Məhkəmə qərarları › İş №1(004)-345/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-345/2023

12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-345/2023 12.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 28A-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində AE037424 nömrəli «ABC» kateqoriyalı sürücülük vəsiqəsi ilə baş etibarnamə əsasında idarə etdiyi X3 adına olan «Daewoo Leganza» markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi ilə «ünvan 1 ünvanın qarşısında Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetafor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçən piyadanı təhlükəyə məruz qoymamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək, yol hərəkəti qaydalarını pozmaqla piyada zolağının üzəri ilə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağ diz oynağında bud və qamış sümüklərinin içəri və bayır kondilərində sümük iliyi ödemi, diz oynağının bağ aparatının gərilməsi, lateral meniskin zədələnməsi ilə müşayiət olunan sağ diz oynağının əzilməsi ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 aprel 2018-ci il tarixdən «ABC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. 04 noyabr 2021-ci il tarixdən isə «Daewoo Leganza» markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında idarə edir. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs əvvəllər tanımamış, heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 16 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində mən baş etibarnamə əsasında idarə etdiyim texniki cəhətdən saz vəziyyətdə olan «Daewoo Leganza» markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi ilə Bakıxanov körpüsü istiqamətində sağdan 4-cü hərəkət zolağı ilə saatda 50 km saat sürətlə hərəkətdə olan zaman fikri yayındığından qarşıda piyada zolağından yolu soldan sağa doğru keçən piyadanı görməmiş və avtomobilin ön hissəsi ilə piyada qadını vurmuş, piyada qadın zərbənin təsirindən yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayaraq piyada qadına yaxınlaşmış, avtomobilin sürücüsü olmağımı bildirərək qadından həkimə yıxıldığını deməsini xahiş etmiş və sonuncunun bütün xərclərini ödəyəcəyini bildirmişdir. Bundan sonra o, həmin xanım piyadanı avtomobilimə əyləşdirərək, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Travmatologiya institutuna aparmışdır. Orada piyada qadın razılaşdığımız kimi yıxılmasını və əhəmiyyətli bir şeyinin olmamasını bildirdiyindən həkimlər həmin xanımın müalicəysini evdə davam etdirə biləcəyini bildirdiyindən, o, sonradan adını bildiyi Zərərçəkmiş şəxsm yaşadığı evə aparmışdır. Aradan təxminən bir həftə keçmiş Zərərçəkmiş şəxs ona zəng vuraraq ayağında ağrılar olduğu üçün Bakı Sağlamlıq Mərkəzinə getməsini bildirdiyindən o, da həmin xəstəxanaya gəlmiş və orada Zərərçəkmiş şəxs ayağında xəsarət olması müəyyən edilmişdir. Orada o, Fəridə Əhzmədovaya müalicə pulu kimi 800 manat pul vermişdir. Lakin sonradan fizioterapiya üçün pul lazım olduğunu bildirdikdə onun pulu olmadığı üçün verə bilməmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. O, hadisə vaxtı heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, ayıq vəziyyətdə olmuşdur. Ani olaraq mənim fikri yayındığından yolu keçən piyada qadını görməmiş və sonuncunu vurduğu an yalnız onun üçün təhlükəli an yaranmışdır. Hadisə zamanı onun avtomobilində heç bir sərnişin və ya yük olmamışdır. Baş vermiş hadisədən dərhal sonra piyada yaxınlaşaraq özümü təqdim etmişdir ki, avtomobilin sürücüsü özüdür və bütün fikri zərərəçəkmişə təcili yardım göstərməyə yönəlmişdir. Həm də çox qorxduğundan məsuliyyətə cəlb olunacağını düşündüyü üçün aidiyyəti hüquq mühafizə orqanına məlumat verməmişdir. Törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını, zərər çəkən şəxsə dəyən ziyanın ödənildiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, buna görə də onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxslərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində işdən çıxaraq yaşadığı ünvana getmək üçün Zivər bəy Əhmədbəyov küçəsində piyada keçidinə gəlmiş və yolun hərəkət istiqaməti boyunca soldan sağa doğru adi yerişlə piyada zolağının üzəri ilə hərəkət etməyə başladıqda yol ilə hərəkətdə olan avtomobillər dayanmağa başlamışlar. Yol 4 hərəkət zolaqlı olduğundan soldan birinci avtomobil dayanaraq yol verməyə başladıqdan sonra digər hərəkət zolaqlarında olan avtomobillər də dayanmağa başlamışlar və o, artıq yolu keçib qurtarmağa az qalmış 4-cü hərəkət zolağı ilə hərəkətdə olan markasını və nömrə nişanını xatırlamadığı avtomobil onu vurmuş, o, zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman avtomobilin sürücü ona yaxınlaşaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmiş və onu öz avtomobilinə otuzduraraq xəstəxanaya aparmışdır. Yolda Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, o, xəstəxanada yıxıldığımı bildirsin, onun bütün xərclərini ödəyəcəkdir. Bundan sonra onlar Travmotologiya institutuna gəlmiş, orada o, yıxıldığını bildirmiş və ilk əvvəllər o, güclü ağrılar hiss etmirmiş. Ona görə də həkim onu müayinə edərək ciddi bir şey olmamasını bildirərək işinə davam edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu yaşadığı ünvana gətirmişdir. Lakin sonrakı günlər o, ayağında ağrıların artmasını görmüş və təxminən 1 həftə sonra Sənana zəng edərək ağrılar barədə bildirmiş və Bakı Sağlamlıq mərkəzinə getdiyini demişdir. Sənan da xəstəxanaya gəlmişdir. Orada onu müayinə etdikdə ayağında xəsarətlərin olmasını bildirmişlər. Bundan sonra Sənan ona 800 manat versə də, sonradan heç bir yardım etməmişdir. O, dəfələrlə sonuncu və ailə üzvləri ilə əlaqə saxlasa da, ona heç bir yardım etmədiklərindən o, məcbur qalıb polisə məlumat vermişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 227 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ diz oynağında bud və qamış sümüklərinin içəri və bayır kondilərində sümük iliyi ödemi, diz oynağının bağ aparatının gərilməsi, lateral meniskin zədələnməsi ilə müşayiət olunan sağ diz oynağının əzilməsi küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə xx.xx.2023-cü il tarixdə yol nəqliyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətəə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfindən verilmiş 8/1040 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, «Daewoo Leganza» markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsinə əsasən ona vurulmuş ziyanı tamamilə ödədiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Onun cəzalandırılmasını istəmədiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla da məhkəmədə müəyyən edildi ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınan «Daewoo Leganza» markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılmasından ötrü müvafiq olaraq sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülk iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və həmin maddə üzrə barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi tanınan «Daewoo Leganza» markalı **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat (səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar