Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-373/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X4, müdafiəçi – Bakı şəhəri Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən xeyli miqdarda 01 ədəd üzərində “Winston” yazısı olan siqaret qutusunda təmiz çəkisi 16,15 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 16:45-də ünvan 3 ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq həmin Polis Şöbəsinə aparılmış və orada üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərində “Winston” yazısı olan siqaret qutusunda təmiz çəkisi 16,15 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdə 20 manat pul itmiş, anası pulun onun tərəfindən götürüldüyünü bildirmişdir. Həmin vaxt o, mətbəxdə yatmış, anasının sözlərindən hirslənib gəlib anasını söyərək boğazından tutaraq silkələmişdir. Qonşuları Vəfa adlı xanım həmin vaxt onların yaşadıqları mənzildə olmuşdur. Vəfa adlı qonşuları ona anasına qarşı zorakılıq hərəkətləri etməməsini, əks təqdirdə polisə zəng edəcəyini bildirmişdir. Bundan sonra anası çölə çıxaraq polisə zəng etmişdir. O isə mətbəxdə həmişə yatdığı yerdə uzanmış, bir müddət keçdikdən sonra gözünü açanda başının üzərində əvvəllər tanıdığı polis əməkdaşı Turalı görmüş və həmin vaxt orada Turaldan əlavə bir polis geyimli, digəri isə mülki geyimli polis əməkdaşı olmuşdur. Polis əməkdaşı Tural ondan tez əynini geyinməyini və onlarla 29-cu PŞ-nə getməyini tələb etmiş, bölməyə gətirildikdən sonra Tural onu döyməklə hədələyərək - “sənin başına gör nə oyun açacağam” sözlərini söyləmiş, bundan sonra onu bölmənin kamerasına salmışlar. Sonra isə sahə müvəkkili Həsən müəllim gələrək ona -“səni aparıb döyüb meyidinə qoyacaqlar” sözlərini söyləmiş, bundan sonra polis əməkdaşları onu başa salmışlar ki, “bu qutunu cibinə qoy çəkiliş aparacayıq”. Bundan sonra 3-4 dəfə çəkiliş etmişlər. O, ağlayaraq orada anasının qarşısında diz çöküb “ana etmə belə, bunların əlinə düşdümsə məndən əl çəkməyəcəklər” demişdir. Anası isə onun yalvarışlarına məhəl qoymayaraq onun adlı övladı olmadığını söyləmişdir. Sonra isə Rasim adlı polis əməkdaşı Turalı öyrədərək başa salmışdır və bir ağbaş vəkili dəvət edərək ona 30 azn vermiş, orada cinayət məcəlləsi kitabını açaraq pıçıldaşmışlar ki, “elə edək buna iş düşsün”. Vəkil isə kitaba baxaraq nəsə oxumuşdur və həmin gündən sonra vəkili bir daha görməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan “kakos” istifadəçisi olduğunu, əvvəllər həftədə bir-iki dəfə istifadə etdiyini, lakin bölməyə aparılarkən üzərində heç bir narkotik vasitə olmadığını, yaşadığı evə daxil olub onu apardıqlarını, bölməyə post-patrul maşını ilə getdiklərini, bölmədə ona psixoloji təsir göstərilsə də, ancaq döyülmədiyini, lakin dediklərini etməyəcəyi təqdirdə polislərin dəyənəklə onu döyəcəklərini, həmin vəziyyətdə onun qarşısına bir kisə narkotik maddə qoysalar o ittihamı da qorxudan qəbul edəcəyini, hazırki ifadəsinin isitaqa verdiyi ifadədən kəskin fərqləndiyini və nə üçün istintaqa başqa cür ifadə verməsi sualına cavab olaraq isə istintaqdakı ifadəsini hədə-qorxu, təsir altında imzası ilə təsdiq etdiyini, həmin ifadədəki sözlərin onun tərəfindən deyil, polis tərəfindən yazıldığını, onun isə sadəcə ora imza atdığını, onun harada saxlanıldığını və saxlanılandan nə qədər müddət sonra üzərinə baxış keçirilməsi ilə bağlı suala cavab olaraq yaşadığı mənzilin mətbəxindən polis bölməsinə aparıldığını, bunu həmin ərazidə yaşayan və həmin vaxt evdə olan qonşuları Vəfa adlı xanımın gördüyünü, həmçinin bütün qonşularının, anasının, bacısı oğlunun öz ifadəsi ilə bunu təsdiq edə biləcəyini söyləmiş və onun üzərində “Şəxsi axtarış və götürmə“ istintaq hərəkətinin bir müddət sonra keçirildiyini və həmin hərəkətlərin bir neçə dəfə təkrarlandığını, “Yatdığım yerdə üstümdə 12 qram marixuana neynir, mən heroin istifadəçisiyəm, marixuananı neynirəm, mənim o qədər pulum hardandı marixuana alım,?!” deyə bildirmişdir. Bütün sənədləri oxumadan imzaladığını, ona kompüter vasitəsi ilə yazılmış ifadələrini imzalayarkən hər hansı qeyd yazmağa şərait yaradılmadığını, psixoloji təzyiqlərə dözmədiyindən verilmiş bütün sənədləri imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, həmin günü növbədə olmuş, 102 “Çağrı mərkəzi”ndən gəlmiş məlumat üzrə növbədə olan əməliyyatçılardan biri Şahid1 Zülfiqar oğlu və digər əməkdaş ilə verilmiş məlumatda göstərilən ünvana yollanmışlar. Məlumata əsasən Təqsirləndirilən şəxs anasına xəsarət yetirmiş, anasını boğmaq istəmişdir. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan Yasamal rayonu “ətçilər” deyilən yerin yaxınlığındakı yataqxanadır. Onlar ora gəldiyi zaman Təqsirləndirilən şəxs evdə olmuş, polis əməkdaşlarını görən zaman o anası ilə dalaşdığını bildirmişdir. Anası onları görən zaman onlara bildirmişdir ki, oğlu Ramin onu öldürmək istəyir. Onlar da bu səbəbdən Təqsirləndirilən şəxs evdən saxlayaraq 29-cu PŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs anasının şikayəti üzrə həmin gün növbədə olan əməliyyat qrupu ilə hadisə yerinə getmiş, orada Təqsirləndirilən şəxs anası onlara bildirmişdir ki, Ramin evdən 20 azn pul oğurlamış və ona xəsarətlər yetirmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı mənzildə mətbəxdə saxlayaraq Polis Şöbəsinə dəvət etmişlər. O, Təqsirləndirilən şəxs yaşadığı mənzildən Polis Şöbəsinə 5-7 dəqiqəlik yol olduğunu, əməliyyat tədbiri əsasında deyil, şikayət olduğu üçün getdiklərini bildirmişdir. Müdafiəçi tərəfindən “başqa işlə qarışıq salmırsız?” deyə Şahid2 ünvanlanmış suala cavab olaraq o, heç bir işlə qarışıq salmadığını demiş və bundan əlavə həmin anı təsvir edərək bildirmişdir ki, “binaya girib yuxarı qalxdıq, 2-ci mərtəbədə sağa döndük evə daxil olanda evdə dava gedirdi. Həmin vaxt evdə Ramin, onun anası, başqa bir xanım və arıq, hündür uşaq da var idi”. Həmçinin evə girən kimi stolun olduğunu, evdə yəmək bişirildiyini də bildirmişdir. Ramini bölməyə gətirərkən həmçinin anası da onlarla birlikdə 29-cu Polis Şöbəsinə gəlmişdir. Raminin anası növbətçi hissəyə məxsus “fiat doblo” markalı avto-patrulda arxa oturacaqda əyləşmiş, Ramin isə “varanok”a, yəni polis avtomobilinin arxa hissəsində saxlanılan şəxslərin daşınması yerinə salınmışdır. Şahid2 hadisənin vaxtını və hadisə baş verən evin yerini indi də dəqiq xatırladığını, lazım gələrsə gedib evlərini göstərə biləcəyini bildirmişdir. Həmçinin həmin gün növbədə olan əməliyyat qrup üzvləri olduğunu, yəni onların da baş əməliyyat müvəkkili, təhqiqatçı və sahə rəisindən ibarət olduğunu qeyd etmiş, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilənədək “102 xidməti”nə verilmiş başqa çağırışa getdiyini və gəldikdən sonra isə video çəkiliş edildiyini, həmin vaxt ərzində Təqsirləndirilən şəxs Turalın otağında saxlanıldığını bildirmişdir. Şahid2 yalan danışmadığını, Təqsirləndirilən şəxs onun yaşadığı mənzildə saxlanılaraq Şöbəyə gətirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid3 ifadəsində bildirmişdir ki, mart ayında evlərindən nəvəsinin 20 manat pulu itmişdir. O da Ramindən pulun onun tərəfindən götürüldüyünü soruşduqda Təqsirləndirilən şəxs bunu təkzib etmiş, o isə öz növbəsində pulun yenə də Təqsirləndirilən şəxs tərəfindən götürüldüyünü israr etdikdə bunun üstündə biraz aralarında mübahisə yaranmış, həmin zaman Ramin ona əl qaldırmış, əli ilə onun boğazından tutaraq sıxmışdır. O, bundan əsəbləşib 102 xidmətinə zəng edib oğlunu şikayət etmişdir. Polislər gələn zaman Təqsirləndirilən şəxs evdə uzanmış, polislər Ramini evdən, yəni mətbəxdən gəlib aparmış və sonra eşitmişdir ki, guya oğlunun cibində narkotik vasitə olmuşdur. O qeyd etmişdir ki, polislər deyirlər ki, onu yolda saxlayıblar fakt isə odur ki, onlar Ramini gəlib evdən aparıblar. Bu anı bütün qonşular da görmüşlər. Onlar Ramini 29-cu Şöbəyə aparan zaman o da polislərlə birlikdə Polis Şöbəsinə getmişdir. O, Polis Şöbəsində polisə evindən oğurluq edilməsi ilə bağlı şikayət vermiş, orada bununla bağlı ondan izahat almışlar, sonra o, getmiş, Ramin isə orada qalmışdır. O, həmçinin ifadəsində oğlu Raminin narkotik vasitə istifadə etdiyini və polislərin evə gələn zaman 3 nəfər - ikisi polis geyimində, biri isə mülki paltarda olduğunu bildirmişdir. Həmçinin polislər gələn zaman evlərində Vəfa adlı qonşularının olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 Zülfiqar oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 05 mart 2024-cü il tarixdə o və Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü, yəni, 05 mart 2024-cü il tarixdə saat 16:45 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməyərək birlikdə qeyd etdiyi şöbəyə gəlmiş və şöbənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı bir qeyriqanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd üzərində «Winston” yazısı olan siqaret qutusunu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin qutunun içərisində olan “nəşə” kimi tanınan narkotik vasitə marixuanadır. Həmin narkotik vasitə marixuananı 05 mart 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 50 manat pulun qarşılığında alıb əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq ünvan 6 ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Verilən sualara cavab olaraq isə əməliyyat qeydiyyat işinin olmadığını və “tutulduğu yerdən polis şöbəsinə çatdırılması təxminen 5- 20 dəqiqə arası çəkərdi” deyə bildirmişdir. Növbəti məhkəmə iclasında şahid qismində təkrar dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 Zülfiqar oğlu ifadəsində Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə ərazidə xırda talamalar törətdiyini, həmçinin narkotik vasitə aludəçisi olduğunu, ailəsinin də onu narkotik vasitə istifadəçisi olduğuna görə bir neçə dəfə şikayət etdiyini, Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir fiziki, psixi təsir olmadığını, əməliyyat məlumatı əsasında tədbir keçirildiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı qərəz və düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində tutduqlarını, 102 məlumatı əsasında Təqsirləndirilən şəxs götürməyə getmədiklərini, əməliyyat zamanı Şahid2 onun yanında olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə çox yaxın qonşudur. Hadisə günü Şahid3 evlərindən 20 manat pulu itməsinə görə oğlu Ramin ilə söz-söhbəti olmuş və aralarında mübahisə baş vermişdir. Daha sonra isə Raminin anası DİN-in 102 xidmətinə Ramindən şikayət etmişdir. Şikayətdən sonra 3 nəfər şəxs evə daxil olaraq mətbəxə gedərək Ramini götürüb aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X5 hadisənin gününü dəqiq xatırlamadığını, evə daxil olan şəxslərdən 2-sinin mülki geyimdə, digərinin isə polis formasında olduğunu, Raminin anasının 102-yə şikayət etdikdən sonra polislərin gəldiyini, evə daxil olan şəxslərin özlərini təqdim etmədiyini və həmin şəxsləri əvvəllər görmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə PŞ-nin təhqiqatçısı polis mayoru Elnur Məmmədov tərəfindən şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya, maddə və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd üzərinə “Winston” sözləri yazılmış siqaret qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində “Marixuana” olduğunu, həmin kütləni 05 mart 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 50 manata alaraq şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd, üzərinə “Winston” sözləri yazılmış siqaret qutusunu açdıqda içərisində bitki mənşəli, ot şəkilli spesifik qoxuya malik kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 36-37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 06 mart 2024-cü il tarixli, 3-16-16/2-7/368 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “1. ....... Şübhəli şəxs Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd üzərində “Winston” yazısı olan siqaret qutusunda təmiz çəkisi – 16,15 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana bir obyekt olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün olmadı (i.v.44-45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 mart 2024-cü il tarixli, 1965 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.131-132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 28 mart 2024-cü il tarixli 807 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v.134-135). “Sübutların qiymətləndirilməsinə dair” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs ifadələrinin toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid qismində İsaqov X6 və Şahid2 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 13 oktyabr 2023- cü il tarixli 3-16-16/2-7/358 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin verdiyi 28 mart 2024-cü il tarixli 1965 nömrəli və Məhkəmə Ambulator Psixiatrik ekspertizasının 28 mart 2024-cü il tarixli 807 nömrəli nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 16,15 qram kustar üsulla hazrlanmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından qalıq qalmış 16,13 qr., kustar üsulla hazrlanmış narkotik vasitə qrudulmuş marixuananın məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı Şəhər Yasamal RPİ-in “X9 Kamerası”na təhvil verilməsi, iş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, iş üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qrudulmuş marixuananı könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CMnin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin tətbiq edilməməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı aldığı istintaqa məlum olmayan şəxsin şəxsiyyətini müəyyən etməkdən ötrü cinayət işindən material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsi, iş üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hakimi X3 xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilməsi məhkəmə baxışı zamanı nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməsinin nəzərə alınması qərara alınmışdır (i.v.138-143). Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olan 09 avqust 2024-cü il tarixli, 53-4/2- 1/203 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanında yaşayan Şahid3 xx.xx.2024-cü il tarixində DİN 102 xidməti-zəng mərkəzinə müraciət edərək, oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Lakin qeyd olunan tarixlərdə Şahid3 29-cu Polis Şöbəsinə ərizə ilə müraciəti daxil olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-286/2024 saylı, 06 mart 2024-cü il tarixli qərarı ilə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır, iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmişdir və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrıayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında 15 may 2024-cü il tarixli qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs anasının ona yaşadıqları mənzildə 20 manat pulun itdiyini, pulun onun tərəfindən götürüldüyünü bildirmişdir. Həmin vaxt o, mətbəxdə yatmış, anasının sözlərindən hirslənib gəlib anasını söymüş, boğazından tuturaq silkələmişdir. Qonşuları Vəfa adlı xanım həmin vaxt onların yaşadıqları mənzildə olmuşdur. Bundan sonra o qayıdaraq mətbəxdə uzanmış, bir müddət keçdikdən sonra gözünü açanda başının üzərində əvvəllər tanıdığı polis əməkdaşı Turalı görmüş və həmin vaxt orada Turaldan əlavə biri polis geyimində, digəri isə mülki geyimli polis əməkdaşı olmuşdur. Polis əməkdaşı Şahid1 ondan tez əynini geyinməyini və onlarla 29-cu PŞ-nə getməyini tələb etmiş, bölməyə gətirildikdən sonra Şahid1 onu döyməklə hədələyərək -“sənin başına gör nə oyun açacağam” sözlərini söyləmiş, bundan sonra onu bölmənin kamerasına salmışlar. Lakin bölməyə aparılarkən üzərində heç bir narkotik vasitə olmadığını, yaşadığı evə daxil olub onu apardıqlarını, bölməyə post-patrul maşını ilə getdiklərini, bölmədə ona psixoloji təsir göstərilsə də, döyülmədiyini, ancaq dediklərini etməyəcəyi təqdirdə polislərin dəyənəklə onu döyəcəklərini, həmin vəziyyətdə onun qarşısına bir kisə narkotik maddə qoysalar o ittihamı da qorxudan qəbul edəcəyini, hazırki ifadəsinin istintaqa verdiyi ifadədən kəskin fərqləndiyini və nə üçün istintaqa başqa cür ifadə verməsi sualına cavab olaraq isə istintaqdakı ifadəsini hədə-qorxu, təsir altında imzası ilə təsdiq etdiyini, həmin ifadədəki sözlərin onun tərəfindən deyil, polis tərəfindən yazıldığını, onun isə sadəcə ora imza atdığını, onun harada saxlanıldığını və saxlanılandan nə qədər müddət sonra üzərinə baxış keçirilməsi ilə bağlı suala cavab olaraq yaşadığı mənzilin mətbəxindən polis bölməsinə aparıldığını və “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin daha sonra keçirildiyini və həmin hərəkətlərin bir neçə dəfə təkrarlandığını, “Yatdığım yerdə üstümdə 12 qram marixuana neynir, mən heroin istifadəçisiyəm, marixuananı neynirəm, mənim o qədər pulum hardandı marixuana alım,?!” deyə bildirmişdir. O, bütün sənədləri oxumadan imzaladığını, ona kompüter vasitəsi ilə yazılmış ifadələrini imzalayarkən işin real hallarına uyğun fikir bildirməsinə şərait yaradılmadığını, psixoloji təzyiqlərə dözmədiyindən verilmiş bütün sənədləri imzaladığını bildirmişdir. Həmçinin, o qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən vəkil dəvət edilərək ona 30 azn verilmiş, orada cinayət məcəlləsi kitabını açaraq pıçıldaşmışlar ki, “elə edək buna iş düşsün”. Vəkil isə kitaba baxaraq nəsə oxumuşdur və həmin gündən sonra vəkili bir daha görməmişdir. Nəzərə alınsa ki, məhkəmə iclasında şahid Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadələrdən tamamilə başqa məzmunda ifadə verərək bildirmişdir ki, həmin gün növbədə olmuş, 102 “Çağrı mərkəzi”dən gəlmiş məlumat üzrə növbədə olan digər əməliyyatçılardan biri Şahid1 Zülfiqar oğlu ilə verilmiş məlumatda göstərilən ünvana yollanmışlar. Məlumata əsasən Təqsirləndirilən şəxs anasına xəsarət yetirmiş, anasını boğmaq istəmişdir. Onlar da bu səbəbdən Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxlayaraq növbətçi hissənin “fiat doblo” markalı avto-patrulu ilə 29-cu PŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs anasının şikayəti üzrə həmin gün növbədə olan əməliyyat qrupu ilə hadisə yerinə getmiş, orada Təqsirləndirilən şəxs anası onlara bildirmişdir ki, Ramin evdən 20 manat pul oğurlamış və ona xəsarətlər yetirmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəxində saxlayaraq Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs yaşadığı mənzildən Polis Şöbəsinə 5-7 dəqiqəlik yol olduğunu, əməliyyat tədbiri əsasında deyil, şikayət olduğu üçün getdiklərini bildirmişdir. Müdafiəçi tərəfindən “başqa işlə qarışıq salmırsız?” deyə Şahid2 ünvanlanmış suala cavab olaraq o, heç bir işlə qarışıq salmadığını demiş, bundan əlavə həmin anı təsvir edərək bildirmişdir ki, “binaya girib yuxarı qalxdıq, 2-ci mərtəbədə sağa döndük, evə daxil olanda evdə dava gedirdi. Həmin vaxt evdə Ramin, onun anası, bir başqa xanım və arıq, hündür uşaq da var idi”. Həmçinin evə girən kimi stolun olduğunu, evdə yəmək bişirildiyini, ibtidai istintaqda verdiyi ifadə müstəntiq tərəfindən yazıldığı üçün tam oxumadığını bildirmişdir. Hadisə baş verən evin yerini indi də dəqiq xatırladığını, lazım gələrsə gedib evlərini göstərə biləcəyini bildirmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilənədək “102 xidməti”nə verilmiş başqa çağırışa getdiyini və gəldikdən sonra isə video çəkiliş edildiyini, həmin vaxt ərzində Təqsirləndirilən şəxs Turalın otağında saxlanıldığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 Zülfiqar oğlu ifadəsində göstərmişdir ki, əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 05 mart 2024-cü il tarixdə o və Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, yəni 05 mart 2024-cü il tarixdə saat 16:45 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gəlməyə dəvət etmişlər. Verilən sualara cavab olaraq isə əməliyyat qeydiyyat işinin olmadığını və “tutulduğu yerdən polis şöbəsinə çatdırılması təxminen 5- 20 dəqiqə arası çəkərdi” deyə bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid3 ifadəsində bildirmişdir ki, evlərindən nəvəsinin 20 manat pulu itmişdir. O, isə öz növbəsində pulun yenə də Təqsirləndirilən şəxs tərəfindən götürüldüyünü israr etdikdə bunun üstündə biraz aralarında mübahisə yaranmış, həmin zaman Ramin ona əl qaldırmış, əli ilə onun boğazından tutaraq sıxmışdır. Şahid3 bundan əsəbləşib “102 xidməti”nə zəng edib oğlunu şikayət etmişdir. Polislər gələn zaman Təqsirləndirilən şəxs evin mətbəxində uzanmış, polislər Ramini evdən, yəni mətbəxdən gəlib aparmış və sonra eşitmişdir ki, guya oğlunun cibində narkotik vasitə olub. Polislər deyirlər ki, onu yolda saxlayıblar, fakt isə odur ki, onlar Ramini gəlib evdən aparıblar. Həmçinin, polislər gələn zaman evlərində Vəfa adlı qonşularının olduğunu bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qonşusu X5 ifadəsində bildirmişdir ki, hadisə günü Şahid3 yaşadığı mənzildə olmuş, Sədaqətin evlərindən 20 manat pulun itməsinə görə oğlu Ramin ilə aralarında mübahisə baş vermişdir. Daha sonra isə Raminin anası DİN-in 102 xidmətinə Ramindən şikayət etmişdir. Şikayətdən sonra 3 nəfər şəxs evə daxil olaraq mətbəxə gedərək Ramini götürüb aparmışlar. Raminin anasının 102-yə şikayət etdikdən sonra polislərin gəldiyini, evə daxil olan şəxslərin özlərini təqdim etmədiyini və həmin şəxsləri əvvəllər görmədiyini bildirmişdir. Müqayisəli təhlil edilən ittiham tərəfinin şahidi olan Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs, anası Şahid3 və qonşusu X2 verdikləri ifadələr bir-birini tamamlayaraq heç bir ziddiyyətli hal yaratmamış və təqsirləndirilən şəxsin anası tərəfindən “102 çağrı mərkəzinə” döyülməsi ilə bağlı məlumatı əsasında yaşadığı mənzildə saxlanılaraq üzərinə bir saat otuz dəqiqə sonra axtarış istintaq hərəkətinin keçirilməsi, sadəcə ona bölmədə göstərilənləri icra etməsinə və bununla da onun təzyiqlərə məruz qalmasına dair göstərdiyi xüsusatların real və inandırıcı olmasına dəlalət edir və Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 Zülfiqar oğlunun ifadəsinin isə mötəbər sübut olmasını şübhə altına alır. Göründüyü kimi, şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, Şahid3 və X2 məhkəmə istintaqı zamanı verdikləri ifadələr, müstəntiqin sübut qismində istinad etdiyi ifadələrindən tam başqa məzmunda olmaqla, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindəki önəmli xüsusatlarla uzlaşır ki, bu da yalnız təqsirləndirilən şəxsin deyil, şahidlərin ifadələrinin təhrif edilməsinin və formal olaraq yazılaraq iş materiallarına əlavə edilməsinin göstəricisidir. Belə ki, AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bununla yanaşı, iş materiallarında olan “Şübhəli şəxsin dindirilməsi”nə dair xx.xx.2024 -cü il tarixli və “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair xx.xx.2024-cü il tarixli protokollara münasibətdə isə məhkəmə qeyd edir ki, eyni məzmunlu (bir cümləsi belə fərqli yazılmayan) etirafedici ifadələri özündə əsk etdirən həmin protokollardakı ifadələr eynilik təşkil edərək komputer vasitəsi ilə yazılmaqla həmin sənədlərdə şübhəli və ya təqsirləndirilən şəxsin işin faktiki halları ilə bağlı fikirləri öz əksini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Bundan savayı, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbiri ilə bağlı qərarı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)- 286/2024 saylı, 06 mart 2024-cü il tarixli qərarı ilə qanuni hesab edilsə də, şahid qismində ifadə verən Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs, anası Şahid3 və qonşuları X2 ifadələri və xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Yasamal RPİ-nin 29cu PŞ-dən daxil olan məktub ilə Təqsirləndirilən şəxs Polis Şöbəsinə əməliyyat məlumatı əsasında aparılması təkzib olunur. Belə ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs, anası Şahid3 və qonşuları X2 ifadələrində göstərilən məlumatlar və xx.xx.2024-cü il tarixli Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olan həmin məktubda ünvan 7 ünvanında yaşayan Şahid3 Bala qızı xx.xx.2024-cü il tarixdə DİN-in “102 xidməti” zəng mərkəzinə müraciət edərək oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir ki, bu da göstərilən xüsusatın tam inandırıcı olduğuna və təxirə salınmaz əməliyyataxtarış tədbirlərinin nəticəsi olaraq təqsirləndirilən şəxsin yaşadığı ünvanın qarşısında əməliyyat məlumatı əsasında əməliyyat-müvəkkiləri tərəfindən saxlanılmasının inandırıcı olmadığını tam şəkildə təsdiq etmişdir. Həmçinin, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadədə Ramini mənzildə saxlayaraq növbətçi hissənin “fiat doblo” avto-patrulu ilə polis şöbəsinə apardıqlarını bildirməsi də özlüyündə əməliyyat-axtarış tədbirinin yox, “102 çağrı mərkəzinə” verilmiş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmələrini tam təsdiq etmişdir. Çünki, əməliyyat-axtarış tədbirləri gizli üsullarla, məxfi şəkildə həyata keçirilir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbiri keçirilsəydi, növbətçi hissəyə məxsus, üzərində polis yazıları olan “fiat doblo” markalı avto-patrulu ilə həmin tədbirin keçiriləcəyi yerə gedilməsi uyğun olmazdı. Həmçinin qeyd etmək lazımdır ki, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri soraqlaşma olmuş və həmin əməliyyat tədbirinin yoxlanılması məhkəmə predmetinə aid olmamaqla həmçinin, Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olan 09 avqust 2024-cü il tarixli, 53-4/2-1/203 nömrəli məktub ilə, eləcə də ittiham tərəfinin şahidi olan Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs, anası Şahid3 və qonşusu X2 verdikləri ifadələrlə təkzib edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri əsasında yaşadığı mənzilin qarşısında deyil, “102 çağrı mərkəzinə” edilmiş müraciət əsasında yaşadığı mənzilin mətbəxində saxlanılmışdır. O da qeyd etmək vacibdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 Zülfiqar oğlu ifadəsində əməliyyat qeydiyyat işinin olmadığını bildirmişdir. Göstərilən bu hallar hamısı tərtib edilmiş sənədlərin şablon formada, formal olaraq tərtib edilməsinə, müstəntiqin həyata keçirdikləri tədbirlərə və istintaq hərəkətlərinə, müvafiq sənədlərin tərtib edilməsi qaydasına dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə laqeyd münasibətinin göstəricisidir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparıldığından bu hal özü də Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən həmin protokolun sübut kimi qəbul edilməsini yolverilməz edir. Bundan savayı, hazırkı işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs 05 mart 2024cü il tarixdə saat 16:45-də saxlanılmış, üzərinə baxış isə təxminən 18:20-də keçirilməyə başlanmışdır ki, belə olan halda Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bir saat otuz dəqiqədən artıq vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaradır. Həmçinin, Yasamal RPİ-nin 29-cu PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadədə əməliyyat tədbiri əsasında deyil, şikayət olduğu üçün getdiklərini, Təqsirləndirilən şəxs yaşadığı mənzildən Polis Şöbəsinə 5-7 dəqiqəlik yol olduğunu, polis şöbəsinə çatdıqdan sonra “102 xidməti”nə verilmiş başqa çağırışa getdiyini, Təqsirləndirilən şəxs həmin vaxt ərzində Şahid1 otağında saxlanıldığını, çağırışdan gəldikdən sonra isə video çəkiliş edilərək Təqsirləndirilən şəxs üzərində axtarış keçirildiyini bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin üzərində narkotik vasitənin olması faktına əsaslı şübhə yaradır. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı isə hər hansı sübut iş materiallarında mövcud deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli qərarına əsasən nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Belə ki, CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 06 mart 2024-cü il tarixli, 3-16-16/2-7/368 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Məhkəmə-narkoloji ekspertizasının 28 mart 2024-cü il tarixli, 1965 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 28 mart 2024-cü il tarixli 807 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşməməsinin isə təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Məhkəmə prosesual qənaət prinsipini rəhbər tutmaqla və təqsirləndirilən şəxsin lüzumsuz yerə hüquqlarını pozmamaqla, süründürməçiliyə yol vermədən, araşdırmanı uzatmadan Təqsirləndirilən şəxs barəsində bəraət verilməklə hüquqlarının bərpa edilməsini məqsədə müvafiq hesab edir. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra həmin marixuananın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan marixuananın qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 16,15 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin marixuananın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 16,13 qram marixuananın araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 360 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-373/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-373/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver