Məhkəmə qərarları › İş №1(004)-373/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-373/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-373/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:42 dəqiqədə xx.xx.2023-cü il tarixli etibarnamə əsasında idarə etdiyi Şahid məxsus qara rəngli “Hyundaı Matrix” markalı **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ilə “Qələbə dairəsi” istiqamətində 50-60 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin tələblərini pozaraq, qarşı tərəfdə yolu sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə qaçaraq keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol baldır sümüklərinin çoxqəlpəli qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən xəsarətlər alıb sağlamlığına az ağır zərər vurmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırda CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Haqisə baş verən ərəfələrdə o “City Net” internet provayder şirkətində texnik işləmiş və işdən sonra Şahid icarə müqaviləsi əsasında götürdüyü “Hyundaı Matrix” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə də məşğul olurmuş. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti ilə “Qələbə dairəsi” istiqamətində 70-75 km/saat sürətlə hərəkət edirmiş. “Qələbə dairəsi”nə yaxınlaşan zaman işıqfora 20-40 metr məsafə qalmış işıqforun sarı işığı yanmadan qırmızı işığa keçməyini görmüşdür. Həmin vaxt piyada hərəkəti üçün nəzərdə tutulmamış yerdən yolu keçən Zərərçəkmiş şəxs görmüş və dərhal ayağı ilə avtomobilin əyləcinə basaraq avtomobili saxlamağa çalişmişdır. Lakin nə qədər avtomobili saxlamaq istəsə də, idarəetməni itirərək işıqfora çatdıqdan sonra yolun sol kənarında olan səkiyə dəyib sonra isə Zərərçəkmiş şəxs dəymişdir. O, dərhal avtomobildən yerə düşmüşdür. Bundan sonra həmin vurduğu şəxsə yaxınlaşmış və yolda tanımadığı taksi ilə həmin şəxsi “20 yanvar” metro stansiyasının yaxınlığında yerləşən Respublika Xəstəxanasına aparmışdır. Xəstəxanada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs sol ayağının sınmışdır. Bundan sonra xəstəxanada olan zaman Ramil ilə onun arasında mübahisə olmuşdur. O hesab edir ki, o hadisənin qarşısını almağa mümkün qədər çalişmiş və hazırki hadisədə onun təqsiri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində evdən çıxaraq işə tərəf piyada gedirmiş. Bakı şəhəri, Yasamal rayonu, “Qələbə” dairəsinin yaxınlığında “Baku Mall” ticarət mərkəzinin qarşısına çatdıqdan sonra yolu H.Zərdabi küçəsi tərəfdən işıqforun yanından keçmək istəmişdir. O, yolu keçən zaman sol tərəfinə baxmış və yolun boş olduğunu görmüşdür. O yolu keçən zaman bir avtomobilin sürətlə gəldiyini görüb qaçmağa başlamış, lakin həmin avtomobil səkiyə dəydikdən sonra onu sol ayağından vurmuşdur. O, həmin zərbədən sonra yerə yıxılmışdır. Həmin vaxt huşunu itirdiyi üçün sonra baş verənləri xatırlamadığını bildirmişdir. Sonradan o, xəstəxanada ayılmışdır. Həkimlər onu avtomobil vurduğunu deyərək müalicə olunduğunu bildirmişlər. Yekun olaraq o Təqsirləndirilən şəxs ona dəymiş ziyanın əvəzi olaraq 3000 manat məbləğində vəsaitin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Hyundai Matrix” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsi əsasında Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ona məxsus avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ilə “Qələbə dairəsi” istiqamətində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs adlı piyadanı yolu keçərkən vurması barədə məlumat almışdır. Avtomobilinə dəymiş maddi ziyanla bağlı heç bir şikayəti və tələbi olmadığını bir daha bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 14 mart 2023-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ərazisində “Qələbə dairəsi” istiqamətində baş vermiş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundaı Matrix” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib yolun sol kənarında olan səkiyə dəyərək yol ayrıcında piyadanı vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. (i.v. 8-12) Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 07 mart 2023-cü il tarixli ƏN-Vİ № 466991 etibarnamədən görünür ki, X4 “Hyundai Matrix” minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixədək idarə etmək üçün etibar etmişdir. (i.v. 14, 115) xx.xx.2017-ci il tarixli AD seriyalı 132557 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 “BC” kateqoriyalı sürücüdür. (i.v. 15) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 8/806 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundaı Matrix markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 31-34) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 19 aprel 2023-cü il tarixli 409 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol baldır sümüklərinin çoxqəlpəli qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsi onun müalicəsi tam qurtardıqdan sonra şəxsin özünün təkrari məhkəmə-tibbi müayinəsindən sonra təyin ediləcəkdir. (i.v. 38-40) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 17 may 2023-cü il tarixli 18/409 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol baldır sümüklərinin çoxqəlpəli qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. (i.v. 58- 61) “Diskə baxış keçirilməsi haqqında” 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 22:42 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ilə “Qələbə dairəsi” istiqamətində hərəkətdə olan qara rəngli “Hyundaı Matrix” markalı avtomobilin işıqfora çatmamış “Baku Mall” Ticarət Mərkəzinin qarşısında yolu sağ hərəkət hissəsindən sol hərəkət hissəsinə qaçaraq keçmək istəyən piyadanı səkiyə dəyərək qabaq hissəsi ilə vurması, piyadanın aldığı zərbədən yerə dəyməsi, avtomobilin isə işıqfordan qabaqda yolun ortasında yanakı “Baku Mall” Ticarət Mərkəzinin qarşısına doğru dayanması müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə hadisəni törədən “Hyundaı Matrix” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili o, özü idarə etdiyini və hadisəni ehtiyatsızlıqdan törətdiyini bildirmişdir. (i.v. 109-110) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 14 iyun 2023-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nə bilavasitə tabe olan İmtahan Qeydiyyat İdarəsinin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə “BC” kateqoriyalı AD 132557 nömrəli sürücülük vəsiqəsi verilmiş və bu günədək sürücülük hüququ məhdudlaşdırılmamışdır. (i.v. 118) “Sübutların qiymətləndirilməsi barədə” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin predmeti olmuş Təqsirləndirilən şəxs idarə etdiyi Şahid məxsus qara rəngli “Hyundai Matrix” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil və DİN-in X3 Xidmətindən daxil olmuş hadisənin görüntüsünün köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. “Hyundai Matrix” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid saxlanılmış, bir ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 119-123) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə yoxlamaya dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (i.v. 41- 42) “Axtarışda olan şəxsin tutulması barədə” 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:45-də saxlanılmışdır. (i.v. 74) “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 104-105) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(007)-387/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaq aparılan cinayətişi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, “Hyundai Matrix” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 85 (səksən beş) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla hesab edirki ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, hazırda CM-nın 234.2-ci maddəsi ilə təqsinləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan təqdirinin seçilməsini nəzərə alaraq, hazırki iş üzrə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi vaxtdan, yəni 19 sentyabr 2023-cü il tarixdən hesablanmalı, 02 iyun 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək tutulduğu iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 iyun 2023-cü il tarixdən 03 iyun 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Matrix” markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar