Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-374/2022 05.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəs 5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 06 aprel 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Papanin” kimi tanınan yaşayış massivində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.635 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 06 aprel 2022-ci il tarixdə saat 13:00 dəqiqədə Yasamal RPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu.H.B.ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPl-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0.635 qram olan qəhvəyi rəngli tozşəkilli,kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, özünün şəxsi istifadəsi üçün “kokos" kımı tanınan narkotik vasitə heroin almışdır. Bundan əlavə məişət tullantıları atılan yerdən keçərkən məişət tullantıları üçün nəzərdə tutulmuş qutuların birinin içərisində açıq boz rəngli torbaya qoyulmuş əşya diqqətini çəkmiş, torbanın içərisində “Kalaşnikov" markalı avtomat olduğunu görüb götürmüşdür. Həmin avtomatı götürməkdə məqsədi narkotik vasitə ilə dəyişmək olmuşdur. Yasamal rayonu.H.B.ünvan 5 ünvanın qarşısında ona mülki geyimdə olan iki nəfər yaxınlaşmış, ona narkotik vasitələrin əldə olunması və isifadə edilməsində şübhəli olduğunu bildirmişdirlər. Daha sonra polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Bölmədə onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Baxış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülü olan heroini və sol əlində olan açıq boz rəngli torbanın içərisindəki “Kalaşnikov” markalı avtomat, sandıqça və 30 ədəd patronu ilə birlikdə könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Təqdim olunanlardan başqa üzərində qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və İİ qrup əlil olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu H.В.ünvan 6 ünvanın qarşısında saxlanılmışdır. Ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitələri və psixotrop maddələri gəzdirməkdə şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra o, bölməyə dəvət edilmiş, müdafiəçinin hüquqi yardımı ilə təmin olunmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üstünə qoyması təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs sol əlində tutduğu boz rəngli torbanı açıb içərisindən 01 ədəd “Kalaşnikov” tipli avtomatı, 01 ədəd avtomatın sandıqçasını, 30 ədəd patronu və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli olan maddəni masanın üzərinə qoymuşdur. Üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələrin aşkar olunmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ cibindən çıxarıb təqdim etdiyi bir ədəd ağ rəngli kağız bükümün içərisində olan narkotik vasitənin heroin olmasını və şəxsi istifadəsi üçün 06 aprel 2022-ci il tarixdə saat 10:00 dəqiqədə Bakı şəhəri Nəsimi rayonunda “Papanin” kimi tanınan ərazidən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata aldığını və xx.xx.2022ci il tarixdə 01 ədəd “Kalaşnikov” tipli avtomatı, 01 ədəd avtomatın sandıqçasını və 30 ədəd patronu Yasamal rayonu, H.B.ünvan 6 ünvanın yaxınlığında olan zibil qutusunun içərisindən tapdığını bildirmişdir (səh. 33-34). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 06 aprel 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini ona təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs, sol əlində tutduğu açıq boz rəngli torbaya qoyulmuş bir ədəd Kalaşnikov tipli avtomatı, sandıqçanı və 30 ədəd patronu təqdim etdi. Həmçinin o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı sol əlində tutduğu açıq boz rəngli torbaya qoyulmuş bir ədəd Kalaşnikov tipli avtomatı, sandıqçanı və 30 ədəd patronu Yasamal rayonu, H.B.ünvan 6 ünvanın yaxınlığında olan zibil qutusunun içərisindən tapdığını və narkotik vasitə ilə dəyişdirmək üçün üzərində gəzdirdiyini bildirir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2022-cı il tarixli 3528 nömrəli rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Opıoıdlərin və psixoslimulyatorların qəbulu nəticəsində yaranan asilliq sindromu (narkomaniya xəstəliyi ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qevdiyata alınması məsləhət görülür (səh. 116-117) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-289/2019 nömrəli xx.xx.2019-cu tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2022-cı il tarixli 6/1903 nömrəli rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs- imza, müdafiəçi- Müdafiəçi- irnza, təhqiqatçı:T.Abdullayev-imza yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.635 qram olan qəhvəyi rəngli.tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (səh. 42-45). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə ekspertiza Mərkəzinin 27 may 2022-cı il tarixli 3/690, 3/691 nömrəli rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş 1 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ-də 1986-cı ildə istehsal olunmuş, 5,45 mm kalibrli kalaşkivov konstuksiyalı AK-74 modelli avtomatdır, yivli-odlu silahdır. Konstirusiyasında dəyişiklik edilməyib. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən nasazdır, atəşə yarasızdır. Tədqiqata təqdim edilmiş 1 ədəd sandıqça 5,45 mm kalibrli 30 ədəd patron tutumuna malik oluub AK-74 AKS-74 AKS-74 U modelli avtomatlarda istifadə üçün nəzərtə tutulmuş zadov üsulu ilə hazırlanmış funkisoinal əhəmiyyət daşımayan sandıqçadır. Rəyin təqdiqi hissəsində göstərilən səbəblərdən istifadəyə yarasızdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patron zadovod üsulu lilə hazırlanmış 5,45 mm kalibrli olmaqla həmin kalibrə malik AK-74 AKS-74 AKS-74 U modelli avtomatlarda RPK-74 əl plyemotunda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlardır. Lakin rəyin tədqiqi hissəsində göstərilən səsbəblərdən istifadəyə yararsızdıər. Döyüş sursatı hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 5,45 mm kalibrli Kalaşnikov konsrtuksiyalı AK-74 modelli avtomatın, 01 ədəd sandıqçanın və 30 ədəd patronun iş üzrə sübut əhəmiyyətinə malik olmadığından maddi sübut kimi tanınmamış və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0.635 qram olan narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb eldiyindən maddi sübut kimi tanınmış və kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.585 qram narkotik vasitə heroin saxlanılması üçün Yasamal RPl-nin məsul saxlancına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd formatlı disk disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (səh. 118-126) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən 09 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2004-cü il tarixli Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CPM-nin 511-cİ maddəsinə əsasən ümumi müşahidə akında müalicəyə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2009-cu il tarixdə cəzasının sonu azad edilmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu azad edilmişdir.Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb və xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 02 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 04 ay 20 gün vaxtından əvvəl şərli azad olunub. Yasamal Rayon məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (səh. 91-94). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının 01 avqust 2022-ci il tarixdə verilmiş xəsaiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət etmişdir, əməkdaşların qanuni tələblərinə əməl etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla) (səh. 86-88). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli,39 saylı qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri,habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3.2-ci maddəsinə əsasən əlillər narkomaniyadan məcburi müalicə tətbiq edilməyən şəxslər hesab olunurlar.Ona görə də, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməməli və o,ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 222 (iki yüz iyirmi iki) manat miqdarında ekspertiza xərci (materialların məhkəmə eskpertizası 92 manat+ Məhkəmə ballistik ekspertizası 130 manat) tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan 0,585 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmamış Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 5,45 mm kalibrli Kalaşnikov konsrtuksiyalı AK- 74 modelli avtomatın, 01 ədəd sandıqçanın və 30 ədəd patronun Yasamal rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 1(004)-374/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 20 (iyirmi) iş saatına bərabər hesab edilərək, göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 222 (iki yüz iyirmi iki) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,585 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmamış Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd 5,45 mm kalibrli Kalaşnikov konsrtuksiyalı AK-74 modelli avtomatın, 01 ədəd sandıqçanın və 30 ədəd patronun Yasamal rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-374/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-374/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver