Məhkəmə qərarları › İş №1(004)-348/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-348/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-348/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, azərbyacanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını açıq talama yolu ilə soyğunçuluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə, 12 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu 16-cı Nərimanov döngəsində özgənin əmlakını açıq talama məqsədi ilə sərnişin qismində əyləşdiyi, Zərərçəkmiş şəxs idarə etdiyi, "Khazar" markalı **- YC-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək ödəniş etmək bəhanəsi ilə sürücü tərəfə yaxınlaşıb, avtomobilin açıq pəncərəsindən əlini içəri salaraq sonuncuya məxsus 150 manat dəyərində olan "Samsung" markalı "SM-50SFN/DS" modelli mobil telefonu götürüb açıq şəkildə talayaraq, hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs 150 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bundan əvvəl Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(009)-212/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunduqdan sonra işsiz qalmışdır. 12 dekabr 2024-cü il tarixdə, axşam saatlarında yaşadığı evdə olan zaman hava soyuq olduğu üçün yorğan döşək götürmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yaşayan dayısı X4 yanına getmək qərarına gəlmişdir. Həmin vaxt uşaqlıq dostu olan Şahid1 ilə məhlədə qarşılamışdır. Şahid1 ondan hara getdiyini soruşduqda o dayısıgilə gedib ev üçün yorğan döşək götürəcəyini bildirmişdir. Bundan sonra Seymur da onunla gəlmiş və onlar birlikdə piyada "Nizami" metrostansiyasının yanına gələrək orda taksi kimi dayanan "Khazar" markalı avtomobilin sürücüsünə yaxınlaşmışdırlar. Onlar avtomobilə əyləşərək Bakı şəhəri, Yasamal rayonu, 16-cı Nərimanov dögəsinə gələrək avtomobili saxlatmış və sürücüyə üzərində pulu olmadığını bildirərək tanışına zəng etmək məqsədilə sürücüdən telefonunu istəmişdir. Lakin sürücü ona telefonu verməmişdir. Həmin vaxt o, işsiz və pula ehtiyacı olduğundan anidən sürücünün telefonunu oğurlayıb qaçmaq fikri onun ağlına gəlmişdir. Bundan sonra o, avtomobildən düşərək ani olaraq o, sürücü tərəfə yaxınlaşmış və sükanın yanında olan sürücüyə məxsus “Samsung” markalı mobil telefonu götürərək qaçmışdır. Həmin gün o, oğurladığı “Samsung” markalı mobil telefonu 17 manata satmışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Whatsapp” tətbiqində olan videogörüntü vasitəsi ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri ərazisində taksi fəaliyəti ilə məşğul olur. 12 dekabr 2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi "Khazar" markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami metrostansiyasının qarşısında dayanıb müştəri gözləyən zaman əvvəllər tanımadığı 2 nəfər kişi cinsli şəxs onun avtomobilinə yaxınlaşmış və onları "Sovetski" adlanan əraziyə aparmağını xahiş etmişdirlər. O da onlarla həmin ünvana 5 manata aparmaq barədə razılığa gəlmişdir. Onlar "Sovetski" adlanan ərazidə olan zaman qabaq oturcaqda oturan şəxs üzərində pulunun olmadığını səbəb gətirərək ondan tanışına zəng etmək üçün telefonunu istəmiş, bu zaman o, müştəriyə telefonunu verməkdən imtina etmişdir. Həmin vaxt qabaq oturacaqda oturan şəxs pul gətirmək üçün avtomobildən düşmüş, daha sonra isə onun tərəfə yaxınlaşaraq açıq pəncərədən əlini içəri salıb sükanın yanında olan ona məxsus 150 manat dəyərində "Samsung A50" markalı mobil telefonu götürərək qaçmışdır. Bu zaman onunla birlikdə avtomobilə əyləşən digər şəxs isə avtomobildə oturmuşdur. Sonradan onlar hər ikisi avtomobildən düşmüş və bu zaman telefonu götürüb qaçan şəxs digər şəxsi səsləyərək yanına çağırmışdır. O da onun arxasınca qaçmışdır. O isə onların arxası ilə qaçmamış və bu barədə polisə məlumat vermişdir. Son olaraq o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. 12 dekabr 2024-cü il tarixdə o, yaşadığı məhlədə olan zaman İbrahim ilə qarşılamış və ondan hara getdiyini soruşmuşdur. İbrahim ona Bakı şəhəri, Qədirli 239 küçəsində yaşayan dayısının yanına gedərək oradan ev üçün yorğan döşək götürəcəyini bildirmiş, o da həmin vaxt köməklik etmək məqsədilə İbrahimlə birlikdə getmək qərarına gəlmişdir. Daha sonra onlar birlikdə piyada olaraq "Nizami" metrostansiyasının yanına gəlmiş, daha sonra qalan yolu taksi ilə getmək məqsədilə orda taksi kimi dayanan "Khazar" markalı avtomobilin sürücüsünə yaxınlaşmışlar. Onlar avtomobilə əyləşərək yola düşmüşlər və Yasamal rayonu, 16-cı Nərimanov dögəsinə çatanda İbrahim avtomobili saxlatmışdır. Bu zaman İbrahim sürücüyə üzərində nağd pul və mobil telefon olmadığını bildirərək sürücüdən tanışına zəng etmək məqsədilə mobil telefonunu istəmiş, lakin sürücü ona telefonu verməmişdir. Bundan sonra İbrahim avtomobildən düşərək ani olaraq sürücü tərəfə yaxınlaşmış və sükanın yanında olan sürücüyə məxsus “Samsung” markalı mobil telefonu götürərək qaçmışdır. Bu zaman o, İbrahimin qaçdığını görüb orada uzaqlaşmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 69-70-ci vərəqlərində olan ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, telefon alqı-satqısı ilə məşğuldur. Hazırda ünvan 2 ünvanında yerləşən telefon alqı-satqı məntəqəsində fəaliyyət göstərmişdir. 12 dekabr 2024-cü il tarixdə saat 22 radələrində işlədiyi mağazada olduğu zaman iki nəfər şəxs mağazaya yaxınlaşmış və həmin şəxslərdən biri telefon satmaq istədiyini bildirmişdir. O, telefona baxmış və telefonun köhnə olduğunu, işləmə vəziyyətini nəzərə alıb həmin şəxsə telefona görə 17 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra telefonu ona satmaq İstəyən şəxs Təqsirləndirilən şəxs öz vəsiqəsinin surətinin şəklini ona vatsap vasitəsi ilə göndərmiş və o, həmin vəsiqənin şəklini sürətçıxaran cihaz vasitəsi ilə çıxarıb özü üçün qeydiyyat aparmışdır. İbrahim adlı şəxs qeyd olunan telefonun özünə məxsus olduğunu, maddi çətinliyi olduğundan satdığını bildirmişdir. Telefonun pis vəziyyətdə olması onda heç bir şübhə oyatmamış və o, həmin telefonun oğurluq ola biləcəyinə ehtimal verməmişdir. Bu səbəbdən o, 17 manat verib həmin telefonu almışdır. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan Samsung A50 markalı mobil telefon oğurluq olmuşdur və mən bu səbəbdən həmin telelfonu könüllü şəkildə təqdim etmək qərarına gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İfadənin yerində yoxlanılması haqqında” 20 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması ilə bağlı xx.xx.2024-cü il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 18-20) “İfadənin yerində yoxlanılması haqqında” 20 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması ilə bağlı xx.xx.2024-cü il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 21-23) “Əşyanın götürülməsi və baxış keçirmə haqqında” 20 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 01 (bir) ədəd “Samsung A50” markalı mobil telefonu və həmin mobil telefon ilə birlikdə həmin telefonu ona satan İbrahim adlı şəxsin vəsiqəsinin surətini təqdim etmiş və həmin saat ondan götürülmüşdür. (i.v. 72) “Üzləşdirmə haqqında” 09 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndilən şəxs Şahid1 istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 157-159) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli, 9/1562 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonun 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı müəyyən edilir. 1. 01 ədəd gövdə məlumatlarına əsasən “Samsung” markalı, “SM-A50SFN/DS” modelli mobil telefon 64 GB yaddaşlı istifadədə olmuş normal vəziyyətdə - 100,0 manat; 2. 01 ədəd gövdə məlumatlarına əsasən “Samsung” markalı, “SM-A50SFN/DS” modelli mobil telefon 128 GB yaddaşlı istifadədə olmuş normal vəziyyətdə - 120,0 manat; Qeyd: Samsung” markalı, “SM-A50SFN/DS” modelli mobil telefonun hansı səbəbdən işlək vəziyyətdə olması müəyyən edilmədiyindən, mobil telefonun hazırki vəziyyətdə dəyərini müəyyən etmək mümkün olmamışdır. (i.v. 186-187) “Cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında” 12 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd “Samsung” markalı, “SM- A50SFN/DS” modelli mobil telefon maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır. (i.v. 197-206) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, tamah niyyəti ilə, 12 dekabr 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu 16-cı Nərimanov döngəsində özgənin əmlakını açıq talama məqsədi ilə sərnişin qismində əyləşdiyi, Zərərçəkmiş şəxs idarə etdiyi, "Khazar" markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək ödəniş etmək bəhanəsi ilə sürücü tərəfə yaxınlaşıb, avtomobilin açıq pəncərəsindən əlini içəri salaraq sonuncuya məxsus 150 manat dəyərində olan "Samsung" markalı "SM-50SFN/DS" modelli mobil telefonu götürüb açıq şəkildə talayaraq, hadisə yerindən qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs 150 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2025-ci il tarixli, 9/1562 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonun 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı müəyyən edilir. 1. 01 ədəd gövdə məlumatlarına əsasən “Samsung” markalı, “SM-A50SFN/DS” modelli mobil telefon 64 GB yaddaşlı istifadədə olmuş normal vəziyyətdə - 100,0 manat; 2. 01 ədəd gövdə məlumatlarına əsasən “Samsung” markalı, “SM-A50SFN/DS” modelli mobil telefon 128 GB yaddaşlı istifadədə olmuş normal vəziyyətdə - 120,0 manat müəyyən olunmuşdur. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd “Samsung” markalı, “SM-A50SFN/DS” modelli mobil telefonu 150 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 13 mart 2025-ci il tarixli 9/1562 saylı rəyində həmin 01 ədəd “Samsung” markalı, “SM- A50SFN/DS” modelli rnobil telefonun qiyməti 120,00 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 01 ədəd mobil telefon taladığına görə vurduğu maddi ziyanın miqdarının 120 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqında” 20 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 35) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2024-cü il tarixli, 4(004)- 1117/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 20 mart 2025-ci il tarixədək həbs növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 129) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(009)-212/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 137-138) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(009)- 212/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 139-144) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi mənəvi ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən onun Təqsirləndirilən şəxsdan heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə olmayacaqdır. (i.v. 191) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 08 may 2025-ci il tarixli, 3-16-35-84/2-27298/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2022ci il tarixli, 1(009)-212/2022 saylı hökmünə əsasən təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 26 (iyirmi altı) gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(009)- 212/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Medal vəsiqələrinin fotoşəkillərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2711 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azyaşlı uşağının olmasını, vətənin müdafiəsi uğrunda medallarla təltif edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla baışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, eyni xarakterli cinayət əməlini törətdiyi üçün məhkum olmasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” markalı, “SM-A50SFN/DS” modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə onun əvvəllər CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və həmin cəzanı çəkən zaman hazırki cinayət əməlini törətməsini nəzərə alınmaqla hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(009)-212/2022 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung” markalı, “SM-A50SFN/DS” modelli mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun X5 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci i ltarixli iclaslarında iştirak etdiyi və iş materilları ilə tanış olduğu cəmi 15 (on beş) saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(009)-212/2022 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla (13 gün müddətinə azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, ona qəti olaraq 06 (altı) ay 05 (beş) gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 20 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı, “SM-A50SFN/DS” modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun X5 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar