Məhkəmə qərarları › İş №1(004)-360/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-360/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-360/2023 11.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Xəzər” marketdə satıcı işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə elektron məlumat daşıyıcısı hesab edilən Zərərçəkmiş şəxs istifadə etdiyi “Unibank”a aid 4098 5844 6453 1241 nömrəli “Leobank” plastik kartı tapdıqdan, sonra 18 iyun 2022-ci il tarixdə saat 20:24:25-də ünvan 7 Stomatoloji Mərkəzinin inzibati binasına quraşdırılmış "xxxx" ASC-nin ATM-in bankomatından kartın üzərində olan dörd rəqəmli şifrəni yığıb qanunsuz daxil olaraq balansdan 200 manat, 22 iyun 2022-ci il tarixdə saat 20:46:47-də Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 162 ünvanında yerləşən "xxxx" ASC-nin “İnşaatçılar fılialı”nda quraşdırılmış ATM-in bankomatından 200 manat, 22 iyun 2022-ci il tarixdə saat 20:48:57də Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 162 ünvanında yerləşən "xxxx" ASC-nin “İnşaatçılar fılialı”nda quraşdırılmış ATM-in bankomatından 188 manat, 29 iyun 2022-ci il tarixdə saat 20:40:49-da Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, 6 ünvanında yerləşən “Megasity” yaşayış kompleksinin yanında quraşdırılmış "xxxx" ASC-nin ATM-in bankomatından 200 manat, 29 iyun 2022-ci il tarixdə saat 20:45:46-da Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 162 ünvanında yerləşən "xxxx" ASC-nin “İnşaatçılar fılialı”nda quraşdırılmış ATM-in bankomatından 144 manat, 01 iyul 2022-ci il tarixdə saat 20:56:25də Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 162 ünvanında yerləşən "xxxx" ASC-nin “İnşaatçılar filialı”nda quraşdırılmış ATM-in bankomatından 127 manat, 02 iyul 2022-ci il tarixdə saat 08:03:51-də Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 180 ünvanında yerləşən "xxxx" ASC-nin “İnşaatçılar metrostansiyası”nda quraşdırılmış ATM-in bankomatından 105 manat və sonuncu dəfə 03 iyul 2022-ci il tarixdə saat 19:35:14-də Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 180 ünvanında yerləşən "xxxx" ASC-nin “İnşaatçılar metrostansiyası”nda quraşdırılmış ATM-in bankomatından 110 manat pulu çıxardaraq, ümumilikdə 1.274 (bir min iki yüz yetmiş dörd) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq, talayıb Zərərçəkmiş şəxs qızma maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində iki uşağı var, ailəli olmağına baxmayaraq uşaqlarını təkbaşına böyüdür. Hazırda Bakı şəhəri, ünvan 1 ünvandan yaşayır və Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Xəzər» adlanan marketdə satıcı işləyir. 2022-ci ilin may ayında işlədiyi «Xəzər» marketdə qara rəngli, üzərində «Leobank» yazısı olan plastik kart görüb onu götürüb özündə saxlamışdır. xx.xx.2022-ci il tarixdə həmin kartı yoxlamaq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonunun ərazısındə yerləşən "xxxx" ASC-nin bankomatına yaxınlaşmış və kartın üzərində nazik cizgilərlə olan 4 rəqəmi yadında saxlayıb kartı bankomata daxil etmiş, həmin 4 rəqəmi bankomatın şifrə yerində qeyd etdikdən sonra 200 manat pul çıxartmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin «İnşaatçılar fılialı»nda quraşdırılmış ATM-in bankomatına yaxınlaşaraq, həmin kartı daxil edib 200 manat pul çıxartmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə həmin bankomatdan tapdığı «Leobank» kartını daxil edib 188 manat pul çıxardıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Şəhriyar küçəsi, 6 ünvanında yerləşən "xxxx" ASC-nin ATM-in bankomatına yaxınlaşaraq həmin kartdan 200 manat pul çıxartmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022ci il tarixdə "xxxx" ASC-nin «İnşaatçılar fılialı»nda quraşdırılmış ATM-in bankomatına yaxınlaşaraq, tapdığı «Leobank» kartdan 144 manat pul çıxartmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə həmin bankomata tapdığı kartı daxil edərək 127 manat pul çıxartmış və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə həmin bankomata yaxınlaşaraq, tapdığı «Leobank» kartını daxil edib 105 manat pul çıxartmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 180 ünvanında yerləşən "xxxx" ASC-nin «İnşaatçılar metrostansiyası»nda quraşdırılmış ATM-in bankomatına yaxınlaşaraq, tapdığı «Leobank» kartını daxil etmiş və bankomatın şifrə yerində eyni şifrəni yığıb kartdan 110 manat pul çıxartdıqdan, sonra kartı Yasamal rayonu, «İnşaatçılar metrostansiyası» yaxınlığında atmış, əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Ümumiyyətlə tapdığı «Leobank» kartından cəmi 1.274 manat pulu çıxartmış və həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin kart onunla bir yerdə «Xəzər» marketdə satıcı işləyən Zərərçəkmiş şəxs məxsusdur. Yekun olaraq o zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışdığını, ilk dəfə az ağır cinayət əməli törətdiyini, himayəsində iki uşağının olmasını, etdiyi əməldən peşman olduğunu bildirib barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birlikdə «Xəzər» marketdə satıcı işləyir. 04 aprel 2022-ci il tarixdə "xxxx" ASC-dən 4098 5844 6453 1241 nömrəli plastik kart əldə etmiş və 2022-ci ilin iyun ayında həmin kartı itirmişdir. 08 avqust 2022-ci il tarixdə istifadə etdiyi mobil telefonuna "xxxx" tərəfindən verilmiş plastik kartından hissə-hissə pul çıxarması barədə mesaj göndərilmişdir. Bundan sonra o, "xxxx" ASC-nin Neftçilər filialına gedib kartından çıxarış verilməsinin ona təqdim edilməsini xahiş etmiş və Bank tərəfindən ona verilmiş çıxarışı nəzərdən keçirdikdən, sonra naməlum şəxsin 2022-ci ilin iyun ayının ortalarından 2022-ci ilin iyul ayının əvvəllərinədək olan müddət ərzində "xxxx" tərəfindən ona verilmiş plastik kartından hissə-hissə olmaqla ümumilikdə 1274 manat pul çıxarılması ona məlum olmuşdur. 13 avqust 2022-ci il tarixdə o, Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, ona məxsus "xxxx" tərəfindən verilmiş plastik kartdan 1274 manat pulunun onunla eyni marketdə satıcı işləyən Təqsirləndirilən şəxs ələ keçirtmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə keçirilməsi barədə” 05 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi plastik kartdan pulu Bakı şəhəri, Yasamal rayonu, “inşaatçılar metrostansiyası”nın üstübdı yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxardığını bildirmişdir. (i.v. 27-30) “Diskə baxış keçirilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:24:25-də "xxxx" ASC-nin ATM-dən 200 manat; xx.xx.2022-ci il tarixdə saat 20:46:47-də "xxxx" ASC-nin ATM-dən 200 manat; xx.xx.2022-ci il tarixdə saat 20:48:57-də "xxxx" ASC-nin ATM-dən 188 manat; xx.xx.2022-ci il tarixdə saat 20:40:49-da "xxxx" ASC-nin ATM-dən 200 manat; xx.xx.2022-ci il tarixdə saat 20:45:46-da "xxxx" ASCnin ATM-dən 144 manat; xx.xx.2022-ci il tarixdə saat 20:56:25-də "xxxx" ASC-nin ATM-dən 127 manat; xx.xx.2022-ci il tarixdə saat 08:03:51-də "xxxx" ASC-nin ATM-dən 105 manat; xx.xx.2022-ci il tarixdə saat 19:35:28-də "xxxx" ASC-nin ATM-dən 110 manat pulun məxaric olunması müəyyən edilmişdir. (i.v. 52-55) “Diskə baxış keçirilməsi haqqında” 23 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə - «1.Bankomat 935- 18.06.22- 200 AZN» adlı qovluq; «2.Bankomat 1719- 29.06.22- 200 AZN» adlı qovluq və «Bankomatlarin ünvanı» adlı «Microsoft Excel» siyahısı 03(üç) yerləşdirilməsi müəyyən edilmişdir. «1.Bankomat 935- 18.06.22- 200 AZN» adh qovluğa baxış keçirilərkən həmin qovluqda 12 (on iki) ədəd kamera görüntülərindən götürülmüş fotoşəkil vardır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 20:18:50-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:19:08-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:20:38-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:20:50-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022- ci il tarixdə saat 20:21:17-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:21:45-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:21:51-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:21:55-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:21:59-da **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:22:17-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:22:29-da **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:22:46-da **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının əməliyyat aparması ATM-nin kamera görüntülərində qeydə alınmışdır. Həmçinin «2.Bankomat 1719- 29.06.22- 200 AZN» adh qovluğa baxış keçirilərkən həmin qovluqda 15 (on beş) ədəd kamera görüntülərindən götürülmüş fotoşəkil vardır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 20:42:33-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:42:54-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:43:18-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:43:28-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:43:44-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:44:02-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:44:06-da **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:44:11-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:44:11- də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:44:12-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:44:13-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:44:25-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:44:48-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022- ci il tarixdə saat 20:44:58-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:45:20-də **********531241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının əməliyyat aparması ATM-nin kamera görüntülərində qeydə alınmışdır. Həmçinin «Bankomatlarin ünvanı» adlı «Microsoft Excel» siyahısına baxış keçirilərkən həmin siyahıda 935 №-li ATM-in qeydiyyatının ATM CNV, USHAG STOMOT-2 olmasi, ünvanının isə ünvan 5rkəzi) olması; 1719 №-li ATM-in qeydiyyatının ATM CNV, ARAZ MARKET E.A. olması, ünvanının isə ünvan 6 yanı) olması qeyd olunmuşdur. Baxış zamanı yuxarıda qeyd olunan görüntülərlə bağlı Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən vaxtı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:18:50-dən başlayaraq, xx.xx.2022-ci il tarixdə saat 20:22:46-ya qədər **********531241 nömrəli kart vasitəsi ilə, həmçinin xx.xx.2022-ci il tarixdə saat 20:42:33-dən başlayaraq, xx.xx.2022-ci il tarixdə saat 20:45:20-yə qədər **********531241 nömrəli kart vasitəsi ilə ABB-nin ATM-də əməliyyat aparan şəxsin özü olmasını bildirmişdir. (i.v. 80-83) “Diskə baxış keçirilməsi haqqında” 23 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə - bir ədəd «X3 qizi» adlı qovluq, qovluğun içərisində bir ədəd «xx.xx.2022» adh, bir ədəd «xx.xx.2022» adlı və bir ədəd «xx.xx.2022» adh qovluqlar yerləşdirilməsi müəyyən edilmişdir. «xx.xx.2022» adh qovluğa baxış keçirilərkən həmin qovluqda 33 (otuz üç) ədəd kamera görüntülərindən götürülmüş fotoşəkil vardır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 20:51:00-da A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:00-da A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:04-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:04-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:12-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:17-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:19-da A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:28-də A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:30-da A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:34-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:34-də A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:37-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:38-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:51:46-da A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:01-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:03-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:06-da A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:11-də A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:11-də A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə; xx.xx.2022-ci il tarixdə saat 20:52:14-də A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:14-də A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının pul əskinazlarını götürməsinin; xx.xx.2022-ci il tarixdə saat 20:52:16-da A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:17-də A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə; xx.xx.2022-ci il tarixdə saat 20:52:21-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:24-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:24-də A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:28-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:28-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:36-da A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:42-də АО 100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:43-də A0100340 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:46-da A0100340 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 20:52:48-də АО 100340 nömrəli ATM-dən görüntülər və əməliyyat aparılması qeydə alınmışdır. Həmçinin «xx.xx.2022» adlı qovluğa baxış keçirilərkən həmin qovluqda 33 (otuz üç) ədəd kamera görüntülərindən götürülmüş fotoşəkil vardır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 08:02:30-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:30-da A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:30-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:30-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:38-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:43-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:45-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:53-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının;. xx.xx.2022-ci il tarixdə saat 08:02:55-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:59-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:59-da A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:02:59-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:00-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:07-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:16-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:17-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:20-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:24-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:24-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə; xx.xx.2022-ci il tarixdə saat 08:03:29-da A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:29-da A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə pul əskinazlarının götürülməsi; xx.xx.2022-ci il tarixdə saat 08:03:31də A0100025 nömrəli ATM- dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:31-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə; xx.xx.2022-ci il tarixdə saat 08:03:35-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022- ci il tarixdə saat 08:03:40-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:40-da A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:40-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:41-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:48-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022- ci il tarixdə saat 08:03:53-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:03:54-də АО 100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:04:00-da A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 08:04:02-də АО 100025 nömrəli ATM-dən görüntülər və əməliyyat aparılması qeydə alınmışdır. Həmçinin «xx.xx.2022» adlı qovluğa baxış keçirilərkən həmin qovluqda 32 (otuz iki) ədəd kamera görüntülərindən götürülmüş fotoşəkil vardır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 19:33:01 də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022- ci il tarixdə saat 19:33:01-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:33:02-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:33:02-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:33:10-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:33:32-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022- ci il tarixdə saat 19:33:34-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:33:43-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:33:45-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:33:47-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:33:56-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:33:57-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:08-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:15-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:17-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:28-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:30-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:34-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:34-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:34-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022- ci il tarixdə saat 19:34:35-də АО 100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:42-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:55-də A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:56-da A0100025 nömrəli ATM-dən bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:34:58-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:35:03-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:35:03-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə; xx.xx.2022-ci il tarixdə saat 19:35:08-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:35:08-də A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə; xx.xx.2022-ci il tarixdə saat 19:35:10-da A0100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi ilə bir nəfər qadının; xx.xx.2022-ci il tarixdə saat 19:35:10-da АО 100025 nömrəli ATM-dən 409858XXXXXX1241 nömrəli kart vasitəsi; xx.xx.2022-ci il tarixdə saat 19:35:14-də A0100025 nömrəli ATM-dən görüntülər və əməliyyat aparılması qeydə alınmışdır. Qeyd olunan görüntülərlə bağlı Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilən vaxtı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:51:00-dan başlayaraq, xx.xx.2022-ci il tarixdə saat 20:52:48-ə qədər **********531241 nömrəli kart vasitəsi ilə, həmçinin xx.xx.2022-ci il tarixdə saat 08:02:30-dan başlayaraq, xx.xx.2022-ci il tarixdə saat 08:04:02-yə qədər **********531241 nömrəli kart vasitəsi ilə, həmçinin xx.xx.2022-ci il tarixdə saat 19:33:01-dən başlayaraq, xx.xx.2022- ci il tarixdə saat 19:35:14-ə qədər **********531241 nömrəli kart vasitəsi ilə "xxxx"ın ATM-də əməliyyat aparan şəxsin özü olmasını bildirmişdir. (i.v. 84-90) “İfadənin yerində yoxlanılması barədə” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərərək bir daha təsdiq etmiş və hadisənin baş vermə yerinin, yəni Təqsirləndirilən şəxs kartdan oğurluq etdiyi ünvanların ünvan 7 Stomatoloji Mərkəzinin inzibati binasına quraşdırılmış "xxxx" ASC-nin ATM-in bankomatı, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 162 ünvanında yerləşən "xxxx" ASC-nin «İnşaatçılar fılialı»nda quraşdırılmış ATM-in bankomatı, Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, 6 ünvanında yerləşən «Megasity» yaşayış kompleksinin yanında quraşdırılmış "xxxx" ASC-nin ATM-in bankomatı, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 180 ünvanında yerləşən "xxxx" ASC-nin «İnşaatçılar metrostansiyası»nda quraşdırılmış ATM-in bankomatı olması müəyyən edilmişdir. (i.v. 95-98) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə “Unibank”ın xx.xx.2022-ci il tarixli HTİD/7123 nömrəli məktubuna əsasən, göndərilmiş bir ədəd disk, “ABB”nin xx.xx.2023-cü il tarixli 6-2-41/2- 4827/2023 nömrəli məktubu ilə göndərilmiş bir ədəd disk, "xxxx"ın xx.xx.2023-cü il tarixli 2023/111/3769 nömrəli məktubu ilə göndərilmiş bir ədəd disk maddi sübut kimi tanınsmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 100-111) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair 22 iyun 2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. CM-nin: 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 51) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 134-135) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 anası Təqsirləndirilən şəxsdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, ilk dəfə az ağır cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 27 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar