Məhkəmə qərarları › İş №1(004)-378/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-378/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-378/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş Milli Cəbhə Partiyasının nümayəndəsi X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 vəkili “Ruslan Vəliyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Milli Cəbhə Partiyasının nümayəndəsi X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Milli Cəbhə Partiyasının nümayəndəsi X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılmasını nəzərdə tutan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 müdafiəçisi Müdafiəçi bildirmişdir ki, işin aidiyyəti ilə əlaqədar mübahisə olduğunu, belə ki, whatsapp sosial şəbəkəsinin hüquqi ünvanının xaricdə yerləşdiyini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 cinayət əməlini məhz Yasamal rayonu ərazisində törətməsi ilə əlaqədar sübut olmadığını, şikayətdə telefon zəngindən söhbət getdiyini, ona görə də xüsusi ittiham qaydasında verilmiş şikayətin X5 qeydiyyat ünvanı üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş Milli Cəbhə Partiyasının nümayəndəsi X9 bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 rayonu, Mətbuat pospektində “Azərbaycan Nəşriyyatı” adlanan binada cinayət əməlini törətmiş, əməl Whatsapp sosial şəbəkəsi vasitəsi ilə həyata keçirilmişdir. Cinayət Məcəlləsinin 148-ci maddəsinin 2 və daha artıq şəxsi nəzərdə tutduğunu, qeyd edilən nömrənin Milli Cəbhə Partiyasının Milli Məclisdəki nömrəsi olduğunu, bu nömrənin eyni zamanda “Lider Tv” də fəaliyyət göstərdiyini, həmin telefon nömrəsi ilə vətəndaşlara təmənnasız hüquqi yardım göstərildiyini, telefon nömrəsinin ümumi istifadədə olduğunu, o nömrəyə o da daxil, bir neçə əməkdaşın cavab verdiyini, Ehtiram Mehtiyev, Murad Alışov, Almaz xanım və digərlərinin, nömrəyə gələn mesajlar, məlumatlar və s. öncə həmin əməkdaşlar tərəfindən qəbul edildiyini, son qərarı onun verdiyini, yəni nömrəyə gələn bütün bildirişlərin ən azı 5 nəfərə çatdığını, internetdə araşdırma aparılarkən də onların partiyasının sədri Razi Nurullayevin yaratdığı hüquq məsləhətxanasının 2020-ci ildən fəaliyyət göstərdiyini qeyd edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilərək məhkəmə baxış iclasına təyin edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsində təhqir olması iddia olunan ifadələrin “WhatsApp” sosial şəbəkəsi və telefon zəngləri vasitəsi ilə işlədildiyini, həmin internet informasiya ehtiyatının xaricdə qeydiyyata alındığını və Azərbaycan Respublikası ərazisində hüquqi ünvanının olmamasını nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət ərizəsinin aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməsi qənaətinə gəlir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Portaldan çıxarışdan görünür ki, X2 rayonu, Ələsgərli ərazi dairəsi, Yenikənd kəndində qeydiyyatdadır. Məhkəmə “WhatsApp” internet informasiya ehtiyatının xaricdə qeydiyyata alındığını, X5 isə Tərtər rayonu, Ələsgərli ərazi dairəsi, Yenikənd kəndində qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Milli Cəbhə Partiyasının nümayəndəsi X4 xüsusi ittiham qaydasında şikayəti və şikayət üzrə toplanmış materiallar ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Burada yalnız ifadəsi imperativ mənada göstərilmişdir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Milli Cəbhə Partiyasının nümayəndəsi X4 xüsusi ittiham qaydasında şikayəti ərazi aidiyyəti pozulmaqla Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verildiyindən, CPM-nin yuxarıda sadalanan müddəalarına əsasən materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.4 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş Milli Cəbhə Partiyasının nümayəndəsi X4 xüsusi ittiham qaydasında şikayəti və şikayət üzrə toplanmış materiallar ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilsin. X6 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Ruslan Vəliyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Ruslan Vəliyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar