Məhkəmə qərarları › İş №1(004)-345/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-345/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-345/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2, mənzil 85də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrar olaraq ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə əvvəllər birlikdə işlədiyi tanışı Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, sonuncunu “Socar’da, maliyyə şöbəsində işə düzəlməsi ilə əlaqədar heç bir səlahiyyəti olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 nömrəli ünvanda yerləşən “Qismət” şadlıq sarayının yaxınlığındakı istirahət parkında 5000 manat, xx.xx.2021 -ci il tarixdə saat 21 radələrində həmin ünvanda 3000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu iləələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 əvvəllər Mənzil İnşaat Dövlət X3 bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət X4 mənzil alınmasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansısa səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində, ünvan 4 ünvanda yerləşən “Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında 10000 (on min) manat, xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində həmin ünvanda 17000 (on yeddi min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdləələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 27000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 əvvəllər Mənzil İnşaat Dövlət X3 bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil inşaat Dövlət X4 18600 manat dəyərində 3 otaqla mənzilin alınmasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansısa səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs3 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2022-ci ilin aprel ayının sonunda ünvan 5 ünvanda yerləşən Mənzil İnşaat X1rşısında 18600 (on səkkiz min alı yüz) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 18600 (on səkkiz min alı yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 əvvəllər Mənzil İnşaat Dövlət X3 bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Mənzil İnşaat Dövlət X4 18600 manat dəyərində 3 otaqla mənzilin alınmasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansısa səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs4 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2022-ci ilin aprel ayının sonunda ünvan 5 ünvanda yerləşən Mənzil İnşaat X1rşısında 9000 (doqquz min) manat və 2022-ci ilin may ayının əvvəllərində isə ünvan 5 ünvanda yerləşən Mənzil İnşaat X1rşısında 9600 (doqquz min altı yüz) manat pulunu vahid niyyətləəhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 18600 (on səkkiz min altı yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 2008-ci ildən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1la “Engin” LTD şirkətində satış təmsilçisi kimi birlikdə işləmiş, iş yoldaşı olmuşdur. Daha sonra hər ikisi həmin şirkətdən ayrılsa da münasibətləri qalmış, aralarında olan ünsiyyət davam etmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1la aralarında olan ünsiyyət zamanı sonuncu iş axtardığını bildirmişdir. Müəyyən tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs1 “Socar” şirkətinə işə düzəldə biləcəyini bildirmişdir. Belə ki, həmin ərəfələrdə uzun müddətdir ki, ünsiyyətdə olduğu, çoxdandır tanıdığı tanışı X6 bu haqda bildirmiş, Şahlar Bədirov bu barədə öyrənib bir neçə gündən sonra cavab deyəcəyini demişdir. Bir neçə gün sonra tanışı Şahlar Bədirov onunla əlaqə saxlayıb tanışını “Socar” şirkətində işə düzəldə biləcəyini, bu işin başqalarına 12000 manata alındığını, lakin ona görə 8000 manata edə biləcəyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb Şahlar Bədirovun dediklərini ona çatdırmış və bildirmişdir ki, “Socar” şirkətində 12000 manat müqabilində maliyyə şöbəsində işə düzəldə biləcək, lakin yaxını olduğu üçün bu işi 8000 manata düzəltmək imkanı vardır. Zərərçəkmiş şəxs1 razılaşmış, həmin məbləğdə pulu hissə-hissə verə biləcəyini bildirmişdir.15 noyabr 2021-ci il tarixdə saat 20 radələrində, Yasamal rayonu, Yeni Yasamal 2 nömrəli ünvanda yerləşən “Qismət” şadlıq sarayının yaxınlığındakı istirahət parkında, Zərərçəkmiş şəxs1 “Socar” şirkətində maliyyə şöbəsində işə qəbul olması üçün öncədən danışıb-razılaşdığı 8000 (səkkiz) manat puldan bir hissəsini, yəni, 5000 (beş min) manat pulu Zərərçəkmiş şəxs1 götürmüşdür. Pulu götürdükdən sonra tanışı Şahlar Bədirovla əlaqə saxlayıb tanışı Zərərçəkmiş şəxs1 işə düzəlməsi üçün istədiyi puldan bir hissəsini götürdüyünü bildirmiş, Şahlar Bədirov hazırda Xətai rayonu ərazisində olduğunu demiş və Zərərçəkmiş şəxs1 götürdüyü həmin pulu aparıb Şahlar Bədirova çatdırmışdır. Həmin məbləğdə pulu götürdükdən sonra Şahlar Bədirov bildirmişdir ki, Zərərçəkmiş şəxs1la əlaqə saxlanılacaq, görüşüləcək və müəyyən sənədləri istəyəcəklər. Zərərçəkmiş şəxs1la əlaqə saxlanılmış, görüşülmüş və müəyyən sənədləri götürülmüşdür. Bir qədər müddət sonra Şahlar Bədirov onunla əlaqə saxlayıb işin alınmağına az müddət qaldığını, qalıq qalan 3000 manat pulu da çatdırmağı bildirmiş, Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb həmin sözləri ona çatdırmış və qalıq qalan pulu gətirib çatdırmağını demiş, o da eyniliklə də belə etmiş, 25 noyabr 2021-ci il tarixdə saat 21 radələrində, Yasamal rayonu, Yeni Yasamal 2 nömrəli ünvanda yerləşən “Qismət” şadlıq sarayının yaxınlığındakı istirahət parkında, Zərərçəkmiş şəxs1 “Socar” şirkətində maliyyə şöbəsində işə qəbul olması üçün öncədən danışıb- razılaşdığı 8000 (səkkiz) manat puldan qalıq qalan hissəsini, yəni, 3000 (üç min) manat pulu Zərərçəkmiş şəxs1 götünnüş, sonra Şahlar Bədirovla əlaqə saxlayıb istədiyi puldan qalıq qalan hissəsini götürdüyünü bildirmiş, Şahlar Bədirov hazırda Xətai rayonu ərazisində olduğunu və pulu ona çatdırmağı demiş, eyniliklə belə etmiş və Zərərçəkmiş şəxs1 götürdüyü həmin məbləğdə pulu Şahlar Bədirova vermişdir. Həmin məbləğdə pulu alaraq işi düzəldəcək Şahlar Bədirov bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs1 qısa zaman ərzində “Socar”da maliyyə şöbəsində işə qəbul olacaqdır. Bir müdət keçmiş, müxtəlif şəxslər tanışı Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb müəyyən sənədlər götürmüş, müəyyən görüşlər etmiş, lakin işə düzəlməsində hər hansısa bir nəticə olmamışdır. Belə olan halda, Zərərçəkmiş şəxs1 verdiyi pulunu geri tələb etməyə başlamışdır. Zərərçəkmiş şəxs1 verdiyi 8000 manat pulu istədikdə o da öz növbəsində pulu verdiyi Şahlar Bədirovdan pulu geri istəmiş, lakin Şahlar Bədirovun başına iş gəldiyindən, müəyyən çətinlikləri olduğundan və sonda tutulduğundan verdiyi 8000 manat pulu ondan geri alıb qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 verdiyi pulu geri istəməkdə təkid etdikdə əlacsız qalıb 8000 manat puldan 3000 manat pulu, təxminən 2023-cü ilin yay aylarında Zərərçəkmiş şəxs1 geri qaytarmışdır. Bundan bir qədər müddət keçmiş Zərərçəkmiş şəxs1 verdiyi 8000 manat puldan qalıq qalan 5000 manatı istəməyə davam etmiş, lakin maddi imkanı olmdadığından həmin məbləğdə pulu ona geri qaytara bilməmişdir. Daha sonra, sonuncu dəfə, təxminən 2024cü ilin may ayının əvvələrində 500 manat pul düzəldib Zərərçəkmiş şəxs1 geri qaytarmış və qalıq qalan 4500 (dörd min beş yüz) manat pulu isə qısa zaman ərzində geri ödəniş edəcəyini bildirmişdir. Bundan başqa bildirir ki, Zərərçəkmiş şəxs2 təxminən 2005-ci il tarixdən tanıyır. Zərərçəkmiş şəxs2la “Engin" LTD şirkətində satış təmsilçisi kimi birlikdə işləmiş, daha sonra hər ikisi həmin şirkətdən ayrılsa da aralarında olan ünsiyyət davam etmişdir. Belə ki, təxminən 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb özünə mənzil almaq istədiyini bildirmişdir. Babəkə müəyyən tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksində mənzil alacağına köməklik edəcəyini bildirmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirib müsbət nəticə olduqda məlumat verəcəyini demişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Babəklə əlaqə saxlayıb həmin yerdə, yəni, Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksində mənzil ala biləcəyini, bunun üçün ümumilikdə 25000 manat pul lazım olduğunu demiş, Zərərçəkmiş şəxs2 razılaşıb həmin məbləğdə pulu hissə-hissə verə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində, Səbail rayonu ərazisində yerləşən, “Azərbaycan Dövlət İqtisad Universiteti”nin qarşısında, öncədən danışıb-razılaşdığı 25000 manat puldan bir hissəsini, yəni, 10 000 manat pulu Zərərçəkmiş şəxs2 almış və həmin pulu Şahlar Bədirova vermişdir. 2022-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs2la əlaqə saxlayıb mənzil almağı üçün əvvəlcədən danışıb razılaşdığı pulun biraz artdığını, yəni 25000 manat deyil, 29000 manat lazım olduğunu, hazırda qalıq qalan 19000 manat pulu da həmçinin çatdırmasım bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində, “Azərbaycan Dövlət İqtisad Universiteti”nin qarşısında, danışıb-razılaşdığı puldan qalıq qalan hissəsini, yəni, 19000 manat pulu Zərərçəkmiş şəxs2 almış və həmin pulu Şahlar Bədirova vermişdir. 2000 manat pulu sonradan Zərərçəkmiş şəxs2 qaytarmışdır. Hazırda 2500 manat pulu Babəkə ödəyir və 1000 manat pulu isə Nicata ödəyir. Bundan sonra təxminən 2022-ci ilin aprel ayının ortalarında Yasamal rayonu ərazisində yerləşən "MİDA” Yaşayış Kompleksinin qarşısında Hökmalı ilə görüşərək ondan likin olaraq 9000 manat pulu və ona aid olan şəxsiyyət vəsiqəsinin sürəti, Asan imza sənədlərini almış, bundan sonra Hökmalı ilə ayrıldıqdan sonra elə həmin günü Şahlarla əlaqə saxlayıb onunla Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksinin qarşısında görüşmüş və ona Hökmalının verdiyi 9000 manat pulu və ona aid olan şəxsiyyət vəsiqəsinin surətini Asan imza sənədlərini vermişdir. Bundan başqa təxminən 2022-ci ilin aprel ayının sonunda '‘MİDA” Yaşayış Kompleksinin qarşısında Hökmalı ilə görüşərək ondan əlavə olaraq 9000 manat pulu almış, Hökmalı ilə ayrıldıqdan sonra elə həmin günü Şahlarla əlaqə saxlayıb onunla Yasamal rayonu ərazisində yerləşən "MİDA-" Yaşayış Kompleksinin qarşısında görüşmüş və Hökmalının ona verdiyi 9000 manat pulu vermişdir. Bu zaman Şahlar 2022-ci ilin may ayının sonunda 3 otaqlı mənzilin Hökmalıya təhvil veriləcəyini bildirmişdir. Şahlara Hökmalıdan aldığı ümumlikdə 18000 manat puldan heç bir məbləğdə pul almamışdır. Bundan başqa təxminən 2022-ci ilin aprel ayının sonunda Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksinin qarşısında İsmayılla görüşərək ondan ilkin olaraq 9000 manat pulu və ona aid olan şəxsiyyət vəsiqəsinin surəti, Asan imza sənədlərini almış, İsmayılla ayrıldıqdan sonra elə həmin günü Şahlarla əlaqə saxlayıb onunla “MİDA” Yaşayış Kompleksinin qarşısında görüşüb İsmayılın verdiyi 9000 manat pulu və ona aid olan sənədlərini vermişdir. Əlavə olaraq bildirir ki, təxminən 2022-ci ilin yanvar aynın sonunda və həmin ilin fevral ayının ortalarında Bakı şəhəri, Xətai rayonu və Yasamal rayon ərazilərində Şahlara Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "MİDA” Yaşayış Kompleksində 3 otaqla mənzil alması üçün ondan 32000 manat pul aldığından, ona qarşı dəlduzluq etdiyinə görə və ondan başqa digər şəxslərin və onu Yasamal RPİ-nə şikayətləri əsasında onun barəsində Yasamal RPİ-nin İŞ-də müstəntiq Nadir Heydərov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmış və hazırda Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Fərid Namazovun icraatında məhkəmə istintaqı aparılır. Bir daha qeyd edir ki, Nicatdan, Babəkdən, İsmayıldan və Hökmalıdan aldığı pulların hamsmı Şahlara vermiş, həmin pullardan heç bir məbləğdə pul almamış, Nicata, Babəkə, İsmayılla və Hökmalıya qarşı dələduzluq etməmiş və onların pullarını ələ keçirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsini və şahidlərin ifadələrini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2005-ci ildən tanyır. Belə ki, Vasiflə birlikdə “Engin” LTD şirkətində satış təmsilçisi kimi birlikdə işləmişlər. Daha sonra hər ikisi başqa yerlərdə işləməsinə baxmayaraq münasibətləri davam etmişdir. Təxminən 2022-ci ilin əvvəllərində Vasiflə aralarında olan ünsiyyət zamanı mənzil çətinliyi olduğunu, özünə mənzil almaq istədiyini bildirmişdir. Vasif müəyyən tanışlarının olduğunu, həmin tanışlarının vasitəsi ilə ona. Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksində mənzil alacağına köməklik edəcəyini bildirmişdir. Vasifə razılığını bildirmiş və müsbət nəticə olduqda məlumat verməsini xahiş etmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Vasif əlaqə saxlayıb həmin yerdə, yəni, Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksində mənzil ala biləcəyini, bunun üçün ümumilikdə 25000 manat pul lazım olduğunu bildirmişdir. Uzun müddətdir ki, Vasifi tanıdığına, yaxın münasibəti olduğuna görə ona etibar edib inanmış və razılaşmışdır. Pulu hissə-hissə verə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində, Səbail rayonu ərazisində yerləşən, “Azərbaycan Dövlət İqtisad Universiteti”nin qarşısında, yəni, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 6 nömrəli ünvanda, öncədən danışıb-razılaşdığı 25000 manat puldan bir hissəsini, yəni, 10000 manat pulu Vasifə vennişdir. Vasif ona və ailəsinə aid bir çox sənədlər yığmağı bildirmiş, həmin sənədləri tamlıqla hazırlayıb vermişdir. Bir neçə dəfə Vasif onu və ailə üzvlərini Yasamal rayonu ərazisində yerləşən Dövlət Sosial Müdafiə Fondunun binası yaxınlığına dəvət etmiş, yaxınlıqda gözləməyi bildirmiş, sözü gedən fondun işçisinin onunla görüşəcəyini demişdir. Bu proses bir neçə dəfə baş vermiş, belə ki, sözü gedən fondun binasının yaxınlığında ailə üzvləri ilə birlikdə gözləmiş, bir nəfər əlində papkası olan, səliqəli geyimdə, əvvəllər tanımadığı, anket məlumatlarını və mobil telefon nömrəsini bilmədiyi kişi onlara yaxınlaşaraq mənzil barədə bir neçə sorğu-sual etmişdir. Bu proseslər nəticəsində Vasifə daha da etibar edib inanmışdır. Bundan sonra, təxminən 2022-ci ilin aprel ayının sonlarında Vasif əlaqə saxlayıb mənzil almağı üçün əvvəllcədən razılaşdığı pulun biraz artdığını, yəni 25000 manat deyil, 29000 manat lazım olduğunu, hazırda qalıq qalan 19000 manat pulu da həmçinin çatdırmağı bildirmişdir. Belə olan halda, Vasifə etibar etdiyi üçün qalıq qalan məbləğdə pulu ona verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Səbail rayonu ərazisində yerləşən, “Azərbaycan Dövlət İqtisad Universiteti”nin qarşısında, yəni, İstiqlaliyyət küçəsi, 6 nömrəli ünvanda, pulun qalıq qalan hissəsini, yəni, 19000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, ona zəng olunacaqdır, artıq işi alınmaqdadır, yaxın zamanda mənzil ilə təmin olunacaq. Bir qədər vaxt keçdikdən sonra əvvəl olduğu kimi Yasamal rayonu ərazisində yerləşən Dövlət Sosial Müdafiə Fondunun binasının yaxınlığına gəlməyini xahiş etmiş və həmin yerə getdikdə əvvəllər tanımadığı, yaşlı kişi ilə görüşmüş, mənzil barədə bir neçə məlumat almış və təxminən iki ay ərzində mənzil əldə edəcəyi bildirilmişdir. Bunu da qeyd edir ki, yuxarıda qeyd etdiyi zamanda və yerdə 19000 manat pulu Təqsirləndirilən şəxs verdiyi günün axşamı Vasif onunla əlaqə saxlayıb yaşadığı yuxarıda qeyd etdiyi ünvanına gələrək xahiş-minnət edib ev əldə etməyi üçün 2000 manat endirim etdirdiyini, yəni, ona verdiyi 29000 manat puldan 2000 manatını geri aldığını bildirmiş və həmin 2000 manat pulu ona qaytarmış, verdiyi 27000 manat pula mənzil düzəldəciyini vəd etmişdir. Bir qədər vaxt keçmiş və Təqsirləndirilən şəxs verdiyi vədinə əməl etmədiyini müəyyən edib qısa zamanda ev məsələsini həll etmədiyi halda ona verdiyi 27000 manat pulu geri verməsini ondan tələb etmişdir. Hər dəfəsində onunla danışanda bu gün, sabah həll olunacağını bildirib uzatmış, bu qədər müddət ərzində ona verdiyi ümumilikdə 27000 manat puldan heç bir məbləğdə pulu geri qaytarmamışdır. Bir neçə dəfə baş verənlər barədə polisə şikayət etmək istədiyini Vasifə bildirsə də müxtəlif bəhanələr gətirib verdiyi pulu geri qaytaracağını bildirərək onu ümidləndirdiyindən hazırki vaxtadək Polisə müraciət etməmiş, daha sonra tanışlarından Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Yasamal Rayon Polis İdarəsində cinayət işi başlandığını, hətta Təqsirləndirilən şəxs saxlandığını öyrənmiş və belə olan halda, o da müraciət edib Təqsirləndirilən şəxs pulunu geri tələb etmək qərarına gəlmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərdən 2500 manat məbləğində pul vəsaiti qaytarılmışdır, onunla barışıq əldə olunmamışdır, vurulmuş ziyan tam şəkildə ödənilməsi halında ondan şikayətçi olmayacağını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 onun dostlarıdır. Təxminən 2022-ci ilin mart-aprel aylarında Babək özü üçün onun iş yoldaşı olmuş Təqsirləndirilən şəxs ona Yasamal rayonu «MİDA» Yaşayış Kompleksində 3 otaqlı mənzil alması üçün ondan 27000 manat almış, lakin həmin vaxtdan bu günə kimi nə pulunu qaytarmamış nə də ki, mənzil almamışdır. Təxminən 2022-ci ilin mart ayında o, İsmayıl, Babək və Vasif Bakı şəhərində dəqiq xatırlamadığı ünvanda oturub çay içərkən Vasif ona və İsmayıla Yasamal rayonu ərazisində «MİDA» Yaşayış Kompleksində hər birinə 3 otaqlı mənzil almasına köməklik etmək üçün hər birindən 18600 manat pul istəmiş və onunla razılaşmışlar. Təxminən 2022-ci ilin aprel ayının sonunda Yasamal rayonu, «MİDA» Yaşayış Kompleksinin qarşısında Vasiflə görüşərək ona bir dəfəyə 18600 manat pul və özünə aid şəxsiyyət vəsiqəsinin surətini və Asan imza sənədini vermişdir. Vasif 3 otaqlı mənzilin 2022-ci ilin sonunadək təhvil verəcəyini bildinnişdir. Lakin bir müddət keçdikdən sonra Vasif telefon zənglərinə cavab verməmiş, bundan sonra o və İsmayıl aldıqları məlumata görə Vasifin barəsində Babək və Nicat adlı şəxslər tərəfindən onların pullarını ələ keçirməsi barədə şikayətləri ilə Yasamal RPİ-nə ərizə ilə müraciət etmişlər. Onun vaxtı olmadığından həmin vaxt şikayət edə bilməmişdir. Bundan sonra o və İsmayıl Səbail RPİnə gələrək Təqsirləndirilən şəxs barəsində şikayət ərizələri ilə müraciət etmişlər. Ona dəymiş 18 600 manat məbləğində maddi ziyanının ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərdən 1500 manat məbləğində pul vəsaiti qaytarılmışdır, onunla barışıq əldə olunmamışdır, vurulmuş ziyan tam şəkildə ödənilməsi halında ondan şikayətçi olmayacağını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun dostudur, onun vasitəsi ilə Zərərçəkmiş şəxs2 tanımışdır. Təxminən 2022-ci ilin mart-aprel aylarında Babək özü üçün onun iş yoldaşı olmuş Təqsirləndirilən şəxs ona Yasamal rayonu, «MİDA» Yaşayış Kompleksində 3 otaqlı mənzil alması üçün ondan 27000 manat almış, lakin həmin vaxtdan bu günə kimi nə pulunu qaytarmamış, nə də ki, mənzil almamışdır. Təxminən 2022-ci ilin mart ayında o, Hökmalı, Babək və Vasif Bakı şəhərində dəqiq xatırlamadığı ünvanda oturub çay içərkən Vasif ona və Hökmalıya Yasamal rayonu ərazisində, «MİDA» Yaşayış Kompleksində hər birinə 3 otaqlı mənzil almasına köməklik etmək üçün hər birindən 18000 manat pul istəmiş və onunla razılaşmışlar. Təxminən 2022-ci ilin aprel ayının sonunda Yasamal rayonu, «MİDA» Yaşayış Kompleksinin qarşısında Vasiflə görüşərək ona ilkin olaraq 9 000 manat pul və özünə aid şəxsiyyət vəsiqəsinin surətini və Asan imza sənədini vermişdir. Bundan başqa təxminən 2022-ci ilin may alının əvvəllərində Yasamal rayonu, «MİDA» Yaşayış Kompleksinin qarşısında Vasiflə görüşərək ona əlavə olaraq 9600 manat pul vermişdir. Vasif 3 otaqlı mənzilin 2022-ci ilin sonunadək təhvil verəcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra Vasif telefon zənglərinə cavab verməmiş, bundan sonra o və Hökmalı aldıqları məlumata görə Vasifin barəsində Babək və Nicat adlı şəxslər tərəfindən onların pullarını ələ keçirməsi barədə şikayətləri ilə Yasamal RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Onun vaxtı olmadığından həmin vaxt şikayət edə bilməmişdir. Bundan sonra o və Hökmalı Səbail RPİ-nə gələrək Təqsirləndirilən şəxs barəsində şikayət ərizələri ilə müraciət etmişlər. Ona dəymiş 18 600 manat məbləğində maddi ziyanını ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərdən 4000 manat məbləğində pul vəsaiti qaytarılmışdır, onunla barışıq əldə olunmamışdır, vurulmuş ziyan tam şəkildə ödənilməsi halında ondan şikayətçi olmayacağını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 2008-ci il tarixdən tanıyır. Onunla birlikdə “Engin” LTD şirkətində satış təmsilçisi kimi işləmişlər, daha sonra iş yerlərini dəyişsələr də münasibətləri davam etmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxsla aralarında olan ünsiyyət zamanı iş axtardığını ona bildirmişdir. Təqsirləndirilən şəxs müəyyən tanışlarının olduğunu, həmin tanışlarının vasitəsi ilə onu “Socar” şirkətinə işə düzəldə biləcəyini demişdir. Vasifə razılığını bildirmiş və müsbət nəticə olduqda ona məlumat verməsini xahiş etmişdir. Bir neçə gün sonra Vasif onunla əlaqə saxlayıb həmin şirkətdə, yəni “Socaf’şirkətində 12000 manat müqabilində onu həmin şirkətdə maliyyə şöbəsində işə düzəldə biləcəyini və onun yaxını olduğu üçün bu prosesin 8000 manata başa gələcəyini vəd etmişdir. Uzun müddətdir ki, Vasifi tanıdığına görə ona etibar edib inanmış və razılaşmışdır. 15 noyabr 2021-ci il tarixdə, saat 20 radələrində, Yasamal rayonu, Yeni Yasamal 2 nömrəli ünvanda yerləşən “Qismət” şadlıq sarayının yaxınlığındakı istirahət parkında, öncədən danışıb-razılaşdığı 8000 manat pul qarışdığında işə qəbul olmağına görə həmin puldan bir hissəsini, yəni 5000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Pulu Vasifə verdikdən sonra bildirmişdir ki, onunla əlaqə saxlanılacaq və müəyyən sənədləri istəyəcəklər. Bir neçə gün sonra özünü “İlqar” kimi təqdim edən şəxs ona zəng edib Təqsirləndirilən şəxs tanışı olduğunu və ertəsi günü onunla Nizami rayonu, metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən “Socar” şirkətinin imtahan mərkəzinin yanında görüşə dəvət etmişdir. Ertəsi gün həmin yerdə İlqarla görüşmüş, ona lazım olan sənədlərin siyahısını vermiş və tapşırmışdır ki, həmin sənədələri 1 həftə ərzində toplayıb ona təqdim etsin. Bundan sonra. Vasiflə danışmış, o da sənədləri yığıb hazırlamağı, hazır olduqdan sonra ona xəbər etməyi tapşırmışdır. Sənədləri təqdim etdikdən sonra pulu ona verəcəyini, o da öz növbəsində həmin pulu tanışına verəcəyini bildirmişdir. Bir neçə gün sonra İlqar adlı həmin şəxslə əlaqə saxlayıb sənədlərin hazır olduğunu bildirmişdir. Həmin gün “İlqar” adlı şəxslə yaşadığı Yasamal rayonu. Yeni Yasamal-2 nömrəli ünvanın yaxınlığında görüşüb hazırladığı sənədlərini ona vermişdir. Ertəsi gün Vasif onunla əlaqə saxlayıb işə qəbul olmağı qarşılığında əvvəlcədən danışıb razılaşdığı 8000 manat pulun qalan hissəsi olan 3000 manatı ona çadırmağı bildirmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs bildirmişdir ki, qalıq qalan 3000 manat pulu əmri çıxdıqdan sonra verəcəkdir. Hazırda həmin məbləğdə pulu istəməsinin səbəbini soruşduqda pulun təcili çatmasını, müəyyən yerlərə veriləcəyini bildirmişdir. Vasifə inandığı və etibar etdiyi üçün onunla razılaşmış və qalıq qalan məbləğdə pulu ona verəcəyini bildirmişdir. 25 noyabr 2021-ci il tarixdə saat 21 radələrində, Yasamal rayonu. Yeni Yasamal 2 nömrəli ünvanda yerləşən “Qismət” şadlıq sarayının yaxınlığındakı istirahət parkında, “Socar” şirkətində maliyyə şöbəsində işə qəbul olmağı üçün öncədən danışıb-razılaşdığı puldan qalıq qalan hissəsini, yəni, 3000 manat pulu Vasifə vermişdir. Bundan sonra, Vasif bildirmişdi ki, artıq sənin işin alınmaqdadır, yaxın zamanda işə çıxacaqsan. Bir qədər vaxt keçmiş və “İlqar” adlı şəxslə əlaqə saxlayıb maraqlandıqda, o, hər dəfə müxtəlif vədlər verib işinin yaxın zamanda həll olunacağını bildirirmişdir. Təqsirləndirilən şəxs zənglərinin sayı artdıqca, işinin nə vaxta həll olunacağını tələb etdikcə, əl-ayağa düşür və belə bir məqamda özünü “Nadir” adlı kimi təqdim edən şəxs onunla əlaqə saxlayıb işin yaxın zamanda həll olunacağını bildirmişdir. Bundan başqa, həmin ərəfədə özünü “Nazim” və “Ramin” kimi təqdim edən şəxslər də həmçinin onunla əlaqə saxlayıb yaxın zamanda işinin həll olunacağını bildirirmişlər. Həmin şəxslərlə apardığı bütün daşıqları Təqsirləndirilən şəxs bildirmişdir, Təqsirləndirilən şəxs sıxıb işinin həll olunmağını tələb etdikcə zəng edib işinin qısa zamanda həll olunacağını bildirən şəxslərdən “Ramin” adlı şəxs ilə görüşmüşdür. Söhbət əsnasında həmin şəxs işini onun həll edəcəyini, qısa zamanda müsbət nəticə olacağını bildirmişdir. İşi uzandıqca işlərin tərs getdiyini müəyyən edib, daha da dəqiq maraqlanmaq üçün “Socar”ın inzibati binasına yaxınlaşıb maraqlanmış və oradan belə hər hansısa işə qəbul olmağı ilə bağlı adının olmadığını bildirmişlər. Belə olan halda, işə düzəlmədiyini görüb aldanıldığını başa düşmüş və Təqsirləndirilən şəxs verdiyi pulu geri tələb etmişdir. Belə etdikcə müsbət nəticə əldə etmiş və işə düzəlməyi müqabilində hissə-hissə olmaqla verdiyi 8000 manat puldan 3000 manat pulu, təxminən 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs geri ala bilmişdir. Bundan bir qədər müddət keçmiş, Vasif qalan 5000 manatı verməkdə yubandırmalar edərək, bu gün-sabah verəcəm deyə bəhanələr gətirmiş, bəzi vaxtlarda isə zənglərinə cavab verməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edilməsi faktı ilə əlaqədar Səbail RPİ-nin istintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (Cild 1, İ/V. 1). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilrək ********* nömrə altında Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı davam etdirilmişdir. (Cild 1, İ/V. 10-11). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilməsi faktı ilə əlaqədar Yasamal rayon prokuroru tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün Yasamal RPİ-nin İŞ-nə gəndərilmişdir. (Cild 1, İ/V. 15-17). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X10 tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır. (Cild 1, İ/V. 45). “ittiham elan edilməsi üçün şəxsin tutulması və axtarışın elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması və axtarışı elan edilməsi qərara alınmışdır. (Cild 1 İ/V. 70). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 1, İ/V. 72). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 53-4/2-8878 nömrəli məktub və həmin tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:45 radələrində Bakı Metropoliteninin “Nizami” stansiyasında saxlanılaraq Yasamal RPİ-nin MSY-yə təhvil verilmişdir. (Cild 1, İ/V. 82-84). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. (Cild 1, İ/V. 86). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, İ/V. 106-107). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət verilsə də Yasamal Rayon Məhkəməsi tərəfindən həmin vəsatət təmin edilmədiyindən təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, İ/V. 120-130). “Təqsirləndirilən şəxsin qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. (Cild 1, İ/V. 120-130). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. (Cild 1, İ/V. 137). “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, İ/V. 157-158). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, İ/V. 160-162). “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Səbail RPİnin İŞ-nə göndərilmişdir. (Cild 1, İ/V. 176-177). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Səbail RPİ-nin İŞ-nin müstəntiqi X13 tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır. (Cild 1, İ/V. 180-181). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, İ/V. 243-245). “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. (Cild 1, İ/V. 263-265). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X11 tərəfindən icraata qəbul edilərək istintaqı aparılmışdır. (Cild 2, İ/V. 3-4). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 2, İ/V. 6- 7). “Şəxsin könüllü gəlməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü gələrək axtarışda olmasından məlumatsız olduğunu bildirmişdir. (Cild 2, İ/V. 19). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. (Cild 2, İ/V. 20- 21). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə görüş zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (2-ci cild İ/V. 67-77). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 2, İ/V. 79-80). “Şəxsin könüllü gəlməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü gələrək axtarışda olmasından məlumatsız olduğunu bildirmişdir. (Cild 2, İ/V. 83). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. (Cild 2, İ/V.84- 85). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 2, İ/V. 87-89) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş protokollardan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı o, ifadəsində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər. (Cild 1, İ/V. 260-262). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş protokollardan görünür ki, X7 göstərmişdir ki, təxminən 2021-ci ildən Elşad adlı ortaq dostu vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında yaranan münasibət vaxt keçdikcə dostluq münasibətlərinə çevirilmişdir. 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq yaxın dostu və əvvəllər “Engin” LTD şirkətində birgə işlədiyi, iş yoldaşı Zərərçəkmiş şəxs1 “Socar” şirkətində işə düzəlmək istədiyini, ona bu mövzuda kömək edə biləcəyini soruşmuşdur. O isə Vasifə cavabında bildirmişdir ki, bu barədə maraqlanıb ona cavab deyə bilər. Bir müddə keçdikdən sonra Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq belə bir tanışının olmadığını, bu işi alındıra bilməyəcəyini ona qətiyyətlə bildirmişdir. Təqsirləndirilən şəxs Nicat adlı şəxsdən 2021-ci ilin noyabr ayında ümumilikdə 8000 ( səkkiz min) manat pul alıb həmin şəxsi işə düzəldəcəyini vəd verməyi barədə heç bir məlumatı yoxdur. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda pul vermələri və Vasifin onlara Yasamal rayonu ərazisində yerləşən “MİDA” Yaşayış Kompleksində mənzil alacaqlarına köməklik edəcəyi barədə vəd vennəsi barədə heç bir məlumatı yoxdur. Barəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar yalan xarakterlidir. Vasif aldığı pulları ona verməyib. (2-ci cild İ/V. 28-29). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş protokollardan görünür ki, şahid X7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı o, ifadəsində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər. (2-ci cild İ/V. 40-43). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-14-3644/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir xx.xx.2020-ci il təvəllüdlü azyaşlı oğlu vardır. (2-ci cild İ/V. 17) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (1-ci cild İ/V. 77). İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını qeyd edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni təkrarən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı tamamilə ödəməsini, digər zərərçəkmiş şəxslərə qismən ziyanın ödənilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdən 26 iyun 2024cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 iyul 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə görüş zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 345/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, X12 təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar