Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-364/2022 05.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X6 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 46-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 19 aprel 2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən "Stamotoloji Emalatxana"-nın giriş qapısının bağlı olmamasından istifadə edərək tamah niyyəti ilə həmin emalatxanaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 20 manat dəyərində Almaniya istehsalı olan üzərində “Rivacase” yazısı olan qara rəngli istifadə olunmuş kompüter çantasını, 1 ədəd 2600 manat dəyərində Çin istehsalı olan, istifadə olunmuş, “Apple” markalı, “A1932” modelli, “FVFZ62MQLYWJ” seriyalı "MacBook Air’ tipli notbuk kompüterini və həmin kompüterə aid ağ rəngli “Apple" markalı “A1882” modelli adaptoru, 1 ədəd 100 manat dəyərində olan istifadə olunmuş 2 ədəd “PS-E330/E330D" modelli səsgücləndirici kolonka və 1 ədəd “MM-E330D/RU” modelli “Samsung” markalı musiqi mərkəzindən ibarət olan dəsti, 1 ədəd 1700 manat dəyərində Koreya istehsalı olan, istifadə olunmuş, “MNX MicroNX” markalı elektrik mikromotoru və həmin mikromotora aid “MickoNX” markalı 2 ədəd ləvazimatını, 1 ədəd 700 manat dəyərində Koreya istehsalı olan “Marathon-N7” markalı elektrik mikromotoru və həmin mikromotora aid "Marathon-N7 foot pedal" markalı əyləci və ona aid “SEASHİN” adlanan 2 ədəd ləvazımatlarını, 1 ədəd 50 manat dəyərində olan protez dişlərin hazırlanması üçün nəzərdə tutulmuş yaşıl rəngli iştifadə olunmuş artiklyator cihazını, 1 ədəd 75 manat dəyərində olan protez dişlərin hazırlanması üçün nəzərdə tutulmuş göy rəngli iştifadə olunmuş artiklyator cihazını, eləcə də 1 ədəd 500 manat dəyərində Türkiyə istehsalı olan çənə oynaq müalicələri üçün istifadə edilən “Kappa” adlanan aparatı və 1 ədəd 400 manat doyorində Yaponiya istehsalı olan “Canon” markalı fotoaparatın obyektivini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 6145 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, yaşadığı Yasamal rayonu, U.Əkbərov küçəsindəki 126 saylı evə piyada gedərkən həmişə Dadaş Bünyatzadə küçəsi ilə hərəkət edir və bu yolla da Dadaş Bünyatzadə küçəsində 11 saylı ünvanda yerləşən “X2” tanıyır. 19 aprel 2022-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı evə getmək məqsədi ilə D.Bünyadzadə küçəsi ilə piyada hərəkət edərkən həmin emalatxanın giriş qapısının qarşısında olan dəmir barmaqlılardan hazırlanmış qapı açıq vəziyyətdə olmaqla açarlan üstündə olmasını görmüşdür. Bu kimi halı gördükdə başa düşmüşdür ki, həmin emalatxanada işləyən şəxslər çıxıb gedərkən açarlan qapının üzərindən çıxararaq götürməyi unutmuşlar. Məhz bu an özündən qeyri ixtiyan olaraq beyinində belə bir fikirlər yaranmışdır ki, həmin qapını açaraq emalatxananın içinə daxil olub, orada hər hansı bir qiymətli əşyalar oluduğu halda həmin əşyaları və ya pullan oğurlasın, ona görə ki, həmin vaxt maddi vəziyyəti çox ağır olduğundan nə özünə yemək və nə də siqaret ala bilməmişdir. Bu səbəbdən də, o, qapının üzərində olan açarlan fırladıb qıfılı açaraq emalatxananın içinə daxil olmuş və işığı yandırmadan orada olan otaqlara baxış keçirdikdə qiymətli əşya kimi dəyərləndirdiyi bir neçə əşyanı götürüb, elə orada tapdığı böyük sellofan torbanın içinə yığmışdır. Bundan sonra isə həmin sellofan torbanı içindəki əşyalarla birlikdə, eləcə də orada tapdığı bir ədəd qara rəngli əl çantasını içindəki “Notebuk” adlanan kompüterlə birlikdə əlləri ilə götürürək dərhal həmin emalatxananı tərk edib, qapının açarlannı emalatxananın içində yerə atmış, giriş qapısını isə astaca ötrərək oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin yerdən piyada olaraq bir başa yaşadığı evə gəlmiş və atası Şahid3 həmin əşyaları əlində gördükdə onu sorğu-sual etməyə başladıqda sonuncuya yalandan bildirmişdir ki. guya həmin əşyalann hamısı bir nəfər dostuna məxsusdur və həmin dostu öz iş yerini bağladığından göstərilən əşyalan bir gecəlik saxlamaqdan ötrü ona verərək xahiş edib ki, sabaha kimi yaşadığı evdə saxlasın ki, sonra gəlib avtomobillə onlan götürüb apara bilsin. Atası Baba da onun bu kimi sözlərinə inanaraq etiraz etməmişdir. Həmin emalatxanadan oğurladığı əşyalar- 1 ədəd iki səsgücləndirici ilə olan balaca musiqi mərkəzi, 2 ədəd bor maşınları və onlann əyləci, 2 ədəd stamotoloji işlər görməkdən ötrü dəmir avadanlıqlar. 1 ədəd qara rəngli əl çantası və onun içində olmuş 1 ədəd "İphone’ markalı «Notebuk» adlanan əl kompüteri olmuşdur. Sabahısı gün günorta saatlannda isə o, atası evdə olmadığı müddət ərzində yalnız 1 ədəd iki səsgücləndirici ilə olan balaca musiqi mərkəzini öz otağında saxlayaraq, qalan əşyaları elə həmin sellofan torbanın içində olmaqla, eləcə də həmin kompüteri əl çantasının içində olmaqla götürüb küçəyə çıxmış və yaşadığı məhəllədən bir qədər uzaqlaşmışdır ki, atası evə gələcəyi təqdirdə onu görə bilməsin. Piyada hərəkət edərkən o, qonşu məhəllədə yaşayan tanışı Rahibin evinin qarşısından keçərkən səsləyib Rahibi küçəyə çağıraraq ona, əlindəki yükünün ağır olmasını və şəhərin mərkəzinə piyada getdiyini bildirərək ondan xahiş etmişdir ki. göstərilən kompüteri həmin gün öz evində saxlasın ki. sabah evdə olanda gəlib ondan geri götürə bilsin. Rahib də etiraz etməyəb həmin kompüteri ondan götürərək apanb yaşadığı evə qoymuşdur. Bundan sonra o. Yeni Yasamal yaşayış massivində piyada hərəkət edərkən bir nəfər, yəni soyadı və atasının adını və dəqiq yaşayış yerini bilmədiyi Vüsal adlı tanışı rastına çıxmış və onunla durub küçədə söhbətləşərkən, o, Vüsaldan vacib işlərinin olub-olmamasını soruşub, heç bir işinin olmadığını bildikdən sonra, əllərindəki yük ağır olduğundan ondan xahiş etmişdir ki. həmin əşyalan şəhərin mərkəz hissəsinə aparmaqda ona köməklik etsin. Vüsal da etiraz etməyərək ona köməklik göstərmişdir. Həmin vaxt pulu olmadığı üçün o və Vüsal piyada hərəkət edərək oradan şəhərin mərkəz hissəsi olan 28 May metrostansiyasının yaxınlığına gəlmişlər və yolda gələrkən o, Vüsala bildirmişdir ki, guya dayısı diş üstasıdır və emalatxanasını bağladığı üçün həmin əşyalan satmaqdan ötrü ona verib ki. müştəri axtarsın. Həmçinin, o, yolda gələrkən Vüsala bildirmişdir ki. guya dayısının avtomobilini polislər cərimə meydançasına qoyublar və buna görə də avtomobilin cəriməsini ödəməkdən ötrü pul əldə etmək məqsədi ilə sellofan torbada olan stamotoloji avadanlıqları satmalıdır. Həmin əraziyə gəlməyinin səbəbi ondan ibarət olmuşdur ki, o, təxminən 2-3 həftə əvvəl həmin ərazidə piyada hərəkət edərkən Nəsimi rayonu Şamil Əzizbəyov küçəsində fəaliyyət göstərən stamotoloji diş emalatxanasının orada olduğunu görmüşmüşdür. Bu yolla da, o, Vüsalla birlikdə ünvan 3 ünvanda fəaliyyət göstərən stamotoloji diş emalatxanasının qarşısına gəldikdən sonra, Vüsal küçədə gözləmiş, o isə, özü tək içəri daxil olaraq orada işləyən, əvvəllər tanımadığı və ilk dəfə gördüyü yaşlı bir kişi olan həkimə yaxınlaşaraq ona da eyni olaraq bildirmişdir ki, guya dayısı diş həkimidir və özünə məxsus diş düzəltmə emalatxanasını bağladığından orada olmuş şəxsi avadanlıqlarını satmaq məqsədi ilə müştəri axtarmaqdan ötrü ona vermişdir. Həmçinin, eyni olaraq həmin həkimdə bildirmişdir ki, guya yol polisi dayısının avtomobilini cərimə meydançasına qoymuş və buna görə də, avtomobilin cəriməsini ödəməkdən ötrü 200 manat miqdarda pul əldə etmək məqsədi ilə həmin avadanlıqların hamısını bir yerdə satır. Həmin həkimdə razılaşaq göstərilən avadanlıqlara baxmaq istədiyini bildirmiş və buna görə də o, küçəyə çıxaraq Vüsalla birlikdə həmin emalatxanaya geri qayıtmış, ona görə ki. sellofan torba içindəki avadanlıqlarla birlikdə Vüsalda olmuşdur. Bundan sonra həmin həkim göstərilən avadanlıqlara baxmış və onların hamısının xeyli müddət istifadə olduğunu bildirərək yalnız 150 manat miqdarda pul verə biləcəyini bildirmişdir. O da, əlacsız qaldığından razılaşaraq göstərilən avadanlıqlann hamısını həmin həkimə təhvil vermişdir. Həkim də öz növbəsində ona 150 manat miqdarda pulu ödəmişdir. Bundan sonra o, Vüsalla birlikdə geri Yeni Yasamala qayıtmış və soğollaşaraq hər biri öz evinə getmişdir. Həmin gün ərzində o, əldə etdiyi 150 manat pulu yeməyinə, siqaretə və sair tələbatlarına sərf edərək tam xərcləyib qurtarmışdır. 21 aprel 2022-ci il tarixdə günorta saatlannda o. D.Bünyadzadə küçəsindəki 42 saylı ünvanın qarşısında olarkən bir neçə nəfər polis əməkdaşı onu saxlamışlar və həmin emalatxanadan oğurluq etdiyi barədə məlumatlannın olmasını bildirərək oğurladığı əşyaları təhvil verməyini tələb etmişlər. Buna görə də o, hər şeyi olduğu kimi və bilavasitə göstərilən oğurluğu törətdiyini etiraf edərək ilk növbədə yaşadığı evdə olan musiqi mərkəzini polislərə təhvil vermiş, sonrada isə bildirmişdir ki, oğurladığı kompüteri saxlanması məqsədi ilə qonşu məhəllədə yaşayan Rahibə vermiş, digər stamotoloji avadanlıqlann hamısını isə Ş.Əzizbəyov küçəsində yerləşən “stamotoloji diş emalatxanasr-ında işləyən tanımadığı həkimə 150 manata satmışdır. Daha sonra o, əvvəlcə Rahibin yaşadığı evi polislərə göstərmiş və onlar həmin kompüteri və əl çantasını Rahibdən götürdükdən sonra, o. polislərlə birlikdə Ş.Əzizbəyov küçəsi 148-də yerləşən “X2”-na getmiş və orada həmin avadanlıqlan ondan 150 manata almış həkimi onlara təqdim etmişdir. Polis əməkdaşlan da həmin həkimdən qeyd olunun avadanlıqlann hamısını götürmüşlər. Bu kimi götürmələr aparıldığı zamanı müvafiq protokollar tərtib olunmuş və o da, digər iştirakçılar kimi həmin protokolları imzası ilə təsdiq etmişdir. Hadisə vaxtı qeyd olunan diş emalatxanasına daxil olub oğurluq edərkən otaqlar qaranlıq olmuş, oğurladığı əşyalan sellofan torbaya yığmış, ola bilər ki, “Kappa” deyilən aparat və “Canon” markalı fotoaparatın obyektivini də oradan götürüb sellofan torbaya qoymuş və sonradan həmin əşyalan oradan çıxanb apararkən fotoaparatın obyektivi və “Kappa” deyilən aparat küçədə torbadan yerə düşərək itmişdir, çünki həmin torbanın içi ağzına qədər dolu olmuşdur. Lakin bu kimi hala baxmayaraq, o, həmin əşyalarında onun qanunsuz hərəkətləri nəticəsində yoxa çıxmasını nəzərə alaraq öz üzərinə götürmüşdür ki, gələcəkdə həmin əşyaların dəyərinə aid olan pul məbləğini zərərçəkmiş Zərərçəkmiş şəxs ödəsin. Buna görə də sonradan istintaq dövründə onun atası Şahid3 özü zərərçəkmiş şəxs İsmayl Həsənovla görüşüb, həmin iki əşyanın dəyəri olan 900 manat miqdarda nağd pul vəsaitini sonuncuya ödəyərək barışıq əldə etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, həmin hadisəyə qədər X1 və ya həmin emalatxanada işləyən hər hansı bir digər şəxsləri tanımamış və aralarında heç bir münasibətlər olmamışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yerləşən 2 otaqdan ibarət qeyriyaşayış sahəsini icarəyə götürərək orada diş emalatxanası açıb diş texiki kimi sahibkarlıq fəaliyyəti ilə məşqul olur. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində həmin diş emalatxanasında işini qurtarıb yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində fəaliyyət göstərdiyi diş emalatxanasına yaxınlaşıb giriş qapısını açıb içəri daxil olmaq istədikdə, giriş qapısı örtülü olsada, qıfılının açıq olmasını, yəni qıfıllanmamasını görmüşdür. Sonra isə o. qapını açıb emalatxanaya daxil olduqda ilk olaraq otaqda divanın üstünə olmuş “İphone" markalı kompüterin oğurlandığını və giriş qapısının açannın otaqda qapının qarşısına döşəməyə atıldığını aşkar etmişdir. Bu səbəbdən də o, dərhal DİN-nin “102 xidməti”-nə zəng edib 2600 manat dəyərində “İphone” markalı notbukunun oğurlanmasını bildirdikdən az sonra Yasamal RPl-nin 29-cu PŞ-nin təhqiqatçısı Rahid Xanlarov və digər polis əməkdaşlan hadisə yerinə gələrək onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və o, həmin baxış zamanı da “İphone” markalı notbukun oğurlandığını, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində işdən çıxıb yaşadığı evə gedərkən diş emalatxanasının qapısının açannı unudaraq qıfılın üstündə qoyub getdiyini, emalatxanadan oğurluq edən şəxs həmin açan emalatxananın içərisinə atıb getdiyini bildirmişdir. Bu barədə təhqiqatçı Rahid Xanlarov hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib etmiş və o da, həmin protokolu imzalamışdır. Həmçinin “İphone" markalı notbukun oğurlanması barədə Yasamal RPl-nin 29-cu PŞ-nin rəisinə ünvanlanmış ərizə də yazıb təhqiqatçıya təqdim etmiş və sonra polis bölməsinə dəvət olunduğundan oraya gedərək izahat vermişdir. Daha sonra o, özü emalatxanaya ətraflı baxış keçirdikdə aşkar etmişdir ki. həmin kompüter Almaniya istehsalı olan qara rəngli "Rivacase" markalı çantası və adaptoru ilə birlikdə oğurlanması ilə yanaşı, həmçinin "Samsung"markalı 2 kolonkalı musiqi mərkəzi, Koreya istehsalı olan “MNX" və “MickoNX” elektrik mikromotoru və həmin mikromotora aid “MickoNX” adlanan 2 ədəd ləvazimatı, Koreya istehsalı olan "Marathon- N7" markalı elektrik mikromotoru, həmin motora aid “Marathon-N7 foot pedal" və “SEASHİN" adlanan 2 ədəd ləvazimatı, protez dişlərin hazırlanması üçün olan 1 ədəd yaşıl rəngli artiklyator və 1 ədəd göy rəngli akuldator cihazı, “Kappa" aparatı və “Canon" markalı fotoaparantının obyektivi də oğurlanmışdır. Ona görə də o, 29-cu PŞ-nə gedərək qeyd olunan əşyaların da oğurlanması barədə təkrar ərizə yazmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, yuxarıda qeyd olunan oğurlanmış əşyalardan Almaniya istehsalı olan “Rivacase" markalı kompüter çantasını 20 manat, Çin istehsalı olan “İphone" markalı «Macbook Air» tipli kompüter və həmin kompüterə aid elektrik adapotrunu 2600 manat, “Samsung"markalı 2 kolonkalı musiqi mərkəzinin 100 manat, Koreya istehsalı olan “MNX" və “MickoNX" elektrik mikromotorunu və həmin mikromotora aid “MickoNX’ adlanan 2 ədəd ləvazimatını 1700 manat, Koreya istehsalı olan “Marathon-N7" markalı elektrik mikromotoru və həmin mikromotora aid “Marathon-N7 foot pedal" və "SEASHİN’ adlanan 2 ədəd ləvazimatını 700 manat, protez dişlərin hazırlanması üçün olan 1 ədəd yaşıl rəngli artiklyator cihazını 50 manata, 1 ədəd göy rəngli artiklyator cihazını 75 manata, çənə oynaq müalicələri üçün olan Türkiyə istehsalı olan “Kappa" aparatını 500 manata və Yaponiya istehsalı olan “Canon" markalı fotoaparatın obyektivini 400 manata 2020-ci ilin ortalannda Bakı şəhərində xatırlamadığı ticarət obyektlərindən almış və həmin əşyalar oğurlandığı gündə normal və saz vəziyyətdə olmuşdur. Həmin əşyalann almağı ilə əlaqədar ticarət obyektlərindən qəbz və ya qaimə almamışdır. Bu oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 6145 manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış həmin əşyalan hansı qiymətə almışdırsa, ifadəsində o qiymətləri də göstərmişdir. İşlədiyi emalatxanadan oğurluq etmiş Təqsirləndirilən şəxs ilə əvvəllər şəxsən tanış olmamış və onunla heç bir münasibəti olmamışdır. Həmçinin, oğurluq hadisəsindən sonra ona məxsus yuxanda göstərilən avadanlıqlan Təqsirləndirilən şəxs almış ünvan 6 ünvanda yerləşən “Stomotoloji Klinika E.C.M" adlanan klinikada işləyən Şahid1 tanımır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, doğma oğlu Təqsirləndirilən şəxs və digər ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanda yaşayır. 19 aprel 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsindən xəbəri olmamışdır. Oğlu Təqsirləndirilən şəxs ünvan 8 ünvanda yerləşən “Stomotoloji Emalatxanası”-ndan oğurluq edəcəyi və etməsi barədə həmin ərəfədə heç bir məlumatı olmamışdır. Həqiqətəndə 19 aprel 2022-d il tarixdə saat 23-24 radələrində oğlu Təqsirləndirilən şəxs gecə vaxtı yaşadığı evə gəldikdə əlində, içərisində diqqət yetirmədiyi bir neçə əşyalarla olan olmuş iri torba olmuş və bununla bağlı o, həmin əşyaları haradan əldə etdiyini və nə məqsədlə yaşadığı evə gətirməsi barədə soruşduqda Ceyhun cavabında, həmin əşyaların hamısı bir nəfər dostuna məxsus olduğunu və həmin dostunun öz iş yerini bağladığından göstərilən əşyalan bir gecəlik saxlamaqdan ötrü ona verərək yaşadığı evdə saxlamasını xahiş etməsi barədə ona bildirmişdir. Sabahısı gün isə o, səhər saatlarında evdən çıxıb işlərinin dalınca getmiş və axşam saatlarında geri qayıtdıqda Ceyhunun otağında bir dəst musiqi mərkəzinin olduğunu görmüş və sonra üzüzrə görüşdük də Ceyhun bildirmişdir ki, həmin dostu yuxanda göstərilən əşyalarının hamısını gəlib aparmış və yalnız göstərilən musiqi mərkəzini müvəqqəti istifadə etməsi üçün hələlik ondan saxlamışdır. O da oğlu Ceyhunun bu kimi sözlərinə inandığı üçün heç bir etiraz etməmişdir. 21 aprel 2022-ci il tarixdə isə 29-cu PŞ-nin əməkdaşlan oğlu Təqsirləndirilən şəxsla birlikdə yaşadığı ünvana gəlmiş və oğlu Ceyhun etiraf edərək ona bildirmişdir ki. ünvan 8 ünvanda yerləşən “Stomotoloji Emalatxana”-dan oğurluq etmiş və yaşadığı evdə saxladığı 1 dəst iki səsgücləndirici ilə olan balaca musiqi mərkəzi də oğurladığı əşyalara aiddir. Sonra isə oğlu Ceyhun yaşadığı evdən həmin musiqi mərkəzini götürüb könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş və sonuncularda bu barədə protokol tərtib etdikləri üçün o da həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Daha sonra isə həmin hadisə ilə bağlı aparılan istintaq zamanı ona məlum olmuşdur ki, oğlu Təqsirləndirilən şəxs tərəfindən ünvan 2 ünvanda yerləşən “Stomotoloji emalatxanası”ndan oğurlanmış Zərərçəkmiş şəxs məxsus əşyalardan iki əşya tapılmamışdır. Bununla bağlı oğlu Ceyhunla danışdıqda, sonuncu bildirmişdir ki, həmin oğurluğu törədərkən emalatxanada qaranlıq olmuş və həmçinin, oğurladığı əşyalann hasını bir torbaya yığmış və torbanın ağzı bağlanmadığı üçün ehtimal var ki, küçədə gedərkən tapılmayan həmin iki əşya torbanın içindən yerə düşərək itmişdir. Buna görə də. o, bununla bağlı həmin əşyalann sahibi olan Zərərçəkmiş şəxsla özü görüşüb söhbətləşmiş və araşdırma zamanı tapılmayan 500 manat dəyərində olan 1 ədəd çənə oynaq müalicələri üçün nəzərdə tutulmuş “Kappa” adlanan aparat və 400 manat dəyərində olan 1 ədəd “Canon” markalı fotoaparantın obyektivinin əvəzinə, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxsla birlikdə Yasamal RPİ-nin İŞ-nə istintaqa gələrək 900 manat miqdarda nağd pul vəsaitini Zərərçəkmiş şəxs ödəməklə ona oğlu Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanı tam həcmdə ödənilməsini təmin etmiş, ona görə ki, digər əşyaların hamısı tapılmışdır. Bu yolla da, Zərərçəkmiş şəxsla barışıq əldə etmiş və sonuncu da öz növbəsində onun oğlu Təqsirləndirilən şəxs qarşı şikayəti və maddi tələbinin olmadığinı bildirərək bu barədə istintaqa ərizə vermişdir. Həmçinin, pulların təhvil-təslimi ilə bağlı müstəntiq tərəfindən müvafiq protokol tərtib edilmiş və o da, Zərərçəkmiş şəxsla birlikdə həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhz bu yolla da o, hadisədən Zərərçəkmiş şəxsla yuxarıda göstərilən səbəb və qaydada tanış olmuşdur. Rahib və Vüsal adlı şəxsləri, eləcə də ünvan 3 ünvanda fəaliyyət göstərən stomotoloji emalatxanada həkim işləyən Şahid1 oğunu isə tanımır və onların heç biri ilə heç bir əlaqəsi olmayıb və yoxdur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küsi 148 ünvanda “28 May” metrostansiyasının yaxınlığında yerləşən “ECM” adlanan Stomotoloji Klinikada diş həkimi işləyir. 20 aprel 2022-d il tarixdə saat 12 radələrində bir nəfər şəxs klinikaya daxil olaraq ona bildirmişdir ki, onun dayısı diş texniki işləyib və bir müddət bundan əvvəl iş yerini bağladığı üçün orada olmuş avadanlıqlannı satır və hal-hazırda yol polisi onlann avtomobilini cərimə meydançasına yerləşdirdiyindən lazım olan miqdarda cəriməni ödəməkdən ötrü dayısına məxsus həmin avadanlıqlardan bir neçəsini satır ki. pul əldə edə bilsin. Bu kimi danışıqlan zamanı o. həmin oğlandan göstərilən avadanlıqların oğurluq olub-olmamasını soruşduqla həmin oğlan bir daha təkrarlayaraq, göstərilən əşyalann dayısına məxsus olmasını, hazırda dayısının işləmədiyini, emalatxanasının bağladığını, dövlət yol polisi tərəfindən avtomobilinin saxladığını və 200 manat cərimənin ödənməsi üçün pul lazım olduğuna görə göstərdiyi əşyalan satmaq istədiyini bildirmişdir. Bununla bağlı o, həmin əşyalara baxmaqdan ötrü onlan təqdim etməsini xahiş etdiyindən, həmin oğlan küçəyə çıxıb, 2- dəqiqədən sonra başqa bir oğlanla birlikdə əllərində tutduqlan sellofan torba ilə geri klinikaya qayıtmışdır. Daha sonra o, həmin oğlanın təqdim etdiyi əşyalara baxmış və onlann hamısı xeyli müddət ərzində işlənmiş vəziyyətdə olduğundan onların arasında yalnız lazım olan əşyaların bir neçəsini ala biləcəyini və bu məqsədlə cəmi 150 manat miqdarda pul ödəyə biləcəyini bildirmişdir. Həmin oğlan da onunla razılaşaraq bildirmişdir ki. 150 manatın müqabilində həmin əşyalann hamısını ona təhvil verəcək. Bu yolla da aralarında əldə olunmuş razılaşma əsasında həmin oğlan özü ilə gətirdiyi əşyaları, yəni 1 ədəd Koreya istehsalı olan “MNX” “MickoNX” markalı elektrik mikromotoru və həmin mikromotora aid “MickoNX” adlanan 2 ədəd ləvazimatını. 1 ədəd Koreya istehsalı olan “Marathon-N7” markalı elektrik mikromotoru və həmin motora aid “Marathon-N7 foot pedal” və “SEASHİN” adlanan 2 ədəd ləvazimatı, 2 ədəd protez dişlərin hazırlanması üçün olan artiklyatorlan ona təhvil vermiş və o da bunun əvəzində 150 manat pulu ödəməklə sonuncudan həmin avadanlıqları götürüb işlədiyi klinikada iş otağında saxlamışdır. 21 aprel 2022-ci il tarixdə isə Yasamal rayon Pİ-nin 29-cu PŞ-nin əməkdaşları, həmin avadanlıqları ona satmış oğlanla, yəni adı sonradan ona məlum olmuş Təqsirləndirilən şəxs ilə birlikdə iş yerinə gəlib, Təqsirləndirilən şəxs bir gün bundan əvvəl Yasamal rayonunda yerləşən hansısa diş emalatxanasından oğurladığı əşyaların bir neçəsini xx.xx.2022-ci il tarixdə 150 manata ona satdığını bildirərək həmin avadanlıqlan təhvil verməsini xahiş etmişlər. O da, həmin təklifi qəbul edərək Təqsirləndirilən şəxs aldığı yuxarıda göstərilən avadanlıqları könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Polis əməkdaşları da qeyd olunan əşyaları təhvil alaraq onların ondan götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiklərindən, o da, həmin protokolu imzalamışdır. Həmçinin, Şahid1 Təqsirləndirilən şəxs həmin əşyaları ona satarkən onları haradan, nə vaxt, necə və hansı məqsədlə oğurlaması barədə ona heç bir məlumat vermədiyini və buna görə də, həmin əşyaların oğurluq yolu ilə əldə olunması barədə onun heç bir məlumatının olmadığını bildirmişdir. O cümlədən, Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə saat 23 radələrində ünvan 8 ünvanda yerləşən “Diş emalatxanası”-na qanunsuz daxil olması və oradan hansı əşyaların oğurlamasını bilmir və bu kimi hadisə barədə Təqsirləndirilən şəxs ona heç bir məlumat verməmişdir. Eləcə də, C.Benhbudov çənə oynaq müalicələri üçün olan 1 ədəd Türkiyə istehsalı olan “Kappa” aparatını və Yaponiya istehsalı olan “Canon” markalı fotoaparatın obyektivini ona nə satmamış və nə də təmənnasız olaraq verməmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi əşyalardan başqa ona digər heç bir əşya satmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən əşyaları ona təqdim və təhvil verərkən sonuncu ilə birlikdə olmuş digər şəxs haqqında heç bir məlumatı yoxdur və onun zahiri görünüşü yadında qalmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanda ailəsilə birlikdə yaşayır. Belə ki, Təqsirləndirilən şəxs onun yaşadığı məhəllədə yaşadığı üçün onu tanıyır, onunla heç bir düşmənçiliyi, ədavəti və qərəzçiliyi yoxdur. 20 aprel 2022-ci il tarixdə günorta saatlannda yaşadığı evdə olduğu vaxt. Təqsirləndirilən şəxs küçədən səsləyib onu çağırmış və evdən küçəyə çıxanda görmüşdür ki. Təqsirləndirilən şəxs bir əlində sellofan torba, digər əlində isə qara rəngli kompüter çantası var. Aralarında olan söhbətləri zamanı Təqsirləndirilən şəxs şəhərin mərkəzinə getdiyini və əlindəki yükünün ağır olmasını deyərək, kompüter çantasını içərisində olan İPHONE" markalı notbukla birlikdə ondan götürüb evdə saxlamasını xahiş edərək bildirmişdir ki, bu gün. əks halda isə sabah səhər gəlib ondan geri götürəcək. O da etiraz etməyib həmin kompüter çantasını içərisindəki notbukla birlikdə Ceyhundan götürüb, yaşadığı evə qoymuş və bundan sonra Təqsirləndirilən şəxs əlində tutduğu böyük həcmli sellofan torba ilə piyada olaraq oradan harasa çıxıb getmişdir. 21 aprel 2022-ci il tarixdə isə səhər saatlannda Yasamal RPl-nin 29-cu PŞ- nin əməkdaşlan Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evə gələrək bildirmişlər ki, dünən saxlanılması üçün ona verilmiş həmin çantanı içindəki kompüterlə birlikdə Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etmiş və buna görə də həmin çanta ilə “İPHONE" markalı notbuk kompüterini onlara təhvil verməsini tələb etmişdirlər. O da öz növbəsində bu barədə Ceyhunu sorğu-sual etmiş və sonuncu həqiqətdən oğurluq etdiyini etiraf etdikdən sonra, o. evində olan həmin bir ədəd qara rəngli kompüter çantasını içərisindəki “İPHONE” markalı notbukla birlikdə təhvil vermiş və polis əməkdadaşlan da bu barədə protokol tərtib etdikləri üçün həmin protokolu imzalamış daha sonra isə baş verənlər haqqında 29-cu PŞdə izahatını vermişdir. Təqsirləndirilən şəxs nə vaxt, harada və necə oğurluq törətməsindən, eləcə də bilavasitə həmin çantanı içindəki notbuk kompüteri ilə haradan götürməsi və ya oğurlaması barədə onun heç bir məlumatı olmayıb və həmçinin. Təqsirləndirilən şəxs özü də bu barədə ona heç bir məlumat verməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin çantanı içərisindəki notbuk kompüteri ilə birlikdə bir gecəlik saxlamaq üçün ona verərkən yalnız bildirmişdir ki. özünə məxsusdur və əlində yükü ağır olduğu üçün evlərinə tərəf geri qayıtmaq istəmir və buna görə də ona verirki geri qayıdanda gəlib götürə bilsin. Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixdə ünvan 8 ünvanda yerləşən “Stomotoloji emalatxanası”-na oğurluq etməsindən, eləcə də sonuncunun oradan hansı əşyalan oğurlaması barədə də heç bir məlumatı olmamış və bu kimi əşyalar barədə ona heç bir məlumat verməmişdir. Ona, Təqsirləndirilən şəxs yalnız yuxarıda göstərdiyi kimi əl çantasını içindəki kompüterlə birlikdə bir gecəlik saxlamaqdan ötrü vermişdir və ona verdikdə məhz özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs tanışı olan Vüsal adlı şəxsi tanımır. Eləcə də Təqsirləndirilən şəxs hansısa Vüsal adlı tanışı ilə birlikdə ünvan 3 ünvana gedərək orada fəaliyyət göstərən X2na hər hansı bir avadanlıqları satmasından tam məlumatsızdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 03 iyun 2022-ci il tarixli 9/3322 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs məxsus olmaqla Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd Almaniya istehsalı olan üzərində “Rivacase” yazısı olaq qara rəngli istifadə olunmuş kompüter çantasının qiyməti 10 manat, 1 ədəd Çin istehsalı olan, istifadə olunmuş, “Apple” markalı, “A1932” model, “FVFZ62MQLYWJ” seriyalı “MacBook Air” tipli notbuk kompüterinin həmin kompüterə aid ağ rəngli “Apple” markalı “A1882” modelli adapotru ilə birlikdə qiyməti 1500 manat, 2 ədəd “Samsung" markalı, istifadə olunmuş, “PS-E330/E330D” kolonka və 1 ədəd “Samsung” markalı “MM- E330D/RU” model musiqi mərkəzi dəstinin qiyməti 150 manat, 1 ədəd Koreya istehsalı olan, istifadə olunmuş, “MNX MickoNX” markalı elektrik mikromotoru və həmin mikromotora aid “MickoNX” adlanan 2 ədəd ləvazimatının qiyməti 250 manat, 1 ədəd Koreya istehsalı olan, istifadə olunmuş, “Marathon-N7” markalı elektrik mikromotoru və həmin mikromotora aid “Marathon-N7 foot pedal”-ın və 2 ədəd ləvazimatının qiyməti 500 manat, 1 ədəd istifadə olunmuş, protez dişlərin hazırlanması üçün olan yaşıl rəngli artiklyator cihazının qiyməti 25 manat və 1 ədəd istifadə olunmuş, protez dişlərin hazırlanması üçün olan göy rəngli artiklyator cihazının qiyməti 30 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş yuxarıda göstərilən 7 adda mallann istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2465.00 manat müəyyən edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 03 ay 15 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd Almaniya istehsalı olan üzərində “Rivacase” yazısı olaq qara rəngli istifadə olunmuş kompüter çantası, 1 ədəd Çin istehsalı olan, istifadə olunmuş, “Apple” markalı, A1932 model, “FVFZ62MQLYWJ” seriyalı «MacBook Air» tipli notbuk kompüterini və həmin kompüterə aid ağ rəngli “Apple” markalı “A1882” modelli adapotru, 2 ədəd “Samsung” markalı, istifadə olunmuş “PS-E330/E330D kolonka və 1 ədəd "Samsung” markalı, MM-E330D/RU model musiqi mərkəzi dəstinin, Koreya istehsalı olan istifadə olunmuş “MNX” “MickoNX” markalı elektrik mikromotoru və həmin mikromotora aid “MickoNX” adlanan 2 ədəd ləvazimatının Koreya istehsalı olan istifadə olunmuş “Marathon-N7” markalı elektrik mikromotoru və həmin motora aid “Marathon-N7” foot pedal və 2 ədəd ləvazimatının, istifadə olunmuş protez dişlərin hazırlanması üçün olan 1 ədəd yaşıl rəngli artiklyator cihazının və istifadə olunmuş protez dişlərin hazırlanması üçün olan 1 ədəd yaşıl göy rəngli artiklyatorun saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 15 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay (iki il beş ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 10 manat (on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə oğurlanmış əşyalardan maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-364/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-364/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver