Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-366/2021 06.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Nadiq qızı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “ Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Ağcabədi rayonu, Boyad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 6 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində ünvan 2 ünvanında yerləşən yaşadıqları mənzildə birgə yaşadığı keçmiş arvadı Zərərçəkmiş şəxs ona “salamat qayıtmayasan” fikrini bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs baş nahiyyəsinə yumruq zərbəsi vurmaqla sonuncuya başın təpə nahiyyəsinin hematoması (yumşaq toxumaların arasına qan yığılması) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə rəsmi qaydada boşansa da, ünvan 3 ünvanında onunla birlikdə yaşayırlar. 05 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında işə gedərkən Zərərçəkmiş şəxs mənzilin qapısını bağlayarkən ona “get salamat, qayıtmayasan” sözlərini demiş, o isə Yeganənin bu sözlərinə məhəl qoymayaraq işə getmişdir. 06 sentyabr 2021-ci il tarixdə, saat 09:10-da işdən evə qayıtmışdır. Həmin gün saat təxminən 15-16 radələrində Zərərçəkmiş şəxs işdən evə gəlmiş və bir müddət sonra Yeganənin onunla kobud danışmasının səbəbini soruşmuş və onun bu sualına cavab olaraq Yeganə onun tərəfindən mütamadi olaraq atasının təhqir olunması ilə bağlı narazılığını bildirmiş və bununla da onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbiləşərək Yeganənin baş nahiyyəsinə yumruq vurmuş və sonuncu hamam otağına keçib qapının kilidini bağlayaraq bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Yekun olaraq zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2009-cu ildə rəsmi qaydada boşansa da, özünə məxsus ünvan 3 ünvanında olan evdə Tofiq ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında işə gedərkən onun illər öncə rəhmətə getmiş atası Nadir Yusifov barəsində nalayiq ifadələr işlətdiyi üçün ona “salamat qayıtmayasan” sözlərini demişdir. Tofiq həmin sözləri eşitməmiş kimi davranaraq işinə getmiş və növbəti gün yəni, 06 sentyabr 2021-ci il tarixdə səhər saatlarında geri qayıtmışdır. Həmin vaxt özünün işə getməsi səbəbindən Tofiqlə qarşılaşmamış və qeyd olunan tarixdə, saat 15 radələrində evə geri qayıtmışdır. Evə gəlməsindən bir neçə saat sonra Tofiq “salamat qayıtmayasan” cümləsini deməsinin səbəbi ondan soruşub nalayiq ifadələrlə onu təhqir etmiş və aralarında yaranmış mübahisə zamanı əli ilə baş nahiyəsinə bir neçə yumruq zərbəsi vurub ona xəsarət yetirmişdir. Bu səbəbdən o evin hamam otağına qaçaraq qapının kilidini bağlayıb bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 1-də, 5 mərtəbəli ictimai yaşayış binasının 5-ci mərtəbəsindəki Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birgə yaşadıqları ünvana baxış keçirilmiş. Mənzilin giriş qapısı bir rəngli dəmir seyf qapıdır və içəri sağa açılır. Mənzilə daxil olduqda müəyyən olunur ki, mənzil iki otaqdan ibarətdir. Zərərçəkmiş şəxs mənzilin qonaq otağında divanın qapısı göstərərkən Təqsirləndirilən şəxs həmin yerdə onu baş nahiyyəsindən yumruqla vuraraq döydüyünü bildirdi.(i.v. 11-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 07 sentyabr 2021-ci il tarixli, 875 nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər – Başın təpə nahiyəsinin hematoması (yumuşaq toxumaların arasında qan yığılması) küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 06.09.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. səh 16- 18) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 01 avqust 2014-cü il tarixli qərarı ilə AR CPM-nin 40.2.2 maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. (i.v. 54) Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 01 avqust 2014-cü il tarixli ********* nömrəli qərardan görünür ki, əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir (i.v. 55- 56) “Sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 60-61) Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs X3 ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun sağlamlığına dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət yoxdur və onlar artıq barışmışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. (9 noyabr 2017-ci il tarixdən yeni məzmunda verilmiş formada) Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin yeddinci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu bəndinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən (2014cü il tarixədək qüvvədə olan) ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və Cinayət Məcəlləsinin tələblərindəndə göründüyü kimi yalnız vətəndaşın vəziyyətini yüngülləşdirən aktların geriyə qüvvəsi vardır. Hazır ki, halda Təqsirləndirilən şəxs tərəfindən 2014-cü ildə eyni əməlin törədilməsinə baxmayaraq cinayət törətmiş şəxsin vəziyyətini ağırlaşdıran aktların geriyə qüvvəsi olmadığından onun barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nadiq qizı ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** olan hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-366/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-366/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver