Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-377/2022 13.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metafetamin əldə edib üzərində saxlamış, 10 aprel 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “Xalqlar Dostluğu” stansiyasına gəlməklə daşımış, həmin vaxt tibbi maskadan düzgün istifadə etmədiyi üçün Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nün əməkdaşı Şahid2 tərəfindən saxlanılaraq şəxsiyyəti portal sistemi vasitəsi ilə yoxlanılan zaman Yasamal rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə axtarışda olması müəyyən edilərək aidiyyəti üzrə təhvil verilməsi üçün ünvan 3 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək xidməti otaqda həmin gün saat 15:45 radələridə üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın ön sağ cibindən qara rəngli suni dəridən hazırlanmış pul qabının iç cibindən ağ rəngli kağız kəsiyinə bükülmüş bükülünün içərisindən dörd ədəd şəffaf sellofan kəsiyinə bükülümüş bükülülərdə ayrı- ayrılıqda təmiz çəkisi 0,529 qram, 0,751 qram ümumi təmiz çəkisi 1,280 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,631 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək sənədləşdirilib götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının sonunda tanışı Şahid4 ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində görüşərək ona 115 manat pul ödəniş edərək şəxsi istifadəsi üçün 5 qram narkotik vasitə heroin almışdır. Bundan başqa “İnstagram” sosial şəbəkəsində “Cövdət 666” adlı ilə istifadə olunan səhifənin admini ilə də online şəkildə narkotik vasitələr almışdır. Yəni, həmin şəxsin göndərdiyi hesab nömrəsinə müəyyən məbləğlərdə onlayn pul köçürdükdən sonra narkotik vasitəni qoyduğu ünvanı ona “whats app” vasitəsi ilə göndərmiş, o da həmin narkotik vasitəni həmin ünvandan götürmüşdür. Həmin şəxs ona ayrı-ayrı hesab nömrəsi göndərmiş, həmin hesab nömrələrinə pulu “Million” və “E-manat” terminalları vasitəsi ilə köçürmüşdür. xx.xx.2022-ci il tarixdə həmin şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, 10 ədəd metadon dərman həbləri sifariş vermiş, onun hesab nömrəsinə pul köçürmüşdür. Daha sonra onun dediyi ünvana gedib oradan siqaret qutusunu yerdən götürmüş, işindəki bükümlərə baxdıqda heroin və digər iki bükümlərinin içində isə metamfetamin olduğunu görmüşdür. Həmiş şəxsə sifarişin düzgün göndərilmədiyini, 10 aprel 2022-ci il tarixdə qeyd olunan həblərini ona göndərəcəyini bildirmişdır. Daha sonra evdə olan zaman həmin narkotik vasitə olan heroindən və metamfetamindən bir qismini istifadə etmiş və onları üzərində saxlamışdır. 10 aprel 2022ci il tarixdə həmin şəxs onun sifariş etdiyi 10 ədəd metadon dərman həblərini Zabrat qəsəbəsində yerləşən “Al” marketin arxasında yerləşən daşın alt hissəsində gizlətdiyini bildirmişdir. Həmin ünvana gedərkən metroda tibbi maskadan düzgün istifadə etmədiyi üçün polis əməkdaşı ona yaxınlaşmış, adını portal sisteminə daxil etmiş, ona Yasamal Rayon Məhkəməsi tərəfindən axtarış olduğunu bildirmişdir. Bakı Metropolitenin polis şöbəsində olan zaman polis əməkdaşlarına narkotik vasitə və psixotrop maddələrin aludəçisi olduğunu, üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə olduğunu demişdir. Daha sonra bölmədə ona hüquq və vəzifələri izah edilmişdir, müdafiəçinin iştirakı ilə təmin olunmuşdur. Şəxsi axtarış və götürmə keçirilən zaman üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoyulması təklif olunmuş, həmin vaxt əynində olan boz rəngli cins şalvarının ön sağ cibindən qara rəngli suni dəridən hazırlanmış pul qabını çıxararaq masanın üzərinə qoymuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı X3 ifadəsində göstərmişdir ki, Bakı Metropoliteni QSC-nin “Xalqlar Dostluğu” stansiyasında xidmətdə olarkən bir nəfər şəxsin stansiyanın platformasına tibbi maskadan düzgün istifadə etmədiyini görmüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsə tibbi maskadan düzgün istifadə qaydasını izah edərək tibbi maskanın ağız boşluğunu və burunu tam örtməli olduğunu demiş, həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirməkdən ötrü portal sisteminə daxil edib şəxsiyyətini dəqiqləşdirmiş, həmin vaxt Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə axtarışda olduğunu görmüşdür. Təqsirləndirilən şəxs aidyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təhvil verməkdən ötrü onu Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin və metamfetamin olmasını bildirmişdir. Bölmədə ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin iştirakı ilə təmin edilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın ön sağ cibindən qara rəngli suni dəridən hazırlanmış pul qabını çıxararaq masanın üzərinə qoymuşdur. Həmin pul qabı açılarkən içərisindən ağ rəngli kağız kəsiyinə bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılan zaman içərisində 04 ədəd şəffaf sellofan kəsiyində bükümlərin olması müəyyən edilmiş, həmin bükümlər açılan zaman ikisinin içərisində qəhvəyi rəngli toz şəkilli kütlələr, digər iki büküm açıldıqda içərisində kristal şəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kristal şəkilli bükümlərin birində limon duzu, digərində psixotrop maddə metamfetamin, digər bükümlərdə isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı X5 eyni xususuatlar üzrə ifadə verərək şahid X2 ifadəsinə göstərilənləri təsdiq etmişdir. Şahid1 məhkəməyə ərizə ünvanlayaraq, xidməti zərurətlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təqsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis X4 polis nəfəri polis baş serjantı Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək şahid X2 ifadəsində göstərilənləri təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2020-ci ilin yanvar ayında “İnstagram” sosial şəbəkəsində özünü ona Elvin kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ilə virtual tanış olmuşdur. Elvin adlı şəxsin digər anket məlumatlarını bilmir, Elvin adlı şəxs +**********78 saylı nömrəsini ona vermişdir. Həmin nömrə üzərindən yalnız “WhatsApp” ani sms proqramı üzərindən əlaqə saxlamışdır. Elvin özünü ona İran İslam Respublikası kimi təqdim etmişdir. Elvin ilə heç vaxt görüşməmiş, Elvinlə “WhatsApp” ani sms proqramı üzərindən görüntülü telefon danışığı əlaqəsi olmuşdur. Elvin adlı şəxslə “WhatsApp” ani sms proqramı üzərindən əlaqə saxlayan zaman Elvin adlı şəxs ona bildirmişdir ki, onun göndərdiyi hesab nömrəsinə müəyyən məbləğlərdə onlayn pul köçürdükdən sonra narkotik vasitəni və psixotrop maddəni qoyduğu ünvanı ona whats app vasitəsi ilə göndərəcəkmiş və həmin narkotik vasitəni və psixotrop madəni həmin ünvandan götürəyini bildirəcəkdir. Elvinin bu təklifi onu qane etmiş, Elvin adlı şəxsdən şəxsi istifadəsi və satışını təşkil edib pul qazanmaq üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetmin almaq qərarına gəlmişdir. 2020-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin mart ayına kimi mütamadi olaraq Elvindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Elvin adlı şəxs hər dəfə müxtəlif banklara məxsus hesab nömrələri göndərmişdir. Narkotik vasitələrdən əldə etdiyi pulları həmin bank kartlarının hesabına onlayn ödənişlər edirmiş və sonra ödəniş qəbzlərinin şəklini telefonla çəkib Elvin adlı şəxsə whatsapp üzərindən göndərmişdir. xx.xx.2022-ci il tarixdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almaq məqsədilə Elvin adlı şəxs ilə whatsapp üzərindən əlaqə saxlamış və narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istədiyini ona bildirmişdir. Elvin adlı şəxs ona onun göndərdiyi hesaba onlayn 225 manat pulu köçürüb çeki ona atmağı bildirmişdir. Elvin adlı şəxsə hazırda pulu olmadığını bildirmiş, lakin, Elvin ona 15 qram narkotik vasitə olan heroin göndərə biləcəyini bildirmişdir. Həmin narkotik vasitələri satıb pulunu onlayn şəkildə onun hesabına köçürməsini ona bildirmişdir. Elvinin bu təklifi ilə razılaşmış, həmçinin Elvin ona göndərəcəyi narkotik vasitənin bir hissəsini özü üçün istifadə etməsini, qalan hissəsini isə satıb pulunu ona göndərməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Elvin ona 15 qram heroin təşkil edəcəyini, Elvin ona narkotik vasitə olan heroinləri əvvəlcədən vəd edilmiş qaydada yəni Suraxanı rayonu ərazisində dirəklərin birinin altında qoyulmuş yerdən götürməyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Elvinin ona dediyi ünvana getmiş və dirəklərin alt hissəsindən 15 qram narkotik vasitə olan heroini götürmüş, narkotik vasitə 15 qram heroinlərlə birlikdə kirayədə yaşadığı evə gəlmişdir. Elvinin ona göndərdiyi narkotik vasitələrin çəkisinin dəqiq olub-olmadığını yoxlamaqdan üçün evində olan tərəzidən istifadə etməklə çəkmiş, həmin narkotik vasitə heroin 15 qram olması ona məlum olmuşdur. Evindən olan tərəzidən istifadə etməklə Elvindən aldığı 15 qram heroindən şəxsi istifadəsi üçün 2 qramını ayırıb, kirayədə yaşadığı evdə yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmiş, qalıq 13 qram narkotik vasitə olan heroini kirayədə yaşadığı istifadə etmədiyi odun sobasının içərisində sonradan satmaq niyyəti ilə gizlətmişdir. Narkotik vasitənin 1 qramını 22-23 manat civarında satışını təşkil etməklə 2022-ci ilin mart ayının sonlarında tanışı Təqsirləndirilən şəxs ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində görüşərək təxminən 115 manat pul müqabilində 5 qram çəkidə narkotik vasitə heroin satmışdır. 12 aprel 2022-ci il tarixdə Ruslan onunla “WhatsApp” ani sms proqramı üzərindən əlaqə saxlayaraq 10 qram narkotik vasitə heroin istəmişdir. Ruslana 10 qram çəkidə narkotik vasitə olan heroini 220 manata sata biləcəyini ona demişdir. Ruslan onun bu təklifi ilə razılaşmış, evdə odun sobasının içərisində saxladığı narkotik vasitə heroini götürmüş, həmin heroini tərəzidə çəkmişdir. “Velotrek” ticarət mərkəzinin qarşısına çatıb Ruslanı gözləyən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək Bakı Metropolitenində Polis Şöbəsinin CAQ-nun əməkdaşları olduqlarını bildirmiş, onu Bakı Metropolitenində Polis Şöbəsinə gətirmişdirlər. Bakı X1rkən hüquq vəzifələri izah edilmiş, hüquqlarının müdafiə edilməsi üçün ona vəkil təqdim olunmuş, Müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Axtarış zamanı polis əməkdaşları tərəfindən üzərində qanunla qadağan edilmiş maddələr vardırsa könüllü olaraq masanın üzərinə qoymağı təklif olunmuşdur. Əynindəki, göy rəngli cins şalvarının ön sol cibindən 10 ədəd şəffaf rəngli sellefan kəsiyindəki bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə onun və hüquqlarını müdafiə edən vəkil və polis əməkdaşları tərəfindən kirayədə yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı evdə odun sobasının içərisində saxladığı 03 bükümdə narkotik vasitə olan heroini və 1 ədəd tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 aprel 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokoldan görünür ki, 10 aprel 2022-ci il tarixdə saat 15:45-dən saat 15:58-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı Bakı şəhəri “Mərkəzi” Vəkil Bürosunun vəkili X7, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXBnin polis nəfəri, polis baş serjantı Şahid2, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXB-nin manqa komandiri, polis baş serjantı X5 və Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis X4 polis nəfəri polis baş serjantı Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın ön sağ cibindən qara rəngli suni dəridən hazırlanmış pul qabını çıxararaq masanın üzərinə qoymuş, həmin pul qabı açılarkən içərisindən ağ rəngli kağız kəsiyinə bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılan zaman içərisində 04 ədəd şəffaf sellofan kəsiyində bükümlərin olması müəyyən edilmiş, həmin bükümlər açılan zaman ikisinin içərisində qəhvəyi rəngli toz şəkilli kütlələr, digər iki büküm açıldıqda içərisində kristal şəkilli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kristal şəkilli bükümlərin birində limon duzu, digərində psixotrop maddə metamfetamin, digər bükümlərdə isə narkotik vasitə heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini 07 aprel 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində virtual tanış olduğu “Cövdət 666” adlı səhifənin istifadəçisindən 120 manat pul müqabilində şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın ön sol cibindən bir ədəd “Pallmall” markalı siqaret və bir ədəd “Xiaomi Not 7” markalı mobil telefon aparatını çıxararaq masanın üzərinə qoymuş, həmin siqaret qutusu və bir ədəd “Xiaomi Not 7” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılmış, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 37 saylı «Zərflər üçün» möhürü ilə möhürlənmişdir. Keçirilmiş axtarış və götürmə barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Videoçəkiliş zamanı əldə olunmuş videogörüntülər diskə köçürülərək protokola əlavə olunmuşdur (səh. 25-26). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 10 aprel 2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın ön sağ cibindən qara rəngli suni dəridən hazırlanmış pul qabını çıxararaq masanın üzərinə qoymuşdur. Həmin pul qabı açılarkən içərisindən ağ rəngli kağız kəsiyinə bükülmüş büküm aşkar edilir. Həmin büküm açılan zaman içərisində 04 ədəd şəffaf sellofan kəsiyində bükümlərin olması müəyyən olunur. Həmin bükümlər açılan zaman ikisinin içərisində qəhvəyi rəngli toz şəkilli kütlələr, digər iki büküm açıldıqda içərisində kristal şəkilli kütlələr aşkar edilir. Təqsirləndirilən şəxs ağ rəngli kristal şəkilli bükümlərin birində limon duzu, digərində psixotrop maddə metamfetamin, digər bükümlərdə narkotik vasitə heroin olduğunu bildirir. Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini 07 aprel 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində virtual tanış olduğu “Cövdət 666” adlı səhifənin istifadəçisindən 120 manat pul müqabilində şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın ön sol cibindən bir ədəd “Pallmal” markalı siqaret və bir ədəd “Xiaomi Not 7” markalı mobil telefon aparatını çıxararaq masanın üzərinə qoyur, həmin siqaret qutusu və bir ədəd “Xiaomi Not 7” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılır, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN- nin 37 saylı «Zərflər üçün» möhürü ilə möhürlənmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2022-ci il tarixli, 6/1936 saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №37 dairəvi möhür əksi olan, “Şübhəli şəxs X.Əliyev sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,529 qram, 0,751 qram ümumi təmiz çəkisi 1,280 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,631 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,248 olan ağ rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi (səh. 32-35). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3606 nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh. 113-114). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 iyul 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,529 qram, 0,751 qram və ümumi təmiz çəkisi 1,280 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,631 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi ekspertiza nəticəsində heroinin 1,180 qram qalığı, metamfetaminin 0,591 qram qalığı saxlanılması üçün Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 0,248 qram olan ağ rəngli maddənin tərkibində narkotik vasitə və psixotrop və güclü təsir edən maddəllər maddi sübut kimi tanınmamış və aparılmış kimyəvi ekspertiza nəticəsində 0,198 qram olan qalığı saxlanılması üçün Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (səh.127-138). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmündən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (səh. 80-86). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-281/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir (22-23, 68). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli,39 saylı qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri,habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3.2-ci maddəsinə əsasən əlillər narkomaniyadan məcburi müalicə tətbiq edilməyən şəxslər hesab olunurlar.Ona görə də, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməməli və o,ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 1(004)-44/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 5 (beş) ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan çəkisi 1,180 qram heroin, 0,591 qram metamfetamin, 0,198 qram ağ rəngli məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 1(004)-377/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 1(004)-44/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 10 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan çəkisi 1,180 qram heroin, 0,591 qram metamfetamin, 0,198 qram ağ rəngli maddə məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 17 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-377/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-377/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver