Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-35/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, usta işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə təmiz çəkisi 0,461 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 aprel 2024-cü il tarixdə saat 16:20-də Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 87 nömrəli ünvanın qarşısında Bakı Şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zaman saxlanılaraq Polis İdarəsinə aparılmış və orada üzərinə keçirilən şəxsiaxtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən səffaf polietilenə bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,461 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, axşam 4-5 radələri olardı. H.Cavid prospektində Avropa məktəbinin yaninda polis əməkdaşları onu saxlayıb. Üstünə baxış keçirilib. Bu zaman yan cibindən “kokos”, yəni heroin çıxıb. Daha sonra maddəni yoxlanışa göndəriblər. Bəli, narkotik vasitə üstündə olub, amma satış niyyəti olmayıb. Heç kimə verməmişəm. Heç bir sms göndərişi və ya yazışma olmamışdır. Şəxsi istifadəsi üçün idi. Onu 4 nəfər saxlamışdı. Polisdən hər hansı təzyiq olmayıb. 50 *** ** ** mobil nömrə ona məxsusdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə saat 16:20 radələrində Hüseyn Cavid prospektində baş verib. Narkotik şübhəsi ilə bağlı Təqsirləndirilən şəxs saxlayıblar. Vəkilin iştirakı ilə üzərinə baxış keçirilib. Axtarış zamanı “kokos” aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Əli oğlu ifadəsində göstərmişdir ki, hadisə 2024-cü il aprelin 4-də Hüseyn Cavid prospektində, 16:20 radələrində baş verib. Yaxınlaşıb özlərini təqdim ediblər. Vəkilin iştirakı ilə üzərinə baxış zamanı sağ cibində heroin aşkarlanmışdır. Dediyinə görə “Kubinka” ərazisindən 20 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs H.Cavid prospektində saxlamışdırlar. Onlara hər hansı müqavimət göstərməmişdir. Onu bölməyə aparıblar. Orada təhqiqatçının iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü də narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırkı işdə şahid qismində iştirak edən Şahid6 onun yaxın dostudur. İttiham aktında düzgün məlumatlar yazılmayıb. Təqsirləndirilən şəxs hazırkı işdə şahid qismində iştirak edən Şahid5 ilə birgə ona yaxınlaşıblar. Onlar Şahid6 və o, maşında “Ağ çiçəyim” şadlıq sarayının qabağında dayanmışdırlar. Təqsirləndirilən şəxs bildirdi ki, “Əlişqa” adlı dostu, yəni Şahid5 yaxşı vəziyyətdə deyil. O, Təqsirləndirilən şəxs ilə Şahid5 tanımır. Onlar dostu Şahid6 tanışları idi. Avtomobil onun idi, lakin Hikmətin xətrinə onların maşına minməsinə razı olmuşdur. Avtomibili Hikmət idarə edirdi. Bir az getmişdirlər ki, polis əməkdaşları onları saxlayıblar. Heçnə izah eləmədən və heçnə demədən onları aparıblar. Polis əməkdaşlarının dediyinə görə onu İntiqamın xalasıoğlu Emin adlı şəxsə oxşadıblar. Onlar 4 nəfər idilər – İntiqam, o, Əli və Hikmət. Qeyd edir ki, azadlığa təzə çıxmışdır. 3 uşaq atasıdır. Bölmədə ona deyiblər ki, tezliklə onu buraxacaqlar. Anar ona qol çəkdirib. İmzasına görə o, 7 qr üzərində daşımışdır. Orada məcbur imzalamışdır. Lakin prokurorluğa düzgün məlumat verib. Hakim cinayət işini geri qaytarıb. İndi də eləmədiyi cinayəti boynuna ala bilməz. Narkotik nə onun, nə də İntiqamın üzərində olmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs ilə yaxın dostdurlar. Çay içməyə getmişdirlər. Onları polis əməkdaşları aparıb. Üzərləri boş ola-ola onları bəzəyiblər. Aldanıb və hər şeyi boynuna alıb. Sonra işi məhkəməyə göndəriblər. Bura gəlməyində məqsəd ona kömək olmaqdır. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza verilmişdir. İntiqam narkotik vasitə satıcısı deyil. Onun üzərində heç narkotik də olmayıb. Xahiş edir ki, dedikləri nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş materiallarında olan "xxxx" MMC-dən 14 may 2024-cü il tarixdə Bakı Şəhər Yasamal RPİ-nə daxil olmuş 13 may 2024-cü il tarixli 10108 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsinin qeyd olunduğu 01 (bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsus olması, ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan şəxslərin istifadəsində olan mobil nömrəsindən 01 avqust 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixə qədər müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə aşağıdakı fərqli danışıqlar və sms yazışmaları aparılmışdır. Belə ki, xx/xx/2023 21:35:09, **********10, **********74, 4169-7388-7385-3257 kapital, xx/xx/2023 15:22:20, **********10, **********74, 4169-7388-6837-8104 kapital, xx/xx/2023 19:19:29, **********10, **********74, 4169-7388-7385-3257 kaptal, awagda 50ni at karta mende tez gorum hardan pul tapiram tez atim ki oda tez atsin gedim goturum ujr yoxdu hecne cunki vur qalx, xx/xx/2023 16:08:05, **********10, **********74, Yox yox ne bade gelib eleme buralara ev yiyesi qapini doyur beyagdan g, xx/xx/2023 16:16:04, **********74, **********10, Bildim ata biyaxki 8.3 geldi quzu keserem mene temiz verde onu birden bire 0.2 eksiydi iki yarim duzeld borcuda verim birde das on manat verecem kolanin, xx/xx/2023 10:50:02, **********74, **********53, 4169 7388 0405 6426 Kapital A i T, xx/xx/2023 20:32:21, **********01, **********74, Tecili yigmeni 15 lazimdi, xx/xx/2023 15:11:55, **********74, **********01, 4169 7388 0405 6426 kapital, xx/xx/2023 14:45:30, **********12, **********74, Salam necəsən tema varmı yarım kola birdə daş puluynan, xx/xx/2023, 22:48:25, **********16, **********74, rayondan gəlirdim evdəkilərnən bəlkə 10 m kola verə bilərsən, xx/xx/2023 12:07:46, **********66, **********74, Salam qaqas niye cavab vermirsen mene menem kamil 20m k duzub qosmaq olar?? Danisda menle, xx/xx/2024 14:06:01, **********57, **********74, Qaqam salm 20 emel kelir pati, xx/xx/2024 03:01:06, **********57, **********74, 10 manatlıq kola emele gelir? 40 da pati cem 50, xx/xx/2024 05:50:12, **********84, **********74, Brat cvb yazda das var bizde istemirsen? Kolaynada deyidiriy dobrudu, xx/xx/2024 15:07:31, **********61, **********74, Kola isteyirem 5 diy olan pulum budu gelim gelmeyim? xx/xx/2024 21:43:07, **********14, **********74, **********002221-məzmunlu ismarıclar müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 3-16-16/2-6/1863 saylı, xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 42” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə;-imza ..dörd-imza, ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,461 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 3023 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 1293 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 il (üç il) 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 3 il 1 ay 28 gün (üç il bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 28 dekabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X3 narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,411 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut - 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 manat (doxsan iki manat) X2 tutulub dövlət nəfinə keçirilsin. X3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-35/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-35/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver