Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-360/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X9 müdafiəçi qismində dəvət edilmiş 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X6 müdafiəçi qismində dəvət edilmiş 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X13 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 və X2 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X10 və X4 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətini onunla əsaslandırmışdır ki, barəsində şikayət verilən şəxslər onların qızı X8 qaynatası və qaynanası olmuşdur. Belə ki, qızı X1 Rəşad Əkbər oğlu ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan iki uşaqları olmuşdur. Daha sonra münasibətləri korlanmış, qızları əri tərəfindən döyülmüşdür. Ona əri tərəfindən 05 may 2021-ci il tarixindən 06 may 2021-ci il tarixinə keçən gecə Atverka (vintaçan) ilə uşaqlarının gözü qabağında yatdığı yerdə köməksiz vəziyyətdə xüsusi anamsızlıqla işgəncə verərək 18 zərbə Atverka (vintaçan) ilə daxilə keçən xəsarətlər yetirmişdir.Həkimlərin səyi nəticəsində həyatı xilas olunmuşdur. Lakin baş vermiş bu hadisə (cinayət əməli) qızlarının psixikasını pozmuşdur. Yaranmış bu psixoloji problemlər sonda qızlarının özünü asaraq intihar etməsinə gətirib çıxarışdır. Sevinc 27 may 2021-ci il tarixdə özünü asaraq intihar etməsi nəticəsində ölmüşdür. Sevinc öldükdən sonra barələrində şikayət verilən şəxslər X11 və X15 onların barəsində yaşadıqları qəsəbədə və Masallı rayonunda müxtəlif söz söhbətlər edərək onların ünvanına nalayiq ifadələr işlətmişlər, onları təhqir etmişlər və ən nəhayətdə onları ağır cinayət əməlində ittiham etmişdirlər. Barələrində şikayət verilən şəxslər X11 və X15 onları qızları Sevinc ölümündə, onu öldürməklə ittiham edirlər. Bununlada oğulları Rəşad Nəsirovun törətdiyi cinayət əməlinə haqq qazandırmaq istəyirlər. Onlar bu cinayətkar əməllərinə yetkinlik yaşına çatmayan nəvələri xx.xx.2007-ci il təvəllüdlü X20 oğlunuda alət etmişlər. Belə ki, barələrində şikayət verilən şəxslər X11 və X15 nəvələri xx.xx.2007-ci il təvəllüdlü X16 Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verlişinə çıxararaq onlara qarşı atdıqları və el içində, Rayon ictimaiyyəti arasında danışdıqları şər və böhtanları nəvələrinin dili ilə, mahsum bir uşağı alət edərək, onlara qarşı qaldırmaqla onları ölkə ictimaiyyəti, cəmiyyəti qarşısında alçaltmağa çalışmışlar.Odur ki, onları ictimai yerdə söyərək təhqir etdiyinə görə və onların barəsində yalan məlumat yayaraq onlara böhtan atdığına görə barələrində şikayət verilən şəxslər X11 və X15 müvafiq qaydada cəzalandırılmalıdır. Hazırkı cinayət əməli ARB TV-də törədildiyinə görə (yəni bizi ağır cinayət əməlində ittiham etdiklərinə görə) hazırkı işədə həmin televiziya kanalının (televiziya kanalı Bakı şəhəri Yasamal rayonu, X26 küçəsində yerləşir) yerləşdiyi yer üzrə Baki Şəhəri Yasamal Məhkəməsı̇ ndə baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş xüsusi ittiham qaydasında şikayət verən şəxslər X10 və X4 məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X9 müdafiəçi qismində dəvət edilmiş vəkil X17 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X6 müdafiəçi qismində dəvət edilmiş vəkil Müdafiəçi1 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsaən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məcəllənin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 və X4 “ARB” TV kanalında efirə gedən “Səni axtarıram” verilişində X2 və X3 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığını və onları xüsusilə ağır cinayəti törətməkdə günahlandıran böhtan xarakterli iddiaların səsləndirildiyini qeyd etmişlər. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri haqqında” çıxarışdan görünür ki, S. Eynullayeva və V. Eynullayevin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığı iddia edilən "xxxx" tabeliyində olduğu "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2yət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 və X5 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10 və X4 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 və X11 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onların hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri X17 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298- 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X7 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X10 və X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün Qərardan şikayət verilə bilməz. Hakim Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-360/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-360/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver