Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-376/2025 17.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 və onun müdafiəçisi Bakı şəhəri “16 saylı” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri üzrə barəsində xüsusi ittiham qaydasında cinayət işi açılmasını, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə 1(004)-25/2024 saylı məhkəmə işində xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının audio-video yazılarının məhkəmə materiallarına əlavə olunmasını, cinayət işi üzrə ədalətli araşdırma aparılmasını və mühakimə hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə işçi qrupu ilə birlikdə keçmiş prorabları X10 ilə görüşmüşdür. O, "xxxx" MTK və orada baş vermiş uzunmüddətli məhkəmə prosesləri barədə danışdı. Məlum oldu ki, 1(004)- 25/2024 nömrəli iş üzrə xx.xx.2024-cı il tarixdə hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə barəsində şikayətçi olduğu X11 prorabı barışdırmaq üçün söz vermiş, lakin sonradan çıxışında: onun və prorabın şərəf və ləyaqətini təhqir edən (“şərəfsizlər”, “usta dəstəsi şərəfsizdir” və s.) nalayiq ifadələr, böhtan xarakterli əsassız “narkoman” ittihamı, işgüzar nüfuzunu ləkələyən “300 000 AZN ziyan” və “layihədən kənar iş” iftiraları səsləndirmişdir. Hakim Daşdəmirov və cavabdehin vəkili onun bu sözlərinə etiraz etsələr də, cavabdeh ifadələrini davam etdirmişdir. l(004)-25/2024 nömrəli iş üzrə xx.xx.2024-cı il tarixdə hadisə vido-audio görüntülərlə qeydiyata alınıb Yasamal Məhkəməsində. X10 iş l(004)-522/2024 üzrə xx.xx.2024-cü il tarixdə Yasamal rayon məhkəməsinə şikayət etmiş, ilk iclasda barışığa səbəb cavabdeh tərəfin xüsusi itihamla verdiyi şikayəti və üzərinə məhkəmə qərarı ilə qoyulmuş pulun istəmədiyini bildirərək söz verdiyini X10 ilə aralarında şifahi barışıq müqavilə yaranaraq şikayət geri götürülmüşdür. X5 tərəfindən verdiyi söz hər iki tərəfin barışığı və kəsilmiş məhkəmə qərarı ilə cərimənin ödənməsi məsələnin həlli tapmadığından yenidən şikayət öz qüvvəsiylə məhkəməyə çıxarılmalıdır. İlham Quliyev tərəfindən, artıq cavabdehin məqsəd yönlü aldatmağı göz qabağındadır. X2 Quliyevə yəni onların proraba olan borcunu 15 gün içində ödəyəcəyinə dair məhkəmədə barışığa səbəb olmasına baxmayaraq söz versə də, sözünü yerinə yetirməmiş, bu isə qıcıq və narazılıq yaratmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə 1 (004)-25/2024 saylı məhkəmə işində xx.xx.2024-cü il tarixində keçirilən Məhkəmə iclasda X1 barəsində səslənən bu təhqir və böhtan ifadələri məhkəmə zalında iştirakçıların gözü qarşısında baş vermişdir. Hakimdən həmin iclasın audio-video yazısının protokola əlavə olunmasını prorab İlham Quliyev hakim Rauf Daşdəmirovdan tələb etsə də, yazıların işə daxil edilə bilməyəcəyini bildirmiş, məsləhət olaraq xüsusi ittiham qaydasında şikayət verməyə yönlənmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində l(004)-25/2024 saylı iş üzrə keçirilmiş iclasın audio və video yazısının əldə olunması üçün sorğu verilsin və həmin materialların bu işə əlavə olunsun. Bu sübutlar hadisənin ictimai xarakterini və təhqir-böhtanın açıq şəkildə baş verdiyini göstərən əsas faktlardır və Cinayət Prosessual Məcəlləsinin 125-135-ci maddələrinə əsasən sübut kimi qəbul edilməlidir. X11 barəsində əvvəllər vətəndaşlar tərəfindən edilmiş şikayətlərin və ya inzibati tədbirlərin (məsələn, polisə, prokurorluğa, məhkəmələrə və digər dövlət orqanlarına edilən müraciətlər) olubolmaması barədə məlumatların əldə olunması üçün: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə və . digər aidiyyəti qurumlara sorğular göndərilməsinə dair qərardad qəbul edilsin. Əgər belə sənədlər varsa, həmin materiallar cinayət işinin sübut bazasına əlavə edilsin. Bu sübutların tamlığının təmin edilməsi və şəxsin təkrar qanunsuz davranışlarının məhkəməyə məlum olması üçün vacibdir. Göstərilənləri nəzərə alaraq X11 barəsində Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında cinayət işi açılması, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə 1(004)-25/2024 saylı məhkəmə işində xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının audio-video yazılarının məhkəmə materiallarına əlavə olunması, cinayət işi üzrə ədalətli araşdırma aparılması və mühakimə hökmünün çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək X11 barəsində xüsusi ittiham qaydasında cinayət işi açılmasını xahiş etmiş, həmçinin sözügedən məhkəmə iclasında iştirak etməsə də, 3-cü şəxs qismində çağrılan İlham Quliyev eşitmişdir ki, onu təhqir etmişdir. Bu halları nəzərər alaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğunu, onun X1 adını çəkmədiyini, onun şərəf və ləyaqətini alçaltmadığını, X4 cəmi 1-2 dəfə gördüyünü qeyd edərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi Müdafiəçi məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayət vermiş X1 başqa bir şəxsin adından çıxış edərək şikayət etdiyini, İlham adlı şəxsə qarşı xüsusi ittiham qaydasında şikayət verildiyini və nəticədə 1500 manat cərimə edildiyini, hüquqlarını müdafiə etdiyi X11 tərəfindən X1 şərəf və ləyaqətini alçaldan heç bir ifadə işlədilmədiyini, göstərilənləri nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsinin giriş hissəsində doğulduğu ili, yaşayış yerini, məşğuliyyət növünü, vəzifəsini göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bundan başqa, xususi ittiham qaydasında şikayət ərizəsinin giriş hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri dəqiqliklə göstərilməmiş və Şamaxı rayonu, Böyük Xınıslı kəndi yazmaqla kifayətlənmişdir. Həmçinin əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmişdir. AR CPM-nin 293.3.3-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətdə məlumatın hansının və ya hansı hissəsinin CM-nin 147.1 və ya 147.2-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatların hansı hissəsində şəxsin konkret hansı əməlinin CM-nin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibini yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin CM-nin həm 147.1, həm 147.2, həm də 148-ci maddələrinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Bununla yanaşı, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-376/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-376/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver