Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-360/2021 11.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu Mayak qəsəbəsi ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla şəkərli diabeti xəstəliyindən əziyyət çəkdiyindən ona 4.500 manat müqabilində təqaüd düzəldə biləcəyi barədə vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin oktyabr ayının əvvəlində günorta saatlarında Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 98 saylı binanın yaxınlığındakı adsız çayxanada 1.000 manat, 2018-ci ilin noyabr ayının əvvəlində saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 98 saylı binanın yaxınlığındakı adsız çayxanada 500 manat və 20 dekabr 2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 98 saylı binanın yaxınlığındakı adsız çayxanada 2.500 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 4.000 (dörd min ) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə işə düzəlmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla X3 4.000 manat müqabilində Dövlət Gömrük Komitəsində inspektor kimi işə düzəldə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanıb 2019-cu ilinin may ayının sonunda ünvan 3 ünvanda yerləşən “Uni” Klinikasının qarşısında 4.000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 4.000 (dörd min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rza oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Əlini Bakı şəhəri Yasamal rayonunda ev alqı-satqısı ilə məşğul olan makler kimi tanımış, 2019-cu ildə ondan Abşeron rayonu Masazır qəsəbəsində olan həyət evinin satılmasında köməklik göstərməsini xahiş etmiş, sonralar isə Zərərçəkmiş şəxsla daha yaxın münasibəti yaranmışdır. Əli ona şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, hətta xəstəliyi ilə bağlı əməliyyat olunmasını, artıq işləyə bilmədiyini və xəstəliyi ilə əlaqədar təqaüdə çıxmaq istədiyini bildirmiş, sonra isə ondan bu işdə ona köməklik göstərməsini xahiş etmiş, həmin ərəfədə özünə Abşeron rayonu Masazır qəsəbəsində həyət evi tikdirdiyi üçün damını vurmağa pul lazım olduğuna görə Əliyə köməklik edə biləcəyini demiş, Əli də onun təklifi ilə razılaşmışdır. Bu məqsədlə Əlidən yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 98 saylı binanın yaxınlığındakı adsız çayxanada ümumilikdə 4.000 manat pul almış, həmin vaxt ona 2019-cu ilin yanvar ayının əvvəllərində təqaüdünü düzəldəcəyinə söz vermiş, ancaq Əlinin təqaüd məsələsi ilə bağlı heç kəsə müraciət etməmiş, çünki onun Əliyə şəkər xəstəliyi ilə bağlı təqaüd düzəltmək fikiri və niyyəti olmamış, sadəcə evinin damını vurmaq üçün pul lazım olduğuna görə belə bir vədlə Əlidən 4.000 manatı almış, sonradan isə həmin 4.000 manatı öz şəxsi işlərinə xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ona zəng edərək Nəriman adlı tanışının qohumu X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor işinə düzəlmək istədiyini, bu işdə onun ona köməklik göstərməyini xahiş etmişdir. O, isə yalandan X8 Komitəsində tanışı olduğunu və X6 Gömrük Komitəsində inspektor işə düzəlmək üçün ondan 4.000 manat pul istəmiş və Əli isə onunla razılaşmışdır. Təxminən 2019-cu ilin may ayının sonunda Zərərçəkmiş şəxs müalicə olunduğu ünvan 4 ünvanda yerləşən “Uni” klinikanın qarşısında onun həyat yoldaşı Şahid2 yanında o, Əlidən guya onun tanışı Nəriman adlı tanışının qohumu X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor işinə düzəlmək üçün 4.000 manat pul almış, ona yalandan vəd verərək, onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində yüksək vəzifədə olan tanışlarının olduğunu və onların vasitəsi ilə bu işi qısa müddət ərzində düzəldəcəyini söz vermişdir. O, Əliyə qarşı dələduzluq yolu ilə ümumlikdə 8.000 manat pulu ələ keçirmiş və həmin pulları öz şəxsi ehtiyaclarına xərcilərmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rza ona şəkər diabeti xəstəliyindən əziyyət çəkdiyindən, hətta xəstəliyi ilə bağlı əməliyyat olunduğundan ona 4.500 manat müqabilində təqaüd düzəldə biləcəyini demiş, həmin vaxt Rzanın təklifi ilə razılaşmış, lakin ona həmin məbləğdə pulunun olmadığını deyərək həmin məbləği hissə-hissə ödəyə biləcəyini demiş, bundan sonra Rzaya ona təqaüd düzəltməsi üçün birinci dəfə 2018-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 98 aylı binanın yaxınlığındakı adsız çayxanada 1.000 manat, 2018-ci ilin noyabr ayının əvvəlində saat 12 radələrində həmin çayxanada 500 manat pul vermiş, həmin vaxt yanlarında kənar şəxs olmamış, şəxsən özü təkbətək qeyd etdiyi məbləğdə pulu Rzaya vermiş, Rza pulu götürdükdə təxminən iki ay müddətində təqaüd düzəldəcəyinə söz vermiş, yerdə qalan 3.000 manat pulu isə təqaüd düzəldikdən sonra Rzaya verəcəyinə razılaşmışdır. Lakin həmin ərəfədə Rza ondan mütəmadi olaraq qalan pulu istəməyə başlamış və qısa müddətə onun işini həll edəcəyini bildirmiş, Rzaya inanaraq ona etibar etdiyi üçün 2018-ci ilin dekabr ayının 20-də saat 16 radələrində yaşadığı evin yaxınlığındakı çayxanada Rzaya 2500 manat vermiş, ancaq sonradan Rza ona təqaüd düzəltməmiş və pulunu da geri qaytarmayaraq ələ keçirmiş, hər dəfə onunla əlaqə saxlayıb təqaüd kartını soruşduqda Rza gah yoxlama olduğunu, gah pulu verdiyi şəxsin işdən çıxarıldığını və bu kimi müxtəlif bəhanələr gətirərək yaxın müddətdə ona təqaüd kartını verəcəyini vəd etmişdir. Bundan başqa həmin müddət ərzində onun tanışı Şahid1 qohumu X4 işsiz olduğundan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə inspektor işinə düzəlməsinə onun ona köməklik etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində yüksək vəzifədə işləyən tanışlarının olduğunu bildirmişdir. Bu məqsədlə ona Yasamal rayonu Kazım Kazımzadə küçəsi 99 syalı ünvanda yerləşən “Uni” klinikanın qarşısında həyat yoldaşı Şahid2 yanında Rzaya 4.000 manat pul vermişdir. Həmin vaxt Rza ona bu barədə qəbz yazaraq gömrük məsələsi üçün ondan 4.000 manat pul aldığını qeyd etmişdir. Sonradan Rza ona müxtəlif bəhanələrlə aldadaraq və pul alıb vəd etdiyi işi düzəltməmiş, nədə ki, pulunu qaytarmamışdır. Sonradan aldığı məlumata görə Rza özünə tikdirdiyi evin damını təmir etdirmək üçün ondan həmin 4.000 manat pulu almışdır. Sonra o, artıq başa düşmüşdür ki, o, Rzadan həmin 4.000 manat pulu ala bilməyəcəyini, bir qədər də gözləsədə və həmin pulları tələb etsədə pulu ödəməmişdir. O, Nərimanı uzun müddət tanıdığı üçün və onların arasında dostluq münasibəti olduğundan o, 4.000 manat pulu Nərimana özü ödəmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Belə ki, iş üzrə ibtidai istintaq zanmanı şahid qismində dindirilmiş Şahid2 eyni xususuatlar üzrə ifadə verərək Zərərçəkmiş şəxs ifadəsinə göstərilənləri təsdiq etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən 2019-cu ilin aprel ayının əvvəllərində o, Zərərçəkmiş şəxs bildirmişdir ki, onun qohumu və həmdə ona vaxtı ilə dərs keçdiyi X4 işsiz olduğundan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə inspektor işinə düzəlməsinə ona köməklik etməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs isə ona Zamiq Həsənovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə inspektor işinə düzəlməsinə köməklik etməsinə söz vermiş, lakin konkret olaraq kimin vasitəsi ilə işə düzəlməsi barədə heç bir məlumat verməmişdir. Həmçinində Əli bildirmişdir ki, əgər iş alınmasa pulu qaytaracaqdır. O, isə Əli ilə razılaşmış, ona görə ki, Əlini uzun müddət tanıdığı üçün ona inanmışdır. Təxminən 2019-cu ilin may ayının ortalarında Əlinin yaşadığı ünvan 5 ünvanın qarışısında görüşərək, Zamiq Həsənovu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə inspektor işinə düzəlməsi üçün Əliyə 4.000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra Əli ondan aldığı 4.000 manat pulu ona qaytarmış və bildirmişdir ki, Zamiq Həsənovun işini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə inspektor işinə düzəldə bilməmiş və ondan bu barədə üzürdə istəmişdir. Sonra isə o, həmin 4.000 manat pulu Zamiqə vermiş və ona onun işini konkret olaraq kimin vasitəsi ilə düzələdəcəyi barədə heç bir məlumat verməmiş, ona görə ki, onun işi düzəldikdən sonra məlumat verəcəyini bildirmişdir. Odur ki, həmin xüsusatla bağlı ona və Zamiqə maddi ziyan dəyməmişdir. Onun bu barədə heç bir şikayəti və tələbi olmadığın bildirmişdir. Zamiqin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor işinə düzəlməsində onan heç bir maddi marağı olmamış, sadəcə Zamiqə kömək etmək istəmişdir, iş alındıqda isə Zərərçəkmiş şəxs 300 manat şirinlik verməyi vəd etmişlər. Bu işlə bağlı o, Zərərçəkmiş şəxs başqa heç kəslə görüşməmiş, onun aldığı məlumata görə hazırda X4 işləmək üçün Rusiya Federasiyasına getmişdir, onunla heç bir əlaqəsi olmadığından və onun nə vaxtı Azərbaycan Respublikasına gəlməsi barədə məlumatı olmadığın bildirmişdir. İş materiallarında olan 10 avqust 2021-ci il tarixli “Üzləşdirmə protokolundan” görünür ki, üzləşmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 2, səh. 58-61). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13.12.2010-cu il tarixli hökmü ilə AR CM-nin 178.1 və 178.2.2-ci maddələri ilə təsirli bilinərək 4000 manat cərimə edilmiş və Bakı apelliyasiya məhəkməsinin 03.03.2011-ci il tarixli qərarı ilə hökm dəyişdrilib AR CM-nin 62-ci maddəsinə tədbiq edilərək cərimə cəzası 1000 manata edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cu il tarixli Amnistiya qərarına əsasən təyin olunmuş 1000 manat cərimə cəzəasından azad edilmişdir (cild 1, səh.46-47). İş materiallarına əlavə olunmuş 10 avqust 2021-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan təbdiri seçilmişdir (cild 1, səh. 69-70). İş materiallarında olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs məhkəmədə ərizə yazaraq onlara dəymiş ziyan tam ödənildiyini və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam qaydada ödədiyini, onunla barışıq əldə etdiyini, dövlət büdcəsinə müvafiq ödəniş etdiyini bildirmiş, barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarılmış çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 01.03.2014-cü il təvəllüdlü X5 adlı övladı vardır. İş materiallarında olan 27.10.2021-ci il tarixli, 6704 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2000,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxslə Təqsirləndirilən şəxs barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20.10.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 01.12.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov Rza Novruz oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Məmmədov Rza Novruz oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 1(004)-360/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Məmmədov Rza Novruz oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məmmədov Rza Novruz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-360/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-360/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver