Məhkəmə qərarları › İş №1(004)-361/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-361/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-361/2022 13.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, hal-hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakım açıq talayaraq soyğunçuluq cinayəti törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə 11 aprel 2022-ci il tarixdə gecə saat 03 radələrində ünvan 2 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs əlindən içərisində 120 manat pul, 150 manat dəyərində olan «Mersedes-Benz» markalı avtomobilə məxsus açar, daxilində 150 manat dəyərində 050 ***-**-** nömrəsi olan 350 manat dəyərində «HUAWEİ P40 lite» markalı, «JNY-LX1» modelli mobil telefon olan qara rəngli dəri materialdan 25 manat dəyərində olan çantanı Zərərçəkmiş şəxs əlindən alıb qaçıb getməklə sonuncuya məxsus cəmi 795 manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 aprel 2022-ci il tarixdə təxminən gecə saat 03 radələrində bir nəfər qadının sərxoş vəziyətdə Parlament prospektində yerləşən 20 nömrəli məktəblə üzbəüz binanın həyətində dayanmasını görmüşdür. O, həmin qadına yaxınlaşaraq soruşmuşdur ki, bir köməyə ehtiyacı varsa köməklik göstərib evinə kimi yola salsın, lakin həmin qadın onu söyüşlərlə təhqir etmiş və orada olan avtomobilə söhkənmişdir. Həmin vaxt qeyd etdiyi qadın əlində olan pul kisəsini avtomaşının kapot hissəsinə qoymuşdur. O, yaranmış vəziyyətdən istifadə edərək həmin pul kisəsini oradan götürərək qaçaraq uzaqlaşmışdır. O, oradan uzaqlaşan zaman arxadan qadının söyüşlərini və pul kisəsini geri qaytarması ilə bağlı səslərini eşitmişdir. O, həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra pul kisəsini açdıqda içərisində təxminən 15- 20 manat pulunun, şəxsiyyət vəsiqəsinin, avtomaşın açarının, 01 ədəd telefonun olmasım aşkar etmişdir. O, qeyd olunan pulları götürmüş, pul kisəsini içərisindəki əşyalarla birlikdə atmışdır. Onun şəxsiyyət vəsiqəsini oğurlamaqla ondan istifadə etmək məqsədi olmamışdır, ona görə də, şəxsiyyət vəsiqəsini atmışdır. Törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, həmin cinayət əməlini maddi imkansızlıq ucbatından törətdiyini, zərərçəkmiş şəxslə barışmasını, onun ondan heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 aprel 2022-ci il tarixdə saat 03 radələrində «Bir başa pub» adlanan pivəxanadan çıxıb yaşadığı ünvan 2 ünvana tərəf piyada gedirdi. Həmin vaxt arxadan bir nəfər şəxs ona yaxınlaşıb sağ əlində tutduğu pul kisəsini əlindən gözlənilmədən götürüb qaçıraq uzaqlaşmışdır. O, həmin şəxsi səsləsədə, o, buna əhəmiyyət verməmişdir. Hadisədən sonra yaxınlıqda olan «Şaurma» adlanan qəlyanaltıda işləyən şəxsdən xahiş edərək onun telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Naməlum şəxs tərəfindən talanmış pul qara rəngli dəri materialından olan pul kisəsinin içərisində 120 manat pul, «Mersedes-Benz» markalı avtomobilinə məxsus açar, şəxsiyyət vəsiqəsi, içərisində balansı olmayan «Kapital banka» aid bankamat kartı var idi. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 11 aprel 2022-ci il tarixdə səhər saat 08 radələrində həmin həyətdə yaşayan cavan şəxs ona yaxınlaşaraq yaxınlıqda telefon tapdığını bildirmiş, həmin vaxt telefona zəng gəldiyindən o, zəngə cavab vermişdir. Danışan bir nəfər qadın idi və telefonun ona məxsus olduğunu bildirmişdir. O, isə həmin telefonun tapıldığını bildirmişdir. Bir müddət sonra Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları gəlmişlər və nəticədə o, həmin telefonu onlara təqdim etmişdir. Zərərçəkmiş şəxs qarşı soyğunçuluq hadisədən xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 11 aprel 2022-ci il tarixdə səhər təxminən saat 07:15-də yaşadığı evdən çıxmış və binanın həyəti ilə piyada gedən zaman telefon səsi eşitmişdir. O, ətrafa baxdıqda ağacın dibində telefon olduğunu görərək həmin telefonu götürmüş və binanın həyətində gözətçi işləyən Şahin əmiyə vermişdir. O, dərsə gecikməmək üçün yolunu davam edərək təhsil aldığı İdman Akademiyasına getmişdir. Zərərçəkmiş şəxs qarşı soyğunçuluq hadisədən xəbəri olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq xx.xx.2022-ci il tarixdə həmin şəxs tərəfindən ona qarşı soyğunçuluq etdiyini bildirmişdir (səh.51-53). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 aprel 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmələr zamanı Zərərçəkmiş şəxs yuxarıda göstərilən ifadəsini Təqsirləndirilən şəxs üzünə də deyərək baş vermiş oğurluq hadisəsi nəticəsində onun pul kisəsində 120 manat pulun olmasını bildirmişdir (səh. 54- 56). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2022-ci il tarixli “maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 01 ədəd Çin istehsallı, «HUAWEİ P40 lile» markalı, «JNY-LX1» modelli, 128 GB yaddaş tutumlu, **********56281 və **********71496 İMEİ kodlu plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefon tərəfindən götürülmüş və araşdırma materiallarına əlavə edilmişdir (səh. 17). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 11 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol və fotocədvəldən hadisə yerinin Yasamal rayonu, Parlament prospekti, 4 nömrəli binanın yaxınlığı olduğu müəyyən olunmuşdur (səh. 7-10). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3277 nömrəli rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istchsallı, «HUAWEİ P40 lite» markalı, «JNY-LX1» modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə axil edilənaksessuarlann olmaması və istifadə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 240.00 manat müəyyən edilmişdir (səh. 105-107). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (004)-33/3321 saylı hökmün sürətlərinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 1(004)- 32/2020 saylı hökmü ilə təyin olunmuş və 04 fevral 2021-ci il tarixinə çəkilməmiş qalan 1(bir) il 10(on) ay 14(on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (11 ay 7 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilmiş, onun üzərində qəti olaraq 1 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (səh. 84-95). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarın surətindən görünür ki, “8 noyabr-Zəfər günü münasibəti amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarın 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus içərisində 120 manat pul, 150 manat dəyərində olan «Mersedes-Benz» markalı avtomobilə məxsus açar, özünə məxsus şəxsiyyət vəsiqəsi və daxilində 150 manat dəyərində 050 ***- **-** nömrəsi olan 350 manat dəyərində «HUAWEİ P40 lite» markalı, «JNY-LX1» modelli mobil telefon olan qara rəngli dəri materialdan 25 manat dəyərində olan çantanı Təqsirləndirilən şəxs tərəfindən açıq talanmaqla soyğunçuluq nəticəsində 795 manat məbləğində maddi ziyan vurulması nəzərə alınmışdır. Cinayət işi üzrə Şahid2 götürülmüş 01 ədəd Çin istehsallı, «HUAWEİ P40 lite» markalı, «JNY-LX1» modelli, 128 GB yaddaş tutumlu, **********56281 və **********71496 İMEİ kodlu plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenah, foto kameralı, daxili yaddaşlı mobil telefon və içərisində olan 050 ***-**-** telefon nömrəsi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən cdilməsiə kömək edən əşya olduğu nəzərə alınaraq iş üzrə maddi sübut kimi tanınmış və iş üzrə yekun qərar qəbul edilənədək sahibinin məsul saxlancına verilmişdir (səh. 111- 118). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs təqrəfindən yazılmış ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-348/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (33-35, 74-78). Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, baxış keçirilməsi protokolları, ekspert rəyi və işin digər materialları ilə, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və onun ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (004)-33/3321 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəlləsinin 67.1-ci, 68.1.1-1-ci maddəsləri ilə qəti olaraq 1 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və onun xx.xx.2021-ci il tarixdə “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarı ilə cəzadən azad edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Çin istehsallı, «HUAWEİ P40 lite» markalı, «JNY- LX1» modelli, 128 GB yaddaş tutumlu, **********56281 və **********71496 İMEİ kodlu plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefon və içərisində olan 050 ***-**-** telefon nömrəsi sahibinə saxlanması üçün verilməsi nəzərə alınmalı, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 1(004)-361/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 32 (otuz iki) iş saatına bərabər hesab edilərək, göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 192 (bir yüz doxsan iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Çin istehsallı, «HUAWEİ P40 lite» markalı, «JNY- LX1» modelli, 128 GB yaddaş tutumlu, **********56281 və **********71496 İMEİ kodlu plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, foto kameralı, daxili yaddaşlı mobil telefon və içərisində olan 050 ***-**-** telefon nömrəsi sahibinə saxlanması üçün verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 192 (bir yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar