Məhkəmə qərarları › İş №1(004)-355/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-355/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-355/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmamış, işləməyən və Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki gündəlik evlərdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 7 fevral 2025-ci il tarixdə səhər saatlarında satış məqsədi olmadan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Kubınka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,783 qram olan ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə - metamfetamin qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 12:20 dəqiqədə isə Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 56 nömrəli ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,783 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, artıq uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Bu onda artıq asıllıq yaratdığı üçün narkotik vasitə, yaxud psixotrop maddələrdən istifadə etməyəndə dözülməz ağrıları yaranır. Son vaxtlar ağrıları çox olduqca o, müxtəlif yerlərdən psixotrop maddə tapıb qəbul etməyə çalışmışdır. Belə ki, 07 fevral 2025-ci il tarixdə səhər saatlarında o, psixotrop maddə olan metamfetamin almaq üçün Bakı şəhəri, Nəsimi rayonundakı “Kubinka” adlanan əraziyə getmişdir. Orada üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün ağ rəngli kağıza bükülmüş və içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamin kimi bildiyi bir ədəd bükümü alıb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O, həmin psixotrop maddə olan metamfetamini cibində gizlədib piyada hərəkət etməyə başlamışdır. Həmin gün saat 12:20 dəqiqədə o, keçmiş tanışı Şahid1 ilə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 56 nömrəli ünvanın qarşısında rastlaşmışdır. Həmin qadınla birlikdə qeyd olunan ünvanda piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən hansı səbəbə saxlandıqlarını soruşduqda polis əməkdaşları hər ikisinin psixotrop maddənin təsiri altında olduqlarından şübhələndikləri üçün polis idarəsinə dəvət etmişlər. Keçmiş tanışı Şahid1 da psixotrop maddə qəbul etməsindən onun xəbəri olmuşdur. O, polis əməkdaşlarına etiraz etməmih və Şahid1 ilə birlikdə Yasamal Rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Orada onu xidməti iş otaqların birinə apararaq hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosundan Müdafiəçi1 vəkil kimi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçisinin iştirakı ilə ona təhqiqatçı, polis kapitanı X5 tərəfindən hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində hər hansı bir qeyri-qanuni əşyanın olması təqdirdə həmin əşyanın təqdim edilməsi təklif olunmuşdur. O, həmin vaxt üzərində olan psixotrop maddəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd ağ rəngli bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin ağ rəngli kağıza bükülmüş büküm onun iştirakı ilə açılan zaman bükümün içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. X1 bükümdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o, bükümdəki psixotrop maddənin metamfetamin olduğunu və psixotrop maddəni 07 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonundakı «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manat pul müqabilində alıb üzərində daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş büküm onun gözü qarşısında X7 tərəfindən içərisi boş olan zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və həmin zərfin üzərinə orada iştirak edən iki nəfər polis əməkdaşı, Müdafiəçi1 və özü tərəfindən imza atılmışdır. Bu barədə protokol tərtib edilmiş və o, iştirakçılarla birlikdə imzaları ilə həmin protokolu təsdiq etmişdir. O, əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə deyil, yalnız istifadə etməsi üçün özündə saxladığını etiraf etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin vaxt yanında olan Şahid1 üzərində psixotrop maddə olan metamfetamin olmasından xəbəri olmamış, həmçinin psixotrop maddə olan metamfetamin aldığını və üzərində saxladığını Şahid1 bildirməmiş, keçmiş tanışının isə bundan heç bir məlumatı olmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərədə tutulan yüngül cəza növünün seçilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda ailəsi ilə birlikdə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, hal-hazırda Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsini daşıyır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir düşmənçiliyi, ədavəti və yaxud qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitə və yaxud psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın bir daha yoxlanılması məqsədi ilə onun və Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə 07 fevral 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. O, həmin tarixdə saat 12:20 dəqiqədə əməliyyat qrupunun digər iştirakçısı Şahid3la birlikdə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 56 nömrəli ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkət edən və xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq, həmin şəxsə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar Təqsirləndirilən şəxs yanında olan tanımadıqları qadının da şəxsiyyətini dəqiqləşdirib, həmin şəxsin Şahid1 olduğunu müəyyən etmişlər. Bundan sonra o, digər iş yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və yaxud psixotrop maddələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirib Yasamal Rayon Polis İdarəsinə dəvət etmişlər. Saxladıqları şəxslərin hər ikisi etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinin inzibati binasına getmişlər. Orada xidməti iş otaqlarının birində təhqiqatçı, polis kapitanı X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqları ilə vəzifələri izah olunmuş və müdafiəçi kimi Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosundan Müdafiəçi1 dəvət olunmuşdur. Daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda X7 tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, həmçinin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən bir ədəd büküm Təqsirləndirilən şəxslə digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış davam etsə də, onun üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyriqanuni əşya, yaxud predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxslə digər iştirakçıların gözü qarşısında saxlanılan şəxsin təqdim etdiyi içərisində metamfetaminə bənzər kütlə olan ağ rəngli kağıza bükülmüş bir ədəd büküm X7 tərəfindən içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Baş vermiş cinayət hadisəsi ilə bağlı X7 tərəfindən protokol tərtib edilmiş və o, digər iştirakçılarla birlikdə tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd bükümün içərisində olan maddənin konkret nə olması və haradan əldə etməsi soruşulduqda o, üzərindən aşkar olunmuş bükümdəki olan psixotrop maddənin metamfetamin olduğunu və psixotrop maddəni 07 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonundakı «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manata alıb üzərində daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da cinayət işi üzrə digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 8 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 12:20-dən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 20). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 7 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (İ/V.31-32). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 07 fevral 2025-ci il tarixdə saat 14:20-dəqiqədə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 xidməti iş otağıdır. Videogörüntüdən müəyyən edilir ki, sənədləşməni aparan Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X4r, onun qarşısındakı masa arxasında sağ tərəfdə əyləşmiş şəxs isə Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi1dur. Xidməti iş otağında olan masanın sol tərəfində əynində qara rəngli cins şalvarı, narıncı rəngli jaketi, qara rəngli gödəkçəsi, başında isə qara rəngli papağı olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs sol və sağ tərəflərində dayanmış şəxslər adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid3dur. Videoçəkilişin davamında təhqiqatçı X5, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, həmçinin ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlini cibinə salaraq, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bir ədəd bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm iştirakçılarla sonuncunun gözü qarşısında açılır və həmin bükümün içərisində ağ rəngli, kristal şəkilli maddənin olması aşkar olunur. Təqsirləndirilən şəxs həmin maddəni «şüşə» kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs psixotrop maddəni 07 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən on manat pul müqabilində aldığını və üzərində daşıyaraq, həmin gün saat 12:20 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 56 nömrəli evin qarşısında piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağıza bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan videogörüntüdəki şəxslərin gözü qarşısında X7 tərəfindən qablaşdırılaraq içərisi boş ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi1 və iki nəfər polis əməkdaşı tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2025-ci il tarixli, 6/566/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs Rasim oğlu (imza)” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,783 qram olan ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (İ/V.40-45). “Qətimkan tədbirinin seçilməsi haqqında” 9 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 69-70). Azərbaycan Respublikası DİN BƏSİİ-dən əldə edilmiş 03 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V.89). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 30 aprel 2025-ci il tarixli, 2479 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V.113-114). Axtarışda olan şəxsin müəyyən edilərək tutulması barədə 28 aprel 2025-ci il tarixli protokoldan görünür ki, əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq RPİ-nin 28-ci PŞ-nə gətirilmişdir. (İ/V.103). Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmidir və Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir(İ/V.109-110).. “Sübutların qiymətləndirilməsi haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,783 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 0,733 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “CD-R" diskə iş üzrə maddi sübut kimi qiymətləndirilmişdir. (İ/V. 118-124). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X6 himayəsində 2013 və 2014-cü il təvəllüdlü Fatimə və Rasim adında iki azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmədə etiraf etməsi halını, həmin cinayət əməlindən peşman olmasını bildirməsini və himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində iki azyaşlı övladının olması hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə daha ciddi cəza növünün tətbiq edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Bu qənaətə gələrkən məhkəmə həmçinin o halı nəzərə alır ki, daha ciddi cəzanın təyin olunması halında təqsirləndirilən şəxsin himayəsində olan iki azyaşlı uşağının təlim tərbiyyəsinə habelə onların güzaranlarına mənfi təsir göstərə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün və xx.xx.2025-ci il tarixindən hazıradək həbsdə saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət olmaqla ümumilikdə 02 ay 19 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxsnın cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxsnın haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxsnın haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 80 (səksən) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxsya narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxsya məxsus, tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,733 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu 02 gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 gün cəmi 04 (dörd) gün müddət, habelə xx.xx.2025-ci il tarixindən hazıradək həbsdə saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət olmaqla ümumilikdə 02 ay 19 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 05 (beş) ay 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Astara rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,733 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar