Məhkəmə qərarları › İş №1(004)-365/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-365/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-365/2021 02.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 08 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kubinka” kimi adlanan yaşayış sahəsindən şəxsiyyəti isintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,008 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 10 manata əldə edib saxlayaraq üzərində daşımış, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən 08 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,008 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, arabir psixotrop maddə olan metamfetamini çəkmək yolu ilə qəbul edir. 08 iyul 2021-ci il tarixdə narkotik vasitə əldə etmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yaşayış sahəsinə gedərək, orada üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi bir şəxsdən özünün şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamini 10 manata alaraq özündə saxlamışdır. Psixotrop maddə olan metamfetamini almaqda məqsədi ondan münasib və əlverişli bir şərait olduğu halda istifadə etmək olmuşdur. Daha sonra isə Yasamal rayonunun ərazisində yaşayan Nəriman adlı dostunun evinə gedərək 10 manata alıb özündə saxladığı psixotrop maddə olan metamfetamini istifadə edərək bitirmişdir. Bundan sonra o Səbail rayonu, Şeyx Şamil küçəsində yerləşən “Təzə bəy” adlanan hamamının yaxınlığında yaşayan dostugildə getmişdir. Həmin gün saat 19:00 radələrində o, dostugildə olan zaman mülki geyimdə olan polis əməkdaşları onu çağıraraq ondan şəxsiyyət məlumatlırını bildirməyi tələb etmiş və o öz ad, soyadını və ata adını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 26-cı PB-nin binasında olan otaqlardan birinə gətirmişlər. Bu zaman onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona narkotik vasitə verərək video çəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları təfərindən ona təqdim olunmuş psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin psixotrop maddəni 08 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 10 manata almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Psixotrop maddə qəbul etdiyi üçün peşmandır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, aparılan əməliyyat tədbirləri və istintaq dövründə ona heç bir təsir, hədə-qorxu göstərilməyib, işgəncə verilməyib, ləyaqətini alçaldan hərəkətlər və qeyri insani rəftar edilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmin hadisədən artıq uzun müddət keçdiyi və bir çox əməliyyat tədbirlərində iştirak etdiyi üçün o həmin hadisəni təffərrüatı ilə xatırlamır. Lakin ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin və narkotik vasitələrin dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəhbərliyi tərəfindən ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün axşam radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında yəni, N.Nərimanov heykəlinin yaxınlığında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görmüşlər, onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz olaraq əldə etməsində şübhəli olmasını bildirmişlər. Ona 26-ci Polis Bölməsinə getməli olduğunu bildirilmiş və onu avtomobillə 26-ci PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan rəngini dəqiq xatırlamadığı şalvarın cibindən 01 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd kağız bükümünün icərisində olan maddə zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunun qara rəngli kağız bükümünü təqdim edərək içərisində psixotrop maddə olan metamfetaminin olduğunu, bu maddəni 2021-ci ilin iyul ayının 8-də səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisindəki Kubinka deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən ümumilikdə 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini, habelə həmin tarixdə saat 19:00-da Yasamal rayonu, N.Nərimanov prospekti, 12-ci Nərimanov döngəsi, ev 13 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-Cİ PB-nə gətirildiyini bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun qara rəngli kağızına bükülmüş ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar edildi. Aşkar olunmuş bir ədəd siqaret qutusunun qara rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (i.v. 34-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 09 iyul 2021-ci il tarixli 6/2741 saylı rəyindən görünür ki, tədqiqatına təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №170” möhür əksi olan “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kağız bükümdə təmiz çəkisi 1,008 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahsına (Siyahı İ) daxildir. (i.v. 41-45) “Baxış aparılması haqqında” 04 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, "DVD" diskdə Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış "şəxsi axtarış və götürmənin" gedişatını özündə əks etdirən videogörüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Yasamal RPİ-nin 26-ci PB-nin təhqiqatçısı, polis mayoru Aslan Qasımov tərəfindən Təqsirləndirilən şəxs, eyni zamanda şəxsi axtarışda iştirak edən digər iştirakçılara hüquq vəzifələri izah edildikdən sonra şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi Təqsirləndirilən şəxs deyildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoydu və bükümdəkinin metamfetamin olduğunu və metamfetamini 08 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Kubinka" kimi adlanan yerdən üzdən tanıdğı şəxsdən 10 manata özünün istifadə etməsi üçün aldığını dedi. Həmin büküm açıldıqda içərisində şəffaf rəngdə kristallardan ibarət maddənin olduğu müəyyən olundu. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürlə möhürləndi. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edildi, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edildi. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. (i.v. 118-121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 nəticələrinə dair 09.08.2021-ci il tarixli 2760 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks gösətrişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 122-123) “Sübutların qiymətləndirilməsi haqqında” 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,008 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınsın və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,958 qram psixotrop maddə metamfetamin saxlanması üçün Yasamal RPİ-in maddi sübutların saxlandığı kamerya təhvil verilmişdir. İbtidai istintaq zamanı təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 09.07.2021-ci il tarixli 6/2741 №-li rəyi və məhkəmə-narkoloji ekspertizasının 09.08.2021-ci il tarixli 2760 №-li rəyi sübut əhəmiyyətli olduğundan iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyinə görə Bakı şəhər Yasamal RPİ-nin 26-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən tərtib edilmiş "şəxsi axtarış aparılması və götürmə" haqqında 08.07.2021-ci il tarixli protokolu və "DVD" disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş, "DVD" diskin iş materiallarına əlavə edilmişdir. İş üçün əhəmiyyət kəsb etdiyinə görə "DVD" diskə baxış aparılması haqqında 04.09.2020-ci il tarixli protokol sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 131-139) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 4(004)-352/2021 nömrəli qərarından görünür ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. (i.v. 87-91) X4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilir. O, ailəsi ilə birlikdə yaşayır. Psixi cəhətdən sağlamdır və heç bir psixiatrik qeydiyyatda deyil. 2018-ci ildə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin cinayət işinə xitam verilmişdir. Neçə vaxtdır ki, el arasında “patı” və “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin qəbul etmişdir. Gündəlik istifadəsi üçün metamfetamin olmadığından o, 08 iyul 2021-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki “Kubinka” deyilən əraziyə avtobusla getmiş, üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən ümumilikdə 10 manata bir ədəd siqaret qutusunun qara rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamin almışdır. Metamfetamini almaqda məqsədi ondan münasib və əlverişli bir şərait olduğu halda istifadə etmək olmuşdur.Buna görə də metamfetamini aldqıdan sonra üzərində saxlamışdır. 08 iyul 2021-ci il saat 19:00 radələrində o, Yasamal rayonu, N.Nərimanov prospekti, 12-ci Nərimanov döngəsi, ev 13 ünvanının qarşısında olan zaman mülki geyimdə polis əməkdaşları onu saxlayaraq özlərini Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsnin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat verməyi bildirəndə onlara Təqsirləndirilən şəxs olduğumu demişdir. Polis əməkdaşları ondan qanunla gəzdirilməsi qadağan edilən əşya və maddələrin olubolmadığını soruşduqda o, çıxılmaz vəziyyətdə qaldığını düşünüb polislərə hər şeyi olduğu kimi danışmış və onlara üstündə patı olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 26-cı PB-nin binasında olan otaqlardan birinə gətirmişlər. Araşdırmanı aparan təhqiqatçı tərəfindən ona üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və təhqiqatçı tərəfindən hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət edilmişdir. Şəxsi axtarışın videoçəkilişlə aparılacağı barədə ona məlumat verilmiş, bundan sonra ona və digər şəxslərə onların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və maddələrin olub-olmadığını və olduğu halda təqdim etməyini ona dedikdə əynində olan boz rəgnli idman şalvarımın sağ yan cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Kağız büküm açıldıqda içərisində olan kristal maddənin nə olduğunu təhqiqatçı ondan soruşduqda həmin maddənin metamfetamin olduğunu və həmin günü 10 manata “Kubinkadan” özü itifadə etmək üçün aldığımı demişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa heç nə aşkar edilməmişdir.Ondan götürülmüş içərisində metamfetamin olan kağız büküm zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. Şəxsi axtarışa görə təhtiqatçı tərəfindən yazlmış protokola bütün iştirakçılar kimi o, da imza etmişdir. Şəxsi axtarış zamanı ona hər hansı psixi təsir və fiziki güc tətbiq olunmamışdır. Metamfetamini satmaq üçün yox, özü istifadə etmək üçün almışdır. Bədənimdə ağrılar olur, narkotik istifadə etdiyi zaman ağrıları olmur. (i.v. 71-75) "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna əsasən daxil olmuş əməliyyat müvəkkilllərinin mobil nömrələrinin anten dairəsinin müəyyən edilməsi barədə cavab məktubuna və ona əlavə edilmiş “CD diskə” baxış zamanı müəyyən edilmişdir ki, 08 iyul 2021ci il tarixdə saat 19:00 radələrində əməliyyat müvəkkilləri Yasamal rayonu, Ə.Əhmədov 507 və Ələsgər Ələkbərov 13a-16 ünvanlarındakı anten dairələrində olduğu müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə psixotrop maddə olan metamfetamindən istifadə etsə də, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı psixotrop maddənin olmaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və bunu özünü müdafiə xarakterli hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin metafetaminin təmiz çəkisi 1.008 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 08 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 4(004)-352/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 08 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 87-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 16.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v. 97-98) Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.958 qram qalıq çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 08 iyul 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat X5 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 08 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.958 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005,VÖEN**********, Müxbir hesab AZ 41,NABZ013601**********3944 SFİFT BİK CTREAZ22hesabakeçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat və X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar