Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-370/2021 22.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X5, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Masallı rayonu, Yeddi Oymaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustağlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə saat 23 radələrində ictimai yer hesab olunan ünvan 2 ünvanda yerləşən binanın qarşısında olarkən qardaşı Şahid1 ucadan nalayiq ifadələr işlətməsinə görə həmin yerdən keçməklə ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə gedən Zərərçəkmiş şəxs Şahid1 irad bildirməsini və sonuncunu ictimai qaydaya riayət etməyə dəvət etməsini cüzi səbəb kimi bəhanə edərək orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində öz şəxsiyyətini Zərərçəkmiş şəxs və ətrafda olan digər şəxslərin fövqündə qoyaraq, heç bir əsaslı səbəb olmadan, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə həmin yerdə Zərərçəkmiş şəxslə mübahisə edib ucadan səs-küy salaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, həmin səs-küyə görə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətməyə, səs-küy salmağa davam etməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, bununla kifayətlənməyərək yumruqla bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vurmaqla sonuncunun başının pilləkən qəfəsliyində olan dəmir məhəccərə dəyməsi nəticəsində yaranmağa xarakterik olan, sol gicgah nahiyəsinin kəsilmiş yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 10.07.2021-ci il tarixdə qohumunun ünvan 3 ünvanda yerləşən "İdeal" şadlıq sarayında toy məclisində iştirak etmişdir. Toy məclisi saat təxminən 10 radələrində bitdikdən sonra o, toydan çıxıb piyada şəkildə İnşaatçılar metrosu tərəfə getmişdir. Yolda olan zaman qardaşı Dağıstanın 9 yaşlı nəvəsi Rüstəm ona zəng vuraraq babası Dağıstanın həyətdən səsinin gəldiyini bildirmişdir. O, bundan sonra yaxınlıqda yaşayan qardaşıgilə getmişdir. Belə ki orada olan zaman qardaşım Dağıstan, yanında az yaşlı oğlu İsmayıl, digər qardaşı Rəfail və qardaşı oğlu Ramildə gəlmişdir. Onlar öz aralarında deyib gülmüş və toyda baş verən hadisələr barədə söhbət etmişlər. X1 başqa hər biri spirtli içkinin təsiri altında olmuşdur. O, qardaşı Dağıstanın qaldığı binanın giriş hissəsində dayanıb söhbət edən zaman, əvvəllər tanımadığı lakin sonradan adının Məmməd olduğunu bildiyi Dağıstanın qonşusu onların yanından gəlib keçmişdir. Həmin şəxs keçən zaman onlara saatın gec olduğunu yüksək səs ilə deyib gülmələri barədə irad bildirmişdir. Bundan sonra qardaşı Dağıstan qonşusuna narahat olmamasını çıxıb getməsini bildirmişdir. Həmin şəxs isə qardaşı Dağıstana kobud şəkildə cavab vermişdir. Bundan sonra o, həmin şəxsi sakitləşdirmək istədikdə o, yenidən kobud şəkildə cavab verdikdə o, əsəbiləşmiş həmçinin spirtli içkinin təsiri altında olduğuma görə Məmməd adlı şəxsin ünvanına nalayiq söyüşlər söyərək onun üzündən bir dəfə yumruqla vurmuşdur. O, zərbənin təsirindən bir az. geri çəkilmiş və başı blokda olan pilləkənlərin dəmir məhəccərinə dəymişdir. Bundan sonra o, həmin şəxsin üzərinə gedərək bir neçə dəfə onu yenidən vurmaq istəmişdir.Lakin orada olan qohumları onları aralamışlar. Bu zaman orada tanımadığım bir neçə şəxslərin olduğunu görmüşdür. Məmməd adlı şəxs onun.həmçinin oda Məmmədin ünvanına nalayiq ifadələr işlətmişdir. Qohumları onu aralayan zaman üzündən xəsarıt almışdır. Aradan təxminən 5-10 dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. PŞ-də olan zaman qardaşı Dağıstan özünü pis hiss etmiş və onun ürəyi getmişdir. O yerə yıxıldığına görə yaxınlaşıb köməklik göstərmişdir. Bu zaman kiçik qardaşım Rafail spirtli içkinin təsiri altında olduğuna görə hadisələri düzgün dərk edə bilməmiş və qardaşı Dağıstanın polis əməkdaşları tərəfindən döyüldüyünü və Dağıstanın öldüyünü güman etmişdir. Bu zaman o əsəbiləşərək polis əməkdaşlkarının ünvanına nalayiq ifadə işlədərək onları əli ilə itələmişdir. Həmin zaman polis əməkdaşlarından iki nəfər yerə yıxılmışdır. Bundan sonra onlar qardaşı Rafaili sakitləşdirib Dağıstana heçkimin heçnə etmədiyini, sadəcə spirtli içkinin təsiri altında olduğunu həmçinin havanın isti olduğuna görə ürəyinin sıxıldığını və bu səbəbdən özündən getdiyini bildirmişlərBundan sonra onlar Dağıstanı havaya çıxartdıq və üzünə su vuraraq onu ayıltmışlar. Hadisənin təsadüfi axarı zəminində, gözlənilmədən bu cür xoşagəlməz hadisənin baş verdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını ailəli olmasını, 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 10 iyul 2021 -ci il tarixdə saat təxminən 23 radələrində özünə məxsus Hyundai Sonata markalı avtomobil ilə anası Şahid4 həyat yoldaşı X7 və az yaşlı qohumu X8 ilə yaşadığı ünvana gəlmişdir. Həyətdə anası və həyat yoldaşı mənzilə qalxdıqdan sonra mən azyaşlı qohumu Xədicə ilə yaxınlıqda yerləşən mağazaya ərzaq almaq üçün getmişdir. Təxminən 5-10 dəqiqə sonra mənzilə qalxan zaman binanın giriş blokunda 4 nəfər şəxsin olduğunu görmüşdür. O, bloka daxil olan zaman həmin şəxslərdən birinin yüksək səslə söyüş söydüyünü eşitmişdir. O, yanında uşaq olduğuna görə həmin şəxslərə iradını bildirib söyüş söyməməsini tələb etmişdir. Bu zaman orada olan şəxslərdən nisbətən daha yaşlısı onu ordakıların yanında nalayiq formada təhqir etmişdir. O, bir daha iradını bildirib yanımda uşaq olduğunu dedikdə, onların arasında xatırlamadığım bir şəxs məni söyən şəxsin içkili olduğunu qeyd etmişdir. O isə həmin şəxsə içkili olmaqla söyüşün bir əlaqəsinin olmadığını icitimai yerdə söyüş söyülməyəcəyini bildirmişdir. Bundan sonra, ilk olaraq təhqir edən şəxs sifət nahiyəsindən bir dəfə yumruq vurmuşdur. Bu zaman burnundan qan açılmış və zərbənin təsirindən gözləri qaralmışdır. O. burnumu tutub bayıra çıxdıqda həmin blokda olan tanımadığı 4 nəfər şəxs onu blokun qarşısında döymüşlər. Yaranmış səs küyə anası, və həyat yoldaşı bayıra çıxmışlar. Həmin şəxslərdən biri onun baş nahiyəsindən iki dəfə şüşə bütülka ilə vurmuşdur. Bundan sonra o, özünü itirmiş və yerə yıxılmışdır. İstintaqa əlavə olaraq ifadə vermiş Zərərçəkmiş şəxs əvvəlki ifadəsi qismən təstiq etmiş və əlavə olaraq bildirmişdir ki, blokda dayanan şəxslərin söyüş söyməsi nəticəsində aralarında mübashiə yaranmışdır. Orada olan şəxslərdən biri onun ünvanına söz dedikdən sonra oda həmin şəxsi thqir etmişdir. Bundan sonra ona ilk olaraq irad bildirən şəxs sifət nahiyəsindən yəni burnundan bir dəfə yumruq vurmuşdur. Bu zaman burnundan qan açılmış, zərbənin təsirindən gözləri qaralmış və mən arxaya səndələmişdir. Müvazinətimi itirdiyimə görə başı pilləkənin dəmir hissəsinə dəymişdir. Bundan sonra onu vuran şəxsin adının Dağıstan olduğunu öyrəndyim şəxs yenidən onun üzərinə gələrək onu vurmaq istəmiş lakin yanında olan şəxslər onu kənarlaşdırmışlar. Yaranmış səs küyə görə oraya çoxlu adamlar yığılmışdır. Zərbənin təsirindən həmçinin başımın dəmirə dəydiyinə görə mən özümü itirdim və yerə yıxılmışdır. O vermiş olduğu ilkin ifadəsində onu 4 nəfər şəxsin döydüyünü bildirsədə sonradan onu yalnız Dağıstan adlı şəxsin döydüyünü bildirmişdir. Sorğu zamanı o, həmin şəxslərdən açıqlı olduğuna görə bu tip ifadə verdiyini bildirmişdir. Artıq təqsirləndirilən şəxslə barışmışdır, ona dəyən ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10.07.2021-ci il tarixdə qohumunun ünvan 3 ünvanda yerləşən “İdeal” şadlıq sarayında toy məclisində iştirak etmişdir. Toy məclisi saat 10 radələrində bitdikdən sonra oğlu İsmayıl Əzimov ilə piyada yaşadığı ünvana getmişdir. Yaşadığı binanın giriş blokunda oğlu ilə dayanıb söhbət etmişdir. Bu zaman ora kiçik qardaşları Yalçın və Rafail həmçinin qardaşı oğlu Ramildə gəlmişdir. Onlar yaşadığı binanın giriş hissəsində dayanıb toyda baş verənlər barədə danışıb və deyib gülmüşlər. Az yaşlı oğlu İsmayıldan başqa hər biri spirtli içkinin təsiri altında olmuşdur. Bu zaman qonşuluqda yaşayan əvvəllər üzdən tanıdığı lakin heç bir münasibətinin olmadığı Məmməd adlı şəxs onların yanından keçən zaman onlara irad bildirərək yüksək səslə danışmamaq barədə bildirmişdir. O isə həmin şəxsə qonşuluqda yaşadığını bildirib keçib getməsini istəmişdir. Məmməd isə mənə kobud şəkildə cavab qaytararaq özü bildiyi zaman gedəcəyini demişdir. Bundan sonra kiçik qardaşı Yalçın, Məmməd adlı şəxsi sakitləşdirmək istədikdə Məmməd ona kobud cavab qaytarmışdır. Bundan sonra kiçik qardaşı Yalçın əsəbiləşmiş həmin şəxsi söyərək bir dəfə yumruqla Məmmədin üz nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən Məmməd bir az kənara çəkilmiş və baş nahiyəsi blokda olan pilləkənin dəmir məhəccərinə dəymişdir. Bundan sonra Məmməd yerə yıxılmış və qardaşı Yalçın bir neçə dəfə onun üzərinə gedərək onu yenidən vurmaq istəmişdir. Həmin zaman Onlar Yalçını aralaşdırmaq istəmişdir. Bu zaman yaranmış səs küyə oraya qonşular, həmçinin Məmmədin ailə üzvləri gəlmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Yasamal RPİnin 29-cu PŞ-nə aparmışlar. Polis bölməsinə aparıldıqdan sonra onun halı pisləşmiş və mən özündən getmişdir. Ayıldıqdan sonra ona məlum olmuşdur ki, polis bölməsində olan zaman qardaşları onun öldüyünü güman etmişlər və bu zaman kiçik qardaşı Rafail əsəbləşərək polis əməkdaşlarını itələyərək onlara xəsarət yetirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 10 iyul 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İdeal” adlı şadlıq sarayında baş tutmuş toy məclisində iştirak etdikdən sonra saat təxminən 23 radələrində qardaşı oğlu Ramil ilə məclisi tərk edərək yaşadığı ünvan 4 ünvana getmişdir. Yol üstü qardaşı Dağıstanın yaşadığı binanın qarşısından keçən zaman digər qardaşı Yalçının və qardaşım oğlu İsmayılın binanın giriş hissəsində olduunu görüb onların yanında dayanaraq, toyda baş verınlər barədə deyib gülüb söhbət etməyə başlamışlar. Bir müddət sonra oradan keçən əvvəllər tanımadığı lakin sonradan adının Məmməd olduğunu öyrəndiyi qardaşı Dağıstanın qoşusu yanlarından keçən zaman Dağıstana kobud şəkildə saatın artıq gec olduğunu qonşulara hörmət etməli olduğunu bildirmişdir. Bu zaman Dağıstan həmin şəxsə toydan gəldiklərini bir az sonra çıxıb gedəcəklərini bildirmişdir. Lakin həmin şəxs yenidən kobud şəkildə qardaşı Dağıstana cavab qaytarmışdır. Bu zaman digər qardaşı Yalçın bir dəfə yumruqla onun sifət nahisəsindən vurmuşdur. Həmin şəxs zərbənin təsirindən başı blokun pilləkənində olan dəmir tutacağm tin hissəsinə dəymişdir. O başını tutmuş və yerə yıxılmışdır. Bu zaman o, Dağıstan, Ramil və İsmayıl qardaşı Yalçını ayırıb sakitləşdirmək istəmişdir. Lakin Yalçın, spirtli içkinin təsiri altında olduğuna görə onu sakitləşdirmək çətin olmuşdur. Yalçın bir neçə dəfə Məmməd adlı şəxsi yenidən vurmaq istəmişdir. Lakin həmin yumruqlar Məmmədə yox onlara, yəni ona Ramilə və Dağıstana dəymişdir. Hadisə zamanı yaranmış səs küyə görə ora çoxlu sayda tanımadıları şəxslər yığılmışdır. Aradan 5-10 dəqiqə keçədikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirdilər. Orada olan zaman spirtli içkinin təsiri altında olduğuna görə polis əməkdaşlarından tualetin yerini soruşaraq ora getmişdir. Təxminən 10 dəqiqə sonra tualetdə olan zaman səs küy eşitmiş və tələsik şəkildə oradan çıxmışdır. PŞ-nin qarşısında olan zaman qardaşı Dağıstanın yerə uzanmış vəziyyətdə olduğunu və qohumlarının ətrafında olduğunu görüb, polis əməkdaşlarının qardaşı Dağıstanı döydünü və onun öldüyünü güman etmişdir. Bu səbəbdən qaçaraq qardaşımın yanma gəlmiş. Orada olan sonradan adlarının Anar və Nürəli olduğunu öyrəndiyi polis əməkdaşları onu sakitləşdirmək istədikdə o, polis əməkdaşlarının ünvanına nalayiq ifadə işlədərək yumruqla hərəsinə bir dəfə vurmuş və qardaşının yanına getmişdir. Bu zaman qardaşı Dağıstanın ölmədiyini sadəcə spitli içkinin təsiri altında olduğuna görə özünü pis hiss etdiyini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 iyul 2021 -ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İdeal” adlı şadlıq sarayında baş tutmuş qohumlarının toy məclisində iştirak etmişdir. Saat təxminən 23 radələrində əmisi Rafael ilə çıxıb söhbət edə edə yaşadığı ünvan 5 ünvana getmişdir. Yol üstü əmisi Dağıstanın yaşadığı binanın qarşısından keçən zaman Dağıstanın onun oğlu İsmayılın və digər əmis Yalçının blokun giriş hissəsində dayanıb söhbət etdiyini görmüş və onlara yaxınlaşmışlar. O. qohumları ilə toyda baş verənlər barədə söhbət etmiş və deyib gülmüşdür. Bu zaman əvvəllər tanımadığı lakin sonradan adının Məmməd oluğunu bildiyi əmisi Dağıstanın qonşusu yanlarından keçmişdir. Keçən zaman əmisi Dağıstandan kobud formada sakit şəkildə danışmasını tələb etmişdir. Əmisi isə həmin şəxsə söhbət etdiyini çıxıb getməsini məsləhət gördükdə o yenidən əmisinin ünvanına kobud şəkildə cavab qaytarmışdır. Bu zaman kiçik əmisi Yalçın bir dəfə yumruqla Məmmədin sifət nahiyyəsidən vurmuşdur. Əmisi Yalçının zərbəsindən həmin şəxsin başı blokun pilləkənlərində olan dəmir məhəccərin tin hissəsinə dəymiş və başından qan gəlməyə başlamışdır. Bu zaman səs küy yarandığına görə oraya tanımadıqları şəxslər toplanmışdır. O, əmisi Dağıstan, Rəfail və əmisi oğlu İsmayıl əmisi Yalçını sakitləşdirib ayırmaq istəmişlər. Təxminən 5-10 dəqiqə sonra hadisə yerinə polis əəkdaşları gəlmiş və onları Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. PŞ-də olan zaman əmisi Dağıstanın halı pisləşmiş və o yerə yıxılaraq özündən getmişdir. Onlar ilkin olaraq əmisi Dağıstanın öldüyünü zənn etmişlər. Polis əməkdaşları və onlar Dağıstana ilkin müdaxilə etdib ona su vermək istəmilər. Bu zaman PŞ-də ayaqyoluna getmiş kiçik əmisi Rəfail onların yuanına gələrək polis əməkdaşlarının əmisi Dağıstanı döydüyünü və nəticədə onun öldüyünü güman edib, nalayiq söyüşlər söyərək iki polis əməkdaşına zərbə vurmuşdur. Lakin o, əmisi Rafailin onun hansı polis əməkdaşına zərbə vurduğunu tam xatırlamıram. Belə ki, həmin vaxt o, əmisi Dağıstanın üzünə su vurub onu ayıltmaq istəmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 618 saylı, 11.07.2021-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın təsirindən törənmişdir. Qərarı təsviri hissəsində göstərilən müddətdə, yəni 10.07.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 624 saylı, 12.07.2021-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs sağ göz ətrafının və sol çiyin qurşağından sol bazuya qədər uzanan qançırlar küt əşyanın təsirindən törənmişdir. Qərarı təsviri hissəsində göstərilən müddətdə, yəni 10.07.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19/618 saylı, 07.08.2021-ci il tarixli rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətin sol gicgah nahiyəsinin kəsilmiş yarası-xarakterini və yerləşmə yerini, eləcədə qərarın təsviri hissəsində göstərilən dəmir tutacağın tin hissəsinin xarakterini nəzərə alıb göstərmək olarkı, həmin xəsarət göstərilən dəmir tutacağın tin hissəsinə dəyməsi nəticəsində törənməsi inkar olunmur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında 4 növ cəza yəni cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan islah işləri növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətinə əsasən Təqsirləndirilən şəxs 23.02.2008-ci il təvəllüdlü X10 və 20.08.2001-ci il təvəllüdlü X6 adlı uşağı vardır. İş materiallarına əsasən zərərçəkən şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və qarşılıqlı tələbi yoxdur, ona dəyən ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır.. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, evli olmasını, uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs 11.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 13.07.2021-ci il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11.07.2021-ci il tarixdən hesablanmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri “ev dustağlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bununla da, o, hazırkı vaxtadək 03 ay 11 gün həbsdə və ev dustağlığında olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il (bir il) müddətinə islah işləri cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 11 günlük müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs islah işləri cəzasını faktiki çəkmiş hesab edilsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin, “ev dustağlığı” qətimkan tədbirinin tətbiqi ilə bağlı görülmüş bütün tədbirlər dərhal ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-370/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-370/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver