Məhkəmə qərarları › İş №1(004)-365/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-365/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-365/2024 02.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X17 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri, X18, A-4522 saylı ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda və xeyli miqdarda narkotik vasitələri əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,821 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq 15 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 18:30 radələrində Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq 21-ci PB-yə gətirilib, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki üzərində xətləri olan qara rəngli şalvarının sağ yan cibindən həmin bir ədəd 0,821 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 25 yanvar 2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X1 məqsədi olmadan 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,533 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq 10 manat müqabilində əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 13:20 radələrində Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-yə gətirilib, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd ağ şəffaf rəngli sellofana bükülmüş 0,533 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, , o, narkotik vasitə istifadəçidir, lakin hər iki epizod üzrə onun üzərində heç bir narkotik vasitə olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən gecə saat 2-3 radələrində Yasamal rayonu Sovetski küçəsində olan keçmiş qonşularının evindən gələrkən, Nəsimi rayonu, S.Əsgərova küçəsində olan zaman ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşmışlar. Onu polis bölməsinə aparmış, üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə olmasa da, qarşısına qoyulan narkotik vasitəni cibinə qoymuş və çəkilişdə təqdim etmişdir. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, polislər onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında otaqlardan birinə dəvət etmişdilər. Bundan başqa, o, 25 yanvar 2024-cü il tarixdə, saat təxminən 13 radələrində ünvan 6 ünvanında qonaq olarkən, 10 nəfərə yaxın polis əməkdaşı işəri daxil oldular, onu bolməyə dəvət etmiş və yenıə də ona məxsus olmayan narkotik vasitəni boynuna qalmağa məcbur etmişlər. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsindən görünür ki, o, narkotik vasitə hesab edilən heroindən təxminən 4-5 ildir ki, istifadə edir. Buna görə də bir neçə dəfə məhkumluğu olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 18 radələrində Nəsimi rayonu, S.Əsgərova küçəsində olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, polislər onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında otaqlardan birinə dəvət etmişdilər. Xidməti otaqda olarkən dövlət hesabına vəkillə təmin edildikdən sonra onun hüquqları izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, ayağa qalxaraq əynində olan olan qara rəngli şalvarının cibindən bir ədəd şəffaf sellofan bükümündə olan içərisində tünd qəhvəyi rəngli maddəni çıxararaq təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik maddə olan kakosdur. Həmçinin verilən suallara cavab olaraq, təqdim etdiyi bir bükümdə olan narkotiki xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kubinka adlanan ərazidən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 15 manat pul verərək öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla gəzdirdiyini qeyd etmişdir. Eyni zamanda bir neçə müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini və narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra geyindiyi üst geyiminə və şalvarının ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ayaqqabıları çıxarılaraq baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra iştirakçılara həmin içərisində spesifik iyi olan, tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Eyni zamanda o, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən bölməyə gətirilən zaman və RPİ-də olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş və o, saxlanılan zaman polis əməkdaşları tərəfindən bölməyə gətirilən və bölmədə olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Onun üzərində Nəsimi RPİ-nin 21-ci PB-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir və həmin zaman onun müdafiəçisi yanında olmuşdur. Bütün proses video kamera ilə qeydə alınıb protokollaşdırılmışdır. Bundan başqa, o, 25 yanvar 2024-cü il tarixdə, saat təxminən 13 radələrində ünvan 6 ünvanına gedərək, Hacı ləqəbi ilə tanıdığı X2 ümumilikdə 10 (on) manat qarşılığında şəffaf rəngli sellona bükülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroin almış və istifadə etmək üçün geyindiyi qara rəngli cins şalvarının sağ yan cibində gizlətmişdir. Ondan başqa bir neçə nəfər şəxslər də Hacıbabanın evinə narkotik vasitə almağa gəlmişdilər. O, narkotik vasitəni alıb evdən çıxan zaman həmin evin qarşısında dörd nəfər mülki geyimli şəxslərin ona və yanında olan digər şəxslərə yaxınlaşaraq özlərini Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək birlikdə idarəyə getməyi təklif etmişdilər. Daha sonra H.Muxtarovun özünü də saxlayıb polis əməkdaşları ilə birlikdə Yasamal rayon polis idarəsinə gəlmişdilər. Üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis idarəsində olan zaman onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış və ona Bakı şəhəri Mərkəz vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil Müdafiəçi1 onun hüquqlarının müdafiə etməsinə ərizə ilə yazıb müraciət etmişdir. Bundan sonra vəkil Müdafiəçi1 iş otağına dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis idarəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstündə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkiliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da, bundan sonra geyindiyi qara rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroin bükümünü çıxarıb təqdim etmişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə olan heroin ekspertizaya təqdim etmək üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan zaman və Polis İdarəsində ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmış və bununla bağlı heç bir şikayət və tələbi olmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində bildirmişdir ki, o, Nəsimi RPl-nin 21-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Onun əsas vəzifələrindən biri cinayətkarlığa qarşı mübarizə və narkotik vasitələrin, psixotrop maddələrin və prekusorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə onun tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmış və həmin qrupa 21-ci PB-nin əməliyyat müvəkkili Şahid5 da daxil edilmişdir. Təqsirləndirilən şəxs digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri mümkün olduğundan onun cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ƏAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə PB-nin rəisi tərəfindən razılıq verildikdən sonra Orxanın ünvan 7 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2023-cü il tarixdə saat 18:00-da digər polis əməkdaşı ilə birlikdə ünvan 8 ünvanın qarşısında olmuşdular. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 18:30-da əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs xarici görünüşü ilə oxşar olan şəxs görmüşdülər. Həmin şəxsə yaxınlaşaraq həmin şəxsin adını soruşmuşdular. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsə özlərini təqdim etmiş və üstündə narkotik vasitə daşıması barədə məlumat daxil olduğundan onlarla birlikdə PBnə getməli olduğunu bildirmişdilər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxs polis bölməsinə gətirildikdən sonra PB-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə daşımasında şübhəli olması ehtimal edildiyindən Orxanın üstünə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmiş və həmin raportun icrası 21-ci PB-nin təhqiqatçısı polis polkovnik-leytenantı İlham Məmmədova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı İlham Məmmədovun xidməti iş otağına aparmışdılar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etdikdə, Təqsirləndirilən şəxs vəkillərdən Bakı şəhəri Xəzər Konsaltinq Vəkil Bürosundan hər hansı vəkilin hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyi üçün təhqiqatçı X19 Konsaltinq vəkil bürosundan PB-yə vəkil dəvət etmiş və Xəzər Konsaltinq vəkil bürosunun vəkili Müdafiəçi2 PB-yə gəldikdə təhqiqatçı İlham Məmmədov həmin vəkili Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağını və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmiş və Orxan əynində olan şalvarının cibindən bir ədəd şəffaf sellofan bükümü içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddə barədə sual verilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kubinka adlı ərazidə üzdən tanıdığı şəxsdən 15 manata şəxsi tələbatı üçün aldığını bildirmişdir. Daha sonra onların iştirakı ilə həmin şəffaf sellofan büküm zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, ucadan onlara oxunmuş, heç bir əlavə və şikayət daxil olmadığı üçün iştirak edən hər kəs həmin protokola, eləcə də zərfin üzərini imzalamışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid5 şahid Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, hal-hazırda Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə X4 narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə ondan və bölmənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis baş leytenantı Şahid4 və kiçik əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə saat 13 radələrində Hacıbaba Muxtarovun yaşadığı ünvan 4 ünvanın qarşısına gəlmişdilər. Keçirilmiş güdmə nəticəsində ünvan 4 ünvanın qarşısında zahiri əlamətlərindən X7 uyğun gələn bir nəfərin və ondan başqa 3 nəfər şəxsin orada olduğunu görüb saat 13:20 radələrində həmin şəxslərə yaxınlaşaraq saxlamış və xidməti vəsiqələri həmin şəxslərə təqdim etmişdilər. Saxlanılan şəxslər özlərini X8, Təqsirləndirilən şəxs, X14 və X5 təqdim etmişdilər. Daha sonra həmin şəxslərin də Hacıbaba Muxtarovun yanında olmaları və eyni zamanda narkotik vasitələrdən qanunsuz istifadə etmələri onlarda şübhə yaratmışdır. Məhz buna görə həmin şəxslərlə birlikdə Yasamal RPİ-nin inzibati binasına gəlmişdilər. Polis idarəsində xidməti otaqların birində həmin şəxslərin hər birinin üzərlərində şəxsi axtarış aparılaraq sənədləşdirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində qeyri qanuni əşya və ya maddə varsa çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu, onu özü istifadə etmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Yasamal rayonu, Z.Adıgözəlov küçəsində yaşayan “Hacı” ləqəbli şəxsdən yəni, X2 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə onun vəkilinin iştirakı ilə tərəflərindən götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişdilər. Onlar Təqsirləndirilən şəxs saxlayarkən onlara qarşı heç bir müqavimət göstərməmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayarkən heç bir zor tədbiq etməmişdilər. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 144-cü vərəqəsində olan 18 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 206-207-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 20 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 208-ci vərəqəsində olan qətimkan tədbiri seçmək haqqında 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan 25 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 81-82-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Yasamal rayon prokuroru Elman Süleymanovun 27 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmiş, 27 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 10 ünvanın qarşısında saxlanılaraq, Nəsimi RPİ-nin MSY-nə təhvil verilmiş, 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 27 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi aidiyyəti üzrə Yasamal RPİ-nə göndərilmiş, 29 fevral 2024-cü il tarixdə isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatıma qəbul edilməklə, icraatımda olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa 04 aprel 2024-cü il tarixdə əlavə və dəyişikliklər edilmiş lakin, olduğu yer müəyyən olunmadığına görə yenidən ittiham elan etmək mümkün olmamış, ona görə də həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə könüllü olaraq istintaqa gəldiyi üçün həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmiş, 11 may 2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin 47-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2024-cü il tarixli, 6/542 saylı rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №42” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi - 0,533 (qalıq 0,483) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 48-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 175-179-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 6/5633 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi - 0,821 (qalıq 0,771) qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 176-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 261-262-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 29 yanvar 2024-cü il tarixli, 539 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 321-330-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,771 qram və 0,483 qram narkotik vasitə olan heroin və 02 ədəd DVD diski maddi sübut kimi tanınmış, narkotik vasitələr saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş, DVD disklər isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə baxış zamanı Yasamal RPİ-nin TŞnin təhqiqatçısı, Ariz Qədimalıyev, Müdafiəçi1, həmin bölmənin əməliyyat müvəkkili Şahid4, Şahid2, Şahid1 və həmin bölmənin kiçik əməliyyat müvəkkili Şahid3 iştrakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış və götürülmə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əynində sinəsində düymələri olan boz rəngli jaket, qara rəngli papaqlı gödəkçəsi, qara rəngli cins şalvar və ağ rəngli idman ayaqqabısı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və daha sonra barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu həmin narkotik vasitəni 25 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Yasamal rayonu, Z.Adıgözəlov küçəsində yaşayan “Hacı” adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında bir ədəd DVD diskinə baxış zamanı Nəsimi RPİ-nin TŞ-nin 21-ci PB-nə ezam təhqiqatçısı, İlham Məmmədov, Müdafiəçi2, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid5 və Şahid6, mütəxəssislər Fədai Kərimlinin və Elman Əhmədovun iştrakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əynində sinəsində düymələri olan boz rəngli jaketi, qara-boz rəngli gödəkçəsi, qara rəngli üzərində xətləri olan şalvarı və qara rəngli üzərində sarı rəngli aksessuarı olan ayaqqabısı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və daha sonra barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, Kubinka adlanan ərazidən üzdən tanıdığı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manat pul ödəyərək aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə 189 saylı möhürlə möhürlənib qablaşdırılaraq götürülür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan video görüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı 02 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun 18 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün, 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək 02 (iki) gün, 27 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə 06 (altı) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın 29 yanvar 2024-cü il tarixli, 539 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Yasamal rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,771 qram və 0,483 qram qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 130 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X10 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək 02 (iki) gün, 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək 02 (iki) gün, 27 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə 06 (altı) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökmün icrası bu hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna tapşırılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,771 qram və 0,483 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 130 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X10 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar