Məhkəmə qərarları › İş №1(004)-343/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-343/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-343/2022 13.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun, Məhkəmə iclasının katibi: X14, Xüsusi ittiham qaydasında şikayət verən şəxslər: X3, X18 və X8, Xüsusi ittiham qaydasında şikayət verən şəxslərin nümayəndəsi və vəkili: X8 və X3 nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: X22 və onun müdafiəçisi Müdafiəçi4, Müdafiəçi3 və X28 iştirakları ilə, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X22 X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9, X29 və X19 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9, X29 və X19 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X22 xüsusi ittihamçılar haqqında qəsdən böhtan və təhqir dolu ifadələr işlədərək çıxışlar etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, X22 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları tam toplanılmaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmasını, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini və cəzaçəkmənin əvvəlini həbs edildiyi gündən hesablanmasını, yayılmış məlumatlar barədə təkzib verilsini və internet informasiya ehtiyatlarından silinməsini xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X6 nümayiş olunan resurslarda ('‘youtube”da, internet xəbər portallarında, ‘‘facebook” sosial şəbəkəsində) xususi illtihamçılar barəsində böhtan xarakterli, qərəzli, videogörüntülərlə çıxış, müraciətlər etmiş, şərəf və ləyaqətilərini nalayiq formada alçaltmışdır. Belə ki, X30 2022-ci ilin may ayında, “youtube” sosial şəbəkəsində videomüraciət yayımlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslərə böhtan atmış, təhqirlərə yol xermişdir. https://youtu.be/uuqSUMBS690,https:m.facebook.com/story.php?story_fbid=**********7460 9&id=**********71005 linklərində olan videogörüntünün 6-cı dəqiqəsindən başlayaraq A.Qafarov birdən-birə Qazilərə səslənir: “...qazilərə də səslənirəm ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!? hanı? ...sizi adam yerinə qoymurlar... biri ağzını tikir, biri benzin tökür üstünə yandırır... diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. Bunun bir adı var mütilik... müti! qurtardı. Cəsarət o vaxt cəsarətdir ki, zalım padşah istəməyəndə sən cəsarət göstərəsən...” “...bu gün bura yığışanların hər biri cəsarət nümunəsidir... çünki haqqı müdafiə edirlər... sən hardasan? Sən yoxsan!... sonra sənə qəribə gəlir ki, niyə mənə doşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər...” kimi məlumatlar yayıbdır. Barəsində şikayət verilən şəxs X30 qəsdən və bilərəkdən barələrində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətlərini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş olunan elektron vasitələrdə qorxaq, müti (itaət edən, hər şeyə boyun əyən, qul) adlandıraraq nalayiq formada alçaltmaqla Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Bu gün bütün dünya 44 günlük Vətən Müharibəsindən, qəhrəmanlığımızdan danışdıqları, əsgərlərimizin necə ürəklə irəli getdikləri, ölümün gözünə dik baxdıqlarını, vuruşduqlarını söylədikləri bir vaxtda, habelə ölkə üzrə bir nəfər belə fərari olmadığı halda A.Qafarovun onların uğurularına, qəhrəmanlıqlarına kölgə salması, onları qorxaq, qul adlandırması, cəsarətsiz, əmr ilə döyüşdükləri barədə qeyd edib bunun yanlış olmasını önə çəkib qanunazidd hərəkətlər etmişdir. Hesab edirlər ki, barələrində şikayət etdikləri A.Qafarovun şəxsiyyəti cəmiyyət üçün yüksək təhlükə törətdiyindən onun barəsində qanunda nəzərdə tutulmuş ciddi tədbir görülməlidir. Artıq haqqılarında qanunsuz çıxışlar edən şəxslərdən bezmişlər, onların adılarından fikirlər səsləndirən, arxaları ilə danışan, narahatçılığa əsas yaradan, böhtan dolu çıxış edən şəxslərə dur deyilməlidir! Əks təqdirdə onları hər gün bir nəfər təhqir edəcək, cəmiyyətdə nüfuzdan salacaqdır. Bu tamamilə qəbuledilməzdir. Qeyd edilməlidir ki, ana qanunu olan Konstitusiyada göstərilmişdir ki, Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Bunu bəyən o şəxs bilmir? Dövlət himnimizin sözlərinə də nəzər salmağı vacib hesab edirik: Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə Cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! Barəsində şikayət etdikləri A.Qafarovun himnimizin sözlərini öyrənib-öyrənmədiyini, sözlərinin mənasını təhlil edib-etmədiyini bilmirlər. Fakt odur ki, o öz çıxışı ilə yuxarıda sadalanan ümumqəbul olunmuş normaları nəzərə almamış və qanunlarda göstərilən tələbləri pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının preambulasında qeyd olunmuşdur ki, Azərbaycan xalqının niyyətlərindən biri Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Ərazi bütövlüyünü qoruya bilməyən xalq, dövlət isə yaşaya və inkişaf edə bilməz, beynəlxalq hüquqlarına hörmət olunmaz. Onlar uzun müddət Vətən Müharibəsinin başlanması anını gözləmişlər və öz istəkləri ilə silaha sarılımışlar, Vətənə olan borclarını yerinə yetirmişlər. Onlara böhtan atan şəxs(lər) Vətənimiz üçün hansı işlər görüb..? Barəsində şikayət etdikləri A.Qafarovun hərəkətləri həm də, uzun müddət təşəkkül tapan qanunlarımızın, adət ənənələrimizin inkar edilməsidir. Gələcək nəsillərə, igidlərə səhv istiqamət verilməsidir... Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsi ləkələyən məlumatı yaymış şəxs həmin məlumatın doğruluğunu sübut etməzsə, məlumat təkzib edilir və onu yaymış şəxsin məsuliyyəti yaranır. Qanunvericiliyin tələbinə əsasən şəxsin şərəf və ləyaqətini ləkələyən, şəxsi və ya ailə həyatının sirrini, şəxsi toxunulmazlığını pozan məlumatların yayılması ciddi qanun pozuntusudur. Vurğulanmalıdır ki, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X19 şikayəti müdafiə edərək bildirmişdir ki, X30 27 may 2022-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən Yasamal Rayon Məhkəməsinin inzibati binasının qarşısında media nümayəndələrinə müsahibə vermiş, o cümlədən həmin çıxışı özünün “facebook” hesabında, “youtube”da və digər internet xəbər portallarında yayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslərə böhtan atmış, təhqirlərə yol vermişdir. A.A.Qafarov onlara səslənərək: “ermənilərin üstünə qorxmadan getməklərinin bir iddia olduğunu, adam yerinə qoyulmadıqlarını, hakimiyyətin diktəsi ilə ortaya gələn cəsarətin cəsarət olmadığını, bunun mütilik olduğunu söyləmiş, əslində isə cəsarətin padşah istəməyəndə göstərilməsinin doğru olduğunu önə çəkmişdir. Habelə onlara qanunsuz olaraq meydana dəvət etmişdir. Vətən Müharibəsi veteranı, qazisi kimi hesab edir ki, A.Qafarov yuxarıda göstərilən sözlərlə qəsdən və bilərəkdən barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş olunan elektron vasitələrdə Qarabağ müharibəsi iştirakçılarını, iştirakçı kimi onu cəsarətsiz, müti (itaət edən, hər şeyə boyun əyən, qul) adlandıraraq nalayiq formada alçaltmış və qanunvericilikdə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Qarabağ müharibəsi iştirakçısı kimi bu günədək özünə qarşı heç bir hörmətsizlik görməmişdir. Döyüşə könüllü surətdə getmiş, iki dəfə yaralanmış, həkimlər yenidən döyüşməyini məsləhət görməsələr də, tərəddüd etmədən hərbi əməliyyatlara təzədən qoşulmuş, mübarizəni əlində silahla davam etdirmiş, hərbiçi qardaşlarının yanında olmuşdur. Vətənə olan sevgisini, həmçinin cəsarətini belə sübut eləmişdir. A.Qafarovun “Zalım hakimiyyətin diktəsi ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. Bunun bidənə adı var mütilik! mütii! qurtardı. Cəsarət o vaxt cəsarətdir ki, zalım padşah istəməyəndə sən cəsarət göstərəsən” kimi cümlələrinə fikir verildikdə bu kəlmələr özü-özlüyündə qəbuledilməzdir və qanunsuzdur. Görünür ki, A.Qafarov Azərbaycan Respublikasının Konstitusiyasını və hərbiçilərin hərbi andını yaxşı öyrənməmişdir. Hesab edir ki, heç kəsin onları müti, cəsarətsiz adlandırıb nüfuzdan salmağa səlahiyyəti yoxdur. Açıq-aşkar görünür ki, A.Qafarov yalan olduğunu bilə-bilə şərəf və ləyaqətlərini ləkələyən, onları nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində, internet informasiya ehtiyatlarında yaymaqla cinayət əməli törətmişdir. O etdiyi çıxışla qazilərə qarşı qərəzli olduğunu sübuta yetirmişdir. Bir dəfə də olsun qazilərlə maraqlanmayan, mənfi, nüfuzdan salan məlumatları yalnız kütləvi informasiya vasitələrindən dilə gətirən, Azərbaycan ordusunda xidmət etmənin təhlükəli olduğunu başqa çıxışlarında dilə gətirən, xüsusi ittiham qaydasında şikayət etdikdən sonra təhqirlərini mediyada, məhkəmə iclaslarında davam etdirən, təzyiqlər edən, nə danışdığını bilməyən şəxsin şəxsiyyəti cəmiyyət üçün yüksək təhlükə törədir. Ona görə də X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X29 şikayəti müdafiə edərək bildirmişdir ki, təqsirləndirilən şəxs X30 mediada barəsində böhtan xarakterli, qərəzli, videogörüntülərlə çıxış edib, şərəf və ləyaqətini nəlayiq formada alçaldıbdır. A.Qafarov 2022-ci ilin may ayının 27-də, internetdə videomüraciət yayımlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslərə böhtan atmış, təhqirlərə yol vermiş, həqiqətə uyğun gəlməyən fikirlər səsləndirmişdir. A.Qafarov onlara müraciət edərək: “ermənilərin üstünə qorxmadan getdiklərinin bir iddia olduğunu, adam yerinə qoyulmadıqlarını, hakimiyyətin diktəsi ilə ortaya gələn cəsarətin cəsarət olmadığını, bunun mütilik olduğunu söyləmiş, əslində isə cəsarətin rəhbər şəxs istəməyəndə göstərilməsinin doğru olduğunu önə çəkmişdir. Dediyi sözlərin tam mətni məhkəməyə təqdim etdikləri videodiskdə var. Vətən Müharibəsi veteranı, qazisi kimi hesab edir ki, A.Qafarov yuxarıda göstərilən sözlərlə yalan olduğunu bilə-bilə ləkələyici, nüfuzdan salan məlumatları kütləvi nümayiş olunan vasitələrdə cəsarətsiz, müti deməklə onu alçaltmış, bununla da cinayət əməli törətmişdir. Qarabağ müharibəsi iştirakçısı kimi ona hörmət qoyulur, cəmiyyətdə nüfuza sahibdir, onu şəxsən tanımayan şəxslər belə müharibə veteranı olduğunu bilən kimi dərhal diqqət göstərir, yaxşılıq etməyə çalışırlar, bugünədək ona qarşı haqsızlıq edilməmişdir. Müharibə başlayan kimi heç bir çətinliyi düşünmədən könüllü olaraq silaha sarılmış və düşmənin hücumunun qarşısının alınması üçün irəli getmiş, vətənini sevir və onun uğrunda ölməyə hər an hazırdır. A.Qafarov öz çıxışı ilə onları nüfuzdan salmışdır, onun dedikləri qanunlara zidddir, qanunlara, hərbi anda əsasən heç kim əmrsiz özbaşına hərəkət edə bilməz. A.Qafarov hamının onun kimi düşünməsini istəyir və onlara qarşı qəbuledilməz çağırışlar edir. Cəsarətsiz, müti, dovşan, çaqqal, adam yerinə qoyulmadıqları kimi ifadələri hələ də başından çıxmır, özünü təhqir olunmuş kimi hiss edir, təqsirləndirilən şəxsin onları nüfuzdan salan, şərəflərinə toxunan fikirləri düzgün deyildir. Bu səbəblərdən Abid Qafarov etdiyi əmələ görə qanunla müəyyən edilmiş məsuliyyət daşımalıdır. Xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X9 ərizə ilə məhkəməyə müraciət edərək şikayətindən imtina etdiyini bildirmişdir. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X30 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, şikayət əsassızdır. Xüsusi ittiham qaydasında şikayətə dair iş üzrə birgə şikayət verən şəxslər: X18 və X8 həmin şikayət ərizəsində onunla bağlı göstərdikləri xüsusatlarla, habelə şikayətin verilməsinə əsas kimi göstərilən hallarla razışlamayaraq hesab edir ki, şikayət tamamilə əsassız. Göründüyü kimi barəsində birgə şəkildə verilmiş xüsusi ittihama dair şikayət əsassız olmaqla bərabər, həm də prosessual baxımdan uyğunsuzdur. Ümumiyyətlə, məhkəmə müstəvisində haqqında edilən bu cür şikayəti tam qərəzli, birmənalı olaraq jurnalist fəaliyyətinə müdaxilədir. Hazırkı iş üzrə şikayət verən şəxs qismində adları keçən şəxslərin müəyyən qismi, hər hansısa maraq müqabilində belə bir addım atmağı özlərinə rəva biliblər. Əks halda şikayət ərizəsində vətənpərvərlikdən ağız dolusu qeydlər aparan bu şəxslər “TƏRTƏR İŞİ” kimi mühüm taleyüklü məsələnin ictimai müzakirəsini və tədqiqatını aparan şəxslərdən biri olaraq, ona qarşı bu cür utancverici addım atmaq əvəzinə, sözügedən milli faciəvi işin dövlətimizə, ordumuza və cəmiyyətimizə vurduğu sağalmaz yaralara, eləcə də, ən mühümü bəzi məmurlar tərəfindən bu günə qədər qazilərə göstərilən hörmətsizliyə və diqqətsizliyə əsaslı və əməli diqqət çəkmiş olardılar. Eyni zamanda, bu şikayətin hədəfi kimi onu yox, həmin yuxarıda qeyd etdiyi problemləri və faciələri yaradan, bu gün qazilərin bir çoxunu həyatından bezdirib “özünü yandırmağa”, “ağzını tikməyə”, “özünü asmağa” və digər formada intihar etməyə məcbur edən və ordumuza qarşı “Tərtər Hadisələri” deyilən, dəhşətli, misli görünməmiş faciələri törədən şəxsləri, yəni düşmən olan milli düşmənləri seçərdilər. Həmçinin, hər bir qazimizin, hər bir şərəfi tapdanmış, zorlanmış, mənliyi ayaqlar altına atılmış, ailəsi, həyatı, kişiliyi məhv edilmiş əsgərimizin yanında olardılar, onların haqqını tələb edərdilər. Bu yolda ölümə də, azadlıqdan məhrum edilməyə də dəyər. Yasamal Rayon Məhkəməsinin qarşısında etdiyi çıxış zamanı hər hansı bir qazinin adını çəkməmiş, onları təhqir etməmişdir. Həmin çıxışı etməyinə səbəb qazilərdən birinin ağzını tikməsi, digərinin isə özünə od vuraraq yandırması olmuşdur. Ümumiyyətlə, X10 sonra 13 qazi intihar etmişdir. Hər hansı qazinin canına qəsd etməsini qəbul etmir və şiddətlə qınayır. Qazilərin bu hərəkətlərə əl atmasına səbəb, onların haqqının tapdalanmasıdır. Məhkəmə iclasında nümayiş etdirilən çıxışında hər hansı böhtan və təhqir məzmunlu ifadələrdən istifadə etməmişdir. Şikayətdə qeyd edilmiş qul sözü isə onun tərəfindən deyilməmişdir. Çıxışında qeyd etdiyi “müti” sözü bədii sözdür və mənası itaətkar deməkdir. Həmçinin şikayətdə qeyd edilmiş çaqqal və dovşan sözləri onun tərəfindən deyilsə də, həmin ifadələri işlədərkən qaziləri nəzərdə tutmamışdır. Beləliklə, təqsirləndirilən şəxs X30 özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə təqsirli olması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, iş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntü və digər iş materialları ilə tam sübuta yetirilmişdir. İş materillarında olan: 0179417 nömrəli Hərbi biletdən görünür ki, X1 istiqamətində gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iştirak etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, X29 vətən müharibəsi içtirakçısıdır. 0671655 nömrəli hərbi biletdən görünür ki, X19 xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək İİ-ci Qarabağ müharibəsində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, X8 diaqnozu hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Barotravma (xx.xx.2020) keçirilmiş sağtərəfli xroniki koxlernevrit, sağtərəfli neyrosensor davamlı ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3.5 metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Xarici burunun kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı hal, sağtərəflihemisindrom ilə. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mülayim dərəcədə ifadə olunmuş üzvi emosional-labil (astenik) pozuntu, postkommtston sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması sağ kürək nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Hipermetropiya. Hər iki gözün hipermetropiyası sağda Hm 3.35D, solda Hm 3.5D nəticəsində görmə itiliyinin 0.9-a qədər azalması, korreksiya ilə 1.0 olmaqla. İş materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X30 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasının qarşısında çıxış edərək “...qazilərə də səslənirəm ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!? hanı? ...sizi adam yerinə qoymurlar... biri ağzını tikir, biri benzin tökür üstünə yandırır... diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. Bunun bir adı var mütilik... müti! qurtardı. Cəsarət o vaxt cəsarətdir ki, zalım padşah istəməyəndə sən cəsarət göstərəsən...” “...bu gün bura yığışanların hər biri cəsarət nümunəsidir... çünki haqqı müdafiə edirlər... sən hardasan? Sən yoxsan!... sonra sənə qəribə gəlir ki, niyə mənə doşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər...” deyə fikirlər bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 4/1008 nömrəli “Məhkəmə linqvistik ekspertizası”, “Nitq fəaliyyəti məhsullarının tədqiqi” rəyindən görünür ki,

1. Sosial şəbəkədə paylaşılmış “Qazilərə də səslənirəm: ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!? hanı? ...sizi adam yerinə qoymurlar... biri ağzını tikir, biri benzin tökür üstünə yandırır... diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. Bunun bir adı var - mütilik... Müti! Qurtardı. Cəsarət o vaxt cəsarətdir ki, zalım padşah istəməyəndə sən cəsarət göstərəsən..." "...bu gün bura yığışanların hər biri cəsarət nümunəsidir., çünki haqqı müdafiə edirlər... sən hardasan? Sən yoxsan... sonra sənə qəribə gəlir ki, niyə mənə dovşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər..." cümlələrini linqvistik baxımdan təhlil etdikdə işlənən ifadələr ümumilikdə qazilərin, qazi hesab olunduğu təqdirdə isə xüsusi ittihamçılar X3, X18 və X8 şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan söz və fikirlər hesab olunur.

2. Qeyd olunan mətn parçasında qazilərin şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan təhqir xarakterli söz və ifadələr, əsasən, “müti”, “ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!”, “sizi adam yerinə qoymurlar”, “diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz” kimi söz, söz birləşməsi və ifadələrdə əks olunmuşdur. Mətndə qazilərlə bağlı neqativ məlumatın mövcudluğunu, məlumatda mənəvi keyfiyyətlərin şübhə altına alındığını, bu fikirlərin təsdiq formasında təqdim edilməsini, eləcə də faktoloji səciyyə daşıyan bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımdan yanaşdıqda təqdim olunmuş mətndə qazilərlə bağlı onların şərəf və ləyaqətini alçaltmağa xidmət edən məlumatlar mövcuddur. “X16” MMC-nin A 001 nömrəli vəsiqəsindən görünür ki, X30 həmin cəmiyyətin redaktoru vəzifəsində işləyir. "xxxx" MMC-nin 001 nömrəli vəsiqəsindən görünür ki, X30 həmin cəmiyyətin direktorudur. X4 görünür ki, X30 məhkum olunmamış şəxsdir. X9 tərəfindən verilmiş ərizədən görünür ki, o xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina edir və Abid Qafarovu bağışlayır. A.Qafarov onun Tərtər hadisələrini işıqlandırdığı üçün məhkəməyə verildiyini iddia etsədə, bu hal məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadı. Hazırki xüsusi ittiham A.Qafarovun 27 may 2022-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən Yasamal Rayon Məhkəməsinin inzibati binasının qarşısında etdiyi çıxış barədədir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X30 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçıların ifadəsinə, ittiham tərəfinin təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumata, ekspert rəyinə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X30 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə tövsif edilir. Həmçinin məhkəmə iclasında X3 xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etməsi, xüsusi ittiham üzrə X23 və X12 münasibətdə A.Qafarovun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad olunması üçün əsas deyildir. Hazırki xüsusi ittiham üzrə hökm X23 və X12 münasibətdə çıxarılır. X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, araşdırılan sübutlarla X18 və X8 Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və onların qazi olması işin mübahisəsiz halıdır. X5 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasının qarşısındakı kütləvi çıxışında qazilər barəsində işlətdiyi ifadələrin X23 və X12 aid olmadığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 4/1008 nömrəli “Məhkəmə linqvistik ekspertizası”, “Nitq fəaliyyəti məhsullarının tədqiqi” rəyi ilə müəyyən edilmişdir ki, X22 etdiyi çıxışında xüsusi ittihamçılar X18 və X8 şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan təhqir xarakterli söz və ifadələr işlətmişdir. Bununlada A.Qafarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan əlavə X30 etdiyi çıxışında .... 1) “Qazilərə də səslənirəm: ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!?. 2)...sizi adam yerinə qoymurlar... 3) Sən yoxsan... sonra sənə qəribə gəlir ki, niyə mənə dovşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər...".... söz və ifadələri işlədərək X23 və X12 böhtan atmışdır. Bununlada A.Qafarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, söz azadlığı və ya ifadə azadlığı dedikdə bir düşüncənin, inancın, qənaətin, davranışın və ya duyğunun bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsidir. Bu bəyan etmə sözlər vasitəsilə də həyata keçirilə bilir. Sözlərdə, ifadələrdə müəyyən məlumatlar bəyan edilir, fikirlər söz və ya ifadələrlə səsləndirilir, açıqlanır. Hər bir halda yayılan həmin məlumatlarda fikirlər və faktlar ifadə edilir. Fikri ifadə etmək üsulundan, tərzindən asılı olmayaraq kütləvi nümayiş etdirildiyi halda sözlərlə, ifadələrlə, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan məlumatlar yayılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). "İnsan Hüquqlarının və X17 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X15rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs X30 tərəfindən xüsusi ittihamçılar barəsində böhtan xarakterli söz və ifadələr kütləvi çıxşında yaymışdır. Sosial internet şəbəkəsi Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibini yaradır. Bundan əlavə məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Bununla da həmin çıxışında X30 öz düşüncəsinə görə fikirləri, ehtimalları olubolmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə yuxarıda qeyd edilən yalan məlumatlar yayılmışdır. Hansı ki, məhz həmin məlumatlar da hazırkı xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X18 və X8 şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir, Vətən Müharibəsi iştirakçısı olmaqla onu cəmiyyətdə nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlardır. Həmçinin məhkəmə söz azadlığı və fikir azadlığı hüququ ilə bağlı məsələlərə də yuxarıda göstərilən qanunvericilik normaları baxımından da qiymət verərək hesab edir ki, X18 və X8 hazırkı xüsusi ittiham qaydasında şikayətindəki X22 onun barəsində səsləndirdiyi məlumatlarla bağlı, A.Qafarovun hərəkətlərinə haqq qazandırıla bilmir və onun bu əməlində cinayət məsuliyyətini aradan qaldıran hallar mövcud olmur. Məhkəmə qeyd edir ki, X7 və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməlidir, digərlərinin hüququna xələl gətirməməlidir, vətəndaşların "İnsan Hüquqlarının və X17 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır, yəni hazırkı halda X18 və X8 öz şəxsi həyatı, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar ifadə edilməsi ilə nəticələnən, yəni X22 məhz bu formada söz və ifadə azadlığı hüquqlarının həyata keçirməsinə haqq qazandırılmır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Xüsusi ittiham qaydasında şikayət materiallarından göründüyü kimi xüsusi ittihamçı xx.xx.1996-cı il təvəllüdlü X29 və xx.xx.1986-cı il təvəllüdlü X2 Müharibəsi iştirakçılarıdır. Bununla da onlar həmin yaşa qədər cəmiyyətdə, döyüş yoldaşları, onları tanıyan şəxslər arasında malik olduğu şərəfi, ləyaqəti və nüfuzu vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X30 yuxarıda qeyd edilən kütləvi çıxışında və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında qeyd edilən məlumatları, ifadələri işlədərək xüsusi ittihamçı X29 və X13 cəmiyyət qarşısında, o cümlədən döyüş yoldaşlarının və dostlarının, onu tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin kütləvi çıxışında səsləndirdiyi söz və ifadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olduğundan məhkəmə tərəfindən məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, “Qazilərə də səslənirəm: ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!? hanı? ...sizi adam yerinə qoymurlar... biri ağzını tikir, biri benzin tökür üstünə yandırır... diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. Bunun bir adı var - mütilik... Müti! Qurtardı. Cəsarət o vaxt cəsarətdir ki, zalım padşah istəməyəndə sən cəsarət göstərəsən..." "...bu gün bura yığışanların hər biri cəsarət nümunəsidir., çünki haqqı müdafiə edirlər... sən hardasan? Sən yoxsan... sonra sənə qəribə gəlir ki, niyə mənə dovşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər... " cümlələrini linqvistik baxımdan təhlil etdikdə işlənən ifadələr ümumilikdə qazilərin, qazi hesab olunduğu təqdirdə isə xüsusi ittihamçılar X18 və X8 şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan söz və fikirlər hesab olunur. Yəni, təqsirləndirilən şəxs X30 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qarşısındakı kütləvi çıxışı zamanı xüsusi ittihamçılar barəsində səsləndirdiyi söz və ifadələr birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxslərin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. Təqsirləndirilən şəxs X30 həmin söz və ifadələrlə onların aid olduğu şəxslərin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onların cəmiyyətdə tutduqları mövqelərini ləkələmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs X30 tərəfindən xüsusi ittihamçılar barəsində təhqir xarakterli söz və ifadələr kütləvi çıxşında yaymışdır. Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaradır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X30 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin və qanunvericiliyin yuxarıdakı tələblərinə əməl edərək aşağıdakıları da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs X22 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasındakı alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X27 azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyindən, onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut 01 ədəd CD disk xüsusi ittiham qaydasında şikayət üzrə materiallarda saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış tədqiqatların dəyəri olan 154 (bir yüz əlli dörd) manat X20 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

X30 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 147.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 148-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları tamamilə toplamaq yolu ilə X27 qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs edildiyi vaxtdan, yəni 13 iyul 2022-ci il tarixdən hesablansın. X22 barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. X22 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd CD disk xüsusi ittiham qaydasında şikayət üzrə materiallarda saxlanılsın. İş üzrə təyin edilmiş məhkəmə-linqvistik ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 154 (bir yüz əlli dörd) manat X20 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar