Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-358/2024 23.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmayan, işləməyən, evli, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 135 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 10 fevral 2024-cü il tarixdə səhər radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilərək qeyd etmişdir ki, təxminən bir müddətdir ki, narkotik vasitələr və psixotrop maddələr qəbul edir və hazırda narkotik vasitə alüdəçisidir.10 fevral 2024-cü il tarixdə səhər saatlarında «Kubinka» adlanan əraziyə gedərək orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün bir ədəd şəffaf selofana bükülmüş vəziyyətdə psixotrop maddə hesab olunan metamfetamin almış və istifadə etmək üçün əynindəki açıq bej rəngli şalvarın sağ yan cibində gizlədərək saxlamışdır. Həmin tarixdə təxminən saat 12:30 radələrində yaşadığı ünvan 3 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğunu deyərək onu Bakı şəhəri, Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə Polis İdarəsinə getmişdir. Orada xidməti otaqların birində, dəvət olunmuş müdafiəçi və onu saxlamış polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Həmin vaxt o, üzərində olan bir ədəd bükümdə olan psixotrop maddəni könüllü olaraq çıxarıb polis əməkdaşına təqdim etmişdir.Daha sonra aşkar olunmuş maddə ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol onun özü və bütün iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs, həmçinin ifadəsində qeyd etmişdir ki, 070 ***-**-** nömrəli mobil telefon istifadə edir, 10 fevral 2024-cü il tarixdə aldığı psixotrop maddə olan metamfetamini heç bir şəxsə satmamış və hədiyyə etməmiş, üstündən aşkar olunmuş psixotrop maddəni bədənində olan ağrılara görə öz şəxsi istehlakı üçün əldə etmişdir.Ona psixotrop maddə metamfetamini satmış şəxsin hər hansı bir anket məlumatlarını bilmir, həmin şəxsi Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə görmüş, sifət cizgiləri tam yadında qalmamışdır. Psixotrop maddəni əldə edərkən özü tək olmuş,onunla digər başqa şəxs olmamışdır. Bundan əvvəl və xx.xx.2024cü il tarixdə aldığı psixotrop maddə olan metamfetaminin qalıqları hər hansı bir yerdə və ya yaşadığı evdə qalmamış,narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis idarəsinə aparılarkən ona qarşı hər hansı fiziki zor, psixi təzyiq göstərilməmişdir.İstifadəsində olan mobil telefonuna dost tanışları və yaxın əhatəsində olan insanlardan zənglərin və mesajların daxil ola bilməsini mümkün hesab etsə də, həmin mesajların gəlməsini xatırlamır və o, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal RPİ-nin NBM-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 fevral 2024-cü il tarixdə xx.xx.1984-cü ildə ünvan 4 ünvanda qeydiyyatda olmaqla və orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat haqqında dərhal Yasamal RPİ-nin NMB-nin rəhbərliyinə məruzə edilmiş və məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid1 və məndən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün Şahid1 ilə birlikdə polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirmiş və həmin gün saat 12:30-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 5 ünvanın qarşısında saxlamışlar. Həmin şəxsi saxlayıb, şəxsiyyəti ilə maraqlanmış və onun xx.xx.1984-cü ildə ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyən edildikdə onun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin istifadəsində şübhəli olduğu, onlarla birlikdə Yasamal RPİ-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs imtina etmədən onların təklifi ilə razılaşmış və birlikdə Yasamal RPİnə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Yasamal RPİ-nə gətirilməsi barədə raportla bölmə rəhbərliyinə məruzə edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxslə bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin baş təhqiqatçısı polis mayoru Əli Məmmədova həvalə olunmuşdur. Bununla bağlı, baş X9 tərəfindən Yasamal RPİ-nin TŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da maddi imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Bundan sonra göstərilən büronun vəkili Müdafiəçi1 dəvət olunduqdan sonra X9 onu Təqsirləndirilən şəxsa təqdim etmiş və sonuncu onun hüquqi yardımından imtina etməmiş və etirazını bildirməmişdir. Daha sonra X9 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs üstünə axtarış və götürmə keçirməyə başlanılmışdır. Beləliklə, X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra X9 video yazan texniki vasitə kimi mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxararaq təqdim etmiş və X9 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan, hansı məqsədlə əldə etməsi barədə sorğu edilərkən o, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, bu maddəni həmin gün səhər radələrində “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X9 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd bükülünün içərisində ağ rəngli, kristal şəkilli maddə vardır. Bundan sonra X9 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə apardı, lakin Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra isə aşkar olunmuş maddə zərfə qoyularaq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə apanlarkən ona qarşı hər hansı bir təzyiq və yaxud da fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə onlarda heç bir məlumat olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişlər. İş üzrə dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır və heç bir əlaqəsi olmayıb. Əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur, sonradan tərgitmişdir. Hal-hazırda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cəza çəkir. O, narkotik satan adamları tanımır. Yazışmalar barədə heç bir məlumatı yoxdur. 2024-cü ilin mart ayının 16-dan həbsdədir. Həbsdən yeni çıxdığı zaman, heç yerdə işləyə bilmədiyindən, ac susuz qalmış, ehtiyacları olduğundan telefon oğurlamışdı. Təqsirləndirilən şəxslə onun arasında heç bir mesajlaşma olmayıb. O, təxmin edir ki, həmin nömrəni itirdikdən sonra kimsə götürüb həmin nömrədən istifadə edib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə baş təhqiqatçı, polis mayoru Əli Məmmədov tərəfindən Yasamal RPİ-nin TŞ-də xidməti otağında Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştiraklarında xx.xx.1984-cü ildə ünvan 4 ünvanda qeydiyyatda olmaqla və orada yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməyə başlanılmış, X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra X9 video yazan texniki vasitə kimi mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxararaq təqdim etmiş və X9 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan, hansı məqsədlə əldə etməsi barədə sorğu edilərkən o, həmin bükümün içərisindəki maddənin metamfetamin olduğunu, bu maddəni həmin gün səhər radələrində “Kubinka”deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. X9 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirilən zaman müəyyən olundu ki, təqdim edilmiş bir ədəd bükülünün içərisində ağ rəngli, kristal şəkilli spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər maddə vardır. Daha sonra isə aşkar olunmuş maddə zərfə qoyularaq möhürlənib götürülmüşdür. (i.v. 32-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 11 fevral 2024-cü il tarixli 3-16-16/2-6/821 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №42» dairəvi möhür əksləri “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə...’’yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Həmçinin rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisi: 0,431 qram,tədqiqata sərf edildi:0,05 qram, qalıq -0,381 qram göstərilmişdir.. (i.v. 39-43) “Diskə baxış keçirilməsi haqqında” 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd diskdə Təqsirləndirilən şəxs üzərinə sonuncunun hüquqlarını müdafiə edən Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1,Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı,polis myoru Əli Məmmədov tərəfindən şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. DVD markalı diskinin yaddaşına videogörüntülər 01 ədəd faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş video görüntü izlənilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədov tərəfindən izah olunmaqla ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsinin təklif edildiyi, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxararaq təqdim etdiyi və X9un şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması,nə vaxt, haradan, hansı məqsədlə əldə etməsi barədə sual verdiyi, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin metamfetamin olduğunu, həmin gün səhər saatlarında “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını və sonradan istifadə etmək üçün üzərində saxladığını bildirdiyi, X9 tərəfmdənTəqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirildiyi və bükülünün içərisində ağ rəngli, kristal şəkilli maddənin olduğu,həmin maddənin zərfə qoyularaq möhürlənib götürüldüyü, S. Allahverdiyev, müdafiəçisi və iştirakçılar tərəfindən tanış olmaqla imza edildiyi müəyyən olunmuşdur. (i.v. 51-52) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış aparılarkən qeydə alınmış videogörüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş psixatrop maddənin öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsi müəyyən edilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,431 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş 1 ədəd DVD disk, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə aid məlumatların ələ keçirilməsinə dair "xxxx" MMC-dən AZF/LGL-2539/24 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 01 ədəd CD-disk maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 0,381 qramlıq qalıq çəkidən ibarət hissəsi Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 1 ədəd DVD və 1 ədəd CD diskləri cinayət işinin materiallarına əlavə edilərək saxlanılmışdır. (i.v. 148-158) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2024-cü il tarixli 1290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannanbinoidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 98-99) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 1(004) 358/2024 saylı qərarına əsasən təyin olunmuş ekspertizanın 30 sentyabr 2024-cü il tarixli 4/1096 seriyalı rəyindən görünür ki, 1.1. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 83-85-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli şahidin dindirilməsi protokolunun 1-ci və 2-ci vərəqlərində olan imzalar - Şahid1 tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 86-88-ci vərəqələrində olan xx.xx.2024-cü tarixli şahidin dindirilməsi protokolunun 1-ci və 2-ci vərəqlərində olan imzalar – Şahid2 tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 83-85-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli şahidin dindirilməsi protokolunun 3-cü vərəqində “Şahid1” yazılarının qarşısındakı imza - Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 86-88-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli şahidin dindirilməsi protokolunun 3-cü vərəqində “Şahid2” yazılarının qarşısındakı imza - Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)- 358/2024 nömrəli qərarına əsasən ***-***-**-** və ***-***-**-** nömrəli sim-kartın kimin adına və nə vaxtdan rəsmiləşdirilməsi (abonentin anket məlumatları) göstərilməklə, həmin sim-kart üzrə 01 yanvar 2024-cü il tarixdən 14 aprel 2024-cü il tarixədək daxil olan və çıxan zənglər, (həmçinin gizli zənglər), daxil olan və çıxan qısa mesajlar barədə məlumatlar, SMS mətnləri, qeyd olunan nömrələrə daxil olan və çıxan zənglərin əhatə dairəsi, yəni antenaların yerləşdiyi ünvan, SMS və zənglərlə bağlı bütün nömrələrin abunəçiləri barədə məlumatlar "xxxx" MMC və “Azərfon MMC”-dən götürülmüşdür. "xxxx" MMC-dən daxil olmuş cavaba əsasən müəyyən olunmuşdur ki, ***-***-**-** mobil nömrə həmin dövrdə X6 məxsusdur. Sonradan dövlət ittihamçısı vəsatət verərək, həmin şəxsin şahid qismində dindirilməsini xahiş etmişdir. “Azərfon MMC”-dən daxil olmuş cavaba əsasən ***-***-**-** mobil nömrə X4 məxsusdur. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrə ilə istifadə olunan telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi haqqında Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(004)- 215/2024 nömrəli qərarı əsasında "xxxx" MMC-dən AZF/LGL-2539/24 nömrəli müşaiyət məktubu ilə daxil olmuş 01 ədəd CD diskə baxış keçirərkən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərdəki məlumatlarda Təqsirləndirilən şəxs oğlunun xx.xx.2023-cü il tarixdə saat 21:21:58 ***-***-**-** nömrəsindən “Qaqa yarım kola lazımdı.Yaxın uşaq var onunlayam, Memmedağaya zəng vur tez gəlsin evə. Gəlim Götürüm de.,xx.xx.2024-cü il tarixdə saat 21:27:01-də ***-******* telefon nömrəsindən “Samir nooldu qaqaş? 1 atımlıq barıtın var e senində temanı atırsan vse itirsən. Alnır ya yox.? Mendede pul var Şey çekmey istirem” məzmunda mesajlar daxil olmuşdur. (i.v. 104- 108) "xxxx" MMC-dən daxil olmuş məhkəmə istintaqında götütürülmüş məlumatlar araşdırılarəkən 01 yanvar 2024-cü il tarixdən 14 aprel 2024-cü il tarixədək olan müddət ərzində daha əvvəl ibtidai istintaqda müəyyən edilmiş yuxarıda qeyd edilən 2 SMS-dən başqa Təqsirləndirilən şəxs ünvanlanmış və ya onun cavab verdiyi iş üçün heç bir əhəmiyyətli SMS aşkar edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə yəni, satış məqsədi ilə qanunsuz olaraq psixatrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilmişdir. Məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixatrop maddə olan metamfetamini əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin psixatrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin, Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin və ya psixatrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq psixatrop maddə olan metamfetamini əldə etmə, daşıma və saxlama ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncuya gəlmiş üç sms olmasından irəli gələn ehtimal və subyektiv mülahizəyə əsaslanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş psixatrop maddə olan metamfetaminə münasibətdə ilkin olaraq Təqsirləndirilən şəxs barəsində 11 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmiş sonradan hər hansı əsas olmadan həmin psixatrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs tərəfindən şəxsi istehlakı üçün deyil onun niyyətinin satış məqsədi olması ilə bağlı nəticəyə gəlib barəsində istintaqı aparılan cinayət işini 15 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif etmişdir. Lakin, nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə də ki, əməliyyat tapşırığı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixatrop maddə olan metamfetamini kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Məhkəmə istintaqında həmin smslərlə bağlı araşdırma aparılmış və həmin sms-lərə təqsirləndirilən şəxs tərəfindən heç bir cavabın göndərilmədiyi müəyyən edilmiş, yəni , Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli 8 saylı qərarında da müəyyən edildiyi kimi, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsi, təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və s. hallar müəyyən olunmamışdır. Bundan başqa həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında ifadə verən iş üzrə şahidlər polis əməkdaşları Şahid1 və Şahid2 bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə onlarda heç bir məlumat olmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid2 və Şahid1 məhkəmə baxışı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı şəxslərə narkotik və ya psixatrop maddələrin satması ilə bağlı əməliyyat məlumatının olmadığını bildirmişlər. Məhkəmə araşdırması zamanı şahidlər Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaqda təqsirləndirilən şəxsin psixatrop maddənin satışı ilə bağlı məlumatlarının olmasına aid izahatlardakı imzaların onlara məxsus olmaması ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün xətşünaslıq eksperetizası keçirilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin psixatrop maddənin satışı ilə bağlı məlumatlarının olmasına dair sual-cavabın olduğun sonuncu səhifədəki (85 və 88-ci səhifələr) imzalar şahidlərə məxsus deyildir. Bundan başqa iş üzrə əlavə şahid qismində dindirilmiş sms yazan nömrənin sahibi X8 da dindirilərkən də S.Abdullayevi tanımadığı, ona xx.xx.2023-cü il tarixdə saat 21:21:58 ***-***-**-** nömrəsindən “Qaqa yarım kola lazımdı.Yaxın uşaq var onunlayam, Memmedağaya zəng vur tez gəlsin evə. Gəlim Götürüm” məzmunda mesajlar göndərmədiyi, həmin nömrəni işlətmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar müəyyən edilməmişdir. Belə ki, təqsirkarın psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin və ya psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 10 fevral 2024-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitə və ya psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddəni ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və psixotrop maddəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Məhkəmədə həmçinin iş materiallarında olan Yasamal rayon Polis İdarəsinin 10 fevral 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrindən də görünür ki, Yasamal RPİ-nə NMB-ə xx.xx.1984-cü il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Bu xüsusat məhkəmə istintaqında şahid qismində ifadə verən polis əməkdaşları tərəfindən də təsdiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2024-cü il tarixli 1290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuş, həmçinin həm narkotik vasitələrin, həm də psixatrop maddələrin qəbulundan psixi və fiziki asılılğının olması müəyyən edilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə ilə sidik nümunəsində eyni olması sonuncunun həmin psixatrop maddənin öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması, həmçinin narkotik vasitə və ya psixatrop maddələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə psixatrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, iş üzrə şahidlərin imzaları saxtalaşdırılmış, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, 10 fevral 2024-cü il tarixdə səhər radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,431 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 83cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixatrop maddə olan metamfetaminin təmiz çəkisi 0.431 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisi 0.431 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli 8 saylı qərarına əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 21) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və o, dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 67- 69) “Qətimkan tədbiri seçmə barədə” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 143) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 135-139) Elektron Məhkəmə Sistemindəki çıxarışdan görünür ki, xx.xx.2010 təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.2008-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Şəfa Ocağı diaqnostik-müalicəvi tibb mərkəzinin təqdim etdiyi Exodoppleroqrqafiya müayinəsi arayışdan görünür ki, 2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs anadangəlmə ürək qüsurludur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində serebral iflic xəstəliyi olan Amid Allahverdiyev və anadangəlmə ürək qüsurlu Sadiq Allahverdiyev adlı 2 övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 10 fevral 2024-cü il tarixdən - 12 fevral 2024-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 13 aprel 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 şəxsi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 1290 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0.381 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk və 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci –192 (bir yüz doxsan iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdən - 12 fevral 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalmış 0.381 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd ədəd DVD disk və 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 192 (bir yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-358/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-358/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver