Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-347/2021 29.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Feyzi Günay Rasim qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Tərtər rayonu, Soyulan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Tərtər rayonu, Soyulan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Belə ki, o, 02.12.2019-cu il tarixdən 28.05.2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 17.06.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin (VÖEN: **********) Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən Alatava-1 filialında administrator vəzifəsində işləyərkən 06.12.2019-cu il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, eləcə də 07.12.2018-ci il tarixdə cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza administratorunun vəzifə təlimatına əsasən, maddi məsul şəxs kimi ona etibar edilmiş əmlakın və görüləcək işlərin tam qayğısına qalınması, eyni zamanda, müəssisəyə heç bir səbəbdən ziyan vurulmaması, ziyankarlığa qarşı mübarizə aparılması, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verilməsi, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatının aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim edilməsi, inzibati hüquq pozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan, habelə işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməsi və ona həvalə edilmiş digər işləri görməli olduğu halda, bunların əksinə olaraq tamah niyyətilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə həmin dövr ərzində filialın inventarında olan satış üçün tam maddi məsuliyyətinə götürdüyü 77.806,21 (yetmiş yeddi min səkkiz yüz altı manat iyirmi bir qəpik) manat dəyərində olan məişət və qida məhsullarının xeyli miqdar təşkil edən 9.519,57 (doqquz min beş yüz on doqquz manat əlli yeddi qəpik) manat dəyərində olan hissəsini müxtəlif vaxtlarda idarə etdiyi avtomobilinə yükləyərək istintaqa məlum olmayan digər şəxslərə satmaqla əldə etdiyi pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş "xxxx" MMC-nin Alatava-1 filialına məxsus 9.519,57 (doqquz min beş yüz on doqquz manat əlli yeddi qəpik) manat dəyərində olan məhsulları, yəni özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, “X8”ndə iştirak edib, müxtəlif bədən travmaları alaraq qazi olmuşdur. 22 iyul 2019-cu il tarixdə əmək müqaviləsi bağlamaqla "xxxx" MMC-nin Yasamal-1 filialında satıcı-kassir işləmiş, 02 dekabr 2019-cu il tarixdə isə inventarizasiya keçirilməklə cəmiyyətin Alatava-1 filialının administratoru X1 həmin mağazanı təhvil alaraq faktiki şəkildə, təhvil-təslim prosesi başa çatdıqdan sonra isə 06 dekabr 2019-cu il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməklə rəsmi qaydada tam maddi məsul şəxs kimi həmin mağazanın administratoru, yəni müdiri vəzifəsinin icrasına başlamışdır. Onun vəzifəsi mağazaya ümumi rəhbərliyi həyata keçirməkdən ibarət olmuşdur. Mağazada hər gün saat 09-dan saat 20-ə qədər fəaliyyət göstərmiş, orada ərzaq və gündəlik məişət mallarının satışı həyata keçirilmişdir. Mağazanı hər gün saat 09 radələrində özü açmış, axşam da eyni qaydada bağlamışdır. Mağazada hər günün sonunda satış dayandırılmış, daha sonra hər bir kassa üzrə satıcı-kassirin iştirakı ilə kassadan “Z” hesabatları götürülərək onun xidməti otağında kassadakı satışdan əldə olunmuş pullarla “Z” hesabatları qarşılaşdırılmış, kassadakı pullarla “Z” hesabatı bir-birinə uyğun gəldikdən sonra kassanın təhvil-təslim edilməsinə dair akt tərtib olunmuşdur. Həmin akt kassanı təhvil verən satıcı-kassir və mağazanın administratoru olaraq onun tərəfindən imzalanaraq təsdiqlənmişdir. Bundan sonra pullar onun otağındakı seyfə yığılmış və növbəti gün saat 14:00-dək MMC-nin xəzinədarı gələrək pulları akt tərtib olunmaqla ondan təhvil almışdır. Həmin aktda xəzinədara təhvil veriləcək ümumi pulun miqdarı göstərilmiş və akta satıcı-kassirlərlə onun arasında imzalanmış kassanın təhvil-təslim aktı, onun tərəfindən imzalanmış ümumi akt və hər iki kassa üzrə “Z” hesabatları əlavə edilmişdir. Həmin aktın təhvil verdi hissəsinə mağaza administratoru kimi özü imzamış, təhvil aldı hissəsində isə pulları ondan təhvil alan xəzinədar imza etmişdir. Həmin aktın bir nüsxəsi onda qalmış, qeyd olunan sənədlər əsasında da seyfdə hansı məbləğdə pulun saxlanıldığı bəlli olmuşdur. Həftənin 1-ci, 3-cü və 5-ci günlərində əsasən səhər saatlarında ekspeditor tərəfindən mallar yük maşını ilə mağazaya gətirildikdən sonra o və ekspeditorun iştirakı ilə gətirilən mallar həmin qaimələrlə üzləşdirilərək onun tərəfindən təhvil alınmışdır. Malların təhvil-təslim prosesi başa çatdıqdan sonra qaimənin təhvil aldı hissəsində imza çəkməklə həmin qaimə sənədini mağazanın möhürü ilə təsdiqləmiş, qaimənin təhvil verdi hissəsində isə ekspeditor tərəfindən imza çəkilmədən özlərinə məxsus möhür vurulmaqla malların qaimə üzrə ona təhvil verilməsi təsdiqlənmişdir. Mallar təhvil alındıqdan sonra işçilər tərəfindən mağazanın anbarına, ehtiyac olan qədəri isə piştaxtalara düzülmüşdür. Təhvil alınmış həmin mallar gün ərzində elektron sistemdə mağazaya dair məlumatlar bölməsində yerləşdirilmiş və malların təhlükəsizliyinə, qorunmasına tam maddi məsul şəxs kimi özü cavabdeh olmuşdur. Təxminən hər 2 aydan bir cəmiyyətin idarə heyətinin sədrinin müvafiq əmri ilə yaradılmış daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının üzvləri tərəfindən daxili təlimatla nəzərdə tutulmuş qaydada öhdəsində olan mal və nağd pul vəsaitlərinin inventarizasiyası keçirilərək artıq gəlmə və yaxud əskik gəlmənin olubolmadığı yoxlanılmış və yoxlamanın nəticəsinə dair inventarizasiya aktı tərtib edilərək o və yoxlamada iştirak edən mütəxəssislər tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Mağaza administratoru vəzifəsində işlədiyi müddət ərzində ilk dəfə 24 mart 2020-ci il tarixdə maddi məsul şəxs kimi öhdəsində olan maddi ehtiyatların həmin tarixə olan vəziyyətinin yoxlanmasının aparılması məqsədilə işçi qrupu yaradılaraq həmin tarixdə işçi qrupunun üzvləri tərəfindən mağazada sayım aparılmış, sayımda əvvəldən sonadək işçi qrupunun üzvləri ilə yanaşı özü də iştirak etmişdir. Sayım zamanı öhdəsində olan mallar fiziki sayılmaqla yoxlanaraq inventarizasiya siyahısına daxil edilmiş, sayım nəticəsində 1.105 çeşiddə, ümumi dəyəri 32.239,83 manat dəyərində mal sayılmış, sayım başa çatdıqdan sonra sayımın gedişatı haqqında həmin tarixə akt tərtib edilmiş, akt onun və sayımda iştirak edən işçi qrupunun üzvləri tərəfindən imzalanmışdır. Daha sonra sayım nəticəsində tərtib edilmiş 24 mart 2020-ci il tarixli “İnventarizasiya siyahısı” maddi məsul şəxs kimi həmin tarixə uyğun olaraq öhdəsində olan maddi qiymətlilərə dair artıq gəlmə və yaxud əskik gəlmənin olub-olmamasının yoxlanılmasından ötrü cəmiyyətin Daxili nəzarət departamentinə göndərilmiş, həmin departamentdə komissiyanın üzvləri tərəfindən aparılan yoxlama nəticəsində isə mağaza üzrə maddi məsul şəxs kimi öhdəsində 02 dekabr 2019-cu il tarixdən yəni, mağazanı təhvil aldığı zaman aparılmış yoxlamanın tarixindən 24 mart 2020-ci il tarixədək olan müddət ərzində 2.647,50 manat dəyərində mal çatışmazlığının olduğu müəyyən edilmişdir. Maddi məsul şəxs kimi inventarizasiyanın aparılmasında və nəticələrinin araşdırılmasında sonadək iştirak etmiş və yoxlamanın nəticəsinə dair izahat verərək heç bir irad və şikayətinin olmadığını, yoxlama nəticəsində yaranmış əskik gəlmələrlə bağlı cavabdeh şəxs olduğunu bildirmişdir. 2020-ci ilin may ayının 27-də, axşam saatlarında şəxsi işlərilə bağlı mağazada olmadığı zaman satıcıkassir işləyən Şahid3 onunla əlaqə saxlayaraq MMC-nin Daxili nəzarət şöbəsinin əməkdaşının mağazaya daxil olaraq onunla maraqlandığını, daha sonra isə kompüterdə sistemdə mağazaya dair məlumatlara daxil olaraq mağazanın gündəlik fəaliyyətini yoxlamağa başladığını, həmçinin mağazada quraşdırılmış nəzarət-müşahidə kameralarına baxış keçirərək gündəlik iş fəaliyyətini yoxladığını, kameralar vasitəsilə qeydə alınmış video görüntülərə baxış keçirilən zaman onun müxtəlif tarixlərdə müxtəlif çeşidli məhsulları işçiləri vasitəsilə şəxsi avtomobilinə yükləyərək mənimsədiyini müəyyən etmişdir. Bununla bağlı bölgə müdiri Şahid2 onun mağazadan oğurluq etməsinə dair Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə müraciət etmişdir. Bundan sonra onun öhdəsində olan mal və pul vəsaitlərinin növbəti inventarizasiyası həyata keçirilməklə işinə son verilməsi qərarlaşdırılmış, ona görə də, qanun pozuntusu olması ilə əlaqədar öhdəsində olan maddi ehtiyatların 28 may 2020-ci il tarixə olan vəziyyətinin yoxlanmasını aparmaq məqsədilə işçi qrupu yaradılmışdır. O və mağazaya yeni administrator təyin olunmuş, maddi məsul şəxs X4 yoxlamada bilavasitə iştirak etmiş, öhdəsində olan mallar işçi qrupunun üzvləri tərəfindən fiziki sayılmaqla yoxlanaraq yeni təyin olunmuş maddi məsul şəxs Fərmin Səməndərova təhvil verilmişdir. Sayım nəticəsində 1.495 çeşiddə, ümumi dəyəri 36.088,41 manat dəyərində mal sayılmışdır. Bundan sonra səhəri gün, yəni 28 may 2020ci il tarixdə mağazada inventarizasiya zamanı faktiki aşkar edilmiş mallar müvafiq qaydada siyahıya alınaraq bununla bağlı “İnventarizasiya siyahısı” tərtib edilmiş, lakin öhdəsində olan malların yoxlanılmasına dair həmin siyahı ilə tanış olmağı və imzalamaqdan imtina etmişdir. Çünki öhdəsində 24 mart 2020-ci il tarixdən yəni, əvvəlki yoxlamanın tarixindən 28 may 2020-ci il tarixədək olan müddət ərzində 6.872,65 manat dəyərində mal çatışmazlığının olduğu müəyyən edilmiş, özü isə həmin müddət ərzində qeyd olunan dəyərdə mal götürmədiyini, yoxlamada müəyyən yalnışlıqlara yol verilə biləcəyini deyərək yoxlamanın nəticələri ilə razı olmadığını bildirmişdir. Belə ki, mağazanın administratoru vəzifəsində işlədiyi zaman müxtəlif tarixlərdə mağazanın inventarında olan mallardan müxtəlif qutulara yığaraq həmin qutuları mağazada satıcı-kassir işləyən Şahid3 və Şahid4 vasitəsilə idarə etdiyi və ona məxsus olmuş **-ZT-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” markalı avtomobilinin baqaj hissəsinə yükləmiş, yüklədiyi həmin məhsulları Yasamal rayonu ərazisində hazırda xatırlamadığı ünvanlarda yaşayan tanımadığı müxtəlif şəxslərə təqdim edərək dəyərinin təxminən əlli faizi məbləğində satıb həmin malların satışından əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan mağazada administrator vəzifəsində işlədiyi dövrdə ümumilikdə, mağazaya məxsus 9.519,57 manat məbləğində mal mənimsədiyini öyrənmiş, lakin daha az miqdarda, təxminən 3-4 min manat dəyərində mal mənimsədiyini düşünmüşdür. "xxxx" MMC-yə dəymiş ziyanı tam şəkildə ödəmiş, lakin maddi imkanı olmadığından cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edə bilmir. Göstərilənləri nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X10 ifadə verərək bildirmişdir ki, “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti 17.06.2016-ci il tarixdən fəaliyyətə başlamışdır. Lakin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli, **********351200 saylı çıxarışa əsasən Cəmiyyətin adı "xxxx" MMC-yə dəyişdirilimişdir. 03.06.2020-ci il tarixdə Cəmiyyət Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Vergilər Departamenti tərəfindən ********** saylı şəhadətnamə (VÖEN) ilə təkrar qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs 22 iyul 2019-cu il tarixdə əmək müqaviləsi bağlamaqla "xxxx" MMC-nin Yasamal-1 filialında satıcı-kassir işləmiş, 02 dekabr 2019-cu il tarixdə isə inventarizasiya keçirilməklə cəmiyyətin Alatava-1 filialının administratoru X1 həmin mağazanı təhvil alaraq faktiki şəkildə, təhvil-təslim prosesi başa çatdıqdan sonra isə 06 dekabr 2019-cu il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməklə rəsmi qaydada tam maddi məsul şəxs kimi həmin mağazanın administratoru vəzifəsinin icrasına başlamışdır. Vəzifə təlimatı maddi məsul şəxs kimi ona etibar edilmiş əmlakın və görüləcək işlərin tam qayğısına qalınması, eyni zamanda, müəssisəyə heç bir səbəbdən ziyan vurulmaması, ziyankarlığa qarşı mübarizə aparılması, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verilməsi, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatının aparılması, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim edilməsi, inzibati hüquq pozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan, habelə işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməsi və ona həvalə edilmiş digər işlərin görülməsindən ibarət olmuşdur. 27 may 2020-ci il tarixdə cəmiyyətin daxili nəzarət şöbəsinin əməkdaşları Alatava-1 filialında nəzarət-müşahidə kameralarına baxış keçirərkən mağaza administratoru Təqsirləndirilən şəxs işçiləri vasitəsilə mağazanın inventarında olan müxtəlif çeşiddə satış məhsullarını şəxsi avtomobilinə daşıyaraq mənimsədiyini aşkar etmiş və bu barədə bölgə müdiri Şahid2 məlumat verilmiş, sonuncu da Təqsirləndirilən şəxs həmin mağazadan oğurluq etməsinə dair DİN-in 102 qaynar xətt xidmətinə şifahi və Yasamal rayon polis idarəsinin 29-cu polis şöbəsinə yazılı ərizə ilə müraciət edərək nəzarətmüşahidə kamerası vasitəsilə qeydə alınmış video görüntülərin əks olunduğu 02 (iki) ədəd DVD diski təqdim etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs maddi məsuliyyətində (hesabında) 28 may 2020-ci il tarixə kimi olan mal döriyyəsi audit olunarkən onun öhdəsində 9.519,57 (doqquz min beş yüz on doqquz manat əlli yeddi qəpik) manat dəyərində mal çatışmazlığının olduğu müəyyən edilmiş və həmin audit rəyi maliyyə sənədləri ilə birlikdə istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-yə vurduğu 9.519,57 (doqquz min beş yüz on doqquz manat əlli yeddi qəpik) manat məbləğində maddi ziyanın bir qismini, 3.900 (üç min doqquz yüz) manat hissəsini ödəmiş və qalan məbləğ ilə əlaqədar olaraq MMC ilə borc müqaviləsi bağlamaqla ödəniş edəcəyinə dair öhdəlik götürmüşdür. MMC-nin hazırda ona dair hər hansı şikayəti və tələbi yoxdur. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını və "xxxx" MMC-yə dəymiş ziyanın tam ödənildiyini və bununla bağlı müvafiq ərizənin təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2019cu il tarixdən "xxxx" MMC-də Daxili nəzarət şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Əsas vəzifəsi daxili qaydalarına əsasən təxminən 2-3 aydan bir, yəni növbəli və yaxud növbədənkənar şəkildə cəmiyyətin nəzdində olan filiallarda monitorinqlər apararaq monitorinqin nəticəsinə dair MMC-nin İdarə Heyətinin sədrinə məlumat verməkdən ibarətdir. 27 may 2020-ci il tarixdə gündüz saatlarında MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən Alatava-1 filialında administrator işləyən, maddi məsul şəxs Təqsirləndirilən şəxs iş fəaliyyətini yoxlamaqdan ötrü həmin mağazaya daxil olmuşdur. Orada mağazanın administratoru barədə maraqlandıqda satıcı-kassir Şahid3 mağazanın onun və digər satıcı-kassir Şahid4 bilmədiyi səbəbdən işdə olmadığını demişlər. Bundan sonra o uçot məlumatları ilə mağazanın stoklarını yoxlamağa başlamış və kassa ilə seyfdə olan pulları saymışdır. Onun tərəfindən keçirilmiş yoxlama nəticəsində ciddi uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs öhdəsində təxminən 4.069 manat dəyərində mal çatışmazlığı olduğu müəyyən edildiyindən mağazanın əvvəlki günlərdəki iş fəaliyyətini mağazada quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsi qeyd alınmış video görüntülərə baxış keçirməklə yoxlamağa başlamışdır. Yoxlama zamanı mağazanın administratoru Təqsirləndirilən şəxs son bir ay ərzində müxtəlif tarixlərdə və müxtəlif saatlarda mağazanın mallarını müxtəlif qutulara yığdıraraq həmin malları mağazanın satıcı-kassirləri olan Şahid3 və Şahid4 iştirakı ilə şəxsi avtomobilinə daşıyaraq mənimsədiyini aşkar etmişdir. Bundan sonra aşkar edilmiş faktla bağlı Şahid3 izahatını almış, sonuncu mağazanın administratoru Təqsirləndirilən şəxs göstərişinə əsasən mağazada olan müxtəlif çeşiddə məhsulları qutulara yığaraq onun şəxsi avtomobilinə yüklədiyini təsdiqləmişdir. Administrator Təqsirləndirilən şəxsla satıcı-kassir Şahid4 mağazada olmadıqları səbəbindən onların izahatını ala bilməmişdir. Bundan sonra mağazanın bölgə müdiri Şahid2la əlaqə saxlayaraq "xxxx" MMC-nin Alatava-1 filialındakı nəzarət-müşahidə kameralarına baxış keçirtmiş və baxış zamanı mağaza müdirinin işçilərlə birlikdə mağazanın balansında olan müxtəlif çeşiddə satış məhsullarını şəxsi avtomobilinə daşıyaraq mənimsədiyini aşkar etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 03 dekabr 2018-ci il tarixdə əmək müqaviləsi bağlayaraq "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, 16 mart 2019-cu il tarixdən isə MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən Alatava-1 filialında satıcı-kassir vəzifəsində işləməyə başlamışdır. Həmin vaxt mağazanın administratoru, yəni müdiri Gülnar Musayeva olmuş, Təqsirləndirilən şəxs isə 02 dekabr 2019-cu il tarixdən həmin mağazaya administrator vəzifəsinə təyin edilmişdir. Satıcı-kassir kimi vəzifə təlimatı topdan satış mallarını, eləcə də pərakəndə malları təşviq etmək və satmaq, alış-veriş zamanı kassa aparatlarından və digər müvafiq avadanlıqlardan istifadə edərək ödənişləri qəbul etməkdən və sair işlərdən ibarət olmuşdur. Mağazaya satış üçün nəzərdə tutulmuş mallar "xxxx" MMC-nin mərkəzi anbarından müxtəlif vaxt aralığında gətirilmişdir. Həmin malları administrator qəbul edərək siyahı üzrə yoxlayıb uyğunluğunu dəqiqləşdirdikdə bu barədə müvafiq qaimə sənədinə həm administrator, həm də malı təhvil verən şəxs tərəfindən imzalar çəkilmiş, hər hansı əskik və yaxud artıq mal verildikdə isə həmin sənəddə bu barədə müvafiq qeyd aparılmaqla qaimə sənədinin bir nüsxəsi mağazanın administratorunda, digər nüsxəsi isə malı təhvil verən şəxsdə saxlanılmışdır. Malları təhvil aldıqdan sonra o və yaxud mağazada işləyən digər işçilər administratorun göstərişinə əsasən malları mağazanın anbarına yığmış və ya piştaxtalara düzmüşlər. 27 may 2020-ci il tarixdə, axşam saatlarında mağazada olduğu zaman MMC-nin Daxili nəzarət şöbəsinin bir nəfər əməkdaşı mağazaya daxil olaraq özünü təqdim edib mağazanın administratoru ilə maraqlanmış, lakin həmin vaxt Təqsirləndirilən şəxs və satıcı-kassir Şahid4 işdə olmadığından həmin şəxs filiala məxsus kompüter vasitəsilə sistemə daxil olaraq mağazanın gündəlik fəaliyyətini yoxlamağa başlamışdır. Daha sonra mağazada quraşdırılmış nəzarət-müşahidə kameralarına baxış keçirərək gündəlik iş fəaliyyətini yoxlamışdır. Baxış zamanı mağazananın administratoru Təqsirləndirilən şəxs o və satıcıkassir Şahid4 vasitəsilə müxtəlif tarixlərdə müxtəlif çeşidli məhsulları şəxsi avtomobilinə yükləyərək mənimsədi müəyyən olunmuşdur. Bununla bağlı o, mağazadan hər hansı əmlak mənimsəmədiyini, Təqsirləndirilən şəxs göstərişinə əsasən müxtəlif çeşiddə olan məhsulları qutulara yığaraq onun şəxsi avtomobilinə daşıdığını, bu işdə hər hansı bir marağının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3la eyni məzmunlu ifadə verdi. İş üzrə şahid qismində göstərilmiş Şahid5 qızı ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 181-184-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 28 dekabr 2016-ci il tarixli, № 074 saylı “İcazə” ilə sərbəst auditor kimi fəaliyyət göstərir. Onunla "xxxx" MMC ilə bağlanmış 24 fevral 2020-ci il tarixli, № 074/16 saylı müqaviləyə əsasən cəmiyyətdə satıcı-kassir vəzifəsində işləmiş Təqsirləndirilən şəxs 02 dekabr 2019-ci il tarixdən 24 mart 2020-ci il tarixə və 24 mart 2020-ci il tarixdən 28 may 2020-ci il tarixə kimi mal qalığının auditini aparmışdır. Audit zamanı MMC-nin təqdim etdiyi Təqsirləndirilən şəxsla bağlanmış əmək müqavilələri, tam maddi məsuliyyət haqqında müqavilələr, habelə vəzifə təlimatları, o cümlədən onun Alatava-1 filialında administrator vəzifəsində işlədiyi dövrə aid qaimə-qaytarma sənədləri, iadə sənədləri, transfer sənədləri, inkassasiya sənədləri, Z-kassa sənədləri və digər mühasibatlıq sənədlərinə istinad edilməklə, yoxlama aparılmışdır. Audit yoxlaması 15 iyul 2020-ci il tarixdə başlanmış və 16 iyul 2020-ci il tarixdə başa çatmışdır. Bu qaydalara uyğun olaraq, Təqsirləndirilən şəxs mal dövriyəsi audit olunarkən 02 dekabr 2019-cu il tarixdən 24 mart 2020-ci il tarixədək olan dövrün sonuna uçot üzrə onun öhdəsində 34.837,83 (otuz dörd min səkkiz yüz otuz yeddi manat səksən üç qəpik) manat dəyərində mal qalığının olduğu, daxili audit zamanı isə faktiki malların 32.190,66 (otuz iki min yüz doxsan manat altmış altı qəpik) manat məbləğində olduğu aşkar edilmişdir. Artıq gəlmələrlə əskik gəlmələr nəzərə alınmaqla, 24 mart 2020-ci il tarixə Təqsirləndirilən şəxs öhdəsində 34.837,83 – 32.190,66 = 2.647,17 (iki min altı yüz qırx yeddi manat on yeddi qəpik) manat dəyərində mal çatışmazlığı olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs maddi məsuliyyətində 28 may 2020-ci il tarixə kimi olan mal döriyyəsi audit olunarkən dövrün sonuna uçot üzrə onun öhdəsində 42.968.38 (qırx iki min doqquz yüz almış səkkiz manat otuz səkkiz qəpik) manat dəyərində mal qalığı olduğu müəyyən edilmiş, daxili audit zamanı faktiki malların 36.095,98 (otuz altı min doxsan beş manat doxsan səkkiz qəpik) manat məbləğində olduğu müəyyən edildiyindən həmin dövrdə artıq gəlmələrlə əskik gəlmələr nəzərə alınmaqla 28 may 2020-ci il tarixə onun öhdəsində 42.968,38 – 36.095,98 = 6.873,40 (altı min səkkiz yüz yetmiş üç manat qırx qəpik) manatlıq mal çatışmazlığı olduğu müəyyən edilmişdir. Bununla da 28.05.2020-ci il tarixə onun öhdəsində ümumilikdə 2.647,17 + 6.873.40 = 9.519,57 (doqquz min beş yüz on doqquz manat əlli yeddi qəpik) manat dəyərində mal çatışmazlığı olduğu müəyyən olunmuş və bununla bağlı 16 iyul 2020-ci il tarixdə akt tərtib olunaraq "xxxx" MMC-nin təsisçisinə onun tərəfindən imzalanaraq möhürlənmiş 16/17 saylı auditor rəyi təqdim edilmişdir. “ İş materiallarında olan: Məhkəmə-mühasibatlıq ekspertizasının 15.03.2021-ci il tarixli, 9/5293 saylı, rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabı üzrə "xxxx" MMC-də olan çatışmazlıq 9.519.57 (doqquz min beş yüz on doqquz manat əlli yeddi qəpik) manat məbləğində müəyyən olunur. (Cild 1, vərəqə: 145-149). 16.07.2020-ci il tarixli audit aktından görünür ki, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 28.12.2016-ci il tarixli, 074 saylı “İcazə” ilə fəaliyyət göstərən sərbəst auditor Şahid5 ilə "xxxx" MMC arasında bağlanmış 24.02.2020-ci il tarixli, 074/16 saylı müqaviləyə əsasən cəmiyyətdə satıcı-kassir vəzifəsində işləmiş Təqsirləndirilən şəxs mal dövriyəsi audit olunarkən 02 dekabr 2019-cu il tarixdən 24 mart 2020-ci il tarixədək olan dövrün sonuna uçot üzrə onun öhdəsində 34.837,83 (otuz dörd min səkkiz yüz otuz yeddi manat səksən üç qəpik) manat dəyərində mal qalığının olduğu, daxili audit zamanı isə faktiki malların 32.190,66 (otuz iki min yüz doxsan manat altmış altı qəpik) manat məbləğində olduğu aşkar edilmiş, artıq gəlmələrlə əskik gəlmələr nəzərə alınmaqla, 24 mart 2020-ci il tarixə Təqsirləndirilən şəxs öhdəsində 34.837,83 – 32.190,66 =2.647,17 (iki min altı yüz qırx yeddi manat on yeddi qəpik) manat dəyərində mal çatışmazlığı olduğu müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs maddi məsuliyyətində 28 may 2020-ci il tarixə kimi olan mal döriyyəsi audit olunarkən dövrün sonuna uçot üzrə onun öhdəsində 42.968.38 (qırx iki min doqquz yüz almış səkkiz manat otuz səkkiz qəpik) manat dəyərində mal qalığı olduğu müəyyən edilmiş, daxili audit zamanı faktiki malların 36.095,98 (otuz altı min doxsan beş manat doxsan səkkiz qəpik) manat məbləğində olduğu müəyyən edildiyindən həmin dövrdə artıq gəlmələrlə əskik gəlmələr nəzərə alınmaqla, 28 may 2020-ci il tarixə onun öhdəsində 42.968,38 – 36.095,98 = 6.873,40 (altı min səkkiz yüz yetmiş üç manat qırx qəpik) manat dəyərində mal çatışmazlığı olduğu müəyyən edilmişdir. Bununla da, aparılmış audit yoxlaması nəticəsində 28.05.2020-ci il tarixə onun öhdəsində ümumilikdə 2.647,17 + 6.873.40 = 9.519,57 (doqquz min beş yüz on doqquz manat əlli yeddi qəpik) manat dəyərində mal çatışmazlığı olduğu müəyyən olunmuşdur.(Cild 1, vərəqə: 138-140) Materiallarından görünür ki, “X17” MMC 17.06.2016-ci il tarixdən fəaliyyətə başlamış, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 03.06.2020-ci il tarixli, **********351200 saylı çıxarışa əsasən Cəmiyyətin adı "xxxx" MMC-yə dəyişdirilimiş və həmin tarixdə MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Vergilər Departamenti tərəfindən ********** saylı Şəhadətnamə (VÖEN) ilə təkrar qeydiyyata alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 100 (yüz) manat həcmindədir və hər biri 10 (on) manat olmaqla 10 (on) paydan ibarətdir. Cəmiyyətin təsisçisi 100% payla X7r. Təqsirləndirilən şəxs 22.07.2019-cu il tarixdə əmək müqaviləsi bağlamaqla "xxxx" MMCnin Yasamal-1 filialında satıcı-kassir vəzifəsinə qəbul edilmiş, 06.12.2019-cu il tarixdə isə əmək müqaviləsinə dəyişiklik edilməklə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən Alatava-1 filialının administratoru vəzifəsinə təyin edilmiş, həmin tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, eləcə də 07.12.2018ci il tarixdə cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq edilmiş mağaza administratorunun vəzifə təlimatı tanış edilmişdir. 17.07.2020-ci il tarixli, 80/k nömrəli əmrlə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə və həmin Məcəllənin 72-ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxsla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. (Cild 1, vərəqə: 44-64) Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri – "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən Alatava-1 filialıdır. (Cild 1, vərəqə: 11-13). Diskə baxış protokolundan görünür ki, "xxxx" MMC tərəfindən istintaqa təqdim edilmiş 02 (iki) ədəd “DVD” diskə baxış keçirilmişdir. 1-ci “DVD” disk ağ rəngli olub üzərində qara rəngli qələmlə “Backup 1” sözləri yazılmışdır. “DVD” disk kompüterin sistem blokunda yerləşən disk yuvasına salındı. Ekranda 01 (iki) ədəd “Alatava 1” adlı fayl qutusu göründü. Qutuya daxil olduqda 8 (səkkiz) ədəd video fayl olduğu məlum oldu. Hər bir video fayl “avi” formatında olub 1-ci fayl 132 MB (138 971 136 bayt) həcmə malik 08 dəqiqə 49 saniyəlik, 2-ci fayl 784 MB (822 163 456 bayt) həcmə malik 52 dəqiqə 10 saniyəlik, 3-cü fayl 601 MB (630 507 520 bayt) həcmə malik 40 dəqiqəlik, 4-cü fayl 300 MB (315 207 680 bayt) həcmə malik 19 dəqiqə 59 saniyəlik, 5-ci fayl 661 MB (693 409 792 bayt) həcmə malik 44 dəqiqəlik, 6-cı fayl 465 MB (488 208 384 bayt) həcmə malik 30 dəqiqə 58 saniyəlik, 7-ci fayl 26,8 MB (28 114 944 bayt) həcmə malik 01 dəqiqə 47 saniyəlik, 8-ci fayl 300 MB (315 062 272 bayt) həcmə malik 19 dəqiqə 59 saniyəlik video görüntülərdən ibarətdir. 2-ci “DVD” disk ağ rəngli olub üzərində qara rəngli qələmlə “Backup 2” sözləri yazılmışdır. “DVD” disk kompüterin sistem blokunda yerləşən disk yuvasına salındı. Ekranda 01 (iki) ədəd “backup 1” adlı fayl qutusu göründü. Qutuya daxil olduqda 8 (səkkiz) ədəd video fayl olduğu məlum oldu. Hər bir video fayl “avi” formatında olub 1-ci fayl 530 MB (556 234 752 bayt) həcmə malik 35 dəqiqə 18 saniyəlik, 2-ci fayl 130 MB (137 332 736 bayt) həcmə malik 08 dəqiqə 42 saniyəlik, 3-cü fayl 465 MB (488 153 088 bayt) həcmə malik 30 dəqiqə 58 saniyəlik, 4-cü fayl 601 MB (630 540 288 bayt) həcmə malik 40 dəqiqəlik, 5-ci fayl 259 MB (272 300 032 bayt) həcmə malik 17 dəqiqə 17 saniyəlik, 6-cı fayl 654 MB (685 877 248 bayt) həcmə malik 30 dəqiqə 58 saniyəlik, 7-ci fayl 67,8 MB (71 151 616 bayt) həcmə malik 04 dəqiqə 31 saniyəlik, 8-ci fayl 533 MB (559 368 192 bayt) həcmə malik 35 dəqiqə 29 saniyəlik video görüntülərdən ibarətdir. Həmin video görüntülər filialın anbar hissəsində və arxa giriş-çıxış hissəsində quraşdırılmış nəzarət-müşahidə kamerası tərəfindən qeydə alınmış görüntülərdir. Baxış zamanı Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə əsasən axşam saat 21-22 radələrində filialın anbarına yığılmış müxtəlif sayda və çeşiddə olan karton qutulara yığılmış malları Şahid3 və Şahid4 vasitəsilə filialın arxa giriş-çıxış qapısından çıxararaq yolun kənarında park edilmiş avtomobilin baqaj hissəsinə yüklədiyi müşahidə olunur. (Cild 1, vərəqə: 168- 169) “Sübutların qiymətləndirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə təqsirləndirilən şəxs, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri və şahid ifadələri, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, baxış protokolları və digər istintaq sənədləri sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilsin. İstintaq hərəkətlərinin protokollarına əlavələr - mobil telefon vasitəsi ilə ötürülən məlumatları özündə əks etdirən 01 (bir) ədəd disk və "Diskə baxış keçirilməsi haqqında" protokola əlavə edilmiş 02 (iki) ədəd disk cinayət işinə əlavə edilmişdir. Öz xüsusiyyətinə, əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, həmçinin, üzərində hadisənin izlərini saxladığına, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə görə 21.06.2021-ci il tarixli qərarla maddi sübut qismində tanınmış – Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən Alatava-1 filialında 02.12.2019-cu il tarixdən 28.05.2020-ci il tarixədək olan müddət ərzində mağaza administratoru vəzifəsində işləyərkən onun fəaliyyəti ilə bağlı toplanmış 9 (doqquz) cilddə, ümumilikdə 3.561 (üç min beş yüz altmış bir) vərəqdən ibarət maliyya sənədləri sənədləri və "Oba Market MMC tərəfindən 05.06.2020-ci il tarixli məktubla təqdim edilmiş Təqsirləndirilən şəxs həmin filiala məxsus malları mənimsəyərək talaması faktına dair filialda quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərin əks olunduğu 02 (iki) ədəd "DVD” disk cinayət işinə əlavə edilmişdir. (i.v. 144-162) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamatəkrar törədildikdə və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək, habelə yuxarıda şərh olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 31.07.2021-ci il tarixli, 091-39681-1221 nömrəli məktubla daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 2. i.v 92 ) Tərtər rayon İcra Hakimiyyəti Başçısının Soyulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08.09.2021-ci il tarixli, 170 nömrəli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, ailə üzvləri – atası X5 və anası X6 ilə birlikdə Tərtər rayonu, Soyulan kəndində qeydiyyatdadır, yaşayış yerindən mübət xarakterizə olunur, 29.09.2020-ci il tarixdə SHXŞDX-nin Tərtər rayon şöbəsi tərəfindən çağırılaraq 2-ci Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. (Cild 2, vərəqə: 101-102) Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 04 sentyabr 2021-ci il tarixli, 09515402 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə yaxalanaraq Yasamal RPİ MSY-ə təhvil verilmişdir. (cild 2. i.v. 107) Tutulmuş şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 2. i.v. 141-142) SX seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs 29.09.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək “N” saylı hərbi hissənin tərkibində müharibə dövründə hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 01 noyabr 2021-ci il tarixli 22271 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarət “Xəstəlik Cədvəli”nin 17b maddəsinin İİ qrafasına uyğun qiymətləndirilmişdir. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 21.09.2021-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, "xxxx" MMC-də administrator vəzifəsində çalışçış maddi-məsul şəxs Təqsirləndirilən şəxs Məhərrəm oğlunun mənimsəmə və israf etmə nəticəsində "xxxx" MMC-yə dəymiş 9519.57 (doqquz min beş yüz on doqquz manat əlli yeddi qəpik) manat ziyandan 3900 (üç min doqquz yüz) manat ödəməklə 5619.57 (beş min altı yüz on doqquz manat əlli yeddi qəpik) manat məbləğində qalıq ziyanın sonuncudan tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim olunmuş 29.12.2021-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC verdiyi mülki iddia üzrə dəymiş ziyan ödənildiyi üçün mülki iddiadan imtina edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmaması, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 2-ci Qarabağ müharibəsində iştirak etməklə qazi olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin maddi vəziyyətini və hazırda rəsmi olaraq işləməsini və formal olaraq hər hansı qazan əldə edəcəyi fəaliyyətlə məşğul olmamasını, yəni gəlir əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzasının təyin edilməsi qanunverciliyin tələbləri baxımından qanunsuzdur və eyni zamanda gələcəkdə icrası təmin edilə bilməyəcək cəza olacaqdır. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CMin 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 02.12.2019-cu il tarixdən 28.05.2020-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin Alatava-1 filialının fəaliyyətini əks etdirən 9 (doqquz) cilddə, ümumilikdə 3.561 (üç min beş yüz altmış bir) vərəqdən ibarət maliyyə sənədləri və "xxxx" MMC tərəfindən 05.06.2020-ci il tarixli məktubla təqdim edilmiş Təqsirləndirilən şəxs həmin filiala məxsus malları mənimsəyərək talaması faktına dair filialda quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərin əks olunduğu 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Zərəçəkmiş şəxs "xxxx" MMC Təqsirləndirilən şəxs 5619.57 (beş min altı yüz on doqquz manat əlli yeddi qəpik) manat pul vəsaitinin tutularaq ona verilməsi barədə mülki iddia vermişdir. "xxxx" MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 29 dekabr 2021-ci il tarixli ərizəsində ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti olmamasını və mülki iddiasından imtina etdiyini bildirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186-cı maddəsinə görə Cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs "xxxx" MMC mülki iddiadan imtina etdiyindən onun mülki iddiası üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu 2 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Ağcabədi, Bərdə, Tərtər və Ağdam rayonlarının hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), və məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət büdcəsin vəsaiti hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına və Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixdək tutulduğu 2 (iki) gün həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir ay) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 00:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi, Bərdə, Tərtər və Ağdam rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Tərtər Rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin mülki iddiası üzrə icraata xitam verilsin. Məhkəmə xərcini təşkil 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Maddi sübut-02.12.2019-cu il tarixdən 28.05.2020-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin Alatava-1 filialının fəaliyyətini əks etdirən 9 (doqquz) cilddə, ümumilikdə 3.561 (üç min beş yüz altmış bir) vərəqdən ibarət maliyyə sənədləri və "xxxx" MMC tərəfindən 05.06.2020-ci il tarixli məktubla təqdim edilmiş Təqsirləndirilən şəxs həmin filiala məxsus malları mənimsəyərək talaması faktına dair filialda quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntülərin əks olunduğu 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN- ********** hesablaşma hesabına və Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-347/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-347/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver