Məhkəmə qərarları › İş №1(004)-370/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-370/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-370/2025 09.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,335 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:10-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanda saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirilmiş və orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 0,335 qram çəkidə kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında şəxsi istifadəsi üçün “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 01 büküm psixotrop maddə olan metamfetamini 20 manata almış və üzərində istifadə etmək üçün saxlamışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən Melisa parkın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə PŞ-nə gətmişdir. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarının cibində olan şəffaf sellofana bükülmüş vəziyyətdə olan psixotrop maddə olan “metamfetamini” polis əməkdaşlarına könüllü olaraq təqdim etmiş və həmin maddə götürülmüşdür. O, üzərində olan maddənin psixotrop maddə “metamfetamin” olmasını, özünə məxsus olmasını və özü qəbul etmək üçün əldə etdiyini bildirmişdir. Törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olduğunu, azyaşlı övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 29-cu polis şöbəsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Yasamal RPİ-nin 29cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 onun iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi dair qərar qəbul etmişdir. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq onlar, yəni o və onunla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabı prospekti 89 ünvanının qarşısına yollanmışlar. Həmin ünvanda saat 22:10-da həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Yasamal RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasındakı xidməti otaqların birində Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elçin İsgəndərov tərəfindən müdafiəçi təyin edilmişdir. Onun, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, şəxsi axtarış keçirməsi üçün dəvət edilmiş Yasamal RPİnin PPXB-nin polis nəfəri polis serjantı Şahid3, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elçin İsgəndərovun və müdafiəçinin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisindən açıq şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükülünün içərisində olan maddənin şüşə (psixotrop maddə olan metamfetamin) olduğunu, bu maddəni xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra qadın əməkdaş Şahid3 tərəfindən həmin şəxsin geyindiyi şalvarının ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ayaqqabıları çıxarılaraq baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. xx.xx.2025-cı il tarixdə saat 22:10-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabı prospekti 89-da Melisa parkın giriş hissəsinin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükülü, psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən İphone 12 pro max markalı mavi rəngli içərisində ***-***-**-** mobil nömrəsi olan telefonunu təqdim etmişdir. Şahidlər Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 və Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Yasamal RPİ-nin 29-cu PŞ-yə dəvət edilmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin xidməti otaqlarının birində onun, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2, Müdafiəçi1 və təhqiqatçı Elçin İsgəndərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin şəxsə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisindən açıq şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükülünün içərisində olan maddənin şüşə (psixotrop maddə olan metamfetamin) olduğunu, bu maddəni xx.xx.2025-cı il tarixdə saat 14:00 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bır nəfər şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra onun tərəfindən Təqsirləndirilən şəxs geyindiyi şalvarının ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra ayaqqabıları çıxarılaraq baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə saat 22:10-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 89-da Melisa parkın giriş hissəsinin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükülü, psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən İphone 12 pro max markalı mavi rəngli içərisində ***-***-**-** mobil nömrəsi olan telefonunu təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində psixotrop maddələrin və narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükülünü təqdim etdi. Həmin bükülü açıldıqda içərisindən açıq şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükülünün içərisində olan maddə şüşə (psixotrop maddə olan metamfetamin) olduğunu, bu maddəni xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 22:10-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 89-da Melisa parkın giriş hissəsinin qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofana bükülmüş bükülü, psixotrop maddə olan metamfetaminə bənzər maddə olan, bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən İphone 12 pro max markalı mavi rəngli içərisində ***-***-**-** mobil nömrəsi olan telefonunu təqdim etdi. Bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi (i.v. 29-30). “Könüllü təqdim olunan əşyaların götürülməsi və baxış keçirilməsi haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X2, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Yasamal RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 85, 236.1-cı maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu icraatında olan material ilə əlaqədar olaraq xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, heç bir yerdə işləməyən, ünvan 6 ünvanında qeydiyyatda olan və Yasamal rayonu, H.B.ünvan 7ədə yaşayan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, bu gün Təqsirləndirilən şəxs üzərinə baxış və götürmə istintaq hərəkəti aparılan zaman sonuncu könüllü olaraq üzərində olan “İphone 12 pro max” markalı içərisində ***-***-**-** nömrəsi olan mobil telefonunu təhqiqat orqanına könüllü təhvil vermək istədiyini bildirib təqdim etdi. Təqdim olunan mobil telefona baxış keçirilən zaman yararlı halda olması müəyyən edildi (i.v. 32). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizasının 05 mart 2025-ci il tarixli, 6/967 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..4. Təqsirləndirilən şəxs (imza)...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,335 qram olan ağ rəngli, kristalşəkilli maddə psixotrop maddə metamfetamindir (i.v. 36-40). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 mart 2025-ci il tarixli, 1295 nömrəli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır ( i.v. 77-78). “Mobil telefona baxış keçirilməsi haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis idarəsinin istintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mahmud Sarıvəlli, Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd “iphone 12 Pro Max” markalı mobil telefona baxış keçirmiş, mobil telefona baxış keçirildikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə sübut əhəmiyyətli hər hansı bir material aşkar edilməmişdir (i.v. 91). Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Mahmud Sarıvəllinın xidməti otağında ona məxsus götürülmüş 01 ədəd “İphone 12 Pro Max” markalı mobil telefonu işlək vəziyyətdə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Mahmud Sarıvəllidən əlbəəl təhvil almışdır (i.v. 92). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 06 may 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal Rayon RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 icraatında Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında, 307 nömrəli xidmət otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Yasamal RPİ-nin 29-cu PŞ-dən daxıl olmuş, DVD-R formatındakı disk məlumatlarına baxış keçirmiş, baxış zamanı DVD-R diskdə olan məlumatlara “HP” markalı kompyuterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı məlum olmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 04 mart 2025-ci ıl tarixdə qeydə alınmışdır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 29-cu PŞ-nin xidməti otağıdır. Videogörüntüdən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Elçin İsgəndərovun qarşısında masa arxasında əyləşmiş şəxs, “Mərkəz” Vəkil Bürosunun müdafiəçisi Müdafiəçi1dur. Xidməti otaqda ayaq üstə dayanmış şəxslər isə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs, digər qadın Yasamal RPİ- nin PPXB-nin polis nəfəri Şahid3 və digər iki nəfər Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşlarıdır. Çəkilişin davamında təhqiqatçı Elçin İsgəndərov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrim izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman həmin şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükülünü təqdim edir. Həmin büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilir. Təqsirləndirilən şəxs şəffaf sellofan bükümdə olan maddəni metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, bu maddəni 04 mart 2025-ci il tarixdə saat 14:00 radələrındə “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını, sonradan istifadə etmək üçün üzərində saxlayaraq daşıdığını bildirir. Vətəndaş Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, 01 (bir) ədəd şəffaf sellofana bükülmüş maddə boş zərf götürülərək, zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq qablaşdırılır, DİN-in 169 nömrəli möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır. Daha sonra əynində olan paltarlara baxış keçirilir və hər hansı qeyri-qanuni əşya aşkar olunmur (i.v. 93). “Sübutların qiymətləndirilməsi haqqında” 19 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işi başlanılmasının rədd edilməsi və Təqsirləndirilən şəxs həmin hissədə təqsirsizliyini təsdiq edən sənədlərin surətinin çıxarılaraq ibtidai araşadırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdəki maddə, təmiz çəkisi 0,335 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminın 0,285 qram qalığı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaq materialları ilə tanış edildikdən sonra saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 0,335 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktını özündə əks etdirən 01 ədəd DVD diskin sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən materialın ayrılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Yasamal RPİ-nin 29-cu PŞ-yə göndərilməsi, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini təqdim etməsinin könüllü təqdim etmə kimi qəbul edilməməsi, iş üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokol, şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd diskin və digər istintaq sənədlərinin iş üzrə sübut növü kimi qəbul olunmaqla ********* nömrəli cinayət işinə əlavə edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 95-103). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata götürülmüş, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə, saat 22:10-dan tutulmuş hesab edilmişdir (i.v. 19). “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 48). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir (i.v. 50). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 53). “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Mahmud Sarıvəllinin 06 mart 2025-ci il tarixli vəsatətinin müdafiəsindən imtina edilməsi və Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 69-71). “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, ali təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 192A blok 10 mənzil 1 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (i.v. 72-73). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 84). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin qadın olması və onun himayəsində olan ailə vəziyyəti, sosial-məişət şərtləri nəzərə alınmaqla, cəzanın təyinində daha humanist yanaşmanın tətbiq olunmasını məqsədəuyğun hesab edir. Habelə, iş üzrə müəyyən olunmuş psixotrop maddənin miqdarının az olması, cinayət nəticəsində cəmiyyət üçün real və böyük təhlükə yaranmaması da nəzərə alınmalıdır. Qeyd olunan hallar məhkəməyə əsas verir ki, Təqsirləndirilən şəxs islah olunmasının cəmiyyətdən təcrid edilmədən də mümkün olduğu qənaətinə gəlsin. Buna görə də, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəuyğun hesab edilmir və ona azadlığın məhdudlaşdırılması cəzasının verilməsi daha ədalətli və zəruri vasitə kimi qiymətləndirilir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetaminin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “04 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş psixotrop maddə olan 0,285 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar