Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-351/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Yasamal rayonu Həsənbəy ünvan 2a yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və etmə aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə polis əməkdaşı kimi işə düzəlmək istəyən Şahid6 İsrayıl oğlunun qohumu Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla sonuncunun inam və etibarını qazanmış, Şahid6 Azərbaycan Respublikası DİN-ə serjant rütbəsi ilə xidmətə qəbul olunmasına köməklik göstərməsi üçün Zərərçəkmiş şəxs ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya qohumunu 11.000 manat pul müqabilində işə düzəldəcəyinə vəd verib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 12 noyabr 2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi-89 ünvanında olan «Biznes» Üniversiteti ilə üzbə-üzdə yerləşən «CAKE BAKE» kafesinin qarşısında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 8000 (səkkiz min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci ilin noyabr ayında tanışı Akiflə söhbət edən zaman Akif ondan tanışı Zərərçəkmiş şəxs qohumunun polisə işə düzəlməsinə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Bu zaman o, DİN-də işləyən tanışı Şahid1 vasitəsi ilə bu işi düzəldə biləcəyini demiş, Akif isə Aydının istifadəsində olan mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra o, Rasimə zəng edib bir nəfər şəxsin polis orqanlarına işə düzəlmək istədiyini, Rasim isə ona pul müqabilində bu işi həll edə biləcəyini demişdir. O, Aydına zəng edib onunla Yasamal rayonu, H.ünvan 4 ünvanın yanında görüşmüşdür. Görüş zaman Aydın ona qohumu Toğrul adlı şəxsi DİN-nə işə düzəlmək istəməsini, o isə 11.000 manat müqabilində bu işi həll edə biləcəyini demişdir. Bundan iki gün sonra o, Yasamal rayonu, Həsənbəy ünvan 5 ünvanının qarşısında bir daha Aydınla görüşmüş və ondan 8000 manat pul almış, bir həftə sonra isə əlavə olaraq 3.000 manat almışdır. Bundan bir müddət sonra o, Rasimlə görüşmüş və Aydından aldığı puldan 8.000 manat pulu Rasimə vermişdir. Daha sonra isə Toğrulun işə düzəlməsi vaxtı uzandığı üçün Aydın pulu ondan istəmişdir. O məcbur olub özündə olan 3.000 manat pulu Səbail rayonunda A.Abbaszadə küçəsində yerləşən yanacaq doldurma məntəqəsində Aydına vermiş, qalan pulu isə tez bir zamanda qaytaracağına söz vermişdir. Bir müddət sonra Rasim həbs edildiyi üçün aldığı pulun 4.000 mantını Aydına qaytarmış, qalan məbləği isə o özü qaytarmışdır. Yekun olaraq o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təmir-tikinti işləri ilə məşğul olur, Akif Çərkəzlini isə usta kimi tanımışdır. Onun bacısı oğlu Hidayət Balığov qaynı Şahid6 DİN orqanlarına işə düzəltməkdə ondan kömək istəmişdir. Bundan sonra o, bu barədə Akif Çərkəzliyə demiş, Akif isə tanışı Təqsirləndirilən şəxs bu işi həll edə biləcəyini demişdir. 2018-ci ilin noyabr ayında Akif onu Təqsirləndirilən şəxsla Yasamal rayonu Zərdabi küçəsində yerləşəb biznes Universiteti ilə üzbəüzdə olan kafedə görüşdürmüş və aralarında olan söhbət zamanı o, qohumu Toğrulu hüquq mühafizə orqanlarında işə düzəltmək istədiyini demiş, Niyaz isə 8.000 manat müqabilində bu işi həll edə biləcəyini demişdir. Bundan iki gün sonra, yəni 2018-ci ilin noyabr ayının ortalarında Niyazla həmin kafedə görüşmüş və o, Niyaza 8 000 manat pulu və Toğrula aid sənədləri vermişdir. Bundan sonra Səbail rayonu, Badamdar qəsəbəsində olan yanacaq doldurma məntəqəsinin girişində o bir daha Niyazla görüşüb həmin məsələnin həlli üçün ona 3.000 manat vermişdir. Niyaz pulu götürən zaman 2019-cu ilin mart ayının sonuna kimi Toğrulun polis orqanlarında işini həll edəcəyinə söz vermişdir. Lakin Niyazin dediyi müddətin keçməsinə baxmayaqraq məsələ öz həllini tapmamışdır. Niyaz hər dəfə, narahat olmaması, bu işi həll edəcəyinə söz vermişdir. 2019-cu ilin mart ayının sonunda Niyazın tanış etdiyi, öz deməsinə görə Daxili İşlər Nazirliyinin kadrlar şöbəsinin inspektoru vəzifəsində işləyən Ramiz Zamanov adlı şəxs tərəfindən yerinə yetirildiyini demişdir. 2019-cu ilin may ayının əvvəllərində Fəvvarələr meydanında, «Palma» kafesində o, Toğrul və Ramiz Zamanov görüşmüşlər. Həmin söhbət əsasında Ramiz Zamanov onlara Toğrulun işinin yaxın zamanlarda həll olunacağını, paltarlarında razmerlərinin uyğun gəlməsini demişdir. Bundan sonra Niyaz Səbail rayonunun ərazisində yerləşən hamin yanacaqdoldurma məntəqəsində ona 3.000 manatı qaytarmış, qalan pulu isə 1 ay ərzində verəcəyinə söz vermişdir. Bundan sonra Niyazın dedi vaxt çatdıqda o, onun istifadəsində olan mobil telefona zəng edib danışdıqda Niyaz hərdən bir bəhanə ilə vaxtı uzadırmış. Ona görə də o məcbur olub bu barədə DİNinin 102 nömrəsinə zəng edib bu barədə məlumat vermişdir. O, Niyaza verdiyi pula görə əlavə olaraq 7.000 manata yaxın xərcə düşmüşdür. Hazırda o, Niyazdan əlavə olaraq 2.500 manat məbləğində pul tələb edir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd edilən məbləğdə pulun qaytarılmasına baxmayaraq, ona dəymiş zərərin tam ödənilmədiyini Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza tədbirinin tətbiq edilməsini istədiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2015-2016-cı illərdən tanıyır. 2018-ci illərdə Niyazla Aydın adlı şəxs arasında pul məsələsinin olduğunu və Niyazın həmin pulu qaytara bilmədiyini bilib Niyazın xahişi ilə Badamdar qəsəbəsində yerləşən parkda Aydınla görüşüb Niyazın ona olan borcunu 10-15 gün ərzində qaytarması üçün vaxt verməsini xahiş etmişdir. Daha sonra isə o, işləri ilə məşğul olduğu üçün məsələnin nəticəsi barədə maraqlanmamışdır. X8 hansı səbəbdən borcunun yarandığı barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı, Şahid6 isə onun qaynıdır. O, özünə məxsus olan Mingəçevir şəhərində yerləşən evlərini 40.000 manata satmış və həmin puldan 11.000 manatını Toğrulu işə düzəltməkdə köməklik etməsi üçün Aydına vermişdir. Bir müddətdən sonra dayısı Aydın onun pulunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yeznəsi Hidayətin dayısıdır. Hidayət özlərinə məxsus olan Mingəçevir şəhərində yerləşən evlərini bir müddət əvvəl 40.000 manata satmışdır. Əllərində pul olduğu üçün yeznəsi Babaşov Hidayət Əlibala oğlu onun işə düzəlməyi üçün həmin puldan 11.000 manatını dayısı Aydına vermişdir ki, Aydın onu işə düzəltmək üçün Niyaz adlı şəxslə danışsın və 11.000 manatı Niyaza versin. Aydın da Niyazla görüşüb 11.000 manatı ona vermişdir. Sonradan onlara məlum olmuşdur ki, Niyaz Aydını aldadıb və pulu ələ keçirib. Bundan sonra Hidayətin ailəsi ilə dayısı Aydının arasında söz-söhbət yaranmış və Aydın söz-söhbətə son qoymaq üçün Hidayətdən aldığı pulu tam şəkildə qaytarmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 317-319-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olmuş, Aydını Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır. Belə ki, o, Niyazı uşaq vaxtlarından tanıyır və onun qohumları ilə çox yaxın dostluq mnasibətləri olub. 2019-cu ildə ilk dəfə Zərərçəkmiş şəxsla Azərbaycan Respublikası DİN-nin yaxınlığında yerləşən «Palma» kafesində görüşmüşdür. Söhbət əsasında o Aydına özünü Müdafiə Nazirliyinin istefada olan polkovniki kimi təqdim etmişdir. Həmçinin söhbət zamanı Aydının yaxın qohumunu polisə işə düzəltmək istədiyini bildiyi üçün polisdə yüksək vəzifədə işləyən dostlarının da olduğunu demişdir. Bundan sonra o Aydınla bir neçə dəfə mobil telefon vasitəsi ilə danışmış və işin düzələcəyini demişdir. Zərərçəkmiş şəxsla bir dəfə DİN-nin arxa tərəfində yerləşən «Palma» kafesində görüşmüş, Təqsirləndirilən şəxs ondan ona kömək etmək məqsədi ilə görüş zamanı bəzi yalanları danışmış və bundan da çox peşmandır. Təqsirləndirilən şəxs özü tərəfindən Zərərçəkmiş şəxs qohumunun işə düzəlməsi üçün aldığı 10.000 manat puldan 4000 manatını Zərərçəkmiş şəxs qaytarması, lakin ona verdiyi 6000 manatı geri ala bilmədiyi üçün qaytara bilməməsini bildirməsi yalandır, Təqsirləndirilən şəxs yalan danışır, o Niyazdan pul almamışdır. Zərərçəkmiş şəxsla 2019-cu ilin mart ayının sonunda «Palma» kafesində görüş zamanı Zərərçəkmiş şəxs özünü Daxili İşlər Nazirliyinin kadrlar şöbəsinin inspektoru vəzifəsində işləyən polis polkovniki Ramiz Zamanov adlı şəxs kimi təqdim edərək söhbət əsasında Toğrulun işinin yaxın zamanlarda həll olunacağını, paltarlarında razmerlərinin uyğun gəlməsini desə də, heç kimdən işə düzəlməsi üçün pul almamışdır. O, istintaqı aparılan cinayət işi üzrə Zərərçəkmiş şəxs aldatmamış, ondan hər hansı bir məbləğdə pul almamış, lakin oğlu Ülvi onun yaşlı və xəstə olduğu üçün, həmçinin xəstəxanadan müalicədən yeni evə buraxıldığı üçün məcburiyyət qarşısında qalıb onun buraxılmağı üçün Zərərçəkmiş şəxs zərər olaraq 4000 manat ödəniş etmişdir. 17 dekabr 2022-ci il tarixdə o Yasamal rayon prokuroru tərəfindən azad edildikdən sonra evə gəldikdən sonra oğlu Ülvi yenə də onunla söhbət edib hadisənin necə baş verdiyini soruşduqda, o, Ülviyə bildirmişdir ki, «mən heç kimi aldatmamışam, heç kimdən pul almamışam və heç kimlə razılaşıb kiminsə işə düzəlməsinə söz verməmişəm, məni Niyaz şərləyib və polisə güya pulu mənə verdiyini bildirib».O əvvəllər Zərərçəkmiş şəxs tanımamış və onu cəmi bir dəfə «Palma» kafesində görmüşdür. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 256-258-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Şahid1 onun atasıdır. 15 dekabr 2022-ci il tarixdə ona məlum olmuşdur ki, atası Şahid1 Yasamal polis idarəsinin əməkdaşları iərəfindən saxlanılıb. O hadisə barədə məlumat almaq üçün Yasamal rayon polis idarəsinə getmiş və ona bilidrilmişdir ki, atası Rasim onun da tanıdığı Təqsirləndirilən şəxsla əlbir olaraq Aydın adlı şəxsin pulunu ələ keçiriblər. O pulun məbləği barədə maraqlandıqda ona bildirilmişdir ki, pulun bir qismi ödənilsə də, 4000 manat pul zərərçəkmiş şəxsə ödənilməmişdir. Daha sonra o atasının yaşlı və xəstə olduğu üçün, həmçinin xəstəxanadan müalicədən yeni evə buraxıldığı üçün məcburiyyət qarşısında qalıb 4000 manatı borc olaraq tanışlarından əldə edib zərərçəkmiş şəxsə ödəniş etmişdir. 4000 manatı ödədikdən sonra 17 dekabr 2022-ci il tarixdə atası Rasim Yasamal rayon prokuroru tərəfindən azad edilmişdir. Atası evə gəldikdən sonra o yenə də atası Rasimlə söhbət edib hadisənin necə baş verdiyini soruşduqda, atası Rasim bildirmişdir ki, «mən heç kimi aldatmamışam, heç kimdən pul almamışam və heç kimlə razılaşıb kiminsə işə dühzəlməsinə söz verməmişəm, məni Niyaz şərləyib və polisə güya pulu mənə verdiyini bildirib». Atası Şahid1 istintaqı aparılan cinayət işi üzrə Zərərçəkmiş şəxs aldatmayıb, ondan hər hansı bir məbləğdə pul almayıb, lakin o, atasının yaşlı və xəstə olduğu üçün, həmçinin xəstəxanadan müalicədən yeni evə buraxıldığı üçün məcburiyyət qarşısında qalıb atasının buraxılması üçün Zərərçəkmiş şəxs zərər olaraq 4000 manat ödəniş etmişdir. O əvvəllər Zərərçəkmiş şəxs tanımamışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Niyaz dəfələrlə onların evində olub və atasına əmi deyə müraciət edib. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 111-114-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Özlərinə məxsus olan Mingəçevir şəhərində yerləşən evlərini bir müddət əvvəl 40.000 manata satmışlar. Əllərində pul olduğu üçün oğlu Şahid4 qaynı Şahid6 işə düzəlməsi üçün həmin puldan 11000 manatını qardaşı Aydına vermişlər ki, Aydın Toğrulu işə düzəltmək üçün Niyaz adlı şəxslə danışsın və 11000 manataı Niyaza versin. Qardaşı Aydın da Niyazla görüşüb 11.000 manatı ona vermişdir. Həmin pulun dələdzluq yolu ilə ələ keçirildiyini onlar həmin vaxt bilməmişlər. Sonradan onlara məlum olmuşdur ki, Niyaz qardaşı Aydını aldadıb və pulu ələ keçirib. Bundan sonra ailələri ilə qardaşı Aydın arasında söz-söhbət yaranmış və qardaşı Aydın söz-söhbətə son qoymaq üçün onların 11.000 manat pullarını tam şəkildə qaytarmışdır. Buna görə də onların qardaşı Aydından heç bir şikayətləri və tələbləri yoxdur. Onlar Niyazı tanımamışlar və Niyazla qardaşı Aydın tanış olmuşdur. Ona görə ki,onlara heç bir zərər dəyməmişdir. Niyazın ələ keçirdiyi 11.000 manat qardaşı Zərərçəkmiş şəxs məxsusdur. Ona görə də, istintaqı aparılan cinayət işi üzrə qardaşı Zərərçəkmiş şəxs kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, ilkin 8 000 manat pul Bakı şəhəri Yasamal rayonu, H.ünvan 4 ünvanında olan “Biznes” Universiteti ilə üzbə-üzdə yerləşən “Cake Bake” kafesinin qarşısında verilmişdir. (Cild 1, i.v. 13-14) Təqsirləndirilən şəxs tərəfindən verilmiş iltizamdan görünür ki, Aydından aldığı 10000 manat puldan 4000 manatı qaytarmış, yerdə qalan 6000 manatı hər ayın 1-i ayda ən azı 300 manat ödəməklə qaytaracağını söz vermişdir. (Cild 1, i.v. 61) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, bacısı oğlu Hidayət Balaşovun qaynı Şahid6 işə düzəlməsi ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən ondan aldığı 8000 manatdan 1000 manat pul ona ödənilmişdir. (Cild 1, i.v. 103) 10 yanvar 2022-ci, 25 aprel 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild 1, i.v. 169-172, 264-266) “İfadənin yerində yoxlanılması haqqında” 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində ifadəsi yoxlanılarkən təsdiq etmişdir. (Cild 1, i.v. 173-175) “Diskə baxış keçirilməsi haqqında” 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə 26 yanvar 2022-ci il tarixli, 065-2214-1222 nömrəli sorğu əsasında Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya idarəsindən daxil olmuş və cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, şahid Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrələrindən istifadə edilməklə 2018-ci ilin noyabr, 2019-cu ilin fevral və iyun aylarında hansı antenn dairələrində işləməsinə dair məlumatların köçürüldüyü 01 ədəd «DVD-R» diskindəki siahıya baxış protokolundan görünür ki,**********80 mobil nömrəsindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək nəticələri barədə siyahı göstərilir. Həmin siyahıda «Əməliyyat», «Tarix», «nömrə», «İMEİ», «İMSİ», «B/S», «B/Sünvan», «şəhər», «rayon» xidmət sahələri üzrə 3456 yoxlama vaxtları qeyd edilmişdir; İkinci pəncərədə **********22 mobil nömrəsindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək nəticələri barədə siyahı göstərilir. Həmin siyahıda «Əməliyyat», «Tarix», «nömrə», «İMEİ», «İMSİ», «B/S», «B/Sünvan», «şəhər», «rayon» xidmət sahələri üzrə 76723 yoxlama vaxtları qeyd edilmişdir; Yçüncü pəncərədə **********99 mobil nömrəsindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək nəticələri barədə siyahı göstərilir. Həmin siyahıda «Əməliyyat», «Tarix», «nömrə», «İMEİ», «İMSİ», «B/S», «B/Sünvan», «şəhər», «rayon» xidmət sahələri üzrə 36952 yoxlama vaxtları qeyd edilmişdir; Dördüncü pəncərədə **********99 mobil nömrəsindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək nəticələri barədə siyahı göstərilir. Həmin siyahıda «Əməliyyat», «Tarix», «nömrə», «İMEİ», «İMSİ», «B/S», «B/Sünvan», «şəhər», «rayon» xidmət sahələri üzrə 14123 yoxlama vaxtları qeyd edilmişdir. Hər dörd nömrə üzrə 2018-ci ilin noyabr, 2019-cu ilin fevral və iyun ayları üzrə Azərbaycan Respublikasının Bakı şəhərinin əsasən Yasamal, Səbail, Nəsimi, Xəzər, Nərimanov, Sabunçu, Binəqədi rayonları, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Hacıqabul, Daşkəsən, Gədəbəy və sair rayonlarının anten dairələri qeyd edilmişdir. Həmin siyahılardan zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş **********99 mobil nömrəsinin antenn dairələri barədə siyahısının «Lokasiya» əməliyyat növü üzrə xx.xx.2018-ci il, 11:26:37 vaxtı və «Bakı şəhər H.Zərdabi prospekti 593-cü mahallada, Talim-tadris Markazi binasinda» antenn dairəsi ilə şahid Təqsirləndirilən şəxs istifadəsində olmuş **********22 mobil nömrəsinin anten dairələri barədə siyahının «Loksiya» əməliyyat növü üzrə xx.xx.2018-ci il, 11:26:40 vaxtı və «Baki shahari, Zardabi prospekti, 593-cu mahallada, Talim-tadris Markazi binasinda» antenn dairəsi ilə üst-üstə düşür; Bundan əlavə şahid Təqsirləndirilən şəxs istifadəsində olmuş **********22 mobil nömrəsinin anten dairələri barədə siyahının «Zəng» əməliyyat növü üzrə xx.xx.2018-ci il, 18:09:19 vaxtı və «Baki şəhəri, Zardabi prospekti, 593-cu mahallada, Talim-tadris Markazi binasinda» antenn dairəsi yeri ilə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan **********99 mobil nömrəsinin antenn dairələri barədə siyahısının «Lokasiya» əməliyyat növü üzrə xx.xx.2018-ci il, 18:09:20 vaxtı və «Baki shahari, Zardabi prospekti, 593-cu mahallada, Talim-tadris Markazi binasinda» antenn dairəsi yeri ilə üst-üstə düşür; Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan **********99 mobil nömrəsinin antenn dairəsi barədə siyahısının «Lokasiya» əməliyyat növü üzrə xx.xx.2019-cuil, 18:59:19 vaxtı və Səbail rayonu Television TowerA.Abbaszadə 2» antenn dairəsi ilə şahid Təqsirləndirilən şəxs istifadəsində olmuş **********22 mobil nömrəsinin anten dairəsi barədə siyahının «Loksiya» əməliyyat növü üzrə xx.xx.2019-cu il, 18:20:17 vaxt və eyni antenn dairəsi üzrə üst-üstədüşür. Qeyd edilən siyahılarda zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və şahid Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrələrin 2018-ci ilin noyabr, 2019-cu ilin fevral və iyun aylarında eyni vaxtda və eyni antenn dairələrində olmaları müəyyən edilməmişdir. (Cild 1, i.v. 184-197) “Diskə baxış keçirilməsi haqqında” 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, 32 ədəd “Whatsapp” yerdəyişmə (hamısı a…) pəncərələri açıldı. Həmin pəncərələrdən ilk olanının açılması düyməsinə basıldıqda ekranda səs yazıları vardır. Birinci düyməni açıldıqda – salam axşamın xeyir, bu işlə məşqulam, hell edəcəm, tutdje işi demək olar ki, həll etmişəm. 2-ci düymə - axşamın xeyir Niyaz, bu gün verdiyim o pulu bir ili tamamlanır, artıq çətindəyəm. Sonra neter olaracağın bilmirəm. Çalış pulu düzəlt də gör neynirsən, düzəlt qaytar. 3-cü düymə – salam məleykum Niyaz, puldan bir xəbər çıxmadı, bununla marqalanırlar, məni padvadit etmiyəcəksənki. 4-cü düymə - Niyaz salam, yəqin sənə hələ də məsciddəsən, dünüəndən. 5-ci düymə - salam Niyaz daha dözə bilmirəm, bu həftə nə edəcəksən et, pulu qaytar. 6-cı düzmə - salam Niyaz, ay brat ne oldu, bu həftədə də qurtardı, Mən uje fikirləşirəm ki, sən heç nə eləmək istəmirsən. 7-ci düymə - salam Aydən, mən heç nə deyə bilmirəm, buna ehtiyac yoxdur, mən hərəkətdəyəm, dayanmıram, görüm neynirəm. 8-ci düymə – salam Aydın biri var heç elemiyəsən, biri var ortaya bir şey çıxmaya, mən də çalışıram, bir şey çıxaracam. 9-cu düymə – bax deyəssən ki, ağlamaq kimi çıxmasın, o gün məhkəmə maşınımı da əlimdən almışdır, bankın ödəyə bilmirdim. 10-ci düymə - sən ümidini üzmə heç nədən, allah böyükdür, qoy görüm, Səmədlə danışıram, o da kömək eləməlidir. 11-ci düymə - Aydın elə yerdəyəm danışa bilmirəm, bu gün gecdi sabah zəng edəcəm. 12-ci düymə - bunlar təmiz briliyantdır, ləkəsi zadı yoxdur ki, 13-cü düymə - Hə brat, onlar aqranit olanı da var, çəkiləri göstərilənlər təmizdir. 14-cü düymı – Aydın bu çox gözəl işdir, bunu mənə niyə demirdin, adamım da var ona 15-ci düymə - Hə brat salam necəsən göndərdim Gənclikdəyəm, bir dənə kapitalbank burada işləyir. 16-cı düymə - Niyaz məndə sənədlər var avropa banklarından investisiya qoyulması ilə bağlı, onların icraası indi aydındır. 17-ci düymə - təsdiqinə razıdılar, məndə bilirəm, o birilərinə baxarıq, mənədə dedilər. 18-ci düymə - Birdə diplomla bağlı bəyaq Musa müəllimdə zəng etmişdir, mənə deyim məndə deyim də. 19-cu düymə - Oldu qardaş, mənz indi Musa müəlimə zəng edib deyərəm, Səməd də birinci gün gözlərindən əməliyyat olunacaq. 20-ci düymə - Aydın salam, mən hər şeyi başa düşürəm, prostu səndə gərək məni başa düşəsən, Allaha and olsun yoxumdur, səbirli ol, adam tap mən götürüm verim, sonra mən verərəm. 22-ci düymə - O sualı sənə verən adama denən ki, bu vəziyyətdən çıxış yolu deyil, belə vəziyyətdə ələ pul gəlmir. 23-cü düymə - Axşamın xeyir Niyaz, ne oldu səndən bir xəbər çıxmadı. 24-cü düymə - Vallah çıxılmaz vəziyyətə sən özün özünü saldın, mən dedim ki, gözləyin edirəm. Bu işin düzəlməməyində mənim günahəm yoxdur. 25-ci düymə - Aydın əgər şikayət eləmək istiyirsənsə bu işin həlli deyil, edirsən get indi elə, amma bu işin həlli deyil, pulun tapılamsı demək deyil, səbr edib gözləmək lazımdır. 26-cı düymə - Aydın salam, mən indi 15 dəqiqəyə çıxıram inşallar Xanlara, Sabah uçuram Moskvaya inşallar 1 və ya 2-ci gün qayıdıram. 27-ci düymə - Aydın axşamın xeyir, bizim işimiz qaldı 1-ci günə, məcbur olub gözləyəcəyik, belə alındı. 28-ci düymə - Ay Aydın yenə də deyirəm ey mənə heç nə deməyə ehtiyac yoxdur, mən ailəmi orda qoyub düşmüşəm Moskvada marozda çöllərə işini həll edim. 29-cu duymə - Salam Niyaz sənə zəng vurdum zəng çatır, deyəsən gəlmisən, görən şad xəbərdi bəd xəbərdi. 30-cu düymə - Nə rominglə yığmaq deyirsən, mən burda ne edirəm sən də romonqlə yığ deyirsən nə deyirsən. 31-ci düymə - Aydın nətərsən, nəsə setdə yoxsan, bəyaqdan zəng edirəm. Burda rusiyada bir iş görmüşük onun pulun Goranboydan veriləcəkdir, 3000 manat pul verəcəklə elə edəcəm ki, həmin pul sənə gəlib çıxsın. 32-ci düymə - Aydın salam, bank məsələn həll olunubdur, demək olar ki, iş yerindən arayış lazımdır, Gün ərzində gedib ora yaxınlaşarsan. (Cild 1, i.v. 206-207) “İfadənin yerində yoxlanılması haqqında” 04 aprel 2023-cü il tarixi protokoldan görünür ki, İş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsi hadisə yerində yoxlanılarkən o Yasamal rayonu, H.Zərdabi prospekti 89 ünvanını göstərərək bildirmiş ki, qohumu Şahid6 DİO-da işə qəbul etdirmək üçün 2018-ci ilin noyabr ayında həmin ünvanda yerləşən kafedə Təqsirləndirilən şəxs 8 000 manat pul vermişdir. (Cild 1, i.v. 249-251) Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs qohunu Toörul Qarayevin DİO-da işə düzəlməsinə görə aldığı 11000 manat puldan 500 manatını ödəmişdir. Qalan 2500 manatıda hissə-hissə ödəyəcəyini söz vermişdir. (Cild 1, i.v. 291) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, qohumu Şahid6 DİO-ya işə düzəldilməsi üçün Təqsirləndirilən şəxs verdiyi puldan 500 manatını təhvil almışdır. (Cild 1, i.v. 103) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)-157/2022 saylı qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qohumu Şahid6 11000 manat müqabilində X4 işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq, vahid niyyətlə davamlı olaraq 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti-89 ünvanında Zərərçəkmiş şəxs 8000 manat və 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 66 saylı Yanacaq Doldurma məntəqəsinin həyətində 3000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etmədən, Zərərçəkmiş şəxs ümumilikdə 11000 manat dəyərində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. ibtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs qohumu Şahid6 11000 manat müqabilində X4 işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq, vahid niyyətlə davamlı olaraq 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti-89 ünvanında Zərərçəkmiş şəxs 8000 manat və 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 66 saylı Yanacaq Doldurma məntəqəsinin həyətində 3000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etmədən, Zərərçəkmiş şəxs ümumilikdə 11000 manat dəyərində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın məzmununda Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 20 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 66 saylı yanacaqdoldurma məntəqəsinin həyətində 3000 manatı alıb ələ keçirərək verdiyi vədə əməl etməməsi göstərilsə də, cinayət işi materiallarından və məhkəmə iclasında ilkin dinləmələr keçirilərkən müəyyən olunmuşdur ki, əlavə olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən 2019-cu ilin fevral ayında Səbail rayonu, Badamdar qəsəbəsində yanacaqdoldurma məntəqəsində verilmiş 3000 manat məbləğində vəsait zərərçəkmiş şəxsə 2019-cu ilin iyul aylarında, yəni cinayət işinin başlanılması barədə 01 dekabr 2021-ci il tarixli qərar qəbul edilməmişdən öncə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi öyrənilərkən müəyyən olunmuşdur ki, cinayət işinin başlanılmasına əsas və səbəb Zərərçəkmiş şəxs 14 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək və Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, 2018-ci ilin noyabr ayında qohumu Şahid6 DİO-da işə düzəltmək üçün Təqsirləndirilən şəxs Yasamal rayonu Bakı Biznes Universitetinin inzibati binası ilə üzbəüz olan kafedə 8000 manat verməsi, lakin həmin şəxsin verdiyi vədə əməl etməməsi, ondan aldığı pulu qaytarmaması barədə verdiyi məlumat əsasında toplanmış material olmuşdur. Bundan başqa, Bakı şəhər X7 İdarəsinin təhqiqatçı və müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarının Bakı şəhər Yasamal Rayon Prokurorluğu tərəfindən ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli, 01.0.2020-ci il tarixli, 5.11.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarlarda Zərərçəkmiş şəxs 8000 manat məbləğində ziyan dəyməsi göstərilmişdir. Hazırki iş üzrə tərtib edilmiş ittiham aktında CPM-in 289.3.1-ci maddəsinə əsasən, əməlin həmin maddə üzrə tövsif edilməsi üçün qanun normasının ifadə etdiyi tərkib əlamətlərinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulu, yeri, vaxtı, ittihamın mahiyyətini əks etdirən zəruri tərkib elementləri, nəticəsi və digər mühüm hallar dəqiq əks olunmamışdır. Həmçinin, CPM-in 223.4-cü maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın nəticə hissəsində törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərildiyi halda, təsviri-əsaslandırıcı hissədə CPM-in 223.3.2-ci maddəsinə əsasən, həmin maddə üzrə cinayət tərkibinin mövcudluğunu nəzərdə tutan cinayətin törədilmə üsulu, yeri, ittihamın mahiyyəti konkret olaraq əks olunmamış, həmçinin ittihamın təsvirində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yanacaqdoldurma məntəqəsində verilmiş, sonradan həmin şəxsə məhz qaytarılmış 3000 manat məbləğində vəsait zərərçəkmiş şəxsə vurulmuş zərər kimi hesablanmış, zərərçəkmiş şəxsə cinayət işinin başlanılması barədə qərardan öncə Təqsirləndirilən şəxs tərəfin ödədiyi məbləğ yüngülləşdirici hal kimi nəzərə alınmışdır. İş materiallarından göründüyü kimi Zərərçəkmiş şəxs faktiki olaraq 8000 manatı ələ keçirilmiş və ona real 8000 manat məbləğində zərər dəymişdir. İstintaq orqanı isə Təqsirləndirilən şəxs əməlini vahid niyyətlə qiymətləndirərək zərərçəkmiş şəxsə artıq qaytarılmış və faktiki olaraq Zərərçəkmiş şəxs dəyməmiş ziyana görə, cinayətin maddi tərkibli olması və 3000 manat hissəsində ictimai təhlükəli nəticənin baş vermədiyini nəzərə almadan zərərçəkmiş şəxsə 11000 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı ittiham irəli sürülmüşdür. Təsbit olunanlara əsaslanaraq məhkəmə qeyd edir ki, ittiham aktında törədilmiş əməlin üsulu ( ittiham aktında dələduzluq cinayətinin törədilmə üsulu kimi “etibardan sui-istifadə etmə və aldatma” usullarının hər ikisi qeyd olunmuşdur), ittihamın mahiyyəti (ittihamın təsvirində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yanacaqdoldurma məntəqəsində verilmiş, sonradan həmin şəxsə qaytarılmış 3000 manat məbləğində vəsait zərərçəkmiş şəxsə vurulmuş ziyan kimi nəzərə alınaraq ittihamın verilməsi) və əməlin harda törədilməsi (zərərçəkmiş şəxsdən alınmış 3000 manat pulun qaytarılması nəzərə alınmaqla) konkret olaraq əks olunmaması CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud prosessual pozuntu kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. (Cild 1, i.v. 335-337) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 18 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir ədəd disk maddi sübut kimi tanınmışdır. Qərarın təsviri hisəsində göstərilənləri nəzərə alaraq cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid1 əməli sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş və istintaqin sonrakı mərhələsində Şahid1 şahid statusunda tanınıb ifadəsi alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus 3000 manat pulun alındıqdan sonra qaytarılması ilə əlaqədar Səbail rayon məhkəməsinin hakimi X2 05 iyul 2022-ci il tarixli qərarı nǝzərə alınmaqla ittiham verilməmiş və həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. (Cild 2, i.v. 279-300) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şahid1 və Şahid2 olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəriməni tam ödəmişdir. (Cild 2, i.v. 27-29) Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli 1(004)-69/2011 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2010-cu il tarixdən məhkəmə baxışınadək və məhkəmə baxışı zamanı 07 (yeddi) ay 03 (üç) gün həbsdə saxlanılması nəzərə alınaraq, cəzası yüngülləşdirilsin və üzərində 4000 (dörd min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. (Cild 2, i.v. 34-39) Yasamal RPİ-nin 29-cu PŞ-nin 10 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (Cild 2, i.v. 194) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (Cild 2, i.v. 224-227) “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 2, i.v. 228) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2011-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri tam ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 10 fevral 2023-cü il tarixdən 11 fevral 2023-cü il tarixədək olan 01 (bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM- 69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 10 fevral 2022-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək 01 (bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-351/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-351/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver