Məhkəmə qərarları › İş №1(004)-349/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-349/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-349/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, müdafiəçi «As Leqal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, «Wolt» şirkətində kuryer işləyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, M.Maqomayev prospekti, ev 52, mənzil 26da qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkətinin digər iştirakçısı kimi yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində yol hərəkətinin digər iştirakçısı kimi mühərrikin iş həcmi 50 kub santimetrdən çox olmayan mühərrik ilə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki təkərli nəqliyyat vasitəsi hesab olunan «Kuba RKS» markalı moped ilə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 187 nömrəli ünvan ilə «Elmlər Akademiyası metrostansiyası» istiqamətində 35 km/saat sürətlə hərəkətdə olan vaxtı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli – bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib onun hərəkət istiqamətinə görə yolun sağ tərəfindən sol tərəfinə piyada keçidi zolağı ilə keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan mopedin ön hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs bel və çanaq nahiyəsinin əzilməsi, sol qasıq sümüyünün qəlpəli yerdəyişmiş, oma sümüyünün az yerdəyişmiş, qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 9/12, mənzil 104 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, o, «Wolt» şirkətində kuryer işləyir və şirkətə daxil olmuş sifariş əsasında sifarişləri şirkət tərəfindən verilmiş ünvana çatdırmış, hazırda şirkətin sifarişlərini idarə etdiyi «Kuba RKS» markalı moped ilə ünvana çatdırır. 14 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə metronun “Elmlər Akademiyası” stansiyası istiqamətində idarə etdiyi «Kuba RKS» markalı moped ilə yolun hərəkət hissəsinin sağ zolağı ilə 35 km/saat sürətlə hərəkətdə olmuş, hərəkətdə olan vaxtı yolun hərəkət hissəsində piyada zolağında yolu keçmək istəyən piyada qadını görmüş, həmin piyada qadın onun hərəkət istiqamətinə görə yolun sağ tərəfindən sol tərəfinə keçmək istəmiş, lakin məsafə az olduğuna görə idarə etdiyi mopedi saxlaya bilməmiş və mopedin ön hissəsi ilə həmin piyada qadını zolağın üstündə vurmuş və zərbədən piyada yerə yıxılmış, o, mopedi saxlayıb piyadaya yaxınlaşmış və onu yoldan kənara çəkmiş, hadisə yerinə toplaşan tanımadığı şəxslərdən həmin piyadaya su vermiş, o, ilkin tibbi yardım göstərilməsi üçün piyadanı tanımadığı taksi avtomobili ilə Travmatologiya İnstitutuna aparmış və orada müayinə olunduqdan, sonra onu X9 aparmış, o, Azərbaycan Respublikası DİN-nin «102» xidməti zəng mərkəzi sisteminə zəng edərək, hadisə barədə məlumat vermiş, sonra o, polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmiş və hadisə yerinin müayinəsində iştirak etmişdir. Hadisə vaxtı sərxoş olmamıs və idarə etdiyi moped texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə vaxtı heç bir bədən xəsarəti almamış və məhkəmə-tibbi ekspertizadan müayinədən keçməkdən imtina etmiş, vurduğu piyadanı əvvəllər tanımamış və onunla heç bir qərəzli münasibəti olmamış, həmin şəxsin şəxsiyyəti ona sonradan Zərərçəkmiş şəxs olması məlum olmuş, hadisə vaxtı idarə etdiyi mopeddə sərnişin və ya yük olmamış, hadisə vaxtı hava şəraiti yağmurlu olmuşdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Çinici» geyim mağazasının yanında piyada zolağı ilə yolun əks tərəfinə keçmək üçün hərəkət istiqamətinə baxıb arxayın olduqdan, sonra avtomobil yoluna daxil olmuş, piyada zolağı ilə təxminən 2-3 addım hərəkət etmiş və sol tərəfdən «Elmlər Akademiyası metrostansiyası» istiqamətində hərəkət edən moped onu vurmuş və zərbədən yerə yıxılmış, mopedin sürücüsü və hadisə yerinə toplaşan şəxslərin köməyi ilə o, yolun kənarına çıxarılmış və ona su verilmiş, sonra sürücü onu Travmatologiya İnstitutuna aparmış, orada rentgen müayinəsi olunduqdan, sonra X9 aparılmış, X6 bir gün qaldıqdan, sonra «X7»ına aparılmışdır. O, onu vuran mopedin sürücüsünün hadisə baş verən vaxtdan yanında olmasını və ona ilkin yardım göstərilməsi üçün xəstəxanaya aparmasını bildirmiş, o, həmin sürücünü əvvəllər tanımamış, onunla heç bir qərəzli və ya düşmənçilik münasibəti olmamış, həmin şəxsin şəxsiyyəti ona sonradan Təqsirləndirilən şəxs olması və idarə etdiyi mopedin «Kuba RKS» markalı olması məlum olmuşdur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onun qızı Zərərçəkmiş şəxs 14 yanvar 2023-cü ildə evdən çıxaraq hazırlıq kurslarına getmişdir. Həmin qün axşam saat 18:00 radələrində ona qızı zəng edərək təcili xəstəxanaya gəlməsini xahiş etmişdir. O da təcili oraya yollanmışdır. Sonradan qızını Gömrük Hospitalına aparmış və orada qızı Dünya əməliyyat olunmuşdur, xəstəxanada 9 gün müalicə aldığdan sonra evə buraxılmışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs və onun qohumları qızının vəziyyəti ilə marağlanaraq, həmçinin 3000 manata yaxın məbləğdə xəstəxana xərclərini ödəmişdilər.Lakin sonradan o onlardan yenidən yardım istəyəndə artıq onlar imtina etmişdilər. Hal hazırda da Dünyanın ağrıları var və o tam sağalmayıb.Lakin Nurlanın cavan olmasını və məhkəmə zamanı qohumları tərəfindən onun ailəsinə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq hazırda o Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinin 134-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 26-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X3» X5 daxil olmuş xx.xx.2023-cü il tarixli 11 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs bel və çanaq nahiyəsinin əzilməsi, sol qasıq sümüyünün qəlpəli yerdəyişmiş, oma sümüyünün az yerdəyişmiş, qapalı sınıqları küt əşyanın (əşyaların) təsirindən törənməsi, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olması qeyd olunmuşdur. Cinayət işinin 36-39-cü vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 8/260 nömrəli ekspert rəyində tədqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, «Kuba RKS» markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması qeyd olunmuşdur. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 manat müəyyən edilmişdir. Cinayət işinin 101-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 8/1337 nömrəli ekspert rəyində istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, «Kuba RKS» markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması qeyd olunmuşdur. Cinayət işinin 102-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 manat müəyyən edilmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloci Mərkəzi» X10 «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» barədə xx.xx.2023-cü il tarixli 2/1266 nömrəli protokolda Təqsirləndirilən şəxs ayıq olması, alkoqol qəbulu əlamətləri olmaması qeyd olunmuşdur. Cinayət işinin 63-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin 64-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİdən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-33325/2023 nömrəli məktubda DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 044581 nömrəli “A1, A, B1, B, C1” kateqoriyalı sürücülük vəsiqəsi verilməsi və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumatın qeydə alınmaması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs adında xx.xx.2023cü il tarixdən “TUFAN S150” markalı, 45 B 251 dövlət qeydiyyat nişanlı motosikletin qeydiyyatda olması qeyd olunmuşdur. Etibarnamə ilə Təqsirləndirilən şəxs istifadəsində nəqliyyat vasitəsinin verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumatın mövcud olmaması qeyd olunmuşdur. Cinayət işinin 107-112-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cinayət işi üzrə “Kuba RKS” markalı moped maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxsin qanuni nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti tələbi və mülki iddiası yoxdur və onunla barışmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, gənc olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, hazırda zərəçəkmiş şəxsin ona qarşı hər hansı tələb və şikayətinin olmamasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut olan “Kuba RKS” markalı moped sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 170 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Kuba RKS” markalı moped sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar