Məhkəmə qərarları › İş №1(004)-353/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-353/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-353/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: X5, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili: Müdafiəçi iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X9 tərəfindən iyul ayının ortalarında X3 hədə-qorxu və təhqir ehtiva edən mesajlar göndərilərək, sonuncuya məxsus pişik balalarından birini tələb etmiş, verməyəci təqdirdə sosial şəbəkələrdə şərəf və ləyaqəti alçaldan məlumatlar yayacağı ilə bağlı hədələmişdir. Bundan sonra 20 iyul 2021-ci il tarixdə “Facebook” sosial şəbəkəsində “Ulviyya Alovlu” adlı hesabdan X3 ünvanlanmış böhtan və təhqir xarakterli yazılar dərc olunmuşdur. Belə ki, həmin yazılarda qeyd edilmişdir ki, “Ulviyya Alovlu” adlı “Facebook” hesabından X2 şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə edilərək, onun ailəsi ilə icazəsiz telefon danışı yaradaraq səs yazılarını, şəxsi həyatı barədə böhtan xarakterli yazılar yazaraq sosial şəbəkələrdə yaymışdır. X7 Ülviyyə Muradovanın həyətinə getməyi, evinin qapısına təzyiqlər edərək sındırmağı barədə həqiqətə uyğun olmayan yazılar yazmışdır. Bu barədə Yasamal Rayon Polis idarəsinə məlumat versədə polis orqanlarının çağırışına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddəsini rəhbər tutaraq təqsirləndirilən şəxs X9 barəsində xüsusi ittiham qaydasında cinayət təqibinə başlanmasını, təqsirləndirilən şəxs X9 barəsində xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirlənidirilən şəxs Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsində nəzərdə tutulan cəzaya məhkum edilsini məhkəmədən xahiş etmişdir. X9 ona hədə-qorxu gələrək barəsində sosial şəbəkələrdə və müxtəlif KİV-lərdə rüsvayedici məlumatlar yaymaqla hədələmiş, 20 iyul 2021-ci il tarixdən etibarən səsləndirdiyi böhtan və təhqir xarakterli məlumatların sosial şəbəkələr və KİV-lərdə yayılması üçün çalışmışdır. Ülviyyə Muradova iyul ayının ortalarında iki fərqli vaxtda iki fərqli sosial şəbəkə hesabı vasitəsilə ona hədə-qorxu və təhqir ehtiva edən mesajlar göndərərək ona məxsus olmayan, aralarında heç vaxt rəsmi və qeyri-rəsmi, şifahi və yazılı razılaşma olmadığı halda ona məxsus olan pişik balalarından birini tələb etmiş, verməyəcəyi təqdirdə sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yaymaqla hədələmişdir. Hər iki mesaj yazıldıqdan sonra onu dərhal sosial şəbəkə hesablarında blok etmiş və telefonlarına cavab verməmişdir. Bu mesajlar və mətndəki tərbiyəsiz ifadələr onu narahat etdiyinə, stres keçirdiyinə görə o Ülviyyə Muradovanın bacısı X6 və ortaq tanışları olan Sevda xanıma məlumat verərək Ülviyyə Muradovanın bu addımının hədə-qorxu ilə tələbetmə olduğunu, bunun cinayət olduğunu bildirmişdir. Onlara demişdir ki, əgər Ülviyyənin ona qarşı hər hansı bir tələbi varsa, üz-üzə danışa bilərlər. Ülviyyə isə qonşuya anasıgildə olduğu barədə yalan danışmış, anasına və bacısına isə evdə olmadığı barədə yalan danışmışdır. Bundan qısa bir müddət sonra Ülviyyə onun barəsində şər və böhtan, təhqir dolu ilk yazısını 20 iyul 2021-ci il tarixində Facebook sosial şəbəkəsində yazmışdır. Həmin yazıda qeyd edilmişdir ki: “Ayrı vaxt haqq-ədalətdən dəm vuran Bəxtiyar Hacıyevin çöl pişiyi ilə çaşıb öz cins pişiyimi cütləşdirdim. İndi 5 baladan birini mənə verməmək üçün çıxmadığı oyun qalmayıb. Balanın birini mənə verməsən, bu haqda status yazıb sənin nə qədər yalançı, cığal olduğunu bəyan edəcəyəm, demişdim, bu da indi əvəzində durmadan mənim bütün rəfiqələrimə yazır ki, Ülviyyə məni şantaj edir, onu polisə verəcəyəm. Ay bədbəxt, sən bir pişik bölgüsündə adil ola bilmədin, gör sənin əlində hakimiyyət, pul olsa, neylər din? Eyibdir e, utan-öl, haqqım olan bir balanı mənə verməmək üçün bütün ətrafımı narahat edirsən. Yekə-yekə statuslar yazanda dilin də buna görə olsun. Əslində, o səni virtual dəstəkləyən kəslər, real həyatda necə biri olduğunu, hansı həyat tərzi sürdüyünü bilsə, səni nəinki dəstəkləyər, hətta üzünə də tüpürərlər. Amma bu yerdə artıq susuram... Qoy, o haqqın olmayan bala da sənin olsun, ilahi haqq isə mənim...”. Bundan dərhal sonra o DİN-102 xidmətinə və Yasamal rayonu 27 saylı polis bölməsinə ərizə ilə müraciət edərək Ülviyyə Muradovanın ondan hədə-qorxu ilə tələbetməsi barədə məlumat vermişdir. Polis əməkdaşları onunla əlaqə saxlayaraq polis bölməsində izahat verməyə dəvət etdikdə Ülviyyə Muradova növbəti postunu yazaraq heç vaxt baş verməmiş, başdan sona qədər ona böhtandan ibarət olan növbəti yazını paylaşmışdır: “Bu statusu burada paylaşmaqda məqsədim, həyatım üçün təhlükə olduğunu sizə bildirməkdir. Əgər mənə bir şey olsa, bunun səbəbkarı Bəxtiyar Hacıyevdir. Çünki bugün bütün günü onun tərəfdən terrora məruz qalmışam. Dəfələrlə həyətimizə gəlib, içəri daxil olmağa çalışıb, nalayiq sözlərlə qapımızı az qala sındırmaq istəyib. Bu azmış kimi evimin həndəvərində uca səslə adımı çəkərək məni təhqir və təhdid edib. Məsələ ilə bağlı artıq polisə müraciət etmişəm, sahə müvəkkilinə ərizə və izahatımı yazıb vermişəm. Daxili işlər nazirliyindən və əməkdaşlarından bu məsələni ciddi nəzarətə götürməklərini və məni mühafizə etməklərini xahiş edirəm.” Daha sonra onun şikayəti əsasında materiallar Yasamal Polis İdarəsinə, oradan da Bakı Baş Polis İdarəsinə göndərilərək bu qurumda araşdırma başlamışdır. Araşdırmanın ilk günlərindən etibarən Ülviyyə Muradova dəfələrlə izahat verməyə dəvət olunsa da, müxtəlif bəhanələrlə polis əməkdaşlarına izahat verməkdən imtina etmişdir. Baş Polis İdarəsinin əməkdaşları ona Ülviyyə Muradovanın onları aldadaraq guya Bakıda olmadığını deməsi, onlara nalayiq sözlərlə cavab verərək izahat verməkdən imtina etdiyi barədə məlumat vermişdilər. Lakin ondan səbrli olmağını xahiş etdiklərinə görə 10 günlük araşdırma müddəti olmasına baxmayaraq, 50 gün səbrlə Ülviyyə Muradovanın növbəti xüsusatlarla bağlı izahatının alınmasını gözləmişdir. Bu müddət ərzində Ülviyyə Muradova ardıcıl olaraq dəfələrlə həm sosial şəbəkələrdə öz hesablarında, həm müxtəlif səhifələrin administratorlarına məlumat göndərərək, həm müxtəlif KİV-lərdə çalışan dostlarına təzyiqlər edərək barəsində həqiqətə uyğun olmayan, təhqir və ağır cinayətlərdə ittiham olunduğu barədə böhtanlar yaymağa davam etmişdir. Belə ki, “Bəxtiyar Hacıyev, ləyaqətsiz sənsən, sənin nəslindir! Şəxsiyə yazıb bloklayan arvad kimi arvad!!! Belə ləyaqətin var, razılaşmaya əməl et. Edə bilmirsən 3 metrlik söz ishalınla Messengerimi iyləndirmə! Ləyaqət deyəndə yəqin ki, dizə qədər zibil içində, döşəməsi kirdən qart bağlamış, nəcis və sidikdən rəng tutmuş unitazı olan, qırxılmış tük dolu vannanı, üfunət qoxan evini nəzərdə tutursan. Qələt elədim, oraya əl yumağa girdim, ödüm ağzıma gəldi. Deyək ki, cəhənnəm, evini hər adam görmür, bəs, dizə qədər zibilxana olan maşınını o olmayan ləyaqətinə necə sığışdırırsan? O maşındır, yoxsa zibil vedrəsi? 5 manat pul verib aylarla maşın yudurtmursan, barı, içinin zibilini at, tozunu sil, ay bədbəxt! Küçədə yaşayan bomj belə, səndən daha təmiz yerdə yaşayır. Bu çirkabın içində yaşayan sən, evinin hər bucağında iylənmiş, kif atmış pişik yemi saxlayan sən, amma pişiyinə virus salan mən olmuşam? Sənsən guya o evə ''modellər'' gətirən? İt günündə evə model yox e, uzağı modelin elə iti gələr. Ağıllı ol, dilini qoy gündəyməzinə, mənə bir də yazma, ay işverən! Həyatı polis bölmələrində keçən işverən, get, məni yenə polisə ver! Sənin kimisi utanmadan anasını, bacısını da polisə verər... O pişiyimin balaları sənə qənim olsun, evimdə yediyin çörək burnundan gəlsin!”. “Allah məndən razı olsun. Nə yaxşı ki, varam. Tənqidimdən nəticə çıxararaq, evi təmizləmisən. Bu divanın rəngi də varmış... Hələ yastıqçaları demirəm... Heç olmasa, üzlərini yuyub taxmısan, yoxsa bitli baş bloger qızlar kimi ancaq fotosessiya üçün düzmüsən? Yəni o masanın üstü boş da ola bilirmiş? Çünki adətən orada siqaret külü və kötüklərindən barmaq basmağa yer olmazdı... Bıy, işığın da var ki... Pişik balalarına iynə vurmağa gələndə qaranlıqdan iynəni şprisin başına taxa bilmirdik. Yooo, baxma, yavaş-yavaş adam olursan. İnanıram ki, çox keçməz hamam otağını, unitazını da yuyarsan. O da nəhayət ağ günə çıxar. O rəngdə unitaz heç ümumişlək kənd tualetlərində olmur e, ay murdar... Amma yuyub şəklini çəkəndə onu qucaqlayıb çəkdir ki, dəqiq səninki olduğuna inanan. Okeymi? Divanın üstünə çıxardığın, ömründə üz-gözünü yumadığın o miyovullarımı isə sənə heç halal eləmirəm. Yoo, yanılmışam. Divanla döşəmənin kiri elə şəkildən gözə girirmiş”. “Ay tərbiyəsiz, sən utanmırsan gecə saat 2-də qonşum qadını narahat edirsən? Ölüb yerə girirsən heç, məni bəhanə edib gecə vaxtı yaşlı qadına girişirsən? Anan yaşında qadındır, sənə nə var, o gecə saat 2-də haradadır, kiminlədir? Ay abırsız, sənə bu "tərbiyə"ni atan verib, yoxsa anana da gecələr subay gədələr zəng vurur? Dostun R.Hacılı deyirdi, sən azyaşlıların dəlisisən, indi də başqa fetişin baş qaldırıb? Tfu sənə! Gör, nə gündəsən ki, googleda adını yazanda birinci bu şəklin çıxır” “Sübut istəyirdiniz? Bu da sübut! Yaşlı qadına gecə 1- 2-də yığır, görür açmır, whatsappına yığır. Bu binamusun bir yiyəsi var ya yox? Bu biqeyrəti burada müdafiə edən trolları Bəxtiyar hansı pulla maliyyələşdirir?” “Gəncə Dövlət Universitetində hər kəsin nifrətini qazanmış, ləqəbi "donos" Fikrət olan, Bəxtiyar Hacıyevin əmisi oğlu gorbagor olub. O qədər murdar adam imiş ki, ayın 14-ü evində ölüb, amma hələ bu gün biliblər. Yarım aydır iylənən əmisi oğlundan dərs götürməsə, Bəxtiyar Hacıyev də belə tək öləcək, pişikləri də başına sıçacaq”. “Bu da Bəxtiyar Hacıyevin valideynləri ilə telefon danışığım. Hələ bu, səsin yalnız 1 hissəsidir. Anası deyir ki, hər pişik balası öləndə mən sevinirdim. Belə şey olar? Bu nəyin sevincidir? Anasının da etiraf etdiyi kimi, özünə baxa bilmirsə, pişiklərə necə baxır? Ona görə də 5 gül kimi sağlam baladan 3-ü artıq öldü. Mənim bala payımı niyə vermir? Ayrı vaxt haqq-ədalətdən danışan budur???” “Bu xəbərə ciddən çox məyus oldum. Bəxtiyarın pişik məsələsindən sonra anasının səs yazısı ortaya çıxmışdı. Danışıqdan bilinirdiki ana və ata cins olaraq oğul bildikləri bəXtİYAR dan narazıdırlar. 3 gün öncə yazıq valideyin yenidən bəXtİYARlA əlaqə saxlayıblar. Ana telefonda yalvar yaxar etsədə cins olaraq oğul bildikləri valideyinlərinin sözlərini eşitməyib. Sonda ananın səs yazısında 1:32-ci saniyədə deyir oğul ya biz ya pişik? Fizioloji oğlan olan bəxtiyar telefonu asır və pişiyi seçir. Cəmiyyət bu cür Udilkultirisləri ciddiyə aldıqca batacaq. Belələri sonda ya samiraldo yada bayram nurlu olur. Xeyirlisi inşallah nə deyirik özləri bilər”. “Eşitdim pişik oğrusu Bəxtiyar Hacıyev tumanını başına çəkib milləti intiharla hədələyir. İndi məni fikir götürüb ki, o, tumanını başına çəkəndə alt tumanını, barı, yuyub geyinib? Yoxsa, evi kimi tumanı da kirdən üfunət qoxuyur? Yadıma qolunu prokurorluğun hasarına bağlayan Əvəz düşdü. Sizcə, kim döyər, Əvəz yoxsa Bəxtiyar?”. “Bəxtiyar Hacıyev, şəkillərimi paylaşmaqdan yorulmadın? Ay pişik oğrusu, polis mənim qapıma gəlib, amma məhz sən o qapıya hücum etdiyin üçün, məni xilas etməyə gəlib. Amma sən hələ də bununla bağlı cəza almamısan, yəni sənin polisin iti olduğun göz qabağındadır. Əgər mən (sən şərlədiyin kimi) həqiqətən polisi söymüşəmsə, heç nə demirəm, elə sənin gününə düşüm. Yox əgər sən yalan danışırsansa, bacını ellər aparsın. Razısan? 9 sentyabr 2021-ci il”. “Bəxtiyar Hacıyev, səni ölümlə hədələyirlər və sənin bununla bağlı görüntün də var və sən bunu paylaşmırsan? Sən mənim sənə "yazdıqlarımı" montaj edib paylaşan adam, sən həqiqi sübutu guya paylaşmırsan? Sən heç nədən məni polisə şikayət edən işverən, əlində "sübutun” ola-ola paylaşmırsan? Öz izləyicilərini qoyun yerinə qoymusan, yoxsa Avropadan növbəti qrand almaq üçün əsas yaradırsan? Ay səni dələduz, Bayram Nurlu sənin yanında qələt edir”. “Bununla artıq neçənci dəfədir ki, Bəxtiyar Hacıyevlə bağlı mənə belə şikayət gəlir. Təəccüb də etmədim, çünki sən demə, bloger Mehman Hüseynov həbs olunanda da Bəxtiyar onun sevgilisini aldadıb təcavüz etmək istəyirmiş. Qıza yalandan deyibmiş ki, Mehman həbs olunmayıb, bizdədir. Qız da inanıb bunun evinə gedib. Aldandığını, Bəxtiyar tərəfdən seksual hərəkətləri görəndə isə Bəxtiyara şillə vurub evdən qaçıb. Bunu mən demirəm, bütün media danışır. Heyf ki, indi bilmişəm... Yoxsa, beləsinə salam da verməzdim”. 13 sentyabr 2021-ci il tarixdə “X12 Hacıyevi MƏHKƏMƏYƏ VERDİ X10 bloger Bəxtiyar Hacıyevi xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib başlıqlı “Unikal.org”-a açıqlamasında jurnalist özü məlumat verib: “Bu adam - pişiyimi oğurladığı azmış kimi, pişiyimi mənə verməmək üçün sosial şəbəkələrdə məni şantaj edir, qəsdən böhtan və şər atır, ünvanıma əxlaqsız ifadələr işlədir və mütəmadi olaraq məni təqib etməkdən də çəkinmir. Onun şəxsi profilini bloklasam da müxtəlif profillərdən, bağlı və açıq nömrələrdən zəng vurur, yazır, əl çəkmir. İyulun 20-dən başlayan bu mənəvi terrordan təngə gələrək xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişəm. Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə iclası sentyabrın 20-si saat 12:00-da Gəncə şəhəri Nizami rayon məhkəməsində baş tutacaq. Bundan başqa, Bəxtiyar Hacıyevin iyulun 20-si evimə etdiyi basqınla bağlı polisə müraciət etmişəm, amma hələ bir nəticə yoxdur. Verilən məlumata görə istintaq davam edir ”-deyə, Ülviyyə Alovlu açıqlama verib”. Ülviyyə Muradova onun ailə üzvlərinə icazə olmadan zəng edərək, onların icazəsi olmadan səslərini yazmış, qeyd etmiş və sosial şəbəkələrdə dəfələrlə paylaşmışdır. Bununla da ailəsini təhqir hədəfinə çevirmiş, təhqir edən şəxslərə dəstək verərək bu təhqirlərin daha da artmasına təşviq etmişdir. Eyni zamanda Ülviyyə Muradova barəsindəki yalan və böhtan dolu məlumatları KİV-də yaymaq, daha çox insana çatdırmaq üçün müxtəlif şəxslərə zəng etmiş, ödəniş edərək facebook reklamlarında çıxarmağa çalışmışdır. Bir neçə məlumatı ödənişli reklama qoyaraq daha çox insana çatdırmaqla onun haqqındakı böhtan və təhqirlərini daha geniş auditoriyaya çatdırmağa cəhd etmiş, bununla da onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə ləkə yaxmağa çalışmış, ona qarşı fiziki hücuma təhrik edən davranışlara əl atmışdır. Bu və digər sübutlar göstərir ki, Ülviyyə Muradova 2021-ci ilin iyul ayından etibarən ona və ailə üzvlərimə qarşı hədə-qorxu ilə tələbetmə, təhqir, böhtan (bəzi hallarda ağır cinayətlərdə ittiham), şəxsi həyatın toxunulmazlığının pozulması kimi cinayətlər törətmişdir. Bu və digər sübutlar göstərir ki, X9 onun barəsində bilə-bilə böhtan və təhqirlərə yol vermişdir, onu ağır cinayətləri törətməkdə ittiham etmişdir. Eyni zamanda ona qarşı hədə-qorxu ilə tələbetmə cinayət əməlini, ailə üzvlərinin isə telefon danışıqlarını onların icazəsi olmadan yazaraq və yayaraq onların şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Odur ki, yuxarıdakı göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2, 88.1.3, 204.1, 293.3.1-293.3.7-ci maddələrinin tələblərini nəzərə alaraq, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X8 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusi ilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barəsində böhtan xarakterli yalan məlumatlar yaymış X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni, şikayətdə göstərilən və ərizəyə əlavə edilmiş “Facebook” sosial şəbəkəsindən edilən çıxarışda göstərilən həmin profilin X4 məxsus olmasına dair sübutlar təqdim edilməmiş, bundan əlavə şikayətin verildiyi yer göstərilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-nin 302.1-ci maddəsinə əsasən məhkəmə şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. (293.3.3 - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi. 293.3.6 - şikayətin verildiyi tarix (il, ay və gün) və yer) Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar