Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-350/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Lerik rayonu, Kıncıvo kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Kıncıvo kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə tanışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən Şahid1 ilə 2020-ci ilin oktyabr ayında sonuncunun göstərilən tarixdə faktiki xidmət etdiyi Xocavənd rayonu ərazisində görüşərək, sonuncuya özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin əməkdaşı kimi yalandan təqdim edərək, müvafiq Xidmətdə rəhbər vəzifəli şəxslərlə olan yaxın münasibətlərinə əsasən Şahid1 guya həmin Xidmətin Hərbi-Əks Kəşfiyyat İdarəsinə zabit rütbəli vəzifəyə işə qəbul edilməsinə köməklik göstərə biləcəyini və müvafiq münasibətlərinə əsasən həmin məsələni qısa müddətdə həll etmək imkanında olduğunu sonuncuya yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni həll edəcəyini vəd verərək inandırmaqla sonuncunun razılığını almaqla onunla sövdələşib, göstərilən məbləğdə puldan həmin adla Şahid1 24 avqust 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən “Atlantis” restoranında ilkin olaraq 800 (səkkiz yüz) manatı qəbul edən zaman Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət başında yaxalandığından bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Şahid1 məxsus 5.800 (beş min səkkiz yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X5 üzrə Dövlət Komitəsinin Lerik rayonu Sipyəreqon kənd məscidi üzrə dini icmanın sədri vəzifəsində işləmişdir. 2-ci Qarabağ müharibəsi dövründə, Xocavənd rayonu ərazisində döyüş bölgəsi olan yerlərə qida və geyimdən ibarət olan humanitar yardımın çatdırılmasında vasitəçi kimi iştirak etmişdir. 2020-ci ilin oktyabr ayında Xocavənd rayonu ərazisində döyüş mövqeyində yardımı təhvil verdiyi zaman Şahid1 adlı hərbçi ilə tanış olmuşdur. Özünü Şahid1 DTX-nin Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim etməmişdir, lakin həmin mərkəzdən bir çox tanışlarının olduğunu bildirmiş, lazım olarsa ona işi ilə bağlı kömək edə biləcəyini bildirmişdir. Bu söhbətdən sonra Kamil ilə münasibəti yarandığı üçün o Kamilin mobil telefon nömrəsini götürmüşdür. Söybər əsnasında Kamil onun Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə işə qəbul edilməsinə köməklik göstərməyini xahiş etmiş, o isə Kamilə köməklik göstərməyə çalışacağını bildirmişdir. Bundan sonra Bakı şəhəri Yasamal RPİ-nin əməkdaşı olan Knyaz adlı tanışına müraciət etmişdir. Knyazı təxminən 6-7 il olar ki, tanımış, onunla olan söybət əsnasında Knyaz DTX-də işləyən tanışlarının çox olduğunu, hətta Aydəmirov soyadlı tanışının olduğunu, həmin Xidmətə aid hansısa iş olduğu təqdirdə bununla bağlı ona müraciət edə biləcəyini demişdir. Kamil ondan müvafiq xahişi etdikdən sonra o, bu barədə Knyaza demiş və buna cavab olaraq X3 Təhlükəsizliyi Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə işə qəbul edilməsinə köməklik göstərməyə çalışacağını bildirmişdir. Həmçinin, Knyaz göstərilən işə görə Kamildən hansısa məbləğdə pul istənilmədiyini, sadəcə olaraq Kamilin işi alındığı təqdirdə onun deyəcəyi şəxsə 5.000 manat verməyin lazım olduğunu bildirmişdir. O da Kamilə Knyazın dediklərini bildirmiş, yəni onun Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə işə qəbul olunmasına görə iş alındıqdan sonra 5.000 manat verməyin, ilkin olaraq isə 800 manatı ona verməyin lazım olduğunu, göstərilən pulun Kamilin işə qəbul edilməsi ilə bağlı sənədlərin hazırlanmasına görə olduğunu bildirmişdir. Kamil onun bu təklifi ilə razılaşmışdır. 24.08.2021-ci il tarixdə saat 16:30 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 20 ünvanında yerləşən “Atlantis” restoranında Kamillə görüşmüşüb ondan 800 manat pul almışdır. Bundan dərhal sonra yəni, 800 manat pulu aldığı vaxt da ona KQMBİ-nin əməkdaşları yaxınlaşaraq əməliyyat tədbiri keçirdiklərini bildirib müvafiq faktları rəsmiləşdirmişlər. Kamildən aldığı 800 manatı öz fikri əsasında almış, həmin puldan hansısa məbləği kiməsə verməmiş, özünün çəkmiş olduğu yol xərcləri ilə bağlı Kamilə yalan bəhanə gətirərək 800 manatı istəmişdir. Kamillə aralarında yaranmış tanışlıq münasibətlərinin pozulmasına, həmçinin Kamilin ona qarşı doğru olmayan ifadə verməsinə əsas səbəb isə 2-ci Qarabağ müharibəsi dövründə, döyüş bölgəsinə çox sayılı generator aparmasına baxmayaraq növbəti gedişində onları görmədiyi üçün, həmçinin yardım məqsədi ilə toplanmış pulların hara və necə xərcləndiyini soruşduğu, xərclənən pullarla bağlı qəbzləri tələb etdiyi və onlardan hesabat vermələrini istəməsi olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayından etibarən N saylı hərbi hissədə batareya komandiri vəzifəsində işləmişdir. 2-ci Qarabağ müharibəsi dövründə, yəni 2020-ci ilin oktyabr ayında Xocavənd rayonu ərazisində döyüş mövqeyində olarkən, olduğu mövqeyə qida və geyim vasitələrindən ibarət olan humanitar yardımın gətirilməsində vasitəçi kimi gəlib özünü DTX-nin Antiterror Mərkəzinin əməkdaşı olan Araz Həsənzadə ilə tanış olmuşdur. Bundan sonra Araz yenidən yardımların gətirilməsi üçün onun mobil telefon nömrəsini götürmüş və ona zəng edəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra, 2020-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı gündə Araz öz istifadəsində olan mobil telefon nömrəsindən ona zəng edərək Xocavənd rayonu ərazisində döyüş mövqeyində olduğu mövqeyə yardım gətirəcəyini bildirmiş, daha sonra isə həmin yardımı Araz gətirib onun olduğu mövqeyə təhvil vermişdir. Bundan sonra o, Arazın maşınsız olduğunu görmüş və Arazın özünü DTX əməkdaşı kimi təqdim etdiyinə görə kömək olsun deyə Arazı Cəbrayıl rayonunun Daşkəsən kəndinə öz xidməti istifadəsində olan Ural markalı maşınla apara biləcəyini təklif etmişdir. Onun bu təklifinə Araz razılıq vermişdir. Maşında olarkən Araz yenidən özünü DTX-nin Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edərək, işinin Qafqaz Müsəlmanları İdarəsi istiqaməti üzrə olduğunu, dayısının DTX-nın rəis müavini general Araz Əhmədov olduğunu deyib, onu Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə zabit rütbəli vəzifəyə işə qəbul edə biləcəyini, həmin idarə üzrə N saylı hərbi hissədə işləyə biləcəyini bildirmişdir. Daha sonra Araz onun sualına cavab olaraq bildirmişdir ki, o, bunun müqabilində ilkin olaraq 800 manat pul verməli və həmin pulun verilməsindən sonra Araz həmin pulu DTX-nın Kadrlar İdarəsinin rəisinə verəcəyini, sonuncunun da müvafiq pulu aldıqdan sonra onun barəsində olduğu rayon üzrə zəruri sorğuları göndərəcəyini, sorğunun cavabı alındıqdan sonra isə onun Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə zabit rütbəli vəzifəyə işə qəbul olunmağı barədə əmrin veriləcəkdir. Bundan sonra isə əlavə olaraq dayısı Araz Əhmədova 5.000 manat verməli olduğunu, sonra onun DTX-nın Zığ qəsəbəsində yerləşən hərbi hissəsində N ay kurs keçdikdən sonra isə öz hərbi hissəsində xidməti vəzifəsinin icrasına başlayacağını bildirmişdir. O da Araza inanaraq sonuncunun dedikləri ilə razılaşmışdır. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin mart ayına qədər Arazla müvafiq işi barədə mütəmadi telefon danışıqları aparmışdır. 2021-ci ilin mart ayında o, məzuniyyətə çıxıb Astara rayonunun Pensər kəndinə getmişdir. Həmin vaxtı Lənkəran rayonu Mərkəzi Xəstəxanasında müalicədə olarkən Arazla Lənkəran rayonunda Ləvəngi dairəsi yaxınlığında görüşərək onun yaşadığı evə gətirmişdir. Evdə olarkən Araz DTX-nın rəis müavini general Araz Əhmədovun dayısı olduğunu demiş və xatırlamadığı telefon nömrəsinə zəng etmişdir. Həmin şəxs adını Araz telefonunda “genaral dayım” deyə qeyd edilmişdir. Araz zəng etdiyi şəxsdən onun işə qəbulu ilə bağlı hansı sənədlərin lazım olduğunu soruşmuş, həmin şəxs isə şəxsiyyət vəsiqəsi, diplom və digər sənədlərin notarial təsdiq edilmiş surətinin təqdim olunmasının lazım olduğunu bildirmiş, o da həmin sənədlərin siyahısını özündə qeyd etmişdir. Sonra Arazın düz danışıb-danışmadığını yoxlamaq üçün mobil telefonu vasitəsilə internetə girərək “Araz” adını axtarış bölməsinə yazmış, həmin ad üzrə axtarış nəticəsində çıxmış şəxslərdən birinin şəklini Araz Həsənzadəyə göstərib dayısının müvafiq şəkildəki şəxs olub-olmadığını soruşmuş, Araz isə həmin şəkildəki şəxsin onun dayısı olduğunu demişdir. Bunu eşitdikdə o, Araz Həsənzadənin yalan danışdığını və onu aldatmaq istədiyini başa düşmüş, sonuncunun qanunsuz əməlləri barədə DTX-nə müraciət etmişdir. Bundan sonra isə müvafiq qanunsuz əməl barədə əməliyyat tədbiri keçirilmiş və əməliyyat tədbiri nəticəsində Araz Həsənzadəyə 800 manatı 24.08.2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 20 ünvanında yerləşən “Atlantis” restoranında vermiş, göstərilən fakt da əməliyyat tədbiri nəticəsində rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2011-ci ildən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis bölməsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əmisi oğlu Emin Hüseynovun vasitəsi ilə görə tanımışdır. Emin Hüseynovu təxminən 2017-ci ildə Bakı şəhərində hansısa məsciddə mülki vəzifədə işlədiyinə görə tanımış, 2018-ci ildə Emin Hüseynovla Bakı şəhərində xatırlamadığı kafedə yemək yediyi zaman Təqsirləndirilən şəxs gəlmiş və onlar orada tanış olmuşlar. Şahid1 tanımır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində onun DTX-də işləyən tanışlarının çox olduğunu, hətta Aydəmirov soyadlı tanışının da olduğunu, həmin Xidmətə aid hansısa iş olduğu təqdirdə bununla bağlı ona müraciət edə biləcəyini düz danışmamış, Araza DTX-də işləyən tanışlarının çox olduğunu, hətta Aydəmirov soyadlı tanışının da olduğunu, həmin Xidmətə aid hansısa iş olduğu təqdirdə bununla bağlı ona müraciət edə biləcəyi barədə heç bir söz deməmişdir. Ümumiyyətlə onun DTX-də işləyən qohumu və ya tanışı olmamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində 2020-ci ilin oktyabr ayında Şahid1 Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə işə qəbul edilməsi ilə bağlı ona müraciət etdiyini, Kamil X2 Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə işə qəbul edilməsinə köməklik göstərməyə çalışacağını, göstərilən işə görə sonuncudan hansısa məbləğdə hələ ki, pul istənilməməsini, sadəcə olaraq müvafiq iş alındığı təqdirdə deyəcəyi şəxsə aparıb 5000 manat verməyin lazım olacağını düz deməmişdir. Ümumiyyətlə Araz 2020-ci ilin oktyabr ayında Şahid1 Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Əks Kəşfiyyat İdarəsinə işə qəbul edilməsi ilə bağlı ona müraciət etməmiş, o, Kamil X2 Xidmətinin Hərbi- Əks Kəşfiyyat İdarəsinə işə qəbul edilməsinə köməklik göstərməyə çalışacağını, göstərilən işə görə sonuncudan hansısa məbləğdə hələ ki, pul istənilməməsini, müvafiq iş alındığı təqdirdə deyəcəyi şəxsə aparıb 5000 manat verməyin lazım olacağını bildirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Pul əskinaslarının təqdim edilməsi haqqında” 24.08.2021-ci il tarixli protokoldan görünür ki, özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxs vətəndaş Şahid1 DTX-ya xidmətə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edərək ümumilikdə 5800 manat tələb etdiyi ilkin olaraq isə həmin pulun 800 manatını tələb edərək alması barədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumtla bağlı, həmin tarixdə şikayətçi Azərbaycan Respublikası vətəndaşı Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə özünə məxsus 8 (səkkiz) ədəd 100 manatlıq pul əskinaslarını (C71968175, C71968180, C40090577, C71968198, C56883554, C56883553, C56883552, C56883551 seriya və nömrəli) cəmi 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini təqdim etmişdir. (i.v. 11-13) “Baxış keçirilməsi haqqında” 24.08.2021-ci il tarixli protokoldan görünür ki, Baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan özünə məxsus arxa tərəfi qızılı rəndli bir ədəd “Samsung” markalı mobil telefonu, habelə şalvarının sol yan cibində olan 8 ədəd 100 manatlıq əskinasları (C56883553, C71968198, C56883551, C56883552, C40090577, C71968180, C71968175, C56883554 seriya və nömrəli) könüllü olaraq araşdırmaya təqdim etdi. Təqsirləndirilən şəxs şalvarının sol yan cibində olan 800 manat pul vəsaitini Astara rayon sakini Şahid1 aldığını bildirdi. Belə ki, o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində batareya komandiri vəzifəsində işləyən, baş leytenant Şahid1lə “Vətən müharibəsi” zamanı hərbi hissələrə yardım apararkən tanış olmuş, özünü Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim etmiş, bundan sonra Şahid1 5800 manat pul müqabilində Dövlət Təhlükəsizlik Xidmətinə keçirilməsi təklifini etmiş, sonuncu razılıq verdikdən sonra ilkin olaraq həmin məbləğin 800 manatını ondan tələb etmişdir. Şahid1 800 manat pul məbləğini 24.08.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Atlantis” restoranının ümumi zalında ona təqdim etmişdir. Təqsirləndirilən şəxs, həmçinin K.X2 Xidmətinə keçirilməsinə Yasamal rayon polis idarəsinin Knyaz adlı əməkdaşının köməkliyi ilə nail olacağını, Şahid1 gələcəkdə alacağı 5000 manat pulu Knyaz adlı şəxsin tapşırığı ilə adının gələcəkdə deyiləcəyi şəxsə verəcəyini bildirdi. Həmin vaxt gündüz hava şəraiti ilə bağlı aşkar edilmiş əskinasların xüsusi cihaz vasitəsilə ultrabənövşəyi şualar altında işıqlandırılması qeyri mümkün olduğundan, həmin prosedurun yerinə yetirilməsi və baxışın davam etdirilməsi üçün saxlanılmış şəxs əməliyyat qrupunun müşahidəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparıldı və orada istintaq hərəkəti saat « » davam etdirildi. Baxış davam etdirilərək aşkar edilmiş həmin əskinaslar ultrabənövşəyi şualar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən 5 ədəd 100 manatlıq əskinasların (C56883552, C40090577, C71968180, C71968175, C56883554 seriya və nömrəli) üzərlərində limuniset qələmlə “Nəzarət 2021” sözlərinin yazıldığı müəyyən Baxış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilən müvafiq olaraq C56883553, C71968198, C56883551, C56883552, C40090577, C71968180, C71968175, C56883554 seriya və nömrəli 8 (səkkiz) ədəd 100 (yüz) manatlıq əskinaslardan ibarət 800 (səkkiz yüz) manat məbləğində pul, Təqsirləndirilən şəxs məxsus arxa tərəfi qızılı rəngli bir ədəd “Samsung” markalı mobil telefon götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. Təqsirləndirilən şəxs istifadəsində olan gümüşü rəngli “Mercedes E240” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilin arxa şüşəsinin qarşısındakı saxlanc yerindən Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surəti, ona məxsus 3/4 fotoşəkillər və digər zəruri sənədlər, habelə arxa oturacaqda müxtəlif şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin surətləri, qabaq sağ tərəfdə saxlanc yerində müxtəlif şəxslərə məxsus əmək kitabçası, “Covid 19" pasportunun və digər sənədlərin surətləri, özünə məxsus olan diplom və şəxsiyyət vəsiqəsinin əsli, habelə ağ konvertin içərisində 10 ədəd 100 manatlıq (A77335679, A33067732, A79553060, C23755387, B05827899, A42470076, A30427646, B12812116, C52146173, C85487180 seriya və nömrəli), 2 ədəd 50 manatlıq (A15918683, A86193428 seriya və nömrəli), 2 ədəd 20 manatlıq (B42269122, B73793673 seriya və nömrəli) əskinaslar, ümumilikdə 1140 manat pul aşkar edildi və qeyd edilənlər götürülüb, müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. Təqsirləndirilən şəxs deməsinə görə qeyd edilən sənədlər dini təhsil almağa köməklik göstərilməsi üçün həmin şəxslərin özləri tərəfindən ona verilmiş, 1140 manat pul isə Lerik rayonu, Kıncıkvu kəndində yerləşən “İmamzadə” türbəsinin və həmin türbəyə gedən avtomobil yolunun təmiri üçün Hacı Ramazan adlı şəxs tərəfindən atasına verilmişdir. (i.v. 14-15) 24 avqust 2021-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid2 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 50-54) “Maddi sübut kimi tanıma haqqında” 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Şahid1 tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edildikdən sonra sonuncudan qeyri-qanuni pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Şahid1 özünə məxsus 8 (səkkiz) ədəd 100 manatlıq əskinasları - C71968175, C71968180, C40090577, C71968198, C56883554, C56883553, C56883552, C56883551 seriya və nömrəli pul əskinaslarını, cəmi 800 (səkkiz yüz) manat pul məbləğini təqdim etmiş, müvafiq əskinasların üzərinə xüsusi iz buraxan maddə vurularaq xüsusi vasitə ilə “Nəzarət 2021” sözləri yazılmış, daha sonra isə həmin pul vəsaitlərinin seriya və nömrələri protokollaşdırılmaqla əməliyyataxtarış tədbirinin keçirilməsi üçün Şahid1 təqdim edilmişdir. 24.08.2021-ci il tarixdə əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Əlniyaz oğlu müvafiq pul vəsaitlərini Şahid1 aldığı zaman cinayət başında yaxalandıqdan sonra müvafiq 100 manatlıq əskinaslar qablaşdırılıb protokol tərtib edilməklə götürülmüşdür. Cinayət işi üzrə 8 (səkkiz) ədəd 100 manatlıq əskinaslar C71968175, C71968180, C40090577, C71968198, C56883554, C56883553, C56883552, C56883551 seriya və nömrəli, 10 ədəd 100 manatlıq (A77335679, A33067732, A79553060, C23755387, B05827899, A42470076, A30427646, B12812116, C52146173, C85487180 seriya və nömrəli), 2 ədəd 50 manatlıq (A15918683, A86193428 seriya və nömrəli), 2 ədəd 20 manatlıq (B42269122, B73793673 seriya və nömrəli) əskinaslar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 55-56) “Baxış keçirilməsi haqqında” 25 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan gümüşü rəngli “Mercedes E240" markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilindəki əşya və sənədlər arasında iş üzrə sübut əhəmiyyətli 1 vərəq Şahid1 barəsində tərtib edilmiş CV, 1 vərəq Şahid1 şəxsiyyət vəsiqəsinin surəti, 1 vərəq 14.08.2018-ci il tarixli Şahid1 barəsində tərtib edilmiş tərcümeyi-hal, 1 ədəd 8*4 sm ölçüdə və 6 ədəd 3*4 sm ölçüdə Şahid1 xidməti geyimdə fotoşəkilləri, 3 vərəqdən ibarət Şahid1 şəxsi vəsiqəsinin surəti, 1 vərəq Şahid1 məxsus Q000798 nömrəli sertifikatın surəti, 1 vərəq Şahid1 doğum haqqında şəhadətnaməsinin surətinin olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı qara rəngli mobil telefona keçirilmiş baxış zamanı həmin mobil telefonun menyusunda "Kontaktlar” adlı bölümə və “Whatsapp" adlı proqrama daxil olduqda "X4" adlı şəxsin ***-***-**-** nömrəsi ilə mobil telefon nömrəsinin yaddaşda saxlanıldığı, həmin proqram vasitəsilə işə düzəlmə ilə bağlı Şahid1 və Təqsirləndirilən şəxs arasında yazışmaların olduğu müəyyən olunmuşdur. (i.v. 97-115) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sənədlərin Məhkəmə Texniki Ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 5/952 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 08 ədəd C56883554, C56883553, C56883552, C56883551, C71968175, C71968180, C40090577, C71968198 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdırlar və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Təqdim edilmiş C40090577, C71968180, C71968175, C56883552, C56883554 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasların üzərində ultrabənövşəyi işıqda görünən “Rüşvət 2021” yazıları müəyyən edilmişdir. Təqdim edilmiş 03 ədəd C71968198, C56883551, C56883553 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində ultrabənövşəyi işıqda görünən “Rüşvət 2021” yazıları müəyyən edilməmişdir. (i.v. 122-125) “Pul vəsaitinin depozitə təhvil verilməsi haqqında” 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 10 ədəd 100 manatlıq (A77335679, A33067732, A79553060, C23755387, B05827899, A42470076, A30427646, B12812116, C52146173, C85487180 seriya və nömrəli), 2 ədəd 50 manatlıq (A15918683, A86193428 seriya və nömrəli), 2 ədəd 20 manatlıq (B42269122, B73793673 seriya və nömrəli) əskinaslar, cəmi 1140 manat pul, habelə 8 (səkkiz) ədəd 100 manatlıq əskinasları C71968175, C71968180, C40090577, C71968198, C56883554, C56883553, C56883552, C56883551 seriya və nömrəli pul əskinaslarını, cəmi 800 (səkkiz yüz) manat pul, ümumilikdə 1940 manat pul Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır. (i.v. 126-127) 07 sentyabr 2021-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid1 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 134-140) “Sübutların qiymətləndirilməsi haqqında” 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarin təsviri hissəsində göstərilənlərə əsasən C71968175, C71968180, C40090577, C71968198, C56883554, C56883553, C56883552, C56883551 seriya və nömrəli cəmi 8 (səkkiz) ədəd 100 (yüz) manatlıq əskinaslar, 1 vərəq Şahid1 barəsində tərtib edilmiş CV, 1 vərəq Şahid1 şəxsiyyət vəsiqəsinin surəti, 1 vərəq 14.08.2018-ci il tarixli Şahid1 barəsində tərtib edilmiş tərcümeyi-hal, 1 ədəd 8*4 sm ölçüdə və 6 ədəd 3*4 sm ölçüdə Şahid1 xidməti geyimdə fotoşəkilləri, 3 vərəqdən ibarət Şahid1 şəxsi vəsiqəsinin surəti, 1 vərəq Şahid1 məxsus Q000798 nömrəli sertifikatın surəti, 1 vərəq Şahid1 doğum haqqında şəhadətnaməsinin surəti maddi sübut kimi tanınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə dindirmə, baxış, üzləşdirmə protokolları, ekspertiza rəyi və digər istintaq sənədləri sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 150- 164) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bildiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndinin tövsiyyələrində göstərilir ki, «dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir». Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsinə əsasən Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə saat 19:35də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26-27) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 4(001)- 890/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 86-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 1 vərəq Şahid1 barəsində tərtib edilmiş CV, 1 vərəq Şahid1 şəxsiyyət vəsiqəsinin surəti, 1 vərəq 14.08.2018-ci il tarixli Şahid1 barəsində tərtib edilmiş tərcümeyi-hal, 1 ədəd 8*4 sm ölçüdə və 6 ədəd 3*4 sm ölçüdə Şahid1 xidməti geyimdə fotoşəkilləri, 3 vərəqdən ibarət Şahid1 şəxsi vəsiqəsinin surəti, 1 vərəq Şahid1 məxsus Q000798 nömrəli sertifikatın surəti, 1 vərəq Şahid1 doğum haqqında şəhadətnaməsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə təhvil verilmiş 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitin üzərindəki qeydlər xüsusi texniki vasitə tədbiq edilməklə silinərək Şahid1 geri qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə təhvil verilmiş 1140.00 (bir min bir yüz qırx) manat məbləğində pul vəsaiti təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 52.00 (əlli iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CMin 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri,onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 52.00 (əlli iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.4, 310 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək CM-in 29,178.2.4-cü maddəsi ilə barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 310-cu maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 32.4,312.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə təhvil verilmiş 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitin üzərindəki qeydlər xüsusi texniki vasitə tədbiq edilməklə silinərək Şahid1 geri qaytarılsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə təhvil verilmiş 1140.00 (bir min bir yüz qırx) manat məbləğində pul vəsaiti təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs geri qaytarılsın. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 52 (əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi iləBakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-350/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-350/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver