Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-37/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərək, vəzifəli şəxs olmaqla 46000,00 manat məbləğində pulun Zərərçəkmiş şəxs5 ödənilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-736/2018 saylı; 109200,00 manat məbləğində pulun Zərərçəkmiş şəxs4 və ekspertiza tədqiqatın dəyəri olan 130,75 manat pulun dövlət büdcəsinə ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsininq mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-139/2018 saylı; 68000,00 manat və ödənilmiş dövlət rüsumuna görə 45 manat məbləğində pulun iddiaçı Məmmədov (Mamedov) Nağı Bayram oğluna, habelə 61200,00 manat və ödənilmiş dövlət rüsumuna görə 45 manat məbləğində pulun iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-486/2020 saylı; 112000,00 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Zərərçəkmiş şəxs6 ödənilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1823/2021 saylı 45000,00 manat pulun iddiaçı X3 ödənilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(009)-105/2021 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsində birləşdirilərək birgə icraatda aparılan icra işi üzrə icra məmuru tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnamələrinin icra edilməsinin məcburiliyi barədə qanunun tələbləri ona dəfələrlə izah edilməklə xəbərdarlıq edilməsinə məhəl qoymayaraq, icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 2200,00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədlərindəki tələbləri icra etməsi üçün ona xx.xx.2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qətnamələr üzrə tələblərin yerinə yetirilməsi üçün vəzifəli şəxs kimi müvafiq tədbirlər görməmiş, barəsində cinayət təqibinin başlanması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək tələbkarlara ödənilməli olan pulların ödənilməsini təmin etməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qəsdən qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ildə "xxxx"MMC-nin direktoru olmuşdur. Həmin şirkət bina tikintisi ilə məşğuldur. Onun şirkət direktoru təyin olunmamışdan əvvəl şirkətin borcları barədə heç bir məlumatı olmamışdır. Hazırda "xxxx"MMC-nin bir neçə məhkəmə qətnamələri üzrə tələbkarlara borclarının olması barədə məlumatı vardır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 45000,00 manat pulun X2 verilməsi qət edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 68045,00 manat pulun Məmmədov (Mamedov) Nağı Bayram oğluna, 61245,00 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-736/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 46000,00 manat pulun X6 verilməsi qət edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1823/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMCdən alınaraq 112030,00 manat pulun Zərərçəkmiş şəxs6 verilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-139/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 109200,00 manat pulun Zərərçəkmiş şəxs4 və ekspertiza tədqiqatın dəyəri olan 130,75 manat pulun dövlət büdcəsinə verilməsi qət edilmişdir. Hazırda o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 736/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1823/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-139/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə zərərçəkmiş şəxslərə olan borcunu tam ödəmişdir. Buna görə də məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 68045,00 manat pulun ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(103)-486/2020 saylı qətnaməsi üzrə yaranmış borc məbləği tam ödənilərək icra edilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu ərazisində Ə.Əhmədov küçəsində tikilməkdə olan 1 saylı binada «D» blokunda, mərtəbə 6, mənzil 31, sahəsi 72 kv metr olan 1 otaqlı mənzilin alınması üçün "xxxx" MMC-yə 61200,00 manat pul vermişdir. Lakin ona mənzil verilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 61245,00 manat məbləğində pulun ona verilməsi qət edilmişdir. Son olaraq o təqsirləndirilən şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(103)-486/2020 saylı qətnaməsi üzrə yaranmış borc məbləği tam ödənilərək icra edildiyini, sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-105/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli “Kooperativ binada mənzilin tikintisi” haqqında müqavilənin ləğv edilməsi və 45000,00 manat pulun "xxxx" MMC-dən alınaraq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(009)-105/2021 saylı qətnaməsi üzrə yaranmış borc məbləği tam ödənilərək icra edilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, "xxxx" MMC ilə kooperativ binada mənzil tikintisi haqqında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında tikilməkdə olan 2-ci blokunda 4-cü mərtəbədə yerləşən mənzilin ona verilməsi nəzərdə tutulsa da, sonradan ona məlum olmuşdur ki, "xxxx" MMC həmin mənzili başqa şəxsə satmışdır. Onun pulu geri ödənilmədiyi üçün o, müqavilənin ləğvi və pulun geri qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-139/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 109200,00 manat pulun ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli, 2(004)-3891/2016 saylı qətnaməsi üzrə yaranmış borc məbləği tam ödənilərək icra edilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-736/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən 46000,00 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 2(009)- 736/2018 saylı qətnaməsi üzrə yaranmış borc məbləği tam ödənilərək icra edilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, "xxxx" MMC ilə kooperativ binada mənzil tikintisi haqqında bağlanmış müqaviləyə əsasən müqavilə predmeti olan mənzilin dəyəri 112000,00 manat pul tam olaraq ödənilmiş və buna dair ona maliyyə arayışı verilmişdir. Lakin "xxxx" MMC üzərinə düşən öhdəliyi icra etmədiyi üçün həmin müqavilənin ləğvi və pulun geri qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-1823/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən 112030,00 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(009)-1823/2021 saylı qətnaməsi üzrə yaranmış borc məbləği tam ödənilərək icra edilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon İcra şöbəsinin icra məmuru vəzifəsində xidmət edir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən 68000,00 manat X8 və 61200,00 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. İcra sənədi üzrə 14 oktyabr 2020-ci il tarixdə başlanılmış icraat zamanı sözügedən vəsaitin könüllü ödənilməsi borclu tərəfindən təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-736/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 46000 manat məbləğində pul tutularaq tələbkar X5 xeyrinə ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1391/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 109230 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs4 ödənilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 45000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1823/2021 saylı,xx.xx.2021-ci il tarixli icra sənədinə borclu "xxxx" MMC-dən 112000 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs6 xeyrinə ödənilməsi qət edilmişdir. Bütün icra sənədləri üzrə borclu "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq işin digər materialları ilə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(004)- 5716/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirli bilinərək 2200 manat inzibati cərimə edilmişdir. İcraat dövründə iş üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə və barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, tələblər təmin edilmədiyindən və o, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından qərəzli olaraq boyun qaçırdığından "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi haqqında təqdimat verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2015- 2017-ci illər ərzində "xxxx"MMC-nin direktoru olmuşdur. Onun tərəfindən təssisçilərin göstərişinə əsasən 2 mənzilin alqı-satqısına dair müqavilələr imzalamış və alınan pul kassaya mədaxil edilmişdir. Daha sonra o, işdən çıxmış və ondan sonra başqa bir neçə şəxs şirkətin direktoru qismində çalışmışdır. Hazırda ona "xxxx"MMC-nin bir neçə məhkəmə qətnamələri üzrə müxtəlif öhdəliklərinin olması və həmin müəssisənin direktoru Təqsirləndirilən şəxs bir neçə şəxsə pul ödəməli olması məlumdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2018- 2019-cu illər ərzində "xxxx"MMC-nin direktoru olmuşdur və şirkət bina tikintisi ilə məşğuldur. Onun tərəfindən təssisçilərin göstərişinə əsasən 2 mənzilin alqı-satqısına dair müqavilələr imzalamışdır, lakin həmin müqavilələr üzrə heç bir pulun alınmasında iştirak etməmişdir. Hazırda ona "xxxx"MMC-nin bir neçə məhkəmə qətnamələri üzrə müxtəlif öhdəliklərinin olması və həmin müəssisənin direktoru Təqsirləndirilən şəxs bir neçə şəxsə pul ödəməli olması məlumdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2021-ci il tarixində "xxxx"MMC-nin direktoru vəzifəsində çalışmış, daha sonra şirkət başqa şəxslərə satılmışdır. Şirkət bina tikintisi ilə məşğuldur. Hazırda şirkətin məhkəmə qətnamələrinə əsasən bir neçə şəxslərə borcunun olmasına dair məlumatı vardır. Hazırda ona "xxxx"MMC-nin bir neçə məhkəmə qətnamələri üzrə müxtəlif öhdəliklərinin olması və həmin müəssisənin direktoru Təqsirləndirilən şəxs bir neçə şəxsə pul ödəməli olması məlumdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2019- 2023-cü illər ərzində "xxxx" MMC-də hüquqşünas vəzifəsində çalışmışdır. "xxxx" MMC-nin məhkəmə qətnamələr üzrə borclu olması barədə məlumatı vardır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-436/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə Zərərçəkmiş şəxs1 ödənilməsi qət olunmuş 50000,00 manat pul məhz onun iştirakı ilə verilmişdir. Hazırda ona "xxxx" MMC-nin bir neçə məhkəmə qətnamələri üzrə müxtəlif öhdəliklərinin olması və həmin müəssisənin direktoru Təqsirləndirilən şəxs bir neçə şəxsə pul ödəməli olması məlumdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. 2014-2017-ci illər ərzində "xxxx" MMC-nin təsisçisi olmuş, o işdən çıxdıqdan sonra həmin şirkəti direktoru vəzifəsində başqa şəxslər çalışmışdır. Hazırda ona məlum olmuşdur ki, “Qlobal- SF»MMC-nin bir neçə məhkəmə qətnamələri üzrə müxtəlif öhdəlikləri vardır, lakin onun bu şirkətə artıq heç bir aidiyyəti yoxdur. Hesab edir ki, "xxxx" MMC-nin hazırki sahibi bütün öhdəlikləri özləri icra etməlidir. İş üzrə şahid qismində göstərilmiş Şahid7 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 125-127-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, onun "xxxx"MMC-yə heç bir aidiyyəti yoxdur, nə rəsmi nədə ki, qeyri rəsmi olaraq. Lakin bir neçə il bundan qabaq "xxxx"MMC-nin təsisçisi və direktroru mərhum X14 dünyasını dəyişəndən sonra həmin şirkətin direktoru Şahid5 olan zaman ona zəng edərək bir problemlə əlaqədar 120000,00 manatdan artıq pul istəmişdir ki, bir Nehrəmli olan Zərərçəkmiş şəxs1 ödəmək lazımdır. O, öz şəxsi vəsaiti hesabına həmin pulu Şahid5 vermiş, lakin sonra bu işlə maraqlanmamışdır. "xxxx" MMC-nin borcları barədə və bununla əlaqədar olan məhkəmə qətnamələrindən xəbəri olimamış, lakin hazırda ona məlum olmuşdur ki, həmin şirkətin məhkəmə qətnamələri üzrə borcları vardır. Ona hazırda məlum olmuşdur ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsdir, lakin sonuncu ilə son dəfə 2019-cu ildə Təqsirləndirilən şəxs başqa bir tikinti şirkətində iş icraçısı, yəni prorab işləyəndə görüşmüşdür. Onun Təqsirləndirilən şəxslə direktor olduğu şirkətin borcları ilə bağlı heç bir söhbəti olmamış, sonuncuya bu işlə bağlı heç bir göstəriş verməmişdir ki, hansı borcu ödəsin yaxud ödəməsin. Bu şirkəti almış şəxslər özləri butun problemləri həll etməlidirlər və dövlət adından çıxarılmış qətnamələri icra etməlidirlər. O, özü restoran biznesi ilə məşğuldur və tikinti sektorunda işləməmişdir, atası X13 bir neçə ay bundan əvvəl Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsilə, yəni səhlənkarlıq edilməsinə görə təqsirləndirilərək Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Bu işlə bağlı atası ona hər hansı bir göstəriş verməmiş, hesab edir ki, "xxxx" MMC-nin indiki rəhbərliyi qətnamələr üzrə olan borcları ödəməlidir. İş üzrə şahid qismində göstərilmiş Şahid8 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 194-196-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, atası və əmisinin təklifi ilə "xxxx" MMC-nin təsis payını, yəni 100 % səhməlrini almışdır. Ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsini” notariat kontorunda imza etmişdir. Qarşı tərəfdən isə həmin müqaviləni Şahid3 imza etmişdir. Bundan əvvəl isə o, və "xxxx" MMC-nin sabiq direktoru Şahid5 müqaviləyə imza etmişlər. Kim bu müqaviləni imza edib bilmir, lakin atası və əmisinin tapşırığına əsasən bu müqaviləni imza etmişdir. Hazırda isə "xxxx" MMC-ni Şahid9 satmış, yəni ki, Şahid9 də bu bu şirkətin sahiblərindən biridir. Ümumiyyətlə, onun "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar ümumi anlayışı var, lakin təfərrüatı barədə məlumatı yoxdur. O, bir neçə əmrlərə, və yaxud atasına verdiyi etibarnamə əsasında onun əvəzinə müəyyən əmrlərə imza edilmişdir. Ona təqdim edilmiş Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktor təyin edilməsi haqqında xx.xx.2023- cü il tarixli qərarı və bundan əvvəl direktor olmuş X7 fəzifədən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarları onun adından atası X11 imza etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hal-hazıradək "xxxx" MMCnin direktorudur, onun isə bu cəmiyyətə artıq heç bir aidiyyəti yoxdur. İş üzrə şahid qismində göstərilmiş Şahid9 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 198-199-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-nin təsisçisidir. Ona hazırda məlum olmuşdur ki, "xxxx" MMC-nin bir neçə qətnamə üzrə borcları vardır, bilmişdir ki, Təqsirləndirilən şəxs direktor olduğu "xxxx" MMC-nin işi üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-486/2020, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 68045,00 manat pulun Məmmədov (Mamedov) Nağı Bayram oğluna, 61245,00 manat məbləğində pulun Zərərçəkmiş şəxs2, cəmi isə 129290,00 manat pulun verilməsi qət edilmişdir. O, təsisçisi kimi qeyd edilən qətnamə üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməsi üçün nağd olaraq 30000,00 (otuz min) manat pulu Zərərçəkmiş şəxs1 vermiş, sonuncu həmin pulu qəbul etmiş, bu bardə qəbzi özü yazmış və ona vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 68000.00 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun Məmmədov (Mamedov) Nağı Bayram oğluna, habelə 61200,00 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 45 manat pulun Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3922/2020 saylı qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (Cild 1, i.v. 23-33, 34-38) Həmin qətnamə üzrə icra sənədi xx.xx.2020-ci il tarixdə Yasamal rayon icra şöbəsinin icraatına daxil olmaqla, tələblərin icra olunması üçün icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş borcluya göndərilmişdir. (Cild 1, i.v. 39-41) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-105/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 45000,00 manat pulun X3 verilməsi qət edilmişdir. (Cild 1, i.v. 46-51) Həmin qətnamə üzrə icra sənədi xx.xx.2021-ci il tarixdə Səbail rayon icra şöbəsinin icraatına daxil olmaqla, tələblərin icra olunması üçün icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş borcluya göndərilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə Yasamal rayon icra şöbəsinə göndərilmişdir. (Cild 1, i.v. 52-53, 43-45) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-736/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 46000,00 manat pulun Zərərçəkmiş şəxs5 verilməsi qət edilmişdir. (Cild 1, i.v. 65-66) Həmin qətnamə üzrə icra sənədi xx.xx.2018-ci il tarixdə Səbail rayon icra şöbəsinin icraatına daxil olmaqla, tələblərin icra olunması üçün icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş borcluya göndərilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Yasamal rayon icra şöbəsinə göndərilmişdir. (Cild 1, i.v. 68-69, 64) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(009)-1823/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 112000,00 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat Zərərçəkmiş şəxs6 verilməsi qət edilmişdir. (Cild 1, i.v. 79-83) Həmin qətnamə üzrə icra sənədi xx.xx.2022-ci il tarixdə Səbail rayon icra şöbəsinin icraatına daxil olmaqla, tələblərin icra olunması üçün icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş borcluya göndərilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə aidiyyəti üzrə Yasamal rayon icra şöbəsinə göndərilmişdir. (Cild 1, i.v. 84-85, 76-78) Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-139/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh kimi "xxxx" MMC-dən alınaraq 109200.00 manat pulun Zərərçəkmiş şəxs4 və ekspertiza tədqiqatın dəyəri olan 130,75 manat pulun dövlət büdcəsinə verilməsi qət edilmişdir. (Cild 1, i.v. 97-102) Həmin qətnamə üzrə icra sənədi xx.xx.2018-ci il tarixdə Yasamal rayon icra şöbəsinin icraatına daxil olmaqla, tələblərin icra olunması üçün icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş borcluya göndərilmişdir. (Cild 1, i.v. 96, 103-104) İşdə olan tələbin könüllü icrası haqqında bildirişlərdə olan "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs imzaları və qeydlərindən görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdə həmin bildirişləri qəbul etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 3(004)- 5716/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 2200 (iki min iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. (Cild İ, i.v. 268-271) Qlobal-SF» MMC-nin direktoru Təqsirləndirilən şəxs Yasamal rayon icra şöbəsində yazdığı xx.xx.2023-cü il tarixli izahatında görünür ki, ona məhkəmə qərarlarının icrasının məcburiliyi barədə izah olunmuşdur. (Cild 1, i.v. 249-250) xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM- nin 306.2ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. (Cild 1, i.v. 274) İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi 22 dekabr 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, i.v. 97) Qətimkan tədbiri seçmək haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 2, i.v. 224) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Bakı Apellyasiya Məhkəməsi 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi tam icra olunmuşdur. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-736/2018 saylı, xx.xx.2018-cı il tarixli qətnaməsi tam icra olunmuşdur. X19 Ağasəf qızı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-105/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi tam icra olunmuşdur. Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-1823/2021 saylı, xx.xx.2021-cı il tarixli qətnaməsi tam icra olunmuşdur. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Bakı Apellyasiya Məhkəməsi 2(103)-139/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi tam icra olunmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Bakı Apellyasiya Məhkəməsi 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi tam icra olunmuşdur. "xxxx" ASC-nin 16505 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 132 manat məbləğində ekspertiza xərci ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsində onun qərəzinin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqında müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2021 saylı, xx.xx.2021-cı il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-736/2018 saylı, xx.xx.2018-cı il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1823/2021 saylı, xx.xx.2021-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-139/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2021 saylı, xx.xx.2021-cı il tarixli qanuni qüvvəyə minmiş qətnamələrini tam icra etmiş və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə yaranmış borcunu zərərçəkmiş şəxsə tam ödəmişdir. Bu zərərçəkmiş şəxslərin məhkəməyə ünvanlanmış ərizələrində də öz əksini tapmışdır. Buna əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 486/2020 saylı, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 105/2021 saylı, xx.xx.2021-cı il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 736/2018 saylı, xx.xx.2018-cı il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1823/2021 saylı, xx.xx.2021-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-139/2018 saylı, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2021 saylı, xx.xx.2021-cı il tarixli qanuni qüvvəyə minmiş qətnamələrini tam icra etməsini, həmçinin zərərçəkmiş şəxslərin həmin qətnaməyə əsasən yaranmış borcunun ödənilməsinə dair məhkəməyə ünvanlanmış ərizələrini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, onun CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilməli və təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə həmin maddənin qeyd hissəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-37/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-37/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver