Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-369/2021 05.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx xxxxxx 1972-ci ildə Masallı rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu Qasımlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə saat 23 radələrində spirtli içkinin təsirindən orta dərəcəli sərxoş vəziyyətdə digər qohumları ilə birlikdə, həmin gün bir qədər əvvəl qardaşı Şahid2 ilə qonşuları X5 arasında baş vermiş münaqişə ilə əlaqədar sonuncunun şikayəti əsasında onların gətirildiyi Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmiş, polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində bir qədər gözlədikdən sonra, yəni 11 iyul 2021-ci il tarixdə saat 02 radələrində təbii ehtiyaclarını ödəmək üçün sanitar qovşağa gedib qayıtdıqda dəhlizdə digər qardaşı Şahid1 yerdə, döşəmənin üzərində huşsuz vəziyyətdə uzandığını görüb onun aralarında artıq ədavətləri yaranmış M.Əliyevin orada olan, lakin tanımadığı qohumları tərəfindən döyülərək yıxılmasını zənn etdiyindən ictimai yer hesab olunan polis şöbəsinin inzibati binasında heç bir əsaslı səbəb olmadan ucadan səs-küy salaraq Şahid1 ətrafına toplaşmış tanımadığı şəxslərin ünvanına nalayiq ifadələr işlətməklə şöbənin normal iş fəaliyyətini pozmuş, o cümlədən həmin vaxt mülki geyimdə olmaqla əslində Şahid1 yerdən qaldırmağa cəhd edən Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Zərərçəkmiş şəxs1 qardaşı tərəfindən döyülərək xəsarət almış M.Əliyevin qohumlarından biri olmasını yəqin edərək ona qarşı da nalayiq ifadələri işlətməkdə davam edərək əlləri ilə vurub şəxsə zor tətbiq etməklə ona sol saidin hematoması, döş qəfəsinin sol yarısının qançırı ilə miişayiəl olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətləri etmiş, daha sonra həmin hərəkətlərini davam etdirərək həmin vaxt polis şöbəsinin inzubati binasında olan və onun bu hərəkətlərinin qarşısını almaq məqsədilə ictimai qaydanın pozulmasının qarşısını alan, hakimiyyət nümayəndəsi hesab olunan Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X6 da əli ilə kənara itələyərək yerə yıxmaqla ona qarşı aktiv müqavimət göstərib sonuncuya sağ bazunun hematoması, sol diz oynağının qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək 15-20 dəqiqə ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 10 iyul 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İdeal” adlı şadlıq sarayında baş tutmuş toy məclisində iştirak etdikdən sonra saat təxminən 23 radələrində qardaşı oğlu Ramil ilə məclisi tərk edərək yaşadığı ünvan 2 ünvana getmişdir. Yol üstü qardaşı Dağıstanın yaşadığı binanın qarşısından keçən zaman digər qardaşı Yalçının və qardaşım oğlu İsmayılın binanın giriş hissəsində olduunu görüb onların yanında dayanaraq, toyda baş vermlər barədə deyib gülüb söhbət etməyə başlamışlar. Bir müddət sonra oradan keçən əvvəllər tanımadığı lakin sonradan adının Məmməd olduğunu öyrəndiyi qardaşı Dağıstanın qoşusu yanlarından keçən zaman Dağıstana kobud şəkildə saatın artıq gec olduğunu qonşulara hörmət etməli olduğunu bildirmişdir. Bu zaman Dağıstan həmin şəxsə toydan gəldiklərini bir az sonra çıxıb gedəcəklərini bildirmişdir. Lakin həmin şəxs yenidən kobud şəkildə qardaşı Dağıstana cavab qaytarmışdır. Bu zaman digər qardaşı Yalçın bir dəfə yumruqla onun sifət nahisəsindən vurmuşdur. Həmin şəxs zərbənin təsirindən başı blokun pilləkənində olan dəmir lutacağın tin hissəsinə dəymişdir. O başını tutmuş və yerə yıxılmışdır. Bu zaman o, Dağıstan, Ramil və İsmayıl qardaşı Yalçını ayırıb sakitləşdirmək istəmişdir. Lakin Yalçın, spirtli içkinin təsiri altında olduğuna görə onu sakitləşdirmək çətin olmuşdur. Yalçın bir neçə dəfə Məmməd adlı şəxsi yenidən vurmaq istəmişdir. Lakin həmin yumruqlar Məmmədə yox onlara, yəni ona Ramilə və Dağıstana dəymişdir. Hadisə zamanı yaranmış səs küyə görə ora çoxlu sayda tanımadıları şəxslər yığılmışdır. Aradan 5- 10 dəqiqə keçədikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Yasamal RPİnin 29-cu PŞ-nə gətirdilər. Orada olan zaman spirtli içkinin təsiri altında olduğuna görə polis əməkdaşlarından tualetin yerini soruşaraq ora getmişdir. Təxminən 10 dəqiqə sonra tualetdə olan zaman səs küy eşitmiş və tələsik şəkildə oradan çıxmışdır. PŞ-nin qarşısında olan zaman qardaşı Dağıstanın yerə uzanmış vəziyyətdə olduğunu və qohumlarının və polis əməkdaşlarının onun ətrafında olduğunu görmüşdür. Bu zaman o, spirtli içkinin təsiri altında olduğu üçün hadisələri tam şəkildə dərk edə bilməmiş və qardaşının Məmmədin qohumları və ya polis əməkdaşları tərəfindən döyüldüyünü zənn edərək onların yanına gedərək orada olan şəxslərin ünvanına yüksəs səs ilə nəlayiq küçə söyüşləri söymüşdür. Bu zaman qardaşı Dağıstanın yanında mülki geyimdə olan bir nəfər şəxsin ona köməklik etmək istədiyini görmüş, həmin şəxsin Məmmədin qohumlarından olduğunu zənn edərək onun yanma gəlib onu söyərək onu əli ilə vurmuşdur. Bu zaman orada polis formasında olan sonradan adının Nürəli olduğunu bildiyi şəxs ona sakitləşməsini bildirdikdə, həmin şəxsidə söyərək təhqir etmiş və əli ilə vurub xəsarət yetirmişdir. Sonradan orada olan şəxslər həmçinin qohumları məni sakitləşdirmişlər. O, sonradan başa düşmüşdür ki, onun vuraraq bədən xəsarət yetirdiyi şəxslər Yasamal RPinin 29-cu PŞ-nin əməkdaşları olmuşdur. Hadisənin təsadüfi axarı zəminində, yalnışlıq nəticəsində, arzu etmədiyi halda gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən peşman olduğunu, ağır maddi vəziyyətinin olduğunu, ailəli olduğunu və himayəsində 2 uşağının olmasını, zərərçəkənlərə dəyən zəzəri tam ödədiyini, zərəçəkən şəxslərin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı vəzifəsində polis kapitanı xüsusi rütbəsində xidmət edir. 10.07.2021-ci il tarixdə saat 23:30 radələrində icraatında olan materialların icrası ilə əlaqədar olaraq xidmətdən sonra PŞ-nə öz xidməti otağına gələrək işləməyə başlamışdır. Bir neçə vaxt sonra koridordan səs küy gəldiyinə görə mülki geyimdə koridara çıxmış və 4-5 nəfər şəxsin içkili vəziyyətdə PŞ-nə gətirildikləri görmüş, həmçinin bir nəfər sonradan adının Dağıstan olduğunu öyrəndiyi şəxsin spirlti içkinin təsirindən özündən getdiyini görmüşdür. O və əməliyyat müvəkkili polis leytenantı Zərərçəkmiş şəxs2 Dağıstana ilkin yardım göstərmək istəyərkən PŞ-nin tualetində olan Təqsirləndirilən şəxs onlara tərəf gələrək onun və polis leytenantı Zərərçəkmiş şəxs2 ünvanına nəlayiq ifadələr işlətmiş, ilk olaraq onu sonra isə Zərərçəkmiş şəxs2 vuraraq bədən xəsarəti yetirmişdir. Bundan sonra Rafail qardaşı Dağıstanın yanına gedərək onun ölmədiyini sadəcə halı pisləşdiyinə görə özündən getdiyini başa düşmüşdür. Artıq təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsində xidmət edir. 10.07.2021-ci il tarixdə PŞ-nin əməliyyat qrupuna daxil olmuşdur. Növbədə olan zaman 10.07.2021-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanda dava dalaş olması barədə PŞ-nin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Bundan sonra o, Növbətçi Hissənin avtomobili ilə hadisə yerinə getmişdir. Hadisə yerində olanda təxminən 15-20 nəfər şəxsin orada olduğunu müəyyən etmişlər. Bundan sonra Samir adlı şəxs ona yaxınlaşaraq oğlu Məmmədin döyüldüyünü və xəstəxanaya göndərdiyini bildirmişdir. Bundan sonra onlar Məmməd Əliyevi kimin döydünüyü soruşduqda o, döyən şəxslərin Şərifzadə küçəsi 192 mənzil 1 saylı ünvanda yerləşən mənzildə olduqlarını bildirmişlər. Sonradan şəxsiyyətləri onlara məlum olan Şahid4. Şahid2 Sakit oğlu onların yanına gələrək yüngül dava dalaş olduğunu lakin heç bir problem olmadığını bildirmişlər. Bundan sonra onlar həmin mənzildə olan Şahid1, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişdir. PŞ-də olan zaman aralarında nisbətən yaşlı olan Şahid1 spirtli içkinin təsiri altında olduğuna görə halı pisləşmiş və yerə yıxılaraq özündən getmişdir. Onlar və orada olan qohumları ona ilkin yardım göstərib onu ayıltmaq istəmişlər. Bu zaman PŞ-də öz icraatında olan materialların icrası ilə əlaqədar xidməti otağında olan təhqiqatçı polis kapitanı Zərərçəkmiş şəxs1 mülki geyimdə koridora çıxaraq Dağıstana köməklik göstərmək istəmişdir. Lakin PŞ-nin tualetində olan Təqsirləndirilən şəxs onlara tərəf gələrək onun və polis kapitanı Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar dəfələrlə onu sakitləşdirib qaydalara tabe olmağa dəvət etsədə Rafail sakitləşməmiş və qardaşı Dağıstanı döyüb öldürdüklərini bildirirək ilk olaraq Zərərçəkmiş şəxs1 sonra isə onun üz nahiyəsindən bir dəfə vurmuşdur. Zərbənin təsirindən onlar yerə yıxılaraq xəsarət almışlar. Bundan sonra Rafail qardaşı Dağıstanın yanına gedərək onun ölmədiyini sadəcə halı pisləşdiyinə görə özündən getdiyini başa düşmüşdür. Artıq təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 10.07.2021-ci il tarixdə qohumunun ünvan 4 ünvanda yerləşən “İdeal” şadlıq sarayında toy məclisində iştirak etmişdir. Toy məclisi saat 10 radələrində bitdikdən sonra oğlu İsmayıl Əzimov ilə piyada yaşadığı ünvana getmişdir. Yaşadığı binanın giriş blokunda oğlu ilə dayanıb söhbət etmişdir. Bu zaman ora kiçik qardaşları Yalçın və Rafail həmçinin qardaşı oğlu Ramildə gəlmişdir. Onlar yaşadığı binanın giriş hissəsində dayanıb toyda baş verənlər barədə danışıb və deyib gülmüşlər. Az yaşlı oğlu İsmayıldan başqa hər biri spirtli içkinin təsiri altında olmuşdur. Bu zaman qonşuluqda yaşayan əvvəllər üzdən tanıdığı lakin heç bir münasibətinin olmadığı Məmməd adlı şəxs onların yanından keçən zaman onlara irad bildirərək yüksək səslə danışmamaq barədə bildirmişdir. O isə həmin şəxsə qonşuluqda yaşadığını bildirib keçib getməsini istəmişdir. Məmməd isə mənə kobud şəkildə cavab qaytararaq özü bildiyi zaman gedəcəyini demişdir. Bundan sonra kiçik qardaşı Yalçın, Məmməd adlı şəxsi sakitləşdirmək istədikdə Məmməd ona kobud cavab qaytarmışdır. Bundan sonra kiçik qardaşı Yalçın əsəbiləşmiş həmin şəxsi söyərək bir dəfə yumruqla Məmmədin üz nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən Məmməd bir az kənara çəkilmiş və baş nahiyəsi blokda olan pilləkənin dəmir məhəccərinə dəymişdir. Bundan sonra Məmməd yerə yıxılmış və qardaşı Yalçın bir neçə dəfə onun üzərinə gedərək onu yenidən vurmaq istəmişdir. Həmin zaman Onlar Yalçını aralaşdırmaq istəmişdir. Bu zaman yaranmış səs küyə oraya qonşular, həmçinin Məmmədin ailə üzvləri gəlmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Yasamal RPİnin 29-cu PŞ-nə aparmışlar. Polis bölməsinə aparıldıqdan sonra onun halı pisləşmiş və mən özündən getmişdir. Ayıldıqdan sonra ona məlum olmuşdur ki, polis bölməsində olan zaman qardaşları onun öldüyünü güman etmişlər və bu zaman kiçik qardaşı Rafail əsəbləşərək polis əməkdaşlarını itələyərək onlara xəsarət yetirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10.07.2021-ci il tarixdə qohumunun ünvan 4 ünvanda yerləşən "İdeal" şadlıq sarayında toy məclisində iştirak etmişdir. Toy məclisi saat təxminən 10 radələrində bitdikdən sonra o, toydan çıxıb piyada şəkildə İnşaatçılar metrosu tərəfə getmişdir. Yolda olan zaman qardaşı Dağıstanın 9 yaşlı nəvəsi Rüstəm ona zəng vuraraq babası Dağıstanın həyətdən səsinin gəldiyini bildirmişdir. O, bundan sonra yaxınlıqda yaşayan qardaşıgilə getmişdir. Belə ki orada olan zaman qardaşım Dağıstan, yanında az yaşlı oğlu İsmayıl, digər qardaşı Rəfail və qardaşı oğlu Ramildə gəlmişdir. Onlar öz aralarında deyib gülmüş və toyda baş verən hadisələr barədə söhbət etmişlər. X1 başqa hər biri spirtli içkinin təsiri altında olmuşdur. O, qardaşı Dağıstanın qaldığı binanın giriş hissəsində dayanıb söhbət edən zaman, əvvəllər tanımadığı lakin sonradan adının Məmməd olduğunu bildiyi Dağıstanın qonşusu onların yanından gəlib keçmişdir. Həmin şəxs keçən zaman onlara saatın gec olduğunu yüksək səs ilə deyib gülmələri barədə irad bildirmişdir. Bundan sonra qardaşı Dağıstan qonşusuna narahat olmamasını çıxıb getməsini bildirmişdir. Həmin şəxs isə qardaşı Dağıstana kobud şəkildə cavab vermişdir. Bundan sonra o, həmin şəxsi sakitləşdirmək istədikdə o, yenidən kobud şəkildə cavab verdikdə o, əsəbiləşmiş həmçinin spirtli içkinin təsiri alımda olduğuma görə Məmməd adlı şəxsin ünvanına nalayiq söyüşlər söyərək onun üzündən bir dələ yumruqla vurmuşdur. O, zərbənin təsirindən bir az geri çəkilmiş və başı blokda olan pilləkənlərin dəmir məhəccərinə dəymişdir. Bundan sonra o. həmin şəxsin üzərinə gedərək bir neçə dəfə onu yenidən vurmaq istəmişdir.Lakin orada olan qohumları onları aralamışlar. Bu zaman orada tanımadığım bir neçə şəxslərin olduğunu görmüşdür. Məmməd adlı şəxs onun,həmçinin oda Məmmədin ünvanına nəlayiq ifadələr işlətmişdir. Qohumları onu aralayan zaman üzündən xəsarıt almışdır. Aradan təxminən 5-10 dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. PŞ-də olan zaman qardaşı Dağıstan özünü pis hiss etmiş və onun ürəyi getmişdir. O yerə yıxıldığına görə yaxınlaşıb köməklik göstərmişdir. Bu zaman kiçik qardaşım Rafail spirtli içkinin təsiri altında olduğuna görə hadisələri düzgün dərk edə bilməmiş və qardaşı Dağıstanın polis əməkdaşları tərəfindən döyüldüyünü və Dağıstanın öldüyünü güman etmişdir. Bu zaman o əsəbiləşərək polis əməkdaşlkarımn ünvanına nalayiq ifadə işlədərək onları əli ilə itələmişdir. Həmin zaman polis əməkdaşlarından iki nəfər yerə yıxılmışdır. Bundan sonra onlar qardaşı Rafaili sakitləşdirib Dağıstana heçkimin hcçnə etmədiyini, sadəcə spirtli içkinin təsiri altında olduğunu həmçinin havanın isti olduğuna görə ürəyinin sıxıldığını və bu səbəbdən özündən getdiyini bildirmişlərBundan sonra onlar Dağıstanı havaya çıxartdıq və üzünə su vuraraq onu ayıltmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyul 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İdeal” adlı şadlıq sarayında baş tutmuş qohumlarının toy məclisində iştirak elmişdir. Saat təxminən 23 radələrində əmisi Rafael ilə çıxıb söhbət edə edə yaşadığı ünvan 5 ünvana getmişdir. Yol üstü əmisi Dağıstanın yaşadığı binanın qarşısından keçən zaman Dağıstanın onun oğlu İsmayılın və digər əmis Yalçının blokun giriş hissəsində dayanıb söhbət etdiyini görmüş və onlara yaxınlaşmışlar. O, qohumları ilə toyda baş verənlər barədə söhbət etmiş və deyib gülmüşdür. Bu zaman əvvəllər tanımadığı lakin sonradan adının Məmməd oluğunu bildiyi əmisi Dağıstanın qonşusu yanlarından keçmişdir. Keçən zaman əmisi Dağıstandan kobud formada sakit şəkildə danışmasını tələb etmişdir. Əmisi isə həmin şəxsə söhbət etdiyini çıxıb getməsini məsləhət gördükdə o yenidən əmisinin ünvanına kobud şəkildə cavab qaytarmışdır. Bu zaman kiçik əmisi Yalçın bir dəfə yumruqla Məmmədin sifət nahiyyəsidən vurmuşdur. Əmisi Yalçının zərbəsindən həmin şəxsin başı blokun pilləkənlərində olan dəmir məhəccərin tin hissəsinə dəymiş və başından qan gəlməyə başlamışdır. Bu zaman səs küy yarandığına görə oraya tanımadıqları şəxslər toplanmışdır. O, əmisi Dağıstan, Rəfail və əmisi oğlu İsmayıl əmisi Yalçını sakitləşdirib ayırmaq istəmişlər. Təxminən 5-10 dəqiqə sonra hadisə yerinə polis əəkdaşları gəlmiş və onları Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. PŞ-də olan zaman əmisi Dağıstanın halı pisləşmiş və o yerə yıxılaraq özündən getmişdir. Onlar ilkin olaraq əmisi Dağıstanın öldüyünü zənn elmişlər. Polis əməkdaşları və onlar Dağıstana ilkin müdaxilə etdib ona su vermək istəmilər. Bu zaman PŞ-də ayaqyoluna getmiş kiçik əmisi Rəfail onların yuanına gələrək polis əməkdaşlarının əmisi Dağıstanı döydüyünü və nəticədə onun öldüyünü güman edib, nalayiq söyüşlər söyərək iki polis əməkdaşına zərbə vurmuşdur. Lakin o, əmisi Rafailin oıum hansı polis əməkdaşına zərbə vurduğunu tam xatırlamıram. Belə ki, həmin vaxt o, əmisi Dağıstanın üzünə su vurub onu ayıltmaq istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10.07.2021-ci il tarixdə qohumu X2 ünvan 4 ünvanda yerləşən İdeal şadlıq sarayında toy məclisində iştirak etmişdir. Toy məclisi saat 10-11 radələrində bitdikdən sonra toydan çıxıb yaşadığı ünvana getmişdir. Lakin evə çatdıqdan sonra oğlu Ramilin evdə olmadığını görmüşdür. Onun spirtli içki içməsini gördüyünə görə narahat olmuş və mobil telefonuna zəng vurmuşdur. Lakin həmin zaman onun mobil telefonuna zəng çatmamışdır. Bir qədər sonra qardaşı Dağıstanın kiçik oğlu İsmayıl ona zəng vuraraq yaşadıqları binanın həyətinə gəlməsini xahiş etmişdir. O, təcili yaxınlıqda yaşayan qardaşı Dağıstangilə getmişdir. Onların həyətinə çalan zaman həyətdə çoxlu sayda insanın olduğunu görmüşdür. Qardaşları Yalçın və Dağsıtana yaxınlaşıb nə baxş verdiyini soruşduqda Yalçın ona bir nəfər şəxsi vurduğunu bildirmişdir. O, Yalçından hansı səbəbə dalaşdığını soruşduqda o, boş bir səbəbdən dalaşdığını bildirmişdir. Bu zaman hadisə yerinə polis əməkdaşları gəlmiş və orada olan qardaşları Dağıstanı, Rafaili, Yalçını və oğlu Ramili Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Bundan sonra o, öz növbəsində PŞ-nə getmişdir. Lakin onu içəri buraxmamışlar. Bu səbəbdən o, PŞ-nin qarşısında gözləmişdir. Orada dayanıb siqaret çəkən zaman içəridən səs küy gəldiyini eşidib, yaxınlaşıb nə baş verdiyini soruşmaq istədikdə kiçik qardaşı Rafailin iki nəfər polis əməkdaşını vurduğunu görmüşdür. Kənarda isə qardaşı Dağıstan yerdə uzanmışdır. O, qardaşı Yalçından nə baş verdiyini soruşduqda o, Dağıstanın halının pis olduğunu və özündən getdiyini bildirmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X13 Ekspertinin 625 saylı, 12.07.2021-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs təpə nahiyəsinin, hər iki göz ətrafının və sağ qulaq seyvanının qançırları, üst dodağın içəri səthinin səthi əzilmiş yarası, sağ yanağın, sağ saidin və sağ baldırın sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Qərarı təsviri hissəsində göstərilən müddətdə, yəni 10.07.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Yasamal rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X13 Ekspertinin 630 saylı, 12.07.2021-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs2 sağ bazunun hematoması, sol diz oynağının qançırı küt əşyanın təsirindən törənmişdir. Qərarı təsviri hissəsində göstərilən müddətdə, yəni 11.07.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Yasamal rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X13 Ekspertinin 631 saylı, 12.07.2021-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs1 sol saidin hematoması, döş qəfəsinin sol yarısının qançırı küt əşyanın təsirindən törənmişdir. Qərarı təsviri hissəsində göstərilən müddətdə, yəni 11.07.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.2-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında oaln doğum haqqında şəhadətnaməyə əsasən Təqsirləndirilən şəxs evli olmaqla 11.06.2005-ci il təvəllüdlü X7, 28.01.2007-ci il təvəllüdlü X8 adlı uşağı vardır. Həmçinin iş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrinə, həmçinin məhkəmə iclasındakı ifadələrinə əsasən onlar Təqsirləndirilən şəxsla barışmışlar, onlara dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, evli olmasını, 2 uşağının olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 13.07.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11.07.2021-ci il tarixdən hesablanmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir, hazırkı vaxtadək ev dustaqlığındadır. Bununla da, o, hazırkı vaxtadək 03 ay 25 gün həbsdə və ev dustağlığında olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustağlığında saxlanıldığı 03 ay 25 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 10 ay 10 gün (on ay on gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-369/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-369/2021
05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver