Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-352/2025 08.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qəsdən talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4a ünavanda yerləşən Beynəlxalq Bankın qarşısında həmin bankda işləyən Zərərçəkmiş şəxs parklama məqsədilə ona məxsus ağ rəngli ** UT *** dövlət qeydiyyat nişanlı, «Hyundai Elantra» markalı avtomobilin açarını aldıqdan sonra park etməyərək həmin avtomobili qəsdən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş və sürücülük hüququ olmadan idarə edərək saat 17:45-də Yasamal rayonu, Füzuli küçəsi, «Azrdrama»nın yanında A.Şaiq küçəsi istiqamətinə doğru hərəkət etdiyi zaman həmin istiqamətdə hərəkətdə olan, sürücü Şahid3 etibarnamə ilə idarə etdiyi «VAZ 2107» markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq hadisə yeridən uzaqlaşmış, ondan sonra saat 18 radələrində Yasamal rayonu, Nəriman Nərimanov prospektində hərəkət etdiyi zaman idarəetməni itirib avtomobili yolun sağ kənarındakı səkiyə vurması nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni avtomobilin 5.093 manat dəyərində ehtiyat hissələri və 1.325 manat dəyərində servis xidməti daxil olmaqla ümumilikdə 6.418 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid parkı yaxınlığında avtomobillərin park edilməsi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs təxminən bir neçə aydır ki, tanımışdır. 28 fevral 2025-ci il tarixində Zərərçəkmiş şəxs özünə məxsus **-UT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobilini park etməsi üçün ona vermişdir. Həmin gün gömrük işçisi olan başqa bir xanım da eyni markalı avtomobilini ona park etmək üçün vermişdir. Həmin tarixdə axşam saat 17:00 radələrində gömrük işçisi olan həmin xanım avtomobili götürərək “Şəfa” stadionuna gəlməsini bildirmişdir. O isə avtomobilləri səhv salaraq çaşıb Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı avtomobili götürmüşdür. Sonradan yolda olan zaman avtomobilləri qarışdırdığının fərqinə varsa da, artıq geri qayıtmaq üçün gec olmuşdur. Hərəkətdə olan zaman polis əməkdaşları ona saxla əmrini versələr də, avtomobili sənədsiz idarə etdiyi üçün polis əməkdaşlarına tabesizlik göstərərək avtomobili saxlamamışdır. Bu zaman o, Heydər Əliyev prospektində idarə etdiyi avtomobili başqa bir avtomobilə vuraraq qəza törətmişdir. İttihamda qeyd edilən Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı avtomobilə dəymiş ziyanın məbləği ilə razı deyildir. Əməlindən peşmandır. Yekun olaraq Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs onunla barışdığını bildirib cinayət işi üzrə ictraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “Azərbaycan Beynəlxalq Bankı”nın Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanında yerləşən filialında çalışır. 2024-cü ilin dekabr ayının sonundan etibarən o, özünə məxsus **-UT-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı avtomobilini park etməsi üçün Bakı şəhəri, Yasamal rayonu, H.Cavid parkı yaxınlığında avtomobillərin parklanması ilə məşğul olan Təqsirləndirilən şəxs vermişdir. 28 fevral 2025-ci il tarixində o, öz avtomobilini yenə də park etməsi üçün Vüqar adlı şəxsə verərək işə getmişdir. Həmin gün axşam saatlarında tanımadığı bir şəxs onun nişanlısına zəng edərək hansı səbəbə onun avtomobilini vurub qaçdıqlarını soruşmuşdur. Bundan sonra onlar hadisədən xəbərdar olaraq bu barədə AR DİN-nin 102 xidmətinə məlumat vermişdirlər. Onun avtomobilinə 3000-4000 arası ziyan dəymiş, hazırda isə avtomobil təmir olunmuşdur. İş üzrə 10 senytabr 2025-ci il tarixdə verilmiş ekspert rəyində qeyd olunan məbləğlə razıdır. Son olaraq o, Təqsirləndirilən şəxs tərəfindən həmin hadisə ilə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 28 fevral 2025-ci il tarixdə təxminən saat 17:00 radələrində idarə etdiyi «VAZ 21074» markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsi ilə A.Şaiq küçəsi istiqamətində yolun orta zolağı ilə saatda 30 km/saat sürətlə hərəkətdə olan zaman arxasınca gələn ağ rəngli «Hyundai Elantra» markalı avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin arxasına vurmuşdur. Lakin həmin avtomobili sürən şəxs avtomobili saxlamadan sürüb hadisə yerindən uzaqlaşmışdır. Hazırda heç bir şikayət və tələbi yoxdur. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, «VAZ 21074» markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobili Şahid3 idarə edir. 28 fevral 2025-ci il tarixdə təxminən saat 17:45 radələrində Şahid3 Yasamal rayonu, Füzuli küçəsi ilə A.Şaiq küçəsi istiqamətinə yolun orta zolağıyla saatda 30 km surətlə hərəkət edən zaman avtomobildə Şahid4, Şahid1 və o, əyləşmişlər. Şahid1 qabaqda onun yanında, o, arxada sağ tərəfdə, Şahid4 isə arxada sol tərəfdə əyləşmişdi Azdramanın yanından keçən zaman avtomobilin arxasına möhkəm zərbə dəymiş və avtomobil istiqamətini sola tərəfə dəyişmişdir. Şahid3 dərhal avtomobili saxlamış, bundan sonra avtomobilə bir daha zərbə dəymiş və bu zaman görmüşdür ki, arxasınca gələn ağ rəngli «Hyundai Elantra» markalı avtomobil qabaq hissəsi ilə Elvinin idarə etdiyi avtomobilin arxasına vurmuşdur. Lakin həmin avtomobili sürən şəxs avtomobili saxlamadan sürüb hadisə yerindən uzaqlaşmışdır. Cinayət işi üzrə şahid qismində göstərilmiş Şahid1 və Şahid4 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktorudur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilmiş təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasına əsasən əmlakın qiymətləndirilməsi ilə bağlı 10 sentyabr 2025-ci il tarixli verilmiş hesabata əsasən Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2014-cü il olan nəqliyyat vasitəsinin detallarının işlənmə faizi nəzərə alınmaqla hadisə gününə dəymiş zərərin məbləği 3545.00 (üç min beş yüz qırx beş) manat müəyyən edilmişdir. Avtomobilin ehtiyat hissələrinin qiymətləri məlum olan baza məlumatlarına, məlum olmayanlar isə bazar qiymətinə əsasən müəyyən edilmişdir. Ekspertiza təyin olunmasına dair qərarda ekspert qarşısında qoyulmuş suala uyğun olaraq Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2014-cü il olan nəqliyyat vasitəsinin detallarının işlənmə faizi nəzərə alınmaqla hadisə gününə dəymiş zərərin məbləği müəyyənləşdirilmişdir. Ekspert rəyinin verilməsi zamanı “Tap.az”, “Lalafo” və digər internet saytlarından mənbə kimi istifadə olunmuş, eləcə də ustalarla danışılmışdır. Ekspertizaya təqdim olunan fotoşəkillərdən avtomobil kifayət qədər yaxşı görünmədiyindən, o zərərçəkmiş şəxslə əlaqə saxlayaraq onun tərəfindən göndərilmiş video əsasında ekspert rəyini vermişdir. Həmçinin avtomobil artıq təmir olunduğu üçün tədqiqat obyektinə yerində baxış keçirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Baxış keçirilməsi haqqında” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, H.Cavid parkının yaxınlığında baş vermişdir. (i.v. 9-12) “Şübhəli şəxsin tutulması haqqında” 01 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da tutulmuşdur. (i.v. 35-36) “İnzibati xəta haqqında” 03 mart 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 335.1 və 335.3-cü maddələri inzibati xəta haqqında protokol tərtib edilmişdir. (i.v. 57) “İnzibati xəta haqqında” 03 mart 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6, 332.2 və 332.4-cü maddələri inzibati xəta haqqında protokol tərtib edilmişdir. (i.v. 57) "xxxx" MMC-nin 03 mart 2025-ci il tarixli qüsur aktından görünür ki, “Hyundai Elantra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri və təmir xərcləri 6418 manat müəyyən edilmişdir. (i.v. 62) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-192/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 mart 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 92-93) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 185.1-ci maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 133-134) “X3”nin 01 may 2025-ci il tarixli 86 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2014-cü il buraxılışlı, ** UT *** dövlət qeydiyyat nişanlı , ağ rəngli «Hyundai Elantra» markalı avtomobilin orta bazar qiyməti ilə təqribi dəyəri 19.150,00 manat məbləğində müəyyən edilir. "xxxx" firması (VÖEN:**********) tərəfindən, «Hyundai Elantra» markalı (KMHDH41EBEU123014 ban nömrəli), ** UT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən, avtomobilə dəymiş ziyanın ümumi məbləği 6.418,00 manat məbləğində müəyyən edilir. (i.v. 144-148) “Sübutların qiymətləndirilməsi haqqında” 12 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs оğlunun talama məqsədi olmadan qaçırdığı Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v. 168-173) "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 10 sentyabr 2025-ci il tarixli hesabatından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2014-cü il olan nəqliyyat vasitəsinin detallarının işlənmə faizi nəzərə alınmaqla hadisə gününə dəymiş zərərin məbləği 3545.00 (üç min beş yüz qırx beş) manat müəyyən edilir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət, tələbi yoxdur və onlar artıq barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4a ünavanda yerləşən Beynəlxalq Bankın qarşısında həmin bankda işləyən Zərərçəkmiş şəxs parklama məqsədilə ona məxsus ağ rəngli ** UT *** dövlət qeydiyyat nişanlı, «Hyundai Elantra» markalı avtomobilin açarını aldıqdan sonra park etməyərək həmin avtomobili qəsdən talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş və sürücülük hüququ olmadan idarə edərək saat 17:45-də Yasamal rayonu, Füzuli küçəsi, «Azrdrama»nın yanında A.Şaiq küçəsi istiqamətinə doğru hərəkət etdiyi zaman həmin istiqamətdə hərəkətdə olan, sürücü Şahid3 etibarnamə ilə idarə etdiyi «VAZ 2107» markalı, ** KS *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq hadisə yeridən uzaqlaşmış, ondan sonra saat 18 radələrində Yasamal rayonu, Nəriman Nərimanov prospektində hərəkət etdiyi zaman idarəetməni itirib avtomobili yolun sağ kənarındakı səkiyə vurması nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni avtomobilin 5.093 manat dəyərində ehtiyat hissələri və 1.325 manat dəyərində servis xidməti daxil olmaqla ümumilikdə 6.418 manat maddi ziyan dəymişdir. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 10 sentyabr 2025-ci il tarixli hesabatından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Hyundai Elantra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı buraxılış ili 2014-cü il olan nəqliyyat vasitəsinin detallarının işlənmə faizi nəzərə alınmaqla hadisə gününə dəymiş zərərin məbləği 3545.00 (üç min beş yüz qırx beş) manat müəyyən edilir. İstintaq orqanı əsassız olaraq Zərərçəkmiş şəxs məxsus **-UT-*** dövlət qeydiyyat nişanlı, «Hyundai Elantra» markalı avtomobilə dəymiş zərəri 6.418,00 manat müəyyən etmişlər. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ** UT *** dövlət qeydiyyat nişanlı, «Hyundai Elantra» markalı avtomobilinə dəymiş zərərin miqdarı 3545.00 (üç min beş yüz qırx beş) olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2ci bəndinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bundan əlavə məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs “Hyundai Elantra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təminrinə təxminən 3000-4000 manat məbləğində pul xərclədiyini bildirmiş və "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı 10 sentyabr 2025-ci il tarixli rəy ilə razı olduğunu bildirmişdir. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73- 1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut bir ədəd “Hyundai Elantra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş qiymətləndirmə üzrə aparılmış tədqiqatın dəyəri olan 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla "xxxx" MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 185.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan bir ədəd “Hyundai Elantra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla "xxxx" MMC-nin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-352/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-352/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver