Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-363/2022 26.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X5 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X4 X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məzmununda göstərilmişdir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. AR Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, barəsində şikayət verilmiş şəxs, X4, ona verilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, tabeçili iyində olmuş, işçinin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir, böhtan xarakterli məlumatları digər şəxslərdən və təşkilatlardan toplamaqla kütləvi şəkildə yayaraq, hazır ki. xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına əsas olan aşağıdakı əməllər törətmişdir. Belə ki, hazırda heç bir əsas olmadan xx.xx.2020-ci il tarixində işdən çıxanldığdan sonra, işsiz qalmağına səbəbkar olan barəsində şikayət verilmiş şəxs (Aynurə Dadaşova), ona qarşı törətdiyi qanunsuz əməllərinə haqq qazandırmaq (müdafiyə etmək) məqsədi ilə keçmiş həyat yoldaşı, E.Ağamuradovun iş yerinə rayonun “vəzifəli şəxs”lə birlikdə gələrək keçmiş əri ilə işi olduğunu və “saat 16-17:00 radələrində gələrsən məktəbə söhbət edərik, küçə söhbəti deyil” deyərək onu məktəbə dəvət etmişdir. Bundan başqa “vəzifəli şəxs” keçmiş həyat yoldaşına əlavə olaraq bildirmişdir ki, “Aynurə Dadaşovanın səninlə işi var, hər nə lazım olsa ona kömək et”. Nəhayət razılaşmadan bir neçə saat sonra “vəzifəli şəxs” keçmiş ərinə Aynurə Dadaşovanın yanına getməyin vaxtının çatdığını bildirir. Keçmiş əri ilk öncə hesab edir ki, Aynurə Dadaşova onu məktəbdə aparılacaq təmin işlərinə görə çağırır və o, Aynurə Dadaşovanın məkirli niyyətindən xəbərsiz, onun direktor işlədiyi məktəbə gedir. Aynurə Dadaşova onu məktəbin dəhlizində qarşılayır və ilk öncə ünvanına ədəb normalarına uyğun olmayan təhqiramiz ifadələr işlədir, daha sonra “X8?, mən öyrənmişəm X11 deyilsiz, lakin keçmiş arvadınız sizin adınızdan sui-istifadə edir”. Buna keçmiş əri qəti etiraz edərək, hətta Qarabağda gedən döyüşlərdə yaralanması haqqında tibbi sənədinin olduğunu, əlində qəlpə yarasından qalan çaplarının olmasını, lakin hələlik veteranlıq statusunun ala bilməməsini söylərək təhqir olunduğunu hiss edir. Bu zaman Aynurə Dadaşova son dərəcə qeyzlənmiş halda onun ünvanına “Allah onun evini yıxsın, tifağını dağıdsın, bəlasını versin. Mənə etdiklərinə gorə, onu işdən çıxarmışam. Sizin üçün də deyir ki, alkaşdır, narkomandır, qumarbazdır, evini satıb qumara qoymuşdur”. “Bir sözlə qərəzli olaraq, səni məktəbdə biyabır edib” kimi sözlər işlədərək, habelə keçmiş ərinə, onun dilindən təhqir, böhtan xarakterli ifadələr söylərərək, onu qəzəbləndirmis, bununla da sonuncunun ona qarşı xoşa gəlməz sözlərin deməsinə qəsdən şərait yaradmış və onun xəbəri və istəyi olmadan aralarında olan bütün danışıqların səsini yazaraq, keçmiş əri ilə aralarında olan ailə sirlərinə, habelə şəxsi həyatına əsassız müdaxilə edərək, məlumatlar toplavara yaxmışdır. Bundan başqa heç bir mənada zərurət, habelə istəyi, xahişi olmadan onun direktor olmadığı müddətə aid olan dövürlərdə ailə büdcəsi, o cümlədən digər gəlirləri barəsində qanunsuz məlumat toplamaq məqsədi ilə özünün xx.xx.2020-ci il tarixli sorğu məktubu ilə Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsinə müraciət etmiş və onun onun dövrünə aid olmayan xx.xx.2018-xx.xx.2020-ci il dövürdə ünvanlı sosial yardım almağı haqqında məlumat almışdır. Aynurə Dadaşovanın keçmiş ərini drektor olduğu məktəbə vəzifəli şəxsin vasitəsi ilə çağıraraq, onun dilindən onu təhqir edəcək, mənəviyyatına toxunacaq və onu alçaldıcı sözlər söyləyərək, habelə niyyətinə uyğun ona yönəldici suallar verərək, onu qəzəbləndikdən sonra onun da təbii onun ünvanına dediyi xoşa gəlməz ifadələrini, səsini yazmışdır. Onun qanunsuz səs yazısı barəsində, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin iclas zalında A.Dadaşova tərəfindən səsləndirdiyi audio yazıdan sonra məlumatı olmuşdur. X9 tərəfindən məhkəməyə təqdim etdiyi audio yazıdakı barəsində təhqir və böhtan xarakterli məlumatlar, baxılan işlə heç bir əlaqəsi olmadığından, məhkəmə tərəfindən sona qədər dinlənilməsi məqsədə müvafiq hesab olmadığından dayandırılmış və sübut vasitəsi kimi rədd edilmişdir. Buna görə də audio yazıda yalnız onun barəsində deyilən, “o, hamı ilə elədir, məni tutdurmuş, qoyunlarım var idi, onu da həyətdən oğurlayıb saldırmışdır və s.” kimi ifadələri olduğunu bilir, hesab edir ki, səs yazısı axıra qədər dinlənilsə, mətində xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına əsas olan əməllərin bütün əlamətlərinin olması məlum olar. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 №-li, 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Habelə Qərarın 3-cü müddasında qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində. Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır”. Habelə Qərarın 5-ci müddasında deyilir ki, “Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Bununla da yuxanda şərh edilən xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına səbəblərinə aid faktlarla müəyyən olunur ki, Aynurə Dadaşova ona qarşı törətdiyi qanunsuz əməllərini müdafiə elmək məqsədi ilə “vəzifəli şəxs” adlandırılan şəxsin vasitəliyi ilə keçmiş əri Elşən Ağamuradovu direktor olduğu məktəbə çağırmış, sonuncu ilə onun hissiyatına toxunan məzmunda onun dilindən təhqiramiz ifadələrlə işlədərək, habelə sonuncuya yönəldici suallar verməklə, ailə sirri hesab edilən və şəxsi həyatına aid məlumatlar barəsində söhbətlər apararaq, onu da onun ünvanına xoşa gəlməz məzmunda danışmağa, fikir söyləməyə məcbur etmiş və onun xəbəri və istəyi olmadan səsini yazaraq, sonradan əlaqəsi olmasa belə məhkəmə prosesində səsləndirməklə, ailə sirrinə və şəxsi həyatına aid məlumatları qərəzli yayaraq, onun təhqir olunaraq ləyaqətinin alçaldılmasına səbəb olan əməllər törətmişdir. Yuxarıda qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs X4 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, AR CM-nin 147 və 148 maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlayaraq, ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalan tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin icraata qəbul edilməsini və X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayət tam əsassızdır. Ona görə də şikayətin icraata qəbul edilməsində imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayət vermiş şəxs və barəsində şikayət verilən şəxs haqqında məlumatlar (təvəllüdü, doğulduğu yer) göstərilməmişdir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; Bundan əlavə şikayətin məzmunundan da görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin konkret hansı cinayətin törədilməsində böhtan atdığı, hansı əməlin (söz, ifadə və s.) təhqir hesab edildiyi dəqiqləşdirilməmişdir. Barəsində şikayət verilən şəxsin böhtan və təhqir hesab edilən cinayətin harada, nə vaxt, hansı formada, hansı şəraitdə, hansı üsulla, hansı ifadə və ya hərəkətlə, hansı formada xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən törədilməsi, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin böhtan və təhqir hesab etdiyi və onun tərəfindən törədilməsinə dair barəsində şikayət verilən şəxs tərəfindən yayılması iddia edilən məlumatı özündə əks etdirən konkret əməlin harada, nə vaxt, necə, hansı şəraitdə törədilməsinə (nə vaxt, harada, hansı formada yayılma, yayılmanın nədə ifadə edilməsi) dair məlumat dəqiqləşdirilməmişdir. Hansı cinayəti törətməkdə böhtan atıldığı və hansı ifadəni işlətməklə təhqir edildiyi (həmçinin hansı hərəkətlə təhqir edildiyi) şikayətdə göstərilməmişdir. Şikayətdə ümumi sözlərlə qeyd edilmişdir ki, təhqir edilib və böhtan atılıb. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği). Qeyd edilənlərə əsasən şikayət əsassızdır. Bundan əlavə şikayətdə şəxsin CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, nəzərə alınmalıdır ki, CM-nin 147-ci maddəsinin 2 tövsifedici əlaməti vardır, 147.1 və 147.2-ci maddələr. Şikayətçi şikayətində məhz CMnin 147.1 və ya 147.2-ci maddələrindən hansı ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini dəqiq göstərməmişdir. Bundan əlavə CM-nin 1471 və ya 147.2-ci maddələr göstərilməsə də, məlumatın hansının və ya hansı hissəsinin CM-nin 147 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatlardan hansındakı konkret hansı əməlinin CM-nin 147 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin həm 147.1, 147.2, həm də 148-ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, şikayətin məzmununda da göründüyü kimi, tərəflər arasında məhkəmə mübahisəsi olub, məhkəmə iclasında Aynurə Dadaşovanın məhkəməyə təqdim etmək istədiyi sübutların tədqiqi nəticəsində, şikayətçi hesab edir ki, həmin sübutlar tədqiq edilməklə, şikayətçi təhqir olunub və ona böhtan atılıb. Bununla bağlı qeyd edilir ki, məhkəmə iclas zalında “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bununla da təhqir və böhtan xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması məsuliyyətə səbəb olduğundan, hazırkı şikayətdə isə şikayətçinin təhqir və böhtan hesab etdiyi məlumatların bu cür formada yayılması ilə əlaqədar deyildir. Məhkəmə iclasındakı sübutların araşdırılması, tədqiqi, tərəflərin izahatları ilə bağlıdır. Belə olan halda, bu formada açıqlanan məlumatlarla bağlı verilmiş xüsusi ittiham qaydasında şikayət əsassız hesab edilməlidir. Çünki məhkəmə iclasları ilə bağlı prosessual qaydalar prosessual məcəllələrlə tənzimlənir. Məhkəmə iclaslarında hansı hərəkətlərin edilib-edilməməsinə yol verilməsi, bunun nəticələri, araşdırıllan sübutlardan asılı olaraqa həmin sübutların qapalı və ya açıq məhkəmə iclaslarında səsləndirilməsi tərəflərin iradəsi ilə mümkündür və həmin məcəllələrdə olduğu kimi tənzimlənməlidir. CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-363/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-363/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver