Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-344/2025 02.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “27 saylı” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1986-cı il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İmişli rayonu, Rahim Məmmədov küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla ünvan 1 kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, mənzilə qanunsuz daxil olaraq saxlanc yerindən özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 yanvar 2025-ci il tarixdə saat 12 radələrində əvvəlcədən əldə etdiyi açarla ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin qapısını açaraq oraya qanunsuz daxil olduqdan sonra mənzilin yataq otağındakı çarpayının üzərindəki döşəyin altında olan Zərərçəkmiş şəxs1 məxsus 920 manat pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 fevral 2025-ci il tarixdə saat 21 radələrində əvvəlcədən əldə etdiyi açarla ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin qapısını açaraq oraya qanunsuz daxil olduqdan sonra mənzilin qonaq otağındakı masanın üzərində yığılmış döşəyin altında olan Zərərçəkmiş şəxs1 məxsus 850 manat pulu və həmin otaqdakı saxlanc yeri hesab olunan dolabın içərisindən Zərərçəkmiş şəxs2 məxsus 150 manat dəyərində bir ədəd 585 əyarlı 1,5 qram çəkidə qızıl üzüyü gizli olaraq talayaraq zərərçəkmiş şəxslərə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun arvadının əmisidir, həmin şəxslə münasibəti həmişə yaxşı olub, aralarında heç bir ədavətləri olmamışdır. O, Zərərçəkmiş şəxs1la 24 yanvar 2025-ci il tarixdən hadisə baş verən tarixədək Bakı şəhəri, Yasamal rayonu, ərazisində yerləşən "xxxx" MTK-da birlikdə işləmişdir. Belə ki, Yusif həmin yaşayış binasının tikintisində usta olaraq, özü isə Yusifin yanında köməkçi-fəhlə işləmişdir. Həmişəki kimi Yusiflə birlikdə 27 yanvar 2025-ci il tarixdə işdə olarkən saat 08 radələrində iş başlamazdan əvvəl onlar həmin binada paltarını dəyişdirdikləri zaman Yusifin gödəkçəsinin cibindən yaşadığı evin açarları yerə düşmüş və Yusif bunu hiss etməmişdir. O, açarı götürüb Yusifə vermək istəsə də, həmin an fikrini dəyişdiyi üçün, yəni Yusifin evinə oğurluq niyəti ilə girmək üçün açarları sahibinə verməmiş və öz cibinə qoymuşdur. 28 yanvar 2025-ci il tarixdə o, işə getməmiş və bir neçə gün əvvəlcədən söhbət zamanı Yusifin arvadının işdə olacağını öyrəndiyi üçün sonuncunun evində heç kimin olmadığını dəqiqləşdirib əmin olduğundan, həmin gün saat 12 radələrində Yusifin kirayə yaşadığı ünvan 2 ünvanına getmişdir. Yusifdən götürdüyü iki ədəd açarlarla həyətin və evin giriş qapılarını açaraq mənzilə daxil olmuşdur. Mənzildə heç bir əşyanı dağıtmadan bir qədər axtarış aparmışdır. Bu zaman taxt yatağının üzərindəki döşəyi qaldırıb baxdıqda 920 manat pul olduğunu görmüş, pulu götürüb dərhal mənzilin qapılarını bağlayaraq oranı tərk etmişdir. Bundan bir gün sonra yenidən Yusiflə işini davam etdirmiş, aralarında oğurluqla bağlı heç bir söhbət olmamışdır. 920 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Yusifin oğurluqdan xəbərinin olmadığını gördüyü üçün həmin mənzilindən ikinci dəfə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 08 fevral 2025ci il tarixdə saat 21 radələrində eyni üsulla Yusifin mənzilinə daxil olub axtarış aparmışdır. Bu zaman ilk dəfə oğurluq etdiyi otaqdakı stolun üzərində yığılmış yorğan-döşəyin arasına baxdıqda oradan 850 manat pul aşkar edərək götürmüşdür. Bir qədər də axtarış aparmış və qonaq otağındakı dolabın içərisində açıq vəziyyətdə olan qutuda bir komplekt qızıl-zinət əşyaları olduğunu görmüş, lakin onlara toxunmadan mənzili tərk etmişdir. Evin qapısını bağlamaq istədiyi zaman fikrini dəyişib geri dönmüş və həmin qadın üçün olan qızıl komplektin bir ədəd üzüyünü götürmüşdür. Bundan sonra o, mənzilin qapılarını bağlayaraq oradan uzaqlaşmışdır. 09 fevral 2025-ci il tarixdə o, “Neftçilər” metrostansiyası yaxınlığına gedərək Zərərçəkmiş şəxs1 mənzilindən oğurladığı bir ədəd qızıl üzüyü oradakı “Qızıl Dünyası” adlı qızıl alqı-satqısı mağazasına aparmışdır. Həmin mağazada satıcı işləyən kişi ilə söhbət edərək üzüyün özünə məxsus olduğunu bildirib satmaq istədiyini demişdir. Həmin şəxs qızılı elektron tərəzidə çəkmiş və çəkisinin bir qramdan bir qədər çox olmasını müəyyən etmişdir. Alıcı 585 əyarlı həmin qızıl üzük üçün ona 110 manat pul ödəmişdir. O, həmin pulu və 850 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra hava şəraiti əlverişsiz olduğundan o da digərləri kimi işə getməmişdir. 10 fevral 2025-ci il tarixdə isə evdən çıxdığı zaman Yusifin evinin açarlarını küçədəki zibil qutusuna tullamış və tanışları ilə birlikdə restoranlardan birinə getmişdir. Həmin gün axşam saatlarında Yusif ona zəng edərək evinə çağırmış, o isə sonuncuya Balaxanı qəsəbəsində olduğunu və axşam saatlarında gələcəyini demişdir. Axşam Yusifin evinə gedib törətdiyi cinayət hadisəsini etiraf etmək istəsə də, Yusifin arvadı evdə olmadığından və o, həmin şəxslərin hamısı ilə birlikdə söhbət etmək niyyətində olduğundan hadisəni etiraf etmədən çıxıb öz evinə getmişdir. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. O, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində ailə üzvləri ilə birlikdə evdən çıxıb qaynının evinə qonaq getmiş və həmin gün saat 23:55-də evinə qayıtmışdır. Növbəti gün, yəni 09 fevral 2025-ci il tarixdə saat 08 radələrində işə gedərkən pula ehtiyacı olduğundan əvvəlcədən evdə yataq otağında stolun üstündə yığılmış yorğan-döşəyin arasında saxladığı puldan müəyyən məbləğ götürmək istədikdə orada saxladığı 850 manat pulun yerində olmadığını görmüşdür. O, bundan bir neçə gün əvvəl həyətin və mənzilin giriş qapılarının açarlarını iş yerində itirdiyi üçün evindən oğurluq hadisəsi olmasından şübhələndiyindən evi axtarmağa başlamışdır. Bu zaman evin yataq otağında dolabda saxladıqları oğlunun toyu üçün aldığı arvadı Zərərçəkmiş şəxs2 məxsus qızıl komplektə aid 585 əyar bir ədəd üzüyün, həmçinin yataq otağındakı taxt çarpayının döşəyinin altında saxladığı 920 manat pulun da oğurlandığını aşkar etmişdir. Mənzilində oğurluq hadisəsi baş versə də, evdə hər hansı bir əşya dağıdılmamış, pəncərə və qapılara müdaxilə edilməmişdir. Bundan sonra o, 10 fevral 2025- ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. O, Yasamal rayonu ərazisində yerləşən "xxxx" MTK-da usta kimi çalışır və qardaşının kürəkəni Təqsirləndirilən şəxs da onun yanında köməkçi-fəhlə olaraq işləmişdir. Hadisədən bir neçə gün əvvəl iş yerində səhər saatlarında Vasiflə birlikdə paltarlarını dəyişdikdən sonra evinin açarları cibindən düşüb itmişdir. Ona görə də o, polis şöbəsinə izahat verdikdən sonra fikirləşmişdir ki, Təqsirləndirilən şəxs evinin açarlarını götürüb onun mənzilindən oğurluq etmiş ola bilər. Bu səbəbdən də o, Vasiflə əlaqə saxlayaraq mənzilində baş vermiş hadisə ilə bağlı polisə müraciət etdiyini və sonuncunun da polis şöbəsinə yaxınlaşmasını istəmişdir. O, əvvəlcədən də Vasifdən şübhələndiyi üçün sonuncunu söhbət etmək üçün evinə çağırsa da, Vasif törətdiyi hadisə barədə heç bir söz danışmadığından polis şöbəsində izahat verdiyi zaman şübhələndiyi şəxsin olmadığını bildirmişdir. Belə ki, hadisə nəticəsində evindən iki dəfəyə, yəni 920 manat və 850 manat olmaqla ümumilikdə oğurlanmış 1770 manat pul özünə, bir ədəd 1000 manat dəyərində qızıl üzük isə arvadı Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. Bundan başqa evdən hər hansı bir əşya oğurlanmamışdır. Açarın itdiyini fikirləşdiyindən yeni açarla əvəz etməyərək digər kopyalarından istifadə etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. O, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində ailə üzvləri ilə birlikdə evdən çıxıb qardaşının evinə qonaq getmiş və həmin gün saat 23:55-də evə qayıtmışlar. Növbəti gün, yəni 09 fevral 2025-ci il tarixdə saat 08 radələrində əri Zərərçəkmiş şəxs1 işə gedərkən pula ehtiyacı olduğundan əvvəlcədən evdə yataq otağında stolun üstündə yığılmış yorğandöşəyin arasında saxladığı puldan müəyyən məbləğ götürmək istədikdə orada olan 850 manat pulun yerində olmadığını görmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs1 bir neçə gün əvvəl həyətin və mənzilin giriş qapılarının açarlarını iş yerində itirdiyini bildirdiyindən onlar evdə oğurluq hadisəsinin baş verməsindən şübhələndikləri üçün evi axtarmağa başlamışlar. Bu zaman evin yataq otağında dolabda saxladıqları oğlunun toy üçün aldıqları özünə məxsus qızıl komplektə aid 585 əyar bir ədəd üzüyün, həmçinin yataq otağındakı taxt çarpayının döşəyinin altında saxladıqları 920 manat pulun da oğurlandığını aşkar etmişdir. Mənzildə oğurluq hadisəsi baş versə də, evdə hər hansı bir əşya dağıdılmamış, pəncərə və qapılara müdaxilə edilməmişdir. Bundan sonra əri 10 fevral 2025-ci il tarixdə Yasamal RPİ-nin 28-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 Yasamal rayonu ərazisində yerləşən "xxxx" MTK-da usta kimi çalışır və qaynının kürəkəni Təqsirləndirilən şəxs da Yusifin yanında köməkçi-fəhlə olaraq işləmişdir. Yoldaşı hadisədən bir neçə gün əvvəl iş yerində səhər saatlarında Vasiflə birlikdə paltarlarını dəyişdikdən sonra evin açarlarını cibindən düşürüb itmişdir. Ona görə də polis şöbəsinə izahat verdikdən sonra fikirləşmişlər ki, Təqsirləndirilən şəxs evin açarlarını götürüb mənzildən oğurluq etmiş ola bilər. Bu səbəbdən də Yusif Vasiflə əlaqə saxlayaraq evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə müraciət etdiyini və sonuncunun da polis şöbəsinə yaxınlaşmasını istəmişdir. Onlar əvvəlcədən də Vasifdən şübhələndikləri üçün əri sonuncuunu söhbət etmək üçün evə çağırsa da, Vasif törətdiyi hadisə barədə heç bir söz danışmadığından polis şöbəsində izahat verdiyi zaman şübhələndiyi şəxsin olmadığını bildirmişdir. Evindən iki dəfəyə, yəni 920 manat və 850 manat olmaqla ümumilikdə oğurlanmış 1770 manat pul Zərərçəkmiş şəxs1, bir ədəd qızıl üzük isə özünə məxsus olmuşdur. Bundan başqa evdən hər hansı bir əşya oğurlanmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 15 ildir ki, fərdi sahibkarlıqla, yəni qızıl alqı-satqısı ilə məşğul olur, iş yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Lotos” ticarət mərkəzində yerləşən “Qızıl Dünyası” adlı mağazadır. 09 fevral 2025-ci il tarixdə saat 14 radələrində bir nəfər kişi həmin mağazaya daxil olaraq özünə məxsus bir ədəd qadın qızıl üzüyü satmaq istədiyini bildirmişdir. O, həmin üzüyə baxdıqda onun hansısa qızıl dəstə məxsus üzük olduğunu anlayıb bu barədə həmin şəxsdən soruşduqda sonuncu bunu təsdiq edərək arvadına məxsus olduğunu və pula ehtiyac olduğundan üzüyü satmaq istədiyini bildirmişdir. O isə adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzüyü satmazdan əvvəl arvadı ilə məsləhətləşməsini təklif etmişdir. Vasif isə onun yanında mobil telefonu ilə zəng edərək yoldaşı ilə danışır kimi özünü göstərib, üzüyü satmağa yoldaşının razı olduğunu bildirmişdir. O, Vasifin sözlərinə və üzüyün özünə məxsus olduğuna inanmış və elektron tərəzidə çəkərək çəkisinin 1,5 qram olduğunu müəyyən etmişdir. Bundan sonra o, həmin 585 qram üzüyə görə 100 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək arxa hissəsində öz xətti ilə “1,5 qr qaşlı üzük 100 m” sözlərini yazmışdır. Bundan bir gün sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə çalışdığı yerə gəlmişdir. Polis əməkdaşları qeyd olunan üzüyü onun aldığını soruşmuş və o, bunu təsdiq etdikdən sonra həmin şəxslərlə birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə getmişdir. Polis şöbəsində izahat yazdıqdan sonra həmin üzüyü və Təqsirləndirilən şəxs məxsus arxa hissəsi yazılı olan şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. O, həmin üzüyün oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, Vasif həmin üzüyünün öz arvadına məxsus olduğunu ona bildirmişdir. O, isə Vasifə inandığı üçün üzüyü almışdır. Əks halda o, özü bu barədə polisə məlumat verərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda iki mərtəbəli yaşayış binası görünür. Evin giriş qapısı dəmir konstruksiyalıdır, boz rənglidir, qapıdan içəri daxil olduqda evin həyəti, pilləkən, yuxarı qalxdıqda evin taxta qapısı, içəri daxil olduqda dəhliz, sağ tərəfdə qonaq otağı, sonra yataq otağı olduğu müşahidə olunur. Baxışda iştirak edən vətəndaş Zərərçəkmiş şəxs1 bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 10:00-dan həmin 21:00-dək evdə olmadığı zaman naməlum şəxsin açar seçmə yolu ilə yaşadığı evə daxil olaraq yataq otağında olan yorğan döşəyin altından 920 azn pulunu oğurlamış və xx.xx.2025-ci il tarixdə saat 19:00-dan saat 23:35-dək olan müddət ərzində yenidən evinə açar yolu ilə daxil olunaraq yataq otağından 1000 azn dəyərində 1 ədəd qızıl üzüyün və 850 manat pulun oğurlandığını aşkar etmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək materiala əlavə edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 11-15); “Baxış və əşyanın götürülməsi haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 Azərbaycan respublikası CPM-nin 51 və 86-cı maddələrinə əsasən tərtib etmişdir həmin protololu PŞ-nin əməliyyat müvəkkilləri polis leytenantı X5, Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi ev 27, mənzil 28-də yaşayan Şahid və hal şahidlərinin iştirakları ilə ondan ötrü ki, Şahid tərəfindən iş üzrə bir ədəd sübut əhəmiyyəti kəsb edən qadın qızıl üzüyü və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti təqdim edildiyindən təhqiqatçı tərəfindən baxış keçirilərək götürüldü. Baxış zamanı həmin əşyanın 585 əyarlı üzərində qaşları olan qadın üzüyü olması, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağızın arxa hissəsində “1,5 qr qaşlı üzük 100 m” sözləri yazılması müəyyən olunur. Sorğu zaman Şahid həmin yazının Təqsirləndirilən şəxs tərəfindən icra edildiyini bildirdi. Odur ki, bu barədə protokol tərtib edildi, protokol ucadan oxundu, protokolun doğruluğu imzalarla təsdiq etdilər. Protokol tərtib edilərkən heç bir şikayət və ərizə daxil olmadı (i.v. 21-23). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28); “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 35); “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X6 Azərbaycan Respublikası CPM-nin 51, 85.4.2, 240.5 və 241-ci maddələrinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tanınmada iştirak edən xx.xx.1977-ci ildə İmişli rayonu, Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 53 nömrəli tam orta məktəbdə kiçik xidmətçi işləyən, İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 iştirakı ilə iş üzrə götürülmüş bir ədəd 585 əyarlı qızıl üzüyü vahid nüsxədə tanınmaya təqdim etmişdir. Tanıma başlamazdan əvvəl tanıyan şəxs Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CPM-nin 239.4-cü maddəsinə əsasən əvvəlcədən ifadə verməkdən imtina etməyə və bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyəti, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında xəbərdar edildi. Tanınmaya aşağıda göstərilən əşya vahid nüsxədə təqdim edildi: 1. bir ədəd 585 əyarlı qızıl üzük. Tanıyan şəxs Zərərçəkmiş şəxs2 yuxarıda qeyd olunan əşya tanınmaya təqdim edildi və Zərərçəkmiş şəxs2 həmin üzüyü tanımaq təklif olundu. Zərərçəkmiş şəxs2 bir ədəd 585 əyarlı üzüyü tanıyaraq ona məxsus evdən oğurlanmış üzük olduğunu, həmin üzüyü xarici görünüş və əlamətlərindən tanıdığını bildirdi. Əşyanın tanınması zamanı “İphone” markalı mobil teleofondan istifadə edilərək fotoşəkillər çəkildi (i.v. 64-65); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş xx.xx.2025-ci il tarixli, 1/904 nömrəli məktubdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X2 stasionar müalicə üçün müraciət etməyib (i.v. 100); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 daxil olmuş 07 mart 2025-ci il tarixli, 3-28-29/2-2467/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 12 ünvanda qeydiyyatda olmaqla, ünvan 4şayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 101); “Sübutların qiymətləndirilməsi haqqında” 27 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələr ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək ona həmin maddələrlə yenidən ittiham elan olunması və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 186.1-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Şahid barəsində Azərbaycan Respublikası CMnin 177.2.1, 32.5, 177.2.2 və 177.2.3, 194.1-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarın öz qüvvəsində saxlanılması və ona dəymiş ziyan 150 manat olaraq qəbul edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etirafedici ifadələri, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etirafedici ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri, Şahid ifadəsi, baxış və götürmə keçirilməsi barədə protokollar, tanımaya təqdim etmə protokolu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü qismində qiymətləndirilməsi, Şahid götürülmüş bir ədəd qadın üzüyü və arxa hissəsində Təqsirləndirilən şəxs tərəfindən “1,5 qr qaşlı üzük 100 m” sözlərini yazılmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağız cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunması, həmin kağızın cinayət işində saxlanılması, bir ədəd üzüyün isə zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra Zərərçəkmiş şəxs2 saxlancına verilməsi, qərar barədə iş üzrə prosessual tərəflərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 118-126); Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 özünə məxsus bir ədəd 1,5 çəkidə, 585 əyarlı qızıl üzüyü 13 may 2025-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm Şıxəliyevdən təhvil almışdır (i.v. 145). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli yazılı ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakt görə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 24-25); “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 17:00 dəqiqədə tutulmuşdur (i.v. 53); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 66); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-139/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməməsi, Təqsirləndirilən şəxs məhkəmə zalından həbsdən dərhal azad olunması qərara alınmışdır (i.v. 84-91); “Qətimkan tədbiri seçmə barədə” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş xx xxx 1986-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İmişli rayonu, Rahim Məmmədov küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla ünvan 1 yaşayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 92); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 19 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 99); “Cinayət işi üzrə icraatının dayandırılması barədə” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır (i.v. 110); “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” 27 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir (i.v. 114-115); “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 28 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (i.v. 128). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, (CM-nin 59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri nəzərə alınaraq, cəzanın məqsədi həm təqsirləndirilən şəxsin islah edilməsinə, həm də cəmiyyətə qarşı yeni cinayətlərin qarşısının alınmasına yönəlməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi şəkildə etiraf etməsi, peşmançılıq keçirməsi və ziyanın ödənilməsi onun gələcəkdə ictimai təhlükəli hərəkətlərdən çəkinəcəyinə əsaslı ümid yaradır. Belə olan halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası yox, daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, həm qanunvericiliyin humanist prinsiplərinə, həm də cəzanın məqsədinə tam cavab verir. Bu cəza həm sosial ədalətin təmin olunmasına, həm də təqsirləndirilənin cəmiyyətə reinteqrasiya olunmasına şərait yaradır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut arxa hissəsində Təqsirləndirilən şəxs tərəfindən “1,5 qr qaşlı üzük 100 m” sözləri yazılmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağız cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 1,5 çəkidə, 585 əyarlı qızıl üzüyün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “27 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut arxa hissəsində Təqsirləndirilən şəxs tərəfindən “1,5 qr qaşlı üzük 100 m” sözləri yazılmış Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağız cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 1,5 çəkidə, 585 əyarlı qızıl üzüyün Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “27 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “27 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-344/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-344/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver