Məhkəmə qərarları › İş №1(004)-378/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-378/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-378/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 və “Müdafiəçi2 və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, tanışı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 rəhbəri olduğu MMC-nin Şabran rayonu Dəvəçi kəndi ərazisində bağçılıq təsərrüfatının olması, yaxınlıqda əlavə torpaq sahələri alıb bağçılıq təsərrüfatı salacaqları təqdirdə həmin təsərrüfat sahəsini işıq, su və zəruri texnikalarla təmin etməkdə köməklik göstərəcəyi, bu fəaliyyətlə məşğul olub yaxşı qazanc əldə edə biləcəkləri barədə bilə-bilə yalan məlumatlar verib aldadaraq onların inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşdığını görüb rəhbəri olduğu MMC-nin Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təsərrüfatının yaxınlığında satışa çıxarılmış torpaq sahələrinin olmasını, həmin torpaq sahələrinin bağçılıq təsərrüfatı üçün əlverişli olmasını və qeyd olunan torpaq sahələrini satın almaqla bağçılıq təsərrüfatı salmaqda onlara köməklik göstərəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onları aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 21 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, İzmir prospekti 7B ünvanında yerləşən «Çörək Ağacı» adlı mağazada Zərərçəkmiş şəxs1 məxsus 13500 (on üç min beş yüz) manat, Zərərçəkmiş şəxs2 məxsus 13500 (on üç min beş yüz) manat, 13 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 196 ünvanında yerləşən “Topçubaşov adına X10” yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus 6500 (altı min beş yüz) manat və Zərərçəkmiş şəxs2 məxsus 6500 (altı min beş yüz) manat olmaqla, zərərçəkmiş şəxslərə məxsus cəmi 40000 (qırx min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə onlardan alıb ələ keçirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir. Həmin MMC təsərrüfat fəaliyyəti ilə məşğul olur, eyni zamanda özü də təsərrüfat fəaliyyəti ilə məşğul olur. Bir gün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun işlədiyi şirkətə gələrək özlərinin işlədiyi təşkilat barədə məlumat verib ona müəyyən məbləğdə qrand ayırmasında köməklik göstərmələrini demişlər və ona iş birliyi təklif etmişlər. Söhbət əsnasında Samir və Elvin təsərrüfat işi ilə məşğul olmaq istədiklərini bildirmişlər. 2020-ci ilin dekabr ayında Elvin, Samir və Samirin qaynatası Elcan onun Şabran rayonu, Dəvəçi kəndində yerləşən bağ sahəsinə gəlmişlər və onlar birlikdə əraziyə baxış keçirmişlər. Söhbət zamanı bağ təsərrüfatı yaratmaq istədiklərini bildirmişlər. Elvin və Samir ona qrand almaqla bağlı köməklik göstərmək istədikləri üçün o, Samir və Elvini Şahid2 ilə tanış etmişdir ki, Gülbəddin onlara torpaq sahəsi tapsın. Bundan sonra Elvin və Samir Gülbəddindən onlara torpaq almaqda köməklik göstərməsini xahiş etmişlər. O, Elvin, Samir və Elcanı da Gülbəddinlə tanış etməzdən qabaq bildirmişdir ki, Gülbəddinin belə işləri bir qədər gecikdirir, lakin sonda işi uğurla sona çatdırmağı bacarır. Bu tanışlıqda onun məqsədi hər hansı şəxsi mənfəət əldə etmək deyil, sırf Gülbəddinlə həmin şəxslər arasında vasitəçilik etmək olmuşdur. Bundan əlavə, Elvin və Samir ona bağ təsərrüfatının yanında torpaq sahəsi almaq istədiklərini bildirdikdə o, onların torpaq sahələri alınacağı təqdirdə, qurulması nəzərdə tutulan bağçılıq təsərrüfatının infrastrukturu ilə bağlı Samir və Elvinə yardım edəcəyinə, həmin torpaq sahələrini su və digər texniki təchizat ilə təmin edəcəyinə barədə söz vermişdir. Bundan bir müddət sonra Samir və Elvin Gülbəddinə ümumilikdə təxminən 22 hektar torpaq sahəsi almaq istədiklərini bildirib bu işdə yardım etməsini xahiş etmişdirlər. Onun, ümumiyyətlə, Gülbəddin, Samir və Elvin arasında olan danışıqlardan xəbəri olmamışdır. Gülbəddin Samir və Elvinə bildirmişdir ki, həmin ərazidə torpağın 01 hektarının qiymətinin sənədləşmə işləri də daxil olmaqla, təxmini 9.000 manatdır. Elvin və Samir Gülbəddinin təklif etdiyi qiymətlə razılaşmışlar. Bundan sonra o, Elvin və Samirdən xahiş etmişdir ki, onu alqı-satqı prosesinə daxil etməsinlər, bu məsələni Gülbəddinlə birlikdə öz aralarında həll etsinlər. Lakin Samir və Elvin onun bu prosesdə pulu, həqiqətən də, Gülbəddinə vermələri zamanı şahid kimi iştirak etməyini xahiş etmişdirlər. O da bu prosesdə yalnız şahid kimi iştirak edəcəyinə razılıq vermişdir. xx.xx.2021-ci il tarixdə o, Gülbəddin, Elvin, Samir və Şahid1 Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti 7b ünvanında yerləşən “Çörək Ağacı” restoranında görüşmüşlər. Görüş zamanı Samir və Elvin ona məxsus Şabran rayonu, Dəvəçi kəndində yerləşən bağ təsərrüfatının yanında ilkin olaraq 7.33 hektar torpaq sahəsinin alınması üçün Gülbəddinə 70.000 manat pul sayıb vermişdirlər. Həmin pulları Gülbəddin şəxsən sayıb götürmüşdür. Görüş zamanı o, Elvin və Samir pulu Gülbəddinə təqdim edərkən və ya Gülbəddin pulu sayıb götürərkən heç bir müdaxilə etməmiş, sadəcə hadisələrin şahidi qismində iştirak etmişdir. Gülbəddin həmin pulu götürüb Quba rayonuna qayıtmış, təxminən 1 həftə ərzində həmin 7.33 hektar torpaq sahəsini alaraq Samir və Elvinin mülkiyyətinə keçirmişdir. xx.xx.2021-ci il tarixdə o, Gülbəddin, Elvin və Samir “Çörək Ağacı” restoranında görüşmüşlər və X17 və Elvinə bildirmişdir ki, bağçılıq təsərrüfatını salmağa başlamaqları məqsədilə əlavə torpaq sahələrinin alınması üçün Gülbəddinə pul verilməlidir. Bu zaman Samir və Elvin bildirmişlər ki, 25.000 manat pulları var, 2.000 manat da əvvəlki alış-verişdən qaldığı üçün ümümi 27.000 manat pul düzəldə bilərlər. Bundan sonra Samir və Elvin 25.000 manat pulu onun yanında sayaraq Gülbəddinə vermişdirlər. Bu görüşdə də eynilə o, Samir və Elvin pulu Gülbəddinə təqdim edərkən və ya Gülbəddin pulu sayarkən heç bir müdaxilə etməmiş, yalnız bu hadisələrin şahidi qismində çıxış etmişdir. Belə ki Gülbəddin yeni torpaq sahələri almaq üçün pulu Samir və Elvindən götürərək yenidən Quba rayonuna qayıtmışdır. Lakin Gülbəddin ümumilikdə 27.000 manat pulu götürüb Qubaya qayıtmağına baxmayaraq topaq sahələrini söz verdiyi müddətə kimi Samir və Elvinin mülkiyyətlərinə keçirməmişdir. Bununla bağlı Samir və Elvin ona bir neçə dəfə zəng edərək Gülbəddinin hərəkətləri barədə məlumat vermişdirlər. O Samir və Elvinin torpaq sahələrinin alınması məqsədilə bir neçə dəfə Gülbəddinə zəng etdiyi zaman, sonuncu bir qədər səbrli olmalarını, işin tezliklə yekunlaşacağını söyləmişdir. xx.xx.2021-ci il tarixdə o, Gülbəddin, Samir və Elvin yenidən “Çörək Ağacı” restoranında görüşmüşlər. X17 və Elvinə əvvəl söz verdiyi torpaq sahələrinin sənədləşməsi və yeni torpaq sahələrinin alınması üçün əlavə 15.000 manat lazım olduğunu bildirmişdir. Elvin və Samir Gülbəddinin bu təklifinə etiraz etsələrdə, sonradan 13.000 manat pullarının olduğu üçün yalnız həmin məbləği toplayıb verə biləcəklərini söyləmişlər. Həmin gün Gülbəddin Quba rayonuna qayıtmışdır. xx.xx.2021ci il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 196 ünvanında yerləşən “Topçubaşov adına X10” yaxınlığında Elvinlə görüşmüşdür. Görüş zamanı Elvin ona 13.000 manat pul verərək Gülbəddinə çatdırmasını xahiş etmişdir. Elvinin bu xahişinə cavab olaraq o həmin pullara əl vurmaq istəmədiyi üçün özünün onun avtomobilinin saxlanc yerinə qoymasını ondan xahiş etmiş və bildirmişdir ki, Gülbəddində pulu həmin yerdən özü götürəcəkdir. Bundan sonra Elvin içərisində pullar olan bağlı zərfi onun avtomobilinin saxlanc yerinə qoymuşdur. Həmin gün o Gülbədinlə görüşərək həmin zərfdəki pulu ona vermişdir. Lakin Gülbəddin yenə də verdiyi vədlərə əməl etməmiş, hətta bir müddət sonra Elvin və Samirin zənglərinə belə cavab verməmişdir. Elvin və Samir Gülbəddinin hərəkətləri ilə bağlı ona şikayətlərini bildirmiş, onun isə Gülbəddini vəzifəsini icra etməsi barədə bir neçə dəfə xəbərdar etməyinə baxmayaraq sonuncu öz dələduzluq əməlinə davam etmişdir. 2021-ci ilin may ayının əvvəllərində o, Gülbəddin, Samir və Elvin “Ağ şəhər” bulvarında yerləşən kafedə görüşmüşlər. Görüş zamanı Gülbəddin Samir və Elvinə bildirmişdir ki, yalnız əlavə pul verəcəkləri təqdirdə, əvvəlcədən razılaşdırdıqları 22 hektar torpaq sahəsini bütövlükdə alıb Samir və Elvinə verə bilər. Bundan sonra Samir əsəbiləşib qışqıraraq Gülbəddindən ya 40.000 manat pulu, ya da həmin pulun müqabilində torpağın sənədlərini tələb etmişdir. Həmin vaxt Samir Gülbəddinə qarşı nalayiq ifadələr işlədərək kobud şəkildə danışmağa başlamışdır. Gülbəddin isə Samirin bu hərəkətini özünə sığışdırmadığını bəhanə etmiş və kafeni tərk etmişdir. Bu zaman o, Samir və Elvini sakitləşdirməyə çalışmış, Samir və Elvin isə Gülbəddin barəsində şikayət edəcəklərini bildirmişdirlər. O da bu məsələdə Elvinlə Samir haqlı tərəf olduğu üçün onların bu fikrinə hörmətlə yanaşıb dəstəkləmişdir. Bundan sonra o Samir və Elvin ona dəfələrlə zəng edərək bildirmişlər ki, Gülbəddinə verdikləri pulun qaytarılmasında onlara köməklik etməsə, onlar ona ayrılmalı olan qrandı dayandıracaqlar və bu səbəbdən o Gülbəddindən 40.000 manat pulu geri almaqda onlara köməklik göstərəcəyinə söz vermişdir. O heç bir alqı-satqı prosesində iştirak etməmişdir, pullar veriləndə isə Samir və Elvinin xahişi ilə sadəcə şahid kimi iştirak etmişdir. Samir və Elvinə qarşı dələduzluq əməlini o deyil Gülbəddin etmişdir. Bundan əlavə Gülbəddin ona qarşıda dələduzluq edərək onun 205.000 manat pulunu mənimsəmişdir. Gülbəddin ibtidai istintaq dövründə onun həyat yoldaşının mülkiyyətində olan torpaq sahələri ilə bağlı çıxarışları təqdim edərək bildirmişdir ki, güya həmin torpaq sahələri onun tapşığı ilə Samir və Elvinin pulları hesabına alınıb. Lakin bununla bağlı bildirmək istəyir ki, həmin torpaq sahələri o, Samir və Elvini tanımamışdan uzun müddət əvvəl Gülbəddinin bacısı oğlu Şahid9 adına alınmışdır. Həmin torpaq sahələrinin Turalın adına rəsmiləşməsinə sabəb isə müxtəlif şəxslərə məxsus çox sayda torpaq sahələrini Turalın adına alaraq sonradan 1 torpaq sahəsi kimi onun həyat yoldaşı Şahid6 adına keçirmək istəyi olmuşdur. O hesab edir ki, Samir və Elvinin 40.000 pulu ondan tələb etməsinə səbəb onun bahalı avtomobil sürməsi olmuşdur. Onlar bilirlər ki, Gülbəddinin maddi vəziyyəti pisdir, onun isə pulu var. O polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Samir və Elvinə 40.000 manat pulu onun dostları qaytarmışlar. Onun həmin pulların qaytarılmasıdan xəbəri olmamışdır. Ona qarşı olan ittihamda qeyd edilən məbləğin 25 faizi həcmində dövlət büdcəsinə pulu səfərə getmək və işlərini görmək məqsədi ilə ödəmişdir. Yekun olaraq o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmədiyi üçün ona bəraət verilməsini, lakin bəraət verilməyəcəyi tədqirdə zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, X5 Azərbaycan Respublikasında olan Səfirliyində ABŞ X1 layihə meneceri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında ABŞ X7 tərəfindən Lənkəran şəhərində həyata keçirilən Aqroturizm tədbirində tanımışdır. Həmin vaxt Emin özünü "xxxx" MMC-nin direktoru olaraq Şabran rayonunun Dəvəçi kəndində geniş ərazini əhatə edən meyvə bağlarının sahibi kimi təqdim etmişdir. Həmin tədbirdə o, dostu Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında olan söhbət əsnasında Emin onları Şabran rayonunda yerləşən özünə məxsus bağ sahəsinə dəvət etmişdir. Bundan sonra onların Eminlə münasibəti yaranmışdır. Həmin münasibətlər çərçivəsində baş tutan görüşlər əsnasında Təqsirləndirilən şəxs bağçılıq təsərrüfatının çox gəlirli sahə olduğunu bildirib onun və Elvinin diqqətini həmin sahəyə çəkmişdir. Bundan sonra o Elvinlə hər ikisi tərəfindən eyni məbləğdə kapital qoymaqla şərikli bağ salmaq qərarına gəlmişdirlər. 2020-ci ilin dekabr ayında o, Elvin və qaynatası Şahid1la birlikdə Eminin dəvəti əsasında Şabran rayonunun Dəvəçi kəndində yerləşən bağçılıq təsərrüfatına gedərək oraya baxış keçirmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs öz bağ sahəsinin yanındakı 22 hektar torpaq sahəsini onlara göstərib bildirmişdir ki, həmin torpaq sahəsi onlar tərəfindən alınacağı təqdirdə, oranı öz torpağı kimi əkib becərməkdə ona və Elvinə kömək edə bilər. Söhbət əsnasında onlar Eminə Quba rayonu ərazisində bağ təsərrüfatı almaq fikirlərinin olduğunu bildirmişlər, lakin Emin Quba rayonunda torpağın qiymətinin baha olduğunu bildirərək onları bu fikirdən yayındırmışdır. Bundan sonra Emin onlara bildirmişdir ki, onlar Şahid2 vasitəsi ilə bir hektarı 9.000 manat olmaqla 22 hektar torpaq sahəsini ala bilərlər. Həmçinin Emin onlara bildirmişdir ki, əgər o və Elvin hər dəfə torpaq alqı-satqısı ilə bağlı rayona getmək istəmirsə, Eminin digər işçisi olan Şahid4 adına etibarnamə verə bilərlər. Onlar Eminə inandıqları üçün onun bu təklifi ilə razılaşaraq Qurbana etibarnamə vermişdirlər. 15 yanvar 2021-ci il tarixdə təxminən saat 10 radələrində Emin və Güləbəddinlə Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti 7b ünvanında yerləşən “Çörək Ağacı” adlı obyektdə görüşmüşdürlər. Həmin görüş zamanı orada o, dostu Elvin, qaynatası Elcan, Emin və Gülbəddin olmuşlar. Orada Emin onlara işə başlamaları üçün ilkin olaraq bir hektarı 9.000 manat olmaqlar 7.33 hektar torpaq sahəsini ümümi 70.000 manata təklif etmişdir. Onlar Eminin bu təklifi ilə razılaşaraq Elvinlə hər birinə 35.000 manat olmaqla, ümumilikdə 70.000 manat pulu orada olan şəxslərin yanında sayıb Eminə vermişdirlər. Emin həmin pulu qəbul etdikdən sonra ona və Elvinə bildirmişdir ki, 3-4 gündən sonra həmin torpaq sahəsinin çıxarışı onlarda olacaqdır. Bundan 3-4 gün sonra o, Elvin, Emin və Gülbəddin həmin yerdə görüşmüşlər. Görüş zamanı Emin 7.33 hektar torpaq sahəsinin çıxarışlarını təqdim edərək bildirmişdir ki, həmin torpaq sahələrinin alınmasına ümumilikdə 68.000 manat xərc çəkmişlər. 21 yanvar 2021-ci il tarixdə o, Elvin, Emin və “Çörək Ağacı” adlana obyektdə görüşərək, həmin 3 hektar torpaq sahəsini almaq məqsədi ilə Eminə 2.000 manatı əvvəl verdikləri puldan qalmaq şərtilə, əlavə olaraq 25.000 manat pul vermişdirlər. Emin pulu alıb saydıqdan sonra ona və Elvinə söz vermişdir ki, 3 gün ərzində həmin torpaq sahəsinin çıxarışlarını onlara təqdim edəcəkdir. Lakin bundan xeyli müddət keçsə də, Emin və Gülbəddin həmin sənədləri onlara gətirməmişdir. Bu səbəbdən onların aralarında narazılıq yaranmışdır. 12 fevral 2021-ci il tarixdə onlar “Çörək Ağacı” adlanan obyektdə görüşmüşlər. Orada Emin ona və Elvinə bildirmişdir ki, onlar əlavə 13.000 manat pul ödəməlidirlər ki, 4.5 hektar tərpaq sahəsini onlara ala bilsin. 13 fevral 2021-ci il tarixdə səhər saatlarında Elvin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 196 ünvanında yerləşən “Topçubaşov adına X10” yaxınlığında Eminlə görüşərək ona əlavə olaraq 13.000 manat pul vermişdir. Emin Elvindən pulu aldıqdan sonra söz vermişdir ki, bir neçə gün ərzində 4.5 hektar torpaq sahəsinin onların mülkiyyətinə keçməsi barədə sənədləri gətirib təqdim edəcəkdir. Bundan bir neçə gün sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb 4.5 hektar torpaq sahəsinin sənədini niyə gətirib təqdim etmədiyini soruşduqda Emin ona narahat olmamasını, Gülbəddinin bu işlə məşğul olduğunu və lazım olduqda Gülbəddinlə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra sənədlərin gecikdiyini görüb dəfələrlə Gülbəddinə zəng etsə də, sonuncu onun telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən artıq Emin və Gülbəddinin onları aldadıb pullarını ələ keçirdiklərini düşünərək Eminə zəng edib pullarını geri qaytarmasını tələb etmişdirlər. 2021-ci ilin may ayında o, Elvin, Gülbəddin və Emin Ağ Şəhər Bulvarında yerləşən bir kafedə görüşmüşdürlər. Orada o, Gülbəddinə bildimişdir ki, Emin deyir ki, pullar ondadır, lakin onun bu sözünə cavab olaraq Gülbəddin ona və Elvinə demişdir ki, pulların hara xərclənməsini Emin yaxşı bilir. Bu zaman o, əsəbiləşərək Gülbəddinin üstünə qışqırmışdır. Gülbəddin də onun üzərinə qışqırmasını pis qəbul edib bildimişdir ki, hər şeyi deyə bilmirəm. Bu zaman Gülbəddin guya küsərək kafedən bayıra çıxmışdır. Bundan dərhal sonra Emin artıq pulların kim tərəfindən ələ keçirildiyini onların başa düşüldüyünü gördükdə guya Gülbəddinin özünə ziyan vura biləcəyini bəhanə edərək onun arxasınca kafedən bayıra çıxmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxsla dəfələrlə söhbət aparsa da, Emin onlardan aldığı 40.000 manat pulu qaytarmaqla bağlı hər hansı müsbət addım atmayaraq pulların Gülbəddində olduğunu qeyd etmişdir. O da Gülbəddinlə əlaqə saxlayan zaman Gülbəddin ona Eminin yanında aylıq 300-500 manata işləyən bir işçi olduğunu, Eminə verdikləri pulları sonuncunun göstərişi ilə həyat yoldaşının adına torpaq sahələri almış və bu barədə onlara məlumat veməsinə Eminin qadağa qoyduğunu söyləmişdir. Beləliklə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ona məxsus 20.000 manat pulu ələ keçirmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, O, ABŞ X2 maliyyələşdirdiyi özəl sektorun inkşafı lahiyəsində aqranomiya və istehsalat üzrə mütəxəssis vəzifəsində çalışır. Zərərçəkmiş şəxs1 isə onun dostudur. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında ABŞ X7 tərəfindən Lənkəran şəhərində həyata keçirilən Aqroturizm tədbirində tanımışdır. Həmin vaxt Emin özünü "xxxx" MMC-nin direktoru olaraq Şabran rayonunun Dəvəçi kəndində geniş ərazini əhatə edən meyvə bağlarının sahibi kimi təqdim etmişdir. Həmin tədbirdə o, dostu Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında olan söhbət əsnasında X22 rayonu ərazisindən 6 hektar torpaq sahəsini almaq istədiklərini bildirmişdir Emin isə Samirə daha ucuz başa gələcəyi üçün Qubadan deyil, Şabran rayonu ərazisindən torpaq almağı məsləhət görmüş və onları Şabran rayonunda olan bağ sahəsinə baxmaq üçün özünə məxsus təsərrüfat sahəsinə dəvət etmişdir. Onların Təqsirləndirilən şəxsla ümumi tanışlığı yarandıqdan sonra baş tutan görüşləri zamanı Təqsirləndirilən şəxs bağçılıq təsərrüfatının çox gəlirli sahə olduğunu bildirərək onunla Samirin diqqətini həmin sahəyə yönəltmişdir. Bundan sonra o və Samir hər ikisi tərəfindən eyni məbləğdə kapital qoymaqla şərikli bağ təsərrüfatı qurmaq qərarına gəlmişdirlər. 2020-ci ilin dekabr ayında o, Samir və Samirin qaynatası Şahid1la birlikdə Təqsirləndirilən şəxs dəvəti əsasında Eminin Şabran rayonunun Dəvəçi kəndində yerləşən bağçılıq təsərrüfatına gedib həmin əraziyə baxış keçirmişdirlər. Həmin vaxt Emin özünə məxsus bağ sahəsinin yanında yeləşən 22 hektar torpaq sahəsini onlara göstərib bildirmişdir ki, əgər onlar həmin torpaq sahəsini alsalar, oranı öz torpağı kimi əkib becərməkdə onlara kömək edəcəkdir. Bundan sonra onlar Emin tərəfindən aldadılmayacaqlarını düşünüb onunla razılaşmışlar. Həmin vaxt Emin onlara bildirmişdir ki, onlar Şahid2 vasitəsi ilə bir hektarı 9.000 manat olmaqla 22 hektar torpaq sahəsini ala bilərlər. Həmçinin Emin onlara bildirmişdir ki, əgər o və Samir hər dəfə torpaq alqı-satqısı ilə bağlı rayona getmək istəmirsə, Eminin digər işçisi olan Şahid4 adına etibarnamə verə bilərlər. Onlar Eminə inandıqları üçün onun bu təklifi ilə razılaşaraq Qurbana etibarnamə vermişdirlər. 15 yanvar 2021-ci il tarixdə təxminən saat 10 radələrində Emin və Güləbəddinlə Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti 7b ünvanında yerləşən “Çörək Ağacı” adlı restoranda görüşmüşdürlər. Həmin görüş zamanı orada o, dostu Samir, Samirin qaynatası Elcan, Emin və Gülbəddin olmuşlar. Orada Emin onlara işə başlamaları üçün ilkin olaraq bir hektarı 9.000 manat olmaqlar 7.33 hektar torpaq sahəsini ümümi 70.000 manata təklif etmişdir. Onlar Eminin bu təklifi ilə razılaşaraq Elvinlə hər birinə 35.000 manat olmaqla, ümumilikdə 70.000 manat pulu orada olan şəxslərin yanında sayıb Eminə vermişdirlər. Emin həmin pulu qəbul etdikdən sonra ona və Samirə bildirmişdir ki, 3-4 gündən sonra həmin torpaq sahəsinin çıxarışı onlarda olacaqdır. Bundan 3-4 gün sonra o, Samir, Emin və Gülbəddin həmin yerdə görüşmüşlər. Görüş zamanı Emin 7.33 hektar torpaq sahəsinin çıxarışlarını təqdim edərək bildirmişdir ki, həmin torpaq sahələrinin alınmasına ümumilikdə 68.000 manat xərc çəkmişlər. 21 yanvar 2021 tarixdə saat 11 radələrində o, Samir, Emin və Gülbəddin “Çörək Ağacı” adlı restoranda görüşmüşlər. Orada daha 3 hektar torpaq sahəsi üçün Eminə 2.000 manatı əvvəl verdikləri puldan qalmaq şərtilə, əlavə olaraq 25.000 manat pul vermişdirlər. Emin pulu alıb saydıqdan sonra onunla Samirə 3 gün ərzində həmin torpaq sahəsinin çıxarışlarını onlara təqdim edəcəyini bildirmişdir. Lakin bundan xeyli müddət keçsə də, Emin və Gülbəddin həmin sənədləri onlara gətirməmişdir. Bu səbəbdən onların aralarında narazılıq yaranmışdır. 12 fevral 2021-ci il tarixdə onlar bir daha həmin restoranda görüşmüşlər. Orada Emin ona və Samirə bildirmişdir ki, onlar əlavə 13.000 manat pul ödəməlidirlər ki, 4.5 hektar tərpaq sahəsini onlara ala bilsin. O və Samir ilkin olaraq Eminin bu təklifinə narazılıqlarını bildirsələr də, sonradan öz aralarında məsləhətləşərək Eminə əlavə olaraq 13.000 manat vermək qərarına gəlmişlər. 13 fevral 2021-ci il tarixdə səhər saatlarında o, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 196 ünvanında yerləşən “Topçubaşov adına X10” yaxınlığında Eminlə görüşüb orada ona 13.000 manat pul vermişdir. Pulu aldıqdan sonra Emin bir neçə gün ərzində 4.5 hektar torpaq sahəsinin onunla Samirin mülkiyyətində olmasına dair çıxarışı onlara təqdim edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o və Samir Eminlə əlaqə saxlayıb 4.5 hektar torpaq sahəsinin sənədini niyə gətirib təqdim etmədiyini soruşduqda, Emin onlara narahat olmamasını, Gülbəddinin bu işlə məşğul olduğunu və lazım olduqda Gülbəddinlə əlaqə saxlamalarını bildirmişdir. Bundan sonra sənədlərin gecikdiyini görüb dəfələrlə Gülbəddinə zəng etsə də, sonuncu onun telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən artıq Emin və Gülbəddinin onları aldadıb pullarını ələ keçirdiklərini düşünərək Eminə zəng edib pullarını geri qaytarmasını tələb etmişdirlər. 2021-ci ilin may ayında o, Samir, Gülbəddin və Emin Ağ Şəhər Bulvarında yerləşən bir kafedə görüşmüşlər. X13 sərt şəkildə bildirmişdir ki, Emindən aldıqları məlumata görə onların verdikləri 40.000 pul ondadır. Lakin Samirin bu sözünə cavab olaraq Gülbəddin bildirmişdir ki, pulların hara xərclənməsini Emin yaxşı bilir. Bu zaman Samir əsəbiləşərək Gülbəddinin üstünə qışqırmış, Gülbəddin isə onun üzərinə qışqırmasını pis qəbul etmiş və guya küsərək kafedən getmişdir. Emin isə artıq pulların kim tərəfindən ələ keçirildiyini onların başa düşdüyünü gördükdən sonra guya Gülbəddinin özünə zərər vura biləcəyini bəhanə edərək onun ardınca kafedən bayıra çıxmışdır. Bundan sonra onlar Eminlə dəfələrlə söhbət aparsa da, Emin onlardan aldığı 40.000 manat pulun Gülbəddində olduğunu bəhanə gətirərək qaytarmamışdır. Bundan sonra onlar Gülbəddinlə əlaqə saxlamışlar və Gülbəddin onlara Eminin yanında aylıq 300-500 manata işləyən bir işçi olduğunu və onlar verdikləri pullara Eminin tapşırığı ilə onun həyat yoldaşının adına torpaq sahələri almışdır. Gülbəddin ona və Samirə Eminin göstərişi ilə həyat yoldaşının adına torpaq sahələrinin rəsmiləşdirildiyini təsdiq edən sənədləri təqdim etdikdən sonra onlar Emin tərəfindən aldadıldıqlarına əmin olmuşlar. Beləliklə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək ona məxsus 20.000 manat pulu ələ keçirmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun kürəkənidir. 2020-ci ilin dekabr ayında kürəkəni Samir ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs "xxxx" MMC-nin direktorudur və Şabran rayonunun Dəvəçi kəndində geniş ərazini əhatə edən meyvə bağlarının sahibi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs ilk dəfə Samir və onun şəriki Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs Şabran rayonu, Dəvəçi kəndində yerləşən torpaq sahəsinə baxış keçirən zaman görmüşdür.Bundan sonra X19 Bağırovla daha yaxın münasibəti yaranmış və baş tutan görüşləri zamanı Təqsirləndirilən şəxs bağçılıq təsərrüfatının çox gəlirli sahə olduğunu bildirərək Samirin və Elvinin diqqətini həmin sahəyə yönəltmişdir. Bundan sonra Samir və Elvin eyni məbləğdə kapital qoymaqla şərikli bağ salmaq barədə razılığa gəlmişdirlər. 2020-ci ilin dekabr ayında o, Samir və Elvinlə birlikdə Təqsirləndirilən şəxs dəvəti əsasında onun Şabran rayonunun Dəvəçi kəndində yerləşən bağçılıq təsərrüfatına gələrək həmin ərazini gəzmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs öz bağ sahəsinin yanındakı 22 hektar torpaq sahəsini onlara göstərib həmin torpaq sahəsinin Samir və Elvin tərəfindən alınacağı təqdirdə, oranı öz torpağı kimi əkib becərməkdə və bağ təsərrüfatında su boruları vasitəsilə suvarma, habelə işıqlandırma və digər texniki işlərin görülməsində Samir və Elvinə yardım edəcəyini bildirmişdir. Həmin görüş zamanı Samirgil Təqsirləndirilən şəxs Quba rayonu ərazisində bağ təsərrüfatı almaq fikirlərinin olduğunu bildirdikdə isə Emin onlara Quba rayonunda torpağın baha olduğunu, bu səbəbdən də bağ təsərrüfatının yanındakı ərazidə torpaq sahəsini daha ucuz qiymətə alıb bağ sahəsi salmağa da yardım edəcəyini söyləmiş və onları bu fikrindən daşındırmışdır. Onlar Eminin onlara verdiyi vədləri nəzərə alaraq sonuncunun bu təklifi ilə razılaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs Samirə bildirmşdir ki, göstərdiyi 22 hektarlıq torpaq sahəsinin bir hektarını 9.000 manatdan ala biləcəklər və bu işdə onun işçisi olan Şahid2 onlara yardım edəcək. Eyni zamandan Emin və Gülbəddin Samir və Elvinə təklif etmişdir ki, əgər hər dəfə torpaq alqı-satqısı ilə bağlı rayona gedib-qayıtmamaq istəmirlərsə özünün digər işçisi olan Şahid4 adına etibarnamə verə bilərlər. Samirlə Elvin isə Emin və Gülbəddinin bu təklifi ilə razılaşıb Şahid4 adına etibarnamə vermişdirlər. 15 yanvar 2021-ci il tarixdə təxminən saat 10 radələrində o, Samir və Elvin Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti 7b ünvanında yerləşən “Çörək Ağacı” adlı iaşə obyektində Emin və Güləbəddinlə görüşmüşdürlər. X21 Elvinə 22 hektar torpaq sahəsindən ilkin olaraq bir hektarı 9.000 manat olmaqla 7.33 hektar torpaq sahəsini alaraq bu işə başlamalarını təklif etmişdir. Samir və Elvin Eminlə razılaşaraq hərəsi 35.000 manat pul qoymaqla, ümumilikdə 70.000 manat pulu orada olan şəxslərin yanında Eminə vermişdirlər. Emin həmin pulları sayaraq 70.000 manat olmasına əmin olduqdan sonra Samirlə Elvinə bildirmişdir ki, narahat olmasınlar, 3-4 gündən sonra həmin torpaq sahəsinin çıxarışı onlarda təqdim olunacaqdır. Həmin görüş zamanı o, Gülbəddinin nə dərəcə etibar edilə biləcək şəxs olduğunu soruşduqda, Emin ona və yanındakı şəxslərə Gülbəddinin bir qədər məsuliyyətsiz şəxs olsa da, pul söhbətində heç bir problem yaratmayacağını, öz işlərini də Gülbəddinin gördüyünü, gördüyü işi yubatmasına baxmayaraq sonda uğurla həll etdiyini bildirmişdir. Eminin sözləri onlarda Gülbəddinə qarşı inam yaratmışdır. Bundan sonra Emin və Gülbəddin həmin pulları götürərək çıxıb getmişlər. O, baş tutan növbəti görüşlərdə iştirak etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Samir və Elvin Eminə onlara torpaq alması üçün 40.000 manat pul vermişlər, lakin Eminin tapşırığı ilə Gülbəddin həmin pula Samir və Elvinə deyil Eminin həyat yoldaşının adına torpaq sahələri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2006cı ildən 2016-cı ilin fevral ayınadək olan müddət ərzində Quba rayonu, Qonaqkənd qəsəbəsi, İnzibati Ərazi Dairəsində icra nümayəndəsi vəzifəsində işləmişdir. 2016-cı ilin may ayında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq görüşmüş və bildirmişdir ki, həmin regionda bağçılıqla məşğul olan şirkət yaradacaqlar və həmin şirkət üçün torpaq sahələri axtarırlar. O da bildirmişdir ki, görəcəkləri işlər üçün Quba rayonu, Qonaqkənd qəsəbəsinin sakinlərinə məxsus Şabran rayonu, Qarapanlı kəndi ərazisində yerləşən torpaq sahələrini almaqda ona köməklik edə bilər. Bundan sonra o torpaq sahələri alaraq hamısını vahid şəkildə cəmləşdirib Təqsirləndirilən şəxs və şəriklərinin adına rəsmiləşdirmişdir. 2017-ci ilin iyun ayında Emin ona "xxxx" MMC adlı bağçılıq şirkəti yaratdığını bildirib onu həmin şirkətdə 500 manat əmək haqqı müqabilində inzibati işçi kimi işləməsini təklif etmiş, o isə Eminin bu təklifi ilə razılaşmışdır. 2020-ci ilin dekabr ayında Emin onu Şabran rayonu, Dəvəçi kəndinə çağıraraq orada Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Samirin qaytanası olan Elcan adlı şəxsləri ona təqdim edərək, həmin şəxslərin onun dostları olduğunu və bağçılıq təsərrüfatı ilə məşğul olmaq istədiklərini bildirmişdir. Bu səbəblə Emin ondan xahiş etmişdir ki, Samir və Elvin üçün özünün bağına yaxın ərazidə torpaq sahələri tapsın. O da orada Emin və dostlarının göstərdiyi 22 hektar torpaq sahəsinə baxış keçirmişdir. Bundan sonra o Samir və Elvinə bildirmişdir ki, həmin ərazidə torpağın bir hektarının sənədləşmə xərcləri daxil olmaqla 9.000 manata almaq olar. 14 yanvar 2021-ci il tarixdə Emin ona zəng edərək bildirmişdir ki, dostları Samir və Elvin torpaq sahəsini alıb işə başlamaq istəyirlər və bununla bağlı Samir və Elvinlə görüşmək üçün Bakı şəhərində gəlməlidir. xx.xx.2021-ci il tarixdə o, Eminin tanışlarına məxsus Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti 7b ünvanında yerləşən “Çörək Ağacı” iaşə obyektində Emin, Elvin, Samir və Şahid1la görüşmüşlər. Görüş zamanı Samir və X20 rayonu, Dəvəçi kəndində yerləşən bağ təsərrüfatının yanında ilkin olaraq 7.33 hektar torpaq sahəsinin alınması üçün Eminə 70.000 manat pulu sayıb vermişdirlər. Emin də həmin pulları orada sayaraq sözügedən torpaq sahəsini ilkin olaraq alması üçün ona vermişdir. Bu zaman o, Samir və Elvinə bildirmişdir ki, 7.33 hektar torpaq sahəsi hissə-hissə olmaqla ayrı-ayrı şəxslərin adınadır, buna görə də hər dəfə alqı-satqı prosesində iştirak etmək məqsədi ilə Quba rayonuna gedib-gəlməmək üçün öz adlarından Şahid4 Niyyətulla oğlunun adına yalnız torpaq sahəsinin alınması üçün etibarnamə versinlər. Elvin və Samir də alqı-satqının tezliyini təmin etmək məqsədi ilə hər ikisi Şahid4 adına etibarnamə vermişdirlər. Razılaşdıqdan sonra onun xahişi ilə Emil Bağırov onu öz avtomobili ilə “Şamaxinka” adlanan əraziyə aparmış və Quba rayonuna qayıtmışdır. Orada həmin torpaqların sahibi ilə görüşərək sözgedən torpaq sahələrin dəyərini ödəmiş, təxminən 1 həftədən qısa müddət ərzində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirməklə “Çörək Ağacı” adlı iaşə obyektində Emin, Samir, Elvinlə görüşüb həmin torpaq sahəsinin sənədlərini sözügedən şəxslərə təqdim etmiş və bildirmişdir ki, qeyd olunan torpaq sahələrinin alqı-satqı və sənədləşdirmə işlərinə 68.000 manat pul xərcləyib, verdikləri puldan 2.000 manat pul onda qalıb. xx.xx.2021-ci il tarixdə yenidən o, Emin, Elvin və Samir “Çörək Ağacı” adlı iaşə obyektində görüşmüşdürlər. X23 və Elvinə bildirmişdir ki, əlavə torpaq sahələrinin alınması üçün ona pul verməlidirlər ki, o əlavə torpaq sahəsi alsın və bağçılıq təsərrüfatını salmağa başlansın. Eminin bu təklifinə cavab olaraq Samir və Elvin bildirmişlər ki, hazırda 25.000 manat pulları var, 2.000 manat da əvvəlki alış-verişdən qaldığı üçün 27.000 manat pul düzəldə bilirlər, həmin pula da 3 hektar torpaq sahəsi alıb əvvəlki torpaq sahəsinə əlavə etsin. Bundan sonra Samir və Elvin 25.000 manat pulu orada onun yanında sayıb Eminə vermişdirlər. Emin həmin pulları götürüb sayarkən həmin pulların yarısını saymaq üçün ona təqdim etsə də, Elvin Eminə icazə verməyib pulları özünün saymasını bildirmişdir. Emin pulların hamısını sayıb ona təhvil vermişdir. O da yeni torpaq sahələri almaq üçün Emindən həmin pulları götürüb Quba rayonuna qayıtmışdır. O, Quba rayonuna doğru yolda olan zaman Emin ona zəng edərək bir az öncə Samir və Elvindən aldığı 27.000 manat pulu Elbrus Eldarovdan işlədiyi şirkətin adına aldığı 2 hektar 41 sot torpaq sahəsinin əvəzi olaraq Elbrusun qardaşı Nahidə verməsini tapşırmışdır. Həmçinin Emin ona tapşırmışdır ki, Samir və Elvindən aldığı 27.000 manat puldan yerdə qalan məbləği onun həyat yoldaşı Şahid6 adına Şahid9 alınmış torpaqların qalıq borcunu ödəsin. O, ilk öncə Eminin Samir və Elvinin pulunu başqa işlərə xərcləmək barədə fikrinə qarşı çıxsa da, Emin ona Samirgilə iyula qədər söz verdiklərini, o vaxta kimi özünün Samirgilin pulunu tapıb qaytaracağını və Samirgillə özünün bu barədə danışacağını bildirib ona verdiyi tapşırığa əməl etməsini söyləmişdir. O da Eminin tapşırığı əsasında ilk olaraq Elbrusun qardaşı Nahidlə görüşüb 17.000 manat pul vermişdir. 22 yanvar 2021-ci il tarixdə Samir və Elvindən götürdüyü 27.000 manat puldan Eminin göstərişi əsasında Nahidə ödədikdən sonra pulun qalan hissəsini Şahid6 adına Şahid9 alınmış torpaq sahələrinə və sənədləşmə xərclərinə ödəmişdir. Bundan bir neçə gün sonra Samir və Elvin ona zəng edərək 3 hektar torpaq sahəsinin alınması ilə bağlı soruşduqda o, Eminə Samir və Elvinin torpaq sənədləri ilə maraqlandığını bildirmişdir. Emin də ona bildirmişdir ki, Samir və Elvinə hələ işlərin getdiyini və əlavə pul lazım olmasını desin. O da həmin şəxslərin Eminin tanışı olduğu üçün sözügedən şəxslərlə danışan zaman Eminin dediklərini Samir və Elvinə söyləmişdir. Bu hal getdikcə Samirgillə onların arasında narazılıq yaratmışdır. xx.xx.2021-ci il tarixdə o, Emin, Samir və Elvin “Çörək Ağacı” adlı iaşə obyektində görüşmüşdürlər. X23 və Elvinə bildirmişdir ki, əvvəl söz verilmiş torpaq sahələrinin sənədləşməsi və yeni torpaq sahələrinin alınması üçün əlavə pul lazımdır. Samir və Elvin llkin olaraq Eminin bu təklifinə etiraz etsələr də, sonradan 13.000 manat pul verəcəkləri barədə razılaşmışlar. xx.xx.2021-ci il tarixdə Emin ona zəng edərək Elvinin əlavə olaraq torpaq sahəsi almaq üçün 13.000 manat pul verdiyini və həmin pulları götürüb Şabran rayonuna gəldiyini bildirmişdir. Onlar həmin gün Şabran rayonunda görüşmüşlər və Emin 13.000 manat pulu ona verərək həmin pulla həyat yoldaşı Şahid6 adına Şahid9 alınmış torpaq sahələrinə görə qalıq qalmış borcu bağlamasını bildirmişdir. O da Eminin tapşırığı əsasında 13.000 manat puldan 8.500 manat pulu Turala ödəmişdir, yerdə qalan 4.500 manat pulu Samir və Elvinə söz verilən torpaq sahələrinin alınması üçün 2 nəfər hazırda adlarını xatırlamadığı şəxslərə beh olaraq verib torpaq sahələrinin alqı-satqısı üçün etibarnamə almışdır. Lakin Təqsirləndirilən şəxs söz verdiyi kimi Samir və Elvinin ümumilikdə 40.000 manat pulunu öz işlərinə xərcləməklə yaranmış problemlə əlaqədar özünün tapıb verəcəyi pulları vaxtında vermədiyi üçün həmin iki nəfər şəxs torpaq sahələrinə görə aldıqları behin davamı olaraq əlavə ödəniş edilmədiyini görüb ona vermiş olduqları etibarnamələri ləğv etdirmiş və onun beh olaraq vermiş olduğu pulları qaytarmamışlar. Bundan bir müddət sonra Samir və Elvin mütəmadi olaraq ona zəng edərək torpaq sahəsi almaq üçün Eminə verdikəri 40.000 manat pulun müqabilində ondan torpaq sahələrinin sənədlərini tələb etməyə başlamışdırlar. O da bu barədə Emin məlumat verdikdə, sonuncu ona narahat olmamasını, Samir və Elvinin işlədiyi xarici təşkilatın təsərrüfat sahəsi üçün qrand ayıracağını və həmin qranddan 40.000 manat götürüb onlara söz verdiyi torpaq sahələrini alaraq sənədlərini alaraq aralarındakı narazıçılığa son qoyacağını bildirmişdir. 2021-ci ilin may ayında o, Emin, Samir və Elvin “Ağ şəhər” bulvarında yerləşən kafedə görüşmüşdürlər. Həmin görüşdən əvvəl Emin ona tapşırmışdır ki, o, ağzını açıb heç nə danışmasın, narahat olmasın, özü Samirgillə danışıb onlardan əlavə pul alacaq. Görüş zamanı Emin Samir və Elvinə demişdir ki, ona əlavə pul verməlidirlər ki, o, əvvəlcədən razılaşdırdıqları 22 hektar torpaq sahəsini bütövlükdə alıb onlara versin. Samir və Elvin Eminin bu təklifinə etiraz edərək heç bir pul verməyəcəklərini, ödədikləri 40.000 manata görə Eminin söz verdiyi torpaq sahələrini alıb verməyəcəyi təqdirdə onlardan şikayət edəcəklərini bildirmişdirlər. Emin israrla Samir və Elvinə narahat olmamalarını, heç bir problem olmadığını onların verdikləri pulun müqabilndə olan torpaq sahəsini onlara alıb verəcəyini bildirdi. Bu zaman Samir əsəbiləşərək Emin və ondan ya 40.000 manat pulu, ya da həmin pulun müqabilində torpağın sənədlərini tələb edərək onun üzərinə qışqırıb onunla kobud şəkildə nalayiq ifadələrlə danışmağa başlamışdır. O da təqsiri olmadığı üçün Eminin etdiklərindən dolayı bu cür hərəkətlərə məruz qalmasına görə əsəbiləşib Samir və Elvinə ona qışqırmaqdansa, birinci növbədə pulu verdikləri Emindən pulları hara xərcləməsini soruşub, sonra onun üstünə gəlmələrini bildirib kafeni tərk etmişdir. Bundan 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs onun ardınca gələrək onu sakitləşdirməyə çalışmışdır və demişdir ki, narahat olmasın, problemi özü həll edəcək. xx.xx.2021-ci ildə təhsiliylə bağlı Ukraynaya getmişdir. Bundan sonra, Samir və Elvin ondan pullarını tələb edən zaman o bildirmişdir ki, onların pullarını Emin öz işlərinə xərcləyib. Şikayətdən sonra o gedib izahat verdiyi zaman Samir və Elvinlə görüşüb onlara həqiqəti danışıb bələdiyyə işçisi olmadığını, həmçinin Təqsirləndirilən şəxs şirkətində 300-500 manat əmək haqqı müqabilində işləyən işçi olduğunu bildirib alqı-satqı proseslərinə dair notarial sənədləri sözügedən şəxslərə göstərən zaman Samir və Elvin əmin olmuşdur ki, məhz Emin 40.000 manat pullarını öz işlərinə xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayından "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. 01 oktyabr 2017-ci il tarixdən 18 may 2021-ci il tarixədək həmin MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuşdur. Şirkətin 800 hektar torpaq sahəsi vardır, Təqsirləndirilən şəxs həmin yerdə olan torpaq sahəsini işdən çıxarıldıqdan sonra şirkətin təsisçisi Xumar Rzayevaya satmışdır. Şahid2 isə "xxxx" MMC-də hüquq məsləhətçisi vəzifəsində çalışır. Şahid2 rəhbərlik tərəfindən verilən tapşırıqları icra edir. Sonuncunun özbaşına şirkətin adından torpaq sahəsi almaq ixtiyarı olmamışdır. Samiri isə şəxsən tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, O, Bakı şəhəri, Yasamal rayonmu, İzmir prospekti 9 ünvanında yerləşən “Çörək Ağacı” adlı iaşə obyektinin sahibidir. Təqsirləndirilən şəxs onun dostudur. Şahid2 isə şəxsən yaxından tanımasa da, Eminlə olan görüşlər zamanı bir neçə dəfə görmüşdür. Zərərçəkmiş şəxs1 isə bir dəfə “Çörək Ağacı” mağazasında Eminlə birlikdə görmüşdür. 2019-cu ilin yanvar ayından Emin və digər dostları “Çörək Ağacı” mağazasına tez-tez gələrək onunla görüşmələrinə baxmayaraq Təqsirləndirilən şəxs Samir və Elvin adlı şəxslərlə “Çörək Ağacı” restoranında görüşməsi, orada bir-birilərinə müəyyən məbləğdə pul vermələri, bir-birilərinə torpaq sahələrinin sənədlərini təqdim etmələri haqqında heç vaxt məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Şahid2 təxminən 2-3 il olar ki, tanıyır. 2021-ci ilin yanvar ayının ortalarında "xxxx" MMC-nin işçisi olan Gülbəddin ona zəng edərək qardaşı Elbrus Eldarovun adına olan torpaq sahələrini satıbsatmadıqlarını soruşmuşdur. Bu zaman o və qardaşı Gülbəddinin təklifini müsbət dəyərləndirib nə qədər torpaq sahəsi lazım olduğunu soruşduqda Gülbəddin ona qardaşının adına olan torpaq sahələrini hissə-hissə alacağını bildirmiş və torpağın hektarını neçəyə ala biləcəklərini soruşmuşdur. O da Gülbəddinə bildirmişdir ki, torpaq sahəsinin 01 hektarını 7.000 manatdan satırlar. Gülbəddin əvvəlcə 7.33 hektar torpaq sahəsi alacaqlarını söyləmişdir. xx.xx.2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzində ümumilikdə 7.33 hektar torpaq sahəsinin alqı-satqısını həyata keçirmişdirlər. Bundan bir müddət sonra təxminən 2021-ci ilin fevral ayının əvvəlində Gülbəddin yenidən ona zəng etmiş və bu dəfə 2,41 hektar torpaq sahəsi almaq istədiklərini bildirmişdir. O, bununla bağlı Gülbəddinə razılıq verib 01 hektarını 7.000 manatdan satdığını bildirmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzində onun və qardaşının adından etibarnamə əsasında X9, alıcı qismində isə "xxxx" MMC-nin adından Şahid4 iştirak etməklə, həmin "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Bundan başqa Gülbəddin ondan torpaq sahəsi almayıbdır. Təqsirləndirilən şəxs real həyatda yalnız torpaq sahələrinin alınması ilə bağlı "xxxx" MMC şirkətinə gedərkən görmüşdür. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 86-89-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, Şahid2 2008-ci ildən yəni, yaşadığı Qonaqkənd qəsəbəsinin icra nümayəndəsi işlədiyi vaxtdan tanımışdır. Təqsirləndirilən şəxs isə 2016-cı il tarixdən Gülbəddinin vasitəsilə tanımışdır. Belə ki, həmin ərəfələrdə Gülbəddin onu çağırıb bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin regionda böyük bağçılıq təsərrüfatı yaratmaq istəyir, bunun üçün kənd camaatının əlində olan torpaq sahələrini alıb şirkətin adına keçirmək lazımdır. Bu məqsədlə Təqsirləndirilən şəxs direktoru olduğu "xxxx" MMC şirkətinin adından alqısatqıda iştirak etmək üçün ona etibarnamə vermişdirlər. Həmin şirkətin hesabına kifayət qədər torpaq sahəsi alındıqdan sonra 2017-ci ildən rəsmi şəkildə işləməyə başlamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Belə ki dəqiq tarix xatırlamasa da, 2021-ci ilin yanvar ayının əvvəllərində o, həmin şəxslərlə tanış olmuş, Şahid2 həmin şəxslərin Təqsirləndirilən şəxs dostları olduğunu, Təqsirləndirilən şəxs göstərişi ilə Şabran rayonu, Dəvəçi kəndi ərazisində Samir və Elvin üçün torpaq sahələrinin alınmasında sözügedən şəxslərin hər dəfə Bakı şəhərindən rayona gəlməmələri üçün ona alqı-satqı prosesində alıcının adından iştirak etmək məqsədilə etibarnamə verəcəklərini bildirmişdir. O da razılaşaraq etiraz etməmişdir. Onunla Şahid2 2021-ci ilin yanvar ayının ortalarından başlayaraq Samir və Elvin üçün Eminin bağçılıq təsərrüfatının yanında yerləşən ümumilikdə 7.33 hektar torpaq sahəsini alıb Samirlə Elvinin adına rəsmiləşdirmişdirlər. Həmin torpaq sahəsinin sənədlərini Gülbəddin və Emin bir yerdə aparıb Bakı şəhərində Samirlə Elvinə vermişdirlər. Bundan bir neçə gün sonra, yəni xx.xx.2021-ci il tarixdə günün ikinci yarısı Gülbəddin ona zəng edərək Eminin Samir və Elvindən sonuncular üçün əlavə torpaq sahələri almaq məqsədilə 27.000 (iyirmi yeddi min) manat pul alıb Gülbəddinə verdiyini və özünün də həmin pulları götürərək əlavə torpaq sahələri almaq üçün Şabran rayonuna gəldiyini bildirmişdir. Həmçimin Gülbəddin ona Samir və Elvin üçün əlavə torpaq sahələri tapmasını bildirmişdir. Həmin gün axşam saatlarında o, Gülbəddinə zəng edərək harada olduğunu, Samir və Elvinə tapdığı torpaq sahələri üçün vətəndaşlarla görüşmək lazım olduğunu söylədikdə, Gülbəddin ona bildirmişdir ki, Təqsirləndirilən şəxs Gülbəddinə bu işi saxlamasını, həmin pulla şirkət və arvadı Şahid6 tərəfindən alınmış torpaq sahələrinin qalıq borclarını ödəməklə həmin torpaq sahələrini sənədləşdirib sonuncuların adına keçirməsini, daha sonra həmin işlərdən əldə olunmuş gəlirlə Samir və Elvin üçün kənd camaatından torpaq sahəsi yığıb təhvil vermələrini tapşırıb. O da bir söz deməyib Gülbəddinin dediklərinə etiraz etməmiş, lakin Gülbəddinə həmin pulun Təqsirləndirilən şəxs yox, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduğunu, bu işə görə sonda Samirlə Elvinə cavab verməyin çətin olacağını söyləmişdir. Gülbəddin də ona demişdir ki, bu Eminin tapşırığıdır, Elvin və Samir Təqsirləndirilən şəxs tanışlarıdır, bu işi Emin özü Samir və Elvinlə həll edəcəkdir. Bundan sonra 22 yanvar 2021-ci il tarixdə Gülbəddin Şahid9 əvəzinə, o isə Şahid6 adından notariusda çıxış edərək sonuncunun adına alınmış torpaq sahələrinin rəsmiləşdirməsini aparmışdırlar. Bundan bir müddət sonra dəqiq tarix xatırlamasa da, Təqsirləndirilən şəxs Samir və Elvindən əlavə olaraq 13.000 (on üç min) manat pul alıb Gülbəddinə vermişdir ki, Samirlə Elvin üçün kənd camaatından əlavə torpaq sahələri alsınlar. Lakin yenə Gülbəddin ona bildirmişdir ki, Emin həmin 13.000 manat pulun Samir və Elvinə torpaq sahələrinin alınması üçün sərf olunmasına icazə verməmiş, həmin pulların arvadı Şahid6 adına Şahid9 alınmış torpaq sahələrinə görə qalmış qalıq borclarına xərclənməsini bildirmişdir. Daha sonra Gülbəddin həmin 13.000 manat puldan qalan 4.500 (dörd min beş yüz) manat pulu hazırda adını xatırlamadığı iki şəxsə Samir və Elvin üçün torpaq sahəsi almaq məqsədilə beh qismində ödəmiş, hətta həmin şəxslərdən Gülbəddin öz adına etibarnamələr də götürmüşdür. Eminin Samir və Elvinin pulunu onunla Gülbəddinə təhvil verəcəyi təqdirdə, həmin torpaq sahələrini almaq barədə Gülbəddin torpaq sahələrinin sahibləri ilə razılaşmışdır. Lakin Emin vəd etdiyi pulu onlara ödəmədiyi üçün həmin etibarnamələrin həmin şəxslər tərəfindən ləğv edilməsi səbəbilə 4.500 manat pul da batmışdır. Bundan sonra Emin pulları ödəmədiyindən, onlar Elvin və Samir üçün öhdəliklərinə götürdükləri 22 hektar torpaq sahəsini tam şəkildə sonuncuların mülkiyyətinə keçirə bilməmişdirlər. Bu gedişatı görən Elvin və Samir bundan sonra ona mütəmadi olaraq zəng edib pullarının nəyə xərcləndiyini, nə səbəbə torpaq sahələrinin alınmadığını soruşmuşdurlar. O, bu barədə Gülbəddinə məlumat verdikdə, Gülbəddin ona Eminin Samir və Elvinlə danışdığını, o cümlədən X15 tanışları olduğunu əsas götürərək məsələni Təqsirləndirilən şəxs şəxsən özünün həll edib qaydasına qoyacağını söyləmişdir. Bu səbəbdən Elvin və Samir ona zəng etdikdə, bir qədər səbrli olmalarını, tezliklə Gülbəddinlə birlikdə digər torpaq sahələrini də alıb sözügedən şəxslərin mülkiyyətinə keçirəcəklərini bildirmişdir. Lakin onunla Gülbəddin işi həll etmədikcə, Samir və Elvinin onlara olan təzyiqi artmış və dəqiq vaxtını xatırlamadığı tarixdə Elvinlə Gülbəddinin də iştirakı ilə Quba rayonu, “Shanel” Hotelin qarşısında görüşmüşdür. Elvin sənədləşmənin nə yerdə olduğunu soruşduqda, Gülbəddin bir qədər səbrli olmasını, işi sabah-biri günə həll edəcəklərini bildirmişdir. O da Elvinə yolundan qalmamasını, işi həll edib bitirdikdən sonra sonuncunu məlumatlandıracaqlarını bildirmiş və bundan sonra Elvin onlarla sağollaşıb şəhərə doğru yollanmışdır. Daha sonra Elvin və Samir Təqsirləndirilən şəxs ödədikləri 40.000 manat pulun müqabilində torpaq sahələrinin alınmadığını görüb Təqsirləndirilən şəxs və Gülbəddindən polisə şikayət etmişdirlər. O da bununla bağlı polisə gedərək izahat vermişdir. Bununla yanaşı, Samir və Elvin Eminin tanışı olduğundan, X12 və onunla Təqsirləndirilən şəxs özü tanış etdiyindən, Samir və Elvinə torpaq sahəsi alınması, bağçılıq təsərrüfatı yaradılması barədə sonuncularla Təqsirləndirilən şəxs özü danışıqlar aparmış və bu məqsədlə Təqsirləndirilən şəxs onlardan ümumilikdə 40.000 (qırx min) manat pulu alaraq Gülbəddinə vermişdir. Təqsirləndirilən şəxs həmin 40.000 manat pulu Samir və Elvindən alıb Gülbəddinə verdikdən sonra həmin vəsaitə Samir və Elvin üçün torpaq sahəsi alınması yerinə, Gülbəddinə tapşırıq vermişdir ki, həmin pullar arvadı Şahid6 və şirkət üçün alınmış torpaqların qalıq borclarının ödənilməsinə, sənədləşmə işlərinin yekunlaşdırılmasına xərclənilsin. Eminin bu tapşırığından sonra Şahid6 adından ona verilmiş etibarnamə əsasında həmin şəxsin adına tərəfindən 6.41 hektar torpaq sahəsinin alqı-satqısı həyata keçirilmiş, eyni zamanda Elvinlə Samirin Təqsirləndirilən şəxs verdiyi pullar şirkət üçün 2.41 hektar torpaq sahəsinin Elbrus Eldarovdan alınaraq şirkətin balansına keçirilməsinə xərclənilmişdir. Samir və Elvin üçün torpaq sahəsi alınması məqsədilə sonuncuların ümumilikdə 40.000 manat pulu Gülbəddinin dediyinə görə ayrı-ayrı vaxtlarda Bakı şəhərində Təqsirləndirilən şəxs tərəfindən alınıb Gülbəddinə verilmiş, daha sonra Təqsirləndirilən şəxs tərəfindən Gülbəddinə həmin pulları öz şəxsi işlərinə xərcləməsi tapşırılmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 148-150-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 il müddətdir ki, tanıyır. Dostluq etdikləri müddətdə Eminin heç bir zaman belə işlərə qarışmasının şahidi olmamışdır və Təqsirləndirilən şəxs dürüst bir insan kimi tanıyır. Təqsirləndirilən şəxs və digər dostları 2019-cu ilin yanvar ayından Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti 9 ünvanında yerləşən, ona məxsus “Çörək Ağacı” restoranına tez-tez gələrək həmin mağazada onunla görüşmüşdürlər. Təqsirləndirilən şəxs Samir ilə məsələsi barədə ilk dəfə təxminən 01 il yarım əvvəl sözügedən şəxslər onun yanına gələndə məlumatı olmuşdur. Həmin şəxslər onun yanına gələrək bildirmişdirlər ki, Şahid2 Samir və Elvinin ümumilikdə 40.000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib sonunculara söz verdiyi torpaq sahələrini Samir və Elvinin mülkiyyətinə keçirmir. Bundan sonra onlar bildirmişdir ki, Gülbəddin pulu qaytarmadığı üçün sonuncuyla borc müqaviləsi bağlamaq istəyirlər. Bu zaman o, Samir və Elvinə bildirmişdir ki, onlar pulu Gülbəddinə borc kimi vermədiklərindən borc müqaviləsi bağlamaqları düzgün olmaz. Əlavə olaraq onlara söyləmişdir ki, borc müqaviləsi bağlanacağı təqdirdə, Şahid2 cinayət məsuliyyəti yaranmayacaq və həmin şəxsin məsuliyyətdən yayınma ehtimalını da yüksək qiymətləndirir. Bundan sonra Samir və Elvin onun dediklərinə əsaslanaraq Gülbəddinlə borc müqaviləsi bağlamaq fikrindən daşınmışdırlar. Bir müddət sonra isə o, eşitmişdir ki, Zərərçəkmiş şəxs1 Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə zəng edərək Gülbəddindən şikayət edib. Bununla bağlı yaranmış problemin həll edilməsi üçün Emin ondan Gülbəddinlə görüşüb ona məsləhət verməyini xahiş etmişdir. O da heç bir problemin olmadığını, Gülbəddinlə görüşə biləcəyini bildirmişdir. Bundan bir müddət sonra tarixi dəqiq xatırlamasa da, o, Gülbəddinlə “Çörək Ağacı” mağazasında görüşmüşdür. Həmin vaxt görüş zamanı yalnız ikisi iştirak etmişdir. O, görüş zamanı Gülbəddinə bildirmişdir ki, Samir və Elvindən aldığı 40.000 manat pulu qaytarmalıdır, əgər qaytarmağa maddi imkanı çatmırsa, heç olmasa torpaq sahələrini hissə-hissə sözügedən şəxslərin mülkiyyətinə keçirsin. Lakin Gülbəddin onun məsləhətindən heç bir nəticə çıxarmayıb təklifinə müsbət cavab verməmişdir. Bundan sonra nə baş verdiyindən heç bir məlumatı olmamışdır. 2021-ci ilin sonlarında isə o, başqa bir tanışı ilə ona məxsus “Çörək Ağacı” mağazasında dəhlizdə söhbətləşərkən hazırda adını xatırlamadığı işçilərindən biri ona yaxınlaşaraq biri polis əməkdaşı olmaqla, iki nəfərin gəldiyini, polis işçisinin restoranın sahibini axtardığını söyləmişdir. Bundan sonra mülki geyimli bir nəfər şəxs, sonradan adının Cavid Əhmədov olduğunu öyrəndiyi Yasamal RPİ-nin müstəntiqi ona xidməti vəsiqəsini göstərərək polis əməkdaşı olduğunu bildirib Şahid2 borcunu etiraf etməsini çəkiliş apararaq sonuncunun ifadəsinin yerində yoxlanılması istintaq hərəkətini aparmaq istədiyini bildirmişdir. O da Cavidin ona məxsus mağazada çəkiliş aparması üçün əsaslı səbəb olduğunu görüb onun çəkiliş aparmasına razılıq vermişdir. Bundan sonra Gülbəddin pulun Samir və Elvindən dəhlizin yanındakı otaqda verildiyini göstərdiyindən, Cavid dəhlizin yanındakı otaqda çəkiliş aparacaqlarını söyləmişdir. Həmin vaxt göstərilən otaqda mağazanın digər işçisi Şahid7 olduğundan, sonuncuya otağı tərk etməsini, müstəntiqin çəkiliş aparmasına şərait yaratmasını bildirmişdir. Bundan sonra Tərlan otağı tərk edərək onun yanına gəlib dəhlizdə Cavid və Gülbəddinin işini bitirmələrini gözləməyə başlamışdırlar. Cavid Əhmədov və Şahid2 qeyd olunan otaqda təxminən beş dəqiqə çəkiliş apardıqdan sonra otağı tərk etmişdirlər. O da Cavidgilin otaqdan çıxdığını görüb onlarla birlikdə masa ətrafında oturub əyləşmələrini təklif etmişdir. Bu təklifindən sonra Cavid Əhmədov və Şahid2 onların yanına gələrək onlarla birlikdə masa arxasında əyləşmişdirlər. Bundan sonra Cavid onlara iş haqqında ümumi məlumat verməyə başlamışdır. Söhbət əsnasında Cavid Təqsirləndirilən şəxs da istintaqa ifadə verməli olduğunu bildirdikdə o, Eminin onsuz istintaqa şahid qismində ifadə verməli olduğunu Samirdən öyrəndiyini bildirmişdir. Bu zaman Cavid ona Eminin hələ şahid qismində iştirak edib-etməyəcəyinin hələ bilinmədiyini, ümumi 40.000 manat puldan 13.000 manatının zərərçəkmiş şəxslər tərəfindən bilavasitə Təqsirləndirilən şəxs təqdim edildiyini bildirmişdir. Söhbətin davamında Cavid də Gülbəddinin iş üzrə təqsirləndirilən şəxs olduğunu bildirdikdə o, Gülbəddindən nə səbəbə camaatın pulunu qaytarmadığını, niyə məsələni bu qədər şişirdiyini soruşmuşdur. Lakin Gülbəddin həmin vaxt başını aşağı salaraq verdiyi sualı cavablandırmamışdır. Bundan sonra Cavid işləri qurtardığı üçün Gülbəddinlə birlikdə ona məxsus “Çörək Ağacı” mağazasını tərk etmişdirlər. İş üzrə şahid qismində göstərilmiş Şahid6 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 152-154-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 2015-ci ildən Emin Bağrovla rəsmi nikaha girmiş və hal-hazırda da rəsmi nikahdadır. Nikahlarından bir qız övladı vardır. Təqsirləndirilən şəxs biznes fəaliyyəti ilə məşğul olan şəxsdir, lakin torpaq sahələrinin alqısatqısını ərinin söylədiyinə görə bilavasitə özü həyata keçirmir. Onun adına Şabran rayonu, Dəvəçi kəndində 25 hektar torpaq sahəsi vardır ki, o, bu torpaq sahələrinin alqısatqısı ilə bilavasitə məşğul olmamış, onun adına olan torpaq sahələrinin alqı-satqısını ərinə verdiyi etibarnamə əsasında Emin həyata keçirmişdir. Təqsirləndirilən şəxs da onun adından Şahid2 və Şahid4 adına etibarnamə vermiş və beləcə torpaq sahələrinin alqısatqısı prosesi həyata keçirilmişdir. Təqsirləndirilən şəxs iş prosesində yaranmış hər hansı problemi barəsində evdə söhbət etmədiyi üçün onun ərinin iş yerində yaranmış problemləri barədə heç bir məlumatı olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid9 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 161-164-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Şahid2 onun doğma dayısıdır. Təqsirləndirilən şəxs isə təxminən üç-dörd ildir ki, tanıyır. Təqsirləndirilən şəxs şəxsən tanımasa da, sonuncunun "xxxx" MMC şirkətinin direktoru olduğunu bilmişdir. Təxminən 2017-2018-ci illərdə Quba rayonunda kənd camaatından 17 hektar civarında torpaq sahəsi almış, sadəcə olaraq şəhərə tez-tez getdiyindən alqı-satqı prosesini aparmaq məqsədilə dayısı Gülbəddinə etibarnamə vermiş, bu səbəbdən də alqı-satqını onun üçün Şahid2 həyata keçirmişdir. Həmin torpaq sahələrini aldıqdan təxminən 1-2 il sonra həmin ərazinin yaşadığı yerdən uzaq olduğunu, həmin regionda kommunikasiya xətlərinin olmadığını görüb 17 hektar torpaq sahəsini satmaq qərarına gəlmişdir. Belə ki, 2019-cu ildə dəqiq vaxtını xatırlamadığı tarixdə dayısı Gülbəddinə zəng edərək torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Gülbəddin də ona heç bir problem olmadığını, müştəri tapacağı təqdirdə torpaq sahələrini satacağını söyləmişdir. Daha sonra həmin ilin əvvəlində dayısı Gülbəddin ona torpaq sahələrinin satılmasıyla bağlı işlədiyi şirkətin direktoru Təqsirləndirilən şəxs maraqlı olduğunu bildirmişdir. Onun həmin ərəfələrdə torpaq sahəsini satmaq niyyəti olduğundan dayısı Gülbəddinə razılıq verib torpaq sahələrinin alqı-satqısını aparmaq üçün sonuncuya altı aylıq etibarnamə vermişdir. Bundan sonra dayısı etibarnamə əsasında ona məxsus torpaq sahəsini hissə-hissə Təqsirləndirilən şəxs arvadı Şahid6 adına rəsmiləşdirmişdir. Həmin ərəfələrdə torpaq sahəsi hissə-hissə satıldıqca, Gülbəddin ona satılmış torpaq sahəsinin pulunu vermişdir. Lakin 2020-ci ildən etibarən Təqsirləndirilən şəxs onun pulunu ödəməməyə başlamışdır. Təxminən 2020-ci ilin yanvar-fevral ayında onun Gülbəddinə verdiyi etibarnamənin müddəti bitsə də, Təqsirləndirilən şəxs ona borclu qaldığı üçün o, Şahid2 verdiyi etibarnamənin müddətini uzatmamışdır. Bu zaman Gülbəddin ona etibarnamənin müddətini uzatmasını, pulu qaytaracaqlarını bildirsə də, o Gülbəddinə pulunu verməyəcəkləri təqdirdə, etibarnamənin müddətini uzatmayacağını bildirmişdir. 2020-ci ildə aralarında alqı-satqı prosesi dayandıqdan sonra, 2021-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng edərək etibarnamənin müddətini uzatmasını bildirib nə qədər pul borclu olduğunu soruşmuşdur. O, Təqsirləndirilən şəxs 13.500 manat pul borclu olduğunu bildirdikdə, Emin pulu Gülbəddinə verəcəyini, yaxın müddətdə Gülbəddinin pulunu qaytaracağını söyləmişdir. Bundan qısa müddət sonra Emin borcunun bir qismini, təxminən 5.000 manatını 2021-ci ilin yanvar ayının ortalarında Gülbəddin vasitəsilə ona göndərmiş, o da pulun bir qisminin ödənildiyini görüb Gülbəddinə verdiyi etibarnamənin müddətini uzatmış və qalan torpaq sahələrini də satmağa razılıq vermişdir. xx.xx.2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzində aparılan alqı-satqı zamanı onun adından Şahid2, Şahid6 adından isə etibarnamə əsasında Şahid4 çıxış etmişdir. Həmin tarixdə Şahid6 4500, 11412.5, 11442, 8909, 3637,4500, 4500, 7565.18, 7869, 4500 kvadrat metr torpaq sahəsi olmaqla, ümumilikdə təxminən yeddi hektar torpaq sahəsi satmışdır. Təqsirləndirilən şəxs torpaq sahəsinin qalan pulunu, təxminən 8.500 manatı isə 2021-ci ilin fevral ayında dayısı Gülbəddin vasitəsilə ona göndərmişdir. Dayısı Şahid2 "xxxx" MMC şirkəti üçün torpaq sahələrinin alqı-satqısını həyata keçirən şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxs arvadı Şahid6 satdığı Quba rayonundakı torpaq sahələrinin alqı-satqısını dayısı Gülbəddinlə danışmış, hektarını 3.500 manatdan satmağa sonuncuyla razılşamışdır. O, torpaq sahələrinin alqı-satqısı ilə bağlı Şahid2 ilə razılaşdığından Təqsirləndirilən şəxs və ya həyat yoldaşı Şahid6 şəxsən torpaq sahəsi satmamışdır. Torpaq sahələrinin alqı-satqısı zamanı xx.xx.2021-ci il tarixdə alıcı Şahid6 olsa da, həmin şəxsin kim olması barədə və nə niyyətlə torpaq sahəsi alması barədə məlumatı olmamışdır. O, həmin torpaq sahəsinin satılmasını Gülbəddinlə danışıb razılaşmaqla sözügedən şəxsə satmışdır. Samir və Elvin adlı şəxsləri isə tanımır, çünki həmin şəxslərə torpaq sahəsi satmamış və şəxsi tanışlığı da olmamışdır. Habelə Emin tərəfindən Gülbəddin vasitəsilə ona çatdırılan pulun mənbəyi barədə də məlumatı olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və onların əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi zərərçəkmış şəxslərin, şahidlərin ifadələri ilə və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirməklə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22 yanvar 2021-ci il tarixli alqı-satqı müqavilələrindən görünür ki, Şahid9 0.3637 ha, 0.45 ha, 1.14 ha, 0.7869 ha, 0.756518 ha və 0.3975 ha sahədə torpaq sahələrini Şahid6 satmışdır. (Cild İ, i.v. 40-57) X11 tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs xahişi ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 40000 manat pul ödəmişdir. (Cild İ, i.v. 153) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən o və dostu Zərərçəkmiş şəxs2 dəymiş 40000 manat pulu X4 almışdır. (Cild İ, i.v. 154) “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 159-160) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tərəfindən 28 yanvar 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild İ, i.v. 162) "xxxx" MMC tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək direktor vəzifəsində çalışmışdır. Bu vəzifədə olduğu müddət ərzində içiləri işə götürüb və çıxartmaq, şirkətin yerləşdiyi ərazidə torpaq sahələrini alıb almaması barədə qərar verməsi səlahiyyəti olmuşdur. (Cild İ, i.v. 175) “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (Cild İ, i.v. 224-227) “Sənədin könüllü təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülmüşdür. (Cild İ, i.v. 246-251) “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 1-5) “Sənədin könüllü təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 08 may 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş 7E-4930 nömrəli etibarnamənin, 08 may 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş 7E-4938 nömrəli etibarnamənin, 08 may 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş 7E- 4937 nömrəli etibarnamənin, 08 may 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş 7E-4933 nömrəli etibarnamənin surətləri, 08 fevral 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-296 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-130 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-129 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-126 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-127 nömrəsi ilə qeyd edilmiş alqısatqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-125 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-123 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-124 nömrəsi ilə qeyd edilmiş alqısatqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixli Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-121 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixli Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-122 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-120 nömrəsi ilə qeyd edilmiş alqısatqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixli Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-116 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-115 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-114 nömrəsi ilə qeyd edilmiş alqısatqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-112 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və 21 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə- 113 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin surətləri iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülmüşdür. (Cild İİ, i.v. 32-81) 08 fevral 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-296 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən müvafiq torpaq sahəsi "xxxx" MMC-nin adından Təqsirləndirilən şəxs satılmışdır. (Cild İİ, i.v. 34-35) 21 yanvar 2021-ci il tarixli Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-116 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-115 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən müvafiq torpaq sahəsi Zərərçəkmiş şəxs2 satılmışdır. (Cild İİ, i.v. 36-41) 21 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-114 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-112 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və 21 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-113 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən müvafiq torpaq sahəsi Zərərçəkmiş şəxs1 satılmışdır. (Cild İİ, i.v. 42- 50) 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-130 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-129 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-126 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-127 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-125 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-123 nömrəsi ilə qeyd edilmiş alqısatqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-124 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixli Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-121 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixli Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-122 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-120 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən müvafiq torpaq sahəsi Şahid6 İltifar qızına satılmışdır. (Cild İİ, i.v. 51-77) 21 may 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs1 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 112-121) 24 may 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs2 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 122-129) 21 may 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Şahid2 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 130- 142) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, həmçinin Şahid2 təqdim etdiyi 08 may 2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş 7E-4930 nömrəli etibarnamə, 08 may 2021-ci il tarixli 7E-4938 nömrəli etibarnamə, 08 may 2021-ci il tarixli 7E-4937 nömrəli etibarnamə, 08 may 2021-ci il tarixli 7E-4933 nömrəli etibarnamə, 08 fevral 2021-ci il tarixli Quba regional “Asan Xidmət” mərkəzi tərəfindən reyestrdə 4Ə-296 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə, reyestrdə 4Ə-130 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-129 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-126 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-127 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-125 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-123 nömrəsi ilə qeyd edilmiş alqısatqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-124 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il taridə reyestrdə 4Ə-121 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-122 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 22 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-120 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-116 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-115 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-114 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin, 21 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-112 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və 21 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-113 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin surətləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild İİ, i.v. 165-188) İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 10000 manat Maliyyə Nazirliyi – X3 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsi ilə bağlı özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Bəraət hökmü çıxarılmayacağı təqdirdə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 73-1.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4 maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 4 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar