Məhkəmə qərarları › İş №1(004)-348/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-348/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-348/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Pərvin adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs2 hissə-hissə ödəmək şərti ilə ilkin ödəniş etdiyi halda avtomobil sahibi olacağına dair yalandan vəd verməklə, inandırıb etibardan sui-istifadə və aldatma yolu ilə həmin vəd əsasında “Toyota” markalı, “Corolla” modelli, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə aid avtomobil kimi təqdim edərək satmaq adı ilə 2021-ci ilin aprel ayının əvvəllərində, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən «Tayqa» marketin yanında üç dəfəyə 4000 manat, 2021-ci ilin aprel ayının əvvəllərində istifadəsində olan bank kartına Bakı şəhəri, ünvan 3nın yaxınlığında yerləşən ödəmə terminalından 370 manat yüklətməklə və 2021-ci ilin aprel ayının əvvəllərində, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən «Tayqa» marketin yanında cinayətkar qrupun üzvü olan Pərvin adlı şəxs 1000 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs2 5370 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Həsənov Ağa verdi Əzizağa oğluna Gürcüstandandan “Toyota” markalı “Prius” modelli avtomobili gətizdirib hissə-hissə ödəmək şərti ilə ilkin ödəniş etdiyi halda həmin avtomobilin sahibi olacağına dair yalandan vəd verməklə, inandırıb etibardan sui-istifadə və aldatma yolu ilə həmin vəd əsasında 2022- ci ilin fevral ayının sonlarında Mingəşevir şəhərində yerləşən avtovağzalda Zərərçəkmiş şəxs1 oğlu vasitəsilə bank hesabına göndərilən 1000 manat, 2022-ci ilin mart ayının sonlarında Bakı - Muşviqabad qəsəbəsi yolu üzərində yerləşən “Rahat” marketin qarşısında ödəmə terminalından onun bank hesabına göndərdiyi 1000 manat, 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Füzuli meydanında olan piyada yeraltı keçidinin içərisində «Keçid-Füzuli 3» ünvanında yerləşən «e-Manat» terminalından onun bank hesabına göndərdiyi 550 manat pulunu qanunsuz olaraq vahid niyyəti ilə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 2550 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddələri əvvəllər elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, lakin həmin ittihamla bağlı bir epizod üzrə araşdırılmalı məqamlar vardır. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs1 Gürcüstandandan “Toyota” markalı “Prius” modelli avtomobili gətizdirib hissə-hissə ödəmək şərti ilə ilkin ödəniş etdiyi halda həmin avtomobilin sahibi olacağına dair yalandan vəd verməklə, ümumilikdə 2550 manat pulunu almışdır. Bundan başqa, tanışı Zərərçəkmiş şəxs2 pulunu hissə-hissə ödəmək şarti ilə «Toyota» Corolla markalı avtomobil gətirməyi vəd verib onun da ümumilikdə 5370 manat pulunu alıb ələ keçirmişdir. X3 pulunun ələ keçirilməsi ilə bağlı bildirir ki, həmin məsələdə o, tək olmamış, onu Pərvin adlı şəxs onunla tanış etmişdir. O, heç kimdən bu işdə pul almamış, ona heç bir aidiyyəti yoxdur. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Təqsirləndirilən şəxs anasının iş yoldaşı olmuş Xürrəm adlı şəxsin vasitəsi ilə tanımışdır. Xürrəm onu, atası və anasını Pərvin adlı alverçi ilə tanış etmiş, daha sonra isə onun vasitəsilə Təqsirləndirilən şəxs tanımışlar. Əvvəllər ifadəsində avtomobil almağı ilə bağlı məqsədi, ələ keçirilmiş pulunun miqdarı və aldadılmağı ilə bağlı göstərdiyi hər bir xüsusat doğrudur. Lakin o, bu hadisə başına gəldikdən sonra şikayət etmək istəyərkən Xürrəm adlı şəxsin təkidi ilə məcbur olub Yasamala müraciət etmişdir. Əslində isə hadisə Yasamal rayonunda deyil, Binəqədi rayonunda baş vermişdir. Xürrəm ona demişdir ki, «get Yasamala şikayət et, hadisə yerini notariat kontorunun qarşısı göstər». Çünki ona demişdir ki, Yasamal rayonuna polis tanışları vardır, onun pulunu tezliklə alacaqdır. O, da, Xürrəmin dediyi kimi etmişdir. Hazırda isə hadisəni olduğu kimi danışmaq istəyir. Xürrəm ilə onun anası yeni bir şəxsin evində işləyirmişlər. Xürrəm həmin ev sahibinin sürücüsü, anası isə ev işlərini görən şəxs olmuşdur. Hazırda Xürrəm həmin işdə çalışmır. Anası da, Xürrəmə onun avtomobilə ehtiyacı olduğunu demiş, bundan sonra Xürrəm onları Pərviz adlı şəxs və Təqsirləndirilən şəxs ilə əlaqələndirmişdir. O, Təqsirləndirilən şəxs qeyd etdiyi pulu Yasamal rayonunda deyil, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi, Tayqa marketin yanında 2021-ci ilin aprel ayının əvvəllərində 2000 manat, 2-ci dəfə Pərvin adlı şəxsə yenə həmin ünvanda 1000 manat, bundan sonra Təqsirləndirilən şəxs və Pərvinin vədi ilə 1000 manat avtomobilə xərc çəkmiş və sonuncular bildirmiş ki, onun guya aylıq pulundan çıxacaqlar, bundan sonra yenə 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 3 ünvanında olan zaman Təqsirləndirilən şəxs dediyi bank kartına 370 manat kartına atmış, daha sonra yenə 2021ci ilin aprel ayının əvvəllərində Yasamal rayonunda deyil, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi, Tayqa marketin yanında 1000 manatı Pərvinə vermişdir. Ona ümumilikdə 5370 manat maddi ziyan dəymişdir. Ondan pulu Təqsirləndirilən şəxs və Pərvin hər biri ayrı-ayrılıqda almışlar, vədi hər ikisi vermişdir. Pərvin adı şəxsin hazırda anket məlumatları ona məlum deyildir. Lakin çox qısa müddət ərzində müəyyən edib istintaqa təqdim edəcəkdir. Pərvin və Elvin hər ikisi qabaqcadan əlbir olmuşlar. Burada Xürrəmin də, xüsusi marağı olmuşdur ki, ona təsir etmişdir ki, istintaqa yalnış ifadələr versin. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Saatlı rayonu Novruzlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Aşağı Güzdək qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs təqribən 2020-ci ilin dekabr ayından Bakı şəhərində yaşayan zamandan tanıyır. Onun Təqsirləndirilən şəxslə tanışlığı iş prosesi zamanı yaranmışdır. O, Təqsirləndirilən şəxs atası evində santexnik işini icra edərkən görüşürmüş. Onunla münasibəti normal olmuş, hər-hansı düşmənçilik və ədavətim olmamışdır. Təqsirləndirilən şəxslə telefon vasitəsi ilə əlaqə saxlayıb bir-birinin hal-əhvalını soruşurmuşlar. Lakin bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna zəng çatmamış və sonuncu əlaqəsi kəsilmişdir. 2021-ci il tarixdə noyabr ayında Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefonuna zəng edib onunla bir qədər söhbət etmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ölkə xaricində elektrik avtomobilləri gətirib satmaqla və həmin avtomobillərin Bakı şəhərində icarəyə verməsi ilə məşğul olduğunu və lazım olsa elektrik avtomobillərindən birinin onun üçün gətirə biləcəyini bildirmişdir. O, sonuncudan avtomobilin qiyməti barədə soruşduqda, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, köhnə istehsallı olan avtomobillərin qiymətinin ucuz, yeni istehsallı avtomobillərin qiymətinin isə baha olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin avtomobili almaqda nağd pulunun olmadığını dedikdə, Elvin ona pul barədə heç bir problem olmadığını, belə ki, xarici ölkədən avtomobil gəldikdən sonra ilkin ödəniş etməyi, sonra isə yerdə qalan pulun notariat qaydada borc müqaviləsi bağlayıb hər ay ona ödəməyi təklif etmişdir. O, Elvinə bildirmişdir ki, bir müddət vaxt versin bu barədə fikirləşib bir söz deyər. 3-4 gün keçdikdən sonra Elvinlə telefon vasitəsi ilə əlaqə saxlayan zaman Elvin ona bildirmişdir ki, əgər pul barədə imkan yoxdursa, Gürcüstan Respublikasından elektrik avtomobili gətizdirir, ilkin ödəniş etməsə olar, lakin hər aylıq avtomibilin pulunu vermək lazımdır. O, da Elvinin təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs vatsap vasitəsi ilə onun mobil telefonuna “Kapital Bank”a məxsus kartın hesabına pul köçürməyi bildirmişdir. 2022-ci ilin fevral ayın sonlarında mart ayının əvvəllərində o, oğluna mobil telefon vasitəsilə zəng edib Təqsirləndirilən şəxs mənə vatsap vasitəsi ilə göndərdiyi kart hesabına 1000 manat pul göndərməyi bildirmişdir. Oğlu həmin vaxtlar Mingəçevir şəhərində olan zaman şəhərin “avtovağzal” deyilən ərazidə olan dükanların birindən Milliön vasitəsi ilə həmin karta 1000 manat pul köçürmüşdür. O, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna zəng edib sonuncunun ona dediyi kart hesabına 1000 manat pul köçürüldüyünü bildirmiş, Elvin də pulun balansa köçürüldüyünü etiraf etmiş və yaxın günlərdə Kapital banka məxsus ayrı bir karta pul göndərməyi bildirmişdir. O, da Elvinin bu təklifi ilə razılaşmış və təxminən mart ayının sonlarında oğluna telefon vasitəsi ilə zəng edib təkrar oiaraq Təqsirləndirilən şəxs ona dediyi ayn bir bank kartı hesabına bul köçürməyi bildirmişdir. Oğlu da onun razılığı əsasında Bakı şəhərində Müşviq qəsəbəsinə gedən istiqamətə “Rahat” marketlə üzbə-üz yerləşən dükanların birindən “Milliön” aparatı vasitəsi ilə Elvinin ona dediyi 2-ci kart hesabına 1000 manat pul köçürmüşdür. O, Elvinə mobil telefon vasitəsi ilə zəng edib 2-ci dəfə dediyi karta 1000 manat pul köçürüldüyünü bildirmişdir. Elvin də pulun köçürüidüyünü təsdiq etmişdir. Bundan bir neçə gün keçdikdən sonra, yəni mart ayınır sonlannda Novruz bayramından sonra Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaq; yaradan zaman Elvin təkrar olaraq “Kapital Bank”a məxsus başqa kart hesabına pu göndərməyi bildirmiş və vatsap vasitəsi ilə onun mobil telefonuna kart hesabın göndərmişdir. Təxminən mart ayının sonlarında aprel ayının əvvəllərində o, d sonuncunun göndərdiyi kart hesabına Bakı şəhəri Yasamal, rayonunda yerləşən “Qış parkı”n yaxınlığıda, yeraltı piyada keçidində yerləşən “Milliön” aparatı vasitəsi ilə həmin kart hesabına 550 manat pul köçürmüşdür. Pulu köçürdükdən sonra Təqsirləndirilən şəxs zəng edib sonuncunun ona göndərdiyi kart hesabına pul köçürdüyünü bildirmiş və o, 550 manat pulun kart hesabına köçürüldüyünü təsdiq edərək Mingəçevir şəhərində olduğunu bildirmişdir. O, ilkin ifadəsində pulu köçürdüyü yerin Nəsimi rayonuna aidiyyatı olmasını düşündüyündən ifadəsində pulu Nəsimi rayonu ərazisində yerləşən terminaldan köçürdüyünü bildirmişdir. Lakin sonra ifadəsi yerində yoxlanılan zaman sonuncu dəfə Təqsirləndirilən şəxs pulu Bakı şəhəri, Yasamal rayonu. Füzuli meydanı, keçid Füzuli 3 ünvanından yerləşən ödəmə terminalından ödəməsini bilmişdir. Ona ümumilikdə 2550 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir, təqsirləndirilən şəxsin ağır cəzalanmasını xahiş edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilməsə də, məhkəmə bu ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxslərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(107)-97/2023 saylı qərarı ilə Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib, ona CM-nin 66.2-ci maddəsinə əsasən 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 ay 19 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 il 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bununla da Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli xx.xx.2022-ci il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əsasən təqsirləndirilən şəxsin xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşaının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək maddi zərərə görə 5370 manat və mənəvi zərərə görə 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 74 manat pul təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək maddi zərərə görə 2550 manat pul təqsirləndirilən şəxsdən utularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin mülki iddia qismən təmin edilməlidir. Belə ki, maddi ziyan hissədə mülki iddia tam təmin edilməli. Çünki iş üzrə təsdiq edilir ki, təqsirləndirilən şəxs dələduzluq edilməklə, zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs2 5370 manat məbləğində, Zərərçəkmiş şəxs1 isə 2550 manat məbləğində maddi ziyan vurulmuşdur. Mənəvi zərərlə bağlı hissədə isə məhkəmə hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli, təqsirləndirilən şəxsdən 500 manat məbləğində mənəvi zərərə görə pul tutulub zərərçəkənə verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (02 gün azadlığın məhdudlaşdırılması cəzası 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla), hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 02 il 06 ay (üç il ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə həbsdə saxlanıldığı 03 ay 19 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 02 ay 11 gün (iki il iki ay on bir gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs mülki iddiası qismən təmin edilsin, Zərərçəkmiş şəxs2 mülki iddiası tam təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 5370 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 74 manat olmaqla, mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 5944 manat (beş min doqquz yüz qırx dörd manat) pul tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilsin, Təqsirləndirilən şəxs 2550 manat və mülki iddia üçün ödənilmiş dövlət rüsumuna görə 45,5 manat olmaqla, cəmi 2595,5 (iki min beş yüz doxsan beş manat əlli qəpik) manat pul tutulub Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar