Məhkəmə qərarları › İş №1(004)-37/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-37/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-37/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 24 may 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,996 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 30 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 26 may 2022-ci il tarixdə saat 16:00-da ünvan 3 ünvanının qarşısında DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,996 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən ona ittiham elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 24 may 2022-ci il tarixdə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. İstintaq materiallarında isə onun 26 may 2022-ci il tarixdə saxlanılması qeyd edilmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, BNMİ-nin təhqiqatçısı Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 3 (üç) manat pul aşkar edilmişdir. Daha sonra üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş, sonradan həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir, zərfin üzəri onun, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Üstündə olan 3 manat pul isə özünə qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı şəxsdən 30 (otuz) manata 24 may 2022-ci il tarixdə saat 18 radələrində Nəsimi rayonu Kubinka kimi tanınan ərazidən şəxsi istifadəsi üçün aldığını, heç kimə narkotik maddə satmadığını, əvvəllər məhkum olunduğunu, başqa heç yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İstifadəsində telefon nömrəsi yoxdur. Üstündə aşkar edilən maddəni aldığı şəxsi 3-4 ay olar ki, tanıyır, bir neçə ildir ki, iynə şəklində və ya yandırıb tüstüsünü iynəməklə bədəninə daxil edir, heç kimə təklif etməmiş və satmamışdır. O, özünü yalnız narkotik vasitəni istifadə etmək məqsədilə almaqda və üzərində saxlamaqda təqsirli bilir. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hazırki cinayət işi üzrə 24 may 2022-ci il tarixdə saxlanılmışdır. Daha sonra əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. 26 may 2022-ci il tarixdə xidmətdə olduğu vaxt, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs kulli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədilə əldə etməsi və Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupun yaradılması və ətrafında əməliyyat tədbirlərin keçirilməsinə icazə verilməsi üçün raport ilə həmin tarixdə rəhbərliyyə müraciət etmişdir. Raportu əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin 26 may 2022-ci il tarixli əmri ilə, onun rəhbərliyi ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi barədə qəbul edilmiş 26 may 2022-ci il tarixli qərarə əsasən keçirdikləri əməlliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 dəqiqədə yaşadığı ünvan 7 ünvanın yaxınlığında piyada hərəkət etdiyini aşkar edərək onu saxlamışlar və xidməti vəsiqələrini göstərərək özlərini təqdim təqdim edərək polis əməkaşları olduqlarını bildirib külli miqdarda narkotik vasitələri və psixotrop maddələri və həmin maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlandığını izah edib onu hava, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq onu Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binaya dəvət etmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra üzərində paltarında, əşyalarında, bədənində, narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi üçün o, raportla rəhbərliyə müraciət etmiş və bundan sonra DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X6 tərəfindən onun, polis nəfəri Ağaməmməd Vəkilov, saxlanılan şəxsin vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğuna görə üzərinə video çəkilişlə şəxsi axtarış və götürmə aparılacağı elan edilmiş, Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirmişdir. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Cinayət Prosessual Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı qərarla tanış edilmiş, baxış keçirilməzdən əvvəl üstündə narkotik vasitələrin və ya cinayət xarakterli hər hansı bir əşya varsa, onları verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsun əynindəki şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümün içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamin bənzər kütləni təqdim edərək masanın üstünə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sol cibindən 3(üç) manat pul aşkar olunmuşdur. Həmin maddə zərfə qoyulmuş və zərf möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 3(üç) manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs şifahi sorgu zamanı üzərindən aşkar psixotrop maddə metamfetaminə bənzər maddənin özünə məxsus olduğunu, həmin maddəni tanımadığı şəxsdən 30(otuz) manata 24 may 2022-ci il tarixdə saat 18 radələrində Nəsimi rayonu Kubinka kimi tanınan ərazidən şəxsi istifadəsi üçün aldığınıı, heç kimə narkotik maddə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştiraktılara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, tərtib eilmiş protokolun düzlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması faktı müəyyən olunmamışdır. Bundan başqa təqsirləndirilən şəxsin guya xx.xx.2022-ci il tarixdə onlar tərəfindən saxlanılması tamamilə uydurmadır və həqiqətə uyğun deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan 26 may 2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 71-74-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 75-76-cı vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 28 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 158-170-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru baş ədliyyə müşaviri Elman Süleymanovun 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində müstəntiq E.Əsədov tərəfindən 28 may 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin 176-181-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 avqust 2022-ci il tarixdən hesablanmaqla 20 (iyirmi) gün həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli, 6/2991 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,996 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanuni ilə tədiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in sayahısına ( Siyahı 1) daxildirlər. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. Cinayət işinin 117-128-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,996 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və aparılmış kimyəvi ekspertiza nəticəsində 0,946 qram həmin psixotrop maddə metamfetamin qalığı saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmişdir, həmçinin 01 (bir) ədəd DVD disk də maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 24 iyun 2022-ci il tarixli, 3481 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin vəpsixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan xəslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməsi üçün narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-99 və 106-114-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 22 fevral 2018-ci qərarı ilə 06 ay 20 gün vaxtından əvvəl vaxtından əvvəl şərti olaraq azad edilmiş və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin 24 iyul 2018-ci il tarixli arayışına əsasən cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstunə sonuncunun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı, polis mayoru X1 Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına xidməti otaqların birində 26 may 2022-ci il tarixdə saat 17:10-da özünü təqdim edərək Azərbaycan Respublikası CPM-nin 51, 86, 246.2.1 və 246.4-cü maddələrini rəhbər tutaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasını, şəxsi axtarış və götürmə zamanı video görüntünün DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri polis serjantı Şahid2 tərəfindən həyata keçirilməsi qeyd edilir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri və həmin maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 26 may 2022-ci il tarixdə, saat 16:00 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilməsi, şübhəli şəxs qismində tutularaq müdafiə hüququnun təmin edilməsi məqsədi ilə müdafiəçinin dəvət edilməsi və hüququ vəzifələrinin izah olunması, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 26 may 2022-ci il tarixli qərara əsasən üzərində şəxsi axtarış aparılması elan edilməsi, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Eyni zamanda izah edilir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilməsi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən1 (bir) bükümü çıxarıb masanın üzərinə qoymamaqla təqdim etməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 3 (üç) manat pul aşkar olması, təqdim olunmuş bir ədəd bükümün içərisinə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin aşkar edilməsi, daha sonra psixotrop maddə olan metamfetaminə bənzər kütlənin elektron tərəzidə çəkilməsi və qablaşdırma ilə birlikdə çəkisinun 1,50 (bir tam yüzdə əlli) qram olması, həmin kütlənin qablaşdırılması, şübhəli şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi1, təhqiqatçı Yelmar Vahabov tərəfindən imzalanaraq və götürülməsi, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 3(üç) manat pul Təqsirləndirilən şəxs geri qaytarılması müşahidə olunur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş kütlənin özünə məxsus olmasını, həmin kütləni tutulmamışdan 2 gün əvvəl Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını, heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, əvvəllər məhkum olunduğunu, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor tədbiq olunmadığını bildirməsi müşahidə olunur. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,996 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə gəzdirib saxlamışdır. Həmin əməl isə Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa ibtidai istintaq zamanı və məhkəmə prosesində ifadə vermiş şahidlər Şahid1 və Şahid2 ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq psixotrop maddəni satması öz təsdiqini tapmamış və ya iş materiallarında həmin halları təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin satış məqsədi ilə əldə edilib gəzdirməsi barədə nəticəyə gəlmək üçün belə bir məqsədin olmasını təsdiq edən heç bir halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, psixotrop maddələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olmasının ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş psixotrop maddəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Göstərilənlərlə əlaqədar onun əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə 24 may 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən faktın araşdırılması məqsədi ilə məhkəmə tərəfindən (Müdafiəçi2 tərəfindən verilmiş vəsatətlər əsasında) qəbul edilmiş 19 oktyabr 2022-ci il tarixli qərarlara əsasən əldə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən, həmçinin “Bakcell” və Azərcell” MMC-lərdən qeydiyyat kitabının çıxarışında və məktublarda həmin fakt öz əksini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, həmin Məcəllənin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 26 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 26 avqust 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 24 iyun 2022-ci il tarixli, 3481 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİdə saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,946 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,946 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar