Məhkəmə qərarları › İş №1(004)-366/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-366/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-366/2023 22.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, işləməyən, subay, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi məhəllə 501, mənzil 3-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkani tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Yasamal rayonu, M.Müşviq küçəsi, ev 8 B ünvanında yerləşən saxlanc yerinin pəncərəsinin şüşəsini çıxartmaqla qanunsuz daxil olaraq oradan Bagırov Rizvana məxsus hər biri 1690 manat dəyərində olan 5 ədəd Tayvan istehsalı, üzərində “Water Grup K02-AC-WG 8 kg/cm2 4lt/mm” yazısı olan su filtirlərini gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 8450 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin yaxlınlığıda su filtirlərinin satışı ilə məşğul olurlar. Onun maddi vəziyyəti pis olduğundan həmin su filtirlərinin satışı ilə məşğul olan ünvana daxil olub oradan bir neçə ədəd su filtiri oğurlarmaq qərarına gəlmişdir. 08 oktyabr 2022-ci il tarixdə saat 01:00 radələrində o, öz yaşadığı həyətdən həmin həyətə keçərək orada olan saxlanc yerinin pəncərsini çıxartmışdır. Həmin saxlanc yerindən gizli şəkildə 5 ədəd su filtiri oğurlayıb öz yaşadığı evə gətirmişdir. 10 oktyabr 2022-ci il tarixdə o, qonşuluqda yaşayan Anarla rastlaşmış və söhbət zamanı əvvəllər Almaniyadan gətirdiyi su filtirlərini ucuz qiymətə satdığını bildirmişdir. Anar ona su fitirinə görə 100 manat pul verə biləcəyini bildirmişdir. O, sonuncu ilə razılaşmış və Anar ondan 2 ədəd su filtiri almışdır. Anardan aldığı 200 manat pulu şəxsi tələbatlarını ödəmək üçün xərcləmişdir. Bundan sonra 12 oktyabr 2022-ci il tarixdə qonşuluqda yaşayan Hilal adlı şəxslə söhbət zamanı sonuncuya Almaniyadan gətirdiyi su filtirlərini pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Həmin zaman onun pula ehtiyacı olduğundan iki ədəd su filtirini Hilala 100 manat pul müqabilində satmışdır. Bir neçə gün sonra isə ona məlum olmuşdur ki, su filtirlərin sahibi baş vermiş oğurluq hadisə ilə əlaqədar olaraq 26-cı PB-nə şikayət etmişdir. Bundan sonra polis əməkdaşları onu dəvət etmişlər və baş vermiş oğurluq hadisəsini törətdiyini könüllü etiraf etmişdir. Sonradan 5 ədəd su filtrləri satdığı adamlardan qeri alaraq sahibi Zərərçəkmiş şəxs qaytarmışdır. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını və uzun müddətdir qara ciyərin cerrozundan əziyyət çəkdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs Fəxrəddin oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, su filtirlərinin satışı ilə məşğul olur. Bununla əlaqədar o, ünvan 2 ünvanında fəaliyyət göstərir. 15 oktyabr 2022-ci il tarixdə satış təmsilçisi Şahid1 onunla telefon vasitəsi ilə əlaqə saxlıyaraq ünvan 2 ünvanında yerləşən saxlanc yerindən 5 ədəd yeni su filtirinin gizli şəkildə oğurlanmasını aşkar etməsi barədə məlumat vermişdir. O, həmin zaman Bakı şəhərində olmadığında Fikrətə baş vermiş hadisə ilə əlaqədar olaraq polis bölməsində ərizə yazmasını bildirmişdir. Bundan sonra Fikrət baş vermiş hadisə barədə Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət etmişdir. Qeyd olunan filtirlərin bir ədədinin qiyməti 1690 manat təşkil etmiş və 5 ədəd su filtirinin oğurlanması nəticəsində 8450 manat maddi ziyan dəymişdir. Daha sonra zərərçəkmiş şəxs R.F.Bağırov məhkəməyə ərizə ünvanlayaraq, halhazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Elmar onunla qonşudur. Elmar əvvəllər Almaniya Respublikasından avtomobil gətirərək satışını təşkil edirmiş. X6 müxtəlif məişət əşyalarıda gətirirmiş və satşını təşkil edirmiş. O, bir neçə dəfə Elmardan müxtəlif suvinerlər və ev əşyaları almışdır. 10 oktyabr 2022-ci il tarixdə Elmarla təsadüfən rastlaşmış və Elmar ona Almaniyaya gedib gələn ərəfədə su filtirləri gətirdiyini, hazırda pula ehtiyacı olduğundan həmin su filirlərini satmaq istədiyini bildirmişdir. O, su filtirinin qiyməti barədə maraqlandıqda Elmar ona qonşu olmalarını nəzərə alaraq su filtirinin birini 100 manat pul müqabilində sata biləcəyini bildirmişdir. O, razılaşmış və Elmardan iki ədəd su filtiri almışdır. Bundan sonra Elmar yaşadığı evə gedərək qutuda yeni 2 ədəd su filtirini gətirib ona təqdim etmişdir. O, həmin su filtirlərini alıb yaşadığı evə aparmışdır. Sonradan polis əməkdaşlarından ona məlum oldu ki, Elmarın satdığı su filtirləri oğurluq olmuşdur. Bu səbəbdən o, həmin filtirləri könüllü olaraq təqdim etmək qərarına gəlmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Elmar onun qonşusudur. Elmar əvvəllər Almaniya Respublikasından avtomobil gətirərək satışını təşkil edirmiş. X6 müxtəlif məişət əşyalarıda gətirməklə satşını təşkil edirmiş. O, bir neçə dəfə Elmardan ucuz qiymətə müxtəlif suvinerlər ev əşyaları almışdır. 12 oktyabr 2022-ci il tarixdə Elmarla təsadüfən rastlaşmış və Elmar ona Almaniyaya gedib gələn ərəfədə su filtirləri gətirdiyini, hazırda pula ehtiyacı olduğundan həmin su filirlərini satmaq istədiyini bildirmişdir. O, su filtirinin qiyməti barədə maraqladıqda Elmar ona qonşu olmalarını nəzərə alaraq su filtirinin birini 50 manat pul müqabilində sata biləcəyini bildirmişdir. O, razılaşmış və Elmardan iki ədəd su filtiri almışdır. Bundan sonra Elmar yaşadığı evə gedərək qutuda yeni 2 ədəd su filtirini gətirib ona təqdim etmişdir. O, həmin su filtirlərini alıb yaşadığı evə aparmışdır. Sonradan polis əməkdaşlarından ona məlum olmuşdur ki, Elmarın ona satdığı su filtirləri oğurluq olmuşdur. Bu səbəbdən həmin filirləri könüllü olaraq təqdim etmək qərarına gəlmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Bagırov Rizvan ünvan 3 ünvanında su filtirlərinin satışını təşkil etmişdir. O, da satış mütəxəssisi kimi orada işləyir. 15 oktyabr 2022-ci il tarixdə o, Yasamal rayonu, M.Müşviq küçəsi, ev 8 B ünvanında yerləşən saxlanc yerindən 5 ədəd su filtirinin naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Bu barədə ilkin olaraq Bagırov Rizvana məlumat vermişdir. X9 Bakı şəhərində olmadığından ona baş vermiş hadisə ilə əlaqədar polisə müraciət etməyimi bildirmişdir. Bundan sonra o, baş vermiş hadisə ilə əlaqədar olaraq Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət etmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan 19 oktyabr 2022-ci il tarixli sübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 74-75-ci vərəqələrində olan 21 oktyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 99-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 mart 2022ci il tarixli 9/1324 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qutuda qablaşdırılmış Tayvan istehsalı, üzərində «Water Grup K02-AC-WG 8 kg/cm2 4lt/mm» yazısı olan su filtirinin istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 1600 manat müəyyən olunur. Cinayət işinin 98-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 120-124-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə 5 ədəd Tayvan istehsalı, üzərində «Water Grup K02-AC-WG 8 kg/cm2 4lt/mm» yazısı olan su filtiri maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiası yoxdur. Cinayət işinin materiallrında olan xx.xx.2023-cü il tarixli Respublika Narkoloji Mərkəzi” tərəfindən verilmiş kartın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs qara ciyərində cerroz xəstəliyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrarən oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını və ağır xəstə olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 5 ədəd Tayvan istehsalı, üzərində «Water Grup K02-AC-WG 8 kg/cm2 4lt/mm» yazısı olan su filtiri zərərçəkmiş şəxs X3 qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri “Mərkəz” və Bakı şəhəri 22 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 5 ədəd Tayvan istehsalı, üzərində «Water Grup K02-AC-WG 8 kg/cm2 4lt/mm» yazısı olan su filtiri zərərçəkmiş şəxs X3 qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri “Mərkəz” və Bakı şəhəri 22 saylı Vəkil Bürolarının hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar