Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-348/2024 03.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 noyabr 2023-cü il tarixdə saat 17:14 radələrində ünvan 2 ünvanında yerləşən “Avalon” restoranına müştəri qismində gələrək, həmin restoranda masanın üzərində ofsiant işləyən Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1650 manat dəyərində 3566-8311-8022-923 imei kodlu 01 ədəd İphone markalı 12 Pro modelli mobil telefonu görüb, gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 1660 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, müxtəlif restoranlarda kababçı işləmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə tanıdığı Məzahir adlı kababçı ona zəng edərək, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Avalon” restoranına 2 günlük kababçı lazım olmasını bildirmişdir. O da xx.xx.2023-cü il tarixdə həmin restorana gəlmiş və 2 gün müddətində günü 40 manat olmaqla restoranda kababçı işləmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində “Avalon” restoranına gəlmişdir. Zalda əyləşmiş və orada olan üzdən tanıdığı, lakin adını bilmədiyi ofisianta bir ədəd pivə sifariş etmişdir. Ofisiant pivəni gətirmiş və o, pivəni içməyə başlamışdır. Həmin vaxt barın üzərində İphone markalı mobil telefonun elektrik cərəyanına qoşulmasını görmüşdür. Bir neçə dəqiqən sonra ofisiant oradan çıxıb kabinetlərə getdiyini görmüş və həmin vaxt telefonu oğurlamaq qərarına gəlmişdir. Bara yaxınlaşaraq telefonu elektrik cərəyanından ayıraraq götürüb cibinə qoymuş və restorandan çıxıb qaçmışdır. Həmin gün mobil telefonu Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığında adını xatırlamadığı, lakin tanıdığı mağazaya gələrək telefonu şəxsiyyət vəsiqəsini təqdim etməklə 180 manata satmışdır. Sonra əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, telefonu oğurlayan zaman restoranın zalında heç kəs olmamışdır. Avalon restoranında hadisədən əvvəl işləmiş, Zərərçəkmiş şəxs tanımış, lakin mobil telefonun həmin şəxsə məxsus olmasını bilməmişdir, o, Avalon restoranına pivə içmək üçün getmiş, orada olan zaman telefonu görmüş və maddi durumu pis olduğu üçün həmin vaxt telefonu oğurlamaq qərarına gəlmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşiman olmasını nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə müraciət edib ərizə yazaraq, işlərinin çox olmasını, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, özü tərifindən oğurlanmış telefonu tapılıb qaytardığını, eyni zamanda ona dəymiş ziyanın ödənilmədiyini və hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Yasamal rayonu, Z.Xəlilov küçəsi 65A ünvanında yerləşən “Avalon” kafesində ofsiant işləyir və ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs bir neçə gı'ın müddətində işlədiyi kafedə kababçı kimi işləmişdir. Lakin, Elgünlə münasibəti olmamışdır. 10 noyabr 2023-cü il tarixdə, saat 12 radələrində işlədiyi kafeyə gəlmişdir. Təxminən saat 17 radələrində Elgün adlı şəxsin kafeyə gələrək ona pivə sifariş vermiş, o da həmin sifarişi Elgüııə gətirmişdir. Onu da qeyd etmişdir ki, həmin vaxt özünə məxsus İphone markalı, 12 Pro modelli mobil telefonunu enerjiyə qoymuşdur. Bundan sonra başqa masalar da sifariş verdikləri üçün həmin masalara yaxınlaşdığı üçün mobil telefonu enerjiyə qoyduğu yerdə qalmışdır. Bir neçə dəqiqədən sonra telefonunun yanma gələn zaman telefonunun oğurlandığını və Elgün adlı şəxsin də olmadığını aşkar etmişdir. Daha sonra kafenin kameralarına baxan zaman həmin Elgün adlı müştərinin mobil telefonunu oğurlayıb cibinə qoyub, kafedən çıxıb getməsini görmüşdür. Bundan sonra həmin tarixdə o, Yasamal RPİ-nin 28-ci PŞ-nə gedərək ərizə ilə məlumat vermişdir. Səhəri günü yəni, 11 noyabr 2023-cti il tarixdə o, özünə başqa bir mobil telefon almaq üçün 20 Yanvar metrostansiyasının yaxınlığında olan mobil telefon alqı-satqısı mağazasına getmişdir. Həmin vaxt təsadüfən özünə məxsus İphone markalı mobil telefonun satışda olmasını görmüşdür. O, satıcı ilə danışıb həmin telefona baxdıqda mobil telefonun özünə aid olmasını bildirmişdir. Daha sonra satıcıdan telefonunun kim tərəfindən və hansı qiymətə satılmasını soruşduqda, həmin satıcı xx.xx.2023-cti il tarixdə X4 mağazaya yaxınlaşaraq həmin telefonun özünə aid olmasını bildirib, telefonu özünə aid şəxsiyyət vəsiqəsi ilə 180 manata satmasını bildirmişdir. Bundan sonra o, həmin məbləğdə pulu verib telefonunu satıcıdan almışdır. Bundan sonra yenidən polisə qayıdaraq bu barədə polisə məlumat vermişdir. Özünə aid mobil telefonu polisə təhvil vermiş, bununla da ona avdın olmuşdur ki, X6 onun mobil telefonunu oğurlayıb tanımadığı şəxsə 180 manata satmışdır. O, həmin mobil telefonu xx.xx.2023- cti il tarixdə 1650 manata almışdır. Üzərində isə 10 manat dəyərində istifadə etdiyi Azercellə məxsus ***-***-**-** saylı mobil nömrə olmuşdur. Bununla da ona ümumilikdə 1660 manat dəyərində ziyan dəymişdir. O, mobil telefonunu 20 Yanvar metrosunun yaxınlığında olan mobil telefonların alqı-satqısı mağazasında görmüşdür. Orada çoxlu mağazalar olmuşdur. Mağazanın adı yadında deyil Satıcını isə tanımır, satıcının anket məlumatlarını bilmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, "Park 20” ticarət mərkəzi “Vertu” telefon mağazasında proqramçı-usta işləyir. Zərərçəkmiş şəxs müraciəti ilə tanış olmuş və xx.xx.2023-cti il tarixdə, saat təxminən 18 radələrində işdə olan zaman sonradan adını bildiyi X6 işlədiyi mağazaya gələrək özünə məxsııs İphone 12 Pro markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. O, həmin telefona baxdıqdan sonra Elgtinlə 180 manata razılaşmışdır. Elgtin Muradov öztinə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra Elgiinə aid şəxsiyyət vəsiqəsinin kserosurəti çıxarmış və 180 manat pul verib telefonu Elgtindən almışdır. xx.xx.2023-cti il tarixdə tanımadığı şəxs mağazaya gələrək mobil telefonlara baxmağa başlamışdır. Sonra isə X3 aldığı İphone 12 Pro markalı mobil tefefona baxmaq istədiyini bildirmişdir. O, telefonu həmin şəxsə verdikdən sonra Elgtin telefonun özünə məxsus olmasını bildirib xx.xx.2023-cti il tarixdə Elgtin adlı şəxs tərəfindən oğurlandığını bildirmişdir. O da sözü gedən telefonu X3 180 manata aldığını bildirmişdir. Bundan sonra həmin şəxs telefonun oğurlanmasını, hal-hazırda polisə araşdırılmasını bildirmiş və Murada verdiyi pulu qaytaracağı təqdirdə telefonu ona qaytara biləcəyini soruşmuşdur. O, pul qaytaracağı təqdirdə telefonu ona qaytara biləcəyini demişdir. Bundan sonra onlar razılaşmış və Bayraməlidən 180 manat pul alaraq mobil telefonu Bayraməliyə qaytarmışdır. Elgtin Muradov telefonun özünə məxsus olmasını bildirmiş və öz şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. O, telefonun oğurluq olmasını bilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlamışdır. (İ/V. 1). “Baxış keçirilməsi haqqında” 27 yanvar 2023-cü il tarixli protokol və fotocədvəldən məlum olur ki, Yasamal RPl-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru, Roman Məmmədov tərəfindən tərtib edilmiş hadisə yeri ünvan 3 ünvanıdır. (İ/V. 9-12). Məkəmə iclasında diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin içərisində 1 video fayl vardır. Videoyazı ünvan 4 ünvanında yerləşən “Avalon” restoranın içəri giriş hissəsinin çəkilişi işə başlayır. Faylda 10 noyabr 2023-cti il tarixdə saat 17:14:12 saniyədə “Avalon” restoranında ofisant işləyən X1 restoranda mətbəxt otağına getməsi, bir nəfər kişi cinsli şəxsin restoranın içərsində ətrafa baxıb və heç kimin olmadığını görüb saat 17:14:56 saniyədə restoranda barın üstündə olan mobil telefonu oğurlayaraq əynində olan gödəkçənin cibinə qoyub restorandan çıxması müəyyən olunur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 27 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 9/9220/2023 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd “İphone 12 pro” markalı ******* 18022923 imei kodlu mobil telefonun komplektləşdirilməsinə aid olan aksessuarlarının olmaması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 950,00 manat müəyyən edilir. (İ/V. 30). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilən şəxs qismində axtarış elan edilmişdir. (İ/V. 49-50). “Axtarışda olan şəxsin tutulması haqqında” 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə saat 22:30-da yaşadığı evin qarşısında tutularaq Yasamal RPİ-nin 28-ci PŞ-yə gətirilmişdir. (İ/V. 55). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 78-79). “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı törətmiş olduğu oğurluq hadisəsi ilə bağlı ifadələrində hadisə yerində bir daha bildirmişdir. (İ/V. 82-83). Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2011-cü il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü, 333.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum eilmişdir. (İ/V. 86). “Sübutların qiymətləndirilməsi haqqında” 7 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 01 ədəd “İphone 12 pro” markalı **********22923 imei kodlu mobil telefon və hadisənin görüntüsünün qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, mobil telefonun sahibinə qaytarılması, DVD diskin isə cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır. (İ/V. 100-105). Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməldən peşman olmasını və onun himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Qazıqurdalı kəndində olan yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış “İphone 12 pro” markalı, **********22923 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması (özü tərəfindən geri alınması) nəzərə alınmalı, məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-348/2024 saylı, 16 may 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 16 may 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bərdə rayonu Qazıqurdalı kəndində olan yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “İphone" markalı “12 Pro" modelli, **********22923 İMEİ kodlu mobil telefon Zərərçəkmiş şəxs qaytarılması (özü tərəfindən geri alınması) nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-348/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-348/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver