Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-374/2023 21.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs: X1 və onun nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: X2 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 əməllərində cinayət tərkibi mövcud olduğundan onun xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X5 onun barəsində mənfi rəy yaradılması məqsədi ilə “Space” TV-nin efirində Amil Xəlilin aparıcığı ilə birbaşa efirə gedən “Gəl danış” proqramında onun barəsində həqiqətə uyğun olmayan və onun şərəf və ləyaqətini ləkələyən fikirlər ifadə edərək ümumrespublika səviyyəsində yaymışdır. Belə ki, X5 03 noyabr 2022-ci il tarixdə “Space” TV-nin efirində Amil Xəlilin aparıcığı ilə birbaşa efirə gedən “Gəl danış” proqramında onun barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişəm” və s. fikirlər ifadə etmişdir. Həmçinin onun barəsində dəfələrlə əsassız olaraq yalan məlumatlar yayaraq şikayətin məzmumunda şərəf və ləyaqətini ləkləyən məlumatlar yaymışdır. Müxtəlif təşkilatlara etdiyi şikayətlər müxtəlif orqanlar tərəfindən araşdırılmış və beləliklə yaydığı məlumatlar qeyrimüəyyən şəxslər dairəsini əhatə etmişdir. Həmçinin 14 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasının qarşısında “Youtube” kanalı olan “Kanal 11” TV-yə verdiyi müsahibəsində onun barəsində, cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist və sair fikirlər ifadə etməklə onun barəsində yalan olduğunu billə-bilə və şərəf və ləyaqətini ləkələyən məlumatları kütələvi çıxışı ilə yaymışdır. Beləliklə, R.Əliyevanın onun barəsində həm kütləvi informasiya vasitəsi olan “Space” TV-də ifadə etdiyi fikirlər və həm də barəsində yazdığı əsassız şikayətlərdə ifadə olunmuş həmin fikirlər həqiqətə uyğun olmayan fkirlər olmaqla onun şərəf və ləyaqətimi ləkələmək məqsədi ilə ifadə olunmuşdur. Yekun olaraq X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək həmin maddələrdə nəzərdə tutulmuş hədlər daxilində cəza təyin edilərək ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 şikayətin dəlillərinə uyğun çıxış edərək, Bakı Şəhəri Yasamal rayon Məhkəməsində icraata qəbul edilərək baxılmasını və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilərək cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərinə uyğun çıxış etdərək, şikayətin Bakı Şəhəri Yasamal rayon Məhkəməsində icraata qəbul edilərək baxılmasını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X2 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından müəyyən edilir ki, X4 xususi ittham qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edirək X2 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırınmişdir ki, X5 03 noyabr 2022-ci il tarixdə kütləvi nümayiş etdirilən “Space” TV-nin efirində və 14 iyun 2023-cü il tarixdə “youtube.com” internet informasiya ehtiyatında “Kanal 11” youtube kanalı vasitəsilə X4 barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Elektron Məhkəmə Sisteminin Şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən çıxarışdan görünür ki, X5 xx.xx.1970-ci il tarixdə Masallı rayonu, Türkoba kəndində doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Toğrul Əmirov küçəsi, X6, ev 83 ünvanında yaşayır. Məhkəmə belə qənaətə gəlir ki, xususi ittiham qaydasında şikayətdə qeyd edilən sonuncu çıxış 14 iyun 2023-cü il tarixdə “youtube.com” internet informasiya ehtiyatında “Kanal 11” youtube kanalı vasitəsilə yayımlanmışdır. Hazırkı halda müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “Kanal 11” youtube kanalının yayımlandığı “Youtube.com” internet informasiya ehtiyatının Azərbaycan Respublikasında hüquqi ünvanı mövcud deyidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 isə yaşadığı ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Toğrul Əmirov küçəsi, X6, ev 83-dür. Həmin ünvan isə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-374/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-374/2023
21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver