Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-36/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru X10, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X6 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə İmişli rayonu, Boşçallar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, İmişli rayonu, Boşçallar kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.4, 29,178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən ələ keçirərək dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə oğlu X2 Azərbaycan Respublikasının Milli Məclisinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 2023-cü ilin noyabr ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, icarəyə götürdüyü “Babək Plaza” Biznes Mərkəzinin 8-ci mərtəbəsində olan ofisində həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Məhərrəm Rüstəmovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun Azərbaycan Respublikası Milli Məclisi Aparatında operator vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, 2023-cü ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən, icarəyə götürdüyü “Babək Plaza” Biznes Mərkəzinin 8-ci mərtəbəsində olan ofisində görüşləri zamanı Zərərçəkmiş şəxs2 10.000 (on min) manat məbləğində pul vəsaitini hissə-hissə verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə 15 noyabr 2023-cü il tarixdə qeyd edilən ünvanda yerləşən ofisində 5.000 (beş min) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, eyni niyyətlə cinayətkər əməlini davam etdirərək 2023-cü ilin dekabr ayının sonlarında istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Məhərrəm Rüstəmovun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “whatsapp” sosial tətbiqi vasitəsi ilə aralarında olan telefon danışığı zamanı sonuncunun əmrinin təsdiq edildiyini, həmin əmri götürmək üçün qalan pul vəsaitindən 1.500 (bir min beş yüz) manat verilməli olduğunu bildirib, sonuncunun isə aralarında olan razılaşmaya əsasən 500 manat verə biləcəyinə dair razılığını alıb sövdələşərək, həmin niyyətlə istintaqa məlum olmayan plastik kart nömrəsini Məhərrəm Rüstəmova təqdim etdikdən sonra sonuncu tərəfindən 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi 2 ünvanında yerləşən “Məhəllə” adlı marketdə olan “E Manat” elektron ödəmə sistemi vasitəsi ilə istintaqa məlum olmayan hesaba 500 (beş yüz) manat pul vəsaitinin köçürülməsinə nail olub, həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, sonuncu qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Zərərçəkmiş şəxs2 məxsus cəmi 10.000 (on min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 15 yanvar 2024-cü il tarixdə özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələnin müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10E ünvanında yerləşən, icarəyə götürdüyü “Rusel Plaza” Biznes Mərkəzində olan ofisində həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncunun xeyrinə edəcəyi hərəkətə, yəni Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Milli Məclisi Aparatında yeni yaradılacaq televiziya kanalına direktor müavini vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, 15 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10E ünvanında yerləşən “Rusel Plaza” Biznes Mərkəzində olan ofisində görüşləri zamanı Zərərçəkmiş şəxs3 8.000 (səkkz min) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə öz adına olan "xxxx" ASC-yə məxsus 416973******5785 birbank plastik kart nömrəsini Zərərçəkmiş şəxs3 təqdim etdikdən sonra sonuncu tərəfindən 15 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10E ünvanında yerləşən “Rusel Plaza” Biznes Mərkəzində olan ofisdə sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 416973******8092 birbank plastik kart hesabından qeyd edilən hesaba 5.000 (beş min) manat, həmin tarixdə və qeyd edilən ünvanda Zərərçəkmiş şəxs3 adına olan "xxxx" ASC-yə məxsus 409809******9161 plastik kart hesabından qeyd edilən hesaba 3.000 manat pul vəsaitinin köçürülməsinə nail olub, eyni niyyətlə cinayətkər əməlini davam etdirərək 18 yanvar 2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “whatsapp” sosial tətbiqi vasitəsi ilə aralarında olan telefon danışığı zamanı sonuncunun işini alındıra bilmədiyini, əlavə olaraq 800 (səkkiz yüz) manat verilməli olduğunu bildirib, Zərərçəkmiş şəxs3 həmin pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib sonuncu tərəfindən vahid niyyətlə əlavə olaraq 18 yanvar 2024-cü il tarixdə Bakı şəhəri ərazisində Zərərçəkmiş şəxs3 adına olan "xxxx" ASC-yə məxsus 409809******9161 plastik kart hesabından qeyd edilən hesaba 800 (səkkiz yüz) manat pul vəsaitinin köçürülməsinə nail olub, həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə oğlu Şahid1 Azərbaycan Respublikasının Milli Məclisinə işə qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı 06 mart 2024-cü il tarixdə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələnin müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “whatsapp” sosial tətbiqi vasitəsi ilə aralarında olan telefon danışığı zamanı həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun diplomu təsdiq olunduqdan sonra Azərbaycan Respublikası Milli X7 şöbəsində baş məsləhətçi vəzifəsinə işə qəbul edilməsi üçün zəruri tədbirlərin görülməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, 07 mart 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Padişah” restoranında görüşləri zamanı Zərərçəkmiş şəxs1 11.000 (on bir min) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə öz adına olan "xxxx" ASC-yə məxsus 416973******5785 birbank plastik kart nömrəsini Zərərçəkmiş şəxs1 təqdim etdikdən sonra sonuncu tərəfindən 07 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti və Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində yerləşən Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yaxınlığında “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə qeyd edilən hesaba 11.000 (on bir min) manat pul vəsaitinin köçürülməsinə nail olub, özünü daha etibarlı şəxs kimi göstərmək məqsədi ilə həmin pul vəsaitini almasına dair qəbz yazıb Zərərçəkmiş şəxs1 təqdim edərək, eyni niyyətlə cinayətkər əməlini davam etdirib qeyd edilən məsələnin artıq həll olunacağını və buna görə özünə əlavə olaraq xidmət haqqı kimi 3.000 (üç min) manat pul vəsaitinin verilməli olduğunu aldatmaqla bildirib, Zərərçəkmiş şəxs1 2.100 (iki min bir yüz) manat məbləğində pul vəsaitini verə biləcəyinə dair razılığını almaqla sövdələşib sonuncudan vahid niyyətlə əlavə olaraq 07 mart 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Padişah” restoranında 2.100 (iki min bir yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb öz şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs1 və Şahid1 qeyd edilən məsələnin həll olunması istiqamətində tələblərini irəli sürdükdə törətdiyi cinayət əməlini gizlətməklə məsuliyyətdən yayınmaq və sonuncuların hüquq mühafizə orqanlarına şikayət etmələrinin qarşısını almaq məqsədilə 11 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti və Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində yerləşən Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən, adı istintaqa məlum olmayan internet klubda Azərbaycan Respublikasının Milli Məclisinin Aparat rəhbərinin adından Şahid1 guya xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilməsinə dair 11 mart 2024-cü il tarixli, 16578/06 nömrəli əmri hazırlayıb “Camva” proqramı vasitəsi ilə qrafik proqram təminatından istifadə etməklə Aparat rəhbərinin imzasını və Azərbaycan Respublikasının Milli Məclisinin möhürünü həmin əmrin üzərinə köçürüb, şırnaqlı printerdə çap edərək hüquq verən rəsmi sənəd olan əmri istifadə etmək məqsədi ilə saxtalaşdırıb 11 mart 2024-cü il tarixdə Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 və Şahid1la görüşərək istifadəsində olan ***-***-**-** mobil nömrəsindən sonuncunun istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə “whatsapp” sosial tətbiqi vasitəsi ilə göndərərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 13.100 (on üç min bir yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 övladı Məhərrəm Rüstəmovun işə düzəldilməsi məsələsi ilə bağlı tanımışdır. Zərərçəkmiş şəxs2 ondan oğlu Məhərrəmin Milli Məclisə işə düzəltməsində köməklik göstərməsini xahiş etmişdir. O, X13 8-ci mərtəbəsində ofisinin olduğunu və yanına gəlməyini bildirmişdir. Dəqiq xatırlamadığı tarixdə Bəxtiyar və Məhərrəmlə görüşüb sonuncunu Milli Məclisə işə düzəldə biləcəyini bildirmişdir. Aralarında əldə olunan razılaşmaya əsasən Bəxtiyar oğlunun işə düzəlməsi üçün 10.000 manat pul verməyə razı olmuşdur. Lakin daha sonra Bəxtiyar imkanı olmadığı üçün dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Xətai rayonunda yerləşən Babək Plazanın 8ci mərtəbəsində, ofisində ona 5.000 manat pulu təqdim etmişdir. Sonradan o, Bəxtiyardan daha 500 manat istəmiş, Bəxtiyar isə onun kartına 500 manat pul göndərmişdir. Lakin o bu məsələni həll edə bilməmişdir, Bundan başqa, o, dəqiq xatırlamadığı tarixdə “Zəfər Yolu” İctimai Birliyinin keçirdiyi yeni il şənliyində iştirak edərkən Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Onunla Zərərçəkmiş şəxs3 arasında jurnalistika fəaliyyəti ilə bağlı danışıqlıqlar olmuşdur. O, Zərərçəkmiş şəxs3 Milli Məclisin televiziya kanalını qurmaq istədiyini bildirmişdir. Bundan sonra o, özünə komanda yığmaq məqsədilə Zərərçəkmiş şəxs3 pul alaraq onu Milli Məclisin tərkibində yaradılacaq televiziya kanalına işə düzəldəcəyinə söz vermişdir. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Xəyalı ofisinə dəvət etmiş, Xəyal da Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Rusel Plazada” Biznes Mərkəzinin 12-ci mərtəbəsində yerləşən, icarəyə götürdüyü ofisinə gəlmişdir. Xəyala Milli Məclisin yeni qurulacaq televiziya kanalına rəhbər müavini kimi işə götürmək üçün 8.000 manat pul verməli olacağını demişdir. Xəyal bununla razılaşaraq dəqiq xatırlamadığı tarixlərdə onun kartına ümumi 8000 manat məbləği göndərmişdir. Daha sonra o, Xəyala daha 800 manat da verməli olduğunu demişdir, Xəyal da ona daha 800 manat pul göndərmişdir. Daha sonra Xəyal işin alınmadığını görüb pulunu tələb etməyə başladığından, dəqiq xatırlamadığı tarixdə Xəyalın hesabına 2.000 manatı geri qaytarmışdır. Lakin qalan 6800 manat pulu geri qaytara bilməmişdir. Bundan başqa, o, məzun olduğu Kimya-biologiya təmayüllü liseyinə getdiyi zaman həmin liseyin direktor müavini Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Onunla aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 oğlu Şahid1 xaricdə təhsil aldığını və diplomunun tanınması ilə bağlı problem olduğunu, buna görə işsiz olduğunu bildirmiş, o da Şahid1 Milli Məclisdə satınalmalar şöbəsinə mütəxəssis kimi işə düzəldə biləcəyini bildirmişdir. Əlavə olaraq da, bunun müqabilində 11.000 manat pul verməli olduğunu bildirmiş, Zərərçəkmiş şəxs1 da onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs1 və Şahid1la X1 yaxınlığında görüşərək, 11.000 manat pulu almışdır. Sonradan iş alınmadığından Zərərçəkmiş şəxs1 vaxt istəyərək istəsə də, Zərərçəkmiş şəxs1 aqressiv münasibət göstərərək onunla razılaşmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Şahid1 11.000 manatdan əlavə olaraq ona 2.100 manat pul vermələri ilə bağlı ifadələri yalandır, o, onlardan yalnız 11.000 manat pul almışdır. Bundan başqa o, Polad adlı şəxs vasitəsilə Samurayı işə düzəltmək istəmiş, çünki Polad əlaqələri geniş olmuşdur. O, aldığı pulun bir qismində Polada vermişdir. Lakin onun özü də aldadılmış, sonradan onun özü də Poladı tapa bilməmişdir. Bundan başqa Polad adlı şəxsin verdiyi Milli Məclisin aparatının rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş xx.xx.2024-cü il tarixli 16578/06 nömrəli əmrin saxta olması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 vurduğu zərərdən hazırda 4750 manat ödəmiş, 8350 manat isə ödənilməmiş olaraq qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Kimya-biologiya təmayüllü Respublika liseyində direktor müavini vəzifəsində çalışır. 06 mart 2024-cü il tarixdə iş yerində olarkən Təqsirləndirilən şəxs adlı şəxs liseyə gələrək özünü məzun kimi təqdim edib, prezident təqaüdçüsü olmasını, həmçinin “BTB Group” şirkətində direktor işlədiyini bildirmişdir. O, Amillə əyləşib onunla söhbət etdikdən sonra liseyin keçmiş məzununu nümunə kimi şagirdlərlə görüşdürmüş və xatirə şəkli çəkdirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla söhbət əsnasında oğlunun xaricdə təhsil aldığını və onların birlikdə çalışmaqlarını istədiyini bildirərək onun işə götürülməsi imkanının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs onun oğlu Şahid1 ona zəng etməsini bildirib öz şəxsi mobil nömrəsini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs mobil nömrəsini oğlu Şahid1 vermiş, Samuray da həmin gün Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq Amilə özü və təhsili haqqında məlumat vermişdir. Söhbət əsasında Təqsirləndirilən şəxs Samurayla yenidən əlaqə saxlayaraq Milli Məclisin Aparatının X9 baş məsləhətçi vəzifəsinə işə qəbul ediləcəyini və bunun müqabilində 12.000 manat pul verməli olduqlarını bildirmişdir, həmçinin bununla bağlı Samuraydan sənədlərini də istəmişdir. Növbəti gün xx.xx.2024-cü il tarixdə Samuray “ASAN Xidmət”ə gedərək sənədlərini toplamağa başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq hər şeyi razılaşdırdığını bildirərək 12000 manat pulu tələb etmiş, o isə pulun həmin gün verilməli olduğunu soruşdaq Təqsirləndirilən şəxs ona pulu verməsə, onu pis vəziyyətdə qoymuş olacağını bildirmişdir. O da əlacsız vəziyyətdə qalaraq həmin gün bankdan kredit götürmüş və ümumilikdə 11.000 manat məbləğində pulu Elmlər Akademiyası metrostasiyasının yaxınlığında “Padişah” restoranında görüşərək Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlavə 3.000 manat da pulu özünə xidmət haqqı kimi istədiyinə görə evinə gedərək evdə olan qalan 2.100 manat pulu götürüb yenidən həmin restorana qayıtmaqla Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonrakı günlərdə o və oğlu Samuray dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlasalar da, Təqsirləndirilən şəxs onların telefonlarına cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə X1 yaxınlığında görüşərkən Samurayın mobil telefonunda olan “whatsapp” sosial şəbəkəsinə oğlu Samurayın Milli Məclisdə işə götürülməyi barədə imzalanmış və möhürlənmiş əmrinin şəklini göndərmişdir. Həmin vaxtı əmrin şəklini görən kimi o, əmrin saxta olmasını Təqsirləndirilən şəxs bildirmiş və pulu qaytarmağını tələb etmişdir. Təqsirləndirilən şəxs isə pulu qaytarmaqdan imtina etmişdir. Ona hazırda 4750 manat qaytarılmış, 8350 manat isə ödənilməmiş olaraq qalmışdır.Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, fəhləlik etməklə ailəsini dolandırır. X15 jurnalistika ilə bağlı Bakı şəhəri, Xətai rayonunda yerləşən Babək Plazada kursa gedərkən, orada Amil adlı şəxslə tanış olmuşdur. Amil özünü onun qızına iş adamı kimi təqdim edib söhbət zamanı yaxın adamı olduğu təqdirdə Milli Məclisə işə düzəldə biləcəyini bildirmişdir. Qızı Aytən ona bu barədə bildirdikdə oğlu Məhərrəm Rüstəmovu işə düzəltmək məqsədi ilə qızından Təqsirləndirilən şəxs mobil nömrəsini alaraq Amilə zəng etmişdir. Söhbət zamanı o, oğlu Məhərrəmi Milli Məclisə işə düzəltməsində köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onu Babək Plazanın 8-ci mərtəbəsində yerləşən ofisinə dəvət etmişdir. Dəqiq xatırlamadığı tarixdə o, Amilin dediyi ünvana getmiş, söhbət zamanı Amilk onun oğlunun 12.000 manat müqabilində Milli Məclisə işə düzəldə biləcəyini bildirmişdir. O, isə Amilə 12.000 manata maddi imkanının çatmayacağını bildirmiş, sonradan Amil ona 10.000 manata oğlunu Milli Məclis Aparatında operator vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. O, Amilə bir daha hazırda 10.000 manat verə bilməyəcəyini, 5.000 manat imkanının olduğunu demişdir. Təqsirləndirilən şəxs cavabında qalan 5.000 manatı özünün onların əvəzinə verəcəyini, lakin aylıq olaraq hər ay üçün 500 manat onlardan alacağını bilirdikdə o da bununla razılaşmışdır. Daha sonra dəqiq xatırlamadığı tarixdə o, Təqsirləndirilən şəxs 5.000 manat pulu təqdim etmişdir. Pulu aldıqdan sonra Məhərrəmin sənədlərini Amilə vermişdir. Daha sonra yenə dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs zəng edərək əmri götürmək üçün qalan 5.000 manat borcdan 1.500 manatın təcili verilməli olduğunu bildirmişdir. O, Amilə imkanı olmadığından 500 manat verə biləcəyini demişdir. Amil bununla razılaşdığından o, Təqsirləndirilən şəxs göndərdiyi bank hesabına 500 manatı göndərmişdir. Bundan sonra işin düzəlmədiyini görüb dəfələrlə Amillə əlaqə saxlasa da, Amil hər dəfə işin həll olunacağını demiş, lakin verdiyi vədə əməl etməmişdir. Ona vurulmuş 5500 manat zərər ödənilməmiş olaraq qalmışdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, “Zəfər Yolu” İctimai Birliyi onu yeni il şənliyi ilə bağlı Yasamal rayon ərazisində keçirilən tədbirdə aparıcı qismində iştirak etmişdir. Həmin tədbirdə özünü uzun illərdir jurnalist fəaliyyəti ilə məşğul olan, Türkiyə Respublikasında bir neçə kanallara rəhbərlik etdiyini bildirən Təqsirləndirilən şəxs ilə həmin tədbirdə tanış olmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs Türkiyə Respublikasından Azərbaycan Respublikasına Milli Məclisdən dəvət edildiyini, Milli Məclisin televiziya kanalının qurulmağının ona həvalə edildiyini bildirərək özünə komanda yığdığını demişdir. Həmin tədbirdə hər adamın dəvətli şəxs olmadığını və Amilin də özünün həmkarı olduğunu nəzərə alaraq onda Amilə qarşı etibar yaranmışdır. Bundan sonra dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək işlə bağlı onu ofisinə dəvət etmişdir. O da həyat yoldaşı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Rusel Plazada” Biznes Mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə getmişlər. Təqsirləndirilən şəxs həmin vaxtı Milli Məclisin yeni qurulacaq televiziya kanalında rəhbər müavini kimi onu işə götürmək istədiyini bildirmişdir. Həmin vaxtı Şahid3 Təqsirləndirilən şəxs məhz onu hansı səbəbdən işə dəvət etməsini soruşduqda onun uyğun namizədin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara işə düzəlmək müqabilində 8.000 manat pul verməli olacaqlarını bildirmişdir. Onlar da bununla razılaşaraq dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs hesab nömrəsinə 5.000 manat, sonra da digər bank kartından Təqsirləndirilən şəxs qeyd etdiyi hesabına 3.000 manat göndərmişdir. Sonradan Təqsirləndirilən şəxs ona zəng edərək işin həll olunması üçün əlavə 2000 manat da verməli olduğunu bildirmişdir. Onun razılaşmadığını gördükdə Amil 1200 manatı özünün verəcəyini, onların isə 800 verməli olduqlarını bildirmiş, o da bu təkliflə razılaşaraq Amilin yuxarıda hesabına 800 manat pul vəsaitini göndərmişdir. Lakin Amil verdiyi vədə əməl etməyərək onun pulu mənimsəmişdir. Bundan sonra Amil ona 2000 manat qaytarmış, hazırda 6800 manat pulun qaytarılmasını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır. O, Təqsirləndirilən şəxs anasının vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs onun Milli Məclisin Aparatının X9 baş məsləhətçi vəzifəsinə işə qəbul edilməsi üçün anası Zərərçəkmiş şəxs1 ümumilikdə 11.000 manat pul almışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlavə 3.000 manat da pulu özünə xidmət haqqı kimi istəmiş və onlar Amilə 2.100 manat vermişlər. Lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək onları aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Təqsirləndirilən şəxs onu Milli Məclisə işə düzəltməsi onun atasından 5.000 manat pul almış, daha sonra dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs atasına zəng edərək əmri götürmək üçün daha 500 manat pul almışdır. Sonradan onlar dəfələrlə Amillə əlaqə saxlasalar da, Amil hər dəfə işin həll olunacağını demiş, lakin verdiyi vədə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır. 15 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Xəyalın istifadəsində olan mobil nömrəsinə zəng edərək işlə bağlı onu ofisinə dəvət etmişdir. O da yoldaşı Xəyal ilə birlikdə Amilin Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Rusel Plazada” Biznes Mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə getmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı Milli Məclisin yeni qurulacaq televiziya kanalında işə götürmək istədiyini bildirmişdir. Həmin vaxtı o, Təqsirləndirilən şəxs məhz onu hansı səbəbdən işə dəvət etməsini soruşduqda Amil Xəyalın uyğun namizəd olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara 8.000 manat müqabilində işə düzəldə biləcəyini bildirmişdir. Onlar da bununla razılaşaraq Təqsirləndirilən şəxs hesabına ümumilikdə 8.000 manat pul göndərmişlər. Sonradan Təqsirləndirilən şəxs ona zəng edərək işin həll olunması üçün əlavə 2000 manat da verməli olduğunu bildirmişdir, onlar isə Amilin hesabına 800 manat pul vəsaitini göndərmişlər. Bundan sonra onlar işin alınmadığını görüb aldadıldıqlarını bildikdə Təqsirləndirilən şəxs pulu tələb etməyə başlamışlar, Amil isə onlara 2000 manat pul qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Milli Məclisi Aparatı rəhbərinin adından olan 11 mart 2024-cü il tarixli, 16578/06 nömrəli əmrdən görünür ki, guya Şahid1 (AA0571949) müvafiq əmək müqaviləsi cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə işə girişi təmin edilmişdir. (Cild İ, i.v. 36) Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs öz xətti ilə Zərərçəkmiş şəxs1 11.000 manat pul almasına dair əlyazma yazıb imza etmişdir. (Cild İ, i.v. 97) Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə etdiyi ********** nömrəli qəbzlərdən görünür ki, sonuncu 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 416973******5785 nömrəli birbank hesabına “Milliön” elektron ödəmə sistəmi vasitəsilə 100 manat və 10.900 manat pul vəsaiti köçürmüşdür. (Cild İ, i.v. 98-100) “Mobil telefona baxış keçirilməsi haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, telefona baxış keçirilərkən müəyyən olundu ki, telefonun ön hissəsi qara rəngli olub smartfon tiplidir. Həmin telefonda ***-***-**-** mobil nömrəsi vardır. Telefonda olan “Whatsapp” proqramına daxil olduqda Şahid1 “Təqsirləndirilən şəxs” adı ilə qeyd etdiyi Təqsirləndirilən şəxs ilə yazışmalarının olduğu görünür. “Təqsirləndirilən şəxs” adı ***-***- **-** (Təqsirləndirilən şəxs məxsusdur) mobil nömrə ilə qeyd edilmişdir. Qeyd edilən yazışmalara daxil olduqda Şahid1 06 mart 2024-cü il tarixdə “Hər vaxtınız xeyir, Amin bəy” yazdığını, Təqsirləndirilən şəxs “Salam” yazdığı və Azərbaycan Respublikası Milli X3 üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilməsi ilə bağlı https://meclis.gov.az/news.php?id=5363&lang=az linkinin göndərdiyi və “siz burda işləyərsiz?” yazdığı görünür. Şahid1: Məndə gömrük və logistika sahəsi olub, amma bu sahə də yaxındır. Satınalma üzrə mütəxəssis vəzifəsinin olması uyğundur. Burdakı mailə yollayım CV-ni? Təqsirləndirilən şəxs: Yoox. Siz burda beynəlxalq şöbədə işləyə bilərsiz. Şahid1: Bəli, işləyərəm. Təqsirləndirilən şəxs: Vəsiqəni at mənə, Daxili təhlükəsizlikdən soruşum. Şahid1: (Şəxsiyyət vəsiqəsinin ön hissəsinin surətini göndərir) Buyurun. Təqsirləndirilən şəxs: Xəbər edəcəm. Şahid1: Tamam, çox sağ olun öncədən minnətdaram. Təqsirləndirilən şəxs: Mən sizi yönləndirəcəm, müəlliməyə demişdim. Şahid1: Təşəkkür edirəm, ümid edirəm tezliklə müsbət cavab alarıq). Təqsirləndirilən şəxs: İnşallah. Saat 16:39-da Təqsirləndirilən şəxs Şahid1 zəng etdiyi və 10 dəqiqə danışıldığı görünür. Şahid1: Yəqinki tanıtdırmağı online yolla etmək mümkündür. Məndə skan versiyası var diplom və transkriptin. Təqsirləndirilən şəxs: Hə. Şahid1 diplom və transkripti “pdf” formasında göndərir. Təqsirləndirilən şəxs: Mənə deyir ki, 12. Şahid1: 12? Təqsirləndirilən şəxs: Hə, uzunluq. Şahid1: Millidən? Təqsirləndirilən şəxs: Hə. Şahid1: Yəni o dediyiniz şəxs 12 k istəyir? Təqsirləndirilən şəxs: Milli metr. Şahid1: K? 000, 12 mm həll olunur? Təqsirləndirilən şəxs: Həəə. Şahid1: Yəni diplom məsələsi sonrada həll oluna bilər. Düzdür? Bu dediyin mm ən sonudur yoxsa biraz aşağı edə bilər? Təqsirləndirilən şəxs: Qardaş 4 təhsilindir, 8 oranın. Opşidir. Şahid1: Hə bildim, bu atdığımla həll olunur yəni, anladım qardaş. Təqsirləndirilən şəxs: Görüşəcəyik? Müəllimə dedi görüşəcəyik. Şahid1: Bəli bəli, siz indi hardasız? Mən Qarayev tərəfdəyəm. Təqsirləndirilən şəxs: Hara gəlim? Şahid1: Rahat Market tərəfə gələ bilərsiz? Biz də ora gəlirik. Təqsirləndirilən şəxs 3 saniyəlik səs yazısı göndərərək ünvanı dəqiq deməsini və həmin ünvana gəlməsini bildirir. Şahid1: Qarayev metrosunun yanında rahat market. Düz metronun çıxışında. Təqsirləndirilən şəxs: Oldu. Şahid1: Biz rahat marketin yanındayıq. Təqsirləndirilən şəxs 4 saniyəlik səs yazısı göndərərək oturduqları yerin bildirilməsini və ora gəlməsini bildirir. Şahid1: Tamam. (olduğu yerin ünvanını göndərir). Biz-bizə kafesindəyik, World telekomun yanında. Saat 18:45-də Şahid1 Təqsirləndirilən şəxs zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür və bir daha olduğu ünvanı göndərir. Təqsirləndirilən şəxs: Qardaş bu diplom konusunda səmimiyikdə doğrumu? Şahid1: Bəli qardaş, orda oxumuşam əyani, dövlət xəttiylə getmişəm. Təqsirləndirilən şəxs: Tmm, Samuray müəllimləyəm indi, sən tezdən obaşdan sənədləri topla. Şahid1: Saat maksimum 11ə hazır olacaq. Məhkumluq arayışı, 3x4 fotoşəkil, şəxsiyyət vəsiqəsi. Təqsirləndirilən şəxs: Gecdir, ən erkən 10 a hazır elə. Şahid1: Tamam 10a hazır edəcəm. Hazır olan kimi xəbər edəcəm. Təqsirləndirilən şəxs: Digər konuyuda sana soylediyim tarz üzərində olur. Şahid1: Hansı? Təqsirləndirilən şəxs: Milli. Şahid1: Müsbət cavab gələn kimi Mm-ni hazır edək. Təqsirləndirilən şəxs: Cavab sıxıntı yoxsa müsbət olacaq zatən. Şahid1: Anladım qardaş, Asandan sonra zəng edəcəm. Təqsirləndirilən şəxs: Yaxşı, yəni bax adam var onu gözləməyə aldırdım. 07 mart 2024 Şahid1: Sabahınız xeyir qardaş. Təqsirləndirilən şəxs: Sabahın xeyir. Saat 08:57-də və 10:02-də Təqsirləndirilən şəxs Şahid1 zəng etdiyi və müvafiq olaraq 1 dəqiqə və 23 saniyə danışıldığı görünür. Şahid1 Təqsirləndirilən şəxs “pdf” və “jpg” formatında sənədlər və fotoşəkilini göndərdiyi görünür. Təqsirləndirilən şəxs: Diplomuda at vəsiqənidə. Şahid1 “pdf” formatında qeyd edilən sənədləri göndərir. Təqsirləndirilən şəxs: Tmm, xəbər edəcəm. Şahid1: Asanlıq başqa işim var? Təqsirləndirilən şəxs: Yoox. Şahid1: Gedə bilərəm? Təqsirləndirilən şəxs: Hə. Şahid1: Tamam qardaş. Təqsirləndirilən şəxs: Xəbər gözlə 15 dəqiqəyə xəbər edərlər, olur ya olmur. Şahid1: Tamam, yolda olacam. Saat 10:47-də Təqsirləndirilən şəxs Şahid1 zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür. Şahid1: Qardaş təkcə şəxsiyyət vəsiqəsi kifayətdir? Təqsirləndirilən şəxs: Bəli, bəli, tək şəxsiyyət yetərlidir. Şahid1: Sorğu sual olacaq yəqin ) Təqsirləndirilən şəxs: Ona baxacayıq orda, bəlkə girmədin, bəlkə girdin, gələn adama bağlı. Şahid1: Hə anladım, yoldayam gəlirəm. Təqsirləndirilən şəxs: Tmm. Şahid1: 28dəyəm, yollar tıxacdı bir balaca. Burdayam. Saat 13:00-da Təqsirləndirilən şəxs Şahid1 zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür. Şahid1: Hər vaxtın xeyir qardaş, necəsən? Təqsirləndirilən şəxs 7 saniyəlik səs yazısı göndərərək 8 martla bağlı tədbirdə olduğunu bildirir. Şahid1 10 saniyəlik səs yazısı göndərərək sabah 2-də görüşəcəklərini bildirir. 09 mart 2024 Şahid1: Salam Amil, mənə dediyin vakansiyanı ata bilərsən? Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən vakansiyayla bağlı linki qeyd edərək “hansı ki bunun kimi” yazdığı görünür. 11 mart 2024 Şahid1: Salam. Təqsirləndirilən şəxs: Salam bəy, Elmlərdəsən? Saat 15:05-də və 15:04-də Şahid1 Təqsirləndirilən şəxs zəng etdiyi və müvafiq olaraq 21 və 16 saniyə danışıldığı görünür. Bundan sonra saat 15:34-də Təqsirləndirilən şəxs Şahid1 Azərbaycan Respublikası Milli Məclisinin əmrini “Pdf” formatında göndərdiyi görünür. Saat 19:03-də Təqsirləndirilən şəxs Şahid1 zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür. Şahid1: Sabah təhsildə keyfiyyət təminatı agentliyinə yaxınlaşıb tam olaraq nə soruşum? Təqsirləndirilən şəxs: Sabah saat 10 da zəng elə onuda soruşum. Şahid1: Bəs özün dedin gedim maraqlanım mən, Qarayevdə texnikom binasına. Təqsirləndirilən şəxs: Sabah yığ izah edəcəm. 12 mart 2024 Saat 10:10-da Şahid1 Təqsirləndirilən şəxs zəng etdiyi və 30 saniyə danışıldığı görünür. Saat 11:04-də Təqsirləndirilən şəxs Şahid1 zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür. Şahid1: Diplom məsələsi nə yerdə qaldı? Amil səs gəlmədi səndən. ?. Təqsirləndirilən şəxs 1 dəqiqə 3 saniyəlik səs yazısı göndərərək dünən danışdığını, indi pulnan bağlı Ziraatbankda olduğunu, bu həftə şəhadətnamənin alınacağını, məsləhət belə oldu ki, orada tanımadıqları, bilmədikləri adamın olmamasını, açıq dediyini, işi qurcalamamasını, xahiş etdiyini, əmanətin onda olduğunu, əmanəti təslim edə biləcəyini, lakin iş bitdikdən sonra təslim alacağını, dediyi kimi bu həftə içində işə çağrılacağını, işə çıxacağını bildirir. Şahid1: Tamam qardaş, Qarayevdə görüşək o zaman, əmanətə görə, nəsə bu iş alınana oxşamır, mesajımada baxmırsan. Təqsirləndirilən şəxs 23 saniyəlik səs yazısı göndərərək Qarayevdə olduğunu, Türkiyədən 150 nəfər qonaqlarla görüşməsi olduğunu, bu dəqiqə hazırda onunla bağlı pulların köçdüyünü, bununla bağlı işlədiyini, başının qarışıq olduğunu bildirir. 13 mart 2024 Şahid1: Sabahın xeyir Amil müəllim. Təqsirləndirilən şəxs: Salam qardaş, sabahın xeyir. Şahid1: Qardaş işdən nə xəbər? Təqsirləndirilən şəxs: Qardaş bu dəqiqə bu türk qonaqlarla bağlı otel və transferlərlə bağlı görüşdəyəm, saat 3ün yarısı sizi yığacam, saat 2də müəllimlə görüşüm var özüylə şəxsən görüşüb sənə net bilgiləri dəqiq və düzgün çatdıracam. Şahid1: Əmanəti saat neçədə götürüm? Dünən dedin sabah alınır, Bəs söz danışdıq biz. ?. Təqsirləndirilən şəxs: Bankdan xəbər gözləyirəm qardaş, pul gəlib ayın 7də mənə sadəcə yüklü miqdar olduğundan 4 iş günü incələməsi var, dünən alacağdıq dedilər sabah yaxınlaşın saat 3dən sonra təbii ki, alınca işim səni yığacam gəl görüşək. Saat 15:18-də Təqsirləndirilən şəxs avtomobildə olduğu video görüntü göndərərək çatdığını, tıxacda olduğunu bildirir. Şahid1: Tamam qardaş. Təqsirləndirilən şəxs 06 saniyəlik səs yazısı göndərərək əgər imkan olsa onu telefonda danışdıracağını bildirir. Təqsirləndirilən şəxs 04 saniyəlik səs yazısı göndərərək telefonda və internetinin olmasını, whatsap sosial şəbəkəsi vasitəsi ilə zəng edəcəyini bildirir. Şahid1: Tamam, mən danışmaq yox, ora getməyi nəzərdə tuturam, dedin axı bu həftə içi çağıracaqlar məni. İşə çağırmaqla bağlı söz verdin bu həftə içi. Təqsirləndirilən şəxs: Deyilibsə demək elədir. İndi çıxıram, səni yığıram. 14 mart 2024 Şahid1: Sabahın xeyir. Nə xəbər var? Saat 12:38-də Şahid1 Təqsirləndirilən şəxs zəng etdiyi və 3 dəqiqə danışıldığı görünür. Şahid1: Nəsə bu iş alınana oxşamır. Saat 17:02-də Şahid1 Təqsirləndirilən şəxs zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür. Şahid1 10 saniyəlik səs yazısı göndərərək Qarayevdə görüşmələrini və əmanəti gətirməyini bildirir. Təqsirləndirilən şəxs: Birazdan yığaram. Şahid1: Elə et ki, halallıq olsun. Təqsirləndirilən şəxs: Qardaş mənim haramla işim olmayıb, olada bilməz. Xahiş edirəm gözləyin indi yığacam sizi. Sənin narahat olduğun nöqtəni mən bilirəm. Şahid1: Biz şərt kəsdik. Təqsirləndirilən şəxs: Ama narahat olma, o adam mən deyiləm. Şahid1: Əmanəti verəcəksən, iş alınan kimi qaytaracağıq sənə. İndi niyə yayınırsan bundan? xx.xx.2024 Təqsirləndirilən şəxs: Samuray sənə zəng gəlincə mənə xəbər et mütləq. Şahid1: Salam, heç bir zəng yoxdur. Amil. Təqsirləndirilən şəxs: Bəli. Şahid1: Diplomun şəhadətnaməsini atırsan? Dedin bu gün hazır olacaq. Təqsirləndirilən şəxs: Diploma görə gecikmiş, 2 saat öncə diplomun gəlmiş məlumun olsun, şəhadətnaməni istəmişəm sənə atacam, ayrıca zəngidə gözlə. Şahid1: Gözləyirəm, bu gün pulumuzu qaytar!!! Şahid1 19 saniyəlik səs yazısı göndərərək 2 dəfə zəng etdiyini, telefona cavab verilmədiyini, bu gün görüşmələrini, pulu gətirməsini, ona zəng gəlmədiyini, danışdıqları kimi olmadığını bildirir. Şahid1 10 saniyəlik səs yazısı göndərərək bu həftə içi ona zəng gəlmədiyi, nə də ora çağırılmadığını, işin alınmayacağını, pulu qaytarmasını bildirir. Təqsirləndirilən şəxs: Səni sonra arayacağım. Şahid1: Sözünün üstündə durmadın, pulu bu gün qaytar. Baş aldatma. Mənim sözüm mənim sənədimdir deyirsən. Təqsirləndirilən şəxs: Yığıram 15 dəqiqəyə. Şahid1: Pulu qaytar bu gün. Çox gözləyək? Saat 18:08-də Şahid1 Təqsirləndirilən şəxs zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür. Şahid1: Bu gün məkanı de pulu götürüm, saat neçədə olur olsun. Sən indi öz aləmində mesajı görməzdən gəlirsən də. Qarayevə gəl pulu qaytar, uzatmayaq! Söz vermisən üstündə dur, adam yalan danışmaz!!! Təqsirləndirilən şəxs: Birazdan özüm yığacam. Şahid1: Uşaq başı aldadırsan?! Saat 19:10-da Təqsirləndirilən şəxs Şahid1 zəng etdiyi və 3 dəqiqə danışıldığı görünür. Şahid1: Sən pdf-i atacam demişdin 7yə kimi, atmadın!!! Pdf-i gözləyirik! ???. xx.xx.2024 Təqsirləndirilən şəxs: Salam, axşamın xeyir. Sabah bəzi suallar falan verilsə, yəni toxdaq ol, çünki orada bizdən olmayan adamlarda olacaq. Şahid1: Axşamın xeyir, nə suallar verə bilərlər? Təqsirləndirilən şəxs: Yatma, indi müəllimdən zəng gözləyirəm, nə suallar veriləcək səndə nə cavab ver deyə, sabah həlledici gündür, yəni 10 gün bu əziyyətin nəticəsidir sabah, 10 dəqiqəyə mənə yığacaq, sənədlərdə üstündə olsun. Sonra çalış diplomatik dildə danış, yəni sən ordasan, bunu beynində saxla, rahat ola, relax. Çünki bu bir nəsə imtahan deyil, sadəcə çalış ilkin təsurat pis olmasın. Burdasan? xx.xx.2024 Şahid1: Bəli. Təqsirləndirilən şəxs: Telefon bitsin səni yığıram. Şahid1: Tamam. Təqsirləndirilən şəxs 1 dəqiqə 47 saniyəlik səs yazısı göndərərək telefonla danışdığını, sabah bu məsələ ilə bağlı, həm digər məsələ ilə bağlı olaraq son günün olduğunu, günün 1-ci yarısında texnik və hüquqla bağlı olaraq 6 nəfər qəbul olunacağı, əgər çatdırılıb bitərsə onların günün 2-ci yarısında qəbul olunacağını, buna baxmayaraq onların günün 1-ci yarısında görüşəcəklərini, ora girişlərinin günün 2-ci yarısında olduğunu, hər şeyin təqdim olunacağı və təqdimat olunacağını, hər şeyin sabah bitmiş olacağını, tam dəqiq saat bildirilmədiyini, maksimum saat 2-yə qədər bu məsələ bitmiş olacağını bildirdiyi, həmçinin elan üzrə dostunun tövsiyəsi ilə gəlib cv verdiyini, sənədlər istənildiyini və sənədləri göndərdiyini, sonra qəbul olunduğunu bildirməsini qeyd etdiyi görünür. Təqsirləndirilən şəxs 28 saniyəlik səs yazısı göndərərək hansısa imtahan olmadığını, imtahan həyacanı keçirtməməsini, yəni rahat şəkildə missiyanı başa vurmasını bildirir. Təqsirləndirilən şəxs: Müəllimənin vəsiqəsinin Fin kodunu mənə yaz, buraxılışa onuda yazdıracam ki, içəri giriş buraxılış vərəqi yazılsın onada. Təqsirləndirilən şəxs 9 saniyəlik səs yazısı göndərərək əvvəlcə görüşün saat 10 da olacacağını bildirdiyini, lakin indi günün 2-ci yarısında qeyd etdiyini soruşur. Şahid1: Salam, gəlirik yoldayıq. Təqsirləndirilən şəxs: Salam, mən iclasdayam, indi 10 dəqiqəyə bitər, yığacam sizi. Şahid1: Ordasan? Bəs bu gün demişdin gələk, mənə zəng gəldi ki, sabah gəlin. Təqsirləndirilən şəxs: Eeee, kim zəng elədi? Şahid1: Elburus. Bu gün üçün danışmışdıq. Təqsirləndirilən şəxs: Baş düşmədim, 2 dəqiqə gözlə görüm, 2 dəqiqə gözlə yığıram səni. Saat 13:33-də Təqsirləndirilən şəxs Şahid1 zəng etdiyi və 16 saniyə danışıldığı görünür. Təqsirləndirilən şəxs: Mən içəri keçirəm, cavab ver görüm telefona. Şahid1: Zəng elə. Milli Məclisdən qayıtdıq biz hardasan? Saat 14:20-də Təqsirləndirilən şəxs Şahid1 zəng etdiyi və 39 saniyə danışıldığı görünür. Bundan sonra Şahid1 bank kartının şəklini göndərir. Təqsirləndirilən şəxs: Atılınca sizə çeki atacam. Şahid1: Okay, gözləyirəm. ?. Nə yerdə qaldı? Təqsirləndirilən şəxs 8 saniyəlik səs yazısı göndərərək səbirli olmağını, yarım saata həll edib çıxacağını bildirir. Şahid1: Gözləyirəm, çox uzandı. Bundan başqa telefonun “Qalareya” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs ağ vərəqə yazı yazdığının fotoşəkili olduğu görünür. (i.v. Cild İ, i.v. 106-114) Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 416973******5785 nömrəli birbank hesabının xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Zərərçəkmiş şəxs1 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qeyd edilən hesabına 100 manat və 10.900 manat pul vəsaiti köçürmüşdür. (Həmin günlər qeyri iş günləri olduğundan bank sistemində xx.xx.2024-cü il tarix kimi göstərilmişdir). (Cild İ, i.v. 115-121) “Baxış keçirilməsi haqqında” 15 may 2024-cü il tarixli protokoldan görünür ki, diskdə ad hissəsində “Təqsirləndirilən şəxs Eyyub oglu” yazısı olan 1 ədəd qovluq vardır. Həmin qovluğa daxil olduqda 1 ədəd qovluq olduğu görünür. Qovluğun ad hissəsində “xx.xx.2024” yazıldığı görünür. Həmin qovluğa daxil olduqda Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi və 11.000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs bildirdiyi hesaba köçürülən "xxxx" ASC-yə məxsus plastik kartdan Təqsirləndirilən şəxs istifadə etdiyi müəyyən olunaraq həmin bank kartından "xxxx" ASC-yə aid bankomatda xx.xx.2024-cü il tarixdə pul vəsaiti nağdlaşdırdığı görünür. (Cild İ, i.v. 126-127) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Milli Məclisi Aparat rəhbərinin adından olan 11 mart 2024-cü il tarixli, 16578/06 nömrəli əmrin üzərindəki möhür əksi, imza şırnaqlı printerdə çap edilmiş və “Canva” proqramında hazırlanmaları istisna edilmir. (Cild İ, i.v. 134-137) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 4 ünvanda yerləşən “Padişah” restoranıdır. (Cild İ, i.v. 243- 246) “Mobil telefona baxış keçirilməsi haqqında” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, telefonun ön hissəsi qara rəngli olub smartfon tiplidir. Həmin telefonda ***-***- **-** mobil nömrəsi vardır. Telefonda olan “Whatsapp” proqramına daxil olduqda Zərərçəkmiş şəxs2 “Amin” adı ilə qeyd etdiyi Təqsirləndirilən şəxs ilə yazışmalarının olduğu görünür. “Amin” adı ***-***-**-** (Təqsirləndirilən şəxs məxsusdur) mobil nömrə ilə qeyd edilmişdir. Qeyd edilən yazışmalara daxil olduqda Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə “özüm yığacam”, 24 dekabr 2023-cü il tarixdə “Yığıram sizi”, 23 yanvar 2024-cü il tarixdə “uzağı 10 dəqiqəyə yığıram, ən geci” 24 yanvar 2024-cü il tarixdə “Yığıram indi sizi, müəllim xəstəxanadayam, yığıram sizi”, 06 fevral 2024-cü il tarixdə “sizi həmən geri arayacam” yazdığını və çayxanada çəkdiyi videonu göndərdiyi, 08 fevral 2024cü il tarixdə “salam, müsaitsən?”, 26 fevral 2024-cü il tarixdə “səni həmən geri arayacağım” yazdığı görünür. 26 fevral 2024 Zərərçəkmiş şəxs2: Amil bəy zəng edirsiniz? Nə məsələdir? Kim nə deyib? Təqsirləndirilən şəxs: Müəllim narahat olmayın, telefonda işlərim var, bitirib yığıram. 03 mart 2024 Təqsirləndirilən şəxs: Səni sonra arayacağım. Yığacam özüm. 06 mart 2024 Təqsirləndirilən şəxs: Səni sonra arayacağım. Saat 11 də yığ. Çəkim bitsin, canlıdır. 09 mart 2024 Təqsirləndirilən şəxs: Yoldayam. 10 mart 2024 Zərərçəkmiş şəxs2 1 dəqiqə 27 saniyəlik səs yazısı göndərərək zəngini niyə açmadığını, ona söz verdiyini, artıq 4 ay müddət keçdiyini, pul verdiyini, beş min bir verdiyini, beş yüz bir verdiyini, qalan pulun özündən düzəldib verdiyini, onunla oyun oynamamağı, alınmadığı təqdirdə pulunu qaytarmasını, başqa hərəkət etməməsini, pulu sakit şəkildə geri qaytarmasını, bir iki günə dəqiq cavab verməsini bildirir. 11 mart 2024 Təqsirləndirilən şəxs: Salam, işdən sonra yığın məni. 02 aprel 2024 Zərərçəkmiş şəxs2: Salam, mən ofisin önündəyəm. Təqsirləndirilən şəxs: Salam, müəllim mən orda deyiləm, günortadan sonra sizin karta İnşallah pulu yükləyəcəm. Saat 3-ə qədər yüklənəcək tam olaraq, ən geci. Yaz istəyirsən, yada birazdan yığım, uzağı yarım saata, bu gün bağlanacaq bu mövzu narahat olma. Təqsirləndirilən şəxs 10 saniyəlik səs yazısı göndərərək ona axşam vaxtı zəng etməsini bildirir. 03 aprel 2024 Zərərçəkmiş şəxs2: 523915******7504, at pulu, uzatma. 05 aprel 2024 Təqsirləndirilən şəxs 08 saniyəlik səs yazısı göndərərək sənədlərini verdiyini, gözlədiyini, səbirli olmasını bildirir. Təqsirləndirilən şəxs: 1 saata yığacam görüşək. Müəllim səbirli olun yığacam vallah. 09 aprel 2024 Təqsirləndirilən şəxs: Salam müəllim, burda olanda məni yığın. Təqsirləndirilən şəxs sənədləri hazırladığını və təqdim edəcəyi barədə 2 ədəd video görüntü göndərdiyi görünür. Təqsirləndirilən şəxs: İftar bitsin yığıram. 11 aprel 2024 Təqsirləndirilən şəxs: Salam, rayondayam, axşama Bakıdayam, saat 7-8 arası görüşəyin. 15 aprel 2024 Təqsirləndirilən şəxs 03 saniyəlik səs yazısı göndərərək yarım saat gözləməsini, zəng edəcəyini bildirir. Təqsirləndirilən şəxs: Müəllim səbirli olun bankdayam. Təqsirləndirilən şəxs 07 saniyəlik səs yazısı göndərərək üst-üstə zəng etməməsini, bankda olduğunu dediyini, səbirli olmasını, zəng edəcəyini bildirir. Təqsirləndirilən şəxs: Məndədir, rahat olun birazdan yığacam. Təqsirləndirilən şəxs 02 saniyəlik səs yazısı göndərərək səsli yerdə olduğunu, zəng edəcəyini bildirir. 16 aprel 2024 Təqsirləndirilən şəxs: Səni həmən geri arayacağım. Özüm yığacam birazdan. Təqsirləndirilən şəxs 10 saniyəlik səs yazısı göndərərək əmisi oğlunun ciddi probleminin olduğunu, günortadan onunla məşğul olduğunu, birazdan zəng edəcəyini bildirir. 17 aprel 2024 Təqsirləndirilən şəxs 14 saniyəlik səs yazısı göndərərək bankda olduğunu, işinin uzandığını, bankdan çıxarkən zəng edəcəyini bildirir. Təqsirləndirilən şəxs 08 saniyəlik səs yazısı göndərərək yüksək səs tonu ilə üst-üstə zəng etməməsini, bütün işlərin bir-birinə qarışdığını bildirir. Zərərçəkmiş şəxs2 43 saniyəlik səs yazısı göndərərək üstünə qışqırmamasını, harda olmasını və ora gəldiyini, uşaq olmadığını, konkret olaraq sözünü deməsini bildirir. Təqsirləndirilən şəxs 14 saniyəlik səs yazısı göndərərək qışqırmadığını, çilədən çıxdığını, belə şərəfsiz bank sisteminin olmasını bildirir. Təqsirləndirilən şəxs 11 saniyəlik səs yazısı göndərərək Abşeronda olduğunu, saat 5ə dediyini bildirir. Zərərçəkmiş şəxs2 43 saniyəlik səs yazısı göndərərək işi-gücü olduğunu, hazırlaşıb yola çıxdığını, pulu verərkən banka qoymasını demədiyini, bu məsələnin ona aidiyyəti olmadığını, pulu verməsini, vermədiyi halda ölçü götürməsini, özbaşınalıq etməməsini bildirir. Təqsirləndirilən şəxs: Doğrusan, Allaha and ola doğrusan. 5 dəqiqəyə yığıram. Saat 20:50-də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs zəng etdiyi və 14 saniyə danışıldığı görünür. 22 aprel 2024 Təqsirləndirilən şəxs: Saat 6 uyğundur? Zərərçəkmiş şəxs2: Hə. Təqsirləndirilən şəxs: Oldu, o saatda görüşərik. Zərərçəkmiş şəxs2: Harda? Təqsirləndirilən şəxs: Yeri deyəcəm. Zərərçəkmiş şəxs2: Oldu? Təqsirləndirilən şəxs: Yığıram. Zərərçəkmiş şəxs2: Gözləyirəm. Təqsirləndirilən şəxs 03 saniyəlik səs yazısı göndərərək metroda olduğunu, çıxıb zəng edəcəyini bildirir. Təqsirləndirilən şəxs 06 saniyəlik səs yazısı göndərərək səbirli olmasını, zəng edəcəyini bildirir. 23 aprel 2024 Təqsirləndirilən şəxs: Çatıram yarım saata Bakıya. 25 aprel 2024 Təqsirləndirilən şəxs: Yığıram indi. Zərərçəkmiş şəxs2 1 dəqiqə 46 saniyəlik səs yazısı göndərərək dünən başqa söz dediyini, bu gün başqa söz dediyini, daha gözləməkdən keçdiyini, sabah pulunun çatdırılmadığı təqdirdə inciməməsini, sübutlarla Təhlükəsizlik Xidmətində görüşəcəklərini, işin bu dərəcəyə çatmasını istəmədiyini, fikirləşməsini, bundan sonra zəng etməyəcəyini, nə də onun zəngini götürməyəcəyini bildirir. 26 aprel 2024 Təqsirləndirilən şəxs: Salam, müsaitsəniz yığım. 27 aprel 2024 Saat 22:07-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür. 03 may 2024 Təqsirləndirilən şəxs 18 saniyəlik səs yazısı göndərərək işinin Allaha qaldığını, gözləməsini, adamın çıxdığını, özünündə namazdan çıxdığını bildirir. 06 may 2024 Təqsirləndirilən şəxs: Atam rəhmətə gedib yığacam. 13 may 2024 Təqsirləndirilən şəxs: Salam, sabah axşam Bakıdayam. 15 may 2024 Təqsirləndirilən şəxs: Salam, Bakıdayam, saat 3-ə kimi yığın məni. 16 may 2024 Zərərçəkmiş şəxs2 35 saniyəlik səs yazısı göndərərək daha işlərinin alınmadığını, onları fırlatdığını, bundan sonra öz işində olmasını, sabahdan bildiyi hərəkətə keçəcəyini, pulunu qaytarmasını, onunla görüşəcəyini bildirir. (Cild İİ, i.v. 45-67) “CD diskə baxış keçirilməsi haqqında” 31 may 2024-cü il tarixli protokoldan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “bakcell” sözü və qələmlə “8288” rəqəmləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X17” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 3 ədəd fayl vardır. 1 ədəd faylda sms mətnləri vardır və sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Ad hissəsində “xx.xx.2024 17_23_22_İMEİ detallaşması-İMEİ_8” yazısı olan fayla daxil olduqda mobil nömrənin İMEİ detallaşması barədə məlumatlar vardır. Ad hissəsində “xx.xx.2024 17_18_13_Mushteri zenglerinin_detallaşması_MSİSDN_552343378_.pdf.7z” yazısı olan fayla daxil olduqda Şahid1 adına olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan ***-***-**- ** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***- **-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat 15:08:01-ci dəqiqədə 87 saniyə, xx.xx.2024-cü il tarixdə saat 13:28:50-ci dəqiqədə 77 saniyə, həmin tarixdə saat 13:36:11-ci dəqiqədə 36 saniyə, həmin tarixdə saat 13:51:09-cu dəqiqədə 22 saniyə, həmin tarixdə saat 13:53:58-ci dəqiqədə 52 saniyə, xx.xx.2024-cü il tarixdə saat 11:22:47-ci dəqiqədə 228 saniyə, həmin tarixdə saat 11:26:51-ci dəqiqədə 87 saniyə danışıqlar olmuşdur. Bundan başqa həmin faylda taksofon nömrəsi olan ***-***-**- ** şəhər nömrəsi ilə Şahid1 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat 13:22:45-ci dəqiqədə 87 saniyə danışıq olmuşdur. (Cild İİ, i.v. 70-72) “Mobil telefona baxış keçirilməsi haqqında” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, telefonun ön hissəsi qara rəngli olub smartfon tiplidir. Həmin telefonda ***-***- **-** mobil nömrəsi vardır. Telefonda olan “Whatsapp” proqramına daxil olduqda Zərərçəkmiş şəxs3 “X18” adı ilə qeyd etdiyi Təqsirləndirilən şəxs ilə yazışmalarının olduğu görünür. “X18” adı ***-***-**-** (Təqsirləndirilən şəxs məxsusdur) mobil nömrə ilə qeyd edilmişdir. Qeyd edilən yazışmalara daxil olduqda: 15 yanvar 2024 Təqsirləndirilən şəxs: Necəsiz? Zərərçəkmiş şəxs3 8 saniyəlik səs yazısı göndərərək Təqsirləndirilən şəxsla hal-əhval tutduğu görünür. Təqsirləndirilən şəxs: Şükür qaydasındadır. Saat 11:58-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 17 dəqiqə danışıldığı görünür. Təqsirləndirilən şəxs: Takib atdım sizə instada, siz okey olsanız mən bu tərəflə danışaram. Sorun olmazsa əgər söz vermirəm, ama danışaram. Zərərçəkmiş şəxs3 21 saniyəlik səs yazısı göndərərək bu məsələni yoldaşı ilə müzakirə etdiyini, problem olmayacağını, lazım olan sənədləri qeyd etməsini və özünün göndərəcəyini bildirir. Təqsirləndirilən şəxs: Okeylədim mən. Zərərçəkmiş şəxs3: CV göndərim istəyirsiniz. Təqsirləndirilən şəxs 3 saniyəlik səs yazısı göndərərək cv-lik olmadığını, buranın cv ilə işləmədiyini bildirir. Təqsirləndirilən şəxs 3 saniyəlik səs yazısı göndərərək buranın işləyiş mexanizmasının cv ilə olmadığını bildirir. Zərərçəkmiş şəxs3: Bilirəm, hər ehtimala qeyd etdim. Sizi gözləyirəm o zaman. Təqsirləndirilən şəxs 32 saniyəlik səs yazısı göndərərək burda məsələ bütün yükün onların üzərində olduğunu, komitə olaraq onların qərar verəcəyini və aparata ötürəcəklərini, aparatında okeyləyəcəyini, orada əsas şərtin güvənlik olduğunu, yaşın problem olacağı təqdirdə özünün danışacağını bildirir. Zərərçəkmiş şəxs3: Yaxşı. Zərərçəkmiş şəxs3 29 saniyəlik səs yazısı göndərərək ondan cavab gözləyəcəyini, bu məsələləri danışmasını, nə sənəd lazım olarsa göndərəcəyini bildirir. Təqsirləndirilən şəxs 33 saniyəlik səs yazısı göndərərək danışdığını, yaş məsələsində narazılıq olduğunu, lakin orada adam olduğunu, sonrakı mərhələdə nə isə bir şeylə həll edəcəklərini, şəxsiyyət vəsiqəsini sistemə vurulması üçün göndərməsini, qırmızı işıq yanmazsa sənədləri deyəcəyini və dediyi sənədləri göndərməsini bildirir. Təqsirləndirilən şəxs 06 saniyəlik səs yazısı göndərərək hər ehtimala digər məsələni həll etməsini bildirir. Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsinin şəklini göndərir. Təqsirləndirilən şəxs 03 saniyəlik səs yazısı göndərərək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitib-bitməməsini soruşur. Zərərçəkmiş şəxs3: Yox-yox, 26-cı ilədək vaxtı var. Təqsirləndirilən şəxs 30 saniyəlik səs yazısı göndərərək problom çıxmayacağı təqdirdə sənədləri deyəcəyini, Asan Xidmətdən məhkumluq haqqında arayış almasını, diplomun pdf-ni və şəxsiyyət vəsiqəsinin pdf-ni bu gün çatdırmasını, geriyə qalan sənədlərlə bağlı isə əlavə vaxt deyəcəklərini bildirir. Zərərçəkmiş şəxs3: Yaxşı. Təqsirləndirilən şəxs 21 saniyəlik səs yazısı göndərərək hər ehtimala digər məsələni hazırlamasını, yoldaşı ilə bərabər şirkətə gəlməsini, burda necə olacağını, yəni hesabdanmı gedəcəyini, əldənmi olacağını aydınlaşdırıb bərabər hərəkət edəcəklərini bildirir. Təqsirləndirilən şəxs 7 saniyəlik səs yazısı göndərərək ümumdövlətlər təşkilatının baş ofisinə və ya onların şirkətinin baş ofisinə gəlmələrini dəqiq deyəcəyini bildirir. Saat 12:42-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 2 dəqiqə danışıldığı görünür. Saat 12:46-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 2 dəqiqə danışıldığı görünür. Saat 13:06-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 55 saniyə danışıldığı görünür. Saat 14:01-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 20 saniyə danışıldığı görünür. Zərərçəkmiş şəxs3 diplomunun şəklini göndərir. Təqsirləndirilən şəxs: Gəlirsiz? Zərərçəkmiş şəxs3: Gəlirik. Təqsirləndirilən şəxs: Yaxşı, gözləyirəm, gedəcəyik. Zərərçəkmiş şəxs3: Meqabayt çatmır açmağa. Təqsirləndirilən şəxs: Sizi gözləyirəm. Təxminən neçə dəqiqəyə gələrsiz? Zərərçəkmiş şəxs3: 10-15 dəqiqə deyir. Təqsirləndirilən şəxs: Gözləyirəm. Zərərçəkmiş şəxs3: 11-ə qalxırıq. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsini və digər sənədləri pdf formatında göndərdiyi, həmçinin **********425785 bank hesabı olan rəqəmləri göndərdiyi görünür. Zərərçəkmiş şəxs3 409809******9161 hesab nömrəsindən Təqsirləndirilən şəxs göndərdiyi 416973******5785 hesaba 3.000 manat pul göndərməsi barədə elektron qəbzi göndərdiyi görünür. Zərərçəkmiş şəxs3: Oturdu? Təqsirləndirilən şəxs: Hə. Zərərçəkmiş şəxs3: Lap yaxşı, xeyirli olsun. Zərərçəkmiş şəxs3: Axşamınız xeyir Amil müəllim. Əmrlə bağlı vəziyyət nə yerdə qaldı? Təqsirləndirilən şəxs 3 saniyəlik səs yazısı göndərərək xəbər edəcəyini bildirir. Zərərçəkmiş şəxs3: Yaxşı. Arayış, şəkil..bunları hazırlamaq üçün soruşdum. Vaxt məsələsinə görə. Sizi gözləyəcəm onda. 16 yanvar 2024 Zərərçəkmiş şəxs3: Necəsiniz? Saat 15:15-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 41 saniyə danışıldığı görünür. Zərərçəkmiş şəxs3: Gözləyirik. Təqsirləndirilən şəxs: Xəyal xanım arayışı aldız? Zərərçəkmiş şəxs3 28 saniyəlik səs yazısı göndərərək sənədləri düzəltmək üçün vaxtın az olduğunu, təsdiq olması ilə bağlı cavab gözlədiyini, əmrinin çıxması təqdirdə işləri görməsini arayışı və digər sənədləri almasını bildirir. Təqsirləndirilən şəxs 15 saniyəlik səs yazısı göndərərək sənədin hazır olduğunu, dünən çıxdığını, göndərildiyini, artıq təsdiqə getdiyini, narahat olmamasını, işini görməsini, hər şeyin okeyləndiyini bildirir. Zərərçəkmiş şəxs3 5 saniyəlik səs yazısı göndərərək bütün sənədlərini bu gün hazırlayacağını bildirir. Təqsirləndirilən şəxs 4 saniyəlik səs yazısı göndərərək artıq hər şeyin hazır olduğunu bildirir. Təqsirləndirilən şəxs 7 saniyəlik səs yazısı göndərərək dünən bir məsələ olduğunu, sadəcə deyib-deməməsinin düzgün olub-olmadığını bilmədiyini, lakin deyəcəyini bildirir. Zərərçəkmiş şəxs3: Deyin əlbəttə. Saat 15:44-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 5 dəqiqə danışıldığı görünür. Təqsirləndirilən şəxs: Xəyal xanım. Zərərçəkmiş şəxs3: Buyurun. Təqsirləndirilən şəxs: 1000 manat mənə pul gəldi, 200-də var məndə, əksiyim qalır, varsa bunu sizin işlə əlaqələndirim. Sabah tezdən sizə atacam. Sadəcə kişiyə söz verdim. Zərərçəkmiş şəxs3: Nəyi? Başa düşmədim. Təqsirləndirilən şəxs: Pulu, belə deyim aydın olsun. Mənə nəsə indi ata bilərsiz? Mən sabah bunu sizə geri atacam. əksiyimi tamamlayım göndərim. Zərərçəkmiş şəxs3: 10 dəqiqə gözləyin həll edirəm indi. Təqsirləndirilən şəxs: Yaxşı, mən sizə atım pulu siz o adama atın, yada mənə atın mən atım, fərqi yoxdur. Zərərçəkmiş şəxs3: Sizə göndərim siz həll edin. Təqsirləndirilən şəxs: Yaxşı. Zərərçəkmiş şəxs3 800 manat pul göndərməsi barədə elektron qəbzin şəklini göndərir. Zərərçəkmiş şəxs3: Oturdu? Təqsirləndirilən şəxs: Hə. Zərərçəkmiş şəxs3: Amil müəllim salam. Mən sənədləri tamamladım, amma ürəyimdə narahatlıq var nəsə... Təqsirləndirilən şəxs: Necə, narahatlıq nədən? Deyin zəhmət olmasa. Zərərçəkmiş şəxs3: Sanki nəsə çıxacaqmış kimi... Təqsirləndirilən şəxs: Yox, o mərhələni keçmişik. Zərərçəkmiş şəxs3: İnşallah qısa zamanda şad xəbəri verərsiz. Tam təsdiq barədə. 17 yanvar 2024 Zərərçəkmiş şəxs3: Hər vaxtınız xeyir Amil müəllim. Necəsiniz? İşləriniz necə gedir? Sabahkı görüşü dəqiqləşdirmək istəyirdim. Təqsirləndirilən şəxs: Salam, saat 4-də ordayam. Zərərçəkmiş şəxs3: Bu gün? Sabah? Zərərçəkmiş şəxs3: Axşamınız xeyir, sabahkı görüşlə bağlı məsələ nə yerdə qaldı? Amil müəllim sabah üçün işlərimi planlaşdırmaq istəyirəm. Təqsirləndirilən şəxs: Saat 9-da yığacam sizi. Saat 21:26-da Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs zəng etdiyi və 19 saniyə danışıldığı görünür. Zərərçəkmiş şəxs3: Sizin zənginizi gözləyirik. Yoldaşım sizinlə danışmaq istəyir. Saat 22:58-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs zəng etdiyi və 43 saniyə danışıldığı görünür. Təqsirləndirilən şəxs: Müsaitsiz? Zərərçəkmiş şəxs3: Bəli. Saat 22:58-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 2 dəqiqə danışıldığı görünür. 18 yanvar 2024 Zərərçəkmiş şəxs3: Sabahınız xeyir olsun. Saat neçədə görüşürük İnşallah. Təqsirləndirilən şəxs 9 saniyəlik səs yazısı göndərərək saat 11-də ona zəng edəcəklərinin, bu barədə məlumat verəcəyini, evdə hazır vəziyyətdə gözlədiyini bildirir. Zərərçəkmiş şəxs3: Yaxşı, sizi gözləyirik. Saat 11:06-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 8 saniyə danışıldığı görünür. Təqsirləndirilən şəxs: vəsiqənizi atın mənə. Zərərçəkmiş şəxs3: xxxxxxx. Saat 11:37-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 5 dəqiqə danışıldığı görünür. Saat 12:45-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 17 saniyə danışıldığı görünür. Zərərçəkmiş şəxs3 24 saniyəlik səs yazısı göndərərək ona heç bir zəng və mesaj gəlmədiyini, sadəcə olaraq bu gün çağrılacağını və ya çağırılmayacağını dəqiqləşdirib ona deməsini, bəzi işlərinin olduğunu bildirir. Təqsirləndirilən şəxs 8 saniyəlik səs yazısı göndərərək zəngi öyrənə biləcəyini, lakin çağırılıb-çağırılmayacağını özünün bilmədiyini, onların bildiyini, zəngi öyrənib məlumat verəcəyini bildirir. Zərərçəkmiş şəxs3 30 saniyəlik səs yazısı göndərərək çağırılmağını geyim formasına görə və sənədləri götürməsinə görə soruşduğunu, narahat olduğunu bildirir. Təqsirləndirilən şəxs 5 saniyəlik səs yazısı göndərərək maraqlanıb məlumat verəcəyini bildirir. Zərərçəkmiş şəxs3: Amil müəllim bir xəbər var? Təqsirləndirilən şəxs 9 saniyəlik səs yazısı göndərərək hazırda dərkanarın yazıldığını, içəridə olduğunu, özünün də xəbər gözlədiyini bildirir. Təqsirləndirilən şəxs 5 saniyəlik səs yazısı göndərərək ona yekun sənədin bu gün və ya sabah veriləcəyi bildirildiyini qeyd edir. Zərərçəkmiş şəxs3: Çox narahatam, məni başa düşün. Təqsirləndirilən şəxs 6 saniyəlik səs yazısı göndərərək narahat olmamasını, saat 6-ya qədər vaxt istədiyini, bir şeylər edəcəyini bildirir. Zərərçəkmiş şəxs3: Sabah həftənin son iş günüdür. Sabah da xəbər çıxmasa məsələ uzanacaq. Zərərçəkmiş şəxs3: Gecəniz xeyir, sizdən xəbər gözlədim... Təqsirləndirilən şəxs 20 saniyəlik səs yazısı göndərərək indi çatdığını, sabah sənədini təslim edəcəyini bildirir. Zərərçəkmiş şəxs3: Oldu, gözləyəcəm. 19 yanvar 2024 Təqsirləndirilən şəxs: Salam, məni yığın. Zərərçəkmiş şəxs3: 5 dəqiqəyə yığıram. Təqsirləndirilən şəxs: Mənə adresi yazın. Adres istənir, məktub gələcək adresə, sizin olacağınız adresi. Zərərçəkmiş şəxs3: Xətai r-nu, Lütfi-zadə 205/86 (köhnə Telnov 19). Saat 12:45-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür. Zərərçəkmiş şəxs3 1 dəqiqə 17 saniyəlik səs yazısı göndərərək əmr veriləciyini dediyini, lakin əmrin işçiyə verilmədiyini, onun üçün bu məsələnin qaranlıq olduğunu, ilk öncə müqavilənin göndərilməli olduğunu, müqaviləni də işçini dəvət edib tanış olduqdan və orginal sənədlərin götürülməsindən sonra göndərildiyini və qərar qəbul olunduğunu, əmrin işçiyə verilmədiyini, ona gələnin nə olacağını soruşaraq, aparat rəhbəri ilə görüşəcəyini dediyini, bunun da alınmadığını, bəlkə onu da kiminsə aldatdığını, belə iş olmadığını bildirir. Təqsirləndirilən şəxs 31 saniyəlik səs yazısı göndərərək onun dediyi komitənin qərarının olduğunu, orada bir neçə nəfərin adının olduğunu, həmin məktub əsasında dəvət olunacağını, həmin məktubun ona çatmalı olduğunu, qaydanın belə olduğunu, bu işin müqavilə əsasında olmadığını, özünün bunu görəcəyini bildirir. Zərərçəkmiş şəxs3: Siz gəlirsiniz? Təqsirləndirilən şəxs: Mənə konum atarsız. Zərərçəkmiş şəxs3: Əhmədli metrosunun yanına gəlin. Təqribən saat neçə üçün orda ola bilərsiniz? Təqsirləndirilən şəxs: Təqribən 30 dəqiqəyə. Zərərçəkmiş şəxs3: Oldu. Təqsirləndirilən şəxs: Mən burdayam. Siz hardasız? 24 yanvar 2024 Zərərçəkmiş şəxs3: (***)*******, (***)*******, (***)*******. Təqsirləndirilən şəxs: Tamamdır. 26 yanvar 2024 Saat 16:26-da Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs zəng etdiyi və 8 dəqiqə danışıldığı görünür. Saat 16:40-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 47 saniyə danışıldığı görünür. Saat 17:25-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 24 saniyə danışıldığı görünür. Saat 17:26-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 1 dəqiqə danışıldığı görünür. Saat 17:51-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 zəng etdiyi və 47 saniyə danışıldığı görünür. Zərərçəkmiş şəxs3: (***)*******. Təqsirləndirilən şəxs: Adı nə idi müəllimin? Zərərçəkmiş şəxs3: Şəhriyar. Təqsirləndirilən şəxs: Tamam. İşdədir? Zərərçəkmiş şəxs3: İndi evdədir. Təqsirləndirilən şəxs: Hə. 29 yanvar 2024 Təqsirləndirilən şəxs: Salam. Xəyal xanım Allahın izniylə İnşallah 3-cü gün yaxşı xəbərlərimiz olacaq, məlumunuz olsun. Zərərçəkmiş şəxs3: Aleykum salam. Gözləyirik, İnşallah 3-cü gün birgə sevinərik. Təqsirləndirilən şəxs: İnşallah. Təqsirləndirilən şəxs: Salam Xəyal xanım bir daha, Mədəniyyət Nazirliyində incəsənət şöbəsində iş var, adam varsa yönləndirək getsin görüşsün bu gün. Zərərçəkmiş şəxs3: Salam Amil müəllim, bu gün valideyinlərimlə məşğulam, ona görə təklifinizi dəyərləndirə bilmirəm. 30 yanvar 2024 Təqsirləndirilən şəxs: Salam. Yaxşılığdırmı? Təqsirləndirilən şəxs 13 saniyəlik səs yazısı göndərərək dayısının avtoqəzası ilə bağlı məşğul olduğunu bildirir. 01 fevral 2024 Zərərçəkmiş şəxs3 25 saniyəlik səs yazısı göndərərək dünən gözlədiklərini, heç bir xəbər çıxmadığını, dediyi günlər, yəni nə 1-ci günü, nə 3-cü günü, yenə də heçnəyin olmadığını, bununla bağlı məlumat vermədiyini bildirir. Təqsirləndirilən şəxs 34 saniyəlik səs yazısı göndərərək xəstəni palataya keçirdikdən sonra saat 4-5-də görüşəcəyini, görüşüb məlumat verəcəyini, dünən getməli olduğunu, lakini gedə bilmədiyini bildirir. Zərərçəkmiş şəxs3: Allah şəfa versin, gözləyəcəm zənginizi. Təqsirləndirilən şəxs: Mütləq. Zərərçəkmiş şəxs3: Amil müəllim bəs nə oldu? Zəng gəlmədi... Sizdən cavab gözləyirəm. Təqsirləndirilən şəxs 28 saniyəlik səs yazısı göndərərək görüşmədən indi çıxdığını, sənədlərin yazıldığını, hazırda əmrdə olduğunu, əmr gəldikdən sonra çağrılacağını, ən geci 1-ci günə qalacağını bildirir. Zərərçəkmiş şəxs3: Ən geci gələn həftənin bazar ertəsinə qədər? Təqsirləndirilən şəxs: Bəli. 02 fevral 2024 Zərərçəkmiş şəxs3: Salam Amil müəllim. Sizinlə açıq danışacağam. Əgər birinci gün iş tam öz həllini tapmasa mən sənədlərimi geri istəməli olacağam. Bu işi gözləyə-gözləyə planlaşdırdığım işlərimdə qalıb və qərar qəbul edə bilmirəm. Yanvar da bitdi, vaxtım daralır. Ümidvaram ki, məni düzgün başa düşəcəksiniz. Təqsirləndirilən şəxs: Salam, narahat olmayın Xəyal xanım, nə danışdıqsa odur. Zərərçəkmiş şəxs3: Təki siz deyən kimi olsun! 06 fevral 2024 Zərərçəkmiş şəxs3: Sabahınız xeyir Amil müəllim. Zəhmət olmasa sənədləri qaytarın. Sizdən cavab gözləyirəm. Təqsirləndirilən şəxs: Salam. Saat 4-də idarədəyəm, nə lazımdırsa həll edin, sizi arıyacam. Tezdən gedəcəydim, yasım var deyə gedə bilmədim. Zərərçəkmiş şəxs3: Yas? Allah rəhmət eləsin. Zərərçəkmiş şəxs3: Zənginizi gözləyirəm. Təqsirləndirilən şəxs: Çıxıram indi. Təqsirləndirilən şəxs 09 saniyəlik səs yazısı göndərərək çıxdığını, indi zəng edib danışacağını bildirir. Zərərçəkmiş şəxs3: Gözləyirəm. 09 fevral 2024 Zərərçəkmiş şəxs3: Axşamınız xeyir. Amil müəllim, danışdığımız kimi, sənədləri geri qaytarın. Burada bitirək. 10 fevral 2024 Zərərçəkmiş şəxs3: Salam. Sizdən niyə cavab gəlmir? Təqsirləndirilən şəxs: Salam Xeyal xanım. 1 saata Bakıdayam, sizi yığacam, axşam da görüşəcəm. Zərərçəkmiş şəxs3: Axşam vaxtım olmayacaq. Təqsirləndirilən şəxs: Zəng edəcəm, Bakıya çatım. 11 fevral 2024 Zərərçəkmiş şəxs3: Danışdız mühasiblə? Getməliyəm, mən sizi gözləyirəm. Təqsirləndirilən şəxs: Sizə zəng çatmır. Saat 15:23-də Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs zəng etdiyi və 4 dəqiqə danışıldığı görünür. 12 fevral 2024 Zərərçəkmiş şəxs3: Salam. Sizdən xəbər gözləyirəm. Zərərçəkmiş şəxs3: Saat 10-dan sizi gözləyirəm. İşə getməliyəm. Məni nə qədər gözlədəcəksiniz? İşim gücüm var. Təqsirləndirilən şəxs 39 saniyəlik səs yazısı göndərərək əmanəti çıxartmaq üçün təlimat verdiyini, həll edib yanına gələcəyini, harada olmasının önəminin olmadığını, işini bitirib gələcəyini, banka girib-çıxacağını bildirir. Zərərçəkmiş şəxs3: Siz yenə də gecikdirirsiniz məsələni. Sıxıntı burda. Zərərçəkmiş şəxs3 46 saniyəlik səs yazısı göndərərək onlara deyilən kimi yerindəcə karta pulları yüklədiyini, neçə gündür pulunu geri istədiyini, onun pulu verməsini gecikdirdiyini, ondan belə bir şey gözləmədəyini, onu ciddi adam kimi qəbul etdiyini, aldadıldığını bildirir. Zərərçəkmiş şəxs3: Hansı bankdı deyin ora gəlirəm, gözləməyə vaxtım yoxdu. Zərərçəkmiş şəxs3: Bank 5-də bağlanır, yəqin artıq sizdədir. Nə vaxt çatdırırsınız? Təqsirləndirilən şəxs: Xəyal xanım səbirli olun, ən qısa zamanda dönürəm. Zərərçəkmiş şəxs3: Mən siz deyən kimi kartınıza oturtdum. Siz ayın 8-dən söz verib yayınırsınız. 09 mart 2024 Zərərçəkmiş şəxs3: 4169 7388 7291 5701. (Cild İİ, i.v. 92-142) Zərərçəkmiş şəxs3 təqdim etdiyi, sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 416973******8092 nömrəli birbank hesabının xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, sonuncu 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs hesabına 5.000 manat pul vəsaiti köçürmüşdür. (Cild İİ, i.v. 145-146) Zərərçəkmiş şəxs3 təqdim etdiyi, sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 409809******9161 nömrəli hesabının xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, sonuncu 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs hesabına 3.000 manat, 18 yanvar 2024-cü il tarixdə isə 800 manat pul vəsaiti köçürmüşdür. (Cild İİ, i.v. 147-148) Zərərçəkmiş şəxs3 təqdim etdiyi, sonuncunun adına olan "xxxx" ASC-yə məxsus 416973******5701 nömrəli birbank hesabının xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, həmin hesaba 05 fevral 2024-cü il tarixdə 2.000 manat pul vəsaiti köçürülmüşdür. (Cild İİ, i.v. 149-154) “CD diskə baxış keçirilməsi haqqında” 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “Verbatim” sözü və qələmlə “7133-xx.xx.2024” rəqəmləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X17” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 1 ədəd qovluq vardır, həmin qovluğun ad hissəsində “7133-xx.xx.2024” yazılmışdır. Həmin qovluğu açdıqda sms mətnləri olan 1 ədəd və telefon zəngləri ilə bağlı 1 ədəd faylın olduğu görünür. Sms mətnləri olan fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 11:17:21-ci dəqiqədə “Telefondayam, bitsin yığıram” məzmunda sms gəldiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 19:16:26-cı dəqiqədə “Sizi arayacağım”, həmin tarixdə saat 19:18:53-cü dəqiqədə “sizi 1 saata yığacam”, həmin tarixdə saat 21:21:00-da “çəkiliş bitir yığacam”, 28 mart 2024-cü il tarixdə saat 09:05:27-ci dəqiqədə “1 saata özüm yığacam, dünən baş qarışıq oldu”, həmin tarixdə saat 12:22:31-ci dəqiqədə “bankdayam yığıram”, xx.xx.2024-cü il tarixdə saat 09:33:13-cü dəqiqədə “dünən biraz sorun oldu, 1 saata yığıram”, həmin tarixdə saat 10:36:42-ci dəqiqədə “bankdayam bəy, yekunlaşır çıxıram narahat olma, hara desən ora gəlirəm”, həmin tarixdə saat 10:38:20-ci dəqiqədə “müəllim mesaj yazıram hələdə yığırsız, zatən açma imkanı olsa açacam”, həmin tarixdə saat 13:35:28-ci dəqiqədə “müəllim mən özüm sizi yığacam, saat 5-ə qədər pul köçməsini gözləyirəm”, həmin tarixdə saat 13:35:37-ci dəqiqədə “xahiş edirəm, bu gün bağlıyacıq məsələni”, xx.xx.2024-cü il tarixdə saat 10:48:17-ci dəqiqədə “bankdayam, 12-ə qədər gözlə məni”, xx.xx.2024-cü il tarixdə saat 13:33:07-ci dəqiqədə “yığıram”, xx.xx.2024-cü il tarixdə saat 09:43:46-cı dəqiqədə “sizi arayacağım”, həmin tarixdə 09:44:52-ci dəqiqədə “gözləyin 1 saat içində yığıram, bu gündə bitirəcəm”, xx.xx.2024-cü il tarixdə saat 10:13:44-cü dəqiqədə “bankdayam yığacam”, həmin tarixdə saat 18:26:12-ci dəqiqədə “indi yığıram sizi” məzmunda sms-lər gəldiyi görünür. Telefon zəngləri olan fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:12:16-cı dəqiqədə 274 saniyə, həmin tarixdə 18:08:51-ci dəqiqədə 45 saniyə, xx.xx.2024-cü il tarixdə saat 10:35:47-ci dəqiqədə 253 saniyə, həmin tarixdə saat 10:40:09-cu dəqiqədə 43 saniyə, həmin tarixdə saat 12:29:33-cü dəqiqədə 1467 saniyə, həmin tarixdə saat 13:09:45-ci dəqiqədə 148 saniyə, həmçinin eyni qaydada xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Bundan başqa qeyd edilən faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:08:01-ci dəqiqədə 87 saniyə, xx.xx.2024-cü il tarixdə saat 13:28:50-ci dəqiqədə 77 saniyə, həmin tarixdə 13:36:11-ci dəqiqədə 36 saniyə, həmin tarixdə 13:51:09-cu dəqiqədə 22 saniyə, həmin tarixdə 13:53:58-ci dəqiqədə 52 saniyə, xx.xx.2024-cü il tarixdə saat 11:26:51-ci dəqiqədə 87 saniyə danışıqlar olduğu görünür. Bundan başqa qeyd edilən faylda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:39:54-cü dəqiqədə 39 saniyə, həmin tarixdə saat 10:52:32-ci dəqiqədə 111 saniyə, xx.xx.2024-cü il tarixdə saat 10:43:50-ci dəqiqədə 49 saniyə, xx.xx.2024-cü il tarixdə saat 20:10:09-cu dəqiqədə 51 saniyə, xx.xx.2024-cü il tarixdə saat 15:05:03-cü dəqiqədə 35 saniyə, həmçinin eyni qaydada xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. (Cild İİ, i.v. 157-159) 24 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq edərək sonuncunun üzünə deməklə onun oğlu Şahid1 Azərbaycan Respublikası Milli X7 əlaqələr şöbəsinə işə düzəltməsi müqabilində 13.100 manat pul vəsaiti verdiyini bildirmişdir. (Cild İİİ, i.v. 22-26) 24 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq edərək sonuncunun üzünə deməklə onu Azərbaycan Respublikası Milli X7 əlaqələr şöbəsinə işə düzəltməsi müqabilində anası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 13.100 manat pul vəsaiti verdiyini bildirmişdir. (Cild İİİ, i.v. 27-31) “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı sübut əhəmiyyəti kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin adından olan 11 mart 2024-cü il tarixli, 16578/06 nömrəli əmr, "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, 1401-********** nömrəli məxaric qəbzinin surəti, Təqsirləndirilən şəxs əlyazma ilə yazdığı xx.xx.2024-cü il tarixli qəbz, ********** nömrəli qəbzlər, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 416973******5785 nömrəli birbank hesabının çıxarış, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus 416973******8092 nömrəli birbank hesabından çıxarış, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus 409809******9161 nömrəli hesabından çıxarış, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus 416973******5701 nömrəli birbank hesabından çıxarış, 08 may 2024-cü il tarixli telefona baxış protokoluna əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan danışıqlara dair səs yazılarının olduğu 1 ədəd disk, "xxxx" ASC-dən daxil olmuş bank görüntüləri mövcud olan 1 ədəd disk, 30 may 2024-cü il tarixli telefona baxış protokoluna əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan danışıqlara dair səs yazılarının olduğu 1 ədəd disk, 05 iyun 2024-cü il tarixli telefona baxış protokoluna əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında olan danışıqlara dair səs yazılarının olduğu 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk 25 iyun 2024-cü il tarixli qərarımlа maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (Cild İİİ, i.v.37-77) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 cəmi 11.000 manat məbləğində pul aldığını yəni, əlavə olaraq 2.100 manat məbləğdə pulun almadığını göstərsə də, məhkəmə bu ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.4 və 320.1-ci maddələri ilə verilmiş ittiham Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddəsi ilə əhatə olunduğundan, onun ittihamından Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsini əks etdirən rəqəm ifadəsi xaric edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 1(005)- 130/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilmişdir. (Cild İ, i.v. 47-57) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarı ilə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmiş (Cild İ, i.v. 78) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 1(011)-159/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib 1.500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən sonuncunun 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. (Cild İ, i.v. 145-149) İmişli RİHB-nın Boşçallar kənd İƏDÜ nümayəndəliyinin istintaqa təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerdə müsbət xarakterizə olunur. (Cild İ, i.v. 162) “Axtarışda olan şəxsin tutulması haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. (Cild İİ, i.v. 167-168) “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 199-200) İmişli Rayon İcra və Probasiya Şöbəsinin 06 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 1(011)-159/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə 1000 (min) manat cəriməni ödədiyi üçün İmişli rayon icra və probasiya şöbəsinin qeydiyyatıdan çıxarılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-444/2024 saylı qərarından görünür ki, xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olan, işləməyən, İmişli rayonu, Boşçallar kəndi ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5anda yaşayan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı istintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 10 sentyabr 2025-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin adından olan 11 mart 2024-cü il tarixli, 16578/06 nömrəli əmr, "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, 1401-********** nömrəli məxaric qəbzinin surəti, Təqsirləndirilən şəxs əlyazma ilə yazdığı xx.xx.2024-cü il tarixli qəbz, ********** nömrəli qəbzlər, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 416973******5785 nömrəli birbank hesabının çıxarış, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus 416973******8092 nömrəli birbank hesabından çıxarış, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus 409809******9161 nömrəli hesabından çıxarış, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus 416973******5701 nömrəli birbank hesabından çıxarış, 08 may 2024-cü il tarixli telefona baxış protokoluna əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan danışıqlara dair səs yazılarının olduğu 1 ədəd disk, "xxxx" ASC-dən daxil olmuş bank görüntüləri mövcud olan 1 ədəd disk, 30 may 2024-cü il tarixli telefona baxış protokoluna əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan danışıqlara dair səs yazılarının olduğu 1 ədəd disk, 05 iyun 2024-cü il tarixli telefona baxış protokoluna əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında olan danışıqlara dair səs yazılarının olduğu 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materillarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş sənədlərin texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, ona bu əməli törətməsi ilə əlaqədar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddialar təmin edilməlidir. Cinayət əməli nəticəsində dəymiş 6800 (altı min səkkiz yüz) manat maddi ziyan və 90 (doxsan) manat məhkəmə xərci mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə, 5500 (beş min beş yüz) manat maddi ziyan və 75 (yetmiş beş) manat məhkəmə xərci mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilsin. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2024-xx.xx.2024-cü il tarixli iclaslarında iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 375 (üç yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-in 320.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 24 iyun 2024-cü il tarixdə, yəni 01 (bir) gün, müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin adından olan 11 mart 2024-cü il tarixli, 16578/06 nömrəli əmr, "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, 1401-********** nömrəli məxaric qəbzinin surəti, Təqsirləndirilən şəxs əlyazma ilə yazdığı xx.xx.2024-cü il tarixli qəbz, ********** nömrəli qəbzlər, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus 416973******5785 nömrəli birbank hesabının çıxarış, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus 416973******8092 nömrəli birbank hesabından çıxarış, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus 409809******9161 nömrəli hesabından çıxarış, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə məxsus 416973******5701 nömrəli birbank hesabından çıxarış, 08 may 2024-cü il tarixli telefona baxış protokoluna əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Şahid1 arasında olan danışıqlara dair səs yazılarının olduğu 1 ədəd disk, "xxxx" ASC-dən daxil olmuş bank görüntüləri mövcud olan 1 ədəd disk, 30 may 2024-cü il tarixli telefona baxış protokoluna əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında olan danışıqlara dair səs yazılarının olduğu 1 ədəd disk, 05 iyun 2024-cü il tarixli telefona baxış protokoluna əlavə edilmiş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında olan danışıqlara dair səs yazılarının olduğu 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materillarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddialar təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 6800 (altı min səkkiz yüz) manat maddi ziyan və 90 (doxsan) manat məhkəmə xərci mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə, 5500 (beş min beş yüz) manat maddi ziyan və 75 (yetmiş beş) manat məhkəmə xərci mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmənin xx.xx.2024-xx.xx.2024-cü il tarixli iclaslarında iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat və xx.xx.2025-xx.xx.2025-ci il tarixli iclaslarında iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 375 (üç yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-36/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-36/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver