Məhkəmə qərarları › İş №1(004)-368/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-368/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-368/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 məhkəmə iclasının keçirildiyi iclas zalında proses iştirakçılarının yanında nalayiq sözlərlə onu təhqir edərək işgüzar nüfuzuna xələl gətirdiyini, şəxsiyyətinə, şərəf və ləyaqətinə toxunan hərəkətlərə yol verdiyini qeyd edərək X6 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məcburi köçkün olmaqla yuxarıda göstərilən ünvanda yaşadığını və 2021-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla Abşeron rayon Vəkil bürosunda vəkil kimi fəaliyyət göstərmişdir. 1991-ci ildən 2019-cu ilin sentyabr ayına kimi Azərbaycan Raspublikasının Daxili İşlər Orqanlarında müxtəlif regionlarda müxtəlif məsul vəzifələrdə işləmiş və xidməti zamanı həmişə insanların hörmətini qazanmağa çalışmışdır. 1-ci Qarabağ müharibəsi veteranı və istefada olan polis polkovnikidir. Hazırda da tanıyan insanların ona olan münasibətindən elə bilir ki, işlədiyi müddətdə həqiqətən də insanların rəğbətini qazana bilmişdir. Bununla əlaqədardır ki, Respublikamızın müxtəlif regionunda yaşayıb onu tanıyanlar hüquqi yardım üçün ehtiyacları olduqda ona müraciət edir və o, bacardığı köməkliyi müraciət edən şəxslərdən əsirgəmir. Azərbaycan Respublikası Hərbi prokurorluğunun İstintaq idarəsində istintaqı aparılan və hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə baxışında olan cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.3-cü və 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X7 ilə (mobil telefon №-si; ***-***-**-**) xx.xx.2024-cü ildə bağlanmış vəkil müqaviləsi əsasında tərtib edilmiş həmin tarixli, ******* saylı vəkil orderinə əsasən təqsirləndirilən şəxsin hüquqları tərəfindən müdafiə olunduğu üçün xidməti vəzifəsi ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmişdir. xx.xx.2024-cü ildə Bakı Hərbi Məhkəməsində həmin iş üzrə saat 12:00-a təyin edilmiş məhkəmə iclasında iştirak etmişdir. İclas zalında sədrlik edən hakim, iclas katibi, məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror, icra məmuru, zərərçəkmiş şəxs kimi hərbi hissənin nümayəndəsi, digər zərərçəkmiş şəxs-Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 135A, mənzil 38-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (mobil telefon №-si;050 327-48-87) Balayeva Еlnarə Yusif qızı, onun nümayəndəsi Tahir adlı şəxs, təqsirləndirilən şəxs X7, dövlət vəsaiti hesabına təyin edilmiş, onun xanım müdafiəçisi və şahid X4 məhkəmə iclas zalında iştirak edirdilər. Nuridə Mənsimova sərbəst ifadə verərkən eləcə də o Nuridəyə suallar verərkən Elnarə Balayeva icazəsiz olaraq müdaxilə etmiş, o etirazını bildirdikdə isə onun hündürdən danışmağını irad tutaraq ünvanına təhqiramiz ifadələr işlətmişdir. (O özündən asılı olmayaraq bir az ucadan danışır və bunu qəsdən etmir, belə vərdiş etmişdir) Məhkəmə iclasında sədrlik edən ona xəbərdarlıq etsə də o, həmin hərəkətlərini davam etdirmişdir. Nəhayət o iş üzrə tərtib etdiyi vəsatəti məhkəməyə təqdim edərkən Elnarə Balayeva onun ünvanına “ heyvan” və “qanmaz” sözlərini dəfələrlə deməklə təhqir edici ifadələri yüksək səslə qışqırarq təkrarlamışdır. Bu hal X6 tərəfindən ona qarşı edilən ilk hərəkət deyildi. Belə ki, hər dəfə məhkəmə iclası olmazdan əvvəl Elnarə, məhkəmənin inzibati binasının qarşısında onu gördükdə onun eşidəcəyi səslə ünvansız nalayiq ifadələr işlədir, qarğışlar edirdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X9 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Elmir Mənsimovun müdafiəçisi qismində iştirak etmişdir. Hazırda barəsində şikayət verdiyi şəxs X6 orada zərərçəkmiş şəxsin nümayəndəsi kimi iştirak etmişdir. Onun hər yerdə, xüsusilə məhkəmə iclaslarında çıxışları zamanı yuxarı tonla danışmaq vərdişi var və bunu düzəldə bilmir. O, fasilə zamanı telefonla danışan zaman Elnarə Balayeva ona “eşşək kimi anqırma” kimi ifadələr işlətmiş, bu zaman bunu həm hakim heyəti, həm də digər iclas iştirakçıları eşitmişdir. Onun nüfuzuna ağır xələl gəlmişdir. X13 təqsirini qəbul etmir. O, şikayətini geri götürməyə hazırdır. Heç kimin cəza almasını da istəmir. Hazırda Ağır Cinayətlər Məhkəməsində gedən iş yekunlaşıb və həmin heyətin yenidən yığılması imkan xaricindədir. Odur ki, elə burada hər kəsin hüzurunda Elnarə Balayevanın ondan üzr istəməsini tələb edir. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 xüsusi ittihamçının dediklərinin şər-böhtan olduğunu, onun bu hadisələrdən intihar həddinə çatdığını, xüsusi ittihamçının bu dediklərinin heç bir sübutu olmadığını qeyd edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi məhkəməyə müraciət edərək şikayətin CPM-in tələblərinə uyğun hazırlanmadğını, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayət ərizəsinin giriş hissəsində doğulduğu ili, məşğuliyyət növü və vəzifəsini göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bundan başqa, şikayət ərizəsinin giriş hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış adı, soyadı, atasının adı, yaşayış yerini və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmiş və məhkəməyə təqdim edilməmişdir. AR CPM-nin 293.3.3-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Bununla yanaşı, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Həmçinin, xususi ittiham qaydasında şikayət vermiş şəxs X9 şikayət ərizəsində AR cinayət qanunun hansı normasını əsasən təqsirləndirilməsi və hansı maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli olması göstərilməmişdir ki, bu da şəxsə qarşı irəli sürülmüş ittihamın aydın olmamasına dəlalət edir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar