Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-351/2021 30.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1977-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 14 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Yasamal rayonu, X.Mustafayev küçəsi, ev 68 qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayətini törətmişdir. Belə ki, o, 20 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə təmiz çəkisi 0,260 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroini əldə edib, üzərində saxlayaraq daşımış, 21 iyun 2021-ci il tarixdə saat 15:00-da Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanın qarşısında saxlanılaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilindiyi üçün həmin polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən siqaretin gümüşü rəngli kağızı bükümündə olan narkotik vasitə hesab edilən 0,260 qram çəkidə heroin onun əynindəki qara rəngli şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan əraziyə getmiş, üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi, əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin aldığı, təxminən 40 yaşlı kişi cinsli şəxsə yaxınlaşaraq öz istifadəsi üçün heroin almaq istədiyini bildirmiş, 15 manata həmin şəxsdən bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə heroin narkotik vasitəsini alaraq əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Yaşadığı ünvanda o, aldığı narkotik vasitənin bir hissəsini təxminən yarısını özündə olan birdəfəlik iynə vasitəsi ilə suya qarışdırıb ineksiya yolu ilə damarına yeritməklə qəbul etmiş, digər yarı hissəsini isə növbəti dəfə istifadə etmək məqsədi ilə əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq öz bükümündə saxlamışdır. 21 iyun 2021-ci il tarixdə saat 15:00-da o, küçəyə çıxıb, yaşadığı Yasamal rayonu, X.Mustafayev küçəsində yerləşən 68 saylı evin qarşısında dayanarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdə, o, həmin şəxslərin Yasamal RPİnin 28-ci PB-nin əməliyyat müvəkkilləri olduqlarını bilmiş, onlar ona Yasamal RPİ-nin 28-ci PB-ya getməsini təklif etmişdirlər. Yasamal RPİ-nin 28-ci PB-də ona X4 tərəfindən hüquqları izah edilərək aydınlaşdırılmış, həmçinin üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. O, bundan imtina etmədikdə hüquqlarının müdafiə edilməsi üçün oraya «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosundan vəkil X7 dəvət edilərək ona təqdim edilmişdir. O, həmin vəkilin hüquqi yardımından imtina etməmiş, bundan sonra təhqiqatçı tərəfindən onun şübhəli şəxs qismində tutulması ilə bağlı müvafiq rəsmiləşdirmə aparılmışdır. Daha sonra təhqiqatçı tərəfindən ona üzərində şəxsi axtarış və götürmənin videoçəkilişlə aparılacağı izah edilmiş və o, çəkilişdən imtina etməmişdir. X4 tərəfindən aparılan şəxsi axtarış və götürmədə o, müdafiəçi Nizami Həsənov, onu saxlayaraq polis bölməsinə gətirmiş əməliyyat müvəkkilləri - Şahid2 və Şahid1 iştirak etmişlər. Bu zaman ona üzərində və bədənində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hərhansı bir əşyanı, narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki qara rəngli şalvarın sağ yan cibində olan qeyd etdiyi bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümünü çıxararaq içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən 15 manata aldığını, həmin gün qeyd edilən narkotik vasitənin bir hissəsini özü üçün istifadə etdiyini, yerdə qalan hissəsini isə hazırda polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Bundan başqa onun üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Bir ədəd bükümdəki narkotik vasitə olan heroin onun və müdafiəçinin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək imzalanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumat əsasında əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Əməliyyat axtarış tədbirində onlar tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə şübhəli olması bildirilmiş, Yasamal RPİ-nin 28-ci PB-ya getməsi təklif edilmişdir. Bundan sonra bölmədə X4 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək aydınlaşdırılmış, ona üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün oraya vəkil X7 dəvət edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı müvafiq rəsmiləşdirilmə aparılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin videoçəkilişlə aparılacağı izah edilmiş və sonuncu həmin çəkilişdən imtina etməmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşyanı, narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq, bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, 20 iyun 2021-ci il tarixdə günorta saatlarında şəxsi istifadəsi üçün Nəsimi rayonu «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən 15 manata aldığını, həmin gün heroinin bir hissəsini özü üçün istifadə edərək qəbul etdiyini bildirmişdir. Həmin bükümün içərisi açıldıqda orada qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə məxsus narkotik vasitə olan heroinə bənzər vasitə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da üzərindən iş üzrə əhəmiyyət kəsb edən hər-hansı bir digər əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd 20 qəpiklik metal pul və bir ədəd qırmızı rəngli alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən sonuncunun özünə qaytarılmışdır. Təqdim edilən 1 ədəd bükümdəki heroinə bənzər vasitə boş zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri DİN-in 167 sayı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindəni imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PB-nin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 28-cı Polis bölməsinin təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş və əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, müdafiəçi X7, şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs oğlu tərəfindən imzalanmış 21 iyun 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin bölməyə aparılmış Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünün çıxarıdığı bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümünü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə hesab edilən heroin olduğunu, həmin vasitəni bir gün əvvəl Nəsimi rayonu «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata alaraq, təxminən yarısını öz istifadəsinə sərf etdiyini, yerdə qalan yarısını isə üzərində saxladığını bildirmişdir. Həmin bükümün içərisinə nəzər saldıqda orada qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə məxsus narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir (cild 1, səh. 31-32). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 22 iyun 2021-ci il tarixli, 6/2518 nömrəli rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 167» möhür əksi, «Təqsirləndirilən şəxs...» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,260 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına (Siyahı İ) daxildir (cild 1, səh. 38-43). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 31 iyul 2021-ci il tarixli, 2589 nömrəli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 97-98). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı N.Abdullayevin təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünün çıxarıdığı bir ədəd siqaretin gümüşü rəngli kağızı bükümünü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə hesab edilən heroin olduğunu, həmin vasitəni bir gün əvvəl Nəsimi rayonu «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata alaraq, təxminən yarısını oz istifadəsinə sərf etdiyini, yerdə qalan yarısını isə üzərində saxladığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, ekspertiza tədqiqatlarından sonra təmiz qalıq çəkisi 0,210 qram təşkil edən narkotik vasitə heroin və Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əks etdirən 01 ədəd «DVD» disk maddi sübut kimi tanınmışdır (cild 1, səh. 101-106). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış 08 iyun 2021-ci il tarixli tələbnamədən və Yasamal rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər - Yasamal rayon məhkəməsinin 08 sentyabr 2010-cu il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 23 iyun 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunub, Yasamal rayon məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 8 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, yenidən 24 oktyabr 2018ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, CM-nin 66.5-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla, 14 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, səh. 99-100). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 21.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, səh.75-77). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-292/2018 nömrəli, 24.10.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi təqsirli bilinərək 1 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (cild 1, səh. 94-96). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektrom məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 16.06.2007-ci il təvəllüdlü X2 və 02.08.2009-cu il təvəllüdlü X5 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən görünür ki, Yasamal rayon məhkəməsinin 08 sentyabr 2010-cu il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 23 iyun 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunub, Yasamal rayon məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 8 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, yenidən 24 oktyabr 2018-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, CM-nin 66.5-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmaqla, 14 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğluna münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 iyun 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlundan 109 (yüz doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,210 qram narkotik maddə - heroin məhv edilməli və Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 1(004)-351/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 21.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlundan 109 (yüz doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,210 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-351/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-351/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver