Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-359/2021 22.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5, xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 iyul 2021-ci il tarixdə saat 04:05 dəqiqədə ünvan 2 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan "xxxx" ASC-nin “İnşaatçılar” filialının nəzdində 24 saat fəaliyyət göstərən “ATM” bankomat və ödəmə terminalları yerləşən “7/24” sahəsinə daxil olaraq orada quraşdırılmış K0100974 saylı ödəmə terminalının üzərindəki dəmir qapağın kilid hissəsini özləri ilə gətirdikləri nazik dəmir boru vasitəsi ilə sındırmaqla terminalın saxlanc hissəsinə qanunsuz daxil olaraq oradan içərisində 38643 (otuz səkkiz min altı yüz qırx üç) manat məbləğində nağd pul vəsaitləri olan 01 ədəd üzərində “404” yazıları olan 400 manat dəyərində kaseti gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 39043 (otuz doqquz min qırx üç) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o müxtəlif yerlərdə quraşdırılmış “MilliÖn” adlanan terminalları sındıraraq oradan etdiyi oğurluq əməllərinə görə Yasamal Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli hökmü ilə 06 il müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2021-ci ilin iyun ayının sonlarında o, Qızıldaş qəsəbəsində yaşayan tanışı X23 ilə etdiyi söhbət zamanı onlar qərara gəlmişlər ki, Yasamal rayonu, Şərifzadə küçəsi, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən "xxxx"ın filialının yanında yerləşən 24 saat işləyən ATM və ödəniş terminalları olan hissədəki ödəniş terminalını sındırıb orada olan pulları oğurlasınlar. Bundan sonra onlar oradan oğurluq etmək üçün hazırlıq işləri görmüşlər. Bu məqsədlə o, yaşadığı evin yaxınlığında 1 ədəd ucu əzilmiş nazik dəmir boru tapmış, bir ədəd vintaçan alət və bir dəst fəhlə əlcəklərini əldə etmişdir. Bundan sonra, onlar Rəşad ilə qərarlaşmışlar ki, 03 iyul 2021-ci il tarixdə gecə saatlarında həmin yerə gedib ödəmə terminalından oğurluq etsinlər. 03 iyul 2021-ci il tarixdə saat 01 radələrində onlar Yasamal rayonu, Şərifzadə küçəsinə gəlmişlər və orada yerləşən "xxxx"ın filialının qarşısında, yolun əks tərəfində əyləşib həmin filialın qarşısını müşahidə etməyə başlamışlar. Təxminən saat 04 radələrində o, ətrafda heç kəsin olmadığını görüb filialın yanında yerləşən 24 saat işləyən ATM və ödəniş terminalları olan hissəyə daxil olmuşdur. Bu zaman Rəşad küçədə dayanıb ətrafı müşahidə etmişdir ki, polis və ya digər şəxslər gəlib-gəlmədiyini barədə onu xəbər etsin. Həmin vaxt onun üzərində bir ədəd nazik dəmir boru və bir ədəd vintaçan alət, üzündə qara rəngli tibbi maska və sol əlində ağ rəngli fəhlə əlcəyi olmuş, sağ əlində isə əlcək olmamışdır. İçəri daxil olduqan sonra o, dərhal sağ tərəfdə yerləşən "xxxx"ın ödəmə terminalına yaxınlaşmış və üzərində olan vinataçan alətlə həmin terminalın daxılkassetinin yerləşdiyi dəmir qapını bir qədər əyərək üzərində olan dəmir borunu salmaq üçün orada yer açmış, bundan sonra həmin terminalı itələyərək arxası üstə yerə yıxmış, sonra isə dəmir borunu terminalın dəmir qapısının arasına salaraq qapını aralamağa başlamışdır. Rəşad bir neçə saniyəlik içəri girərək ona köməklik etmək istəmiş, lakin o sonuncuya bildirmişdir ki, özü bacaracaqdır və Rəşaddan küçəyə çıxıb ətrafı müşahidə etməsini xahiş etmişdir. Bundan sonra o, həmin terminalın qapısının arasına saldığı dəmir borunun üstünə tullanmaqla qapını sındırmağa başlamışdır. Bunu edən zaman o iki dəfə yıxılmış, ikinci dəfə yıxılanda isə əlcəksiz olan sağ əli ilə yanında olan şüşəli örtüyə söykənmişdir ki, özünü saxlaya bilsin. Təxminən bir neçə dəqiqə ərzində o, həmin terminalın qapısını sındırmış və dərhal orada olan kasseti götürüb oradan küçəyə çıxaraq Rəşadla birlikdə filialın yerləşdiyi binanın arxa tərəfinə keçmişlər. Bundan sonra o, üzərində olan həmin vintaçanı, dəmir borunu və əlcəyi həmin binanın arxasında olan qaranlıq küçədə yerə tullamış və Rəşadla birlikdə yaxınlıqda yerləşən “Məsul” stadionunun yanına getmişdir. Orada onlar terminaldan çıxardığı kaseti açmışlar və həmin kasetin içərisində olan pulu bölüb, hər birinə təxminən 18.000 manat pul götürmüşlər. Bundan sonra onlar yaxınlıqdan keçən taksiyə əyləşmişlər və cinayətin izlərini itirmək məqsədi ilə həmin avtomobilin sürücüsünə Masazır dairəsi adlanan yerə getmək istədiklərini bildirmişlər. Həmin yerə çatdıqdan sonra o Rəşadla sağollaşmış və onlar ayrı-ayrı taksi ilə yaşadıqları Qızıldaş qəsəbəsinə getmişlər. O, evə gəldikdən sonra yataq otağına daxil olmuş və üzərində olan 18.000 puldan 15.000 manat pulu özünə məxsus “Dior” markalı pul qabının içərisinə yerləşdirərək həmin pul qabını yataq otağında olan çarpayının üzərinə sərilmiş döşəyin yastıq olan hissəsinin altında, pulun qalan hissəsini isə həmin döşəyin orta hissəsinin altında gizlətmişdir. Təxminən saat 08:00-da o həmin puldan təxminən 200 manat götürərək “Neftçilər” metrostansiyasının yaxınlığına getmişdir. Orada yerləşən telefon alqı-satqısı və təmiri mağazasında işləyən şəxsə telefon təmirinə görə borclu olduğu 156 manat pulu ödəmiş, sonra isə oradan taksi ilə evinə qayıtmışdır. O, taksilərə və xırda ərzaqlara görə təxminən 100 manat pul xərcləmişdir. Bundan sonra o, yaşadığı evə gəlib yatmış, təxminən günorta saatlarında pəncərə açıq olduğundan o, aşağıda səs eşidib oyanmış və dalınca polis əməkdaşlarının gəldiyini düşünərək mənzilin eyvan hissəsindən aşağı enərək oradan uzaqlaşmışdır. Oğurladığı pullardan cəmi 200 manat götürmüş qalan bütün pullar çarpayısının altında olmuş, lakin sonradan ona məlum olmuşdur ki, çarpayının altından cəmi 9898 manat aşkar edilərək götürülüb protokollaşdırılmışdır. Yekun olaraq o əməlindən peşiman olduğunu, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 08.04.2020-ci il tarixdən etibarən "xxxx" ASC-nin Hüquq və Komplayens İdarəsinin Hüquq və Komplayens Departamentinin Məhkəmələr və hüquqi təminat şöbəsinin hüquqşünası vəzifəsində işləyir. 03.07.2021-ci il tarixdə saat 04:04-də ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin İnşaatçılar filialının nəzdində fəaliyyət göstərən 7/24 sahəsində quraşdırılmış K0100974 saylı terminala müdaxilə olunması barədə "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında bankın Təhlükəsizlik Departamentinin əməkdaşları hadisə yerinə gedərək həmin ödəmə terminalına və həmin sahədə quraşdırılmış müşahidə kameralarına baxış keçirmişlər. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, iki nəfər naməlum şəxs 03.07.2021-ci il tarixdə saat 04:04-də həmin sahəyə daxil olaraq qeyd edilən terminala naməlum alətlə müdaxilə edib terminalın kilidini sındırmaqla oradan içərisində 38.643 manat məbləğində nağd pul olan 1 ədəd kaseti oğurlayaraq hadisə yerindən uzaqlaşmışlar. Sonradan məlum olmuşdur ki, həmin cinayət əməli Təqsirləndirilən şəxs və X23 tərəfindən törədilmişdir. Oğurlanmış həmin 1 ədəd kasetin dəyərinin 400 manat olmasını nəzərə alaraq, oğurlanmış 38643 manat məbləğində nağd pul ilə birlikdə hadisə nəticəsində "xxxx" ASC-yə ümumilikdə 39043 manat maddi ziyan dəymişdir. Əlavə olaraq, qeyd edilən terminalın seyf qapısının və üzərində olan kilidin sındırılması nəticəsində "xxxx" ASC-yə əlavə 150 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilmədiyini və həmin məbləğdə ödənişi tələb etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o 04.10.2019-cu il tarixdən etibarən Bakı şəhəri Yasamal rayon Mühafizə Xidmətində mülki mühafizəçi vəzifəsində işləyir. Onun xidmət etdiyi post Yasamal rayonu A.M.Şərifzadə küçəsi 162 saylı ünvanda yerləşən 14 mərtəbəli binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən "xxxx" ASC-nin İnşaatçılar filialının ofisidir. O, 18:00-dan postu qəbul edərək saat 09:00-dək xidmət edir. 02 iyul 2021-ci il tarixdə saat 18:00-da o xidməti postu qəbul edərək növbəyə daxil olmuş və xidmətdə olduğu zaman 03.07.2021-ci il tarixdə gecə saat 04:05 dəqiqədə bərk səs eşitmiş, sanki yaxınlıqda yerə ağır bir əşya düşmüşdür. Əvvəlcə o düşünmüşdür ki, həmin səs qonşu ticarət obyektlərinin birindən gəlir, sonra isə həmin səs təkrarlanmış və o, oturduğu mühafizəçi otağında olan müşahidə kameralarının monitoruna nəzər yetirdikdə görmüşdür ki, bankın giriş hissəsinin sol tərəfində yerləşən 24 saat fəaliyyət göstərən ATM bankomatları və ödəniş terminallarının quraşdırıldığı sahədə bir nəfər kişi cinsindən olan şəxs həmin sahənin sağ tərəfində quraşdırılmış ödəniş terminalını yerə aşırmış və həmin terminalın pul toplama daxılının kilid hissəsini dəmir alətlə açmağa çalışır. Bu zaman digər bir şəxs də bir neçə saniyəlik içəri daxil olaraq həmin şəxsə köməklik etməyə çalışmış və sonra həmin sahədən küçəyə çıxmışdır. O, kameranı yaxınlaşdırıb həmin şəxsin sifət cizgilərini yadda saxlamağa çalışsa da, sonuncunun üzündə maska olduğuna görə və onun qısa bir vaxt ərzində terminalın kilidini sındırıb kaseti götürərək oranı tərk etdiyinə görə bunu edə bilməmişdir. Həmin zaman o, dərhal "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinin 1169 saylı daxili nömrəsinə, daha sonra Yasamal rayon Mühafizə xidmətinin növbətçi hissəsinə zəng edib məlumat vermişdir. Özü isə xidməti postunu tərk edə bilməmişdir, çünki təlimata və bankın tələblərinə görə xidməti sahədə hərəkət detektorları siqnalizasiyası qoşulu olduğundan onun bankın içərisində hərəkətinə icazə verilmir. Bir müddət sonra isə hadisə yerinə polis əməkdaşları və bankın təhlükəsizlik departamentinin işçiləri gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O həyat yoldaşı, övladları, atası və anası ilə birlikdə yaşayır, Elmar isə həmin binada, lakin 8 saylı mənzildə yaşayır. Yay aylarında isti olduğundan o aşağı mərtəbədə yerləşən yəni Elmar yaşayan mənzildə qalır. 03 iyul 2021-ci il tarixdə səhər saatlarında o səs-küy eşitmiş və atası Bəxtiyar ilə birlikdə mənzildən çıxaraq görmüşlər ki, evin blokunda mülki geyimli şəxslər var. Həmin şəxslər özlərini onlara təqdim edərək polis əməkdaşları olduqlarını və Elmarın oğurluqda şübhəli olduğunu deyərək onu axtardıqlarını bildirmişlər. Bunu eşitdikdən sonra o, demişdir ki, yəqin qardaşı evdə yatır. Bundan sonra polis əməkdaşları o və onun atası ilə birlikdə yuxarı qalxıb qapını açıb mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra polis əməkdaşları onları mənzildən çıxararaq özləri yataq otağına baxış keçirmişlər. Baxış zamanı yataq otağında olan çarpayının altından müəyyən məbləğdə pullar aşkar edilmişdir, lakin onların təkidinə baxmayaraq polis əməkdaşları ona və atasına həmin pulların sayılaraq qablaşdırılmasında iştirak etməyə icazə verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əlibala oğlu digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini öz ifadəsi ilə bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, o, Yasamal Rayon Polis İdarəsini İstintaq Şöbəsinin müstəntiqi vəzifəsində işləyir. 03 iyul 2021-ci il tarixdə gecə saatlarında "xxxx" ASC-yə məxsus olan ödəniş terminalından oğurluq edən şəxsin aşkarlanması ilə bağlı həmin gün günorta saatlarında məlumat daxil olmuşdur. Məlumata əsasən həmin şəxs əməliyyat qrupu tərəfindən aşkarlanmış və onun yaşadığı mənzilə baxış keçirilməsi zərurəti yaranmışdır. Bundan sonra hadisə yerinə baxış keçirilməsi üçün ekspert ilə birlikdə həmin ünvana yollanmışlar. Həmin ünvana çatdıqda Təqsirləndirilən şəxs qardaşı Şahid2 icazəsi ilə mənzilə baxış keçirməyə başlamışlar. Həmin vaxt orada Elmarın atası və bir nəfər qonşu olmuşdur. Şahid2 çarpayını göstərək pulların həmin çarpayının altında olduğunu bildirmişdir. Oradan 9898 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs ifadə verərkən bildirmişdir ki, ümumilikdə ödəniş terminalının kasetində olan pulları yarı-yarıya böldükdən sonra hər birinə 18000 manatdan artıq pul qalmışdır. Elmarın dediyinə görə həmin puldan cəmi 200-300 manat xərcləmişdir. Mənzildən aşkar edilmiş 9898 manat Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına təhvil verilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs oğurladığı və yaşadığı ünvan 3 ünvanında gizlətdiyi pul vəsaitlərindən 7846 manat məbləğində olan hissəsinin gizlədildiyi yerdən naməlum şəxslər tərəfindən götürülməsi faktı ilə bağlı materiallar ayrılaraq Yasamal rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 digər şahid X20 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini öz ifadəsi ilə bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nin İnşaatçılar filialının nəzdində fəaliyyət göstərən ATM bankomat və ödəmə terminallarının yerləşdiyi 7/24 sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin sahədə quraşdırılmış "xxxx" ASC-nə məxsus ödəmə terminalının yerə aşırılmış vəziyyətdə olması və terminalın dəmir qapağının kilid hissəsinin sınıdırıldığı, içərisində pul toplama kasetinin olmadığı müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı həmin terminalın üzərindən 1 ədəd, terminalın yanında divar şəklində quraşdırılmış şüşə örtüyünün üzərindən isə 10 ədəd əl-barmaq izləri götürülmüşdür. Həmin hərəkətlərlə bağlı protokol tərtib edilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmişdir. (i.v. 3-8) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 03.07.2021-ci il tarixli 011-6331-1221 saylı məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən "xxxx" ASC-nə məxsus ödəniş terminalından baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqatı nəticəsində həmin əl izlərindən 02 ədədi xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucu (02 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir. (i.v. 13-14) “Baxış keçirilməsi haqqında” 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı həmin mənzilin yataq otağında olan çarpayının üzərində sərilmiş döşəyin yastıq qoyulan yerinin altından içərisində nağd pul vəsaitləri olan 1 ədəd qara rəngli “Dior” markalı pul qabı və həmin döşəyin digər hissəsinin altından nağd pul vəsaitləri aşkar edilmişdir. Həmin hərəkətlər zamanı video və foto çəkilişi aparılmış, bununla bağlı protokol tərtib edilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmiş, çəkilmiş videoyazı isə 1 ədəd diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. (i.v. 19-22) “Pul vəsaitlərinə baxış keçirilməsi və götürülməsi haqqında” 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında aşkar edilmiş nağd pul vəsaitlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, mənzilin yataq otağında olan çarpayının üzərində sərilmiş döşəyin yastıq qoyulan yerinin altından aşkar edilmiş “Dior” markalı pul qabının içərisində 61 ədəd 100 manatlıq, 18 ədəd 50 manatlıq, 43 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinasları, döşəyin digər hissəsinin altından isə 4 ədəd 100 manatlıq, 14 ədəd 50 manatlıq, 41 ədəd 20 manatlıq, 16 ədəd 5 manatlıq və 33 ədəd 1 manatlıq pul əskinasları var. (i.v. 24-26) “İfadənin yerində yoxlanılması haqqında” 04 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu Vaqif küçəsində yerləşən “Məsul” stadionunun yaxınlığındakı yeri göstərərək ödəmə terminalından oğurladığı pul toplama kasetindən nağd pulu çıxardıqdan sonra kaseti həmin yerdə tulladığını bildirmiş və həmin yerdə olan kolluğun altında atılmış bir ədəd boz rəngli üzərində “404” yazıları olan kaseti göstərmişdir. Həmin hərəkətlərlə bağlı protokol tərtib edilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmişdir. (i.v. 46-47) “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 04 iyul 2021-ci il tarixli protokoldan görünür ki, X3 ifadəsi yerində yoxlanılarkən Bakı şəhəri Yasamal rayonu Vaqif küçəsində yerləşən “Məsul” stadionunun yaxınlığında kolluğun altında aşkar edilmiş bir ədəd boz rəngli üzərində “404” yazıları olan pul toplama kaseti boz rəngli, dörd bucaq formasındadır, plastik materialdandır, üzərində sarı rəngli dəstək var. Kassetin yan hissəsinin üzərindən “404” rəqəmləri yazılmış kağız yapışdırılmış, yuxarı hissəsində dəstəyin yanında isə “75” rəqəmləri yazılmış kağızlar yapışdırılmışdır. Kassetin yan hissəsində olan qapğın yuxarı hissəsində zədlərin olduğu və həmin qapağın açıq vəziyyətdə olduğu görünür. Qapağın üzərində “Part No: 252219009”, “Serial No: **********7” yazıları və ştrix kodlar olan kağız yapışdırılmışdır. Kassetin içərisi boş vəziyyətdədir, oradan hər hansı bir məbləğdə pul vəsaitləri aşkar olunmamışdır. (i.v. 49) "xxxx" ASC-nin 05 iyul 2021-ci il tarixli 122000-170 nömrəli məktubundan görünür ki, 03.07.2021-ci il tarixində, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 162-də yerləşən "xxxx" ASC-nin İnşaatçılar filialında 7/24 sahədə quraşdırılmış K0100974 saylı terminala müdaxilə olunmuşdur. Belə ki, naməlum şəxslər saat 04:04-də terminalın kilidini sındıraraq pulların yerləşdiyi kaseti oğurlayaraq hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Hadisə nəticəsində terminalda olan 38643 (otuz səkkiz min altı yüz qırx üç) manat nağd vəsait oğurlanmış və terminalın özünə 550 (beş yüz əlli) manat ziyan dəymişdir. (i.v.57) “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 05 iyul 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş hadisənin videogörüntüləri olan 01 ədəd diskə baxış keçirilmiş, həmin diskdə olan videofayla baxış zamanı məlum olur ki, orada əks edilmiş görüntülər 03.07.2021-ci il tarixdə saat 04:05-də qeydə alınır. Videogörüntüdən müəyyən edilir ki, bir nəfər şəxs "xxxx" ASC-nin “İnşaatçılar” filialının nəzdində olan 24 saat fəaliyyət göstərən ATM və ödəniş terminallarının yerləşdiyi hissəyə açıq qapıdan daxil olur. Həmin şəxsin başında qara rəngli papaq var, üz nahiyəsində qara rəngli tibbi maska və sol əlinə ağ rəngli əlcək taxılmış, sağ əli isə yalın vəziyyətdədir, əynində göy rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabılar var. Əvvəlcə həmin şəxs qırmızı rəngli ödəniş terminalına yaxınlaşaraq əlində olan alətlə həmin terminalın daxıl yerləşən hissəsinə müdaxilə edir, sonra isə həmin terminalı arxası üstə yerə aşırdır və əlində olan uzun dəmir alətlə terminalın daxil hissəsinin qapağının altına salır, bu zaman həmin yerə əynində qara rəngli qısaqol köynək, boz rəngli şalvar və qara rəngli ayaqqabılar olan, üz nahiyyəsində ağ rəngli tibbi maska taxılmış bir şəxs daxil olur və həmin şəxsə daxılın qapağının açılmasında köməklik etməyə başlayır, bir neçə saniyə sonra isə həmin yeri tərk edərək küçəyə çıxır. Həmin yerə daxil olmuş birinci şəxs isə dəmir alətlə terminalın daxıl qapağını sındırmağa davam edir, bunun üçün o, dəmir aləti qapağın arasına salaraq həmin dəmir alətin üstünə tullanır. Sonuncu dəfə tullanan zaman həmin şəxs yerə yıxılır və yıxılan zaman yalın olan sağ əli ilə orada olan şüşəli örtüyə toxunur. Bu zaman terminalın daxıl qapağı açılır və həmin şəxs dərhal orada olan kaseti götürərək həmin yeri tərk edir. Baxış zamanı iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin terminalların yerləşdiyi yerə birinci daxil olan və terminalın daxıl qapağına keçirdiyi dəmir alətin üstünə tullanaraq qapağı sındırmış və oradan kaseti götürmüş şəxs onun özüdür, həmin zaman ona köməklik etmək üçün yaxınlaşmış və sonradan küçəyə çıxmış şəxs isə onun tanışı X17r. (i.v. 58) “Pul vəsaitinin maddi sübut qismində tanınması və depozit hesabına təhvil verilməsi haqqında” 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ümumilikdə 9898 (doqquz min səkkiz yüz doxsan səkkiz) manat təşkil edən 65 ədəd 100 manatlıq pul əskinasları, 32 ədəd 50 manatlıq pul əskinasları, 84 ədəd 20 manatlıq pul əskinasları, 17 ədəd 5 manatlıq pul əskinasları və 33 ədəd 1 manatlıq pul əskinasları ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü çıxıb qanuni qüvvəsini alana kimi və ya digər qanuni qərar qəbul olunanadək saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına təhvil verilmişdir. (i.v. 94-95) "xxxx" LLC tərəfindən verilmiş 17.07.2021-ci il tarixli məlumatdan görünür ki, 03.07.2021-ci il tarixində "xxxx" İnşaatçılar filialında yerləşən ödəmə terminalına yarıldıqdan sonra baxış keçirilmişdir. Texniki baxış zamanı terminalda 1 (bir) ədəd kaset, 1 (bir) ədəd kilid və 1 (bir) ədə seyf qapının sındırılması aşkar olunmuşdur. Qeyd olunan zərərin ümumi dəyəri 550 (beş yüz əlli) manat təşkil edir. Belə ki, 1 (bir) ədəd kaset 400 (dörd yüz) manat, seyf qapı kilid ilə birlikdə 150 (bir yüz əlli) manat təşkil edir. (i.v. 148) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 3/1234 nömrəli məhkəmə trasoloji ekspertizası rəyindən görünür ki, təqdim edilmiş 1,5,9 saylı daktilolentlərin səthindəki ovuc izləri və 2,7 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 2,7,9 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri və 3,4,6,8,10 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 və 5 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs sağ ovucunun tenar İİ, İİİ, İV hissələrindən qalmışdır. Təqdim edilmiş 9 saylı daktilolentin səthindəki ovuc izi və 2,7 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuclarından qalmamışdır. (i.v. 165-176) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli, 9/6034 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.07.2021-ci il tarixli məlumatdan istifadə etməklə ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “404” yazıları olan "xxxx" ASC-nin K0100974 saylı terminalına məxsus kasetin orta bazar qiyməti təxminən 400.0 manat müəyyən edilmişdir. (i.v. 177-179) “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanından aşkar edilərək götürülmüş ümumi miqdarı 9898 (doqquz min səkkiz yüz doxsan səkkiz) manat təşkil edən 65 ədəd 100 manatlıq pul əskinasları, 32 ədəd 50 manatlıq pul əskinasları, 84 ədəd 20 manatlıq pul əskinasları, 17 ədəd 5 manatlıq pul əskinasları və 33 ədəd 1 manatlıq pul əskinaslarının iş üzrə maddi kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman çəkilmiş videoyazılar olan 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilmişdir. "xxxx" ASC-dən daxil olmuş hadisənin videogörüntülərini əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilmişdir. Hadisə yerinin müayinəsi zamanı götürülmüş 11 ədəd əl-barmaq və ovuc izləri köçürülmüş daktilolentlər iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilmişdir. 01 ədəd üzərində “404” yazıları olan "xxxx" ASC-nin K0100974 saylı terminalına məxsus kaset iş üzrə maddi sübut kimi tanınsın və saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş üzrə "xxxx" ASC-nə hadisə nəticəsində dəymiş maddi ziyanın ümumilikdə 39043 (otuz doqquz min qırx üç) manatdır. Təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, baxış və götürmə protokolları, videogörüntülər olan diskə baxış protokolu, məhkəmə-əmtəəşünaslıq və məhkəmədaktiloskopik ekspertizalarının rəyləri və digər istintaq sənədləri iş üzrə sübut növü hesab edilmişdir. (i.v. 182-190) “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı və yaşadığı ünvan 3 ünvanında gizlətdiyi pul vəsaitlərindən 7846 manat məbləğində olan hissəsinin gizlədildiyi yerdən naməlum şəxslər tərəfindən götürülməsi faktı ilə bağlı materiallar ayrılaraq Yasamal rayon prokurorluğuna göndərilmişdir. (i.v. 182-190) “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 06 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 192-193) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndində qeyd edilir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:30-da tutulmuşdur. (i.v. 37-38) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.07.2021-ci il tarixli 4(004)-341/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 77-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 07.07.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14.04.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli qərarına əsasən cəza müddəti 05 ilə endirilmişdir. 15.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 97-98) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli 1(004)-189/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev və A.S.Əliyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 20 aprel 2015-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Torağay küçəsində yerləşən və saxlanc yeri olan, X1 işlətdiyi “İnsaf” mağazasına qapısının üzərindəki qıfılı dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olub mağazada quraşdırılmış "xxxx" MMC-ə məxsus 01299 və 17013 saylı MilliÖn terminallarını sındırıb oradan 2743 manat pulu 300 manat dəyərində olan qutuları ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda, 3043 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 30 aprel 2015-ci il tarixdə saat 04 radələrində ünvan 4 ünvanında yerləşən və saxlanc yeri olan, X18 işlətdiyi “Gavalı” mağazasına yan tərəfindəki plastik pəncərəsinin dəmir barmaqlıqlarını dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olub mağazada quraşdırılmış "xxxx" MMC-ə məxsus 1817 saylı MilliÖn terminalını sındırıb oradan 455 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə və mağazanın kassasından 480 manat pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs "xxxx" MMC-ə 605 manat, zərər çəkmiş şəxs X22 480 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev və A.S.Əliyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 03 may 2015-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Salyan şossesi 56-cı km-də yerləşən «Buta market»in qarşısında quraşdırılmış saxlanc yeri olan "xxxx" MMC-ə məxsus 11012 saylı MilliÖn terminalını dəmir linglə sındırıb oradan 847 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 997 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev və A.S.Əliyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 08 may 2015-ci il tarixdə saat 02:00 radələrində ünvan 5 ünvanında yerləşən, saxlanc yeri hesab olunan Azəriqaz İB-nin X32 İdarəsinin pəncərəsinin dəmir barmaqlıqlarını dəmir linglə sındırmaq yolu ilə qanunsuz daxil olub mağazada quraşdırılmış "xxxx" MMC-ə məxsus 3000 manat dəyərində 99 saylı «E-manat» terminalını gizli olaraq talayıb özü ilə daşıyıb həmin küçəçədə yerləşən dəmir yol xəttinin yaxınlığında linglə sındırıb içərisində olan 1211 manat pulu talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda, 4211 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 may 2015-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi yerləşən və saxlanc yeri olan, X8 işlətdiyi “Ağ Bulaq” mağazasına qapısının üzərindəki qıfılı dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olub mağazada quraşdırılmış "xxxx" MMC-ə məxsus 10021 saylı MilliÖn terminalını sındırıb oradan 342 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə və mağazadam 30 ədəd 20 manatlıq «Azərcell» ödəmə konturu, 10 ədəd 10 manatlıq «Azərcell» ödəmə konturu, 10 ədəd 5 manatlıq «Azərcell» ödəmə konturu, 1 qutusunun qiyməti 2,0 manat, ümumi dəyəri 60 manat olan 30 qutu «Kent-8» markalı siqaretlər, 1 qutusunun qiyməti 1 manat, ümumi dəyəri 10 manat olan 10 qutu «West» markalı siqaretləri, mağazanın kassasından 140 manat nağd pulu gizli olaraq talayıb "xxxx" MMCə 492 manat məbləğində, X12 xeyli miqdarda, 1010 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə A.S.Əliyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 18 may 2015-ci il tarixdə saat 02:30 radələrində ünvan 7 ünvanında yerləşən və saxlanc yeri olan, X2 işlətdiyi “Rauf” mağazasına qapısının üzərindəki qıfılı dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olub mağazada quraşdırılmış "xxxx" MMC-ə məxsus 01294 saylı MilliÖn terminalını sındırıb oradan 802 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə və mağazadan 1 qutusunun qiyməti 2,2 manat, ümumi dəyəri 66 manat olan 30 qutu «Kent-4» markalı siqaretlər, mağazanın kassasından 550 manat nağd pulu gizli olaraq talayıb "xxxx" MMC-ə 952 manat məbləğində, X4 616 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 may 2015-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində quraşdırılmış, saxlanc yeri olan "xxxx" MMC-ə məxsus 13046 saylı MilliÖn terminalını dəmir linglə sındırıb oradan 597 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 747 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 02 iyun 2015-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon Sülh küçəsi 34-cü məhəllədə quraşdırılmış, saxlanc yeri olan "xxxx" MMC-ə məxsus 14041 saylı «MilliÖn» terminalını dəmir linglə sındırıb oradan 1054 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda, 2004 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev və A.S.Əliyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 08 may 2015-ci il tarixdə saat 01:10 radələrində Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi yerləşən, saxlanc yeri hesab olunan X6 işlətdiyi “Laçın” mağazasına qapısının üzərindəki qıfılı dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olub mağazada quraşdırılmış "xxxx" MMC-ə məxsus 3900 manat dəyərində 01401 saylı «MilliÖn» terminalını gizli olaraq talayıb özü ilə 30-35 metr daşıyıb X13 məxsus hasarla əhatəyə alınmış torpaq sahəsində linglə sındırıb içərisində olan 2279 manat pulu talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda, 6179 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 16 iyun 2015-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri 4-cü məhəllə Azadlıq prospektində quraşdırılmış, saxlanc yeri olan "xxxx" MMC-ə məxsus 14053 saylı «MilliÖn» terminalını dəmir linglə sındırıb oradan 674 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 824 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 17 iyun 2015-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan 1594cü keçid İ.Nəbiyev küçəsində yerləşən və saxlanc yeri olan, X7 işlətdiyi “İnsaf” mağazasına qapısının üzərindəki qıfılı dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olub mağazada quraşdırılmış "xxxx" MMC-ə məxsus 01708 saylı MilliÖn terminalını sındırıb oradan 1654 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda, 1804 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 23 iyun 2015-ci il tarixdə saat 03:45 radələrində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Mərkəzi küçədə yerləşən və saxlanc yeri olan, X9 işlətdiyi ərzaq mağazasına qapısının üzərindəki qıfılı dəmir parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olub mağazada quraşdırılmış "xxxx" MMC-ə məxsus 720 saylı «E-manat» terminalını sındırıb oradan 1504 manat pulu 115 manat dəyərində olan pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda, 1619 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev və A.S.Əliyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 02 iyul 2015-ci il tarixdə saat 03:30 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən, saxlanc yeri hesab olunan Qaradağ rayonu Qeydiyyat Şöbəsinin qapısının qıfılını dəmir linglə sındırmaq yolu ilə qanunsuz daxil olub orada quraşdırılmış "xxxx" MMC-ə məxsus 00959 saylı MilliÖn terminalını sındırıb oradan 575 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 725 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev və A.S.Əliyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 05 iyul 2015ci il tarixdə saat 03:30 radələrində Sumqayıt şəhəri 34-cü məhəllə Nizami küçəçsi Nizami parkında quraşdırılmış, saxlanc yeri olan "xxxx" MMC-ə məxsus 14039 saylı «MilliÖn» terminalını dəmir linglə sındırıb oradan 529 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 679 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev və A.S.Əliyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 05 iyul 2015-ci il tarixdə saat 03:30 radələrində Sumqayıt şəhəri 34-cü məhəllə Nizami küçəçsi Nizami parkında quraşdırılmış, saxlanc yeri olan "xxxx" MMC-ə məxsus 14043 saylı «MilliÖn» terminalını dəmir linglə sındırıb oradan 795 manat pulu 150 manat dəyərində olan pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 945 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə N.İ.Bağıyev və A.S.Əliyev ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 08 iyul 2015-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsi ilə Ülvi Bünyadzadə küçələrinin kəsişməsində quraşdırılmış, saxlanc yeri olan "xxxx" MMC-ə məxsus 17024 saylı «MilliÖn» ödəmə terminalının pul kassa qəbuledicisini dəmir linglə sındırmaq yolu ilə qanunsuz daxil olub oradan 2290 manat pulu 150 manat dəyərində olan pul pul kaseti ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda, 2440 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 101-136) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli 7(002)-529/2018 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Bakı Şəhəri yasamal Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli hökmündə ziyan məbləğləri 3043 (üç min qırx üç) manat və 4211 (dörd min iki yüz on bir) manat təşkil edən epizodlardan “xeyli miqdar ziyan” sözləri xaric edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il azadılmışdır. (i.v. 163-164) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 15.09.2012-ci il təvəllüdlü X14 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2016-cı il tarixli 1(004)-189/2016 saylı hökmü ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli 7(002)-529/2018 nömrəli qərarına əsasən həmin cəzanın 5 (beş) il müddətinə endirilməsinə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 15.07.2020-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 14.04.2016-cı il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən bu, onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və ailəli olmaqla himayəsində 1 yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yenidən eyni xarakterli cinayət törətməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut ünvan 1 ünvanından aşkar edilərək götürülmüş və Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabında saxlanılan ümumi miqdarı 9898 (doqquz min səkkiz yüz doxsan səkkiz) manat təşkil edən 65 ədəd 100 manatlıq pul əskinasları, 32 ədəd 50 manatlıq pul əskinasları, 84 ədəd 20 manatlıq pul əskinasları, 17 ədəd 5 manatlıq pul əskinasları və 33 ədəd 1 manatlıq pul əskinasları, həmçinin Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd üzərində “404” yazıları olan "xxxx" ASC-nin K0100974 saylı terminalına məxsus kaset zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə qaytarılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman çəkilmiş videoyazılar olan 01 ədəd disk iş və "xxxx" ASC-dən daxil olmuş hadisənin videogörüntülərini əks etdirən 01 ədəd disk, həmçinin hadisə yerinin müayinəsi zamanı götürülmüş 11 ədəd əl-barmaq və ovuc izləri köçürülmüş daktilolentlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 211.11 (iki yüz on bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş bir ədəd balta, bir ədəd dəmir kəsən mişar və bir ədəd dəmir açar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı (CM-nin 99-1.1.1), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 53 (əlli üç) saata görə 318 (üç yüz on səkkiz) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabında saxlanılan ümumi miqdarı 9898 (doqquz min səkkiz yüz doxsan səkkiz) manat təşkil edən 65 ədəd 100 manatlıq pul əskinasları, 32 ədəd 50 manatlıq pul əskinasları, 84 ədəd 20 manatlıq pul əskinasları, 17 ədəd 5 manatlıq pul əskinasları və 33 ədəd 1 manatlıq pul əskinasları, həmçinin Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd üzərində “404” yazıları olan "xxxx" ASCnin K0100974 saylı terminalına məxsus kaset zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə qaytarılsın. İş üzrə maddi sübut 2 ədəd disk və 11 ədəd əl-barmaq və ovuc izləri köçürülmüş daktilolentlər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 211.11 (iki yüz on bir manat on bir qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X11, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE**********0002088501, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 53 (əlli üç) saata görə 318 (üç yüz on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN- ********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-359/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-359/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver