yuxarı iç cibinə atmış və Mərkəzi Univermaq tərəfə addımlayanda Rövşənin onun avtomobilinin qarşısında olduğunu və sonradan avtomobilin sol tərəfindən arxa tərəfinə keçdiyini görmüşdür. O, təxminən 5-6 addım getdikdə anidən pulunun yerində olubolmamasını yoxlamaq üçün əlini gödəkçənin sol yuxarı iç cibinə salmış və pulun orada olmadığını aşkar etmişdir. O, pulu cibində tapmadıqda yenə də yerə düşdüyünü fikirləşib dərhal geri qayıtmışdır. O, həmin yerə çatanda Rövşənin onun avtomobilinin arxa tərəfindən üzü əks istiqamətdə parklanmasının sonuna tərəf piyada getdiyini görmüşdür. O, avtomobilinin yanına yaxınlaşmış və həm salona, həm də avtomobilin ətrafına baxmağa başlamışdır. O, ətrafa baxdıqda həmin vaxt avtomobilin yanında dayanmış digər sedan tipli nömrəsini və markasını görmədiyi avtomobilin parklanma yerindən uzaqlaşdığını görmüşdür. Pulu tapmadıqda ağlında iki şübhə yaranmışdır. Birincisi pulu həmin parklanmadan dərhal sonra uzaqlaşan avtomobildə olan şəxs aparmış, ikincisi isə parklama nizamlayıcısı Rövşən həmin pulu götürmüşdür. Çünki o, pulu cibinə atmağı ilə itirməsi arasındakı vaxt intervalı təxminən 1 dəqiqə olmuşdur. O, Rövşəni yanına çağırmış və pulunu itirdiyini sonuncuya bildirmişdir. Rövşən bunun şahidi olmadığını, eləcə də həmin pulu özünün də götürmədiyini bildirib, “müəllim birdən məndən şübhələnərsən, mən burdayam, həmişə qulluğunuzdayam” deyə ifadələr işlədərək pulu götürmədiyinə dair and içməyə başlamışdır. O, Rövşənə ətrafda kamera olmasını və bunu sona qədər araşdıracağını, “102” xidmətinə zəng edərək oğurluq barədə məlumat verəcəyini bildirdikdə, sonuncu ani olaraq ətrafa baxmış, 1-2 dəqiqə sakit dayandıqdan sonra ona “müəllim mən buralarda oluram, indi gedəcəm, amma nə vaxt lazım olsa mən kömək edə bilərəm” ifadəsini işlədib oradan çıxıb getmişdir. O, Rövşənin yanında 102 xidmətinə zəng edərək operatora 6000-7000 manat pulunu itirməsi barədə bildirmişdir. O, ilk olaraq Ceyhunun pulunu verməyə parklanma yerinə gəldikdə üzərində 45 ədəd 200 manatlıq əskinas olmuş, həmin puldan 8000 manatı Ceyhuna verməli, 1000 manat isə özündə qalmalı idi. Pulu tamlığı ilə itirəndə bir qədər özünü itirmiş və həyəcanlı vəziyyətdə “102” xidmətinə zəng edərək bu barədə məlumat verəndə nədənsə qeyri iradi məbləği az demişdir. Rövşən çıxıb getdikdən sonra o, Ceyhuna zəng edərək işinin çıxdığını və bu baxımdan onunla səhər görüşəcəyini demiş və oradan da Yasamal RPİ-nin 26-cı polis bölməsinə gedərək pulunu itirməyi barədə ərizə yazmışdır. Sonradan bölmədən çıxıb Salyan rayonuna getmiş və 20.02.2021-ci il tarixdə PB-nə gələrək hadisə barədə izahat yazmışdır. İzahat yazdığı vaxt Təqsirləndirilən şəxs da bölməyə gətirmişlər. Rövşən bölmədə olarkən etiraf etmişdir ki, onun pulunu parklanma yerində tapıb və həmin puldan 3000 manatını şəxsi ehtiyaclarına xərcləmişdir. Amma nədənsə Rövşən həmin tapdığı pulun məbləğini 6000 manat kimi göstərmişdir. O, orada buna etiraz edərək itirdiyi məbləğin 45 ədəd 200 manatlıq əskinaslardan ibarət olan 9000 manat pul olduğunu və həmin pulların bir-birindən aralanmaması üçün üzərinə də rezin keçirdiyini bildirmişdir. Çünki pulların üzərinə keçirdiyi rezin onların bir-birindən aralanmasına imkan verməzdi. Zərərçəkmiş şəxs ifadəsində, Ceyhunun yanına gəlməmişdən öncə həmin pulların 50 ədəd 200 manatlıq əskinas olduğunu, həmin əskinaslardan 1000 manatını yanında işçi kimi işləyən qardaşı oğlu Şahid1 verdiyini, Ceyhuna 8000 manat pul vermək üçün sonuncu ilə görüşməyə getməsi barədə Dəyanətdən başqa heç kimin xəbərinin olmadığını, o, cibindəki 9000 manat pulu tapmadıqda ona bir qədər pul gətirməsi üçün qardaşı Şahid2 zəng edərək sonuncunu hadisə yerinə çağırdığını, Elnurun da “Niva” markalı avtomobildə onun yanına gələrək iş yerinin açarını və ona bir qədər də pul verdiyini, Rövşənin onların yanında olarkən o, qardaşına itirdiyi pulun məbləği barədə heç bir söz demədiyini, “102” xidmətinə zəng edib danışıq aparanda Rövşənin ola bilsin ki, pulun məbləğini oradan eşitdiyini, Təqsirləndirilən şəxs onun pulunu yemək yeməsi üçün hadisə yerindən gedib daha sonra yenidən həmin gün iş yerinə qayıdanda pulu onun avtomobilini saxladığı yerdə tapması barədə dediklərinin yalan olduğunu, hadisə yerindən götürülmüş kamera görüntüsünə baxış keçirdiyini, pulunun Təqsirləndirilən şəxs tərəfindən avtomobilinin yanından yerdən götürərək oğurlamasına əmin olduğunu, kamera görüntüsündə həm də Təqsirləndirilən şəxs pulu taksi sürücüsünə ötürməsini gördüyünü bildirmişdir. Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi nəticəsində ona 9000 manat məbləğində maddi ziyan vurulduğunu, həmin məbləğdən 3000 manatının Təqsirləndirilən şəxs tərəfindən ona qaytarıldığını, lakin 6000 manatının hazıradək ona qaytarılmadığını, həmin 6000 manatı təqsirləndirilən şəxsdən tələb etdiyini, buna görə də onun barəsində şikayətçi olduğunu bildirib, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir. O, 2020-ci ilin oktyabr ayından başlayaraq əmisinin nəzarət etdiyi Xətai rayonu, Nobel prospektində yerləşən yanacaq doldurma məntəqəsinin tikinti işlərində nəzarətçi işləyir. 2021-ci ilin fevral ayında qeyd edilən yanacaqdoldurma məntəqəsinin ətrafında təmir-tikinti işləri aparıldığı üçün əmisi Mayılın tanışı olan Ceyhun adlı şəxs həmin tikintidə istifadə üçün 8000 manat məbləğində nisyə beton vermişdir. Bu baxımdan əmisi Mayılın Ceyhuna 8000 manat borcu olmuşdur. Əmisi Mayıl 16.02.2021-ci il tarixdə günorta vaxtı onun yanında Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqəsindəki seyfdən 50 ədəd 200 manatlıq pul əskinası götürərək saymışdır. O, pul sayılarkən məbləğinin 10.000 (on min) manat olduğunu görmüşdür. Əmisi həmin puldan 1.000 manatını tikinti malları alması üçün ona vermiş, yerdə qalan pulları cibinə qoyaraq, ona bildirmişdir ki, Ceyhunun 8.000 manat pulunu verib 1-2 saat ərzində geri qayıdacaqdır. Bundan sonra əmisi idarə etdiyi “Range Rover” markalı, **-SB- *** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. Həmin günün gecəsi eşitmişdir ki, əmisi Mayıl Yasamal rayonu ərazisində 9.000 manat pulu itirdiyi üçün bununla bağlı olaraq 102 Xidmətinə zəng edib məlumat vermişdir. Amma əmisi bu barədə hər dəfə danışanda cibindən yerə düşən pulu avtomobilini saxladığı yerdə “parkovşik” işləyən Rövşən adlı şəxsin götürdüyündən əmin olduğunu, çünki ilk dəfə pulu yerə düşəndə də həmin pulu Rövşənin gördüyünü bildirmişdir. Əmisi həmçinin demişdir ki, o, pulu təkrarən cibinə qoyaraq avtomobilindən cəmi 5-6 addım aralandıqdan sonra həmin pulu cibində tapmamışdır, bu isə çox qısa zaman içində baş vermiş və ətrafda Rövşəndən başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 16 fevral 2021-ci il tarixdə saat 16 radələrində qardaşı Zərərçəkmiş şəxs ona zəng edərək Yasamal rayonu, Zərərçəkmiş şəxs küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində, “5 mərtəbə” adlanan yerin yaxınlığında yerləşən “Şaurma” adlı kafenin qarşısına gəlməsini və gələrkən bir qədər də pul gətirməsini ondan xahiş etmişdir. O, da özünə məxsus “Niva” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Şaurma” adlı kafenin qarşısına gedərək qardaşı Mayılla görüşmüş və sonuncunun orada özünə məxsus “Range Rover” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında parklanma yerində dayanmasını görmüşdür. O, Mayılla söhbət edərkən sonuncu ona demişdir ki, Ceyhun adlı tanışına 8.000 manat pul verməli olduğu üçün oraya gəlmiş, avtomobili həmin kafenin qarşısında saxlayıb endikdə cibindən 45 ədəd 200 manatlıq pul əskinaları yerə düşmüş və taparaq yenidən cibinə qoymuş, həmin zaman orada parklanma işinə baxan Rövşən adlı şəxs bunun şahidi olmuş, hətta Rövşən ona halal pul olduğu üçün tapılması barədə söz işlətmiş, daha sonra o, avtomobilindən 5-6 addım uzaqlaşdıqdan sonra cibinə baxdıqda həmin pulu cibində tapmamış, pulun təkrarən yerə düşməsini ehtimal edərək ətrafı axtarmış, lakin pulu tapa bilməmişdir. O, özü ilə gətiridiyi pul və iş yerinin açarını Mayıla vermiş və sonuncu ilə birlikdə 10-15 dəqiqə müddətində “Range Rover” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ətrafına göz gəzdirmiş, amma itirilən pulu tapa bilməmişlər. Parklanma işinə baxan Rövşən isə tez-tez onların yanına baş çəkərək ətrafa baxmış, bununla da özünü şübhəli aparmamışdır. Amma qardaşı Mayıl ona pulun götürülməsində Rövşəndən şübhələndiyini, çünki ilk dəfə pulu yerə düşəndə də bunu Rövşənin gördüyünü, bundan sonra pulu təkrarən cibinə qoyaraq oradan cəmi 5-6 addım aralandıqda həmin pulu cibində tapmadığını, bu çox qısa zamanda baş verdiyi üçün ətrafda Rövşəndən başqa heç kimin olmadığını demişdir. Daha sonra onun da təkidindən sonra qardaşı Mayıl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng Mərkəzinə zəng edərək bu barədə məlumat vermişdir. Amma Mayıl pulun məbləğini operatora deyərkən o, bunu eşitməmişdir. Çünki o, həmin zaman pulları tapmaq üçün ətrafa baxmaqla məşğul olmuşdur. Bundan sonra isə o, işi olduğuna görə bir qədər sonra oradan uzaqlaşmışdır. Sonradan eşitmişdir ki, Mayıl Yasamal RPİ-nin 26-cı PB-nə gedərək rəsmi olaraq şikayət etmişdir. Şahid2 ifadəsində Mayılın həm hadisə günü, həm də sonradan itirdiyi pulun məbləğini 45 ədəd 200 manatlıq əskinaslardan ibarət 9.000 manat olmasını və pulların üzərinə rezin belə keçirdiyini ona dediyini, "102” Xidməti-Zəng Mərkəzinə zəng edilən zaman Rövşənin onların yanında olmadığını, Mayılın ikinci dəfə yerə düşürdüyü pulu sonuncunun idarə etdiyi avtomobilin yanında parklanmadan çıxan digər avtomobildə olan şəxslərin taparaq oradan uzaqlaşdığını Rövşənin onlara dediyini, Mayılın isə Rövşəndən şübhələndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 10 ildir ki taksi fəaliyyəti ilə məşğul olur və oğlu Məhərrəmin adına qeydiyyatda olan və özünə məxsus “Mercedes Benz C220 minik” markalı, **-HE-*** dövlət qetydiyyat nişanlı avtomobillə taksi xidməti göstərir. O, həmişə saat 11-12 radələrində idarə etdiyi avtomobillə Yasamal rayonu, Zərərçəkmiş şəxs küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində, eləcə də “Şaurma” kafesinin qarşısında olan yol kənarında dayanaraq müştəri gözləyir. O, hadisə ilə bağlı bildirmişdir ki, 16 fevral 2021-ci il tarixdə saat 15 radələrində həmişə olduğu kimi taksi kimi idarə etdiyi avtomobilini Yasamal rayonu, Zərərçəkmiş şəxs küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində, “Şaurma” kafesinin qarşısındakı yol kənarında saxlayıb müştəri gözləməyə başlamışdır. Təxminən 1-2 saat sonra həmin yolda parklanma işini həyata keçirən, yəni “parkovşik” işləyən, təxminən 1 ildir ki tanıdığı, amma yaxın münasibətdə olmadığı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq qədərini bilmədiyi sayda və yumrulanmış halda olan pulu ona vermiş və ondan bir neçə dəqiqəlik saxlamasını xahiş edib bildirmişdir ki, bir qədər sonra gəlib ondan geri götürəcəkdir. Təqsirləndirilən şəxs pulu ona verdikdən sonra bir qədər 50-60 metr məsafədə uzaqlaşmışdır. O, pula baxdıqda üzərində olan birinci pulun 200 manatlıq əskinaslar olmasını görsə də içəridəki pulların məbləğini bilmədən və saymadan gödəkçəsinin cibinə qoyaraq avtomobilinin yaxınlığında gəzişərək müştəri gözləməyə davam etmişdir. Rövşən pulu ona verərkən onların yanında heç kim olmamışdır. Təxminən 5-10 dəqiqə sonra Rövşən ona tərəf gələndə sonuncunu yanına çağırmış və ona verdiyi pulu Rövşənin özünə qaytarmış, həmin pul barədə ondan heç nə soruşmamışdır. Bir qədər sonra müştəri qismində tanımadığı cavan bir oğlan ona yaxınlaşmış və həmin müştəri ilə sifariş olunan ünvana getmək üçün avtomobili ilə oradan uzaqlaşmışdır. Həmin hadisədən 3-4 gün sonra Rövşəni gördükdə sonuncudan öyrənmişdir ki, ona saxlaması üçün verdiyi pulu o, 16.02.2021-ci il tarixdə parklanma işini apardığı zaman Zərərçəkmiş şəxs küçəsindəki yoldan tapıb və sonradan sahibini görmədiyi üçün pulun bir qədərini şəxsi ehtiyacları üçün xərcləyib, həmin hadisə ilə bağlı Yasamal RPİ-nin 26-cı PB-nə aparıldıqda isə üzərində qalan məbləği bölmədə polis əməkdaşlarına təqdim etmişdir. Şahid3 həmçinin ifadəsində Rövşənin ona verdiyi pulu kimdənsə oğurlayacağını güman etmədiyini, bu haqda nə əvvəlcədən, nə də ki sonradan Rövşəndən soruşmadığını, Rövşənin ona verdiyi pulun qalınlığından onun nə məbləğdə olmasını bilmədiyini, Rövşənin polisə qaytardığı pulun məbləğləri barədə ona heç bir söz demədiyini, “Range Rover” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 16.02.2021-ci il tarixdə orada dayanmasını görmədiyini, eləcə də həmin avtomobilin sahibini tanımadığını və sürücünün Rövşənlə söhbət etməsinin də şahidi olmadığını bildimişdir. Məhkəmə iclasında verilmiş suallar əsasında Şahid3 əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin mart ayının əvvəllərində ona Yasamal rayon Polis İdarəsindən zəng edilmiş və istintaq şöbəsinə çağırılmışdır, Yasamal RPİ-nə getməmişdən bir gün öncə o, iş yerində Rövşəni gördükdə sonuncuya polisə çağırıldığını və çağırılma səbəbinin tapdığı pulla bağlı olub-olmamasını Rövşəndən soruşmuşdur. Rövşən həmin zaman ona “səndən soruşsalar ki Rövşən sənə nə verdi, onda deyərsən ki Rövşən mənə siqaret qutusu verdi” ifadəsini işlədərək ona yalan ifadə verməyi tapşırmışdır. O, da Rövşənə etiraz edib bu barədə polisə yalan məlumat verməyəcəyini, ondan soruşulacağı təqdirdə həqiqəti deyəcəyini bildirmişdir. Bundan başqa hadisə vaxtı Təqsirləndirilən şəxs ona pulu verib kənarlaşdıqdan sonra sonuncunun kənarda tanımadığı şəxslərlə söhbət etdiyini görsə də, lakin həmin şəxslərin kim olmasına fikir vermədiyini, onların hansı mövzuda danışıqlar aparmasının şahidi olmadığını, həmin şəxslərin ətrafda hansısa əşya axtarmalarını hiss etmədiyini, o cümlədən hər hansı hadisənin baş verməsini hiss etmədiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Şahid4 məhkəmə iclaslarına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarında Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olduğundan iştirak edə bilmədiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən müəyyyən edildi ki, o, tikinti sahələrinə sifariş əsasında beton-çınqıl satmaqla fərdi sahibkarlıq fəaliyyətini həyata keçirir. 2021-ci ilin yanvar ayının sonlarında xeyli vaxtdır tanıdığı Zərərçəkmiş şəxs ona zəng edərək istifadəsində olan yanacaqdoldurma məntəqəsində apardığı təmir-tikinti işləri ilə əlaqədar beton məhlulu (qarışığı) lazım olduğunu bildirib 8.000 manat dəyərində ona beton sifarişi vermişdir. O, da razılaşmaya əsasən pulunu sonradan ödəyəcəyi müqabilində Zərərçəkmiş şəxs məxsus Xətai rayonu Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə 8.000 manat dəyərində beton qarışığı göndərmişdir. 2021-ci ilin fevral ayının ortalarında günorta vaxtı Mayıl ona zəng edərək betonun pulunu vermək üçün Mərkəzi Univermağın yaxınlığında saat 17 radələrində görüşməyi ona təklif etmişdir. O, da razılaşaraq həmin gün Mərkəzi Univermağın yaxınlığında Mayılı gözləməyə başlamışdır. Həmin gün Mayıl ona zəng edərək işinin çıxdığını və görüşə gələ bilmədiyini, ertəsi gün mütləq onunla görüşəcəyini deyərək buna görə ondan üzrxahlıq etmişdir. O, da Mayılın üzrünü qəbul etmiş və ertəsi gün Yasamal rayonu ərazisində “Qurd qapısı” adlanan yerdə Mayılla görüşmüşdür. Mayıl ona 8.000 manat pulu vermiş və bildirmişdir ki, dünən görüşə gəldikdə ona çatası 8.000 manat pulu Yasamal rayonu ərazisində “AzDram”a adlanan yerin yaxınlığında parklanma yerində avtomobildən çıxdıqda yerə salmış, pulu yerdən götürərək cibinə qoymuş, sonradan görüş yerinə getmək üçün piyada Mərkəzi Univermağa doğru 7-8 addım aralanmış və cibinə baxdıqda pulu tapmayaraq itirmiş, bu səbəbdən görüşə gələ bilməmişdir. Söhbət zamanı o, Mayıldan öyrənmişdir ki, sonuncu pulunun itirilməsi ilə bağlı "102” Xidməti-Zəng Mərkəzinə zəng edərək məlumat vermişdir. Verilən suallara cavab olaraq Şahid4 ifadəsində Mayıl ilk dəfə görüş təyin etdikdə ona borcu olduğu pulu tam vermək istədiyini və “8000 manat” məbləği danışıqda ifadə etdiyini, ertəsi günü də Mayılın ona 8.000 manat pulu verərək borcunu bağladığını, Zərərçəkmiş şəxslə söhbət zamanı pulun götürülməsi ilə bağlı sonuncunun şübhələndiyi şəxsin olduğunu və bununla bağlı polisin araşdırma apardığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, eyni zamanda zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 20 fevral 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri Yasamal rayonu Zərərçəkmiş şəxs küçəsi 138 ünvanında yerləşən “Shaurma-1” restoranının qarşısıdır. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, ona məxsus 9000 manat pulun oğurlandığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X3 Xidməti tərəfindən Yasamal rayonu Zərərçəkmiş şəxs küçəsi 138 saylı ünvanda quraşdırılmış TŞ 2-119 saylı kameranın 16.02.2021-ci il tarixdə qeydə alınmış videgörüntüsü olan 1 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, videogörüntü Yasamal rayonu Zərərçəkmiş şəxs küçəsində olan 4 zolaqlı avtomobil yolu, eləcə də həmin küçə ilə Azərbaycan prospektinin kəsişməsini fiksə edir. Görüntüdəki çəkiliş 16.02.2021-ci il tarixdə saat 16:20-dən başlayaraq 1 saat 40 dəqiqə müddəti əhatə edir. Zərərçəkmiş şəxs küçəsində bir çox avtomobilin yolun kənarında park olunması, eləcə də 45-50 yaşlı qara şalvar, qara ayaqqabı, qara gödəkçə və göy rəngli idman gödəkçəsi geyinmiş, başına papaq qoymuş şəxs (nəzarətçi Təqsirləndirilən şəxs) oradakı avtomobillərin parklanma yerinə girib-çıxmaqlarına nəzarət edərək sürücülərə istiqamət verir. Görüntüdəki saat 04:23 (yəni 16:24:23) olduqda Zərərçəkmiş şəxs küçəsi ilə hərəkət edən “Range Rover” markalı qara rəngli **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin park yerinə daxil olur. Bunu müşahidə edən nəzarətçi (Təqsirləndirilən şəxs) həmin avtomobilə yaxınlaşır və kəsişməyə yaxın ən ilk sırada dayanmasına köməklik göstərir. Həmin zaman nəzarətçinin (Təqsirləndirilən şəxs) qeyd edilən avtomobilin sağ hissəsində olduğu görünür və avtomobili yerləşdirdikdən sonra parklanmış avtomobillərin o biri hissəsinə (arxaya doğru) gedərək oradan uzaqlaşır. Görüntüdəki saat 06:23 (yəni 16:26:23) olduqda nəzarətçi (Təqsirləndirilən şəxs) həmin avtomobilin yanında sol tərəfdə durur və 10 saniyə sonra avtomobilin sürücüsü (Zərərçəkmiş şəxs) avtomobildən çıxır və sürücü Azərbaycan prospekti tərəfə getməyə başlayır. Sürücü 3-4 addım aralandıqda parkovşik (Təqsirləndirilən şəxs) avtomobilin sol qabaq qapısının yanında olduğu zaman aşağı əyilir və dərhal qalxaraq parklanmış avtomobillərin o biri hissəsinə tərəf gəlir, yolda gödəkçəsinin sol cibinə nəsə qoyur. Sonra parkovşik (Təqsirləndirilən şəxs) əlini həmin cibindən çıxarıb əlindəkini idman köynəyinin sağ cibinə, 2 saniyə sonra, eləcə də parklanmanın sonuna çatdıqda əlini həmin cibindən çıxarıb ətrafa boylanır, dala-qabağa gedərək parklanmanın sonunda dayanmış boz rəngli, üzərində taksi nişanı olan “Mersedes (minik)” markalı avtomobilə yaxınlaşır və onun yanında olan yaşlı bir kişinin (Şahid3) əlinə nəisə ötürür və həmin şəxsə nəsə deyərək oradan “Range Rover” markalı avtomobilin sürücüsünün yanına gedərək onunla söhbət edir. Bu vaxt həmin yaşlı şəxs (Şahid3) parkovşikdən (Təqsirləndirilən şəxs) aldığını gödəkçəsinin sağ cibinə qoyur. Görüntüdəki saat 08:33 (yəni 16:28:33) olduqdan sonra parkovşik (Təqsirləndirilən şəxs) 2 dəqiqə müddətində parklanmadan çıxan və eləcə də daxil olan avtomobillərə nəzarət etmir. Qeyd edilən vaxtda “Range Rover” markalı avtomobilin sürücüsü (Zərərçəkmiş şəxs) isə avtomobilinin ətrafını axtarmaqda davam edir. Görüntüdəki saat 10:01 (yəni 16:30:01) olduqda parkovşik (Təqsirləndirilən şəxs) “Range Rover” markalı avtomobilin yanından ayrılaraq parklanmanın digər tərəfinə gedir və 45 saniyə sonra yenindən “Range Rover” markalı avtomobilin sürücüsünün (Zərərçəkmiş şəxs) yanına gələrək söhbət edir. Görüntüdəki saat 12:10 (yəni 16:32:10) olduqda kəsişmədə “Niva” markalı ağ rəngli avtomobil dayanır və sürücüsü “Range Rover” markalı avtomobilin sürücüsünə (Zərərçəkmiş şəxs) yaxınlaşır və söhbət edirlər. Həmin vaxt parkovşikin (Təqsirləndirilən şəxs) hələ də onların yanında olduğu görünür və 1 dəqiqə 40 saniyədən sonra onların yanından aralanır. 3 dəqiqə müddətində parkovşik (Təqsirləndirilən şəxs) 2 dəfə “Range Rover” markalı və “Niva” markalı avtomobillərin sürücülərinin yanına gedib-gəlir. Görüntüdəki saat 19:20 (yəni 16:39:20) olduqda parkovşik (Təqsirləndirilən şəxs) “Range Rover” markalı avtomobilin qarşısına keçərək əli ilə oradakı iki sürücüyə (Zərərçəkmiş şəxs və sonuncunun qardaşına) nəisə göstərərək başa salır. Həmin dövrdə parklanma nəzarətsiz qalır, digər avtomobillərin sürücüləri özləri parklanmaya daxil olur və çıxaraq gedirlər. Görüntüdəki saat 22:55 (yəni 16:42:55) olduqda parkovşik (Təqsirləndirilən şəxs) kameraya tərəf, yəni parklanmanın sonuna gələrək görüntüdən çıxır və bir daha görünmür, parkovşikin nəisə verdiyi şəxs (Şahid3) həmin arada 3-4 dəfə boz rəngli, üzərində taksi nişanı olan “Mercedes” markalı avtomobilin yanına gəlib-gedir və ya ətrafda dolaşır. Görüntüdəki saat 24:58 (yəni 16:44:58) olduqda parkovşikin nəisə verdiyi şəxs (Şahid3) həmin “Mercedes” markalı avtomobilin yanında olanda bir nəfər cavan oğlan ona yaxınlaşır və bir qədər söhbət etdikdən sonra onlar həmin avtomobilə oturaraq oradan uzaqlaşırlar. Görüntüdəki saat 28:02 (yəni 16:48:02) olduqda “Range Rover” markalı avtomobilin sürücüsü (Zərərçəkmiş şəxs) də oradan uzaqlaşır. Çəkiliş 16.02.2021-ci il tarixdə saat 18:00-a kimi aparılsa da hərəkət iştirakçılarının, eləcə də parkovşikin (Təqsirləndirilən şəxs) oraya qayıtması müşahidə edilmir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki qara şalvar, qara ayaqqabı, qara gödəkçə və göy rəngli idman gödəkçəsi geyinmiş, başına papaq qoymuş şəxsin özünün olmasını təsdiq etmişdir. Eyni zamanda videogörüntü tədqiq edilərkən məhkəmə iclasında iştirak edən Şahid3 da videogörüntüdəki parklanmanın sonunda dayanmış boz rəngli, üzərində taksi nişanı olan “Mersedes (minik)” markalı avtomobilin yanında dayanmış yaşlı şəxsin özü olduğunu təsdiq etmişdir. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli protokolun məzmunundan müəyyən edilir ki, iş üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Şahid3 ifadəsində göstərdiyi xüsusatları, Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Şahid3 həmçinin təqsirləndirilən şəxsin üzünə qarşı bildirmişdir ki, 2021-ci ilin mart ayının əvvəllərində Yasamal rayon Polis İdarəsinə çağırılarkən bir gün öncə Rövşəni gördükdə sonuncuya polisə çağırıldığını və çağırılma səbəbinin tapdığı pulla bağlı olubolmamasını Rövşəndən soruşmuşdur. Rövşən isə həmin zaman ona “səndən soruşsalar ki Rövşən sənə nə verdi, onda deyərsən ki Rövşən mənə siqaret qutusu verdi” ifadəsini işlədərək ona yalan ifadə verməyi tapşırmışdır. O, da Rövşənə etiraz edib bu barədə polisə yalan məlumat verməyəcəyini, ondan soruşulacağı təqdirdə həqiqəti deyəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanasının 07 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 12.04.2011-22.04.2011-ci il tarixədək “Nevrozabənzər vəziyyət. Anamnezində psixostimulyasiyaedici maddələrin qəbulu” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. O, 22.06.2021-ci il tarixdə xəstəxanaya yenidən qəbul olunub və ona “Opoidlərin və psixostimulyatorların qəbulu nəticəsində davranış pozuntuları” diaqnozu qoyulmuşdur. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizası əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Şəxsi tərəfindən verilmiş 07 avqust 2021-cı il tarixli 1745 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində davranış pozuntusu, astenik sindrom aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən psixi pozuntu onda törətdiyi əməl dövründən sonra yaranmışdır. Təqsirləndirilən şəxs qeyd olunan psixi pozuntu onu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı PB-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş 16.02.2021-ci il tarixli təqrirdən görünür ki, Zərərçəkmiş şəxs “102” Xidməti Zəng Mərkəzinə özünə məxsus mobil telefon nömrəsindən zəng edərək Yasamal rayonu Zərərçəkmiş şəxs küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində gödəkçəsinin cibindən 6000-7000 manat pulunu itirməsi barədə məlumat vermişdir. İş materiallarında olan DİN-nin X3 Xidmətinə bilavasitə tabe olan 102 Xidməti Zəng Mərkəzindən Zərərçəkmiş şəxs müraciətinin qeydə alınmış səs yazısı məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs ilə operator arasında aşağıdakı məzmunda dialoq aparılmışdır: “- (polis) 102 polis xidməti “Adıgözəlova” buyurun.- (Zəng vuran) Salam xanım. Mirzəağa Əliyev və Azərbaycan prospektinin kəsişməsində, “AzDrama”nın yanında maşından düşdüm. Üstümdəki pul yerə düşdü, götürdüm qoydum təzədən cibimə. Pul aşağı tərəfdən cibimə düşməyib, boş olub. Yəni paltonun cibinə düşməyib. Bir az aralaşdım, qayıtdım ki pul yoxdur, mənim maşınımın yanında başqa maşın parkovka olunmuşdu. Baxdım ki, o maşın da yoxdur, ola bilər ki, o maşında olan aparıb. - (polis) Yəni itirmisiniz, salmısınız üzərinizdən? - (Zəng vuran) Bəli. - (polis) özünüzü təqdim edin? - (Zəng vuran) Zərərçəkmiş şəxs - (polis) Harada yaşayırsınız? - (Zəng vuran) Yasamal rayonu Şərifzadə küçəsi ev 66 mənzil 27 - (polis) Nə qədər pul idi? - (Zəng vuran) Dəqiq sayını bilmədim, 6-7 min arası idi. Hamısı 200-lik idi - (polis) 6-7 min? - (Zəng vuran) Bəli. Təzə pul idi. Üstündən xərcləmişdim, bir 10 min idi. Özüm iş adamıyam. Parkovşik də gördü, yanımdadır, üstümdən düşdü pul. Yazıq dedi ki, halal puldu, götürüb qoydum cibimə. Demə paltonun cibinə qoya bilməmişəm, düşüb yerə. - (polis) Hansı rayondur? - (Zəng vuran) Bura hansı rayondu? (yanındakından soruşur). Yasamal rayonu - (polis) Məlumat qeydə alındı. - (Zəng vuran) Təşəkkür edirəm.” İş materiallarında olan Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 26-cı PB-nə ünvanlanmış 16.02.2021-ci il tarixli yazılı ərizəsindən və ilkin izahatından görünür ki, o, 9000 manat pulunun naməlum şəraitdə itməsi barədə məlumat vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Yasamal RPİ-nin 26-cı PB-nə verdiyi 20 fevral 2021-ci il tarixli ilkin yazılı izahatında 9000 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını və sonuncunun həmin puldan ona 3000 manat pulu geri qaytarmasını bildirmişdir. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 15 (on beş) ədəd 200 (iki yüz) manatlıq əskinaslardan ibarət 3000 (üç min) manat məbləğində pula baxış keçirilərək götürülmüşdür. İş materiallarında olan 06 mart 2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 15 (on beş) ədəd 200 (iki yüz) manatlıq əskinaslardan ibarət 3000 (üç min) manat məbləğində pul qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan “Azerfon MMC”dən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə dair sms, danışıq və antena üzrə məlumatların qeydə alındığı 1 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrəsindən istifadə edərkən 16 fevral 2021-ci il tarixdə ünvan 6 ünvanın əhatə dairəsində, 17.02.2021 tarixdə saat 17:49:32-də Siyəzən şəhəri, Babək küçəsində, 18.02.2021 tarixdə saat 17:59:54-də Siyəzən şəhərinin şimalı, Bakı-Quba yolunun sağ tərəfi, 18.02.2021 tarixdə saat 18:54:11də Sumqayıt şəhəri, Bakı-Quba yolu, Xəzər yarmarkası, 18.02.2021 tarixdə saat 20:11:26da ünvan 8 ünvanlarda olmuş, 27.02.2021-ci il tarixədək olan müddətdə Bakı şəhərinin müxtəlif rayonları ərazisindən kənara çıxmamışdır. Eyni zamanda iş materiallarında olan DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi üzrə təqdim edilmiş məlumatların olduğu 1 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrəsindən istifadə edərkən 16.02.2021-ci il tarixdə saat 12:53:57-də Bakı şəhəri Yasamal rayonu Füzuli küçəsi 1-də, 17.02.2021-ci il tarixdə saat 17:34:33-də Siyəzən səhəri Babək küçəsində, 18.02.2021-ci il tarixdə saat 17:25:42-də Xaçmaz şəhəri N.Narimanov küçəsi 11-də, 18.02.2021-ci il tarixdə saat 19:48:54-də isə Bakı şəhəri Yasamal rayonu Füzuli küçəsi 1-də olmuşdur. Məhkəmə göstərilənlərə əsasən tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanaraq Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi pul vəsaitini özünün tapıntı kimi qiymətləndirməsinə dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, o, Yasamal rayonu Zərərçəkmiş şəxs küçəsi 138 ünvanda yerləşən parklanma yerində Zərərçəkmiş şəxs məxsus pul vəsaitini asfalt örtüyündən götürərkən bunu kənardan heç kimin görmədiyini, bununla bağlı ona irad bildirilməyəcəyini, hadisənin qarşısının alınması üçün ona müdaxilə edilməyəcəyini dərk etmişdir. Belə ki, o, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, hadisə yerində müşahidə kamerasının olması barədə məlumatının olmasına baxmayaraq onun görüntü dairəsinə düşmədiyini hesab etmişdir. Bundan başqa o, pul vəsaiti üzrərində sərəncam vermək hüququnu tam şəkildə həyata keçirmək məqsədilə onun qanuni sahibi Zərərçəkmiş şəxs hadisə yerinə qayıdanadək hadisə barədə məlumatsız olan Şahid3 verməklə gizlədilməsinə nail olmuşdur. Eyni zamanda o, əməlinin ifşa olunmasının qarşısını almaq məqsədilə Şahid3 yalan ifadə verməsinə cəhd göstərərək istintaqa verdiyi ifadəsində ona pul verməsini təkzib etməsini təkid etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs niyyətinin tamah məqsədilə Zərərçəkmiş şəxs məxsus pul vəsaitini qanunsuz olaraq gizli yolla ələ keçirmək olması toplanmış sübutlarla tam olaraq öz təsdiqini tapır. Təqsirləndirilən şəxs əldə etdiyi pul vəsaitinin məbləğinin 9000 (doqquz min) manat deyil, 6000 (altı min) manat olmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs yalnız hadisədən dərhal sonra 102 Xidməti Zəng Mərkəzinə verdiyi məlumatda 6000-7000 manat pul vəsaitini itirməsi barədə məlumat vermişdir. Hətta Azərbaycan Respublikası DİN-nin X3 Xidmətinə bilavasitə tabe olan 102 Xidməti Zəng Mərkəzindən Zərərçəkmiş şəxs müraciətinin qeydə alınmış səs yazısı tədqiq edilərkən də müəyyən edildi, o, ilkin məlumat verərkən üzərində olan pul vəsaitinin sayını dəqiq bilmədiyini, həmin pulun 6000-7000 arasında olmasını, o cümlədən iş adamı olmaqla əvvəldən 10.000 manatının olmasını və həmin vəsaitin üzərindən xərclədiyini bildirmişdir. Daha sonra o, eyni tarixdə aidiyyəti üzrə Yasamal RPİnin 26-cı PB-nə yazılı ərizə və ilkin izahat verərkən ona 9000 manat ziyan dəyməsini göstərmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bu ziddiyyəti onunla izah etmişdir ki, o, hadisənin bilavasitə təsirindən həyəcanlandığı üçün 102 Xidməti Zəng Mərkəzinə zəng edib ilkin məlumat verərkən özündə olmamışdır. Yalnız müəyyən müddət keçib haqq-hesab etdikdən sonra 9000 manat pul vəsaitinin oğurlanmasını aşkar etdiyini bildirmişdir. Belə ki, o, iş yerindən çıxarkən 10000 (on min) manat götürmüş, həmin məbləğdən 1000 (min) manatı Şahid1 tikinti materialı alması üçün vermiş, 8000 manat pul vəsaitini həmin vaxt Şahid4 olan borcunun qaytarması, qalan 1000 manat vəsaiti isə özünün gündəlik xərci üçün nəzərdə tutmuşdur. Bu xüsusat isə şahidlər Şahid1 və Şahid4 ifadələri ilə öz təsdiqini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində əldə etdiyi 6000 manat pul vəsaitinin 3000 manat hissəsini, yəni həmin vaxt Fizuli rayonunda hərbi xidmətdə olan oğlunun müalicəsi üçün 400 manat xərclədiyini, əlavə olaraq ona 400 manat verdiyini, Fizuli rayonuna gediş-gəliş haqqı olaraq 200 manat ödədiyini, özünün (300 manat) və ailə üzvlərinin ayrı-ayrılıqda kirayə haqqı (500 manat) və bazarlıq xərcləri üçün (200 manat) cəmi 1000 manat, özünün müalicəsi üçün dərman vəsaitlərinə 500 manat xərclədiyini, Əli və Firdovsi adlı şəxslərə 200 və 300 manat olmaqla borclarını qaytardığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi üzrə təqdim edilmiş məlumatlar tədqiq edilərkən müəyyən edilmişdir ki, o, hadisədən sonra ümumiyyətlə Fizuli rayonunda olmamışdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin 08 iyul 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, onun övladı X1 rayonunda yerləşən hərbi hissədə xidmət etməmiş, 06.01.2020-ci il tarixdən sorğuya cavab verilən dövrədək DSX-nin “Qubadlı” X4 həqiqi hərbi xidmətini davam etdirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi üzrə təqdim edilmiş məlumatlar tədqiq edilərkən əlavə olaraq müəyyən edilmişdir ki, o, məlum hadisədən sonra özünə narkotik vasitə və ya psixotrop maddə sifariş etmək üçün 17.02.2021-ci il tarixdən başlayaraq şəxsiyyətləri məlum olmayaq müxtəlif şəxslərin istifadəsində olan mobil nömrələrə smslər göndərmişdir. İş materiallarında olan 18 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən edilir ki, qeyd olunan xüsusatla bağlı hazırki cinayət işindən ayrıca material ayrılaraq araşdırma aparılması üçün Yasamal RPİ-nin 26-cı PB-nə göndərilmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs qeyri-səmimi ifadələr verməsinə tənqidi yanaşaraq onun göstərdiyi xüsusatları özünümüdafiə xarakterli məlumat olaraq qiymətləndirir və hesab edir ki, həmin məlumatlar yalnız məsuliyyətdən yayınma məqsədi daşıyır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs bilmədiyi, görmədiyi və hiss etmədiyi şəraitdə 45 ədəd 200 manatlıq pul əskinaslarından ibarət olmaqla, cəmi 9000 (doqquz min) manat pulu gizli olaraq talayıb sonuncuya xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi, bununla da, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Miraqil Qiyasov tərəfindən 16.05.2021-ci il tarixdə “ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərar qəbul edilərək Azərbaycan Respublikası CPM-nin 150-ci maddəsinə əsasən barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs 21.05.2021-ci il tarixdə saat 21:15-də “L-5 fəqərəsinin kompession sınığı” (fəsadlaşmamış) diaqnozu ilə 2 saylı təcili yardım tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi Bölmələrini idarəetmə Birliyi” X12 7 №-li Birləşmiş Şəhər Xəstəxanasına aparılaraq həmin diaqnozla orada yataq şəraitində müalicə alması müəyyən edildiyindən 07.06.2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. İstintaq zamanı yalnız 15.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 10.03.2021-ci il tarixli tələbnamədən və hökmlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi, özgə əmlakını talama cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli 1(006)-236/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 14.02.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Tələbnamədən və iş materiallarından müəyyən edilir ki, hazırki cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinin 14-cü bəndinə görə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Lakin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də oxşar xarakterli cinayət əməlini törətməsini, hazırki əməl nəticəsində əldə etdiyi pul vəsaiti hesabına narkotik vasitə sifariş etməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir və qeyd olunan xüsusatla bağlı istintaq orqanı tərəfindən ayrıca material ayrılaraq araşdırma aparılması üçün aidiyyəti üzrə göndərilməsini nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 15 ədəd 200 manatlıq əskinaslardan ibarət 3000 manat məbləğində pulun qanuni sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış, 3000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən araşdırmaya təqdim edilərkən çəkilmiş fotoşəkillər, Azerfon MMC və DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən SMS, danışıq və antena ilə bağlı əldə edilmiş mobil məlumatlar, DİN-nin X3 Xidmətinə bilavasitə tabe olan “102” Xidməti Zəng Mərkəzinə müraciət edilərkən qeydə alınmış səs yazısı, hadisə yerinə quraşdırılmış Təhlükəsizlik Şəhər Xidmətinin TŞ2-119 saylı kamera görüntüsü olan və üzləşmə zamanı qeydə alınmış və iş materiallarına əlavə edilmiş ümumilikdə cəmi 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 15 ədəd 200 manatlıq əskinaslardan ibarət 3000 manat məbləğində pulun qanuni sahibi - Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, 3000 manat pul Təqsirləndirilən şəxs tərəfindən araşdırmaya təqdim edilərkən çəkilmiş fotoşəkillər, Azerfon MMC və DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən SMS, danışıq və antena ilə bağlı əldə edilmiş mobil məlumatlar, DİN-nin X3 Xidmətinə bilavasitə tabe olan “102” Xidməti Zəng Mərkəzinə müraciət edilərkən qeydə alınmış səs yazısı, hadisə yerinə quraşdırılmış Təhlükəsizlik Şəhər Xidmətinin TŞ2-119 saylı kamera görüntüsü olan və üzləşmə zamanı qeydə alınmış və iş materiallarına əlavə edilmiş ümumilikdə cəmi 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar