Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-366/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 15:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Oğuz rayonu, Sincan kəndində qeydiyyatda olmaqla hazırda Abşeron rayonu Altyalı qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 15 aprel 2021-ci il tarixdə saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi “Mitsubishi İO” markalı **-DT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ünvan 1 ünvanda yerləşən "Bakı Optika” adlı eynək satışı mağazasının qarşısına gəldikdən sonra avtomobili düzgün park etmədiyi üçün həmin ərazidə fərdi olaraq avtomobillərin park edilməsinə nəzarət edən Zərərçəkmiş şəxs ona irad bildirməsini cüzi səbəb kimi qəbul edib heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətdikdən sonra aralarında baş vermiş münaqişə zamanı xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs badalaq verməklə yerə yıxıb o, yerdə olan zaman təpiklə iki dəfə onun bel nahiyəsindən vuraraq L5 (bel) fəqərəsinin fasadlaşmamış kompession sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 15 aprel 2021-ci il tarixdə saat təxminən 11:00 radələrində icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Bakı Optika” mağazasın qarşısında etibarnamə ilə idarə etiyi “Mitsubishi Pajero İO” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra bayırda kiminsə nalayiq ifadələrlə söyüş söyüdüyünü eşitmişdir. Buna məhəl qoyamayaraq öz işilə məşğul olmuşdur. Bir neçə dəqiqə sonra mağazanın qapısını həmin ərazidə avtomobillərə nəzarət edən Rövşən adlı şəxs açaraq ona kobud bir şəkildə nəyə görə avtomobili mağazanın qarşısında saxlamağı ilə bağlı irad bildirmişdir. O, Rövşənə avtomobilini işlədiyi mağazanın qarşısında saxladığını, həmin yerdə qadağanedici yol nişanının olmamsını bildirmiş, Rövşən onun bu sözlərindən sonra əsəbi formada ona qarşı nalayiq ifadələr işlədib mağazanın qarşısından çəkilib getmişdir. Təxminən yarım saat sonra o, mağazanın qarşısına çıxıb siqaret çəkən zaman Rövşənin hələ də nalayiq ifadələr işlətdiyini eşitmişdir. O, Rövşənə ətrafda insanların olduğunu nalayiq ifadələr işlətməməsini bildirmişdir. Rövşən onun bu sözlərindən sonra daha da hiddətlənib nalayiq ifadələrlə söyüş söyməyə davam etmişdir. O, Rövşənə yaxınlaşıb bir daha iradını bildirən zaman Rövşəndə əlində olan avtomobillərin yerləşdirilməsində istifadə etdiyi taxta parcası ilə onun üzərinə gəlmişdir. O, zənn etmişdir ki, Rövşən onu vuracaq, onun üçündə Rövşəni sinə nahiyyəsindən əlilə itələmişdir. O, bundan sonra işlədiyi mağazaya daxil olub öz işlərilə məşğul olmağa başlamışdır. Təxminən 15 dəqiqə sonra Rövşən yenidən mağazaya gələrək nalayiq ifadələrlə söyüş söydüyünü eşitmişdir. O, arxa otaqdan Rövşənin səsini eşitmiş, amma onunla dava-dalaş etməmək üçün yanına gəlməmişdir. Həmin zaman mağazada olan Yusif adlı tanışı Rövşənin yanında olan tanımadığı şəxs və həmin vaxt satıcı olan Məsumə onu mağazadan bayıra çıxartmışlar. Mağazadan bayıra çıxaran zaman Rövşən eynək vitrinini bilərək əli ilə dartıb yerə aşırmışdır. Həmin vaxtı təxminən ona 150 manat maddi ziyan dəymişdir. Buna baxamayaraq o, Rövşənin bu hərəkətinə görə polisə məlumat verməmişdir. Hadisəni xuliqanlıq və ya cəmiyyətə hörmətsizlik niyyəti ilə etməmiş, mübahisənin başlanmasına onun səbəb olmamasını istintaq orqanı nəzərə almadan, yaranmış mübahisənin yaranma səbəbini düzgün araşdırmadan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə əsassız ittiham irəli sürmüşdür. Eyni zamanda bildirmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, münasibətləri həmişə normal olmuşdur, ona dəfələrlə maddi yardım göstərməklə bərabər ona gözləri zəif gördüyü üçün işlədiyi mağazadan pulsuz olaraq bir neçə dəfə eynək hədiyyə etmişdir. R.Suleymanov cəzaçəkmə müəssisəndən çıxdıqdan sonra qeyri-rəsmi olaraq həmin ərazidə avtomobillərin parklanması ilə məşğul olmuşdur, narkotik vasitə istifadə etdiyinə və oğurluq cinayətinə görə dəfələrlə məhkum olunmuş şəxsdir və hazırda da cəzaçəkmə müəsisəsindədir. Həmçinin qeyd etmişdir ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək onunla barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, başlanmış cinayət işinə xitam verilməsini xahiş etdiyindən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən onun məhkəmə iclas zalına gətirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini, zəzərəçəkmiş şəxsin ibtidai istintaqda verdiyi barışıq və iş üzrə icraata xitam verilməsini xahiş etməsi barədə ərizəsini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, heç bir yerdə işləmədiyi üçün yaşadığı evin yaxınlığında, yəni ünvan 5 ünvanında avtomobillərin parklanmasında vətəndaşlara köməklik etmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində ünvan 6 ünvanında yerləşən “Bakı Optika” mağazasının müdiri olan Vüsal adlı şəxs idarə etdiyi dövlət qeydiyyat nişanını tam xatırlamadığı «Nissan X-trail» markalı avtomobili müəyyən olunmuş qaydadan fərqli olaraq park etmişdir. O, Vüsaldan avtomobili düzgün saxlamasını tələb etmişdir. Lakin Vüsal ona “get işinlə məşğul ol” demişdir. Bundan sonra Vüsal avtomobildən düşərək ona badalaq vurmuşdur. Nəticədə o, müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Yerə yıxlarkən bel nahiyyəsi səkinin kənarına dəymişdir. Bununla aldığı fiziki ağrılara görə qışqırmağa başlamış, ağrıları Vüsal adlı şəxs səbəb olduğu üçün sonuncunun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Vüsal adlı şəxs onun bel nahiyyəsindən iki dəfə təpiklə vurmuşdur. Bunun nəticəsində o, bel nahiyyəsindən xəsarət almışdır. Bundan sonra Vüsal adlı şəxs «Bakı Optika» mağazasına girdiyindən o, onun arxasınca mağazaya daxil olmuş, orada olan zaman nəyə görə onu döyüdüyünü Vüsaldan soruşduqda sonuncu heç nə demədən onu itələmiş və o, bu zaman müvazinətini yenə saxlaya bilməyib mağazada olan eynək vitrininə dəymişdir. Həmin zaman vitrində olan bir neçə eynək yerə düşüb sınmışdır. Vüsalın onu bir daha vurmasından çəkinib onun işlədiyi Bakı Optika mağazasını tərk edib yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə göstərmişdir ki, 15 aprel 2021-ci il tarixdə Vüsal avtomobilini mağazanın qarşısında saxlayıb mağazaya daxil olmuşdur. Bundan təxminən 5 dəqiqə sonra mağazanın qarşısında avtomobillərin nizamlayıcısı kimi fəaliyyət gösələrən sonradan adını bildiyi Zərərçəkmiş şəxs mağazaya daxil olmuş və Vüsaldan nəyə görə idarə etdiyi avtomobili mağazanın qarşısında saxladığını soruşmuşdur. Vüsal isə idarə etdiyi avtomobilini saxladığı yerin mağazanın qarşısı olduğunu əsas gətirərək orada avtomobilini saxlamağa ixtiyarı olduğunu bildirmişdir. Rövşən Vüsala kobud tərzdə bir daha avtomobilini həmin ərazidə saxlmamasını bildirərək, əks halda onunla mübahisə edəcəyi ilə hədələmişdir. Bununla kifayətlənməyərək Vüsalın ünvanına nalayiq ifadələr söyləmişdir. Bundan sonra Vüsal Rövşəni mağazadan kənara çıxarıb özü isə içəri qayıtmışdır. Təxminən yarımsaat sonra Vüsal mağazanın qarşısına çıxıb siqaret çəkən zaman Rövşənin hələ də nalayiq ifadələr işlətdiyini eşitmişdir. Vüsalın ona ətrafda insanların olduğunu, nalayiq ifadələr işlətməməsini bildirmişdir. Rövşənin onun bu sözlərindən sonra daha da hiddətlənib nalayiq ifadələrlə söyüş söyməyə davam etmişdir. Vüsal ona yaxınlaşıb bir daha iradını bildirən zaman Rövşən əlində olan avtomobillərin yerləşdirilməsində istifadə etdiyi taxta parcası ilə onun üzərinə gəlmişdir. Vüsal Rövşəni sinə nahiyyəsindən əli ilə itələmişdir. Vüsalın Rövşəni itələməyi nəticəsində o, yıxılmışdır. Bundan sonra ətrafda olan şəxslər yaranmış mübahisənin daha da davam etməməsi üçün onları bir-birindən uzaqlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 aprel 2021-ci il tarixdə saat təxminən 11:00 dəqiqədə işdə olan zaman mağazanın müdiri Təqsirləndirilən şəxs mağazaya daxil olmuşdur. Bundan təxminən 10 dəqiqə sonra mağazanın qarşısında avtomobillərin nizamlayıcısı kimi fəaliyyət gösətərən sonradan adını bildiyi Zərərçəkmiş şəxs mağazaya daxil olmuş və Vüsaldan nəyə görə idarə etdiyi avtomobili mağazanın qarşısında saxladığını soruşmuşdur. Vüsal isə idarə etdiyi avtomobilini saxladığı yerin mağazanın qarşısı olduğunu əsas gətirərək orada avtomobilini saxlamağa ixtiyarı olduğunu bildirmişdir. Rövşən Vüsala kobud tərzdə bir daha avtomobilini həmin ərazidə saxlmamasını tələb etmiş və əks halda onunla mübahisə edəcəyi ilə hədələmişdir. Bununla kifayətlənməyərək Vüsalın ünvanına nalayiq ifadələr söyləmişdir. Bundan sonra Vüsal Rövşəni mağazadan kənara çıxarıb özü isə içəri qayıtmışdır.Təxminən yarımsaat sonra Vüsal mağazanın qarşısına çıxıb siqaret çəkən zaman Rövşən hələ də nalayiq ifadələr işlətmişdir. Vüsal ona ətrafda insanların olduğunu nalayiq ifadələr işlətməməsini bildirmişdir. Rövşənin onun bu sözlərindən sonra daha da hiddətlənib nalayiq ifadələrlə söyüş söyməyə davam etmişdir. Vüsalın ona yaxınlaşıb bir daha iradını bildirən zaman Rövşən əlində olan avtomobillərin yerləşdirilməsində istifadə etdiyi taxta parcası ilə onun üzərinə gəlmişdir. Bu zaman Vüsal Rövşəni sinə nahiyəsindən əli ilə itələmişdir. Təxminən 5 dəqiqə sonra Rövşən nalayiq ifadələrlə söyləyərək bel nahiyyəsindən yaranmış ağrılardan şikayətlənərək mağazaya daxil olmuşdur. Rövşən Vüsalın üstünə hücum etmək istədikdə mağazanın keçmiş işçisi Şahid1 və tanımadığı başqa şəxs Rövşəni mağazadan kənarlaşdırmağa çalışmışlar. Həmin zaman Rövşən əl ataraq mağazada olan eynək vitrinlərindən birini yerə aşırmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla birlikdə kirayə tutduqları evdə yaşamışdır və onunla birgə Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsində buna müvafiq icazələri olmasa da, avtomobillərin parklanması ilə məşğul olmuşdurlar. Təqsirləndirilən şəxs Yasamal rayonu, M.Əliyev küçəsində yerləşən eynək satılan mağazada işləyən şəxs kimi tanıyır, həm onun özü ilə, həm də Zərərçəkmiş şəxsla münasibətləri normal olmuş, Zərərçəkmiş şəxs gözlərində zəif görmə halları olduğu üçün Təqsirləndirilən şəxs ona eynək hədiyyə etməsini qeyd edə bilər. 15 aprel 2021-ci il tarixdə saat təxminən 11:00 radələrində Zərərçəkmiş şəxsla birgə yaşadıqları evdən çıxıb işlədikləri ünvan 8 ünvanında gəldikdən sonra Zərərçəkmiş şəxs “Bakı Optika” mağazasın qarşısında Təqsirləndirilən şəxs məxsus “Mitsubishi Pajero İO” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanmasını görüb əsəbləşərək, Təqsirləndirilən şəxs işlədiyi mağazaya tərəf gedərək nalayiq ifadələr işlətməklə Vüsaldan avtomobilini oradan götürməyi tələb etmiş, Vüsal isə ona avtomobilini işlədiyi mağazanın qarşısında saxladığını bildirdikdə Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlədib oradan bir az kənara çəkilmişdir. Sonradan Təqsirləndirilən şəxs mağazanın qarşısında görüb ona yenidən iradını bildirməklə bərabər onun barəsində nalayiq ifadələr işlətmiş (söyüş söymüş, təhqir etmiş) Təqsirləndirilən şəxs isə ona bu hərəkətinə son qoymağı ətrafda insanlar olmasını bildirdikdə Rövşən əlində olan avtomobillərin yerləşdirilməsində istifadə etdiyi taxta parcası ilə onun üzərinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Rövşəni özündən aralamaq və xəsarət almamaq üçün onu sinə nahiyəsindən əli ilə kənara itələmişdir və Rövşən yerə yıxılmışdır. Həmin hadisədən iki ay sonra Rövşən xəsarət alması ilə bağlı polisə müraciət etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və protokol tərtib edilmişdir (səh.36-37). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 12 iyul 2021-ci il tarixli, 110 saylı rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarət - L5 (bel) fəqərəsinin fəsadlaşmamış kompession sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 15 aprel 2022-ci il tarixdə törənməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Qeyd olunan xəsarət şəxsin özü-özünə yetirməsi inkar olunur (səh. 19-21). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs zərəçəkmiş şəxs qismində vermiş olduğu ifadəsində qeyd etdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir (səh.62-63). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir (səh.91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh.87). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİ seriyalı 980152 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİ seriyalı 980203 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs 13 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir mülki iddiası və şikayəti yoxdur, ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Eyni zamanda həmin ərizədə bildirmişdir ki, baş verən hadisədən əvvəl uzun illərdir onurğa yırtığından əziyyət çəkmiş və mütəmadi müalicə almışdır. Cinayət işinə əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs fərdi məlumatlarını özündə əks etdirən sənədlərdən görünür ki, o, əvvəllər bir neçə dəfə (narkotik vasitələrdən qanunsuz istifadə, oğurluq, soyğunçuluq) cinayət məsuliyyətinə cəlb edilmiş şəxsdir və hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(004)- 341/2021saylı hökmü ilə AR CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, barəsində olan cinayət təqibinə xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Məhkəmə istintaqı zamani təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmiş, həmin şəxslər əvvəllər bir-birini tanımışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edərkən maddənin dispozisiyasında olan xuliqanlıq niyyətini göstərməklə kifayətlənmiş, lakin təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq niyyəti ilə törətməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstəməməklə təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə ehtimallar əsasında ittiham elan etmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi şəraitin də əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda, Təqsirləndirilən şəxs əməlini tövsif edərkən zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətməsini və dalaşmaq üçün mağazaya daxil olmasını, mağazada quraşdırılmış rəfləri aşıraraq dağıtmasını, əlində olan taxta parçası ilə təqsirləndirilən şəxsin üzərinə yeriməsini, sakitləşdirmək istəyən kənar şəxslərə məhəl qoymayaraq yenidən öz hərəkətlərini davam etdirməsini, orada mübahisə yaratmasını nəzərə almamışdır. Məhkəmə istintaqı zamanı müəyyənləşdirilmiş işin halı ondan ibarətdir ki, baş vermiş mübahisənin səbəbkarı və təşəbbüskarı zərçəkmiş şəxs məhs Zərərçəkmiş şəxs olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs hadisəsinin baş verdiyi ərazidə heç bir hüquqi əsas olmadan, qanunsuz olaraq avtomobillərin parklanması ilə məşğul olarkən başqa şəxsə (konkret olaraq təqsirləndirilən şəxsə) avtomobilinin düzgün park edilməməsi ilə bağlı irad bildirmiş, avtomobili həmin ərazidən götürülməsini tələb etmiş təqsirləndirilən şəxs ona əhəmiyyət vermədən işlədiyi mağazaya daxil olmasını görüb arxasınca mağazaya daxil olaraq yenidən qanunsuz tələbini davam etdirmiş, mağazada olan şəxslər tərəfindən sakitləşdirilərək çölə çıxarılmasından bir müddət sonra yenidən mağazaya yaxınlaşaraq həmin tələbini nalayiq formada ifadələr işlətməklə (söyüş söyməklə) bildirdiyindən bu hal mübahisəyə çevrilmişdir. Mübahisə zamanı isə Zərərçəkmiş şəxs əlində olan avtomobillərin yerləşdirilməsində istifadə etdiyi taxta parcası ilə onun üzərinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əli ilə onun sinəsindən itələdikdən sonra o, müvazinətini itirərək yerə yıxılmış və nəticədə xəsarət almışdır. Mübahisənin zərçəkmiş şəxsin təşəbbüsü ilə başlanması zərəçəkmiş Zərərçəkmiş şəxs cinayət işi üzrə verdiyi ilkin ərizəsi, sonradan verdiyi izahatı və zərəçəkimiş şəxs kimi verdiyi ifadələri ilə təsdiq edilir. Belə ki, zərəçəkmiş şəxs hadisə baş verdikdən sonra Yasamal Rayon Polis İdarəsinin 26-ci PB-nə verdiyi şikayət ərizəsində bildirmişdir ki, “xx.xx.2021-ci il tarixdə Vüsal adlı şəxs özünə aid avtomobili lazım olmayan şəraitdə saxladığı üçün mən ona irad bildirdim və söylədim ki, avtomobilini düzgün saxlasın”. Həmçinin hadisənin ilkin araşdırılması zamanı verdiyi izahatında və cinayət işi başlandıqdan sonra verdiyi ifadəsində də eyni qaydada ifadə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünə məxsus avtomobilini həmin yerdə saxlamamasını tələb etmiş (halbu ki, onun belə bir səlahiyyətı olamamışdır) Təqsirləndirilən şəxs isə ona əhəmiyyət verməyərək işlədiyi mağazaya daxil olduqdan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs sakitləşməyərək həmin mağazaya daxil olaraq yenidən qanunsuz tələbini davam etdirmiş, Təqsirləndirilən şəxs barəsində nalayiq ifadələr işlətdiyi üçün sonuncu onu sakitləşdirməyə və ətrafda insanların olmasını bildirərək nalayiq ifadələrin işlətməməsini bildirdikdə R.Süleymanaov onun üzərinə gəldiyi üçün onu sinə nahiyyəsindən əli ilə itələdikdə Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Zərərçəkmiş şəxs bir neçə dəqiqə sonra yenidən mağazaya daxil olmuş və mağazada olan rəfləri yerə yıxmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, yaranmış mübahisənin zərəçəkmiş Zərərçəkmiş şəxs təşəbbüsü ilə (yəni hər hansı bir qanuni əsası və səlahiyyəti olmadığı halda başqa şəxdən müəyyən yerdə avtomobilinin saxlamamsını tələb etmişdir, irad bildirmişdir, tələbi yerinə yetirilmədiyi üçün qarşı tərəfə nalayiq ifadələr işlətməsi mübhisəyə səbəb olmuşdur) başlanması məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də öz tədiqin tapmışdır. Bununla da tərəflər arasında yaranmış mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə (təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş qanunsuz tələbin yerinə yetirilməməsi səbəbində onunla mübahisə edilməsi) olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə sonuncunun təhriki ilə onların arasında olan şəxsi münasibətlər zəminində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının hüquqi mövqeyinə görə belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikasının CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını, münaqişənin zərərçəkmiş şəxsin təhriki nəticəsində baş verməsini, onun hərəkətləri sonradan da ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməməsini nəzarə alıb, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının CM-nin 127.2.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 127.1-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli ilə itələməsi həm öz ifadəsi, həm də şahid ifadələri ilə öz təsdiqini tapır. Digər tərəfdən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyində Zərərçəkmiş şəxs xəsarətlərinin şəxsin özüözünə yetirilməsi inkar edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, zərərçəkmiş şəxsin elan edilmiş ifadəsi, ekspert rəyi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş halda- cinayət əməlini törətmiş şəxs zərər çəkmiş şəxslə barışıq əldə etdikdə təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən,məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi 17 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndsirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-366/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi 17 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.8, 43, 305, 321,344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-366/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-366/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver