Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-371/2024 19.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 28 dekabr 2023-cü il tarixdə saat 01:00 radələrində Bakı şəhəri Yasamal rayonu Azərbaycan Dram Teatrının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan Ağa adlı şəxsdən 18 manata satış məqsədi olmadan 04 ədəd bükümdə xeyli miqdarda ayrı ayrılıqda təmiz çəkiləri 0,107 qram, 0,086 qram, 0,034 qram və 0,025 qram olmaqla ümumi təmiz çəkisi 0,252 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 01:38-də Yasamal RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki qara rəngli parça materialından olan cins şalvarın sağ yan cibindən 04 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,107 qram, 0,086 qram, 0,034 qram və 0,025 qram olmaqla ümumi təmiz çəkisi 0,252 qram təşkil edən qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda yaşayır.Mütəmadi olaraq narkotik vasitə heroin istifadə edir. Həmin narkotik vasitəni o, müxtəlif şəxslərdən, alıb istifadə edir. 28 dekabr 2023-cü il tarixdə saat 01:00 radələrində o, Bakı şəhəri, Yasamal rayonu Azərbaycan Dram Teatrının yaxınlığında üzdən tanıdığı şəxsdən 18 manata 04 büküm narkotik vasitə heroin almış və üzərində saxlamışdır ki,istəyəndə istifadə etsin.Həmin gün,yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 01:30 radələrində o Yasamal rayonu, B.Səfəroğlu küçəsində “Təzə pir” məsçidinin yaxınlığında olan zaman Yasamal RPİ-nin PPXB-nin əməkdaşları ona yaxınlaşarkən o,özünü itirərək şübhəli hərəkətlər etməyə başladıqda polis əməkdaşları özlərini ona təqdim etdikdə o polislərə üzərində narkotik vasitə olduğunu bildirdikdən sonra polis əməkdaşları onu 26-cı PB-nə dəvət etmişlər.O polis əməkdaşları ilə razılaşdıqdan sonra onlarla birlikdə 26-cı PB-nə gəlmişdir.Polis bölməsində polis əməkdaşları tərəfindən ona hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq təqdim edilmiş və konfidensial görüş üçün şərait yaradıldıqdan sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi elan edildikdə o polis əməkdaşlarına etirazının olmamasını bildirmişdir. Daha sonra şəxsi axtarış keçirilən zaman təhqiqatçı tərəfindən ona üzərində hər hansı qanunsuz əşya olduğu halda təqdim etmək təklif olunduqda o, özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd kağız bükümün içərisində 4 ədəd ayrı ayrı bükümlərdə olan narkotik vasitə heroini masanın üzərinə qoymuşdur.Polis əməkdaşları ondan həmin bükümdəkinin nə olması və haradan əldə etməyi barədə verdiyi suallarına cavab olaraq bildirmişdir ki,həmin bükümlərdəkinin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 18 manata aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş maddə qablaşdırılmış və bu barədə protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, lakin, şəxsi istifadə edir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:58 radələrində Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində xidmət yoldaşı Şahid1 ilə birgə AP 685 çağırışlı avtopatrulda xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq özlərini ona təqdim edərək Yasamal RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar tərəfindən saxlanılan şəxsə şəxsiyyəti haqqında məlumat verməsini tələb etdikdə, həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar ondan üzərində hər hansı bir qeyri-qanuni maddənin olmasını soruşduqda,həmin şəxs üzərində narkotik maddə olduğunu bildirmişdir. Onlar həmin şəxsə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs kimi özünü onlara təqdim edən şəxs buna etiraz etməyib onlarla birlikdə 26-cı PB-nin inzbati binasına gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təhqiqatçı tərəfindən təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sağ yan cibində saxladığı bir ədəd kağız bükümün içərisində 4 ədəd ayrı ayrı bükümlərdə olan narkotik vasitə heroini masanın üzərinə qoyaraq təqdim etmiş, həmin bükümlər şübhəli şəxsin iştirakı ilə təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində aşkar edilmiş maddələr narkotik vasitə heroindir. Həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan Dram tetrının yanında üzdən tanıdığı Ağa adlı adlı şəxsdən 18 manata alaraq üzərində gəzdirmişdir. Həmin gün saat 01:30 radələrində Yasamal rayonu «Təzə pir» məsçidinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq 26-cı PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs götürülmüş bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 173 saylı möhürü ilə möhürlənmiş, baxışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü Təqsirləndirilən şəxs və baxış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Bu barədə protokol tərtib edildikdən sonra şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “CD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik maddə satması barədə heç bir məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində olan eyni xüsusatları qeyd etmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan 28 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:30da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 62-69-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 70-72-ci vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 103-105-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6575 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 170» dairəvi möhür əksi «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş» yazısı və imzalar olan zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,107 qram, 0,086 qram, 0,034 qram, 0,025 qram, ümumi təmiz çəkisi 0,252 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə görə və kimyəvi kompanent tərkibinə görə eyni olub,kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahsına (Siyahı İ) daxildir. (Qeyd:Heroinin təmiz çəkisi 0,252 qram,tədqiqata sərf edilmiş 0,04 qram, qalıq-0,212 qram qalmışdır.) Cinayət işinin 33-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 140-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/324 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd «Samsung Galaxy A 13» markalı arxa məlumat lövhəsinə görə «SM-A135F/DSN» modelli «3549xx/xx/003224/4» imei kodlu mobil smartfon işlək vəziyyətdədir. Təqdim edilmiş «Samsung Galaxy A 13» markalı arxa məlumat lövhəsinə görə «SM-A135F/DSN» modelli mobil smartfon istifadəçi tərəfindən tətbiq edilmiş «Qrafik» açar ilə mühafizə olunan ekran kilidini keçmək üçün mobil cihazın kriminalistik tədqiqatında istifadə edilən «7.68.0.809 versiyalı UFED 4PC» adlı proqram təminatında mobil smartfonun model üçün yaddaşında olan məlumatları silmədən ekran kilidinin sıfırlanmasına dair texniki imkanın olmaması müəyyən edilmişdir. Tədqiq olunan «Samsung Galaxy A 13» markalı arxa məlumat lövhəsinə görə «SM-A135F/DSN» modelli mobil smartfonun əsas menyusuna sərbəst girişi məhdudlaşdıran ekran kilidini keçmək olmadığından və mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Cinayət işinin 141-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Cinayət işinin 145-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 2982 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 972 saylı Sərəncamına əsasən əhv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin 151-162-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 07 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd DVD modelli disk, aşkar edilərək götürülmüş 04 ədəd bükümdə təmiz çəkisi 0,252 qram olan narkotik vasitə heroin və bir ədəd «Samsung Galaxy A 13» markalı, «SM-A135F/DSN» modelli mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və kimyəvi ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,212 qram narkotik vasitə heroin, bir ədəd «Samsung Galaxy A 13» markalı, «SM- A135F/DSN» modelli mobil telefon saxlanması üçün Yasamal RPİ-in maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, bir ədəd DVD modelli disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə saat 03:00-da Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında Yasamal RPİ-nin təhqiqatçısı,polis mayoru Pərvin Cəfərov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona üzərində olan əşyaları könüllü təqdim etmək təklif olundu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça materialından olan cins şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümünü və bir ədəd Samsunq markalı mobil telefonu təqdim etdi. Həmin ağ rəngli kağız büküm açıldıqda, içərisində 4 ədəd büküm aşkar olundu. Həmin bükümlərdən 1 ədədi şəffaf rəngli sellofan, 3 ədədi isə qırmızı rəngli kağız bükümlər idi. Şəffaf rəngli sellofan bükümdən başqa digər 3 ədəd qırmızı rəngli kağız bükümlər növbə ilə açılaraq içərisinə baxıldıqda, içərisindən kəskin spesifik iyə məxsus qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar kütlələr aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərindən aşkar olunmuş kütlələr "kakos"dur. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən çıxmış narkotik vasitəni 28 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri,Yasamal rayonu, Azərbaycan Dram Teatrının yanında Ağa adlı şəxsdən 18 manat məbləğində pul ödəyərək aldığını, polis əməkdaşlarının onu Təzəpir məscidinin yaxınlığında 01:30 radələrində saxladıqlarını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq baxış keçirildi, vətəndaşın üzərindən heç bir predmet və ya əşya aşkar olunmadı.Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürüldü. Eyni zamanda Samsunq markalı mobil telefon da cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən götürüldü.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ayağındakı ayaqqabısına baxış keçirildi və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü Leyla adlı 1 azyaşlı övladının olmasını və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 28 dekabr 2023-cü il tarixdən (saat 02:30) - 29 dekabr 2023-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 19 mart 2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2982 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,212 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə digər maddi sübut «Samsung Galaxy A 13» markalı, «SM-A135F/DSN» modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilməlidir və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 194 (bir yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdən (saat 02:30) - 29 dekabr 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 05 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalmış 0,212 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Digər maddi sübut olan 01 (bir) ədəd «Samsung Galaxy A 13» markalı, «SM- A135F/DSN» modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi - 194 (bir yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-371/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-371/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver