Məhkəmə qərarları › İş №1(004)-344/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-344/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-344/2022 31.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 05 aprel 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,310 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 aprel 2022-ci il tarixdə saat 18:20 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş, PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,310 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə cəzaçəkmə müəsisəssindən azad olunandan sonra özünə iş tapa bilməmişdir. Səhətində olan problemlərə görə ağrıları olur. Bu səbəblə narkotik vasitə olan heroin istifadə edir. Narkotik vasitə heroini almaq üçün pulu ailəsindən alır. 05 aprel 2022-ci il tarixdə saat 12 radələrində narkotik vasitəni əldə etmək məqsədi ilə əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan əraziyə gedərək orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi narkotik vasitə satan şəxsi görmüşdür. Həmin şəxs ona 20 manata gümüşü rəngli kağıza bükülmüş bükülmüş olan narkotik vasitə heroini satmışdır. Aldığı heroini əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. 05 aprel 2022-ci il tarixdə təxminən saat 18:20 radələrində piyada olaraq ünvan 4 ünvanda ona mülki geyimdə olan iki nəfər polis əməkdaşı yaxınlaşaraq polis vəsiqələrini göstərib üzərində narkotik vasitə və psixotrop maddələri gəzdirməkdə şübhəli olduğunu bildirmişdirlər. Onu Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişdirlər. Bölmənin xidməti otağların birində ona təqdim edilmiş vəkil Müdafiəçi iştirakı ilə razılığı əsasında videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış aparmışdırlar. Şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli idman şalvarımın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə olan heroini çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o və baxışda iştirak edən digər şəxslər öz imzaları ilə təsdiq etmişdirlər. Daha sonra isə üzərindən aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilmişdir. Qeyd etmişdir ki, o, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə aldığı həmin şəxsi narkotik satışı ilə məşğul olan şəxs kimi tanısa da, onun anket məlumatları və əlaqə vasitələri barədə heç bir məlumatı yoxdur. O, sadəcə şəxsi istifadəsi üçün müştəri kimi 20 manat müqabilində bir büküm heroini almışdır. Daha sonra özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını və ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. Onun vəzifə səlahiyyətləri cinayətkarlığa qarşı mübarizə aparmaq, cinayət törətmiş şəxslərin müəyyən edilərək tutulmasını təmin etmək, əməliyyat-axtarış tədbirlərini həyata keçirmək və sair daxildir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərizəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı bölməyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 29-cu PŞ-sinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunub və 05 aprel 2022-ci il tarixdə saat təxminən 18:00 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin kiçik əməliyyat müvəkkili polis kiçik serjantı Şahid2 ilə birlikdə əməliyyat tədbirini keçirmək üçün Bakı şəhəri Yasamal rayonu G.A.Abbasov küçəsinə yollanaraq güdmə əməliyyat tədbirini həyata keçirmişdir. Həmin günü saat təxminən 18:20 radələrində ünvan 5 ünvanın qarşısında dayanan, əməliyyat məlumatı əsasında xarici görnüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişdirlər. Ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. Oda onların təklifi ilə razılaşaraq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gətmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Anar Aslanov onu şübhəli şəxs qismində tutduqdan və hüquqvəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansısa bir qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, isə əynində olan boz rəngli idman şalvarın sağ yan cibində 1 ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin kağız büküm açıldı və içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddə narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün 05 aprel 2022-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidən narkotik vasitənin satışı ilə məşğul olduğunu bildiyi üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman zaman heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin maddə zərfə qoyularaq möhürlənib və ekspirtizaya aparılması üçün müvafiq quruma göndərilib. Bununla bağlı protokol tərtib edilib və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində cinayət axtarışı üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kiçik serjantı rütbəsini daşıyır. Onun vəzifə səlahiyyətləri cinayətkarlığa qarşı mübarizə aparmaq, cinayət törətmiş şəxslərin müəyyən edilərək tutulmasını təmin etmək, əməliyyat-axtarış tədbirlərini həyata keçirmək və sair daxildir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərizəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı bölməyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 29-cu PŞ-sinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunub və 05 aprel 2022-ci il tarixdə saat təxminən 18:00 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ilə birlikdə əməliyyat tədbirini keçirmək üçün Bakı şəhəri Yasamal rayonu A.A.Abbasov küçəsinə yollanaraq güdmə əməliyyat tədbirini həyata keçirmişdir. Həmin günü saat təxminən 18:20 radələrində ünvan 6 ünvanın qarşısında dayanan, əməliyyat məlumatı əsasında xarici görnüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişdirlər. Ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. Oda onların təklifi ilə razılaşaraq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gətmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı Anar Aslanov onu şübhəli şəxs qismində tutduqdan və hüquqvəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansısa bir qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, isə əynində olan boz rəngli idman şalvarın sağ yan cibində 1 ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin kağız büküm açıldı və içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş maddənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin maddə narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün 05 aprel 2022-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidən narkotik vasitənin satışı ilə məşğul olduğunu bildiyi üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını etiraf etmişdir. Daha sonra isə onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman zaman heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən həmin maddə zərfə qoyularaq möhürlənib və ekspirtizaya aparılması üçün müvafiq quruma göndərilib. Bununla bağlı protokol tərtib edilib və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 77-79-cu vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanovun xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və o, dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmiş. Cinayət işinin 81-82-ci vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1864 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd gümüşü rəngli kağız bükümdə ümumi çəkisi 0,310 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil etmişdir. Cinayət işinin 122-130-cu vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,310 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,260 qramı məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir, (01) ədəd disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 3300 saylı rəyindən görünür ki müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Kərimov X8 rayon Məhkəməsinin 28 mart 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası bitmişdir. Cinayət işinin 94-97-ci vərəqələrində olan AZ-İ 580987 nömrəli nikah şəhadətnaməsi və Azərbaycan Respublikası vətandaşının şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs X7 ilə nikahda olmaqla himayələrində 09 iyun 2011-ci il təvəllüdlü Zeynəb Kərimli və 24 iyul 2014-cü il təvəllüdlü Vahid Kərimli adlı övladları vardır. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 05 aprel 2022-ci il saat 20:10-da Bakı şəhəri Yasamal RPİ-nin 29cu Polis şöbəsinin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİnin 29-cu Polis şöbəsinin əməkdaşlarının və 22 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən içərisində heroin olan 1 (bir) ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmiş və markotik vasitə heroini şəxsi istifadəsi üçün 05 aprel 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi “Şamaxinka” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində almasını etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini və ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 05 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 17 iyun 2022-ci il tarixli 3300 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,260 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 92 (doxsan iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili O.Ə.Bünyada dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili O.Ə.Bünyada məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,260 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar