Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-350/2022 23.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Zümrüxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospektində yerləşən “İST Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında sərnişini olduğu Mercedes-Benz C-class markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qırmızı işığında dayandıqda onunla eyni istiqamətdə dayanmış dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Hyundai Azera” markalı avtomobili idarə edən şəxsin əvvəllər onun ünvanına nalayiq ifadələr işlətməklə onu təhqir edib şəxsiyyətini alçaltmış Zərərçəkmiş şəxs olmasını yaranmış vəziyyəti fürsət bilib sözlərinə görə qisas almaq niyyətinə düşmüş, odur ki, həmin cinayətkar niyyətini həyata keçirmək üçün avtomobildən düşərək Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmiş, Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsinin səbəbini soruşduqda sonuncu öz şəxsiyyətini ondan üstün tutmaqla haqlı olmasını və onun nalayiq ifadələrlə təhqir olunmağa layiq şəxs olmasını bildirib yenidən onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs vurmaqla ondan qisas almaq niyyəti ilə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq sonuncuya sol almacıq nahiyyəsinin kəsilmiş yarası, sol kürək nahiyyəsinin səthi kəsilmiş yarası, sol əlin İV-V barmaqlarının əsas falanqalarının bükücü vətərlərin və xüsusi barmaq sinirlərinin zədələnməsi kimi zərərçəkmiş şəxsin həyat üçün təhlükəli olmayan və AR CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuş, bundan sonra işini bitmiş hesab edərək avtomobildən düşüb əvvəl gəldiyi Şahid2 məxsus avtomobillə minib yoluna davam etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddət zərəçəkmiş şəxs Ceyhun Ələsgərovla dostluq münasibətində olmuşdur. Ceyhun müəyyən müddət ondan dəfələrlə 20-30 manat borca pul almışdır. O, sonradan eşitmişdir ki, Ceyhun ondan aldığı norc pullarla narkotik maddə alaraq qəbul edir bu səbəbdən onunla əlaqəsini kəsmiş və onun telefon nömrəsini bloka qoymuşdur. Ceyhun buna görə Bərdədə ortaq tanışlarının yanında onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamış və həmin şəxslər də həmin sözləri ona çatdırmışdırlar. O, Ceyhunun mobil telefonuna zəng edib ondan bunun səbəbini soruşduqda onlar telefonda mübahisə etmiş və bir birlərini qarşılıqlı söymüşdürlər. 11 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində dostları ilə Tiblisi prospektindən Nizami metrosu istiqamətində gedən zaman yolda Ceyhunun avtomobil idarə etdiyini görmüş və dərhal avtomobildən düşərək ona yaxılaşmışdır. Ceyhun ona maşınında oturmağını və kənar tərəfə söhbət etmək üçün getməyini təklif etmişdir. O, da dərhal Ceyhunun arxasında oturacaqda oturmuş və Ceyhun avtomobili saxlamayaraq hərəkəti davam etmişdir. Ceyhunla mübahisə etməyə başlamışdır. Ceyhundan onu nalayiq ifadələrlə təhqir etməsinin səbəbini soruşduqda Ceyhun haqlı olduğunu və onun nalayiq ifadələrlə təhqir olunmağa layiq şəxs olduğunu bildirib yenidən onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra Ceyhun avtomobili saxlamış və onunla avtomobildə əl-qol hərəkətləri ilə mübahisə etmişdir. Həmin vaxt o da Ceyhunun öz əlində olduğu əşya ilə onun sifət nahiyyəsinə xəsarət yetirmişdir. Onları heç kim aralamamışdır. O, dərhal avtomobildən aşağı düşmüş və Fəxrinin avtomobilinə əyləşərək ordan uzaqlaşmışdır. Ceyhun və atası Yaşar ona zəng edərək onun ünvanına nəlayiq ifadələr işlətmişdirlər.O, həmin hadisənin səhəri günü Bərdəyə çıxıb getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi maşından tapdığı dəmir parçası ilə vurmuşdur. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz özündə olan alətlə xəsarət yetirməsi tam sübuta yetirildi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Əlizaminlə əvvəllər yaxın dostluq münasibəti olmuş, lakin sonra münasibətləri pozulmuşdur. Belə ki, onun Ayşən adlı qızla münasibəti olan zaman onun mobil telefonunda kontur olmadığına görə Əlizaminin mobil telefonu ilə Ayşənlə əlaqə saxalamışdır. Əlizamin də ondan xəbərsiz Ayşənin mobil nömrəsin özündə saxlayaraq onunla münasibət yaratmışdır. Əlizamin ona dəfələrlə zəng edərək Ayşəni pis qız kimi tanıyan adam haqqında nəlayiq ifadələr işlətmişdir. Hətta Ayşənin yanında onun və ailəsinin ünvanına nəlayiq ifadələr işlədərək onun üzünə şıram atacağını telefon zəngi ilə bildirmiş və hətta telefonuna smslər də yazmışdı. Əlizamin onun ətrafında olan şəxslərə onun haqqında nəlayiq ifadələr işlətmişdir. Hətta onların ortaq dostu Ramin adlı şəxs də onları barışdırmışdı. Təxmini 2 ay keçəndən sonra Əlizamin onun mobil telefonuna zəng edərək onun ətrafındakı adamlarla oturacağı təqdirdə söyüş yiyəsi olacağını bildirmişdi. O, da həmin vaxt Əlizaminə onun haqqında kim pis danışırsa həmin adamın kişi olmadığı deyib telefonunu bloka salmışdır. xx.xx.2022-ci il tarixdə Əlizamin anidən avtomobilin onun tərəfdən arxa qapısını açaraq avtomobilə əyləşmiş və onun boğazına bıçağı tutub avtomobili kənara çəkməyini bildirmişdir. Sevinc qabaq oturacaqda, Elgün isə arxa sağ oturacaqda əyləşmişdir. Əlizamin onun arxadan paltarını dartan zaman avtomobili hərəkət etdirirək “İST” Petrol yanacaq doldurma məntəqəsinin yanında sağ tərəfə dönmüş ki, Əlizamin avtomobildən yerə düşsün, çünki onun bir ayağı avtomobildən çöldə olmuşdur. Əlizamin onun boğazına bıçaqla xəsarət yetirmək istəyən zaman o, bıçağı sol əli ilə tutmuş və sol əlindən xəsarət almışdır. O, avtomobili saxlayan zaman Əlizamin arxa oturacaqdan üzünün sol tərəfindən bıçaqla xəsarət yetirmiş və onu telefonla videoya çəkərək söyüş söyüb qaçmışdır. Əlizamin Mersedes markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib qaçmışdır. Həmin vaxt Elgün Əlizaminə müqavimət göstərmək istədikdə Əlizaminin üzərində silah olduğunu bildirmişdir. O, belində “Makar” adlı tapançanı onun belində görmüşdür. Elgün və Sevinc çox qorxmuşdular. Ondan başqa heç kim xəsarət almamışdır. Təqsirləndirilən şəxs onun sol əlini də bıçaqla kəsmişdir. Onun maşınında kəsici alət olmamış, bıçaq Əlizaminin özünün əlində olmuşdur. Hazırda Təqsirləndirilən şəxsdan şikayətçidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ceyhunun idarə etdiyi dövlət qeydiyyat nişanın xatırlamadığı “Hyundai Azera” markalı avtomobili idarə edərkən avtomobildə olan ön sağ oturacaqda oturmuş və Elgün Ocaqverdiyev isə arxada əyləşmişdir. Onlar Tiblisi prospektində tıxacda olan zaman Əlizamin anidən avtomobilin sürücüsü tərəfindən arxa qapısını açaraq avtomobilə əyləşmiş və Ceyhunun boğazına bıçağı tutub avtomobili kənara çəkməyi bildirmişdir. Əlizamin Ceyhunun boğazına bıçaqla xəsarət yetirmək istəyən zaman Ceyhun bıçağı əli ilə tutmuş və əlindən xəsarət almışdır. Ceyhun avtomobili saxlayan zaman Əlizamin arxa oturacaqdan üzünün sol tərəfindən bıçaqla xəsarət yetirmiş və Ceyhunu telefonla videoya çəkərək söyüş söyüb qaçmışdır. Ceyhundan başqa heç kim xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində dostları ilə birlikdə idarə etdiyi avtomobillə, Tiblisi prospektindən Nizami metrosu istiqamətində gedən zaman tıxac yaranmış, həmin vaxt telefonla danışan zaman Əlizamin avtomobilin ön tərəfindən düşərək tanımadığı avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin avtomobil sürücüsü avtomobili sürərərək sağ tərəfə doğru hərəkət etmiş və Fəxri də avtomobili həmin avtomobilin arxasınca sürərək həmin avtomobilin saxlayan zaman qarşısında saxlamışdır. O və Fəxri avtomobildən düşmüş və Əlizamin də avtomobildən düşərək Ceyhunu avtomobildən düşürtmək istəyən zaman o, Əlizamini kənara çəkmiş və Ceyhun əli üzündə qanlı vəziyyətdə avtomobildən düşmüş və o, Ceyhuna dəsmal vermək istəyən zaman qəbul etməmişdir. Əlizamin Fəxrinin avtomobilinə əyləşərək oradan uzaqlaşmış və Ceyhun yanında olan tanımadığı oğlan onun avtomobilini sürərək oradan uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlıanması haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (səh. 41-43). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir (səh. 46-49). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti, “İST Petrol” yanacaqdoldurma məntəqəsinin qarşısında baş vermişdir (səh. 68-69). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 26 saylı rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs “sol almacıq nahiyyəsinin kəsilmiş yarası, sol kürək nahiyyəsinin səthi kəsilmiş yarası, sol əlin İV və V barmaqlarının əsas falanqalarının bükücü vətərlərin və xüsusi barmaqların zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaraları ilə nəticələnən xəsarətlərlə nəticələn sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Az ağır zərərvurmaya aid xəsarətlərdir və onun sol almaçıq nahiyyəsində olan kəsilmiş yaranın izi silinəndir” (səh. 28). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə Tibbi ekspertiza və X4 X7 xx.xx.2022-ci il tarixli T 78/2022 nömrəli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs sol almacıq nahiyyəsinin kəsilmiş yarası, sol kürək nahiyyəsinin səthi kəsilmiş yarası, sol əlin İV və V barmaqlarının əsas falanqalarının bükücü vətərlərin və ümumi barmaq sinirinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yaraları olmuşdur. Zərərçəkmiş şəxs üzünün sol yarısının kəsilmiş yarası sifətdə asimmetriya, mimika pozğunluğu yaratmadığından və zaman keçdikcə az nəzərə çarpan olduğu üçün silinən hesab edilir. Eybəcələşdirilmə tibbi məfhun olmadığından onun həlli məhkəmə-tibb ekspertlərinin səlahiyyətlərindən kənara çıxır. Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli 26 saylı rəyin nəticə hissəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin xarakteri və lokalizasiyası özü-özünə yetirilməsinə uyğun gəlmir (səh.113). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 330 manat cərimə olunmuş, Gəncə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2000-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 10 ay 9 günü azadlığın məhdudlaşdırlması cəzası ilə əvəz edilmiş və xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 02 ay islah işləri cəzasına məhkum edilmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 02 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə saxlama müddəti nəzərə alınaraq cəzasını çəkmiş hesab edilərək azad edilmişdir (səh. 102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Qətimkan tədbiri seçmək haqqında haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir (səh. 72-73). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmişin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə, baxış və ifadənin yerində yoxlanılması protokoları, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, haqqında “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-350/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-350/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver