Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-358/2025 01.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Seyidovun sədrliyi, Sərməst Faiq oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə xeyli miqdarda 7,61 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 ünvanının qarşısına daşımış, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən o, 08 aprel 2025-ci il tarixdə saat 21:30-da Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 ünvanının qarşısında şübhəli bilindiyindən saxlanılaraq, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət edilmiş və 08 aprel 2025-ci il tarixdə, saat 22:45-dən etibarən 29-cu Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 7,61 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə qəbul etmişdir. Əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 100 manata 1 ədəd şəffaf sellofana bükülü vəziyyətdə «marixuana» adlandırılan maddə almışdır. Aldığı marixuananı sonra qəbul etmək məqsədi ilə saxlamaq üçün cibinə qoyub daşımışdır. Bir müddət orada olan çayxanalardan birində əyləşmişdir. Yasamal rayonu ərazisində küçədə nömrəsini bilmədiyi binanın yanında olarkən polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları onu şübhəli şəxs qismində polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, şübhəli şəxs qismində saxlanılmışdır. Müdafiəçi gəldikdən sonra onun üzərinə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla axtarış keçirilmişdir. Axtarış zamanı o, əynində olan şalvarın cibindən 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə «marixuana» adlandırılan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümün içərisində olan kütlənin nə olduğunu soruşmuşlar. O da həmin kütlənin narkotik maddə «marixuana» olduğunu bildirmişdir. O, narkotik vasitəni aldığı şəxsi tanımamışdır. Həmin şəxsin atdığı konum əsasında narkotik vasitəni gedib götürmüşdür. Deməsinə görə həmin şəxs iranlı olmuşdur. Üzərindən aşkar edilmiş «marixuana» adlanan narkotik maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman bir ədəd mobil telefon olmuşdur. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat üzrə əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 aprel 2025-ci il tarixdə axçam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmişlar. Bundan sonra vəkilin iştirakı ilə video çəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və mobil telefonu, əynindəki gödəkçənin ciblərindən isə 2 qutu siqaret qutularını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi bükümün içərisində “marixuana” kimi tanıdığı narkotik vasitənin olmasını, həmin narkotik vasitəni 08 aprel 2025-ci il tarixdə saat 13 radələrində Yasamal rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 100 manata öz şəxsi istifadəsi üçün alaraq əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmçinin 01 ədəd mobil telefon da götürülərək qablaşdırılmışdır.Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilsə də, narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Şahid Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 aprel 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofanda bükülmüş yaşıl rəngli, ot şəkilli, bitki mənşəli olan maddəni təqdim edərək bildirdi ki, həmin maddə “marixuana” kimi narkotik maddəni xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Yasamal rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 100 manata almış, sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır, sol yan cibindən M-Horse markalı qara rəngli mobil telefon, əynindəki gödəkcənin sağ və sol yan cibindən 2 qutu Vincestor markalı siqaret təqdim etmişdir. 1 ədəd telefon götürüldü, 2 qutu siqaret özünə qaytarıldı. xx.xx.2025-ci il tarixdə saat 21.30 dəqiqədə polis əməkdaşları tərəfindən Yasamal rayonu, Moskva prospekti 73 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər maddə bir ədəd şəffaf sellofana bükülmüş, yaşıl rəngli, bitgi mənşəli narkotik vasitə olan marixuanaya bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi (i.v. 30-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 09 aprel 2025-ci il tarixli, 7/556 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi - 7,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 42-45). “Diskə baxış keçirilməsi haqqında” 13 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X13, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, tərtib olunmuş «şəxsi axtarış və götürülmə aparılması haqqında» xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə «GOLD» yazısı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “Hp” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və iki nəfər polis əməkdaşının iştirakları ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü və əynindəki cins şalvarın sol yan cibindən “M-Horse” markalı qara rəngli mobil telefonu, əynindəki gödəkçənin sağ və sol yan ciblərindən isə 2 qutu “Vincestor” markalı siqaret qutularını çıxarıb masanın üzərinə qoymaqla təqdim edir və həmin bükümün içərisində narkotik vasitə marixuana olmasını, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 100 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açılıb içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, ot şəkilli, bitki mənşəli kütlə olması müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 72). “Baxış keçirilməsi haqqında” 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu icraatında olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında baxış keçirilən zaman götürülmüş bir ədəd qara rəngli «M-Horse» markalı mobil telefona baxış keçirmiş, baxış zamanı həmin mobil telefonun yaddaşında iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir (i.v. 94). 24 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, X14 həmin qəbzi Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, Pərvin Səfərliyə ondan ötrü ki, İstintaq şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə əri Təqsirləndirilən şəxs məxsus 01 ədəd «M-Horse» markalı mobil telefonu işlək vəziyyətdə təhvil almışdır (i.v. 95). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 daxil olmuş 29 aprel 2025-ci il tarixli, 3-28-29/2-4248/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 96). “Maddi sübut kimi tanıma haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 7,61 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması, ekspertiza tədqiqatdan sonra xalis çəkisi 7,56 qram narkotik vasitə qurudulmuş marixuananın qərarla birlikdə, saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (i.v. 97-98). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 daxil olmuş 25 aprel 2025-ci il tarixli, 1/2008 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib (i.v. 103). “Diskə baxış keçirilməsi haqqında” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X13, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, aşkar edilərək götürülmüş mobil telefonun üzərində olan ***-***-**-** saylı GSM nömrəsinə daxil olan və çıxan zəng və digər məlumatlarla bağlı alınmış məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş 01 ədəd diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «CD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə «Verbatim» yazısı həkk olunmuş və əl yazısı ilə 5291 nömrəsi qeyd edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “Hp” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, diskin daxilində iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir yazışma, sms mətni və zənglər barədə məlumatların olmaması müəyyən edildi. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 106). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator X2 09 aprel 2025-ci il tarixli, 1969 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (i.v. 108-109). “Sübutların qiymətləndirilməsi haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması və həmin tarixdə Yasamal rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinin hazırki iş üzrə nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi onun cəzasını ağırlaşdıran halın olmasının nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etməsinin Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən materialın ayrılaraq, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsinin bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü olan bir ədəd «DVD-R» formatlı diskin maddi sübut hesab edilməsi və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş, təmiz çəkisi 7,61 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq 7,56 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə ilkin araşdırma materialları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə F.kspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16/16/2-7/556/2025 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X2 xx.xx.2025-ci il tarixli 1969 nömrəli rəyi, «şəxsi axtarış və götürülmə aparılması haqqında» xx.xx.2025-ci il tarixli protokol, «diskə baxış keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli protokol, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsi bütün sübutlar məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, qərar barəsində maraqlı tərəflərə məlumat verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 115-123). “Cinayət işinin materiallarından başqa material ayrılması haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirini təsdiq edən kifayət qədər sübutların toplandığını və cinayətin digər iştirakçısının istintaqa cəlb edilməsinin qeyrimümkünlüyünü, həmçinin cinayət işinin hərtərəfli, tam, obyektiv və xarakterinə görə ayrıca baxılmasının mümkün olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddəni əldə etdiyi şəxs(lər) barəsində cinayət işindən materialın ayrılaraq, aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə göndərilməklə araşdırma aparılması qərara alınmışdır (i.v. 125-126). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 05 qram olan marixuana xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlama və icraata qəbul etmək haqqında” 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılması və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 08 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2025-ci il tarixdə, saat 21:30 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 20). “Törədilmiş cinayət haqqında materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan materialın istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır (i.v. 47). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 52). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-294/2025 saylı, 10 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 67-71). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 68.2.7-ci maddələri tətbiq edilməklə 02 il 02 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə ona 01 il şərti sınaq müddəti təyin edilmiş, həmçinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3, 71.5, 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə və 2800 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış və xx.xx.2022-ci ildə vaxtından əvvəl şərti azad edilmiş, bundan başqa Astara Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 304.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respuiblikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə 11 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cəzadan azad olunmuş, AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 66.3-cü maddələri ilə olan müddəalar xaric edilməklə, 10 il 04 ay müddətə azadlıqdan məhrumetmə və 2800 manat cərimə cəzası qüvvəsində saxlanılmış, həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 fevral 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317.2.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir (i.v. 80-82). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1745/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən məhkum Ağayev X8 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş cəzadan həmin əməl cinayət hesab olunmadığından azad edilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 və 66.3-cü maddələrinə dair müddəaların xaric edilməsi, Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.3-cü maddələri ilə təyin edilmiş 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, həmin cəzanı CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 02 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən, 2800 manat məbləğində cərimə cəzası ilə tamamilə birləşdirərək Təqsirləndirilən şəxs qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzasının təyin edilməsi və hökmün qalan hissədə dəyişdirilməməsi, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 304 2.1ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasını CM-nin 66.5 və 66.3-cü maddələrinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən, 2800 manat miqdarında cərimə cəzası ilə tam toplayaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2800 manat cərimə cəzasının saxlanılması və hökmün qalan hissədə dəyişdirilməməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını CM-nin 66.5-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin xx.xx.2015-ci İl tarixli hökmü ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən, 2800 manat miqdarında cərimə cəzası ilə tam toplayaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2800 manat cərimə cəzasının saxlanılması və hökmün qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır (i.v. 83-87). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-254/2014 saylı, 08 dekabr 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasına, CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən şərti məhkum etmə cəzası ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyun 2013-cü il tarixli hökmü ilə ona təyin olunmuş 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən, 2800 (iki min səkkiz yüz) manat məbləğində cərimə cəzası tamamilə hazırkı hökmlə birləşdirilərək qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 2800 manat məbləğində cərimə cəzasına məhkum edilməsi, CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 16 yanvar 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-173/2015 saylı, 14 avqust 2015-ci il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3, 177.2.1, 177.2.2 və 177.2.3 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli, 1 (089)-254/2014 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli, 1(089)-254/2014 nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X6 apellyasiya şikayətlərinə əsasən dəyişdirilməməsi qərara alınmışdır. 08 sentyabr 2015-ci il tarixli göstərişin surətindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü ıl tarixli 1(089)-254/2014 nömrəli hökmü ilə məhkum Təqsirləndirilən şəxs 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 2800 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü Şirvan Apellyasiya Məhkəməsinin 14 avqust 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış və qanuni qüvvəyə minmişdir. Hökmün surəti 10 dekabr 2014-cü il tarixdə Bakı istintaq Təcridxanasına göndərilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənəd cinayət işinə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 225/04 nömrəli məktubdan görünür ki, Lənkəran ACM-nin xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş cərimə cəzası xx.xx.2022-ci il tarixdə, barəsində olan Nizami rayon məhkəməsinin 7(007)-1240/2022 saylı xx.xx.2022-ci il hökmünə əsasən vaxtından əvvəl şərti cəzası isə xx.xx.2023-cü il tarixdə tam icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-46959/2025 nömrəli məktubdan görünür ki, Ağayev X8 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilmiş, sonradan Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı ona təyin edilmiş cəzanın çəkilməmiş 1 il 5 ay 19 gün hissəsindən azad edilmiş, bundan sonra Nizami Rayon Məhkəməsinin 7(007)-1240/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 il 5 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Araşdırma zamanı o da məlum olmuşdur ki, qeyd olunan qərar xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsi tərəfindən aidiyyəti üzrə icra edilməsindən ötrü məhkumun yaşayış yeri üzrə Salyan rayon icra və probasiya şöbəsinə göndərilmiş və Təqsirləndirilən şəxs təyin edilmiş cəza xx.xx.2025-ci il tarixdə başa çatdığından o, sonuncu tərəfindən qeydiyyatdan çıxarılmışdır. Həmçinin araşdırma zamanı onun barəsində cərimə cəzasına dair hər hansı hökmün idarəyə daxil olmadığı da müəyyən edilmişdir. Astara Rayon Məhkəməsinin 1(018)-09/2015 saylı, 04 sentyabr 2015-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələri tətbiq edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il il tarixli, 1(089)-254/2014 saylı hökmü ilə ona təyin olunmuş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə qismən, 2800 (iki min səkkiz yüz) manat məbləğində cərimə cəzası isə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq - 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və 2800 (iki min səkkiz yüz) manat məbləğində cərimə cəzasının təyin olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 yanvar 2014-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi, həmçinin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Qanunvericiliyə görə residiv, şəxsə təyin olunan cəzanı ağırlaşdıran hüquqi nəticə doğurur. Lakin cəzanın təyin edilməsində yalnız ağırlaşdırıcı halın mövcudluğu ilə kifayətlənmək mümkün deyil, çünki CM-nin 58-ci maddəsinə əsasən, məhkəmə cəzanı təyin edərkən həm yüngülləşdirən, həm də ağırlaşdıran halların məcmusunu nəzərə almalı, cəzanı ədalətli şəkildə fərdiləşdirməlidir. İş üzrə materiallar sübut edir ki, təqsirləndirilən şəxsdən götürülmüş narkotik vasitə marixuana olmuşdur. Miqdarı 7,61 qram təşkil etmişdir ki, bu da şəxsi istehlak normasından bir qədər artıqdır. Məhkəmə hesab edir ki, narkotik vasitələrin siyahısında marixuananın təsir gücü ən zəif olanlardan biri olmaqla, onun qanunsuz dövriyyəsinin ictimai təhlükəliliyi yüksək təsirli narkotiklərlə müqayisədə daha azdır. Bu hal da təyin olunacaq cəzanın ağırlıq dərəcəsinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxs istintaq və məhkəmə dövründə törətdiyi əməli səmimi etiraf etmiş, peşmançılıq ifadə etmiş, davranışında səmimilik nümayiş etdirmişdir. Təqsirləndirilənin bu mövqeyi, həm onun islah olunma ehtimalını artırır, həm də cəzanın məqsədlərinə daha yumşaq formada nail olunmasını mümkün edir. Bütün bu hallar birlikdə nəzərdən keçirildikdə, məhkəmə belə qənaətə gəlir ki, hərçənd təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi mövcuddur və bu hal cəzanı ağırlaşdırır, lakin törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinin yüksək olmaması, marixuananın zəif təsirli narkotik olması, onun miqdarının nisbətən azlığı, təqsirləndirilənin əməlini etiraf etməsi və peşmançılıq göstərməsi kimi hallar yüngülləşdirici xüsusiyyətlər daşıyır. Ona görə də, təqsirləndirilən şəxsə CM-nin müvafiq maddələrinin sanksiyası çərçivəsində residiv nəzərə alınmaqla minimum həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab olunur. Belə cəza həm təqsirləndirilən şəxsin islah olunmasına, həm də gələcəkdə analoji cinayətlərin qarşısının alınmasına xidmət edir və cəzanın məqsədlərinə tam uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 7,56 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 165 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-358/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-358/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver