Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-369/2024 18.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Siyəzən rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Bakı Dövlət Universiteti coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, ********* saylı (hazırki) cinayət işi üzrə barəsində barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal RPİ-nin İş-də istintaq olunan ********* saylı cinayət işi üzrə isə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanda X1 üçün təqdim etdiyi qardaşı Zərərçəkmiş şəxs3 məxsus mavi rəngli 128 GB yaddaşlı, **********12044 İmei kodlu 1500 manat dəyərində “İphone 13 Pro Max” markalı mobil telefonu evdə ailə üzvlərinə göstərməklə bəyənəcəkləri təqdirdə alacağını yalandan vəd verərək aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs2 üzərində 5 manat dəyərində ***-***-**-** saylı cin mobil nömrə olan boz rəngli 256 GB yaddaşlı, **********60291 və **********29514 İmei kodlu “İphone 13 Pro” markalı 1500 manat dəyərində mobil telefonunu evdə ailə üzvlərinə göstərməklə bəyənəcəkləri təqdirdə alacağını yalandan vəd verərək aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 1505 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs1 üzərində 6 manat dəyərində ***-***-**-** saylı cin və 6 manat dəyərində ***-***-**-** saylı nar mobil nömrələr olan bənövşəyi rəngli 256 GB yaddaşlı, **********98065 və **********98457 İmei kodlu “İphone 14 Pro” markalı 1800 manat dəyərində mobil telefonunu evdə ailə üzvlərinə göstərməklə bəyənəcəkləri təqdirdə alacağını yalandan vəd verərək aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 1812 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs4 üzərində 5 manat dəyərində ***-***-**-** saylı cin mobil nömrə olan boz rəngli 128 GB yaddaşlı, **********18211 İmei kodlu “İphone 13 Pro” markalı 1200 manat dəyərində mobil telefonunu evdə ailə üzvlərinə göstərməklə bəyənəcəkləri təqdirdə alacağını yalandan vəd verərək aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 1205 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs5 tünd boz rəngli 256 GB yaddaşlı, **********45900 və **********18358 İmei kodlu “İphone 14 Pro” markalı 1600 manat dəyərində mobil telefonunu evdə ailə üzvlərinə göstərməklə bəyənəcəkləri təqdirdə alacağını yalandan vəd verərək aldadıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tək kirayə yaşayır. Valideynləri isə Siyəzən rayonunda yaşayır. O, hazırda Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinin üçüncü kurs tələbəsidir. Təhsil aldığı üçün Bakı şəhərində yaşayır. Əvvəllər “Hyatt Recidance” otel şəbəkəsində idman zalında təmizləyici işləyirmiş. Son zamanlar işdən çıxdığı üçün maddi sıxıntıları yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində “tap.az” internet saytında “İphone 13 Pro Max” markalı xatırlamadığı qiymətə satışa qoyulmuş telefon elanı diqqətini çəkmişdir. O, həmin elanın altında qeyd olunmuş xatırlamadığı mobil nömrə ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb sonradan adını bildiyi X2 qoyduğu həmin telefonu yalandan almaq və bunun üçün görüşmək istədiyini bildirmişdir. Hikmət də onunla razılaşmışdır. Həmin gün saat 14 radələrində Hikmətlə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Günəş petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüşlər. Bir qədər hərəkət edib yaxınlıqda General Həmidov küçəsinə gəlmişlər. Həmin küçədə əvvəllər kirayə yaşadığı üçün həmin ərazini yaxşı tanıyır. Kirayə qaldığı evin həyətində bir neçə fərdi yaşayış evi olduğu üçün həyətdən küçəyə başqa çıxış yolu da olduğunu bilirmiş. Bu səbəbdən də Hikməti həmin yerə dəvət etmişdir. Hikmətin təqdim etdiyi “İphone 13 Pro Max” markalı mobil telefonu ondan baxmaq üçün almışdır. Hikmət telefonun giriş kodunu da ona demişdir. Telefona baxış keçirdikdən sonra Hikmətə həmin telefonu ailə üzvlərinə göstərəcəyini deyərək aldadıb əvvəllər kirayə yaşadığı General Həmidov küçəsi 4 ünvanda yerləşən evin həyətinə daxil olaraq həmin yerdə onu gözləməsini bildirmişdir. Hikmət də ona inanıb razılaşmışdır. O, Hikmətdən telefonu aldıqdan sonra həyətə daxil olub orada olan fərdi yaşayış evlərinin arasına girib digər yol ilə oradan uzaqlaşmışdır. Həmin yerdən bir qədər aralandıqdan sonra telefonun giriş kodunu açıb uçuş moduna gətirmişdir. Telefonun içərisində olan mobil nömrəni çıxarıb xatırlamadığı yerdə tullamışdır. Aradan bir qədər keçdikdən sonra həmin telefonu Bakı şəhəri “28 May” metro stansiyasının yaxınlığında yerləşən mobil telefon satışı dükanında 1200 manata satmışdır. Həmin telefonu öz şəxsiyyət vəsiqəsini təqdim edərək satmışdır. Telefonu alan şəxs ondan telefonun oğurluq olub-olmamasını soruşduqda, o, həmin telefonun özünə məxsus olduğunu, maddi sıxıntıları olduğu üçün satdığını bildirmişdir. Telefonu satdıqdan sonra əldə etdiyi 1200 manat pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləmiş və bir hissəsini isə mobil telefonda olan kazino qumar oyunlarına yatırmışdır. Aradan iki gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində “tap.az” internet saytında “İphone 13 Pro” markalı xatırlamadığı qiymətə satışa qoyulmuş telefon elanı diqqətini çəkmişdir. O, həmin elanın altında qeyd olunmuş xatırlamadığı mobil nömrə ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 satışa qoyduğu həmin telefonu yalandan almaq və bunun üçün görüşmək istədiyini bildirmişdir. Sənan da onunla razılaşmışdır. Həmin gün saat 14 radələrində Sənanla Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsində yerləşən 286 nömrəli tam orta məktəbin yaxınlığında görüşmüşlər. Bir qədər hərəkət edib yaxınlıqda olan General Həmidov küçəsinə gəlmişlər. Sənanın təqdim etdiyi “İphone 13 Pro” markalı mobil telefonu ondan baxmaq üçün almışdır. Sənan telefonun giriş kodunu da ona demişdir. Telefona baxış keçirdikdən sonra Sənana həmin telefonu ailə üzvlərinə göstərəcəyini deyərək onu aldadıb əvvəllər kirayə yaşadığı General Həmidov küçəsi 4 ünvanda yerləşən evin həyətinə daxil olaraq həmin yerdə onu gözləməsini bildirmişdir. Sənan da ona inanıb razılaşmışdır. O, Sənandan telefonu aldıqdan sonra həyətdə olan fərdi yaşayış evlərinin arasına girib digər yol ilə oradan uzaqlaşmışdır. Həmin yerdən bir qədər aralandıqdan sonra telefonun giriş kodunu açıb uçuş moduna gətirmişdir. Telefonun içərisində olan mobil nömrəni çıxarıb xatırlamadığı yerdə tullamışdır. Aradan bir qədər keçdikdən sonra həmin telefonu Bakı şəhəri “28 May” metro stansiyasının yaxınlığında yerləşən mobil telefon satışı dükanında 1250 manata satmışdır. Həmin telefonu öz şəxsiyyət vəsiqəsini təqdim edərək satmışdır. Telefonu alan şəxs ondan telefonun oğurluq olub-olmamasını soruşduqda, o, həmin telefonun özünə məxsus olduğunu, maddi sıxıntıları olduğu üçün satdığını bildirmişdir. Telefonu satdıqdan sonra əldə etdiyi 1250 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan bir neçə gün keçdikdən sonra eyni qaydada telefon ələ keçirmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində “tap.az” internet saytında “İphone 14 Pro” markalı xatırlamadığı qiymətə satışa qoyulmuş telefon elanı diqqətini çəkmişdir. O, həmin elanın altında qeyd olunmuş xatırlamadığı mobil nömrə ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 satışa qoyduğu həmin telefonu yalandan almaq və bunun üçün görüşmək istədiyini bildirmişdir. Təbriz də onunla razılaşmışdır. O, Təbrizi Yasamal rayonu, General Həmidov küçəsinə dəvət etmişdir. Həmin gün saat 21:30 radələrində Təbrizlə ünvan 3 ünvanda fərdi yaşayış evlərinin yanında görüşmüşlər. Təbrizin təqdim etdiyi “İphone 14 Pro” markalı mobil telefonu ondan baxmaq üçün almışdır. Telefonun giriş kodunu da öyrənmişdir. Telefona baxış keçirdikdən sonra Təbrizə həmin telefonu ailə üzvlərinə göstərəcəyini deyərək onu aldadıb əvvəllər kirayə yaşadığı General Həmidov küçəsi 4 ünvanda yerləşən evin həyətinə daxil olaraq həmin yerdə onu gözləməsini bildirmişdir. Təbriz də heç bir söz deməyib onunla razılaşmışdır. O, Təbrizdən telefonu aldıqdan sonra həyətdə olan fərdi yaşayış evlərinin arasına girib digər yol ilə oradan uzaqlaşmışdır. Həmin yerdən bir qədər aralandıqdan sonra telefonun giriş kodunu açıb uçuş moduna gətirmişdir. Telefonun içərisində olan mobil nömrəni çıxarıb xatırlamadığı yerdə tullamışdır. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində həmin telefonu Bakı şəhəri “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən mobil telefon satışı dükanında 1600 manata satmışdır. Həmin telefonu öz şəxsiyyət vəsiqəsini təqdim edərək satmışdır. Telefonu alan şəxs ondan telefonun oğurluq olub-olmamasını soruşduqda, o, həmin telefonun özünə məxsus olduğunu, maddi sıxıntıları olduğu üçün satdığını bildirmişdir. Telefonu satdıqdan sonra əldə etdiyi 1600 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan bir müddət keçdikdən sonra eyni qaydada telefon ələ keçirmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında “tap.az” internet saytında “İphone 13 Pro” markalı 1300 manat qiymətə satışa qoyulmuş telefon elanı diqqətini çəkmişdir. O, həmin elanın altında qeyd olunmuş xatırlamadığı mobil nömrə ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 satışa qoyduğu həmin telefonu yalandan almaq və bunun üçün görüşmək istədiyini bildirmişdir. Orxan da onunla razılaşmışdır. O, Orxanı Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasına dəvət etmişdir. Həmin gün saat 18:30 radələrində Orxanla Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasının yaxınlığında görüşmüşlər. Orxanın təqdim etdiyi “İphone 13 Pro” markalı mobil telefonu ondan baxmaq üçün almışdır. Telefonun giriş kodunu da öyrənmişdir. Telefona baxış keçirdikdən sonra Orxana həmin telefonu ailə üzvlərinə göstərəcəyini deyərək onunla birlikdə əvvəllər kirayə yaşadığı General Həmidov küçəsi 4 ünvanda yerləşən evin həyətinə gəlmişdir. O, Orxana onu həyətdə gözləməsini, telefonu ailə üzvlərinə göstərəcəyini deyərək ondan aralanmışdır. Orxan da heç bir söz deməyib onunla razılaşmışdır. Bundan sonra həyətdə olan evlərin arasına girib digər yol ilə oradan uzaqlaşmışdır. Həmin yerdən bir qədər aralandıqdan sonra telefonun giriş kodunu açıb uçuş moduna gətirmişdir. Telefonun içərisində olan mobil nömrəni çıxarıb xatırlamadığı yerdə tullamışdır. Həmin gün saat 20 radələrində həmin telefonu Bakı şəhəri “20 Yanvar” metro stansiyasının yaxınlığında xatırlamadığı mobil telefon satışı dükanında 770 manata satmışdır. Həmin telefonu öz şəxsiyyət vəsiqəsini təqdim edərək satmışdır. Telefonu alan şəxs ondan telefonun oğurluq olub-olmamasını soruşduqda, o, həmin telefonun özünə məxsus olduğunu, maddi sıxıntıları olduğu üçün satdığını bildirmişdir. Telefonu satdıqdan sonra əldə etdiyi 770 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan bir müddət keçdikdən sonra yenə eyni qaydada telefon ələ keçirmək qərarına gəlmişdir. xx.xx.2024cü il tarixdə günorta saatlarında “tap.az” internet saytında “İphone 14 Pro” markalı 1680 manat qiymətə satışa qoyulmuş telefon elanı diqqətini çəkmişdir. O, həmin elanın altında qeyd olunmuş xatırlamadığı mobil nömrə ilə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 satışa qoyduğu həmin telefonu yalandan almaq və bunun üçün görüşmək istədiyini bildirmişdir. Elvin də onunla razılaşmışdır. Bundan sonra o, Elvinə vatsap proqramında olduğu yerin məkanını, yəni ünvan 4 ünvana dəvət etmişdir. Həmin gün saat 21:30 radələrində Elvinlə Yasamal rayonu, General Həmidov küçəsində görüşmüşlər. Elvinin təqdim etdiyi “İphone 14 Pro” markalı mobil telefonu ondan baxmaq üçün almışdır. Telefonun giriş kodunu da öyrənmişdir. Telefona baxış keçirdikdən sonra Elvinə həmin telefonu ailə üzvlərinə göstərəcəyini deyərək aldadıb onu gözləməsini deyib əvvəllər kirayə yaşadığı General Həmidov küçəsi 4 ünvanda yerləşən evin həyətinə daxil olmuşdur. Elvin də heç bir söz deməyib onunla razılaşmışdır. O, Elvindən telefonu aldıqdan sonra həyətdə olan fərdi yaşayış evlərinin arasına girib digər yol ilə oradan uzaqlaşmışdır. Həmin yerdən bir qədər aralandıqdan sonra telefonun giriş kodunu açıb uçuş moduna gətirmişdir. Aradan bir qədər keçdikdən sonra saat 22 radələrində həmin telefonu Bakı şəhəri “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən mobil telefon satışı dükanında 850 manata satmışdır. Həmin telefonu öz şəxsiyyət vəsiqəsini təqdim edərək satmışdır. Telefonu alan şəxs ondan telefonun oğurluq olub-olmamasını soruşduqda, o, həmin telefonun özünə məxsus olduğunu, maddi sıxıntıları olduğu üçün satdığını bildirmişdir. Telefonu satdıqdan sonra əldə etdiyi 850 manat puldan 350 manata həmin telefon dükanından öz istifadəsi üçün bir ədəd “İphone X” markalı mobil telefon almışdır. Qalan 500 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi cinayət əməllərindən çox peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onun X8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə arasında hər hansı tanışlıq münasibəti olmamışdır. Həmin şəxsləri “tap.az” internet saytında telefonlarını satışa qoyduğu elan vasitəsi ilə tanımışdır. X8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məxsus mobil telefonları ələ keçirməkdə məqsədi həmin şəxsləri aldadaraq telefonlarını ələ keçirib satmaqla şəxsi ehtiyaclarını ödəmək olmuşdur. Qeyd etdiyi cinayətlərdən başqa heç bir cinayət törətməmişdir. Sözügedən cinayətləri törədərkən heç kimlə əlbir olmamışdır. O, sözügedən cinayətləri törədərkən əvvəlcədən və ya sonradan heç kimə heç bir məlumat verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslərdən bir qisminin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2017-ci ildən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Səbail rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində polis serjantı rütbəsi ilə xidmət edir. Bir azyaşlı oğlan övladı vardır. Övladı xəstə olduğu üçün özünə məxsus bənövşəyi rəngli 256 GB yaddaşlı, İmei kodu **********98065 və **********98457 olan, iki nömrəli “İphone 14 Pro” markalı mobil telefonunu satmaq qərarına gəlmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmin telefonu “tap.az” internet saytında 1850 manata satışa qoymağı ilə bağlı elan yerləşdirmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmişdir. Telefonda bir nəfər şəxs, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona “tap.az” internet saytında satışa qoyduğu mobil telefonu anası üçün almaq və bunun üçün görüşmək istədiyini bildirmişdir. İlkin ona vatsap proqramında göndərdiyi məkana axşam saatlarında gəlməyini xahiş etmişdir. O, da razılaşmışdır. Həmin gün saat 21:30 radələrində İlkinlə ünvan 3 ünvanda küçədə görüşmüşlər. O, satışa qoyduğu mobil telefonu İlkinə təqdim etmişdir. Telefonu İlkinə verən zaman giriş kodunu da inandığı üçün ona bildirmişdir. İlkin mobil telefona bir qədər baxıb yoxladıqdan sonra həmin telefonu 1800 manata almağa razılaşmışdır. Bundan sonra İlkin ona həmin telefonu anasına göstərəcəyini deyərək telefonu özü ilə aparmağını bildirdikdə, o, etiraz etməmişdir. Bundan sonra həmin küçədə onlar birlikdə fərdi yaşayış evlərinin arasına girmişlər. Bundan sonra İlkin telefonu götürüb ondan aralanmışdır. O, bir qədər gözlədikdən sonra İlkinin gəlmədiyini görüb onu aldadaraq mobil telefonunu ələ keçirdiyini başa düşmüşdür. O, həmin evlərin arasını gəzərkən orada ona məlum olmuş ki, İlkin telefonunu ələ keçirərək digər yol ilə oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin küçədə olan tanımadığı bir nəfər şəxsdən telefonunu alaraq saat 22 radələrində DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Yasamal rayonu General Həmidov küçəsi 4 ünvanda yerləşən fərdi yaşayış evlərinin arasında özünə məxsus bənövşəyi rəngli 256 GB yaddaşlı, İmei kodu **********98065 və **********98457 olan, iki nömrəli “İphone 14 Pro” markalı mobil telefonunu satmaq üçün vermiş, həmin vaxt yanında heç kim olmamışdır. Telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus qeyd etdiyi 1800 manat dəyərində mobil telefonu və telefonunun üzərində olan 6 manat dəyərində ***-***-**-** və 6 manat dəyərində ***-***-**-** saylı mobil nömrələrini ələ keçirməsi nəticəsində ona ümumilikdə 1812 manat maddi ziyan dəydiyini bildirmişdir. Dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. 2018-ci ildən Fövqəladə Hallar Nazirliyinin Xızı rayon X9 Hissəsində yanğınsöndürən vəzifəsində işləyir. Özünə məxsus boz rəngli 256 GB yaddaşlı, İmei kodu **********60291 və **********29514 olan, bir nömrəli “İphone 13 Pro” markalı mobil telefonunu satmaq qərarına gəlmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə günorta saatlarında həmin telefonu “instaqram” sosial şəbəkəsində 1500 manata satışa qoymağı ilə bağlı elan yerləşdirmişdir. Aradan bir gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmişdir. Telefonda bir nəfər şəxs, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona “instaqram” sosial şəbəkəsində satışa qoyduğu mobil telefonu ev üçün almaq və bunun üçün görüşmək istədiyini bildirmişdir. İlkin ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən 286 nömrəli tam orta məktəbin yanına gəlməyini xahiş etmişdir. O, da razılaşmışdır. Həmin gün saat 14 radələrində İlkinlə Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsində yerləşən 286 nömrəli tam orta məktəbin yaxınlığında görüşmüşlər. O, satışa qoyduğu mobil telefonu İlkinə təqdim etmişdir. Telefonu İlkinə verən zaman giriş kodunu da telefona baxması üçün ona bildirmişdir. İlkin mobil telefona bir qədər baxıb yoxladıqdan sonra həmin telefonu 1500 manata almağa razılaşmışdır. Bundan sonra İlkin ona həmin telefonu evdə ailə üzvlərinə göstərəcəyini deyərək telefonu özü ilə aparmağını bildirdikdə, o, etiraz etməmişdir. Bundan sonra İlkin telefonu götürüb ondan aralanmışdır. O, bir qədər gözlədikdən sonra İlkinin gəlmədiyini görüb onu aldadaraq mobil telefonunu ələ keçirdiyini başa düşmüşdür. O, həmin evlərin arasını gəzərkən orada ona məlum olmuş ki, İlkin telefonunu ələ keçirərək digər yol ilə oradan uzaqlaşmışdır. Bundan sonra digər telefonu ilə həmin İlkinin götürdüyü telefonda olan nömrəsinə zəng etdikdə İlkin zənginə cavab verməmişdir. Bundan sonra o, yaxınlıqda olan Yasamal rayon polis idarəsinin 29-cu Polis şöbəsinə gedərək bu barədə ərizə yazaraq məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Yasamal rayonu V.Əliyev küçəsində yerləşən 286 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin arasında özünə məxsus boz rəngli 256 GB yaddaşlı, İmei kodu **********60291 və **********29514 olan, bir nömrəli “İphone 13 Pro” markalı mobil telefonunu satmaq üçün vermiş, həmin vaxt yanında heç kim olmamışdır. Telefonunun üzərində özünə məxsus ***- ***-**-** saylı mobil nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus qeyd etdiyi 1500 manat dəyərində mobil telefonu və telefonunun üzərində olan 5 manat dəyərində ***-***-**- ** saylı mobil nömrəsini ələ keçirməsi nəticəsində ona ümumilikdə 1505 manat maddi ziyan dəymişdir. İlkin araşdırma zamanı rayonda yaşadığı üçün Bakı şəhərinə mütəmadi olaraq gedib-gələ bilmədiyindən baş vermiş hadisənin sadəcə qeydiyyata alınmasını, teztez çağırılmamağı üçün ərizəsində və izahatında özünə məxsus satmaq istədiyi həmin “İphone 13 Pro” markalı mobil telefonunun qiymətinin 450 manat və yarı işlək vəziyyətdə olduğunu bildirmiş, lakin sonradan isə izahatında həmin telefonunun 1500 manat olduğunu bildirmişdir. Bir daha bildirmişdir ki, telefonunun dəyəri 1500 manat olmuşdur, həmin telefon tam işlək vəziyyətdə olmuşdur. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada sahibkarlıqla məşğul olur. Özünə məxsus mavi rəngli 128 GB yaddaşlı, İmei kodu **********12044 olan, bir nömrəli “İphone 13 Pro Max” markalı mobil telefonunu satmaq qərarına gəlmişdir. İşləri çox olduğuna görə qardaşı X5 mobil telefonunu satmağı ilə bağlı “tap.az” internet saytında elan yerləşdirməsini xahiş etmişdir. Hikmət də ona məxsus sözügedən mobil telefonunun 1500 manat qiymətə satılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə “tap.az” internet saytında elan yerləşdirmişdir. Aradan bir gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Hikmət ona mobil telefonuna müştəri tapıldığını, telefonu ona verməyini bildirmişdir. O, da telefonda olan mobil nömrəsini çıxararaq “İphone 13 Pro Max” markalı telefonunu satması üçün qardaşı Hikmətə vermişdir. Həmin gün saat təxminən 16 radələrində qardaşı Hikmət yanına gələrək satmaq üçün ona verdiyi özünə məxsus “İphone 13 Pro Max” markalı mobil telefonunu almaq istəyən müştəri qismində yaxınlaşmış sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə həmin gün saat 14 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Günəş petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşdüyünü, sonradan İlkinlə birlikdə ara küçələrə girdiklərini, Təqsirləndirilən şəxs ona məxsus satmaq istədiyi “İphone 13 Pro Max” markalı mobil telefonu ailə üzvlərinə göstərəcəyini deyərək telefonu özü ilə aparmağını və aldadaraq uzaqlaşdığını bildirmişdir. Qardaşı Hikmət ona bu barədə DİN-in 102 xidmətinə də zəng etdiyini bildirmişdir. Sonradan qardaşı Hikmət onun əvəzindən şikayət ərizəsi də yazmışdır. Əlavə olaraq bildirmişdir ki, işləri çox olduğu üçün özünə məxsus “İphone 13 Pro Max” markalı **********12044 imei kodlu mobil telefonunu satmaq üçün qardaşı Hikmətə vermiş, sonradan adını bildiyi Təqsirləndirilən şəxs qardaşı Hikməti aldatsa da, ələ keçirdiyi “İphone 13 Pro Max” markalı mobil telefon ona məxsusdur. Onun işləri çox olduğu üçün həmin işlə bağlı Hikmət ərizə ilə müraciət edərək məlumat bildirmişdir. Lakin bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Hikməti aldadaraq ələ keçirdiyi “İphone 13 Pro Max” markalı mobil telefon ona məxsusdur və ona bununla əlaqədar 1500 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Qərbi Kaspi Universitetinin dizayn fakültəsinin 3-cü kurs tələbəsidir. Heç bir yerdə işləmir. Özünə məxsus mavi rəngli 128 GB yaddaşlı, İmei kodu **********18211 olan, bir nömrəli “İphone 13 Pro” markalı mobil telefonunu satmaq qərarına gəlmişdir. Təxminən 2024-cü ilin mart ayının ilk günlərində həmin telefonunu “tap.az” internet saytında 1300 manata satışa qoymağı ilə bağlı elan yerləşdirmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmişdir. Telefonda bir nəfər şəxs, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona “tap.az” internet saytında satışa qoyduğu mobil telefonu ev üçün almaq və bunun üçün görüşmək istədiyini bildirmişdir. İlkin ona Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasının yaxınlığına gəlməyini xahiş etmişdir. O, da razılaşmışdır. Həmin gün saat 18:30 radələrində İlkinlə Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metro stansiyasında görüşmüşlər. O, satışa qoyduğu mobil telefonu İlkinə təqdim etmişdir. Telefonu İlkinə verən zaman giriş kodunu da ona bildirmişdir. Telefonun üzərində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi də olmuşdur. İlkin mobil telefona bir qədər baxıb yoxladıqdan sonra həmin telefonu 1200 manata almağa razılaşmışdır. Bundan sonra İlkin ona həmin telefonu ailə üzvlərinə göstərəcəyini deyərək yaşadığı evə gedib telefonu ailə üzvlərinə göstərəcəyini demişdir. O, da etiraz etməmişdir. Bundan sonra onlar birlikdə Yasamal rayonu, General Həmidov küçəsinə gəlmişlər. Həmin küçədə fərdi yaşayış evlərinin birinin həyətinə girmişlər. Həyətdə çoxlu fərdi yaşayış evləri olmuşdur. Bundan sonra İlkin telefonu götürüb ondan aralanmışdır. O, bir qədər gözlədikdən sonra İlkinin gəlmədiyini görüb onu aldadaraq mobil telefonunu ələ keçirdiyini başa düşmüşdür. O, həmin evlərin arasını gəzərkən orada ona məlum olmuş ki, İlkin telefonunu ələ keçirərək digər yol ilə oradan uzaqlaşmışdır. Bundan sonra Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Yasamal rayonu, General Həmidov küçəsində bir neçə fərdi yaşayış evlərinin yerləşdiyi həyətdə özünə məxsus mavi rəngli 128 GB yaddaşlı, İmei kodu **********18211 olan, üzərində ***-***-**-** saylı mobil nömrəsi olan “İphone 13 Pro” markalı mobil telefonunu satmaq üçün vermiş, həmin vaxt yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona məxsus qeyd etdiyi 1200 manat dəyərində mobil telefon və üzərində olan 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsini ələ keçirməsi nəticəsində ona ümumilikdə 1205 manat maddi ziyan dəydiyini bildirmişdir. Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, anadangəlmə əlində qüsur olduğu üçün İİİ qrup əlildir, təqaüd alır. Özünə məxsus tünd boz rəngli 256 GB yaddaşlı, İmei kodu **********45900 və **********18358 olan bir nömrəli “İphone 14 Pro” markalı mobil telefonunu satmaq qərarına gəlmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə həmin telefonu “tap.az” internet saytında 1680 manata satışa qoymağı ilə bağlı elan yerləşdirmişdir. Aradan bir-iki gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə vatsapda mesaj gəlmişdir. Həmin mesajda sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona “tap.az” internet saytında satışa qoyduğu mobil telefonu ev üçün almaq və bunun üçün görüşmək istədiyini bildirmişdir. İlkin ona Yasamal rayonu ərazisində “Günəş Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yaşadığını, həmin yerə telefonu aparmağını xahiş etmişdir. O, da razılaşmışdır. Həmin gün saat 20 radələrində İlkin ona vatsap proqramında olduğu yerin məkanını göndərmişdir. O, da saat 21:30 radələrində İlkinin ona göndərdiyi məkanda, yəni Yasamal rayonu, General Həmidov küçəsində İlkinlə görüşmüşdür. O, satışa qoyduğu mobil telefonu İlkinə təqdim etmişdir. Telefonu satmaq üçün format etdiyindən giriş kodu olmamışdır. Telefonun üzərində olan mobil nömrəni də çıxarmışdır. İlkin mobil telefona bir qədər baxıb yoxladıqdan sonra həmin telefonu 1600 manata almağa razılaşmışdır. Bundan sonra İlkin ona həmin telefonu ailə üzvlərinə göstərəcəyini deyərək yaşadığı evə gedib telefonu ailə üzvlərinə göstərəcəyini demişdir. O, da etiraz etməmişdir. Bundan sonra həmin küçədə İlkin fərdi yaşayış evlərinin birinin həyətinə girmişdir. O, isə küçədə qalmışdır. İlkin telefonu götürüb ondan aralanmışdır. O, bir qədər gözlədikdən sonra İlkinin gəlmədiyini görüb onu aldadaraq mobil telefonunu ələ keçirdiyini başa düşmüşdür. O, həmin evlərin arasını gəzərkən orada ona məlum olmuş ki, İlkin telefonunu ələ keçirərək digər yol ilə oradan uzaqlaşmışdır. Bundan sonra o, üzərində olan digər telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Yasamal rayonu, General Həmidov küçəsində bir neçə fərdi yaşayış evlərinin yerləşdiyi həyətdə özünə məxsus tünd boz rəngli 256 GB yaddaşlı, imei kodu **********45900 və **********18358 olan bir nömrəli “İphone 14 Pro” markalı mobil telefonunu satmaq üçün vermiş, həmin vaxt yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona məxsus qeyd etdiyi 1600 manat dəyərində mobil telefonunu ələ keçirməsi nəticəsində ona ümumilikdə 1600 manat maddi ziyan dəydiyini bildirmişdir. Dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, təxminən 9 il müddətdir ki, Bakı şəhəri “28 May” metro stansiyasının yaxınlığında yerləşən “Brend Aksesuar” adlı telefon dükanını icarə əsasında işlədir. Adətən saat 10 radələrində işə gedir, axşam saat 20 radələrində işdən çıxır. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində bir nəfər tanımadığı şəxs müştəri qismində işlədiyi dükana daxil olmuşdur. Həmin şəxs bir ədəd boz (blue) rəngli “İphone 13 Pro” markalı 256 GB yaddaşlı, **********60291 və **********29514 İmei kodlu mobil telefonu təqdim edərək satmaq istədiyini bildirmişdir. O, da həmin telefona baxış keçirdikdən sonra həmin telefonu ən sonu 1200 manat müqabilində ala biləcəyini dedikdə, həmin şəxs onunla razılaşaraq telefonu həmin qiymətə satmaq istədiyini demişdir. Bundan sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişdir. Həmin şəxs də özünə məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İlkin adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və həmin kağızda özünə telefonun oğurluq və ya girov olmaması barədə qeyd yazdırıb imza da etdirmişdir. Daha sonra 1200 manat pulu sayaraq İlkinə vermişdir. O, İlkin adlı şəxsdən mobil telefonun qutusunu və adapterini istədikdə, İlkin ona həmin telefonun qutusunun və adapterinin olmadığını bildirmişdir. O, İlkindən satdığı mobil telefonun oğurluq olub-olmamasını soruşduqda, İlkin satdığı həmin telefonun özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün telefonunu satdığını dediyi üçün o, da inanıb telefonu almışdır. Bundan sonra İlkin adlı şəxs çıxıb getmişdir. O, da həmin mobil telefonu 1360 manata satışa qoyaraq vitrinə qoymuşdur. Aradan bir müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 1200 manat müqabilində aldığı “İphone 13 Pro” markalı mobil telefonu tanımadığı müştəriyə 1360 manat müqabilində satmışdır. Həmin şəxsə də mobil telefonu qutusuz satmış, adapteri isə hədiyyə kimi dükanda satışda olanlardan götürüb üzərində vermişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra bildiyi Təqsirləndirilən şəxs işlədiyi dükanda ona satdığı boz (blue) rəngli “İphone 13 Pro” markalı 256 GB yaddaşlı, **********60291 və **********29514 İmei kodlu mobil telefonun cinayət yolu ilə əldə olunması barədə heç bir məlumatı olmamışdır. Həmin mobil telefonu alan zaman satan şəxs Təqsirləndirilən şəxs telefonun oğurluq olub-olmamasını soruşduqda, İlkin ona ehtiyacı olduğu üçün telefonunu satdığını bildirdiyi, həm də şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün ona inanıb həmin mobil telefonu almışdır. İlk dəfədir ki, Təqsirləndirilən şəxs mobil telefon almışdır. Həmin şəxsi də ilk dəfə xx.xx.2024cü il tarixdə ona telefon satarkən görmüş, əvvəllər həmin şəxsdən nə mobil telefon, nə də başqa əşya almamışdır. O, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “İphone 13 Pro” markalı mobil telefonu alarkən alqı-satqı dəftərində qeyd apardığını və həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini də həmin qeydə əlavə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, təxminən 10 il müddətdir ki, Bakı şəhəri “20 Yanvar” metro stansiyasının yaxınlığında “Velotrek” Ticarət Mərkəzində yerləşən “İphone” adlı telefon dükanında satıcı işləyir. Adətən saat 10 radələrində işə gedir, axşam saat 23 radələrində işdən çıxır. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində bir nəfər tanımadığı şəxs müştəri qismində işlədiyi dükana daxil olmuşdur. Həmin şəxs bir ədəd tünd boz rəngli “İphone 14 Pro” markalı 256 GB yaddaşlı, **********45900 və **********18358 İmei kodlu mobil telefonu təqdim edərək həmin telefonu qiymətindən ucuz hər hansı bir telefona dəyişib üzərində ona 500 manat pul lazım olduğunu bildirmişdir. O, da həmin telefona baxış keçirmişdir. Telefonun üzərində çoxlu cızıqlar olmuş və arxa şüşəsi dəyişilmiş vəziyyətdə olmuşdur. Telefona baxdıqdan sonra o, həmin telefonu ən sonu 850 manat müqabilində ala biləcəyini demişdir. Həmin şəxs də onunla razılaşaraq telefonu həmin qiymətə satmaq istədiyini demişdir. Həmin şəxs tələb olduğunu deyərək pula ehtiyacı olduğundan telefonu satdığını demişdir. Bundan sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişdir. Həmin şəxs də özünə məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İlkin adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və həmin kağızda imza da etdirmişdir. Daha sonra İlkin adlı şəxs dükanda satışda olan “İphone X” markalı mobil telefonu bəyənmişdir. O, da vitrində olan həmin “İphone X” markalı 256 GB yaddaşlı mobil telefonu 350 manata satdığını bildirmişdir. Bundan sonra İlkin həmin telefonu almaq istədiyini demişdir. O, da İlkindən aldığı “İphone 14 Pro” markalı telefonun müqabilində ona 500 manat pul və bir ədəd “İphone X” markalı 256 GB yaddaşlı mobil telefon vermişdir. O, İlkin adlı şəxsdən mobil telefonun qutusunu və adapterini istədikdə, İlkin ona həmin telefonun qutusunun və adapterinin olmadığını bildirmişdir. O, həmin şəxsdən satdığı mobil telefonun oğurluq olubolmamasını soruşduqda, İlkin satdığı həmin telefonun özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün telefonu satdığını dediyi üçün o, da inanıb telefonu almışdır. Bundan sonra İlkin adlı şəxs çıxıb getmişdir. O, da həmin mobil telefonu əmisi oğlu X4 istifadə etməsi üçün vermişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra bildiyi Təqsirləndirilən şəxs işlədiyi dükanda ona satdığı tünd boz rəngli “İphone 14 Pro” markalı 256 GB yaddaşlı, **********45900 və **********18358 İmei kodlu mobil telefonun cinayət yolu ilə əldə olunması barədə heç bir məlumatı olmamışdır. Həmin mobil telefonu alan zaman satan şəxs Təqsirləndirilən şəxs telefonun oğurluq olubolmamasını soruşduqda, İlkin ona ehtiyacı olduğu üçün telefonunu satdığını bildirdiyi, həm də şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün ona inanıb həmin mobil telefonu almışdır. İlk dəfədir ki, Təqsirləndirilən şəxs mobil telefon almışdır. Həmin şəxsi də ilk dəfə xx.xx.2024cü il tarixdə ona telefon satarkən görmüş, əvvəllər həmin şəxsdən nə mobil telefon, nə də başqa əşya almamışdır. O, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “İphone 14 Pro” markalı mobil telefonu alarkən alqı-satqı dəftərində qeyd aparmış və həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini də həmin qeydə əlavə etmişdir. Hazırda Əfrail Bakı şəhərində olmadığı üçün ona verdiyi həmin telefonu istintaqa təqdim edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, təxminən 7-8 ay müddətdir ki, Bakı şəhəri “28 May” metro stansiyasının yaxınlığında yerləşən “Telefon Mərkəzi” adlı telefon dükanında satıcı işləyir. Adətən saat 10 radələrində işə gedir, axşam saat 21 radələrində işdən çıxır. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində bir nəfər tanımadığı şəxs müştəri qismində işlədiyi dükana daxil olmuşdur. Həmin şəxs bir ədəd mavi rəngli “İphone 13 Pro Max” markalı 128 GB yaddaşlı, **********12044 İmei kodlu mobil telefonu təqdim edərək satmaq istədiyini bildirmişdir. O, da həmin telefona baxış keçirdikdən sonra həmin telefonu ən sonu 1200 manat müqabilində ala biləcəyini dedikdə, həmin şəxs onunla razılaşaraq telefonu həmin qiymətə satmaq istədiyini demişdir. Bundan sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişdir. Həmin şəxs də özünə məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İlkin adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və həmin kağızda özünə telefonun oğurluq və ya tapıntı olmaması barədə qeyd yazdırıb imza da etdirmişdir. Daha sonra 1200 manat pulu sayaraq İlkinə vermişdir. O, İlkin adlı şəxsdən mobil telefonun qutusunu və adapterini istədikdə, İlkin ona həmin telefonun qutusunun və adapterinin olmadığını bildirmişdir. O, həmin şəxsdən satdığı mobil telefonun oğurluq olub-olmamasını soruşduqda, İlkin satdığı həmin telefonun özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün telefonunu satdığını dediyi üçün o, da inanıb telefonu almışdır. Bundan sonra İlkin adlı şəxs çıxıb getmişdir. O, da həmin mobil telefonu 1300 manata satışa qoyaraq vitrinə qoymuşdur. Aradan bir müddət keçdikdən sonra xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs 1200 manat müqabilində aldığı “İphone 13 Pro Max” markalı mobil telefonu tanımadığı müştəriyə 1300 manat müqabilində satmışdır. Həmin şəxsə də mobil telefonu qutusuz satmış, adapteri isə hədiyyə dükanda satışda olanlardan götürüb üzərində vermişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra bildiyi Təqsirləndirilən şəxs işlədiyi dükanda ona satdığı mavi rəngli “İphone 13 Pro Max” markalı 128 GB yaddaşlı, **********12044 İmei kodlu mobil telefonun cinayət yolu ilə əldə olunması barədə heç bir məlumatı olmamışdır. Həmin mobil telefonu alan zaman satan şəxs Təqsirləndirilən şəxs telefonun oğurluq olub-olmamasını soruşduqda, İlkin ona ehtiyacı olduğu üçün telefonunu satdığını bildirdiyi, həm də şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün ona inanıb həmin mobil telefonu almışdır. İlk dəfədir ki, Təqsirləndirilən şəxs mobil telefon almışdır. Həmin şəxsi də ilk dəfə xx.xx.2024-cü il tarixdə ona telefon satarkən görmüş, əvvəllər həmin şəxsdən nə mobil telefon, nə də başqa əşya almamışdır. O, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “İphone 13 Pro Max” markalı mobil telefonu alarkən alqı-satqı dəftərində qeyd apardığını və həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini də həmin qeydə əlavə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, tək yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, təxminən 1 il müddətdir ki, Bakı şəhəri “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən “Al Mobile” adlı telefon dükanı icarə əsasında işlədir. Adətən saat 09 radələrində işə gedir, axşam saat 21 radələrində işdən çıxır. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində bir nəfər tanımadığı şəxs müştəri qismində işlədiyi dükana daxil olmuşdur. Həmin şəxs bir ədəd bənövşəyi rəngli “İphone 14 Pro” markalı 256 GB yaddaşlı, **********98065 və **********98457 İmei kodlu mobil telefonu təqdim edərək satmaq istədiyini bildirmişdir. O, da həmin telefona baxış keçirdikdən sonra həmin telefonu ən sonu 1600 manat müqabilində ala biləcəyini dedikdə, həmin şəxs onunla razılaşaraq telefonu həmin qiymətə satmaq istədiyini demişdir. Bundan sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin şəxs də özünə məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İlkin adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və həmin kağızda özünə telefonun oğurluq və ya tapıntı olmaması barədə qeyd yazdırıb imza da etdirmişdir. Daha sonra 1600 manat pulu sayaraq İlkinə vermişdir. O, İlkin adlı şəxsdən mobil telefonun qutusunu və adapterini istədikdə, İlkin ona həmin telefonun qutusunun və adapterinin yaşadığı rayonda olduğunu, sonra gətirəcəyini bildirmişdir. O, İlkindən satdığı mobil telefonun oğurluq olub-olmamasını soruşduqda, İlkin satdığı həmin telefonun özünə məxsus olduğunu, ehtiyacı olduğundan telefonunu satdığını dediyi üçün o, da inanıb telefonu almışdır. İlkin söhbət əsnasında ona tələbə olduğunu və bu səbəbdən maddi sıxıntıları olduğunu da demişdir. Bundan sonra İlkin adlı şəxs çıxıb getmişdir. O, da həmin mobil telefonu 1650 manata satışa qoyaraq vitrinə qoymuşdur. Aradan bir müddət keçdikdən sonra xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs 1600 manat müqabilində aldığı “İphone 14 Pro” markalı mobil telefonu tanımadığı müştəriyə 1650 manat müqabilində satmışdır. Həmin şəxsə də mobil telefonu qutusuz satmış, adapteri isə hədiyyə olaraq dükanda satışda olanlardan götürüb üzərində vermişdir. O, həmin telefonun adapterini istəmək üçün Təqsirləndirilən şəxs verdiyi nömrəsinə dəfələrlə zəng etməyinə baxmayaraq onunla əlaqə qura bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra bildiyi Təqsirləndirilən şəxs işlədiyim dükanda ona satdığı bənövşəyi rəngli “İphone 14 Pro” markalı 256 GB yaddaşlı, **********98065 və **********98457 İmei kodlu mobil telefonun cinayət yolu ilə əldə olunması barədə heç bir məlumatı olmamışdır. Həmin mobil telefonu alan zaman satan şəxs Təqsirləndirilən şəxs telefonun oğurluq olub-olmamasını soruşduqda, İlkin ona ehtiyacı olduğu üçün telefonunu satdığını bildirdiyi, həm də şəxsiyyət vəsiqəsini təqdim etdiyi üçün ona inanıb həmin mobil telefonu almışdır. İlk dəfədir ki, Təqsirləndirilən şəxs mobil telefon almışdır. Həmin şəxsi də ilk dəfə xx.xx.2024-cü il tarixdə ona telefon satarkən görmüş, əvvəllər həmin şəxsdən nə mobil telefon, nə də başqa əşya almamışdır. O, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs “İphone 14 Pro” markalı mobil telefonu alarkən onun şəxsiyyət vəsiqəsinin surətini çıxarıb üzərində də qeydləri özünə yazdırdığını bildirmişdir. Cinayət işinin materiallarında olan 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Yasamal rayonu prokuroru Elman Süleymanovun 14 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbirini seçmək barədə 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir Cinayət işinin materiallarında olan 27 mart 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan qətimkan tədbirini seçmək barədə 29 mart 2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərarından görünür ki, Yasamal RPİ-nin İŞ-də istintaq olunan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin sübutların qiymətləndirilməsi haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş Şahid1, Şahid2, Şahid3 və Şahid4 təqdim etdikləri iş üzrə Təqsirləndirilən şəxs mobil telefon almaqla bağlı aparılmış qeydlərin surətləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim edilmiş ərizələrindən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərdən bir qisminin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli isə hökmün çıxarıldığı 18 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cinayət əməlləri ilə bağlı 12 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək 02 (iki) gün, 27 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə isə 04 (dörd) gün müddətində həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan istintaq zamanı götürülmüş Şahid1, Şahid2, Şahid3 və Şahid4 təqdim etdikləri iş üzrə Təqsirləndirilən şəxs mobil telefon almaqla bağlı aparılmış qeydlərin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 42 saata görə 252 manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesablarına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində Bakı şəhəri Yasamal RPİ-nin İşdə istintaq olunan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəymiz ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək 02 (iki) gün, 27 mart 2024-cü il tarixdən 29 mart 2024-cü il tarixədək 02 (iki) gün, ümumilikdə isə 04 (dörd) gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, sonuncunun üzərində qəti olaraq 01 (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və barəsində Bakı şəhəri Yasamal RPİ-nin İş-də istintaq olunan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut olan istintaq zamanı götürülmüş Şahid1, Şahid2, Şahid3 və Şahid4 təqdim etdikləri iş üzrə Təqsirləndirilən şəxs mobil telefon almaqla bağlı aparılmış qeydlərin surətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Rubai oğlunun ibtidai istintaq dövründə iştirak etdiyi 42 saata görə 252 manat, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 22 saylı və Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 dəymiz ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia qaldırmaq hüququ izah olunsun. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-369/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-369/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver